Məhkəmə qərarları › İş №e-2(5-96)-516/2026

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №e-2(5-96)-516/2026

25.02.2026 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(5-96)-516/2026 25.02.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin hakimi Xəyal Sarıyev, İddiaçı cavabdehlər Cavabdeh, X3, Bakı şəhəri 45 saylı notariat ofisiə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı müqavilənin və çıxarışın etibarsız hesab edilməsi, mənzilə köçürülmə və mənzilə dair pay hüququnun tanınması tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdehlər Cavabdeh, X3, Bakı şəhəri 45 saylı notariat ofisiə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı müqavilənin və çıxarışın etibarsız hesab edilməsi, mənzilə köçürülmə və mənzilə dair pay hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Emin Quliyev küçəsi, ev 64, mənzil 49 (yeni qaydalarla AZ1083, ünvan 1 ünvanında yerləşən mənzilə dair cavabdehlər Cavabdeh və onun atası X6 arasında bağlanmış xx.xx.2024-cü il tarixli bağışlama müqaviləsinin, müqavilə nəticəsində cavabdeh X1 adına verilmiş çıxarışın etibarsız sayılaraq ləğv edilməsi, bu mübahisə yekunlaşanadək üç azyaşlı uşağı xx.xx.2008-ci il təvəllüdlü X2, xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X5 ilə birlikdə uzunmüddət yaşadıqları ünvan 2 ünvanında yerləşən mənzilə köçürülməsi, birgə nikah dövründə əldə etdikləri Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Emin Quliyev küçəsi, ev 64, mənzil 49 (yeni qaydalarla AZ1083, ünvan 1 ünvanında yerləşən mənzilin bölünməsi və 1/2 hissədə onun pay hüququnun tanınması, vəkilə ödənilmiş 350 manatın və dövlət rüsumuna görə ödənilmiş 100 manatın cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsi tərtib edilərkən, Azərbaycan Respublikası MPM-nin 149.2.4-1-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, məlum olduğu kimi, ailə mübahisələri üzrə bəzi kateqoriyalı işlərdə məhkəməyə müraciət edilməzdən əvvəl mediasiya prosesində iştirak edilməsi qanunvericiliklə nəzərdə tutulmuş məcburi ilkin mərhələdir. Bu tələb Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilmiş “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu ilə təsbit olunmuşdur. Həmin qanunun müddəalarına əsasən, tərəflər mübahisənin həlli məqsədilə əvvəlcə mediasiya təşkilatına müraciət etməli, mediator tərəfindən ilkin mediasiya iclası təşkil edilməli və prosesin nəticəsinə dair müvafiq sənəd (mediasiyanın baş tutması, razılaşmanın əldə olunmaması və ya tərəflərin iştirakdan imtina etməsi barədə protokol) tərtib olunmalıdır. Yalnız mediasiya mərhələsi başa çatdıqdan və bu barədə təsdiqedici sənəd əldə edildikdən sonra tərəflər məhkəməyə müraciət etmək hüququna malik olurlar. Lakin hazırkı vəziyyətdə mediasiya qurumuna ilkin müraciət edilməsinə baxmayaraq, mediasiya prosesinin nəticəsi gözlənilmədən və mediator tərəfindən prosesin yekununu təsdiq edən sənəd təqdim olunmadan birbaşa məhkəməyə müraciət edilmişdir. Bu hal qanunvericiliklə müəyyən edilmiş məcburi ilkin mediasiya mərhələsinin tələblərinə əməl olunmadığını göstərir. Beləliklə, mediasiya prosedurunun tam keçirilməməsi və onun nəticəsinə dair sənəd təqdim edilmədən iddianın məhkəməyə verilməsi prosessual qaydaların pozulması hesab olunur və bu səbəbdən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2.4-1-ci maddəsinə əsasən, ərizədə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat göstərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.6-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Yuxarıdakılara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149, 152, 263- 264, 266-268-ci maddələrini rəhbər tutub, QƏRARA ALDİM: İddiaçı cavabdehlər Cavabdeh, X3, Bakı şəhəri 45 saylı notariat ofisiə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı müqavilənin və çıxarışın etibarsız hesab edilməsi, mənzilə köçürülmə və mənzilə dair pay hüququnun tanınması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar