Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № e-2(5-151)-581/2026 17.03.2026 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Cavid Zahid oğlunun sədrliyi ilə, İddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 3 Saylı X1 Mərkəzinin Cavabdeh qarşı zəbt edilmiş torpaq sahəsinin boşaldılması tələbinə dair mülki işə baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İddia tələbi
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Şirvan şəhəri X3 küçəsi ev 24-də qeydiyyatda olanCavabdeh Şirvan meşəbəyliyinin 6 saylı meşə dolayının 26-cı kvartalında özbaşına tutduğu (zəbt etdiyi) dövlət meşə fonduna aid 0.5 ha torpaq sahəsində kənd təsərüfatı məhsulları əkdiyi ərazinin istifadəsinə qadağa qoyulmasına və ərazinin boşaldılıb 3 saylı X1 Mərkəzinə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; Maddə 153.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: Maddə 153.2.4. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa; Maddə 153.3. Hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır; Maddə 153.5. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur.
Məhkəmənin mövqeyi
3. Məhkəmə iş materiallarını nəzərdən keçirərək qeyd edir ki, iş üzrə iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilməlidir.
4. Belə ki, “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən görünür ki, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, e-2(5-151)-574/2026 nömrəli qərardadı ilə Azərbaycan Respublikasi Ekologiya və Təbbi Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 3 saylı X1 Mərkəzinin Cavabdeh qarşı torpaq sahəsinin boşaldılması tələbinə dair iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmiş və işin məhkəmə hazırlıq iclası xx.xx.2026-cı il tarixində, saat 14:30-a Sabirabad Rayon Məhkəməsinin inzibati binasında (Zal N 2) təyin edilmişdir.
5. Hazırda isə iddiaçı yenidən zəbt edilmiş torpaq sahəsinin boşaldılması tələbi ilə müraciət etmişdir.
6. Belə olan halda isə, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin icraatında mülki iş olduğundan hazırkı iş üzrə iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilməsi üçün maddi-hüquqi əsas yaranmışdır.
7. Beləliklə, məhkəmə hesab edir ki, iş üzrə iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilməlidir.
8. Eyni Məcəllənin 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər.
9. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.4, 153.3 və 263-264-cü maddələrini rəhbər tutaraq,
qərara aldı:
İddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 3 Saylı X1 Mərkəzinin Cavabdeh qarşı zəbt edilmiş torpaq sahəsinin boşaldılması tələbinə dair iş üzrə iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sabirabad Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Cavid Cəfərov