Məhkəmə qərarları › İş №2-1(108)-151/2025

Ali Məhkəmə Qərar — İş №2-1(108)-151/2025

17.03.2026
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(108)-151/2025 17.03.2026 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ X5 Hüseyn oğlunun sədrliyi və məruzəsi ilə, Qurbanov Yusifəli Süleyman oğlu və X2 ibarət tərkibdə, X3 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi X4 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “hər ay hərbi qulluqçular üçün müəyyən edilmiş kirayə haqqının cavabdeh tərəfindən ayrılıb ona ödənilməsi tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 27 oktyabr 2025-ci il tarixli, 21(122)-387/2025 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hər ay hərbi qulluqçular üçün müəyyən edilmiş kirayə haq qının cavabdeh tərəfindən ayrılıb ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 27 oktyabr 2025-ci il tarixli, 21(122)-387/2025 nömrəli qərarı ilə iddia rədd edilmişdir. Həmin qərardan narazı qalan İddiaçı şikayətlə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına müraciət etmiş, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 27 oktyabr 2025-ci il tarixli, 2-1(122)-387/2025 nömrəli qərarının ləğv edilməsini, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı şikayətində göstərmişdir ki, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsi qərarında Konstitusiya Məhkəməsi Plenumunun qərarına istinad edərək xidmət müddətinin başa çatma səbəbindən həqiqi hərbi xidmətdən ehtiyata bur axılma hallarında hərbi qulluqçuların yaşayış sahəsi alana kimi kirayə haqqı ilə təmin olunmasının qanunvericilikdə nəzərdə tutulmadığını qeyd etməklə əsassız olaraq iddia tələbini rədd etmişdir. Yalnız hərbi xidmətin başa çatması səbəbi ilə 15 ildən daha çox xidmət etmiş müddətli həqiqi hərbi xidmət qulluqçularının xidmət müddəti başa çatdığından ehtiyata buraxıldıqdan sonra onların yaşayış yeri üzrə kirayə haqqı ilə təmin olunmaması ilə bağlı məhkəmənin inzibati orqanın mövqeyindən çıxış etməklə belə bir yanlış nəticəyə gəlməsi başa düşülən deyil. İddiaçı apellyasiya şikayətinin hüquqi cəhətdən əsaslandırılması üçün Hərbi Qulluqçuların Statusu haqqında qanunun 12-ci maddəsinə, “Hərbi ximətkeçmə haqqında” əsasnamənin 147-ci maddəsinin səkkizinci hissəsinə, Mənzil Məcəlləsinin 51-ci maddəs inə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81, 85-87-ci maddələrinə istinad etmişdir. Şikayətə qarşı etiraz daxil olmamışdır. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə iddiaçının nümayəndəsi Nümayəndə məhkəmə baxışı iclasında iştirak etməmiş, iştirak etməməsinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Kollegiya Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinin tələbinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şifahi məhkəmə baxışı iclasında iş üzrə İddiaçı izahatında apellyasiya şikayətini müdafiə edərək, Naxçıvan MR İnzibati Məhkəməsinin 27 oktyabr 2025-ci il tarixli, 2-1(122)387/2025 nömrəli qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini kollegiyadan xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iş üzrə Cavabdeh nümayəndəsi X7 izahatında şikayəti qəbul etməyərək, Naxçıvan MR İnzibati Məhkəməsinin 27 oktyabr 2025-ci il tarixli, 21(122)-387/2025 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etdi. Kollegiya şikayət üzrə inzibati məhkəmə icraatında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi ilə yanaşı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəalarının da tətbiq edilməsini zəruri hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı ha llarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmçinin həmin Məcəllənin 81.3-cü maddəsinə görə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalar ına riayət etməsini yoxlayır. Kollegiya şikayətin dəlillərini inzibati mübahisəyə dair işin materialları, cavabdehin nümayəndəsinin izahatı ilə əhatəli şəkildə araşdırıb Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayaraq aşağıdakıları qeyd edir. İş materiallarında olan: - Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə baş idarəsinin Culfa rayon bölməsinin 13 avqust 2024-cü il tarixli, 344 nömrəli arayışından görünür ki, N78-ci il təvəllüdlü ehtiyatda olan kiçik çavuş İddiaçı həqiqətən də xx.xx.N96-cı il tarixdən xx.xx.N98-ci il tarixədək müddətli həqiqi hərbi xi dmət, xx.xx.2001-ci il tarixdən xx.xx.2006-cı il tarixədək və xx.xx.2009-cu il tarixdən xx.xx.2024cü il tarixədək isə müddətdən artıq həqiqi hərbi xidmət edib, X8 X6 üzrə müavinin xx.xx.2024-cü il tarixli əmrinə əsasən “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “a" bəndi ilə (xidmət müddəti başa çatdığına görə) ehtiyata buraxılmışdır. - N iyul N96-cı ildə verilmiş AO ******* nömrəli hərbi biletin surətindən görünür ki, xx xxx N78-ci ildə doğulmuş İddiaçı N iyul N96-cı ildə hərbi hissəyə çağırılmış, N mart N98-ci il tarixədək həqiqi hərbi xidmət keçmiş, xx.xx.2009-cu il tarixdən xx.xx.2024-cü il tarixədək MAHHX HQ kimi həqiqi hərbi xidmətdə olmuş, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin a bəndinə (xidmət müddəti başa çatdığına) və 164-cü maddəsinə (hərbi g eyim forması daşıma hüququ verilməklə) həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. - AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx xxx N78-ci ildə doğulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin İV hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 6 avqust tarixli, 174 nömrəli “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclə rinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Qərarının: 1-ci hissəsinə əsasən yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay yalnız nağdsız qaydada kompensasiya ödənilir. “Hərbi qulluqçuların statusu haqqında” Qanunun: 12-ci maddəsinin 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvi m ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. 7-ci bəndinə əsasən yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata, yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanun vericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə təmin edilirlər). Azərbaycan Respublikasının N97-ci il 3 oktyabr tarixli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin: 147-ci maddəsinin 8-ci hissəsinə əsasən yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata, yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı) ilə təmin edilirlər. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirləri və miçmanları, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün torpaqla Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində göstərilmiş qaydada təmin edirlər. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli Fərmanının: 2.3-cü yarımbəndinə əs asən, həmin Məcəllənin 51.3-cü maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur. Ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 51.3-cü maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ər izə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. İddiaçının hüquqi marağı hərbi qulluqçular üçün müəyyən edilmiş kirayə haqqının ona ödənilməsinə nail olmaqdan ibarətdir. İşin araşdırılmış halları ilə müəyyən olunur ki, İddiaçı 20 iyul N96-cı il tarixdən N mart N98-ci il tarixədək müddətli həqiqi hərbi xidmətdə, 12 iyun 2001-ci il tarixdən 25 mart 2006-cı il tarixədək və 20 may 2009-cu il tarixdən 29 may 2024-cü il tarix ədək müddətdən artıq həqiqi hərbi xidmətdə olmuş, X8 X6 üzrə müavininin xx.xx.2024-cü il tarixli əmrinə əsasən “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “a” bəndi ilə (xidmət müddəti başa çatdığına görə) ehtiyata buraxılmışdır. İddiaçı hərbi qulluqçular üçün müəyyən edilmiş kirayə haqqının ödənilməsi üçün Cavabdehnə müraciət etmiş, icra hakimiyyəti iddiaçının “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “a” bəndi ilə (xidmət müddəti başa çatdığına görə) ehtiyata buraxıldığını və bu halın Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 6 avqust tarixli, 174 nömrəli Qərarının 1-ci hissəsinin təsir dairəsinə düşmədiyini əsas gətirərək müraciəti təmin etməkdən imtina etmişdir. Birinci instansiya məhkəməsi iddianı rədd edərək mövqeyini belə əsaslandırmışdı r ki, xidmət müddəti başa çatma səbəbindən həqiqi hərbi xidmətdən ehtiyata buraxılma hallarında hərbi qulluqçuların yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə təmin olunması qanunvericilikdə nəzərdə tutulmamışdır. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli raportdan görünür ki, MAHHX HQ kiçik çavuş İddiaçı tərəfindən "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "a” bəndinə və 164-cü maddəsinə müvafiq olaraq hərbi geyim formasını daşımaq hüququ verilməklə xidmət müddəti başa çatdığına görə Azərbaycan Ordusunda həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı barədə komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmişdir. İş materiallarında olan MAHHX HQ kiçik çavuş İddiaçı ilə aparılmış s öhbət vərəqəsindən görünür ki, iddiaçıya onunla bağlanmış son müqavilənin müddətnin xx.xx.2024-cü il tarixdə bitdiyi, onun raportla komandanlığa "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "a" bəndinə və 164-cü maddəsinə müvafiq olaraq hərbi geyim formasını daşımaq hüququ verilməklə xidmət müddəti başa çatdığına görə ehtiyata buraxılmaq üçün müraciət ediyi, nə üçün müqaviləni artırıb Azərbaycan Ordusunda xidmətini davam etdirmək istəmədiyi soruşulmuş, iddiaçı suallara “bəli, ehtiyata buraxılmağım haqqında müraciət etmişəm, yaşımın xidməti davam etdirməyə imkan vermədiyi üçün” olaraq cavab vermiş, Azərbaycan Ordusunda həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağına köməklik göstərilməsini xahiş etmiş, ona fikirləşməsi və qəti qərara gəlməsi üçün vaxt verilmişdir. Növbəti söhbət vərəqəsindən isə görünür ki, iddiaçıdan ona verilmiş müddət ərzində hansı qərara gəlməsi və yazdığı raport əsasında Azərbaycan Ordusunda həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağa təqdim olunmasına münasibəti soruşulmuş, iddiaçı cavab olaraq qərarının qəti olduğunu, ehtiyata buraxılmaq istədiyini, qısa zamanda ehtiyata buraxılmağını xahiş etmişdir. Qeyd olunanlarla əlaqədar kollegiya belə nəticəyə gəlir ki, iddiaçı öz razılığı və müraciəti əsasında könüllü olaraq Azərbaycan Ordusundan həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Belə olan halda hərbi qulluqçuların yaşayış sahəsi və yaşayış sahəsi alana kimi isə kirayə haqqı və s. ilə təmin olunması qanunvericilikdə nəzərdə tutulmamışdır. Belə ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Hərbi qullu qçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2 və 7-ci hissələrinin, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 147- ci maddəsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli 174 nömrəli qərarının və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair 18 iyul 2022-ci il tarixli Qərardadında göstərilən mövqeyindən çıxış edərək bildirir ki, hərbi qulluqçu statusuna malik olma faktı öz-özlüyündə ehtiyata və ya istefaya buraxılmış bütün hərbi qulluqçuların yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı) və s. sosial təminatlar əldə etmək şərtlərinin və əsaslarının eyni olması anlamına gəlmir. Bu zaman hərbi qulluqçuların həqiqi hərbi xidmət dən ehtiyata və ya istefaya buraxılmasının əsaslarının diqqətə alınması xüsusi əhəmiyyət kəsb edir. ”Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41-ci maddəsi üzrə ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçuların həqiqi hərbi xidmətdən ehtiyata buraxılmalarına səbəb olan halları iki qrupa ayırmaq olar. Birinci qrupa hərbi qulluqçuların onlardan asılı olmayan səbəblərdən ehtiyata buraxılmasını şərtləndirən hallardır ki, bura xidmət müddəti başa çatdığına görə (kadr zabitləri istisna olmaqla), yaşa görə – həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqda, xəstəliyə görə – hərbi həkim komissiyası tərəfindən həqiqi hərbi xidmətə yararsız sayıldıqda; ştatların ixtisarına görə – ştatların ixtisarı və təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün o lmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), qadınların ailə vəziyyətinə görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılma kimi hallar aiddir. İkinci qrupa isə hərbi qulluqçunun öz hərəkətləri səbəbindən və ya arzusu ilə ehtiyata buraxılma halları aiddir. Bu isə xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), Azərbaycan Respublikası Cinayət Məcəlləsinə uyğun olaraq və ya intizam qaydasında hərbi rütbədən məhrum edildikdə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və “Azərbaycan Respublikası Silahlı X1”nin 61-ci bəndinin “z)” yarımbəndində nəzərdə tutulmuş hallar istisna olmaqla), törədilmiş cinayətə görə hərbi vəzifələri tutma hüququndan məhrum etmə və ya müəyyən müddətə azadlıqdan məhrumetmə (Qanunun 38.5-ci ma ddəsində nəzərdə tutulmuş hallar və şərti məhkum edilmiş şəxslər istisna olmaqla) növündə cəzalara məhkum edildikdə, yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlərin öz arzusu ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılma hallarını ehtiva edir. Qeyd edilməlidir ki, qanunverici “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12ci maddəsinin 2-ci hissəsinə görə, ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada yaşayış sahəsi və ya torpaq sahəsi almaq hüququnu təsbit edərkən, məhz hərbi qulluqçuların onlardan asılı olmayan səbəblərdən ehtiyata buraxılmasını şərtləndirən hallarda bu sosial təminatdan yaralanmasını nəzərdə tutmuşdur. Belə ki, əvvəldə də göstərildiyi kimi, qeyd edilən maddənin 7-ci hissəsind ə, habelə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 147-ci maddəsinin 8-ci hissəsində müvafiq olaraq məhz yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata yaxud istefaya buraxılmış şəxslərin (əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri ilə (yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə) təmin edildiyi müəyyən edilmişdir. Oxşar müddəa Nazirlər Kabinetinin 6 avqust 2012-ci i l tarixli Qərarının 1-ci hissəsində də əks olunmuşdur. Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların yaşayış sahələri, yaşayış sahəsi alana kimi isə kirayə haqqı və s. ilə təmin edilməsi yalnız hərbi qulluqçunun iradəsindən asılı olmayan səbəblərdən ehtiyata buraxılması halları ilə şərtləndirilmişdir. Odur ki, öz arzusu və ya yol vermiş olduğu qanunazidd hərəkətlər səbəbindən həqiqi hərbi xidmətdən ehtiyata buraxılma hallarında hərbi qulluqçuların yaşayış sahəsi və s. ilə təmin olunması qanunvericilikdə nəzərdə tutulmamışdır və tamamilə fərqli əsaslardan irəli gələn nəticələrin fərqli qaydada tənzimlənməsi, dövlət və ictimai əhəmiyyətli bir xidmətdən ikinci qrupa aid əsaslardan dolayı ehtiyata buraxılmış hərbi qulluqçulara bu hüquqların tanınmaması bərabərlik prinsipinin pozulma sı kimi qiymətləndirilə bilməz. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 6 avqust tarixli, 174 nömrəli “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Qərarının 1-ci hissəsinə əsasən yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müv əqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay yalnız nağdsız qaydada kompensasiya ödənilir. İddiaçının X8 X6 üzrə müavininin xx.xx.2024-cü il tarixli əmrinə əsasən “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “a” bəndi ilə (xidmət müddəti başa çatdığına görə) ehtiyata buraxılması işin mübahisəsiz halıdır. Bununla belə xidmət müddəti başa çatdığına görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiya ödənilməsi Nazirlər Kabinetinin 2012-ci il 6 avqust tarixli qərarının birinci hissəsinin təsir dairəsinə düşmür. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, məhkəmə iddianın rədd edilməsi barədə düzgün nəticəyə gəlmiş və apellyasiya şikayət inin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğvini şərtləndirmir. Yuxarıda göstərilənlərə əsasən kollegiya belə nəticəyə gəlir ki, şikayətin təmin olunması üçün əsaslar müəyyən edilmədiyindən İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməməli, Naхçıvan Muхtar Respublikası İnzibati Məhkəməsinin 27 oktyabr 2025-ci il tarixli, 21(122)-387/2025 qərarı dəyişdirilmədən saхlanılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası İPM-in 87.1, 87.5, 87.6, 87.8, 90.1 və 94.1-ci maddələrini rəhbər tutaraq kollegiya qəraraalır: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Naxçıvan MR İnzibati Məhkəməsinin 27 oktyabr 2025-ci il tarixli, 2-1(122)-387/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, onun inzibati məhkəmə icraatının iştirakçılarına tam formada təqdim olund uğu gündən 1 ay müddətində Naхçıvan Muхtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar