Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № e-2(5-146)-56/2026 11.02.2026 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Mingəçevir Şəhər Məhkəməsinin hakimi Cəbrayılzadə Elza Vaqif qızı, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması tələbinə dair ərizəsi üzrə işə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİM: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması tələbinə dair məhkəmədə iddia qaldırmışdır. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi xx.xx.2026-cı il tarixdə məhkəməyə ərizə ünvanlayaraq, icraatda olan iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı mülki iş üzrə iddia ərizəsinin baxılmamış saxlanmasını, Mingəçevir Şəhər Məhkəməsinə ödənilmiş ********** nömrəli qəbz üzrə 30.28 manat məbləğində dövlət rüsumunun və 0.40 manat xidmət haqqının iddiaçıya geri qaytarılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə olunmuş sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edirəm ki, ərizə baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanılır. Belə olan halda hesab edirəm ki, qəbz əsasında ödənilmiş 30.68 (otuz manat altmış səkkiz qəpik) manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 114.1.5-ci maddəsinin tələbinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. İş materialları belə nəticəyə gəlməyimə əsas verir ki, iddiaçı ərizənin geri qaytarılmasını tələb etdiyindən və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 259, 263, 264, 266- 268-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİM: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. Tərəflərə izah olunsun ki, ərizənin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə yenidən məhkəməyə müraciət edə bilərlər. Qəbz əsasında dövlət rüsumu kimi ödənilmiş 30.68 (otuz manat altmış səkkiz qəpik) manat məbləğində pul iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qərardaddan qərardad tərəfə verildiyi gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Mingəçevir Şəhər Məhkəməsinin hakimi Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №e-2(5-146)-56/2026
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №e-2(5-146)-56/2026
11.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver