Məhkəmə qərarları › İş №e-2(5-162)-263/2026

Tərtər Rayon Məhkəməsi Qərardad — İş №e-2(5-162)-263/2026

26.02.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Tərtər rayonu İş № e-2(5-162)-263/2026 26.02.2026 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi ilə İddiaçı, Cavabdeh qarşı mirasın qəbul edilməsi tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək, MÜƏYYƏNETDİ: İddiaçı, Cavabdeh qarşı anası İmanova (Ocaqova) Zibər Müseyib qızından miras qalmış əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi tələbi ilə bağlı Tərtər Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. İddia ərizəsini və işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş zəruri tələblərə əməl edilmədən məhkəməyə verilmişdir. Belə ki, İddiaçı, Cavabdeh qarşı anası İmanova (Ocaqova) Zibər Müseyib qızından miraq qalmış əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət etsə də, ərizənin məzmunu ilə tanış olarkən aydın olmuşdur ki, hazırki tələb xüsusi icraat qaydasında ərizəçi, maraqlı şəxs kimi deyil, iddia icraatı qaydasında verilmişdir. Eləcə də ərizənin məzmununda Cavabdeh hazırki tələblə bağlı fikri qeyd edilməmişdir. Belə ki, qanunun tələblərinə əsasən miras əmlakla bağlı vərəsələr arasında mübahisə olduqda məhkəmə qərardadı ilə miras qalmış əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi tələbi icraata qəbul edilməyərək geri qaytarılır və ya icraata qəbul edilmişdirsə baxılmamış saxlanlılır. Bunlarla yanaşı iddiaçı ərizəsinə vərəsələrin dairəsi ilə bağlı arayışı, əgər vərəsələr mövcuddursa onların notarial qaydada verilmiş razılıq ərizələri, özünün şəxsiyyət vəsiqəsinin və yaşayış yeri ilə bağlı arayışı iddia ərizəsinə əlavə etməmişdir. Məhkəmə hesab edir ki, hazırki vəziyyətdə iddia ərizəsi Qanunun tələblərinə uiyğun olaraq hazırlanmamışdır. Məhkəmə hesab edir ki, iddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-in 149-cu maddəsinin tələbləri pozulmaqla tərtib edilmişdir. Bu və digər nöqsanlarla bağlı iddia ərizəsi geri qaytarılmall və həmin nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə verilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətinə gəlir, göstərilən səbəblərdən ərizə və ona əlavə edilmiş sənədlərin iddiaçıya geri qaytarılması əsaslıdır. Azərbaycan Respublikası MPM-in 149-cu maddəsi ilə iddia ərizəsinin müəyyən olunması formasına və məzmununa riayət edilmədikdə geri qaytarılır. Azərbaycan Respublikası MPM-in 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin 149-cu maddəsində nəzərdə tutulan tələblər pozulmaqla verildikdə geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 151-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası MPM-in 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Belə ki, qeyd olunan maddədə iddia tələbinin əsaslandırılması iddiaçının vəzifəsi hesab edilmişdir. İddiaçıya izah edilsin ki, yalnız qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 114.1.3-cü maddəsinə əsasən ərizə geri qaytarıldığından ödənilmiş 100 (yüz) manat dövlət rüsumu İddiaçı qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 149, 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: İddiaçı, Cavabdeh qarşı mirasın qəbul edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarılsın. İddiaçıya qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. Ödənilmiş 100 (yüz) manat dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar