Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № e-2(5-149)-13/2026 26.02.2026 OĞUZ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul tələbi"nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “pul tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 2025-ci il 13 may tarixli 02/03969 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1 ədəd TC-5050 markalı taxılyığan kombayn ona istifadəyə verilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh arasında bağlanmış müqaviləyə əsasən 6500,00 (altı min beş yüz) manat məbləği ödəməli olduğu halda, həmin texnikanın istifadəsinə görə 2350,00 (iki min üç yüz əlli) manat ödəniş edilmişdir. Cavabdehin Cəmiyyətə hazırda 4150,00 (dörd min yüz əlli) manat borcu vardır. Lakin cavabdeh vaxtında iddiaçıya olan borcunu qaytarmadığından iddiaçı dəfələrlə ondan yaranmış borcun ödənilməsini tələb etsə də, cavabdeh bu günə kimi müxtəlif bəhanələrlə kreditora olan borcunu ödəməkdən yayınmışdır. Buna görə də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə müqavilə şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Belə ki, cavabdeh ödənişləri (istifadə) müddəti ərzində bu müqavilənin 1.3-cü bəndinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür. Bununla da cavabdeh İddiaçı ASC ilə bağladığı müqavilənin həmin bəndi ilə nəzərdə tutulmuş ödənişlərinin vaxtında və tam ödənilməsinə dair üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 2.2.17-ci maddəsinə əsasən müqavilə müddəti bitdikdən sonra texnikanı parka təhvil verməsinə baxmayaraq,müqavilə üzrə yaranmış öhdəliyini yerinə yetirmədiyi halda, borc öhdəliyi ilə yanaşı, gecikdirilmiş hər gün üçün ümumi müqavilə məbləğinin 0,1 faizi həcmində cərimə ödənilməsini təmin edir. Buna əsasən, hazırkı dövrədək olan cərimənin məbləği 578,50 (beş yüz yetmiş səkkiz manat əlli qəpik) manat təşkil etmişdir. 2025-ci il 13 may tarixli 02/03969 nömrəli operativ lizinq müqaviləsinə əsasən 4150,00 (dörd min yüz əlli) manat əsas borcun, 578,50 (beş yüz yetmiş səkkiz manat əlli qəpik) manat cərimənin və 67,29 (altmış yeddi manat iyirmi doqquz qəpik) manat dövlət rüsumunun, cəmi: 4795,79 (dörd min yeddi yüz doxsan beş manat yetmiş doqquz qəpik) manat pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək 3500,00 (üç min beş yüz) manat əsas borcun, 578,50 (beş yüz yetmiş səkkiz manat əlli qəpik) manat cərimənin və 67,29 (altmış yeddi manat iyirmi doqquz qəpik) manat dövlət rüsumunun, cəmi : 4145,79 (dörd min yüz qırx beş manat yetmiş doqquz qəpik) manatın cavabdehdən tutularaq "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da sonuncu məhkəmə iclasına gəlməmiş, lakin iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin tam təmin olunmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi X1 iştirak etdiyi məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən sonra cavabdeh tərəfindən 1000 manat ödəniş edilmişdir. Bu səbəbdən məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim etmişdir. O hazırki iddia tələbini müdafiə edir. Bundan əlavə, müqavilənin obyekti olmuş avadanlıq qaytarılmışdır. Qeyd etdikləri nəzərə alınmaqla iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, o, iddiaçı ilə lizinq müqaviləsi bağlamışdır. O, hazırda əsas borcu qəbul edir. Lakin hesab edir ki, cərimə yüksək məbləğdə hesablanmışdır, bu səbəbdən iddia tələbini həmin hissədə qəbul etmir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə toplanmış sənədləri tədqiq edərək və araşdırılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli 02/03969 saylı İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının operativ lizinqə (istifadəyə) verilməsi barədə” müqaviləsinə və ona əlavə edilmiş 1 nömrəli Akta əsasən Cavabdeh sifarişi ilə 2014-cü il buraxılışlı, “NEW HOLLAND TC-5050” markalı, ** AB *** dövlət qeydiyyat nişanlı, ********* şassi nömrəli, ******* mühərrik nömrəli taxılyığan kombayn 6500,0 manat məbləğinə İddiaçı ASC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli iltizamın surətindən görünür ki, Cavabdeh müqavilə əsasında (xx.xx.2025 tarixli 02/03969 nömrəli) saz vəziyyətdə müvəqqəti istifadəyə götürdüyü taxılyığan kombayna (New Holland TC-5050 markalı, ********* şassi nömrəli, ********* mühərrik nömrəli, buraxılış ili 2014) 2025-ci il taxıl yığımına hazırlıq işləri ilə əlaqədar cari texniki qulluq işlərini göstərməyi, texnikanı müvafiq normalara uyğun saxlamağı, biçin üçün tam hazır vəziyyətə gətirməyi, eləcə də, biçin zamanı Cəmiyyət tərəfindən müəyyən edilmiş ümumi dislokasiya planına əməl etməyi, texnikadan istifadə zamanı əməyin mühafizəsi, texniki təhlükəsizlik o cümlədən yanğın təhlükəsizliyi qaydalarına riayət etməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2025-ci il tarixli təhvil-təslim aktından aydın olur ki, "xxxx" ASCnin Yevlax RN-nin istifadəsində olan 2014-cü il buraxılışlı New Holland TC-5050 (şassi № 5********) markalı kombaynı xx.xx.2025-ci il tarixli 02/03969 nömrəli operativ lizinq müqaviləsi əsasında Cavabdeh (xx.xx.2025-xx.xx.2025) müvəqqəti istifadəyə götürmüşdür. İstifadəyə götürən zaman kombaynın üzərində 1 ədəd tozlu və 1 ədəd köpüklü odsöndürən balonlar Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli 02/03969 saylı İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının operativ lizinqə (istifadəyə) verilməsi barədə” müqaviləsinə əlavə edilmiş 1 nömrəli Aktdan görünür ki, cavabdeh 2014-cü il buraxılışlı, “NEW HOLLAND TC-5050” markalı, ** AB *** dövlət qeydiyyat nişanlı, ********* şassi nömrəli, ******* mühərrik nömrəli taxılyığan kombayn xx.xx.2025-ci il tarixdə saz vəziyyətdə İddiaçı ASC-yə təhvil vermişdir. İş materiallarında olan İddiaçı ASC-nin xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixli 02/03969 saylı müqavilə üzrə iddiaçıya 4500,0 manat əsas, 578,50 manat cərimə borcu, cəmi 5078,50 manat borcu vardır. İş materiallarında olan İddiaçı ASC-nin xx.xx.2026-cı il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixli 02/03969 saylı müqavilə üzrə iddiaçıya 3500,0 manat əsas, 650,0 manat cərimə borcu, cəmi 4150,0 manat borcu vardır. İş materiallarında olan ödəniş qəbzindən aydın olur ki, İddiaçı ASC hazırkı iddia üzrə 67,29 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli 02/03969 saylı İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının operativ lizinqə (istifadəyə) verilməsi barədə” müqaviləsinə əsasən Cavabdeh sifarişi ilə 2014-cü il buraxılışlı, “NEW HOLLAND TC-5050” markalı, ** AB *** dövlət qeydiyyat nişanlı, ********* şassi nömrəli, ******* mühərrik nömrəli taxılyığan kombayn 6500,0 manat məbləğinə İddiaçı ASC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixli 02/03969 saylı İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının operativ lizinqə (istifadəyə) verilməsi barədə” müqaviləsi üzrə Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərə vaxtında və lazımınca əməl etməyərək müqavilənin şərtlərini pozmuşdur ki, nəticədə Cavabdeh xx.xx.2025-ci il tarixli 02/03969 saylı müqaviləyə əsasən, borcu yaranmışdır. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı əsas borc məbləğlərini tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Göstərilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd olunan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, borclu lizinq müqaviləsi əsasında lizinq obyektini almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə ilə müəyyən edilmiş pul məbləğini qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olduğundan, lakin borclu pul məbləğini ödəməli olmasına dair vəzifəsini yerinə yetirmədiyindən, iddia tələbi lizinq məbləğinin ödənilməsi hissəsində əsaslıdır. Buna görə də iddia həmin hissədə təmin edilməlidir. Məhkəmə həmçinin iddianın 578,50 manat məbləğində dəbbə pulunun ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərilən dəbbə pulu əsassız və şişirdilmiş məbləğdir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İşin hallarını nəzərə alaraq, məhkəmə iddia ərizəsində göstərilən dəbbə pulunun 578,50 manat məbləğində deyil, 100,0 manat məbləğində müəyyən edilməsini məqsədə müvafiq sayır. Məhkəmə həmçinin iddianın 67,29 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iddianın bu hissəsi də qismən əsaslıdır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, hazırki iş üzrə məhkəməyə müraciət etmək üçün ödənilmiş 67,29 manat dövlət rüsumunun 52,0 manatdan ibarət hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, dövlət rüsumunun 15,29 manatdan ibarət hissəsi isə iddiaçının özünə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunduğundan iddiaçının xeyrinə cavabdehdən 52,0 manat məbləğində dövlət rüsumu tutulmalıdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 3500,0 manat əsas borc, 100,0 manat cərimə (dəbbə borcu), ödənilmiş dövlət rüsumuna görə 52,0 manat olmaqla, ümumilikdə 3652 (üç min altı yüz əlli iki) manat tutularaq İddiaçı ASC-yə ödənilsin. 15,29 manat dövlət rüsumu iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Oğuz Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli.
Məhkəmə qərarları › İş №e-2(5-149)-13/2026
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-149)-13/2026
26.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver