Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № e-2(5-92)-186/2026 26.02.2026 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Mən, hakim Zeynalov İlkin Cəlal oğlu, İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsinə və ərizəyə əlavə edilmiş sənədlərə baxaraq müəyyən etdim : İddiaçı məhkəməyə kiçik iddialara dair sadələşmiş icraat qaydasında iddia ərizəsi ilə müraciət edərək Cavabdeh S5K6208371 nömrəli, 23 fevral 2022-ci il tarixli müqavilə üzrə 280 manat əsas borc, 84 manat dəbbə pulu, 30 manat iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 394 manat pulun iddiaçının xeyrinə tutulması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 151-ci maddəsinin tələbinə görə, iddia ərizəsinin mümkünlüyü yoxlanılmalıdır. İş üzrə təqdim edilmiş sənədləri nəzərdən keçirib məhkəmə müəyyən edir ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152-ci maddəsinin tələblərinə uyğun olaraq ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsində qeyd olunur ki, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-3.5-ci maddəsinə əsasən ərizənin bu Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Həmin Məcəllənin 284-3.2.3-cü maddəsinə əsasən iddiaçının tələbi və onun əsaslandığı hallar; Qeyd edilən məcəllənin 284-3.2.4-cü maddəsinə əsasən isə tələbin əsaslığını təsdiq edən sənədlər, əmlakın verilməsi tələbləri üzrə tələb olunan əmlakın dəyərinə dair sübutlar ərizədə qeyd edilməlidir. Həmin məcəllənin 284-4.1.3-cü maddəsinə görə verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa işə baxılmasının sadələşdirilmiş qaydasına yol verilə bilməz. Həmin məcəllənin 284-4.2-ci maddəsinə əsasən bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbbaycan Respublikası Ali Məhkəməsi plenumunun qərarının 13-cü bəndində qeyd edilir ki, iddia ərizəsində (ərizədə, şikayətdə) Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsində müəyyən olunmuş məlumatlar dəqiq göstərilməli və ərizəyə 150-ci maddədə göstərilən sənədlər əlavə edilməlidir. Məhkəməyə müraciət edən şəxs ərizənin qanunla müəyyən edilmiş məzmununa əməl etmədikdə ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə müvafiq olaraq iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə təkrar müraciət etməyə mane olmur. Hazırkı halda kiçik iddialara dair sadələşmiş icraat qaydasında məhkəməyə təqdim edilmiş iddia ərizəsi mülki prosessual qanunvericiliyin tələblərinə əməl edilmədən tərtib edilmiş, iddia ərizəsinin formasına riayət olunmamış, iddia ərizəsinə tələbin əsaslığını təsdiq edən sənədlər əlavə edilməmiş, əlavə edilmiş müqavilədə isə digər bir hüquqi şəxsin adı qeyd edilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq belə hesab edirəm ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-3.5-ci maddəsinin tələbinə əsasən iddia ərizəsi geri qaytarılmalıdır. İddiaçıya qərardadda qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Yuxarıda qeyd olunanları və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149,152, 284, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: İddiaçı kiçik iddialara dair sadələşmiş icraat qaydasında Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçı tərəfindən Hökümət ödəniş portalı vasitəsilə xx.xx.2026-cı il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu ona geri ödənilsin. İddiaçı izah olunsun ki, ərizənin qaytarılması üçün əsas olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilər. Qərardad, rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: İlkin Zeynalov
Məhkəmə qərarları › İş №e-2(5-92)-186/2026
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №e-2(5-92)-186/2026
26.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver