Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2737/2025 11.03.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən), Mövsümov Nazim Rasim oğlu və Cəfərov İlqar Xanlar oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X5, Məhkum, onun müdafiəçisi Müdafiəçi, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs4 Vidadi oğlunun və Zərərçəkmiş şəxs1 iştirakları ilə, Məhkum barəsində olan cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasın ın 2025-ci il 16 sentyabr tarixli, 1(103)-1780/2025 nömrəli qərarından məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (X3 (sədrlik edən), X6 və X7 ibarət tərkibdə) 2025-ci il 31 iyul tarixli, 1(101)-532/2025 nömrəli hökmü ilə, xx xxxxx 1948-ci ildə Şəki şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ləhiş bağ massivi, 6395 saylı fərdi yaşayış evində yaşamış, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən, Məhkum Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cin ayət əməlini törətməkdə təqsirli bilinərək, 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən Məhkum 2.11.2023-cü il tarixdən, xx.xx.2024-cü il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 5 (beş) ay 22 (iyirmi iki) gün müddət bir günə bir gün hesabı ilə cəmi 5 (beş) ay 22 (iyirmi iki) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmuş və ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 4 (dörd) il 6 (altı) ay 8 (səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 2025-ci il 31 iyul tarixdən hesablanması müəyyən edilmiş, həmçinin hökmlə maddi sübut və məhkəmə məsrəfləri məsələsi də həll edilmişdir. Həmin hökmdən təqsirlə ndirilən şəxs və müdafiəçisi tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X1 (sədrlik edən), X9 və X2 ibarət tərkibdə) 2025-ci il 16 sentyabr tarixli, 1(103)-1780/2025 nömrəli qərarı ilə apellyasiya şikayətlərii təmin edilməmiş, hökm verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Məhkəmənin hökmünə əsasən Məhkum öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib külli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Belə ki, Məhkum tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Bakı şəhəri Sabunçu rayonu X4 və Ərazi İdarəetmə şöbəsinin rəisi və zifəsində işləyən zaman səlahiyyəti olmadığı halda öz qulluq mövqeyindən sui-istifadə edərək xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs1 Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ləhiş bağlarında 12 sot torpaq sahəsini özəlləşdirəcəyinə və satacağına dair yalan vədlər verib inandırmaqla ünvan 3 ünvanında yerləşən Kürdəxanı Bələdiyyəsinin inzibati binasında Zərərçəkmiş şəxs1 62000 manat pulunu ələ keçirərək zərərçəkmiş Zərərçəkmiş şəxs1 külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Bakı şəhəri Sabunçu rayonu X4 və Ərazi İdarəetmə şöbəsinin rəisi vəzifəsində işləyən zaman səlahiyyəti olmadığı halda öz qulluq mövqeyindən sui-istifadə edərək xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs4 Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Lahıc bağlarında 12 sot torpaq sahəsini özəlləşdirəcəyinə və satacağına dair yalan vədlər verib inandırmaqla ünvan 3 ünvanında yerləşən Kürdəxanı Bələdiyyəsinin inzibati binasında Zərərçəkmiş şəxs4 59000 manat pulunu ələ keçirərək Zərərçəkmiş şəxs4 Vidadi oğluna külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan əlavə, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Bakı şəhəri Sabunçu rayonu X4 və Ərazi İdarəetmə şöbəsinin rəisi vəzifəsində işləyən zaman səlahiyyəti olmadığı halda öz qulluq mövqeyindən sui-istifadə edərək xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs2 məxsus Kürdəxanı qəsəbəsi, Ləhiş bağlarında yerləşən torpaq sahəsinə bağ orderi verəcəyinə dair yalan vədlər verib inandırmaqla ünvan 3 ünvanında yerləşən Kürdəxanı Bələdiyyəsinin inzibati binasında Zərərçəkmiş şəxs2 2000 manat pulunu ələ keçirərək maddi ziyan vurmaqla Zərərçəkmiş şəxs2 qarşı dələduzluq etmişdir. Bundan savayı, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Bakı şəhəri Sabunçu rayonu X4 və Ərazi İdarəetmə şöbəsinin rəisi vəzifəsində işləyən zaman səlahiyyəti olmadığı halda öz qulluq mövqeyindən sui-istifadə edərək xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs3 Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Lahıc bağlarında 36 sot torpaq sahəsini özəlləşdirərək satacağı barədə yalan vədlər verib inandırmaqla vahid niyyətlə əhatə olunan qəsdlə Yasamal rayonu, Musabəyov parkında Zərərçəkmiş şəxs3 57600 manat və həmin torpaq sahəsinə order verəcəyi adı ilə Zərərçəkmiş şəxs5 6000 manat pulunu ələ keçirərək Zərərçəkmiş şəxs3 külli miqdarda olan 57600 manat, digər Zərərçəkmiş şəxs5 6000 manat olmaqla xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, MÜDAFİƏÇİNİN, MƏHKUMUN, ZƏRƏRÇƏKMİŞ ŞƏXSLƏRİN VƏ DÖVLƏT İTTİHAMÇİSİNİN ÇİXİŞLARİ: Məhkumun müdafiəçisi kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, Məhkum barəsində huquqlarının pozulması ilə ona elan edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 iyul 2025-ci il tarixli,1(101)- 532/2025 nömrəli hökmü və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 sentyabr 2025-ci il tarixli,1(103)1780/2025 nömrəli qərarı yerli qanunvericiliklə yanaşı, yəni Azərbaycan Respublikası Konstitusiyasını n 12, 26,,28, 60, 61 və 65-ci maddələrini və X18 Konvensiyasının "Ədalətli məhkəmə araşdırması hüququ" adlı 6-cı maddəsinin tələblərini pozur. Belə ki, məhkəmələr tərəfindən Məhkum vəziyyəti detallı xarakterizə olunmamış, əsaslar konkret situasiyaya tətbiq edilməmişdir. Başqa sözlə, məhkəmə verilmiş vəsatətlər nəticəsində zərərçəkmiş şəxslərin ifadələrinin doğru olmadığı üzə çıxsa da əsassız olaraq faktların heç bir təhlilini həyata keçirmədən və sübutlara istinad etmədən Məhkum etmişdir və nəticədə həmin hökm ədalətsiz olaraq qüvvəsində saxlanılmışdır. Məhkəmələr təqsirləndirilən şəxsin və onun vəkilinin təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən, onun təqsirsizliyini və əməlində cinayət tərkibi olmadığını sübut edən, eləcə də ona istinad edilən əməllə bağlı olan hallara heç b ir qiymət vermədən qanunsuz, əsassız, ədalətsiz hökm və qərar çıxarmışdır. Bununla da məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları açıq aşkar pozulmuşdur. Müdafiəçi bildirmişdir ki, hazırkı cinayət işi üzrə toplanılmış sübutlardan və şahid ifadəsindən aydın görünür ki, Məhkum əməlində qeyd olunan cinayətin tərkib əlamətləri yoxdur. Belə ki, Məhkum barəsində cinayət işi üzrə icraata xitam veriləcəyi vədi adı altında 10 aydan artıq müddət ərzində müstəntiq tərəfindən heç bir prosessual və istintaq hərəkətləri aparılmamış, həyat yoldaşı Sevda Ağakişiyevanın iştirakı ilə Yasamal rayon Prokuror əvəzinin qəbulunda olsalar da heç bir nəticə olmamış, lakin həbsdə saxlanılma müddətinin uzadılması zamanı Yasamal Rayon Məhkəməsinin hakiminin müstəntiqə işdə cəmi 1700 manat sübut olması və h ansı səbəbdən heç bir prosessual və istintaq hərəkətləri aparılmaması barədə sualına cavab tapa bilməməsi səbəbindən müstəntiq barədə xüsusi qərar çıxarılmış və həbsdə saxlanılma müddətinin uzadılması barədə qərar qəbul etmiş, lakin Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri tərəfindən təkrar olaraq müstəntiqə işdə cəmi 1700 manat sübut olması və hansı səbəbdən heç bir prosessual və istintaq hərəkətləri aparılmaması barədə sualına cavab tapa bilməməsi, sualları cavablandıra bilməməsi nəticəsində müşavirə edən məhkəmə tərkibi həbsdə saxlanılma müddətinin uzadılması barədə qərarı ləğv etmişdir. Bundan başqa, Məhkum barəsində verilən əsassız ittiham onun səhhətinə, psixologiyasına mənfi təsir göstərir. Eyni zamanda zərərçəkmiş şəxslərə vurduğu 4.000 (dörd min) manat ziyanı istintaqa təqdim etməklə dəymiş ziyanı ödəmiş, zərərçəkmiş şəxslərlə məhkəmə iclasında dəfələrlə razılıq əldə etməyə çalışsa da, onlardan başqa məbləğ tələb etmələri səbəbindən razılıq əldə etmək mümkün olmamışdır. Müdafiəçi kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 16 sentyabr tarixli,1(103)-1780/2025 saylı qərarının ləğv edilməsini, cinayət işi üzrə icraata xitam verilməsi və Məhkum həbsdən azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Məhkum və onun müdafiəçisi Müdafiəçi kassasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəx s1 kassasiya şikayətinin təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya şikayətinin təmin olunmamasını və Məhkum barəsində olan cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 16 sentyabr tarixli qərarının dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellya siya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Məhkumun müdafiəçisi kassasiya şikayətində məhkumun əməlinin tövsifini və məhkuma bəraət verilməli olduğunu mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini CPM-in 416.1.2-ci maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin hökmünün qanuniliyini və əsaslılığını kass asiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqə tin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yet irilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun və onun müdafiəçisinin, kassasiya şikayətinin təmin edilməməsi barədə zərərçəkmiş şəxslərin və dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Müdafiə tərəfinin bəraət iddiası ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarında da göründüyü kimi, müdafiə tərəfi eyni dəlilləri birinci və apelyasiya instansiaysı məhkəmələrində də irəli sürmüş və müdafiə tərəfinin dəlilləri məhkəmələr tərəfindən hərtərəfli, tam və obyektiv şəkildə yoxlanılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, müdafiə tərəfinin irəli sürüdüyü dəlillər əsassız olmaqla, cinayət işi üzrə toplanılaraq yoxlanılmış və qiymətləndirilmiş mötəbər sübutların məcmuyu ilə təkzib edilir. Məhkəmə kollegiyası hesab edir ki, məhkumun ona qarşı irəli sürülmüş ittihamda təqsirli olması cinayət işi üzrə toplanmış və məhkəmələr tərəfindən tam, hərtərəfli və obyektiv şəkildə, mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılaraq qiymətləndirilmiş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyası mötəbərliyi məhkəmələr tərəfindən yoxlanılmış sübutları hazırkı qərarda təkrarlamadan məhkəmələr tərəfindən həmin sübutlara münasibətdə qiymətləndirmə ilə razılaşır və hesab edir ki, məhkumun əməlinin tövsifi və ittihamın həcmi ilə bağlı məhkəmələrin qənaəti qanuni və əsaslıdır. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın növünə və həddinə də münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, məhkuma cəza təyin edilərkən törədilmiş cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti və onun cəzasını yüngülləşdirən halların olması, cəzasını ağırlaşdıran halın olmaması nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasının ən aşağı həddində, ədalətli cəza təyin edilmişdir. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, məhkumun təqsirli bilindiyi maddəyə CM-in 62-ci maddəsinin və onun barəsində CM-in 70-ci maddəsinin tətbiqi üçün qanunda nəzərdə tutulan hüquqi və faktiki hallar və əsaslar mövcud deyil. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, müdafiəçinin kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2025-ci il tarixli qərarı, kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 2025-ci il 31 iyul tarixli, 1(101)-532/2025 nömrəli hökmü ilə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bili nib məhkum edilmiş Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 16 sentyabr tarixli, 1(103)-1780/2025 nömrəli qərarı, məhkumun müdafiəçisinin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2737/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-2737/2025
11.03.2026
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver