Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № e-2(5-168)-71/2026 13.03.2026 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Mən, Zəngilan Rayon Məhkəməsinin hakimi İmanova Gülsarə Kərimovna, İddiaçı «Rabitəbank” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «borc tələbinə dair» kiçik iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdim: İddiaçı «Rabitəbank” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «borc tələbinə dair» kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, Cavabdehdan 1 aprel 2022-ci il tarixli, MC World Debit kart müqaviləsi üzrə əsas borcuna görə 1222.95 manat, faiz borcuna görə 18.76 manat, cəmi 1241.71 manat məbləğində pulun və 33 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçıASC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Xətai filialı ilə Cavabdeh arasında bağlanmış 1 aprel 2022-ci il tarixli, MC World Debit kart müqaviləsi bağlanmışdır. Müqavilənin icra olunması üçün bank tərəfindən Cavabdehə 5261 ****** 2411 saylı bank kartı verilmiş və **********6944-586095 saylı kart hesabı açılmışdır. xx.xx.2025-ci il tarixində müştəri Million ödəniş terminalı vasitəsilə kart hesabına 1465 manat mədaxil edilmişdir. Mədaxil edilən 1465 manat məbləğdən 9.03 manat xidmət haqqı çıxıldıqdan sonra qalan 1455.97 manat sistemdə baş verən xəta nəticəsində hesaba iki dəfə (ümumilikdə 2911.94 manat) yüklənmişdir. xx.xx.2025-ci il tarixində müştəri əlavə yüklənən 1455.97 manat vəsaitin silinməsini gözləmədən 500 manat 5243 ****** 3864 nörməli Unibanka məxsus kartına, 200 manat 4098 ****** 5056 nömrəli Unibank məxsus kartına, 50 manat 4098 ****** 5056 nömrəli Unibank məxsus kartına, 300 manat 5243 ****** 7956 nömrəli Unibank məxsus kartına və 300 manat 4098 ****** 5056 nömrəli Unibank məxsus kartına köçürmüşdür (card to card). xx.xx.2025-ci il tarixində silinmə daxil olan zaman müştəri banka məxsus olan 1455.97 manat vəsaiti xərclədiyinə görə overdraft borcu 1222.95 manat əsas və hesablanmış faiz borcu 18.76 manat olmaqla, ümumilikdə 1241.71 manat təşkil edir. Bankın “Səbail” filialı tərəfindən cavabdehə bu barədə xx.xx.2026-cı il tarixli, RB02/PK-414 saylı bildiriş məktubu göndərilmiş və artıq xərclənmiş pulun geri qaytarılması tələb edilmişdir. Lakin buna baxmayaraq, cavabdeh bu günədək banka məxsus olan 1222.95 manat əsas və hesablanmış faiz borcu 18.76 manat olmaqla, ümumilikdə 1241.71 manat pul vəsaitinin qaytarılmasını təmin etməmişdir. Beləlikə, cavabdeh bü günədək özgənin vəsaitini özündə qanunsuz saxlamaqla banka maddi zərər vurur. Təqdim olunan arayışa əsasən Cavabdeh 1 aprel 2022-ci il tarixli, MC World Debit kart müqaviləsinə əsasən verilmiş 5261 ***** 2411 nömrəli kart və **********6944-586095 saylı hesabı üzrə olan overdraft borcu aşağdakı səbəblərdən yaranmışdır. xx.xx.2025-ci il tarixində müştəri Million ödəniş terminalı vasitəsilə kart hesabına 1465 manat mədaxil edilmişdir. Mədaxil edilən 1465 manat məbləğdən 9.03 manat xidmət haqqı çıxıldıqdan sonra qalan 1455.97 manat sistemdə baş verən xəta nəticəsində hesaba iki dəfə (ümumilikdə 2911.94 manat) yüklənmişdir. xx.xx.2025-ci il tarixində müştəri əlavə yüklənən 1455.97 manat vəsaitin silinməsini gözləmədən 500 manat 5243 ****** 3864 nörməli Unibanka məxsus kartına, 200 manat 4098 ****** 5056 nömrəli Unibank məxsus kartına, 50 manat 4098 ****** 5056 nömrəli Unibank məxsus kartına, 300 manat 5243 ****** 7956 nömrəli Unibank məxsus kartına və 300 manat 4098 ****** 5056 nömrəli Unibank məxsus kartına köçürmüşdür (card to card). xx.xx.2025-ci il tarixində silinmə daxil olan zaman müştəri banka məxsus olan 1455.97 manat vəsaiti xərclədiyinə görə overdraft borcu yaranmışdır. Yaranan borcdan 233.02 manat müştəri tərəfindən ödənilmişdir. Cavabdeh xx.xx.2026-cı il tarxinə olan overdraft borcu 1222.95 manat əsas və hesablanmış faiz borcu 18.76 manat olmaqla, ümumilikdə 1241.71 manat təşkil edir. Qeyd olunanlara əsasən, kart müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımı qaydada icra etmədiyi üçün Cavabdehdan 1 aprel 2022-ci il tarixli, MC World Debit kart müqaviləsi üzrə əsas borcuna görə 1222.95 manat əsas və hesablanmış faiz borcu 18.76 manat olmaqla, ümumilikdə 1241.71 manat pul tutulmalıdır.Sonda ərizədə iddianın təmin olunması barədə məhkəmə qətnaməsi çıxarılması xahiş olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Yuxarıda göstərilən qanunvericiliyinin tələbini əsas götürərək işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab edirəm və aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC-nin Səbail filialı ilə Cavabdeh 1 aprel 2022-ci il tarixli, MC World Debit kart müqaviləsinə əsasən verilmiş 5261 ***** 2411 nömrəli kart və **********6944-586095 saylı hesabı üzrə olan overdraft borcu yarnmışdır. İş materiallarında olan arayışından görünür ki, cavabdehin banka 1222.95 manat əsas və hesablanmış faiz borcu 18.76 manat olmaqla, ümumilikdə 1241.71 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən «Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir». Azərbaycan Respublikası MM-nin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Eyni Məcəlləsinin 385.1-ci maddəsinə əsasən «Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Azərbaycan Respublikası MM-nin 442 və 448.1-ci maddələrinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür», «Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir». Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən «Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur». Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını, habelə cavabdehin üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini nəzərə alaraq, hesab edirəm ki, iddiaçı cavabdehə verdiyi krediti və ona hesablanmış faizləri geri tələb etmək hüququna malikdir. Bundan əlavə Azərbyacan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-2-ci maddəsinə əsasən kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. Həmin Məcəllənin 284-6.1-ci maddəsinin tələbinə görə işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 284-6.2-ci maddəsinə əsasən Məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Bundan əlavə Azərbyacan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydasında baxılmasına yol verilir. Həmin Məcəllənin 284-2-ci maddəsinə əsasən kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. Həmin Məcəllənin 284-6.1-ci maddəsinin tələbinə görə işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 284-6.2-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Bundan başqa, tərəflərin arasında bağlanmış kredit müqaviləsi ilə cərimənin ödənilməsi nəzərdə tutulsa da iddiaçının tələb etdiyi 18.76 manat məbləğində cərimənin Məhkəmə Azərbaycan Respublikasının MM-nin 467-ci maddəsinin tələblərinə uyğun olaraq tənasübsüz surətdə yüksək olduğunu hesab edir və həmin cərimənin məbləğinin azaldılması nəticəsinə gəlir. Belə ki, Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinin tələblərinə görə Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Odur ki, Məhkəmə iddiaçının tələb etdiyi cərimə faizi tənasübsüz surətdə yüksək olduğunu hesab edərək, onu azaldıb 5 manat məbləğində müəyyən edilməsi qənaətinə gəlir. Qeyd olunanları nəzərə alaraq, hesab edirəm ki, iddia təmin edilməli, Cavabdeh 1222.95 manat əsas, 18.76 manat faiz borcu olmaqla, cəmi 1241.71 manat məbləğində borc tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 33 manat dövlət rüsumu ödənilmişdir. MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 33 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 222, 227, 233, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdeh 1222.95 manat əsas, 18.76 manat faiz borcu olmaqla, cəmi 1241.71 manat məbləğində borc və ödənilmiş 33 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1(bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №e-2(5-168)-71/2026
Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-168)-71/2026
13.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver