Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(5-158)-124/2026 18.03.2026 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Mövlayev Azər Aydın oğlunun sədrliyi, Ramazanova Firuzə Musa qızının katibliyi, İddiaçının nümyəndəsi və vəkili Vəkil Mustafa oğlunun iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 MMC-yə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinə qarşı “əmək müqaviləsinə xitam verilməsi və əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə. İşin halları İddiaçı cavabdehlər Cavabdeh2 MMC-yə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinə qarşı “əmək müqaviləsinə xitam verilməsi və əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2007-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi və İddiaçı ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2007-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin “Əmək və məşğulluq” sistemində qeydə alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2007-ci il tarixdə Cavabdeh2 MMC ilə əmək müqaviləsi bağlayaraq uzun illər həmin müəssisədə işləmişdir. Lakin sonradan müəssisənin fəaliyyəti dayandırılmışdır. Müəssisənin direktoru ilə əlaqə saxlasaqda o müəssisənin adına olan “Asan nömrənin” onda olmadığını və müəssisənin adından hər hansı bir sənədə imza ata bilməyəcəyini bildirmişdir. Artıq uzun müddətdir ki, müəssisə ilə əlaqəsi kəsilmişdir. Başqa müəssisələrə işə girmək istəsədə “Şəki Kərpic “ MMC-də adı işçi kimi göründüyü üçün və onun adı hələ də elektron sistemdə qaldığı üçün işə girə bimir. O, bununla əlaqədar dəfələrlə müvafiq səlahiyyətli orqanlara müraciət etmişdir. Əmək və Əhalinin S osial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin X4 tərəfindən müraciətinə cavab olaraq xx.xx.2025-ci il tarixli məktubunda məhkəməyə müraciət etməyimi tövsiyə etmişdirlər. Tərəflərin izahatları Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin iş yerinə dair xx.xx.2019-cu il tarixli bildirişdən göründüyü kimi, iddiaçı ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2007-ci il tarixli müddətsiz əmək müqaviləsinə əsasən iddiaçı Cavabdeh2 MMC-də baş mühasib vəzifəsinə təyin olunmuş, aylıq əmək haqqı 1100.00 manat təşkil etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin xx.xx.2019-cu il tarixli bildirişə əsasən iddiaçı ilə işəgötürən Cavabdeh2 arasında xx.xx.2007-ci il tarixli müddətsiz əmək müqaviləsi bağlanılaraq, baş mühasib vəzifəsinə təyin olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin X1 iddiaçıya ünvanladığı 3-17-5/2-H-118672/2025 nömrəli,xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, onun Cavabdeh2 MMC ilə aralarında bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə etdiyi müraciətə X8 Xidmətinin X2 baxılmışdır. Həmin məktubda bildirilmişdir ki, müraciətlə əlaqədar müvafiq sənədlərin təqdim edilməsi üçün Cavabdeh2nə xx.xx.2025-ci il tarixli 3-17-5/2-1114763/2025 saylı (SS968553951 AZ) sorğu məktubu göndərilmiş, lakin "bu adda müəssisə fəaliyyət göstərmir” qeydi ilə məktub poçt tərəfindən geri qaytarılmışdır. Həmçinin müəssisənin Əmək və Məşğulluq alt sistemində olan şəxsi kabinetinə məktub göndərilmişdir. Müəssisə tərəfindən sənədlər təqdim edilmədiyi üçün hüquqi şəxs "xxxx" MMC barəsində xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında Protokol tərtib edilərək inzibatı xəta haqqında ış üzrə icraata başlanılmışdır. Həmçinin bildirilmişdir ki, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsinin “Əmək və Məşğulluq” alt sistemində müvafiq qeydlərin aparılması X8 Xidmətinin səlahiyyətləri xaricindədir. Belə ki, əgər işəgötürən tərəfindən bu vəzifə icra edilmirsə və ya işəgötürən tərəfindən icra edilməsi mümkün deyildirsə, bu barədə əsaslandırılmış qaydada rayon (şəhər) məhkəməsinə müraciət edilməli, məsələnin başqa həli yolu olmadığı məhkəmə tərəfindən müəyyən edilməklə əmək müqaviləsi məhkəmə tərəfindən xitam verilmiş hesab edilməli və əmək müqaviləsinin qüvvədən düşməsi ilə bağlı “Əmək və Məşğulluq" alt sistemində qeydlərin aparılması hüququ X8 Xidmətinə həvalə edilməlidir. Məhkəmə iddiaçının nümayəndəsi, həmçinin vəkili olan Vəkil Mustafa oğlunun izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 3-cü maddəsinin 5-ci hissəsinə əsasən əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bu Məcəllə ilə müəyyən edilmiş formada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. 7-ci maddəsinin 2-ci hissəsinə əsasən 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. (köhnə redaksiyada) 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri əmək müqaviləsi elektron informasiya sistemində elektron sənəd formasında bağlandıqda yaranır. (yeni redaksiyada) 9-cu maddəsinin b bəndinə əsasən əmək müqaviləsinin şərtlərini dəyişdirmək və ya onu ləğv etmək üçün işəgötürənə müraciət etmək əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarından biridir. 42-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. 49-cu maddəsinin 1-ci hissəsinə əsasən bu maddənin 2-ci və 3-cü hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsi və ya ona dəyişiklik tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalandıqda, son imzalanma tarixindən əmək müqaviləsi bağlanılmış və ya ona dəyişiklik edilmiş hesab olunur və hüquqi qüvvəyə minir. 49-cu maddəsinin 5-ci hissəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinə xitam verilməsi bu barədə əmrin (sərəncamın, qərarın) işəgötürən tərəfindən elektron informasiya sisteminə daxil edilərək gücləndirilmiş elektron imza ilə imzalandığı tarixdən hüquqi qüvvəyə minir. Əmək müqaviləsinə xitam verilməsi tarixi əmək müqaviləsinə xitam verilməsi barədə əmrin (sərəncamın, qərarın) imzalandığı tarixdən əvvəlki tarixə (bu Məcəllənin 74-cü maddəsinin 1-ci hissəsinin “e” bəndi ilə xitam verilən və həmin maddənin 1-1-ci hissəsi ilə xitam verilmiş hesab edilən hallar istisna olmaqla) müəyyən edilə bilməz. 68-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi əsasları kimi tərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinin müddətinin qurtarması, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər), tərəflərin iradəsindən asılı olmayan hallar, tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar müəyyən edilmişdir. “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 iyun 2014-cü tarixli 183 nömrəli Qərarının 3.4-cü bəndinə əsasən Əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökumət” portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. Həmin Qərarın 6.2-cı bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinə dair məlumatlar elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edildikdən sonra məlumat bazasında bu Qaydaların 5 nömrəli əlavəsində müəyyən edilmiş formada yadda saxlanılır və bununla bağlı 1 (bir) iş günündən gec olmayaraq işəgötürənə sistem vasitəsilə bu Qaydaların 8 nömrəli əlavəsində müəyyən edilmiş formada məlumat verilir. İşəgötürən bu məlumatı çap edərək, mühafizə edilən aidiyyəti əmək müqaviləsi ilə birlikdə 5 (beş) il müddətinə saxlanmasını təmin edir və işçinin müraciəti əsasında bildirişin və məlumatın surətini ona təqdim edir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı ilə Cavabdeh2 MMC arasında xx.xx.2007-ci il tarixdə bağlanmış müddətsiz əmək müqaviləsinə əsasən iddiaçı Cavabdeh2 MMC-də baş mühasib vəzifəsinə təyin edilmişdir. Daha sonra iddiaçı əmək müqaviləsinə xitam verilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsinin “Əmək və Məşğulluq” alt sisteminə daxil edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə etdiyi müraciətə X8 Xidmətinin X3 müraciət etmiş, müraciətinə cavab olaraq onunla Cavabdeh2 MMC-nin rəhbərliyi arasında bağlanmış xx.xx.2007-ci il tarixli əmək müqaviləsinin qüvvədə olduğu, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsinin “Əmək və Məşğulluq” alt sisteminə daxil edilməsinin X8 Xidmətinin səlahiyyətləri xaricində olduğu, işəgötürənə müraciət etməli olduğu, işəgötürən tərəfindən bu vəzifə icra edilmədiyi və ya işəgötürən tərəfindən icra edilməsi mümkün olmadığı təqdirdə, bu barədə (şəhər) məhkəməsinə müraciət etməli olduğu bildirilmişdir. İddiaçı cavabdehə şifahi və yazılı qaydada müraciətlər etsə də, heç bir nəticə əldə edə bilməmiş, işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməmiş və bu barədə məlumatlar “Əmək və məşğulluq” altsisteminə daxil edilməmişdir. İddiaçı məsələnin məhkəmədən kənar həlli üçün mediasiya təşkilatına müraciət etsə də, cavabdeh mediasiya təşkilatına gəlməmiş və ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İşəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilmədiyinə görə iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Beləliklə, məhkəmə işin faktiki hallarını nəzərə alıb, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, sadalanan qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, iddia təmin edilməli, İddiaçı ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2007-ci il tarixli əmək müqaviləsinə xitam verilməli və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı məlumatların Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və Məşğulluq” altsisteminə daxil edilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinə həvalə edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh2 MMC arasında xx.xx.2007-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilsin və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı məlumatların Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və Məşğulluq” altsisteminə daxil edilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Azər Mövlayev
Məhkəmə qərarları › İş №e-2(5-158)-124/2026
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-158)-124/2026
18.03.2026 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver