Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 8(3-1)-5/2026 16.03.2026 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Şikayətin qeyri-mümkün hesab edilməsi haqqında X1 Ordubad Rayon İcra və Probasiya bölməsinin icra məmuru X3 hərəkət və ya hərəkətsizliyi nəticəsində ödənilməmiş alimentin alınması tələbi (Açar sözlər: Şikayətin qeyri-mümkünlüyü, şikayətin forması və strukturu (2 saylı Əlavə), nümayəndəlik səlahiyyəti) Hakimlər Əliyev Zamiq Xudaverdi oğlu (məruzəçi hakim), Allahverdiyev Mehman Dünyamalı oğlu və Qarayev Sənan Məmməd oğlundan ibarət tərkibdə, X1 Ordubad Rayon İcra və Probasiya bölməsinin icra məmuru X3 hərəkət və ya hərəkətsizliyi nəticəsində ödənilməmiş alimentin alınması tələbinə dair mülki iş üzrə çıxarılmış Ordubad Rayon Məhkəməsinin 06 fevral 2026-cı il tarixli, 8(5-89) -1/2026 nömrəli qərardadından Nümayəndə tərəfindən verilmiş şikayətin mümkünlüyünün yoxlanılması məsələsinə məhkəmənin inzibati binasında baxaraq müəyyən etdi: İ. Birinci instansiya məhkəməsində icraat. a) Məhkəməyə müraciət və tələb üzrə qəbul edilən məhkəmə aktı
1. X2 07 noyabr 2025-ci ildə ərizə ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Ordubad Rayon İcra və Probasiya bölməsinin icra məmuru X3 hərəkətləri və hərəkətsizliyi nəticəsində ödənilməmiş aliment borcunun alınması barədə qərar qəbul edilməsini xahiş etmişdir (iş vərəqə 01-02).
2. Yasamal Rayon Məhkəməsinin 11 dekabr 2025-ci il tarixli, 8(004)-824/2025 nömrəli qərardadı ilə tələbkar tərəfindən verilmiş şikayət ərizəsi aidiyyəti üzrə baxılması üçün Ordubad Rayon Məhkəməsinə göndərilmişdir (iş vərəqə 90-92).
3. Ordubad Rayon Məhkəməsinin 06 fevral 2026-cı il tarixli, 8(5-89)-1/2026 nömrəli qərardadı ilə X2 tərəfindən verilmiş ərizənin təmin edilməməsi qərara alınmışdır (iş vərəqə 121-127). b) Məhkəmə aktından verilən şikayət
4. Tələbkarın nümayəndəsi kimi Nümayəndə 27 fevral 2026-cı il tarixdə məhkəməyə şikayətlə müraciət edərək, Ordubad Rayon Məhkəməsinin 06 fevral 2026-cı il tarixli, 8(589)-1/2026 nömrəli qərardadının ləğv edilməsi və Ordubad Rayon İcra və Probasiya Bölməsinin icra məmuru X3 hərəkətləri nəticəsində ödənilməmiş 22900 (iyirmi iki min doqquz yüz) manat miqdarında alimentin ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş edilmişdi (iş vərəqə 132-135).
5. Ordubad Rayon Məhkəməsinin 03 mart 2026-cı il tarixli qərardadı ilə məhkəmənin 06 fevral 2026-cı il tarixli, 8(5-89)-1/2026 nömrəli qərardad ından Nümayəndə tərəfindən verilmiş şikayət əsaslı hesab edilməmiş, onun işlə birlikdə baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına göndərilməsi qərara almışdır (iş vərəqə 143-146).
6. X5 Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının icraatına “13” mart 2026-cı ildə daxil olmuşdu. İİ. Apellyasiya instansiyası məhkəməsində apellyasiyanın mümkünlüyünün yoxlanılması
7. Nümayəndə Ordubad Rayon Məhkəməsinin 06 fevral 2026-cı il tarixli, 8(5-89)1/2026 nömrəli qərardadından verdiyi şikayəti yoxlayarkən kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən ed ilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
8. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” 12 aprel 2017-ci il tarixli qərarında qeyd etmişdir ki, şəxsin məhkəməyə müraciət etmək hüququ məhkəmə prosesinin bütün mərhələlərinə aiddir. Bu, məhkəmə müdafiəsinin yalnız birinci instansiyada təmin olunmasını deyil, qanunla nəzərdə tutulmuş hallarda apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur.
9. Yuxarıda göstərilən prosessual hüquq normasının tələbindən və Konstitusiya Məhkəməsinin mövqeyindən görünür ki, hər hansı şəxs qanunvericiliklə müəyyən edilmiş instansiya məhkəmələri üzrə müraciət edərkən mülki prosessual qanunveri ciliyin tələblərinə mütləq şəkildə əməl etməlidir. Bu tələblər məhkəməyə müraciət hüququnun effektiv reallaşdırılması və ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsi üçün qanunverici tərəfindən müəyyən edilmiş imperativ qaydalardır.
10. Məhz həmin imperativ qaydaların tərkib hissəsi olaraq, birinci instansiya məhkəmələrinin qərardadlarından şikayət verilməsi və ona baxılması ilə bağlı prosessual qaydalar Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 42-ci fəsli ilə tənzimlənir. Həmin fəsildə birinci instansiya məhkəmələrinin qərardadlarından verilmiş şikayət üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən onun mümkünlüyünün yoxlanılması birbaşa nəzərdə tutulmasa da, Məcəllənin sistemli təhlilindən aydın olur ki, şikayətə mahiyyəti üzrə baxılması üçün onun mümkünlük şər tlərinin (müddət, forma, məzmun, rüsum və səlahiyyət) yoxlanılması zəruridir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 11. -108.1-ci və 108.1.6-cı maddələrinə əsasən iş üzrə icraatın xitam verilməsi, iddianın baxılmamış saxlanılması, məhkəmə cərimələrinin qoyulması, müvəqqəti təminat tədbirinin tətbiqi və ya bundan imtina barədə qərardadlardan şikayət verildikdə dövlət rüsumu ödənilir; 12. - 268.1-ci maddəsinə görə şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir; 13. - 269.1-ci və 269.3-cü maddələrində qeyd edilir ki, şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kassasiya instansiyası məhkəməsinə göndərilir; 14. - 395.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəmələrinin digər qərardadlarından şikayət verilmir. İşdə iştirak edən şəxslər bu qərardadlardan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər; 15. - 396.1-ci maddəsi ilə müəyyən edilir ki, şikayət birinci instansiya məhkəməsinin qərardadı rəsmi qaydada verildikdən sonra 10 gün müddətində birinci instansiya məhkəməsinə verilə bilər.
16. Sadalanan prosessual normaların sistemli təhlili və ape llyasiya icraatının mahiyyəti kollegiyanı belə bir nəticəyə gətirir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində birbaşa şəkildə qeyd edilməsə də, birinci instansiya məhkəmələrinin qərardadlarından verilmiş şikayətlərin mümkünlüyü mütləq qaydada yoxlanılmalıdır. Belə yoxlanılma məhkəməyə müraciət hüququnun sui-istifadəsinin qarşısını almaqla yanaşı, hüquqi müəyyənlik prinsipinin qorunmasına xidmət edir.
17. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərindən çıxış edərək kollegiya qeyd edir ki, şikayətin mümkünlüyü üçün prosessual əsaslar dedikdə, şikayətin həmin Məcəllənin 357-ci (apellyasiya şikayəti vermək hüququ), 358-ci (apellyasiya qaydasında işə baxan məhkəmələr), 361-ci (apellyasiya şikayətinin məzmunu və ona əlavə edilməli olan zəruri sənədlər), 362-ci (apellyasiya şikayətinin verilməsi) və 396-cı (şikayətin verilmə müddəti) maddələrində müəyyən olunmuş tələblərə tam riayət olunmaqla təqdim edilməsi başa düşülür.
18. Bununla yanaşı, qərardadlardan verilmiş şikayətlərin mümkünlüyü yoxlanılarkən Məcəllənin 269-cu maddəsində nəzərdə tutulmuş xüsusi icraat qaydası da nəzərə alınmalıdır. Belə ki, qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi şikayətə ilkin olaraq 3 gün müddətində yazılı icraat qaydasında baxmalı, şikayəti əsassız hesab etdiyi təqdirdə (onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas görmədikdə) işi apellyasiya instansiyasına göndərməlidir. Dolayısı ilə, şikayətin apellyasiya instansiyasında mümkün sayılması üçün həm şikayət verən şəxs tərəfindən prosessual tələblərə əməl olunmalı, həm də birinci instansiya məhkəməsi t ərəfindən həmin şikayətin əsaslılığına dair MülkiProsessual Məcəllənin 269.1 və 269.2-ci maddələrində təsbit olunmuş "özünənəzarət" funksiyası icra edilməlidir.
19. Kollegiya şikayətin mümkünlüyü məsələsini araşdırarkən, apellyasiya şikayəti vermək hüququnun həm mahiyyət, həm də forma və məzmun baxımından realizə edilməsi üçün Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin aşağıdakı normalarına istinad etməyi zəruri hesab edir: 20. -10-1.2-ci maddəyə əsasən məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi Məhkəmə-Hüquq Şurasının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istif adə qaydalarına uyğun olaraq həyata keçirilir; 21. - 10-1.3-cü maddəyə görə kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir; 22. - 357.1-ci maddəyə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti v erə bilər; 23. - 361.1-ci maddənin məzmunundan məlum olur ki, apellyasiya icraatının başlanmasına əsas olan prosessual sənəddə, yəni apellyasiya şikayətində qeyd edilməli olan məlumatların dairəsi imperativ olaraq müəyyən edilmişdir. Həmin normaya görə bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində şikayətin verildiyi məhkəmənin adı və ünvanı; şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; şikayəti ver ən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; şikayətə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir; 24. -“Apellyasiya şikayətinin forması” adlı 2 saylı Əlavəsində apellyasiya şikayətində qeyd edilməli məlumatlar və onların hansı ardıcıllıqla göstərilməli olması müəyyən edilmişdir. Əlavədə həmçinin tələb olunur ki, apellyasiya şikayəti verən şəxs işin faktiki halları ilə bağlı mövqeyini aydın ifadə etməli, işin materiallarına istinad edilməklə məhkəmələr tərəfindən müəyyən edilmiş hansı halları qəbul etdiyini, hansı halları isə qəbul etməyərək mübahisələndirdiyini dəqiq göstərməli, eləcə də m übahisənin düzgün həlli üçün əhəmiyyətli hesab etdiyi digər hansı faktiki halların məhkəmələr tərəfindən araşdırılmadığını dəqiq bildirməli, işin halları ilə bağlı mövqe mübahisənin predmetinə aidiyyəti nəzərə alınmaqla, yığcam şəkildə, xronoloji ardıcıllıqla, sadə və anlaşıqlı formada təqdim edilməli, şikayət olunan qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi hüquq norması sıralanmaqla göstərilməli, göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməli, məhkəmənin hansı faktiki halları aydınlaşdırmadığı dəqiq göstərilməli və hər birinin qarşısında bu halın məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətinin nədən ibarət olduğuna aydın şəkildə izah verilməli, mə hkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hansı halların sübut edilməməsi dəqiq göstərilməli və hər birinin qarşısında bunun nədə ifadə olunmasına (qanunla göstərilən sübutlarla təsdiq edilməməsi və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilməsi) aydın şəkildə izah verilməli, apellyasiya şikayəti verən şəxs özünün tələblərini aydın göstərməli, yəni, məhkəmə aktının tam və ya qismən ləğv edilməsinə və yaxud dəyişdirilməsinə və mübahisənin həlli ilə bağlı nə barədə qərarın qəbul edilməsinə dair tələblərini dəqiq bildirməlidir.
25. Göründüyü kimi, Mülki-Prosessual Məcəllənin 357.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti vermək hüququ həm qanuni qüvvəyə minməmiş qətnamələrə, həm də qərardadlara şamil olunur. Bu maddə apellyasiya şikayəti obyektlərini (q ətnamə və qərardadı) eyni hüquqi müstəvidə birləşdirir. Qanunvericilik bu hüququn həyata keçirilməsi mexanizmini isə həmin Məcəllənin 361-ci maddəsi və buna uyğun olaraq qəbul edilmiş 2 saylı əlavə ("Apellyasiya şikayətinin forması") ilə tənzimləyir.
26. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinə edilmiş 2 saylı əlavənin (Apellyasiya şikayətinin forması) 4, 6 və 7-ci bəndlərindən, habelə 4.1, 4.2 və 4.3-cü alt bəndlərindən aydın olur ki, qanunverici bu prosessual formanı yalnız qətnamədən verilən apellyasiya şikayətləri üçün deyil, həmçinin məhkəmənin çıxardığı qərardadlardan verilən şikayətlər üçün də universal (hər tərəfli) bir forma kimi müəyyən etmişdir. Yəni, 2 saylı əlavənin strukturunun təhlili göstərir ki, bu forma yalnız yekun qərar olan qətnamələr üçün dey il, məhz 357.1-ci maddədə göstərilən bütün məhkəmə aktları üçün vahid şablondur. Belə ki, əlavənin: 27. - 4-cü bəndi birbaşa "Barəsində şikayət olunan məhkəmə qətnaməsi və ya qərardadı haqqında məlumat"ın göstərilməsini tələb edir; 28. - 6 və 7-ci bəndləri şikayət olunan qərardad çıxarılarkən maddi və prosessual normaların pozulmasına dair dəlillərin sıralanmasını imperativ şərt kimi qoyur.
29. Verilmiş şikayəti yuxarıda qeyd edilən prosessual normalarla qarşılıqlı şəkildə tədqiq etdikdə müəyyən edilir ki, Nümayəndə şikayəti elektron kabinet vasitəsilə təqdim etsə də, müraciətdə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 2 saylı Əlavəsində ("Apellyasiya şikayətinin forması") tələb olunan imperativ struktur qaydalarına riayət etməmiş, xüsusilə də şikayət olunan qərardad çıxarılar kən birinci instansiya məhkəməsinin hansı maddi və prosessual hüquq normalarını pozması və ya həmin normaların düzgün tətbiq edilmədiyinə dair hüquqi əsasları göstərilməmişdi. Həmçinin şikayəti qanunvericiliyin tələbi ilə qarşılıqlı şəkildə tədqiq etdikdə onun elektron sənəd formasında tərtib edilməməsi də müəyyən edilir.
30. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 1 iyun tarixli, 1043 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elektron məhkəmə” informasiya sistemi haqqında Əsasnamənin 6.1 və 6.1.11-ci bəndlərindən müəyyən edilir ki, informasiya sisteminin iştirakçıları və istifadəçiləri tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi informasiya sistemi vasitəsilə təmin edilir.
31. Qeyd edilənlərə əsasən apellyasiya şikayəti elektron sənəd formasında tərtib edilməli olduğundan kollegiya bildirir ki, elektron sənədə dair tələblər və onun quruluşu isə “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununun 21 və 22-ci maddələri ilə tənzimlənir.
32. Belə ki, həmin Qanunun 21.1-ci maddəsinə görə elektron sənəd aşağıdakı tələblərə cavab verməlidir: 33. -texniki və proqram vasitələrinin köməyi ilə yaradılmalı, saxlanılmalı, emal edilməli, ötürülməli və qəbul edilməlidir; 34. -bu Qanunun 22-ci maddəsində müəyyən edilmiş quruluşa malik olmalıdır; 35. -identikləşdirməyə imkan verən rekvizitlərə malik olmalıdır; 36. -texniki və proqram vasitələrinin köməyi ilə əyani qavranılan (vizual) şəkildə təqdim olunmalıdır.
37. Sözügedən Qanunun 22-ci maddəsinin tələbinə görə isə elektron sənəd ümumi və xüsusi hissələrdən ibarət quruluşa malikdir. Elektron sənədin məzmunu və ünvanlandığı şəxs barədə məlumatlar onun ümumi hissəsində qeyd edilir. Elektron sənədə əlavə edilən elektron imza (imzalar) və vaxt göstəricisi (göstəriciləri) elektron sənədin xüsusi hissəsində qeyd olunur.
38. Qanunvericiliyin tələbindən görünür ki, apellyasiya şikayəti "Elektron məhkəmə" informasiya sistemindən istifadə qaydalarına uyğun, yaradılmış elektron kabinet vasitəsi ilə, yazılı formada, gücləndirilmiş elektron imzadan istifadə etmək şərtlərinə birlikdə əməl edilərək verildikdə onun icraata qəbul edilməsi mümkündür. Nümayəndə verdiyi şikayəti mülki prosessual qanunvericiliyin tələbləri daxilində yoxladıqda aydın olur ki, o qanunvericiliyin tələblərinə cavab vermir.
39. Belə ki, mülki iş materiallarına əlavə edilmiş şikayəti vizual şəkildə nəzərdən keçirərkən prosessual sənədin fiziki olaraq həmin şəxs tərəfindən imzalanması, daha sonra sənədin PDF formatında hazırlanması müəyyən edilir.
40. Kollegiya bildirir ki, apellyasiya şikayəti “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə mülki prosessual qanunvericiliyə uyğun elektron qaydada tərtib edilməli, elektron sənədin quruluşuna cavab verməlidir. "Elektron məhkəmə" informasiya sisteminin imkanından istifadə etməklə hazırlanmış apellyasiya şikayətinin məzmunundan aydın olur ki, həmin prosessual elektron sənədin sonunda dövlət rüsumunun ödənilməsi, sənədi imzalayan şəxs haqqında, həmçinin işdə iştirak edən şəxslərin hüquqları, vəzifələrinin izahı və məhkəmə iclasında iştirak zamanı riayət olunm alı qaydalara dair məlumatlar öz əksini tapır. Qeyd edilən məlumatların həmin sənəddə öz əksini tapması isə elektron kabinet üzrə istifadə Təlimatının 8.2 - 8.2.6-cı bəndlərində göstərilən ardıcıl hərəkətlərin həyata keçirməsinin nəticəsindən irəli gəlir.
41. Nümayəndə verdiyi şikayəti qanunvericiliyin yuxarıda qeyd edilən normaları ilə əlaqəli şəkildə tədqiq etdikdə görünür ki, şikayət verən şəxs qanunvericiliyin tələbinə əməl etməmişdir.
42. Kollegiya onu da bildirməyi zəruri hesab edir ki, apellyasiya şikayətinin "Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə təqdim edilməsi özündə onun birbaşa elektron sənəd kimi qəbul edilməsini ehtiva etmir.
43. Məhkəmə kollegiyası şikayət verən şəxsin nəzərinə çatdırır ki, mülki prosessual qanunvericiliyin tələbin ə görə mülki məhkəmə icraatı üzrə hər instansiya məhkəməsində icraatın başlanmasına əsas olan prosessual sənəd var. Bu müvafiq olaraq birinci instansiya məhkəməsində iddia ərizəsi və ya ərizə, apellyasiya instansiya məhkəməsində apellyasiya şikayəti və ya şikayət, kassasiya instansiyası məhkəməsində isə kassasiya şikayətidir. Mülki prosessual qanunvericiliyin tələbindən aydın olur ki, icraatın başlanmasına əsas olan sənədlərin forma və məzmununa əməl edilməsi ilə bağlı qanunvericiliyin tələbləri imperativdir (MPM 149, 284-3, 361 və 407). Buna əməl edilməməsi isə müvəqqəti prosessual sənədin geri qaytarılması, habelə birinci instansiya məhkəməsində icraatın mərhələsindən asılı olaraq həm geri qaytarma, həm də baxılmamış saxlanılma ilə nəticələnir.
44. Şikayətin qeyri-mümkünlüyünə səbəb olan struktur və forma xətaları ilə yanaşı, qərardadın qəbul edilməsi üçün müraciət edən şəxsin subyektiv tərəfi, yəni nümayəndəlik səlahiyyəti də qanunvericiliyin imperativ tələblərinə cavab verməlidir.
45. Bu baxımdan kollegiya onu da qeyd edir ki, "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 32.1-ci maddəsinə əsasən fiziki şəxslər icraatda şəxsən və ya nümayəndələri vasitəsilə iştirak edə bilərlər. Fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil olur. Fiziki şəxsin icraatda şəxsən iştirakı onu həmin iş üzrə nümayəndəyə malik olmaq hüququndan məhrum etmir. İcra sənədi ilə borclunun üzərinə onun şəxsən icra etməli olduğu vəzifələr qoyulduqda, borclu həmin vəzifələri öz nümayəndəsi vasitəsilə yerinə yetirə bilməz.
46. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 47. - 69.1-1-ci maddəsinə görə fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir; 48. - 73.1 və 73.2-ci maddəsinə əsasən nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. Fiziki şəxslər tərəfindən verilmiş etibarnamələr notariat qaydasında, yaxud Azərbaycan Respublikası Mülki Məcəlləsinin 362.3-cü maddəsində müəyyən edilən hallarda həmin maddədə nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən təsdiq edilir; 49. - 89.3-cü maddəsi ilə müəyyən edilir ki, yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi a iddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir.
50. Kollegiya şikayəti mümkünlük baxımından araşdırarkən həmçinin müəyyən edir ki, şikayətə əlavə edilmiş və Nümayəndə səlahiyyətlərini təsdiq edən etibarnamə lazımi qaydada təsdiq olunmuş əsl sənəd deyil, sadə surətdir. Mülki-Prosessual Məcəllənin 89.3-cü maddəsinin tələbinə görə yazılı sübutların (o cümlədən səlahiyyəti təsdiq edən sənədlərin) əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilməlidir ki, bu tələb də nümayəndə tərəfindən pozulmuşdur.
51. Bununla yanaşı, Mülki-Prosessual Məcəllənin 69.1-1-ci maddəsinə və "İcra haqqında" Qanunun 32.1-ci maddəsinə əsasən, fiziki şəxsin nümayəndəsi yalnız onun yaxın qohumu və ya vəkil ola bilər. Lakin şikayətə nümayəndənin tələbkarla yaxın qohum olmasını (d oğum şəhadətnaməsi, nikah haqqında şəhadətnamə və s.) və ya vəkil statusunu təsdiq edən sənəd əlavə edilməmişdir.
52. Eyni zamanda, "Elektron məhkəmə" informasiya sistemində mövcud olan məlumatların yoxlanılması zamanı da Nümayəndə tələbkar X2 ilə yaxın qohumluq əlaqəsini və ya onun vəkil statusuna malik olmasını müəyyən etmək mümkün olmamışdır. Səlahiyyəti təsdiq edən sənədlərin prosessual qanunvericiliyin tələblərinə uyğun təqdim edilməməsi şikayətin mümkünlüyünü istisna edən əsaslardan biridir.
53. Beləliklə, şikayətin həm forma və məzmun (2 saylı əlavəyə uyğun olmaması), həm elektron sənəd strukturuna cavab verməməsi, həm də nümayəndənin səlahiyyətlərinin qanunla müəyyən edilmiş qaydada sübuta yetirilməməsi onun qeyri-mümkün hesab edilməsinə əsas verir.
54. Azərbaycan Respublikası Mülk i-Prosessual Məcəlləsinin 363.1, 363.1.1-1 və 363.1.5-ci maddələrində apellyasiya şikayətinin həmin Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verildiyi təqdirdə və “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılması öz əksini tapsa da, işə baxan birinci instansiya məhkəməsi şikayəti qaytarmamış, baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə göndərmişdir.
55. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, şikayətin verilməsi zamanı MülkiProsessual Məcəllənin tələblərinə riayət edilmədiyindən Ordubad R ayon Məhkəməsinin 06 fevral 2026-cı il tarixli, 8(5-89)-1/2026 nömrəli qərardadından Nümayəndə tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilməli və şikayətin geri qaytarılması məsələsinin həlli üçün iş birinci instansiya məhkəməsinə göndərilməlidir.
56. Mülki-Prosessual Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsas yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.
57. Həmin Məcəllənin 402.2-ci maddəsində apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiya məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilməsi qeyd edilib.
58. Həmçinin Mülki-Prosessual Məcəllənin 400-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin həmin Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdi rsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. İİİ. Apellyasiya instansiyası məhkəməsinin apellyasiyanın mümkünlüyünün yoxlanılması üzrə gəldiyi nəticə Kollegiya yuxarıda qeyd olunanları, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 12.2, 263-264, 358.0.3, 361, 365, 366, 402 və 405.0.2-ci maddələrini rəhbər tutaraq qəraraaldı: Ordubad Rayon Məhkəməsinin 06 fevral 2026-cı il tarixli, 8(5-89)-1/2026 nömrəli qərardadından Nümayəndə tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilsin və şikayət geri qaytarılması üçün işlə birlikdə Ordubad Rayon Məhkəməsinə g öndərilsin. Qərardaddan, o işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamiq Əliyev Hakimlər: Mehman Allahverdiyev və Sənan Qarayev.