Məhkəmə qərarları › İş №e-2(5-155)-645/2026

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №e-2(5-155)-645/2026

06.02.2026 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(5-155)-645/2026 06.02.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı «faktın müəyyən edilməsi və öhdəliyin qoyulması tələbi»nə dair iddia ərizəsini və əlavə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı «faktın müəyyən edilməsi və öhdəliyin qoyulması tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı 12 sentyabr 1998-ci il tarixdən 01 dekabr 2002-ci il tarixə kimi Sumqayıt Üst Trikolaj Fabrikində işləməsi faktının tanınması, İddiaçı 12 sentyabr 1998-ci il tarixdən 01 dekabr 2002-ci il tarixə kimi Sumqayıt Üst Trikolaj Fabrikində işləməsi barədə məlumatların (qeydlərin) İddiaçı aid əmək kitabçasına və elektron sistemə (ƏMAS) əlavə edilməsi öhdəliyinin Cavabdeh ASC üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, iddia ərizəsi və əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmədən iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim ərizəni və ona əlavə edilmiş sənədləri iddiaçıya geri qaytarır. İddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçı iddia icraatı qaydasında məhkəməyə «faktın müəyyən edilməsi» və «öhdəliyin qoyulması» tələbləri ilə müraciət etmişdir. Məhkəmə hesab edir ki, irəli sürülən tələblərə bir icraatda baxıla bilməz. Belə ki, göstərilən məsələlərin həlli qaydası qanunvericiliyin göstərişlərinə əsasən ayrı icraat növlərinə- iddia və xüsusi icraata aid olmaqla baxılma qaydaları prosessual baxımdan fərqləndirilmişdir. MPM-nin 12-ci fəsli iddia icraatı qaydasında baxılması işlərlə bağlı prosessual qaydaları nəzərdə tutduğu halda, MPM-nin 305.1.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər xüsusi icraat qaydasında baxılmalı olan işlər siyahısına aid edilməklə, həmin Məcəllənin 31-ci fəslində bu işlərin baxılması qaydası təsbit olunmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən qanunvericiliyin tələbləri pozulmuşdur. Odur ki, mümkünlüyü yoxlanılan iddia üzrə tələblərə bir icraatda baxılması yol verilməz olduğundan iddia ərizəsi iddiaçıya geri qaytarılmalı və ona izah edilməlidir ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149,152, 263-264 və 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARA ALDİ : İddiaçı Cavabdeh ASC-yə qarşı «faktın müəyyən edilməsi və öhdəliyin qoyulması tələbi»nə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizənin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəf 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Şəhər Məhkəməsinə şikayət verə bilər. Hakim Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar