Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(3-1)-5/2026 10.03.2026 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Qurbanov Yusifəli Süleyman oğlunun sədrliyi və məruzəsi ilə, X11 və X2 ibarət tərkibdə, X6 məhkəmə iclas katibliyi, İddiaçı və cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı "kənd təsərrüfatına yararlı torpaq sahəsindən istifadə üçün ödədiyi məcburi dövlət sosial sığorta haqqına görə fərdi hesabın sığorta hissəsində (xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək) qeydə alınmış pensiya kapitalına əsasən ona yaşa görə əmək pensiyasının təyin olun ması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair Naxçıvan MR İnzibati Məhkəməsinin 21(122)-833/2025 nömrəli, 12 dekabr 2025-ci il tarixli qərarından İddiaçı tərəfindən verilmiş şikayətə açıq şifahi məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə Naxçıvan MR İnzibati Məhkəməsinə müraciət edərək kənd təsərrüfatına yararlı torpaq sahəsindən istifadə üçün ödədiyi məcburi dövlət sosial sığorta haqqına görə fərdi hesabın sığorta hissəsində (xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək) qeydə alınmış pensiya kapitalına əsasən ona yaşa görə əmək pensiyasının təyin olunması ödəliyinin cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçı van MR İnzibati Məhkəməsinin 2-1(122)-833/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. Həmin qərardan narazı qalan İddiaçı şikayətlə Naxçıvan MR Ali Məhkəməsinə müraciət etmişdir. Apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması məsələsinə şifahi məhkəmə iclasında baxılan zaman İddiaçı tərəfindən kollegiyaya yeni apellyasiya şikayəti təqdim edilmiş, kollegiyanın 02 fevral 2026-cı il tarixli, 2-1(3-1)-5/2026 nömrəli qərardadı ilə Naxçıvan MR İnzibati Məhkəməsinin 2-1(122)-833/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilmiş, işə apellyasiya qaydasında baxılması üçün şifahi məhkəmə baxışına təyin edilmişdir. İddiaçı şikayətində göstərmişdir ki, iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, kən d təsərrüfatı təyinatlı torpaq sahəsindən istifadə üçün ödədiyi məcburi dövlət sığorta haqqına görə fərdi hesabın sığorta hissəsində xx.xx.2006-cı il tarixdən 01 iyul 2018-ci il tarixədək qeydə alınmış pensiya kapitalına əsasən ona yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Naxçıvan MR İnzibati Məhkəməsi 12 dekabr 2025-ci il tarixdə iddia tələbinə baxmış, iddianın təmin edilməməsi barədə qərar qəbul etmişdir. Qərarla aşağıdakı əsaslara görə razılaşmır: Cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu imtinasında onun 25 il sığorta stajına qarşı y alnız 23 il 8 ay 3 gün stajının olmasını bildirmiş, ona pensiya təyin olunmasını mümkünsüz hesab etmişdir. Onun kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən istifadəyə görə mülki iddiaya əlavə etdiyi sığorta haqlarını ödəməsi ilə bağlı müxtəlif illəri əhatə edən qəbzlər məhkəmə tərəfindən nəzərə alınmamışdır. Kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən istifadə üçün ödədiyi məcburi dövlət sığorta haqqına görə fərdi hesabın sığorta hissəsində xx.xx.2006-cı il tarixdən 01 iyul 2018-ci il tarixədək qeydə alınmış pensiya kapitalına əsasən ona yaşa görə əmək pensiyası təyin olunmalı idi. Həmçinin o Babək rayonunun “Pravda” sovxozunda 1983-cü il,1985-1986-cı illərdə fəhlə kimi çalışmışdır. Lakin arxiv sənədlərində onun cəmi beş ay fəhlə kimi çalışmağı qeyd olunmuşdur. Halbuki, o həmin sovxozda mütəmadi olaraq çalışmışdır. Arxiv sənədlərində əmək haqqının qeyd olunmaması onun təqsiri deyildir. Bundan başqa işçinin əmək stajını təsdiq edən sənəd onun əmək kitabçasıdır ki, həmin kitabçanın surəti mülki iddiaya əlavə edilmişdir. Qeyd olunanlara əsasən Naxçıvan MR İnzibati Məhkəməsinin 12 dekabr 2025ci il tarixli, 2-1(122)-833/2025 nömrəli qərarının ləğv olunması və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iş üzrə İddiaçı izahatında apellyasiya şikayətini müdafiə edərək, Naxçıvan MR İnzibati Məhkəməsinin 12 dekabr 2025-ci il tarixli, 2-1(122)833/2025 nömrəli qərarının ləğv olunması və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iş üzrə cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X7 şikayətin təmin edilməməsini, Naxçıvan MR İnzibati Məhkəməsinin 12 dekabr 2025-ci il tarixli, 2-1(122)-833/2025 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etdi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra-inzibati məhkəmə icraatı) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmin Məcəllənin 81.3-cü maddəsinə görə başqa qaydanın müəyyən edilmədiyi hallarda şikayət üzrə inzibati mə hkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişd irmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Kollegiya inzibati məhkəmə icraatı iştirakçılarının izahatlarını dinləyib apellyasiya şikayətinin dəlillərini, inzibati mübahisəyə dair işin materiallarını ilə əhatəli şəkildə araşdıraraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayıb işdə olan sübutlara hüquqi qiymət verərək aşağıdakıları qeyd edir. İş materiallarında olan: - Babək Rayon Polis Şöbəsi tərəfindən 24 fevral 2012-ci il tarixdə verilmiş AZE ser iyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxxxx 1957-ci il tarixdə Naxçıvan MR, Naxçıvan rayonu, Qoşadizə kəndində doğulmuş İddiaçı Babək rayonu, Qoşadizə kəndində pasport qeydiyyatındadır - Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İddiaçı ünvanladığı 27 fevral 2025-ci il tarixli, 3-17-9-1/2S2384/2025 nömrəli məktubda göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22-1.2.1-ci maddəsinə uyğun olaraq 2019-2025-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun fərdi şəxsi hesabın ın sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda 2006cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Qeyd edilir ki, onun ümumilikdə 23 il 8 ay 3 gün sığorta stajı tələb olunan 25 il sığorta stajından 1 il 3 ay 27 gün az olduğundan və fərdi hesabın sığorta hissəsində (xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək) qeydə alınmış pensiya kapitalı olmadığından ona yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. - JN-0085, KOD 10307018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının surətindən görünür ki, həmin dövlət aktı ilə Babək Rayon Aqrar İslahat Komissiyasının 17 iyun 1998-ci il tarixli, 04-A nömrəli qərarına əsasən İddiaçı və onun ailə üzv ləri X4, Seyidov Cavid M.Tahir oğluna, Seyidova Furanə M.Tahir qızına və Seyidov Asiman M.Tahir oğluna kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 1.15 hektar torpaq sahəsi verilmişdir. - Naxçıvan MR İnzibati Məhkəməsinin 11 iyun 2024-cü il tarixli, 21-(122)-83/2024 nömrəli qərarından aydın olur ki, İddiaçı cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Babək Rayon İdarəsinin xx.xx.2023-cü il tarixli, 07 nömrəli qərarının ləğv edilməsi və ona pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair iddiası təmin edilməmişdir. Qərarın əsaslandırıcı hissəsində qeyd edilmişdir ki, iddiaçının tam əmək stajı üzrə ümumilikdə 24 il, 5 ay, 10 gün sosial sığorta stajı təsdiq edilir. Göründüyü kimi, iddiaçının hazıkı sığorta stajı ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci madəsində qeyd olunan tələbin (fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda) şərti ödənilmir. - Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 25 sentyabr 2025-ci il tarixli, 3-17-9-1/2-12096/2025 nömrəli məktubdan görünür ki, Babək rayonu, Qoşadizə kənd sakini İddiaçı mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxs kimi məcburi dövlət sosial sığor ta ödəyicisi olmasına dair Fondun arxivində heç bir mədaxil qəbzinə rast gəlinməmişdir. - Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondunun Babək Rayon Şöbəsinin məcburi dövlət sosial sığorta haqqı üçün mədaxil qəbzlərinin surətlərindən görünür ki, X5 tərəfindən torpaq sahəsindən istifadəyə görə məcburi dövlət sosial sığorta haqları ödənilmişdir. -Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 6 mart 2026-cı il tarixli, 3-17-9-1/2-3714/2026 nömrəli X5 tərəfindən ödənilmiş məcburi dövlət sosial sığorta haqqı barədə məktubunda göstərilmişdir ki, 2019-cu ilin 1 yanvar tarixinədək mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslərin əmək qabiliyyətli ailə üzvlərinin hər biri üçün torpaq sahəsinin hər hektarına görə ölk ə üzrə müəyyən olunmuş minimum aylıq əmək haqqının: torpaqların 1-ci keyfiyyət qrupu üzrə - 12 faizi; torpaqların 2-ci keyfiyyət qrupu üzrə - 8 faizi; torpaqların 3cü keyfiyyət qrupu üzrə - 4 faizi; torpaqların 4-cü keyfiyyət qrupu üzrə - 2 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödənilirdi. X5 tərəfindən torpağa mülkiyyət hüququna dair JN-0085 10307018 nömrəli dövlət aktına əsasən 20 yanvar 2011-ci il tarixdə 3,00 manat məcburi dövlət sosial sığorta ödənişi həyata keçirilmişdir. -Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondunun Babək Rayon Şöbəsinin ClP seriyalı, 996180 nömrəli məcburi dövlət sosial sığorta haqqı üçün mədaxil qəbzinin kötüyündən görünür ki, X5 tərəfindən 2011-ci il ödəniş dövrü üzrə 3,00 manat məcburi dövlət sosial sığorta ödənişi həyata keçirilmişdir. -l-ЖГ seri yalı, 495689 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx xxxxxx 1957-ci il təvəllüdlü İddiaçı ilə 05 yanvar 1962-ci il təvəllüdlü X5 arasında 06 fevral 1980-ci il tarixdə nikah bağlanmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar.... Maddə
16. Hüququn tətbiqindən imtinanın qadağan olunması 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Maddə
19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqəd ar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. (...) Maddə
24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasında n və nəzərə alınmasından imtina edə bilməz. “Əmək pensiyaları haqqında” Qanun: Maddə
7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeyd hissəsinə görə, Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-c i il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə
21. Sığorta stajına daxil edilən və ya digər fəaliyyət müddətləri 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: işçinin işəgötürən tərəfindən he sablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti;... Maddə 22-1. Əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyinatı zamanı 2006-cı il yanvarın 1-dək olan sığorta stajının hesablanması xüsusiyyətləri 22-1.1. 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. 22-1.2. 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1. 2019- 2025-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır; “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0 və 2.0.2-ci maddələrinə görə əmək pensiyası təminatı və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün staj, məcburi dövlət sosial sığorta haqlarının hesablandığı və ödənildiyi əməkhaqqı və digər gəlirlər və məcburi dövlət sosial sığorta haqqı barədə məlumatların dəqiqliyinin təmin edilməsi fərdi uçotun məqsədləridir. “Sosial sığorta haqqında” Qanun: Maddə
4. Sosial sığorta hadisəsi Sosial sığorta hadisəsinə aşağıdakılar d axildir: pensiya yaşına çatmaq;... 9-cu maddəsinə əsasən sosial sığorta ödəmələrinin vaxtında hesablanıb ödənilməsini təmin etmək, könüllü (əlavə) sosial sığorta müqavilələri üzrə öhdəliklərini vaxtında və tam həcmdə icra etmək, məcburi dövlət sosial sığortanın məqsədləri üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təqdim etdiyi məlumatlar əsasında sığortaedənlərin uçotunu aparmaq, məcburi dövlət sosial sığortanın məqsədləri üçün sığortaedənlərin təqdim etdiyi məlumatlar əsasında sığortaolunanların uçotunu aparmaq, məcburi dövlət sosial sığortası üzrə daxilolmaların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə aylıq, rüblük və illik üzləşdirilməsini aparmaq, sığortaçının vəzifələrinə aid edilmişdir. Maddə 9-1. Məcburi dövlət sosial sığor ta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət 9-1.1. Məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. Maddə
12. Məcburi dövlət sosial sığortasına cəlb olunan şəxslər Azərbaycan Respublikası Milli Məclisinin qərarı, A zərbaycan Respublikası prezidentinin fərman və sərəncamları ilə vəzifəyə təyin olunan şəxslər…, əmək müqaviləsi (kontraktı) ilə işləyən Azərbaycan Respublikasının vətəndaşları və vətəndaşlığı olmayan şəxslər…fərdi qaydada sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslər; - məcburi dövlət sosial sığortası ilə əhatə olunurlar. Maddə
13. Məcburi dövlət sosial sığortası üzrə sığorta iştirakçılarının uçotu 13.1. Sığortaedənlərin məcburi dövlət sosial sığorta məqsədləri üçün sığortaçıda uçotu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təqdim etdiyi uçot məlumatları əsasında aparılır. Məcburi dövlət sosial sığortanın məqsədləri üçün sığortaolunanların sığortaçıda uçotu sığortaedənlərin təqdim etdiyi məlumatlar əsasında aparılır. 13.2. Ailə kəndli təsərrüfat ları qanunvericiliklə müəyyən olunmuş qaydada uçota alındıqdan, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslər isə torpağa mülkiyyət hüququnu təsdiq edən sənəd aldıqdan sonra bir ay müddətində məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota alınmaq barədə ərizə ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət edir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur. 13.3. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu qanunun 13.2-ci maddəsinə uyğun olaraq uçota almanı həyata keçirdikdən sonra bu barədə 1 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına elektron formada məlumat verir. 13.4. Məcburi dövlət sosial sığortası məqsədilə sığortaed ənlərin və sığortaolunanların uçotu qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırılmaqla, müəyyən edilir. Maddə
14. Məcburi dövlət sosial sığorta haqqı 14.2. Məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir. 14.3. Bu qanunun 14.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla, muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı aşağıdakı dərəcələrlə ödənilir: 14.3.1. sığortaedən tərəfindən ödənilən sığorta haqqı - hesablanmış əməyin ödənişi fondunun və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərin 22 faizi; 14.3.2. sığortaolunan tərəfindən ödənilən sığorta haqqı - işçinin əməkhaqqının və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərinin 3 faizi. Maddə
18. Məcburi dövlət sosial sığortası sahəsində idarəetmə Məcburi dövlət sosial sığortası sahəsində idarəetməni (məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət üzrə fəaliyyət istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı məcburi dövlət sosial sığorta vəsaitlərini idarə edir, bu Qanunun tətbiqi ilə əlaqədar izahatlar verir və səlahiyyəti daxilində normativ aktlar qəbul edir, sığortaedənlərin məcburi dövlət sosial sığortası üzrə hesabatlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qur umdan) əldə edir, sosial sığorta sahəsində elektron xidmətləri (məcburi sosial sığorta haqlarının hesablanması və ödənilməsi istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirir, qanunla nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində sığortaedənlər və sığortaolunanlar barədə olan məlumatların dövlət orqanlarına (qurumlarına) verilməsini təmin edir. Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli, 634 №-li Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında” Əsasnamənin: - 2.3 və 2.3.6-cı bəndlərinə görə “Sığorta” altsistemi vasitəsilə “Sosial sığorta haqqında” və "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq, məcburi dövlət sosial sığortası və işsizlikdən sığorta sahələrində xidmətlərin elektronlaşdırılması təmin edilir. - 2.3 və 2.3.8-ci bəndlərinə görə “Pensiya” altsistemi vasitəsilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, əmək pensiyası təyin edilmiş şəxslərin qeydiyyatı, əmək pensiyalarının sığorta və yığım hissələri üzrə pensiya kapitalının uçotu, əmək pensiyalarının təyini, yenidən hesablanması və ödənilməsi, eləcə də statistik hesabatların hazırlanması və təhlillər aparılması təmin edilir. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı onun kənd təsərrüfatına yararlı torpaq sahəsindən is tifadə üçün ödədiyi məcburi dövlət sosial sığorta haqqına görə fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalına əsasən pensiya hüququ yarandığı gündən ona yaşa görə əmək pensiyasının təyin edilməsinindən ibarətdir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı xx xxxxxx 1957-ci il təvəllüdlüdür və onun 25 ildən az ümumi iş stajı vardır. İddiaçı daha əvvəl cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı Naxçıvan MR İnzibati Məhkəməsinə müraciət edərək “Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Babək Rayon İdarəsinin xx.xx.2023-cü il tarixli, 07 nömrəli qərarının ləğv edilməsi və ona pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə tələb irəli sürmüş, Naxçıvan MR İnzibati Məhkəməsinin 11 iyun 2024-cü il tarixli, 21(122)-83/2024 nömrəli qərarı ilə iddiaçının tələb olunan 25 illik sosial sığorta stajı mövcud olmadığından iddia tələbi təmin edilməmişdir. Hazırkı iddia tələbi ilə müraciət edərkən isə iddiaçı yaşa görə əmək pensiyası hüququnun 65 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən yarandığını, 2006-cı ildən 2018-ci ilədək olan dövrdə mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqdan istifadəyə görə məcburi dövlət sosial sığorta haqqı ödədiyini bildirərək cavabdehdən ona yaşa görə əmək pensiyası hüququnun yarandığı tarixdən avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin etməsini tələb edir. Cavabdeh inzibati orqan iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edərək imtinanın əsası kimi iddiaçı nın mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaq sahəsinə görə məcburi dövlət sosial sığorta haqları ödəməsi ilə bağlı məlumatların sığortaolunanın fərdi hesabın sığorta hissəsində öz əksini tapmamasına istinad etmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, bu maddənin qeyd hissəsi nəzərə alınmaqla pensiya yaşına çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Həmçinin 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən “Əmək pensiyaları haqqı nda” Qanunun 22-1-ci maddəsinin müddəaları tətbiq edilir. Kollegiya qeyd edir ki,“Əmək pensiyaları haqqında” Qanunun 22-1-ci maddəsinin müddəalarının tətbiq edilməsi üçün 3 şərt birlikdə mövcud olmalıdır: 1) iddiaçı 1 yanvar 2019-cu il tarixdən sonra qanunla müəyyən edilmiş pensiya yaşına çatmalı; 2) Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmalı; 3) fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olmalıdır. Qeyd olunan digər şərtlər uyğun olsa da “Əmək pensiyaları haqqında” Qanunun 221-ci maddəsinin müddəalarının tətbiq edilməsi üçün tələb edilən 3-cü şərtə görə “iddiaçının fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olmalıdır” şərti iddiaçıya münasibətdə ödənilmir. Kol legiya qeyd edir ki, iş materiallarında olan ödəniş qəbzlərindən aydın olur ki,iddiaçının arvadı X8 tərəfindən kənd təsərrüfatına yararlı torpaq sahəsinə görə məcburi dövlət sosial sığorta haqqı ödənmişdir. İş materiallarına əlavə edilmiş 996180 seriya nömrəli, 2011-ci il ödəniş dövrünə aid mədaxil qəbzinin surətində İddiaçı və X1 birlikdə 3 (üç) manat məcburi dövlət sosial sığorta haqqını ödədikləri görünsə də, cavabdeh inzibati orqan tərəfindən təqdim edilmiş həmin qəbzin kötüyündən aydın olur ki, ödəniş yalnız X5 tərəfindən həyata keçirilmiş və ödəniş qəbzində İddiaçı adı qeyd olunmamışdır. İddiaçı məhkəmə iclasındakı izahatında hər dəfə arvadının adından ödənişlərin edildiyini, bir qəbzdə arvadı X1 adının üstündən öz adını yazdığını bildirərək göstərilən faktı təsdiq etmişdir. Naxçıvan MR Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş sənədlərlə də iddiaçı tərəfindən 2018-ci ilin 1 iyul tarixədək torpaqdan istifadəyə görə məcburi dövlət sosial sığorta haqqı ödənilmədiyi təsdiq olunur. Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 25 sentyabr 2025-ci il tarixli, 3-17-9-1/2-12096/2025 nömrəli məktubdan görünür ki, Babək rayonu, Qoşadizə kənd sakini İddiaçı mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxs kimi məcburi dövlət sosial sığorta ödəyicisi olmasına dair Fondun arxivində h eç bir mədaxil qəbzinə rast gəlinməmişdir Naxçıvan MR Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 18 sentyabr 2025ci il tarixli, 3-27-100-11/2-453/2025 nömrəli məktubdan məlum olur ki, İddiaçı Babək rayon Qoşadizə kəndində torpaqdan istifadəyə görə məcburi dövlət sosial sığorta haqqı üzrə ödənişlər aşkar edilməmişdir. Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinin İddiaçı vergi ödəyicisi kimi ödədiyi ödənişlər barədə 04 fevral 2026-cı il tarixli, 3-21-2-24-3/2-S-2-43/2026 nömrəli arayışında göstərilmişdir ki, təqdim edilən hesabatlara əsasən 2019-2025-ci il ərzində iddiaçının ödədiyi məcburi dövlət sosial sığorta haqqı 618.9 manat və icbari tibbi s ığorta haqqı 144 manat olmuşdur. Göründüyü kimi, iddiaçı yuxarıda göstərilən məcburi dövlət sosial sığorta haqlarını “Əmək pensiyaları haqqında” Qanunun 22-1.1-ci maddəsində göstərilən xx.xx.2018-ci il tarixdən əvvəlki vaxtda deyil, həmin tarixdən sonra ödəmişdir. “Sosial sığorta haqqında” Qanunun 13-cü maddəsinin tələbinə görə ailə kəndli təsərrüfatları qanunvericiliklə müəyyən olunmuş qaydada uçota alındıqdan, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslər isə torpağa mülkiyyət hüququnu təsdiq edən sənəd aldıqdan sonra bir ay müddətində məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota alınmaq barədə ərizə ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət edir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qur um) uçota almanı həyata keçirdikdən sonra müvafiq icra hakimiyyəti orqanına elektron formada məlumat verir. Məcburi dövlət sosial sığortası məqsədilə sığortaedənlərin və sığortaolunanların uçotu qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırılmaqla, müəyyən edilir. Kollegiya apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununa görə fərdi şəxsi hesab hər bir sığortaolunana sığortaçı tərəfindən sosial sığorta nömrəsi ilə açılan, fərdi uçot məlumatlarının əks olunduğu hesabdır. Göründüyü kimi, bu hesab üzrə məlumatlar yalnız həmin sığortaolunan şəxs tərəfindən və ya onun barəsində hesablanmış və ödənilmiş sosial sığorta haqları əsasında formalaşır. İş materiallarından göründüyü kimi, iddiaçının istinad etdiyi məcburi dövlət sosial sığorta haqları onun özü tərəfindən deyil, arvadı X5 tərəfindən torpaq sahəsindən istifadəyə görə ödənilmişdir. Bu hal iş materiallarına əlavə edilmiş məcburi dövlət sosial sığorta haqqının ödənilməsinə dair qəbzlər, həmçinin cavabdeh inzibati orqan tərəfindən təqdim edilmiş mədaxil qəbzinin kötüyü ilə təsdiq olunur. Belə olan halda, ödənişlər iddiaçı tərəfindən deyil, digər şəxs tərəfindən həyata keçirildiyindən həmin məcburi dövlət sosial sığorta haqlarının İddiaçı fərdi şəxsi hesabında nəzərə alınması həmin haqları ödəmiş şəxsin hüquqlarının pozulmasına səbəb olduğundan bu qanunvericiliyin tələblərinə uyğun hesab edilə bilməz. Çünki fər di uçot sistemində sosial sığorta haqları yalnız ödənişi həyata keçirən və ya barəsində həmin ödənişlərin hesablandığı sığortaolunan şəxsin fərdi şəxsi hesabında əks etdirilir. Bu səbəbdən kollegiya hesab edir ki, torpaq sahəsindən istifadəyə görə X5 tərəfindən ödənilmiş məcburi dövlət sosial sığorta haqları iddiaçının fərdi şəxsi hesabında pensiya kapitalı kimi nəzərə alına bilməz və həmin ödənişlər yalnız X1 fərdi şəxsi hesabında əks oluna bilər. Beləliklə, iddiaçının həmin ödənişlərin öz fərdi hesabında nəzərə alınması və bu əsasla ona yaşa görə əmək pensiyasının təyin edilməsi barədə dəlilləri kollegiya tərəfindən əsaslı hesab edilmir. Göründüyü kimi iddiaçının tələbi ilə bağlı cavabdehin imtinası qanuna uyğun olmuşdur. Beləliklə, kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nət icə ilə razılaşaraq qeyd edir ki, iddiaçının xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı mövcud olmadığından, cavabdeh inzibati orqanın ona yaşa görə “Əmək pensiyaları haqqında” Qanunun tələblərinə müvafiq olaraq avtomatlaşdırılmış qaydada əmək pensiyası təyin edilməsindən imtinası qanuni olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: -12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. -58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətlən dirilir. -82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. -87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə hərtərəfli araşdırma aparılmış, sübutlara maddi hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verilmiş, işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olan nəticəyə gəlinmişdir. Ona gör ə də İddiaçı apellyasiya şikayəti təmin edilməməli, Naxçıvan MR İnzibati Məhkəməsinin 12 dekabr 2025-ci il tarixli, 2-1(122)-833/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 68, 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, kollegiya qəraraalır: İddiaçı cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı "kənd təsərrüfatına yararlı torpaq sahəsindən istifadə üçün ödədiyi məcburi dövlət sosial sığorta haqqına görə fərdi hesabın sığorta hissəsində (xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək) qeydə alınmış pensiya kapitalına əsasən ona yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair Naxçıvan MR İnzibati Məhkəməsinin 12 dekabr 2025-ci il tarixli, 2-1(122)-833/2025 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Naxçıvan MR İnzibati Məhkəməsinin 12 dekabr 2025-ci il tarixli, 2-1(122)-833/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, onun inzibati məhkəmə icraatının iştirakçılarına tam formada təqdim olunduğu gündən 1 ay müddətində Naхçıvan Muхtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.