Məhkəmə qərarları › İş №e-2(5-157)-35/2026

Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №e-2(5-157)-35/2026

12.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № e-2(5-157)-35/2026 12.01.2026 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Hakim Abasov Qürur Bəybala oğlu, İddiaçı Cavabdehnə qarşı “aylıq internet haqqının 15 manat olması və pul tələbinə” dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, müəyyənetdi: İddiaçı Cavabdehnə “aylıq internet haqqının 15 olması və pul tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə arasında bağlanmış istehlak müqaviləsinin tələbinə əsasən aylıq internet haqqının 15 manat məbləğində olması və 2023-cü ilin avqust ayından 2026-cı ilin yanvar ayına qədər hesabından artıq tutulmuş aylıq olaraq 10 manat pul məbləğlərinin cəmi olan 300 manat pul məbləğinin cavabdehdən tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, hazırki iddia ərizəsi Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən edilmiş forma və məzmun tələblərinə riayyət edilmədən verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.1-ci maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Həmin Məcəllənin 149.2.3-cü və 149.2.5. maddəsinə əsasən, iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb, ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində tərəflər arasında istehlak müqaviləsinin olmasına istinad etsə də, həmin müqaviləni və iddia tələbinin əsasını təşkil edən digər sənədləri iddia ərizəsinə əlavə etməmiş və iddia ərizəsində sənədlərin siyahısında göstərməmişdir. Qeyd olunan müqavilənin əlavə olunması tərəflər arasında istehlak münasibətlərinin yaranıb-yaranmamasını müəyyən etmək üçün əhəmiyyətlidir. Həmçinin, istehlak münasibətlərinin yaranıb-yaranmasının aydınlaşdırılması mülki işin ərazi aidiyyatının müəyyən edilməsi baxımından da, əhəmiyyətlidir. İddia ərizəsinin mümkünlüyündən bəhs edən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsinin qaytarılmasına əsas olmuş nöqsan aradan qaldırıldıqdan sonra, ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur (MPM 152.4-cü maddə). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki iddia ərizəsi Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən edilmiş forma və məzmun tələblərinə riayyət edilmədən verildiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddiaçıya göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra təkrarən məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 263-264 və 267- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı Cavabdehnə qarşı “aylıq internet haqqının 15 olması və pul tələbinə” dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı izah edilsin ki, qərarın təsviri hissəsində göstərilən nöqsan aradan qaldırıldıqdan sonra, təkrarən ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şamaxı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Qürur Abasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar