Məhkəmə qərarları › İş №e-2(5-99)-390/2026

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №e-2(5-99)-390/2026

13.02.2026 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(5-99)-390/2026 13.02.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əliyeva Qumru Yəhya qızı, İddiaçı Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Cavabdeh qarşı “kirayə müqaviləsinə xitam verilməsi, mənzildən çıxarılma, mənzilin boşaldılması və borcun ödənilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu Cavabdeh qarşı “kirayə müqaviləsinə xitam verilməsi, mənzildən çıxarılma, mənzilin boşaldılması və borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsindən görünür ki, iddiaçı aidiyyət qaydalarını pozmaqla məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir; 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. 149.2.2-ci maddəsinə əsasən iddia ərizəsində işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları göstərilməlidir; 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Belə ki, hazırda iddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən ünvan 1 ünvanında yerləşən mənzilin Nizami rayonunda olmasına istinad edərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraicət etsə də, qeyd edilməlidir ki, hazırki iddia üzrə əsas tələb tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli “satmaq öhdəliyi ilə kirayə” müqaviləsinə xitam verilməsi tələbi olmaqla, digər tələblər ondan törəmə tələblərdir. İddaçı məhz cavabdeh tərəfindən müqavilə üzrə götürülmüş öhdəliklərin icra edilməməsi əsası ilə hazırki tələblərlə məhkəməyə müraciət etmişdir. Bu səbəbdən hazırki işə ümumi aidiyyət qaydalarına uyğun baxılmalıdır. Elekton məhkəmə informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, cavabdeh ünvan 3 ünvanında qeydiyyatdadır. Mülki qanunvericiliyə görə, fiziki şəxsin qeydə alındığı yer dedikdə, onun iddianın verildiyi vaxt yaşayış yeri, yəni rəsmi qeydiyyata alındığı yer başa düşülməlidir. Göründüyü kimi, cavabdehin Bakı şəhəri Nizami rayonunun ərazisində qeydiyyatda olmasına dair məlumatlar mövcud deyil, ona görə hazırkı iddia ərizəsinin həmin rayonun məhkəməsi tərəfindən icraata qəbul edilərək işə baxılması mümkün deyildir. O cümlədən iddiaçının seçməsinə görə aidiyyət qaydalarını müəyyən edən Azərbaycan Respublikası MPM-nin 36-cı maddəsi ilə dairəsi göstərilmiş hallar da müəyyən edilməmişdir. Beləliklə, hesab edirəm ki, qeyd olunanlara əsasən iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə geri qaytarılmalı, nöqsanı aradan qaldırdıqdan sonra ümumi qaydada aidiyyəti məhkəməyə müraciət etmək hüququ iddiaçıya izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır; 114.2-ci maddəsinə əsasən, bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Məhkəmə hesab edir ki, hazırkı qərardad iddiaçının ödədiyi 100 manat dövlət rüsumunun geri qaytarılması üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 267-268ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Cavabdeh qarşı “kirayə müqaviləsinə xitam verilməsi, mənzildən çıxarılma, mənzilin boşaldılması və borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılsın. Nöqsanlar aradan qaldırdıqdan sonra ümumi qaydada aidiyyəti məhkəməyə müraciət etmək hüququ iddiaçıya izah olunsun. Bu qərardad mülki iş üzrə iddia ərizəsinə görə iddiaçı Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun (VÖEN: **********, mədaxil qəbzinin nömrəsi **********, Tarix: xx.xx.2026, saat 15:46:07) dövlət büdcəsindən qaytarılması üçün əsasdır. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar