Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-102/2025 11.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının, Məhkum iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CM-in və ya CM-in) 234.4.1, 234.4.3 və 32.5, 29, 317-1.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 4 fevral 2025-ci il tarixli, 1-1(103)-18/2025 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:
1. Məhkum xx xxx 1983-cü il tarixdə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmuş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 4 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir.
2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş cinayət işinin fak tiki hallarına əsasən, Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib daşımaqla saxlamış və öz qulluq mövqeyindən istifadə etməklə cəzaçəkmə müəssisəsində cəza çəkən şəxsə qadağan olunmuş narkotik vasitə və psixotrop maddəni yoxlamadan gizlətməklə ötürülməsinə cəhd etməsinə köməklik etmişdir.
3. Belə ki, o, satış məqsədilə külli miqdarda qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə edib cəzaçəkmə müəssisəsinə ötürülməsi niyyəti ilə birlikdə yaşadığı tanışı Təqsirləndirilən şəxs2, Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə məhkum olunmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 15 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkən Təqs irləndirilən şəxs3 və həmin müəssisənin Rejim-nəzarət şöbəsinin nəzarətçisi vəzifəsində xidmət edən Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək məhkum Təqsirləndirilən şəxs3 cəza çəkdiyi 15 saylı Cəzaçəkmə müəssisəsinin telefon qovşağından onunla istifadəsində olan ***-***-**-** nömrəli mobil telefon vasitəsi ilə əlaqə saxlayıb narkotik vasitə və psixotrop maddələr əldə edib cəzasəkmə müəssisəsində Rizvan İbahimova göndərəcəyi barədə əvvəlcədən aralarında olan razılığa əsasən o, istifadəsində olan ***-***-**-** nömrəli telefonun «Whatsapp» mobil tətbiqi vasitəsi ilə istintaqa «Şəhriyar» adı ilə məlum olan İran İslam Respublikasının vətəndaşı ilə danışıb sonuncunun bildirdiyi elektron kart hesabına «Milliön» aparatı vasitəsi ilə ödədiyi 800 manat məbləğində pul vəsaiti müqabilində «Şəhriyar» adlı şəxsin əvvəlcədən istintaqa şəxsiyyəti məlum olmayan şəxs vasitəsi ilə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi ərazisində qoyulmasını təşkil etdiyi yerdən qrup üzvü Təqsirləndirilən şəxs2 aralarında olan vəzifə bölgüsünə əsasən 20-21 yanvar 2024-cü il tarixlərdə günorta saatlarında təmiz çəkisi 2,3722 qram olan narkotik vasitə qurudulmuş marixuana, təmiz çəkisi 8,269 qram, külli miqdarda psixotrop maddə metamfetamin, 20 ədəd həbdən ibarət 0,8 qram çəkidə narkotik vasitə metadon və 15,596 qram, külli miqdarda narkotik vasitə heroini götürüb onunla birlikdə yaşadığı ünvan 2 ünvanına daşıdıqdan sonra orada qanunsuz olaraq əldə etdikləri həmin psixotrop maddə və narkotik vasitələri satış məqsədilə o, elektron tərəzidən istifadə etməklə ayrı-ayrı çəkilərə bölüb şəffaf selofan bükümlərdə qablaşdıraraq həmin ünvanda saxlamış, psixotrop maddənin 0,201 qram hissəsini isə Təqsirləndirilən şəxs2 üzərində saxlamış və 15 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Təqsirləndirilən şəxs3 ilə aralarında olan razılığa əsasən qeyd edilən narkotik vasitə və psixotrop maddəni Cəzaçəkmə müəssəsində sonuncuya ötürülməsi məqsədi ilə qrup üzvü Təqsirləndirilən şəxs1 24 yanvar 2024-cü il tarixdə saat 19:41-də istifadəsində olan ***-***-**-** nömrəli telefonun «Whatsapp» mobil tətbiqi vasitəsi ilə onun istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonla əlaqə saxlayıb narkotik vasitənin sonuncunun yaşadığı ünvanın qarşısında qəbul edəcəyi barədə razılaşdıqdan sonra Təqsirləndirilən şəxs2 həmin gün, saat 20 radələrində yaşadı ğı ünvan 2 ünvanının qarşısında Təqsirləndirilən şəxs1 ilə görüşərək əldə etdikləri narkotik vasitələrdən ümumi çəkisi 8,566 qram, külli miqdarda narkotik vasitə olan heroin, ümumilikdə tərkibində çəkisi 0,8 qram (01 tabletdə 0,04 qram) narkotik vasitə - metadon olan 20 ədəd dərman tableti və təmiz çəkisi 2,3722 qram olan narkotik vasitə qurudulmuş marixuana hissəsini 15 saylı cəzaçəkmə müəssisəsində məhkum Təqsirləndirilən şəxs3 ötürülməsi üçün qrup üzvü Təqsirləndirilən şəxs1 vermiş, sonuncu da həmin narkotik vasitələrin və psixotrop maddənin alınmasına ödənilən 800 manatın bir hissəsinin qarşılanması üçün Təqsirləndirilən şəxs3 göndərdiyi 500 manat pul vəsaitini Təqsirləndirilən şəxs2 verib qəbul etdiyi narkotik vasitələri qanunsuz olaraq üzərində saxlamış və növbəti gün, yəni 25 yanvar 2024-cü il tarixdə saat 16 radələrində həmin narkotik vasitələri xidmət etdiyi Bakı şəhəri, Nizami rayonu, Böyükşor dayanacağı ünvanında yerləşən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 15 saylı Cəzaçəkmə müəssisəsinə daşıyıb Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 29 dekabr 2011-ci il tarixli 7-N nömrəli qərarı ilə təsdiq edilmiş «Cəzaçəkmə müəssisələrinin X9»nın 11-ci əlavəsində göstərilmiş Siyahı üzrə narkotik vasitələr, psixotrop maddələr və prekursorların cəzaçəkmə müəssisələrində saxlanılan şəxslərə verilməsi və ya ötürülməsi qadağan olunduğu halda həmin Qaydaların tələblərini pozaraq qulluq mövqeyindən istifadə etməklə müəssisəyə gizli ötürülməsini təmin etmək məqsədi ilə qadağan olunmuş əşya olan narkotik vasitələri yoxlamadan gizlədərək cəzaçəkmə müəssisəsinə ötürməyə cəhd etmiş, lakin həmin tarixdə saat 16:05 radələrində müəssisənin nəzarət buraxılış məntəqəsindən keçib görüşə gələn vətəndaşların gözləmə otağında onun üzərinə müəssisə əməkdaşları tərəfindən baxış keçirilən zaman 01 ədəd sellofan bükümdə, təmiz çəkisi 2,3722 qram olan narkotik vasitə qurudulmuş marixuana, 10 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,880 qram, 0,837 qram, 0,771 qram, 0,845 qram, 0,853 qram, 0,895 qram, 0,882 qram, 0,867 qram, 0,851 qram, 0,885 qram, ümumi təmiz çəkisi 8,566 qram, külli miqdarda qəhvəyi rəngli maddə kütlələri, kustar üsulla hazırlanmış narkotik vasitə heroin və üzərilərində “F/M40” yazısı həkk edilmiş 20 ədəd dərman tabletinin tərkibində ümumilikdə 0,8 qram (01 tabletdə 0,04 qram) narkotik vasitə olan metadon əynində o lan şalvarının ön sağ cibindən aşkar edilərək götürüldüyündən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və onunla bir qrup şəxs halında qadağan olunmuş əşyanın yoxlamadan gizlədərək müəssisəyə ötürməsinə yönəldilmiş hərəkətlərini iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməmiş və hazırki cinayət işi üzrə onun Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 bir qrup şəxs halında əldə etdikəri narkotik vasitə və psixotrop maddəllərin qalan hissəsinin onunla Təqsirləndirilən şəxs2 birgə yaşadıqları ünvanda saxlanılmasına əsaslı şübhələr olduğundan Bakı şəhəri, Nizami rayon məhkəmənin 27 yanvar 2024-cü il tarixli 5(007)-40/2024 nömrəli qərarı əsasında həmin tarixdə saat 18 radələrində onun Təqsirləndirilən şəxs2 ilə birlikdə yaşadığı ünvan 2 ünvanında axtarış aparılarkən oradan əldə etdikləri narkotik vasitə və psixotrop maddənin qalan hissəsindən 7,030 qram, külli miqdarda narkotik vasitə heroin və 8,068 qram, külli miqdarda psixotrop maddə metamfetamin və üzərində narkotik vasitə hesab edilən heroinin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüş, daha sonra hazırki iş üzrə verilmiş əməliyyat tapşırığı əsasında Bakı şəhəri, Nizami rayon polis idarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 27 yanvar 2024-cü il tarixdə saat 19 radələrində ünvan 2 ünvanın qarşısında şübhəli şəxs qismində saxlanılaraq ünvan 5 ünvanında yerləşən Nizami rayon polis idarəsinin inzibati binasına gətirilməklə orada xidməti otaqda üzərində şəxsi axtarış aparılan zam an əynində olan gödəkçənin sağ yan cibindən əldə etdikləri psixotrop maddənin qalan hissəsi olan 01 ədəd şəffaf rəngli sellofan bükümün içərisində, təmiz çəkisi 0,201 qram, ağ rəngli kristal maddə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür.
4. Bakı Hərbi Məhkəməsinin (hakimlər: X8 (sədrlik edən), X6 və X3 ibarət məhkəmə tərkibində) 23 noyabr 2024-cü il tarixli, 1-1(093)-153/2024 nömrəli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə onun 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 aprel 2024-cü il tarixli hökmü ilə Məhkum təyin edilmiş 4 il 11 ay 28 gün azadlıqdan məhrum etmənin hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 aprel 2024-cü il tarixli hökmü ilə təyin olunmuş 4 il 11 ay 28 gün azaqlıqdan məhrum etmə cəzasının çəkilmiş olan müddətinin və 30 yanvar 2024-cü il tarixdə seçilmiş “ev dustaqlığında” olduğu müddətin ona təyin edilən cəzadan çıxılması və onun çəkəcəyi azadlıqdan məhrumetmə cəzasının qəti olaraq 06 (altı) il 02 (ay) 06 (altı) gün müəyyən edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin başlanğıcının – 23 noyabr 2024-cü il tarixdən hesablanması, barəsində seçilm iş “həbs” növündə qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması, Məhkum Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsində nəzərdə tutulmuş narkomaniyadan məcburi müalicə tədbirlərinin təyin olunması, onun ərazi narkoloji dispanserdə qeydiyyata götürülməsi, barəsində xüsusi müsadirə tətbiq edilməməsi hökm edilmiş, hökmlə həmçinin cinayət işi üzrə digər təqsirləndirilən şəxslərin məsuliyyət məsələsi, maddi sübutların taleyi və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir.
5. Hökmdən Təqsirləndirilən şəxs1 və Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən apellyasiya şikayətləri verilmişdir.
6. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X2 (sədrlik edən və məruzəçi), X10 və X4 ibarət məhkəmə tərkibində) 4 fevral 2025-ci il tarixli, 1-1(103)18 /2025 nömrəli qərarı ilə məhkum edilmiş şəxslər - Təqsirləndirilən şəxs1 və Məhkum müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsi, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 29, 317-1.2-ci maddələri və Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 32.5, 29, 317-1.2-ci maddələri ilə məhkum edilmələrinə dair Bakı Hərbi Məhkəməsinin 23 noyabr 2024-cü il tarixli, 1-1(093)-153/2024 saylı hökmünün verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
7. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 4 fevral 2025-ci il tarixli, 11(103)-18/2025 nömrəli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya şikayətinin dəlilləri v ə etirazlar:
8. Məhkum tərəfindən verilmiş kassasiya şikayətlərinin dəlilləri qismində aşağı instansiya məhkəmələri tərəfindən gəlinmiş nəticələrə istinadlar edilərək qeyd edilmişdir ki, o, tək anadır, himayəsində iki azyaşlı övladı var, əməlindən səmimi peşmandır. Qeyd etdiklərinə əsasən məhkəmədən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 4 fevral 2025-ci il tarixli, 1-1(103)-18/2025 nömrəli qərarının dəyişdirilməsini, barəsində təyin edilmiş cəzanın yüngülləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
10. Qərardan dövlət ittihamçısı tərəfindən kassasiya protesti, cinayət işi üzrə digər məhkumlar tərəfindən isə kassasiya şikayəti verilməmişdir. III. Proses iştirakçılarının çıxışları:
11. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən məhkum kassasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun qaydada çıxış edib, məhkəmə kollegiyasından şikayətinin təmin edilməsini xahiş etdi.
12. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Əliyeva Zəminə Oruc qızı kassasiya şikayətinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi. IV. Hüquqi məsələlər:
13. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 419-cu maddəsi müəyyən edir.
14. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi k assasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”.
15. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır.
16. Məhkum kassasiya şikayətində barəsində təyin edilmiş cəzanın ağırlığını mübahisələndirsə də, tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməs ini şərtləndirən əsaslar kimi CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş hər hansı hallarla əlaqələndirməmişdir.
17. Bununla belə, kollegiya məhkumun kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 4 fevral 2025ci il tarixli, 1-1(103)-18/2025 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
18. Azərbaycan Respublikası CM-in 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”.
19. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
20. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-in 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təs iri nəzərə alınır”.
21. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.10-cu maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2).
22. Cəzanı ağırlaşdıran halların tam siyahısı CM-in 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz.
23. Cinayət qanununda göstərilən xüsusi hallarda, məsələn, CM-in 60, 65.2-ci maddələrinin nəzərdə tutduğu vəziyyətlərdə həmin maddələrdə təsbit olunmuş cəzanın təyin edilməsi qaydalarına əməl olunmasın a da cəzanın ədalətliliyini təmin edən hüquqi vasitə kimi baxılmalıdır.
24. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayəthüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilm əsini və cəzanın digər məqsədlərini təmin edə bilsin.
25. Qeyd olunan cinayət-hüquqi normalarının və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda Məhkum ona münasibətdə həddindən artıq ağır və ədalətsiz cəzanın təyin edilməsi haqqında iddiasının əsassız olduğu müəyyən edilir.
26. Belə ki, Məhkum əməlinin Cinayət Məcəlləsinin 234.4.1-ci və 32.5, 29, 317-1.2-ci maddələrinin ittihamdan xaric edilməsi, 234.4.3-cü maddəsinin 234.1-ci maddəsinə tövsif edilməsİ, təqsirləndirilən şəxsə ədaləti cəza təyin edilməsi, o cümlədən Cinayət Məcəlləsinin 79.1-ci maddəsinin tələblərini təqsirləndirilən şəxsə tətbiq edilməsi ilə bağlı apellyasiya şikayətinin dəlilləri ilə apellyasiya məhkəməsi razılaşmayıb və Məhkum CM-in 234.4.1, 234.4.3-cü maddələri ilə 06 (altı) il müddətə azadlıqdan məhrumetmə, CM-in 32.5, 29, 317-1.2-ci maddəsi ilə 01 (bir) il müddətə azadıqdan məhrum etmə cəzası olmaqla, CM-in 66.3, 66.5 və 69.3-cü maddələrinə əsasən qəti olaraq Bakı Hərbi Məhkəməsinin 23 noyabr 2024-cü il tarixli, 1-1(093)-153/2024 nömrəli hökmü ilə təyin edilmiş 6 (altı) il 2 (iki) ay 6 (altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzasını qanuni və ədalətli hesab etmişdir.
27. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəza ilə razılaşarkən ona əsaslanmışdır ki, məhkum edilmiş şəxs Məhkum cəza təyin edilərkən birinci instansiya məhkəməsi tərəfindən cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən Azərbaycan Respublikası CM-in 8.1, 41.2, 58.1, 58.3, 59, 61 v ə 65.2-ci maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 04 saylı qərarının tövsiyyələri, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəzanı ağırlaşdıran (müəyyən edilməmişdir) və yüngülləşdirən hallar (himayəsində 2 azyaşlı uşağının olması), onun şəxsiyyəti, təyin olunan cəzanın onun islah olmasına və ailəsinin həyat şəraitinə təsiri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınmış və ona kifayət qədər ədalətli cəza təyin olunmuşdur. Məhkəmə kollegiyası məhkum edilmiş Məhkum şəxsiyyəti, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi baxımından ona daha yüngül cəza təyin olunmasını qanunamüvafiq saymamış və birinci i nstansiya məhkəməsinin cəza təyini üzrə qənaəti ilə də razılaşmışdır.
28. Göründüyü kimi, Məhkum birinci instansiya məhkəməsinin hökmü ilə təyin olunmuş cəzanın mübahisələndirilməsinə həsr olunmuş apellyasiya şikayəti ilə əlaqədar cinayət işinə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası da sonuncunun cəzasının yüngülləşdirilməsinə dair apellyasiya şikayətində irəli sürülmüş daha yüngül cəza növünün təyin edilməsi barədə tələblərlə razılaşmayaraq hökmün dəyişdirilmədən saxlanılması qənaətinə gəlmişdir.
29. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qənaətini təkzib etmədiyindən, məhkəmə kollegiyası fərqli nəticəyə gəlmək, o cümlədən məhkəmələr tərəfindən cəzanın təyin edilməsi və yoxlanılması zamanı nəzərə alınan və kassasiya şikayətində gətirilən dig ər halları Məhkum cəzasının yüngülləşdirilməsini mümkün edən xüsusatlar kimi qiymətləndirmək üçün əsas görmür və hesab edir ki, baxılan işdə birinci instansiya və apellyasiya instansiyası məhkəməsi Cinayət Məcəlləsinin yuxarıda təsvir olunmuş cəzanın təyin edilməsi məsələlərini tənzimləyən normalarının pozuntularına yol verməmişdir.
30. Məhkəmə kollegiyası kassasiya şikayətində gətirilən yəni, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilməyən hallarla bağlı yuxarıda qeyd olunan nəticəyə gələrkən onu da nəzərə alır ki, Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi bir inci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz.
31. Qeyd olunanlar məhkumun kassasiya şikayətinə baxılması nəticəsində bu şikayətlə ehtiva olunan Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində təsbit olunmuş halların müəyyən edilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və yaxud ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
32. Odur ki, məhkəmə kollegiyası məhkumun və dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, onun barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 4 fevral 2025-ci il tarixli, 1-1(103)-18/2025 nömrəli qərarı dəyişdirilmədən saxl anılmalıdır.
33. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 32.5, 29, 317-1.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 4 fevral 2025-ci il tarixli, 1-1(103)-18/2025 nömrəli qərarı Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.