Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(5-150)-50/2026 12.03.2026 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X10, İddiaçı, onun nümayəndəsi-vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizə ilə məhkəmə müraciət edərək, Cavabdehdan 4981,58 manat pulun və 70 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qǝt edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərdi ki, onunla hazırda vəfat etmiş Məmmədov Şükrü arasında 04 oktyabr 2010-cu il tarixində “Torpağın müvəqqəti istifadəsinə dair Müqavilə № 42” bağlanmışdır. Həmin müqavilənin şərtlərinə görə Məmmədov Şükrü öz mülkiyyətində olan Saatlı rayonu, Varxankənd kəndində yerləşən 0,88 ha-dan ibarət torpaq sahəsini müddətsiz olaraq onun istifadəsinə vermişdir. Bundan sonra ümumi sahəsi 3,35 hektar təşkil edən və onun istifadəsində olan digər üç torpaq sahəsi ilə birlikdə həmin torpaq sahəsinin münbitləşdirilməsi məqsədi ilə onun tərəfindən sahəyə üzvi gübrə (peyin) verilməsi, torpağın aqrotexniki işlənməsi (torpağın hazırlanması/qarışdırılması və s.) və münbitləşdirmə ilə əlaqədar digər zəruri işlər həyata keçirmişdir. Uzun müddət qeyd edilən torpaq sahələri onun tərəfindən kənd təsərrüfatı məqsədi ilə sərbəst istifadə etmişdir. Lakin 06 oktyabr 2025-ci il tarixində Şükrü Məmmədovun oğlu – X11 onun istifadəsində olan Saatlı rayonu, Varxankənd kəndində yerləşən 0,88 ha-dan ibarət torpaq sahəsini şumlatdırmaq məqsədi ilə sahəyə traktor gətirmişdir. Bundan xəbər tutan kimi o, Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə və Saatlı RPŞ-nə müraciət etmişdir. Həmin hadisə ilə əlaqədar qeydiyyata alınmış HK- 1/1415 nömrəli iş Saatlı Rayon Polis X8 təhqiqatçısı, polis mayoru X5 icraatına verilmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, X11 atası vəfat etdikdən sonra həmin torpaq sahəsinə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətindən çıxarış almış və məhz bu səbəbə görə də qeyd edilən torpaq sahəsində şumlama işlərini həyata keçirərək sahədə taxıl əkmək niyyətində olmuşdur. X6 əməlində cinayət hadisəsi olmadığı üçün 16 oktyabr 2025-ci il tarixində Saatlı RPŞ-də HK-1/1415 nömrəli iş üzrə “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında Qərar” qəbul edilmişdir. Əlavə olaraq bildirir ki, onun müddətsiz istifadəsində olan cavabdeh X6 mülkiyyətindəki 0,88 ha-dan ibarət torpaq sahəsi də daxil olmaqla ümumi sahəsi 3,35 hektar təşkil edən torpaq sahəsinin münbitləşdirilməsi məqsədi ilə onun tərəfindən sahəyə üzvi gübrə (peyin) verilməsi, torpağın aqrotexniki işlənməsi (torpağın hazırlanması/ qarışdırılması və s.) və münbitləşdirmə ilə əlaqədar olaraq kifayət qədər pul vəsaiti xərclənmişdir. Həmin xərcləri müəyyən etmək məqsədi ilə o, "xxxx" MMC-nin direktoru Elman Əsədovu, qiymətləndiriciləri Ağaməhəmməd Alosmanovu və Vüsal Məstəliyevi mütəxəssis kimi cəlb etmişdir. Mütəxəssislər Saatlı rayonu, Varxankənd kəndində yerləşən 3,35 hektardan ibarət torpaq sahəsinə baxış keçirmiş, oradan və qonşuluqda yerləşən, lakin münbitləşdirilməmiş digər sahədən torpaq nümunələri götürərək laboratoriyada onların qarşılıqlı analizini aparmışdırlar. Laboratoriyada Saatlı rayonu, Varxankənd kəndində yerləşən 3,35 hektardan ibarət torpaq sahəsinin münbitləşdirilmə dərəcəsi müəyyən edildikdən sonra mütəxəssislər müvafiq hesablamalar apararaq həmin torpaq sahəsinə 18 964,00 (on səkkiz min doqquz yüz altmış dörd) manat məbləğində xərc çəkildiyini müəyyən etmişdirlər. Bu fakt "xxxx" MMC tərəfindən verilmiş 26 dekabr 2025-ci il tarixli R01/28/25 saylı “Torpaq sahəsinin münbitləşdirilməsi üçün çəkilmiş xərclərin dəyərinin müəyyən edilməsi barədə Ekspert Rəyi” ilə təsdiq edilmişdir. Beləliklə onun tərəfindən Saatlı rayonu, Varxankənd kəndində yerləşən 3,35 hektardan ibarət torpaq sahəsinə 18 964,00 (on səkkiz min doqquz yüz altmış dörd) manat pul vəsaiti xərcləndiyi müəyyən edildiyi üçün, hazırda cavabdeh X11 tərəfindən geri götürülmüş 0,88 ha-dan ibarət torpaq sahəsinin münbitləşdirilməsinə 1,0 hektar üçün 18 964,00 manat/3,35ha=5 660,89 manat olmaqla, 5 660,89 manat x 0,88ha= =4 981,58 manat pul vəsaiti sərf edildiyi müəyyən olunur. Məhz bu səbəbə görə o, Saatlı rayonu, Varxankənd kəndində yerləşən 0,88 hadan ibarət torpaq sahəsinin münbitləşdirilməsinə xərclədiyi 4 981,58 (dörd min doqquz yüz səksən bir) manat həcmində pul vəsaitini məhkəmə qaydasında cavabdeh X2 tələb eməkdə haqlıdır. Odur ki, iddianın təmin olunmasını xahiş edir. Məhkəmə baxışı zamanı iddiaçınnın ümayəndəsi-vəkili Nümayəndə eyni məzmunlu izahat verərək iddianın təmin olunmasını xahiş edir. Məhkəmə baxışı zamanı Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, onun və ailə üzvlərinin mülkiyyətinə 0.8822 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Mülkiyyətlərinə verilmiş 0.8822 hektar torpaq sahəsini, Saatlı rayon Qaracalar kəndi sakini cavabdeh Umudov Umudǝli Əligulla oğlu uzun müddət zəbt edib və qanunsuz istifadə etmişdir. Saatlı rayon Məhkəməsinin 24 fevral 2025-ci il tarixli qətnaməsi ilə Saatlı rayonu, Varkənd kənd kəndində yerləşən 0.8822 ha torpaq sahəsindən cavabdeh İddiaçı qanunsuz istifadəsi dayandırılmış və cavabdeh həmin torpaq sahəsidən çıxarılmışdır. Həmin qətnamədən şikayət verilmiş və Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 2(106)-761/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanlımışdır. “X12 İnformasiya Sistemi” (EKTİS) – kənd təsərrüfatının zamanla bütün sahələrini əhatə etməklə yanaşı, daxili və xarici sistemləri ilə inteqrasiya imkanlarının genişləndirilməsinə, həmçinin kənd təsərrüfatı ilə bağlı bütün proseslərin məntiqi əlaqəliliyinin qurulmasına, proseslərin tamamlanmasına, analizlərin aparılmasına, müasir texniki həllərin tətbiqinə, kənd təsərrüfatı torpaq sahələrinin əkin bəyannaməsi verilməsi üçün və dəqiq məlumatlara əsaslanan proqnozların verilməsinə imkan yaradır. Bildirir ki, 2010-cu ildən-2026-cı ilə qədər ailə üzvlərinin mülkiyyətinə verilmiş 0.88 hektar kənd təsərrüfatı torpaq sahələrinin əkilib-becərilməsi məqsədi ilə heç bir əkin bəyannaməsi verilməmişdir. Bundan əlavə olaraq qeyd edir ki, iddiaçı həmin torpaq səhəsinin münbitləşdirilməsi məqsədi ilə görülən tədbirlər barəsində hər hansı bir sübut təqdim etməmişdir. Həmin sahənin münbitləndirilməsi məqsədi ilə işlətdiyi kənd təsərrüfatı texnikalarının sahibləri ilə heç bir müqavilə bağlamamışdır. Saatlı rayonunda Meliorasiya və İrriqasiya İdarəsi mövcud olmuş, həmin təşkilatla və ya kənd təsərrüfatı texnikaları idarə edən sahibkarlarla torpaq sahəsində meliorativ işlərin aparılması barədə heç bir müqavilə təqdim etməmişdir. Bu isə onun iddia tələbinin əsassız olmasını sübuta yetirir. Odur ki iddianın rədd olunmasını xahiş edir. İş materiallarında olan Saatlı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(055)- 47/2025 saylı qətnaməsindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 10 oktyabr 2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən X7 və ailə üzvlərinin mülkiyyətində olan Saatlı rayonu, Varkəndkənd kəndində yerləşən 0.8822 ha torpaq sahəsindən cavabdeh İddiaçı qanunsuz istifadəsinin dayandırılması və cavabdeh həmin torpaq sahəsidən çıxarılması qət edilmişdir. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(106)-761/2025 saylı qətnaməsindən görünür ki, cavabdeh İddiaçı apellyasiya şikayətinin təmin edilməməsi, Saatlı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(055)-47/2025 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan xx.xx.2010-cu il tarixli torpağın müvəqqəti istifadəsinə dair müqavilədən görünür ki, X9 öz mülkiyyətində olan Saatlı rayonu, Varkəndkənd kəndində yerləşən 0.88 ha torpaq sahəsini İddiaçı icarə vermişdir. Məhkəmə iddiaçının, onun nümayəndəsinin-vəkilinin və cavabdehin izahatını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Diqqətə çatdırılmalıdır ki, istənilən iddia tələbi üzrə hüquqi qiymətləndirmə tələbin qanuni əsasının tapılmasından və işin faktiki hallarının həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia əsaslı, uzlaşmırsa həmin iddia tələbi əsassız hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 389.1-ci maddəsinin tələbinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 706.1-ci maddəsinə əsasən torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. Həmin Məcəllənin 706.3-cü maddəsinə əsasən torpaq icarəsi müqaviləsində icarəyə verilən torpaq sahəsinin ölçüsü, keyfiyyət kateqoriyası, təyinatı, icarənin müddəti, icarə haqqı, ödənilmə qaydaları, torpaqların istifadəsi, mühafizəsi və keyfiyyətinin yaxşılaşdırılması şərtləri, habelə torpaq qanunvericiliyi ilə və bu Məcəllə ilə müəyyənləşdirilmiş digər şərtlər nəzərdə tutula bilər. Həmin Məcəllənin 714.1-ci maddəsinə əsasən icarəyə verən bu Məcəllənin 680-ci maddəsinə uyğun olaraq icarəçiyə zəruri məsrəflərinin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 714.2-ci maddəsinə əsasən torpaq icarəsi üzrə hüquq münasibətlərinə xitam verildikdə icarəyə verən razılıq verdiyi və icarəyə götürülmüş torpağın dəyərini icarə müddətindən sonra artıran (dəyərin artımı) digər məsrəflərin əvəzini də icarəçiyə ödəməlidir. Əgər icarəyə verən məsrəflərə razılıq verməkdən imtina edirsə, icarəçinin vəsatəti ilə razılıq məhkəmənin qərarı ilə əvəz edilə bilər, bu şərtlə ki, həmin məsrəflər müəssisənin rentabelliyinin qorunması və ya sürəkli yaxşılaşdırılması üçün yararlı olsun və icarəyə verənin əsaslı mənafeləri nəzərə alınmaqla onun üçün yolverilən olsun. Əgər icarə müqaviləsi ləğv edilərsə və ya torpaq icarəsi üzrə hüquq münasibətlərinə üç ildən də tez xitam verilərsə, bu müddəa tətbiq edilmir. Razılıq məhkəmənin müəyyən öhdəliklərin icrası ilə bağlı qərarı ilə əvəz edilə bilər. Məhkəmə həmçinin dəyərin artımı haqqında qərar qəbul edə bilər və onun miqdarını təyin edə bilər. Məhkəmə müəyyənləşdirə bilər ki, icarəyə verən dəyərin artımını hissə-hissə ödəməlidir. Eyni zamanda məhkəmə bu cür ödənişlərin hissə-hissə həyata keçirilməsi şərtlərini müəyyənləşdirə bilər. Əgər icarə hüquq münasibətlərinə xitam verilərkən icarəyə verən dəyər artımını hətta hissə-hissə kompensasiya etməyə qadir deyildirsə, icarəçi yalnız bunu tələb edə bilər ki, dəyər artımı kompensasiya edilənədək icarə hüquq münasibətləri əvvəlki şərtlər əsasında davam etdirilsin. Razılıq əldə edilmədikdə, tərəfin tələbi ilə məhkəmə icarə hüquq münasibətlərinin davam etdirilməsi barədə qərar qəbul edir. Həmin Məcəllənin 680.1-ci maddəsinə əsasən kirayəyə verən kirayəyə verilmiş əşyanın saxlanması və ya bərpası üçün kirayəçinin çəkdiyi zəruri xərclərin əvəzini ona ödəməyə borcludur. Əvəzi ödənilən xərclərə aşağıdakılar aid deyildir: 680.1.1. binaların, qurğuların və ya nəqliyyat vasitələrinin kirayəsi halında istismar, qulluq və təmizləmə xərcləri; 680.1.2. heyvanın kirayəyə verildiyi halda - qulluq və bəsləmə xərcləri. Həmin Məcəllənin 680.2-ci maddəsinə əsasən kirayəyə verənin digər xərclərinin, o cümlədən kirayəyə verilmiş əşyanın yaxşılaşdırılması xərclərinin əvəzini ödəmək vəzifəsi bu Məcəllənin özgə işlərini tapşırıqsız aparmaq haqqında müddəaları ilə müəyyənləşdirilir. İşin hallarından da göründüyü kimi, İddiaçı ilə Cavabdeh atası X9 arasında xx.xx.2010-cu il tarixdə torpağın müvəqqəti istifadəsinə dair müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən X9 öz mülkiyyətində olan Saatlı rayonu, Varkəndkənd kəndində yerləşən 0.88 ha torpaq sahəsini İddiaçı icarə vermişdir. Hazırki iş üzrə tərəflər arasında olan əvvəlki məhkəmə prosesi üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə təsdiq olunmuşdur ki, İddiaçı X1 0,88 ha torpaq sahəsini birdəfəlik olaraq aldığını göstərsə də, bu barədə məhkəməyə sübut təqdim edə bilməmişdir. Torpağın alqı-satqısı yalnız qanunla müəyyən edilmiş qaydada notariat qaydasında təsdiq edilmiş müqavilə və sonradan dövlət qeydiyyatı ilə hüquqi qüvvə kəsb edə bilər. Həm, yuxarıda qeyd edilən mülki iş üzrə, həmdə hazırki mülki iş üzrə araşdırma zamanı İddiaçı tərəfindən təqdim edilmiş sənəd alqı-satqı müqaviləsi deyil, yalnız torpaq sahəsinin müvəqqəti istifadəsinə dair, mahiyyətcə icarə münasibətləri doğuran razılaşmadır. Bu sənəddə mülkiyyətin keçməsi, satış qiyməti, əmlakın alıcıya verilməsi və mülkiyyətçinin razılığı kimi alqı-satqı münasibətlərinə xas olan tələblər mövcud olmadığından, İddiaçı iddia etdiyi “alqı-satqı” hüquqi fakt kimi təsdiq olunmur. Yuxarıda qeyd edilənlərə və qanuni qüvvəyə minmim məhkəmə qətnaməsi ilə müəyyən edilən faktlara əsasən məhkəmə hesab edir ki, iddiaçının bildirdiyi kimi mübahisəli torpaq sahəsini birdəfəlik almamış, həmin torpaq sahəsi onun müvəqqəti istifadəsinə, yəni icarəsinə verilmişdir. Ona görə də məhkəmə iddiaçının hazırki iddia tələbinə münasibətdə torpaq icarəsini tənzimləyən maddi normaları tətbiq etməyi zəruri hesab edir. Mülki qanunvericiliyin tələbinə əsasən icarə münasibətlərinə xitam verildikdə, icarəyə verən razılıq verdiyi və icarəyə götürülmüş torpağın dəyərini artıran digər məsrəflərin əvəzini də icarəçiyə ödəməlidir. Hazırki işdən göründüyü kimi, içarəçi qismində çıxış edən İddiaçı, icarəyə verən mərhum X3, daha sonra isə onun varisi Cavabdeh razılığı olmadan mübahisəli torpaq sahəsində yaxşılaşdırma işləri aparmışdır. Bundan başqa, mülki qanunvericiliyin tələbinə əsasən torpaq icarəsi müqaviləsində icarəyə verilən torpaq sahəsinin keyfiyyətinin yaxşılaşdırılması şərtləri, nəzərdə tutula bilər. Məhkəmə iclasında təqdim olunan müqavilədə icarəyə götürən şəxs tərəfindən icarəyə götürdüyü əmlakla bağlı yaxşılaşdırma işlərinin görülməsi, müqavilə müddəti bitdikdən və ya tərəflər arasında icarə münasibətlərinə son qoyulduqdan sonra həmin xərci icarəyə verən şəxs tərəfindən ödənilməli olmasına dair hər hansı müddəa nəzərdə tutulmamışdır. Həmçinin, məhkəmə hesab edir ki, iddiaçının mübahisəli torpaq saəhsində apardığı hər hansı bir yaxşılaşdırma işləri onun özünün mənafeyinə xidmət etmişdir. Belə ki, torpaq sahəsində aparılan yaxşılaşdırma işləri bol məhsulun əldə edilməsi ilə nəticələnir. Bu da, idiaçının torpaq sahəsində əlavə gəlir əldə etməsinə xidmət edir. Göstərilənləri ümumiləşdirərək məhkəmə hesab edir ki, iddiaçı tərəfindən mübahisəli torpaq sahəsinə çəkilmiş xərc icarəyə verənin razılığı olmadan çəkildiyindən, aparılmış yaxşılaşma işləri icarə müqaviləsində nəzərədə tutulmadığından, iddiaçının torpaq sahəsinin yaxşılaşdırılmasına çəkilmiş xərcləri cavabdehdən tələb etməsi haqlı deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 8.1-ci və 9.1-ci maddələrində isə qeyd edilir ki, mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə iştirak edən tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. İşdə materiallarından görünür ki, İddiaçı tərəfindən 70 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, iddia təmin olunmadığından dövlət rüsumu İddiaçı aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi təmin edilməsin. İş üzrə ödənilmiş 70 manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №e-2(5-150)-50/2026
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-150)-50/2026
12.03.2026 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver