Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(5-99)-656/2026 10.03.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Yusifova Ülkər Bayram qızı, İddiaçı cavabdeh “Azərbaycan Karlar Cəmiyyətinə” İctimai Birliyinə qarşı “yaşayış yeri ilə təmin edilmə” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, Tələb:
1. İddiaçı cavabdeh “Azərbaycan Karlar Cəmiyyətinə” İctimai Birliyinə qarşı “yaşayış yeri ilə təmin edilmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən yaşayış binasının boşaldılması müqabilində həmin binada qeydiyyatda olan və yaşayan İddiaçı yaşayış yeri ilə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq:
2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:
35.2-ci maddəsinə əsasən, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilməlidir. 114.1.3-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. 114.2-ci maddəsinə əsasən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1.3-cü maddəsinə görə, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.2.-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.
3. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır.
Hakimin mövqeyi:
4. İddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsi yoxlanılarkən müəyyən edilmişdir ki, iddia ərizəsi verilərkən aidiyyət qaydaları pozulmuşdur.
5. Göründüyü kimi, cavabdeh hüquqi şəxs olanda qanunverici, cavabdehin hüquqi ünvanının olduğu yeri nəzərə alaraq iddia tələbinin verilməsini müəyyənləşdirmişdir.
6. İddia ərizəsində Cavabdeh ünvanı ünvan 2 Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. Lakin “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, Cavabdeh (VÖEN: **********) hüquqi ünvanı AZ 1005, Bakı şəhəri, Səbail rayonu, Azərbaycan, ev 20 ünvanıdır.
7. Belə olan halda, hazırki tələbə ərazi aidiyyətinə görə Bakı Şəhəri Səbail Rayon Məhkəməsində baxılmalıdır.
8. Həmçinin iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarıldığından ödənilmiş dövlət rüsumu iddiaçıya büdcədən geri qaytarılmalıdır.
9. İş materiallarına əlavə edilmiş ********** nömrəli mədaxil qəbzdən görünür ki, (Hökumət ödəniş portalında və ya “AsanPay” vasitəsilə, qəbz nömrəsi: **********, tarix: xx.xx.2026, saat 13:45:38) İddiaçı hazırki iş üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 90 manat məbləğində dövlət rüsumu ödəmişdir.
Nəticə:
10. Belə qənaətə gəlirəm ki, qeyd olunan nöqsana əsasən iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı, nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etmək hüququ iddiaçıya izah edilməlidir.
11. Beləliklə, İddiaçı cavabdeh “Azərbaycan Karlar Cəmiyyətinə” İctimai Birliyinə qarşı “yaşayış yeri ilə təmin edilmə” tələbinə dair iddia ərizəsi geri qaytarıldığından, ödənilmiş 90 manat məbləğində dövlət rüsumu iddiaçıya büdcədən geri qaytarılmalıdır.
12. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq,
Qərara aldım:
İddiaçı cavabdeh “Azərbaycan Karlar Cəmiyyətinə” İctimai Birliyinə qarşı “yaşayış yeri ilə təmin edilmə” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardadda göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etmək hüququ iddiaçıya izah olunsun. İddia ərizəsinin verilməsinə görə İddiaçı tərəfindən ödənilmiş 90 manat (Hökumət ödəniş portalında və ya “AsanPay” vasitəsilə, qəbz nömrəsi: **********, tarix: xx.xx.2026, saat 13:45:38) dövlət rüsumu dövlət büdcəsindən qaytarılsın. Qərardadın icrası dövlət rüsumunun qaytarılması hissəsində Bakı Şəhəri üzrə Baş Maliyyə İdarəsinə həvalə edilsin. Qərardad tərəfə təqdim olunduqdan 10 gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Ülkər Yusifova