Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(5-98)-709/2026 12.03.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair (açar sözlər: iddia ərizəsinin geri qaytarılması, məhkəmənin hazırlıq iclasında vəsatət verildikdə) Hakim İsmayılova Səbinə Vüqar qızı, Mehdiyeva Gülarə Sahib qızının katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə iddiaçı tərəfindən verilmiş iddia ərizəsinin geri qaytarılması barədə vəsatətə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə aşağıdakı qərardadı qəbul etdi: İddia tələbi.
1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh 69.11 manat əsas, 1.67 manat faiz borcu olmaqla, cəmi 70.78 manat borcun tutulması, ödənilmiş 30 manat dövlət rüsumunun və 0.40 manat xidmət haqqının "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, e-2(5-98)- 709/2026 nömrəli qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmış, məhkəmənin hazırlıq iclası təyin edilmişdir.
Məhkəmə icraatı iştirakçısının izahatı.
2. Məhkəmənin hazırlıq iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçının nümayəndəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə vəsatətlə müraciət edərək, məhkəmədən iddia ərizəsinin, eləcə də bu ərizə ilə məhkəməyə müraciət etmək üçün ödənilmiş dövlət rüsumunun geri qaytarılmasını xahiş etmişdir.
3. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir.
Tətbiq edilən hüquq.
4. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 170. İşin məhkəmə baxışına hazırlanması zamanı iş üzrə icraatın dayandırılması, xitam verilməsi və ərizənin qaytarılması 170.1. Bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. 170.3. Bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər.
5. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli, 3№-li qərarı.
2. ...Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.
Məhkəmənin mövqeyi.
6. Göründüyü kimi, iş üzrə iddiaçının nümayəndəsi tərəfindən iddia ərizəsinin geri qaytarılması ilə bağlı vəsatətlə məhkəməyə müraciət edilmişdir. Məhkəmə qeyd edir ki, iş hələ hazırlıq mərhələsində olduğundan iddiaçının iddia ərizəsinin geri qaytarılmasını tələb etmək hüququ nə cavabdehin razılığı, nə də qanunla nəzərdə hər hansı məhdudiyyətlə şərtləndirilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, müvafiq vəsatət əsasında iddia ərizəsi geri qaytarılmalıdır.
7. Məhkəmə, həmçinin onu da qeyd edir ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmək üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu da qaytarılmalı olduğundan məhkəmə hesab edir ki, bu iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün iddiaçının ödədiyi dövlət rüsumu dövlət büdcəsindən iddiaçıya qaytarılmalıdır.
8. Şərh olunanlara əsasən və MPM-in 170-ci maddəsini rəhbər tutaraq, Q Ə R A R A A L D İ:
İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbi dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu (xx.xx.2026-cı il tarixli, ********** nömrəli qəbz) dövlət büdcəsindən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim Səbinə İsmayılova