Məhkəmə qərarları › İş №e-2(5-160)-156/2026

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(5-160)-156/2026

17.03.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(5-160)-156/2026 17.03.2026 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 3 saylı Regional X3 nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı 3 saylı Regional X3 Cavabdeh qarşı zəbt edilmiş torpaq sahəsinin boşalılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı 3 saylı X4 Mərkəzi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yaşayan Cavabdeh ünvan 2yında özbaşına tutduğu (zəbt etdiyi) X9 torpağları kateqoriyasına aid 0.10 ha torpaq sahəsində aparılmış qanunsuz yonca əkininin dayandırılması və torpağın əvvəlki vəziyyətə qaytarılması cavabdehin öhdəsinə qoyulması və ərizənin boşaldılıb 3 saylı X4 Mərkəzinə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 05 dekabr 2025-ci il tarixində Əmlak Məsələləri Dövlət Xidmətinin Şirvan ərazi şöbəsinin əməkdaşları tərəfindən Şirvan şəhəri Bayramlı qəsəbəsinin inzibati ərazisində keçirilmiş monitorinq zamanı dövlət mülkiyyətinə aid olan meşə fondu torpaqları kateqoriyalı təxminən 0.10 ha torpaq sahəsinin ünvan 1 ünvanında yaşayan Cavabdeh tərəfindən qanunsuz olaraq metal torla hasarlandığı və həmin sahədə yonca əkini aparıldığı faktı aşkar edilərək Əmlak Məsələləri Dövlət Xidmətinin Şirvan ərazi şöbəsinin əməkdaşları tərəfindən müvafiq qanun pozuntusu barədə akt tərtib edilmişdir. Sözügedən qanun pozuntusu ilə bağlı toplanmış sənədlər 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilmiş, həmin idarə tərəfindən isə məsələnin araşdırılması və qanuni tədbirlərin görülməsi məqsədilə müəssisələrinə təqdim edilmişdir. xx.xx.2026-cı il tarixdə Müəssisənin əməkdaşları tərəfindən ünvan 2yına keçirilən yerində baxış zamanı müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yaşayan Cavabdeh zəbt etdiyi 0.10 ha sahədə yonca əkildiyi faktı aşkar edilmişdir. Həmin fakt əsasında Yusif Məmmədovun, Seyidağa Rəhimzadənin və Vüqar Soltanlının iştirakları ilə xx.xx.2026-cı il tarixli 010229 nömrəli müvafiq akt tərtib edilmiş ərazinin kordinatları, ərazidən çıxarış və fotoşəkillər akta əlavə edilmişdir. Mərkəz tərəfindən cavabdehə Meşə qanunvericiliyinin tələbləri pozulduğu barədə xx.xx.2026-cı il tarixli 3-14-99-3/2-004/2026 nömrəli xəbərdarlıq məktubu göndərilmişdir. Lakin bu günə qədər cavabdeh tərəfindən qanunsuz tikililərin sökülməsi və X8 aid torpaq sahəsi hazırki vaxta kimi boşaldılmamışdır. Məhkəmə iclasında iddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 3 saylı Regional X3 nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmənin iclasında Cavabdeh izahatında bildirmişdir ki, iddia tələbini qəbul edir, zəbt etdiyi torpaq sahəsini könüllü olaraq boşaltmış, həmin sahədə əkilmiş yoncanı yığışdırmış və əraziyə çəkilmiş metal torları sökmüşdür. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 28 noyabr tarixli 421 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti haqqında” Əsasnamənin və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinın tələblərini rəhbər tutaraq, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şirvan ərazi şöbəsinin əməkdaşları, məsləhətçi vəzifəsində işləyən X2, məsləhətçi vəziəsində işləyən X5, Şirvan şəhəri, Bayramlı qəsəbəsinin İnzibati-ərazi dairəsi üzrə nümayəndəsi X1 iştirakı ilə tərtib edilmiş “Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti ilə bağlı keçirilmiş monitorinqin nəticəsi barədə” xx.xx.2025-ci il tarixli akta əsasən Şirvan şəhəri, ərazisində aparılan monitorinq zamanı, Şirvan şəhəri, Bayramlı qəsəbəsində (39S X-320332.42; Y-4423183.98 saylı koordinatlarda) dövlət mülkiyyətinə aid meşə fondu torpaqları kateqoriyalı təxmini 0.10 ha torpaq sahəsinin metal tor ilə hasara alınaraq yonca əkini aparılması faktı aşkar olunmuşdur. Araşdırma zamanı, əkin işlərinin Cavabdeh tərəfindən torpaq sahəsinin ayrılmasına dair, icarə, istifadə və mülkiyyət hüquqları olmadan aparıldığı məlum olmuşdur. Fakt aşkar edilmiş torpaq sahəsinin koordinatları: (39S) 1.X-320332.42; Y-4423183.98, 2.X-320366.45; Y- 4423204.86, 3.X-320336.53; Y-4423209.03, 4.X-320358.81; Y-4423176.71 Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 3 saylı X4 Mərkəzi tərəfindən tərtib edilmiş 16 yanvar 2026-cı il tarixli, 010229 nömrəli aktdan görünür ki, 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş 99/22/d saylı, xx.xx.2026-cı il tarixli məktubda qeyd olunanları araşdırmaq üçün Mərkəzin ünvan 2yında (Şirvan şəhəri, Bayramlı qəsəbəsində) olmuşlar. ünvan 3 ünvanında yaşayan Cavabdeh istifadəsində olan 0.1 ha X9 torpağına baxış keçirərkən məlum oldu ki, sahə Kür çayının sağ sahili ilə qoruyucu bəndin arasında yerləşir və Kürün sahilində Bayramlı qəsəbəsini su ilə qismən elektrikli su nasosu işlək vəziyyətə mövcuddur. Həmin su nasosuna vətəndaş Cavabdeh qeyri-səmimi olaraq nəzarət edir və özünün dediyinə görə həmin nasosu 1980-ci illərdə quraşdırılmışdır. Nasosun borusu vətəndaşınq qanunsuz istifadə etdiyi sahənin kənarından keçir və 0.1 ha sahədə yonca bitkisinin əkildiyini (2023-cü ildə) müəyyən etmişlər. Akt tərtib olunarkən vətəndaş onların tələbləri ilə özünün qanunsuz olaraq çəkmiş olduğu dəmir şiferdən ibarət çəpəri ərazidən götürmüşdür. Lakin həmin sahə sağ və sol tərəfdən kol budaqla çəpərə alınmış vəziyətdə qalmaqdadır. Vətəndaş bildirmişdir ki, həmin çəpərlər onun tərəfindən çəkilmişdir. Sökülən çəpərin uzunluğu 12 m təşkil edir. O, izahatında bildirmişdir ki, həmin sahənin X8 aid olduğundan xəbərsiz olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələbinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vernək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinin tələbinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəktələrə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Meşə Məcəlləsinin 8-ci maddəsinə əsasən meşə fondunun dövriyyəsinə, həmçinin meşə fondu sahələrinin özgəninkiləşdirilməsinə gətirən və gətirə bilən alqı-satqıya, girov qoymaya və digər əqdlərə yol verilmir. Həmin Məcəllənin 11-ci maddəsinə əsasən Azərbaycan Respublikasında meşə fondu dövlətə mənsubdur və onun mülkiyyətidir. Meşələr və meşə fondunun torpaqları özəlləşdirilmir. Həmin Məcəllənin 37-ci maddəsinin 1-ci hissəsinə əsasən meşə fondunda meşə təsərrüfatının aparılması və meşədən istifadə ilə əlaqədar olmayan tikinti və mədən işlərinin aparılmasına, kommunikasiyaların çəkilməsinə və digər işlərin yerinə yetirilməsinə icazə (meşə fondu torpaqlarının qeyri-meşə torpaqlarına keçirilməsi və (və ya) meşə fondu torpaqlarının geri alınması tələb olunmadıqda) müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 238.1-ci maddəsinin tələbinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci hissəsinin tələbinə əsasən torpaq üzərində mülkiyyət hüququ və torpaqdan daimi istifadə hüququ müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarına əsasən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən Dövlət aktı (şəhadətnamə) ilə rəsmiləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164.1-ci maddəsinin tələbinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərkətlərindən çəkinməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndinin tələbinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. «R.Ağalarovun şikayəti üzrə» Azərbaycan Respublikası Kontitusiya Məhkəməsinin xx.xx.2007-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddaratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin tələbinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edildikdən sonra həmin sahənin sərhədləri yerdə (naturada) müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. «Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 fevral 2003-cü il tarixli, 2 nömrəli Qərarının 4-cü bəndində məhkəmələrə izah edilmişdir ki, fiziki və hüquqi şəxslər torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququna əsasən əldə edə bilərlər. Hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ digər əmlaklar üzərində olduğu kimi, onların mütləq və müstəsna xarakter daşıyan sahiblik, istifadə və sərəncam səlahiyyətlərini nəzərdə tutur. Torpaq sahəsi üzərində istifadə hüququ dedikdə müvafiq qərar (müqavilə) əsasında yalnız torpaq vergisi ödəmək şərti ilə ondan daimi və ya müvəqqəti olaraq əvəzsiz istifadə etmək başa düşülür. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1 və 2-ci hissələrinin tələbinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin Sabirabad regional X3 ünvan 2yında özbaşına tutduğu (zəbt etdiyi) X9 torpağları kateqoriyasına aid 0.10 ha torpaq sahəsində aparılmış qanunsuz yonca əkinin dayandırılması və torpağın əvvəlki vəziyyətinə qaytarılması və ərazinin boşaldılıb 3 saylı X4 Mərkəzinə təhvil verilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 241- 244, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin Sabirabad regional X3 ünvan 2yında özbaşına tutduğu (zəbt etdiyi) X9 torpağları kateqoriyasına aid 0.10 ha torpaq sahəsində aparılmış qanunsuz yonca əkinin dayandırılması və torpağın əvvəlki vəziyyətinə qaytarılması və ərazinin boşaldılıb 3 saylı X4 Mərkəzinə təhvil verilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Cavabdeh dövlət rüsumunun əvəzi qismində 100 (bir yüz) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsi nəfinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar