Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(5-94)-343/2026 17.02.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Şövkətli-Mənsimli Leyla Şahin qızının sədrliyi, İsmayılov Emin Əli oğlunun katibliyi İddiaçının nümayəndələri X2 və X1 iştirakı ilə, İddiaçı AR İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı AR İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən göstərilmiş mühafizə xidmətinə görə yaranmış 280,88 manat borcun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh DİN BMİ Xətai Rayon Mühafizə İdarəsi ilə bağlanmış müqavilənin şərtlərini pozmuş, uzun müddət ödəniş etməmiş və nəticədə onun DİN BMİ Xətai Rayon Mühafizə İdarəsinə qeyd olunan məbləğdə borcu yaranmışdır. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndələri iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: xx.xx.2017-ci il tarixli 110 saylı müqavilədən görünür ki, DİN Baş Mühafizə İdarəsinin Xətai Rayon Mühafizə İdarəsi ilə Cavabdeh arasında Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən mənzilin mühafizəsi haqqında müqavilə bağlanmışdır. Müqavilənin 1.9-cu bəndinə əsasən mühafizə haqqı qiymət cədvəlinə əsasən ödənilməlidir. Qiymət cədvəlindən görünür ki, mənzilin aylıq xidmət müddəti 730 saat, xidmət haqqı 35 manat müəyyən edilmişdir. xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktublarından görünür ki, cavabdeh müqavilə üzrə debitor borclarının olması, öhdəliyini icra etməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. AR DİN Baş Mühafizə İdarəsinin Xətai Rayon Mühafizə İdarəsinin xx.xx.2025-ci il tarixli əmrindən görünür ki, vətəndaşın ərizəsi əsasında Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən mənzilə mühafizə xidməti dayandırılmış, həmin tarixədək mühafizə haqlarının alınmasıının təmin edilməsi qərar alınmışdır. Maliyyə arayışından görünür ki, Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən mənzilin mühafizəsinə görə cavabdehin 280,88 manat borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 398.1. Müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir. 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə tərəfindən müəyyən edildi ki, tərəflər arasında xx.xx.2017-ci il tarixdə mənzilə mühafizə xidmətinin göstərilməsinə dair müqavilə bağlanmış, mühafizə xidmətlərinin dəyəri üçün aylıq xidmət haqqı 35 manat razılaşdırılmışdır. Maliyyə arayışına əsasən, müqavilənin ləğv edildiyi xx.xx.2025-ci il tarixə cavabdehin ödənilməmiş qalıq borcu 280,88 manat təşkil edir. Odur ki, məhkəmə hazırda cavabdehin xidmət müqaviləsi üzrə 280,88 manat ödənilməmiş əsas borcunun qaldığını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə müvafiq olaraq, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220,284-1-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdeh 280,88 manat tutularaq iddaçı İddiaçınə ödənilsin. 30 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Leyla Şövkətli-Mənsimli