Azərbaycan Respublikası adından Qərar Naxçıvan şəhəri İş № 2-1(108)-104/2025 16.03.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Hakimlər Qurbanov Yusifəli Süleyman oğlunun sədrliyi və məruzəsi ilə, Əliyev Zamiq Xudaverdi oğlu və Əliyev Mehdi Ədalət oğlundan ibarət tərkibdə, X1 məhkəmə iclas katibliyi, iddiaçı İsmayılova Mahirə Elman qızının və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, iddiaçı İsmayılova Mahirə Elman qızının cavabdeh Cavabdeh qarşı "Cavabdeh onun dövlət qulluğuna xitam verilməsi barədə ##.##.2024-cü il tarixli, ** nömrəli əmrinin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddətinə görə aylıq hesablanmaqla işə bərpa olunan günədək aylıq əmək haqqının və dövlət qulluqçuları üçün nəzərdə tutulmuş aylıq əlavənin (yardımın) ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi” nə dair inzibati iş üzrə Naxçıvan MR İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı İsmayılova Mahirə Elman qızı iddia ərizəsi ilə Naxçıvan MR İnzibati Məhkəməsinə müraciət edərək Cavabdeh sədri Elşən Salmanov tərəfindən onun barəsində verilmiş Azərbaycan Respublikası Əmək Məcəllənin 73-cü maddəsinə əsasən əmək müqaviləsinə və dövlət qulluğuna xitam verilməsinə dair ##.##.2024-cü il tarixli, ** nömrəli əmrin etibarsız hesab edilməsi, işə bərpa, məcburi iş buraxma müddətinə görə aylıq hesablanmaqla işə bərpa olunan günədək aylıq əmək haqqının və dövlət qulluqçuları üçün nəzərdə tutulmuş aylıq əlavənin (yardımın) ödənilməsi barədə qərar qəbul edilm əsini xahiş etmişdir. Sonradan iddiaçı İsmayılova Mahirə Elman qızı məhkəməyə ## ###### 2025-ci il tarixli yeni iddia ərizəsi təqdim edərək, Cavabdeh onun dövlət qulluğuna xitam verilməsi barədə ##.##.2024-cü il tarixli, ** nömrəli əmrinin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddətinə görə aylıq hesablanmaqla işə bərpa olunan günədək aylıq əmək haqqının və dövlət qulluqçuları üçün nəzərdə tutulmuş aylıq əlavənin (yardımın) ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan MR İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli protokol qərardadı ilə yeni iddia ərizəsi icraata qəbul edilmişdir. Naxçıvan MR İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir. H əmin qərardan narazı qalan iddiaçı İsmayılova Mahirə Elman qızı şikayətlə Naxçıvan MR Ali Məhkəməsinin İnzibati kollegiyasına müraciət edərək Naxçıvan MR İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarının ləğv olunmaqla iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi hüququn tətbiqində səhvə yol verərək, dövlət qulluqçusu olmaqla Əmək Məcəlləsinin iddiaçıya aid edilməməsini nəzərə almamışdır. Bundan başqa, onun tərəfindən işlədiyi müddət ərzində “X4” Qanunun 18, 20 və 25.11-ci maddələrində sadalanan normalarının tələbləri pozulmamış, dövlət qulluqçusu olaraq üzərinə düşən vəzifə öhdəlikləri vaxtında icra olunmuş, 33-cü maddədə qeyd edilən halların isə h eç biri baş verməmişdir. İşə baxan məhkəmə iddia ərizəsində qeyd edilənləri, iddia ərizəsinə əlavə edilmiş sənədləri tam və hərtərəfli araşdırmamış, yalnız cavabdehin etirazına əsaslanmaqla iddia tələbini rədd etmiş, özünün qəbul etdiyi qərarda da iddia tələbinin hansı əsaslarla rədd edilməsini tam hərtərəfli və obyektiv olaraq əsaslandırmamışdır. Birinci instansiya məhkəməsi iddiaçının işəgötürənlə ##.##.2024-cü il tarixdə eyni vəzifəyə dövlət qulluqçusu kimi qəbul edilməklə həmin tarixdə müddətsiz olaraq əmək müqaviləsi (“X4” Qanunun tələblərinə əsasən) bağlanılması, müqavilənin bağlanılmasından 6 gün sonra yəni ##.##.2024-cü il tarixdə iddiaçıdan ərizə alınmaqla dövlət qulluğuna xitam verilməklə əmək müqaviləsinə də xitam verilməsi, həmin gün, yəni ##.##.2024-cü il tarixdə yenə iddiaçı ilə eyni vəzifəyə işə qəbul olunmaqla bağlı müddətli olmaqla 2 ay da deyil, 1 ay 25 gün müddətinə Əmək Məcəlləsinin tələbləri ilə əmək müqaviləsi bağlanılması və həmin müqavilə ilə dövlət qulluqçularına verilməli olan aylıq yardımın da verilməklə yeni müqavilə imzalanması, həmin müqaviləni təsdiq edən əmri verərkən isə iddiaçının daimi dövlət qulluğuna qəbul edilməsi barədə əmr verilməsini, həmin əmrin də əmək kitabçasında olduğu kimi köçürülməklə iddiaçını faktiki olaraq dövlət qulluqçusu kimi işə qəbul etməsini, eyni zamanda digər işçilərlə müddətli əmək müqavilələrinin 1 ay 25 gün deyil, hər biri ilə 6 ay müddətinə bağlanması hallarını da araşdırmamış, bunlara ümumiyyətlə hüquqi qiymət verməmiş, heç bir münasibət bildirməmişdir. Apellyasiya şikayətinin hüquqi cəhətdən əsaslandırılması ü çün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2005-ci il tarixli Qərarına, “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-IV və VIII hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 2.2.2-ci, 14, 68-ci maddələrinə istinad olunmuşdur. Şikayətə qarşı cavabdeh Cavabdeh tərəfindən verilmiş etirazda göstərilmişdir ki, iddiaçının apelyasiya şikayətində göstərdiyi “##.##.2022-ci ildə Naxçıvan MR Kommersiya Məhkəməsində inspektor vəzifəsinə daimi dövlət qulluqçusu olaraq qəbul edilmişdir.” dəlili əsassızdır, çünki ##.##.2022-ci il tarixdə iddiaçı ilə 1 (bir) il müddətinə olmaqla müddətli əmək müqaviləsi bağlanmış və əmək müqaviləsində iddiaçı ilə müddətli əmək müqaviləsinin bağlanılması tam-tamına aşkar görünməkdədir. Lakin baş məsləhətçi tərəfindən texniki səhvlik edilərək əmək kitabçasına daimi dövlət qulluğuna qəbul kimi qeyd edilmişdir. Ərizələrindən də məlum olur ki, iddiaçı İsmayılova Mahirə Elman qızı müddətli əmək müqaviləsinin bağlanmasını xahiş etmişdir. İddiaçıya münasibətdə olan ##.##.2024-cü il tarixli əmr Azərbaycan Respublikası Əmək Məcəlləsinin 84-cü maddəsinin bütün tələblərinə cavab verir. Həmçinin iddiaçı bir tərəfdən bildirir ki, ##.##.2024-cü il tarixli əmr Əmək Məcəlləsinin 84-cü maddəsinin tələbinə cavab vermir”, digər tərəfdən də bildirir ki, “## ### ##### 2024-cü il tarixli, ** nömrəli əmrlə işə qəbul edilərkən 1-ci dərəcə referent ixtisas dərəcəli dövlət qulluqçusu kimi dövlət qulluğuna qəbul edilmiş və həmin gündən etibarən dövlət qulluqçusu olaraq Cavabdeh böyük mütəxəssis vəzifəsinə qəbul olunmaqla dövlət qulluqçusu olmuş və həmin andan işçi olaraq işə götürənlə aralarında olan münasibətlər Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə deyil, Azərbaycan Respublikasının X4 Qanunu ilə tənzimlənmişdir. Beləliklə iddiaçı ##.##.2024-cü il tarixli əmrdə Əmək Məcəlləsinin tətbiq olunmalı olduğu, lakin ## ######## 2024-cü il tarixli, ** nömrəli əmrdə Əmək Məcəlləsinin tətbiq olunmamalı olduğu qənaətinə gələrək bir-birinə zidd ifadələr işlətmişdir. Halbuki, “X4” Azərbaycan Respublikası Qanununun 30.6-cı maddəsində qeyd olunur ki, yardımçı vəzifələr tutan dövlət qulluqçularının əmək münasibətləri bu Qanunun müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir. Bu da o deməkdir ki, yardımçı vəzifələr tutan dövlət qulluqçularının əmək münasibətlərinə Əmək Məcəlləsi tətbiq olunmalıdır. Həmçinin iddiaçı İsmayılova Mahirə Elman qızı ilə işəgötürən arasında bağlanan bütün əmək müqavilələri sərbəst, hər iki tərəfin razılığı ilə müddətli qaydada bağlanılmışdır. Əmək müqavilələri müddətli bağlanan zaman iddiaçı İsmayılova Mahirə Elman qızı həmin müqavilələrin müddətli bağlanılmasına nə yazılı qaydada, nə də şifahi qaydada heç bir etirazını bildirməmişdir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 42-ci maddəsinin tələbinə əməl olunmuşdur. Tərəflər arasında bağlanan müqavilə hər iki tərəf in razılığı ilə müddətli qaydada bağlandığından və həmin müqavilənin müddəti bitdiyindən ##.##.2024-cü il tarixli, ** nömrəli əmrlə 04.11,2024cü il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. Həmçinin qanunvericiliyin tələbinə əməl edilməklə iddiaçı İsmayılova Mahirə Elman qızı ##.##.2024-cü il tarixdə və ##.##.2024-cü il tarixdə müddətli əmək müqaviləsinin müddətinin bitməsinə görə müqaviləyə xitam veriləcəyi barədə yazılı formada xəbərdar edilmişdir. ##.##.2024-cü il tarixdə iddiaçı ilə əmək müqaviləsi bağlanarkən texniki səhvlik nəticəsində sistemdə dövlət qulluqçusu ilə müqavilə bağlanması hissəsi seçilmiş və iddiaçı ilə dövlət qulluqçusu kimi müddətsiz əmək müqaviləsi səhvən sistem üzərində bağlanılmışdır. Həmçinin iddiaçının özünün imzası ilə təsdiq etdiyi, həmin tarixdə müddətli ol araq 2 ay müddətinə yazılı olaraq əmək müqaviləsi bağlanılmışdır. Sonradan, ƏMAS sisteminə müraciət əsasında səhvin düzəldilməsi istiqamətində edilən texniki yardımla, yəni ##.##.2024-cü il tarixdə iddiaçı İsmayılova Mahirə Elman qızına sistemdə texniki səhvlik olduğu bildirilmiş və həmin texniki səhvliyin düzəldilməsi üçün müqaviləyə xitam verilmiş və yenidən iddiaçı ilə müddətli əmək müqaviləsi bağlanmışdır. Həmçinin iddiaçı ilə bağlanmış ##.##.2024-cü il tarixli, ** saylı əmək müqaviləsinin 3-cü bəndində qeyd edilmiş dövlət qulluqçusunun əmək funksiyalarının iddiaçı tərəfindən yerinə yetirilməməsi səbəbindən və həmin bəndlərin onun bilik səviyyəsini aşdığı aşkar surətdə olduğundan tərəflər arasında bağlanmış müddətli əmək müqaviləsinin müddətinin artırılmaması qənaətinə gəlinmiş və tərə flə müddətli əmək müqaviləsinin müddəti bitdiyindən və iki dəfə xəbərdarlıq edilərək yenilənməmişdir. Həmçinin, iddiaçıya əmək funksiyaları ilə bağlı suallar ünvanlandığı təqdirdə iddiaçının bu suallara cavabı ilə onun həmin əmək funksiyalarını bacarmadığı aşkar surətdə görülmüş olacaq. Etirazın hüquqi cəhətdən əsaslandırılması üçün Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinə, 47-ci maddəsinin “f” bəndinə, 68-ci və 73-cü maddəsinə istinad olunmuşdur. Şifahi məhkəmə baxışı iclasında iş üzrə iddiaçı İsmayılova Mahirə Elman qızı izahatında apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, Naxçıvan MR İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iş üzrə cavabdeh Cavabdeh nümayəndəsi X2 təqdim edilən etiraza uyğun izahat verərək, Naxçıvan MR İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Kollegiya şikayət üzrə inzibati məhkəmə icraatında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi ilə yanaşı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəalarının da tətbiq edilməsi zəruri hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmçinin həmin Məcəllənin 81.3-cü maddəsinə görə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya şikayətin dəlillərini inzibati mübahisəyə dair işin materialları və tərəflərin izahatları ilə əhatəli şəkildə araşdırıb, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. İş materiallarında olan: - X9 tərəfindən verilmiş ## ###### 2024-cü il tarixli, MŞN/**-İ-***** nömrəli arayışdan aydın olur ki, ilkin mediasiya sessiyasında iştirak edən tərəf İsmayılova Mahirə Elman qızının ##.##.2024-cü il tarixdə işə bərpa və məcburi işəburaxmaya görə əmək haqqı tələbi barədə mediasiyanın tətbiqi barədə təklifinə əsasən ilkin mediasiya sessiyası ##.##.2024-cü il tarixə təyin edilmiş, Naxçıvan MR Kommersiya Məhkəməsi təyin edilmiş ilkin mediasiya sessiyasında iştirak etməmişdir; - Cavabdeh tərəfindən İsmayılova Mahirə Elman qızına ünvanlanmış ## ###### 2024cü il tarixli, *-**/*-İ-***-**** nömrəli məktubdan görünür ki, məhkəməyə daxil olmuş fərdi əmək mübahisəsi ilə əla qədar mediyasiya prosesinin tətbiqi barədə təklifə cavab olaraq onunla bağlanılmış müddətli əmək müqaviləsinə qanunvericiliyin tələbləri çərçivəsində xitam verildiyini, bu əsasla mediasiya prosesinin tətbiqi barədə təklifin qəbul edilmədiyi bildirilmişdir; - AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İsmayılova Mahirə Elman qızı ## ### 1991-ci ildə anadan olmuşdur; - Kəngərli Rayon İcra Hakimiyyətinin Böyükdüz kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş ## ###### 2024-cü il tarixli, ** nömrəli arayışdan görünür ki, İsmayılova X6 rayonu, Böyükdüz kəndində yaşayır; - ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətində olan qeydlərdən aydın olur ki, İsmayılova Mahirə Elman qızı ##.##.2022-ci ildə Naxçıvan MR Kommersiya məhkəməsində böyük mütəxəssis-inspektor vəzifəsində daimi dövlət qulluqçusu olaraq işə qəbul edilmiş, həmin tarixdə 3-cü dərəcə referent ixtisası dərəcəsi verilmiş, ##.##.2023-cü il tarixində onunla 1 il müddətinə bağlanmış əmək müqaviləsi tərəflərin razılığı ilə 6 aylıq müddətinə uzadılmış, 2-ci dərəcəli referent ixtisas dərəcəsi verilmiş, ##.##.2023-cü ildə onunla 1 il müddətinə bağlanmış əmək müqaviləsi tərəflərin razılığı ilə 6 aylıq müddətinə uzadılmış, ##.##.2024-cü il tarixdə onunla 1 il müddətinə bağlanmış əmək müqaviləsi tərəflərin razılığı ilə 6 aylıq müddətinə uzadılmış, 1-ci dərəcəli referent ixtisas dərəcəsi verilmiş, ##.##.2024-cü il tarixdə tutduğu vəzifədən azad edilmiş, onunla bağlanmış əmək müqaviləsinə və dövlət qulluğuna xitam verilmiş, ##.##.2024-cü il tarixdə böyük mütəxəssisinspe ktor vəzifəsinə təyin edilmiş, ##.##.2024-cü il tarixdə tutduğu vəzifədən azad edilmiş, onunla bağlanmış əmək müqaviləsinə və dövlət qulluğuna xitam verilmişdir; İddiaçı İsmayılova Mahirə Elman qızının şəxsi iş materiallarında olan: -##.##.2022-ci il tarixili, ** nömrəli əmrdən görünür ki, İsmayılova Mahirə Elman qızı ##.##.2022-ci il tarixindən etibarən dövlət qulluğuna qəbul edilməklə Naxçıvan MR Kommersiya məhkəməsində böyük mütəxəssis-inspektor vəzifəsinə qəbul edilməsi əmr edilmişdir; -##.##.2023-cü il tarixili, ** nömrəli əmrdən görünür ki, böyük mütəxəssis-inspektor vəzifəsini icra edən İsmayılova Mahirə Elman qızı ilə 1 il müddətinə bağlanmış ** nömrəli ## #### 2022-ci il tarixli əmək müqaviləsi tərəflərin razılığı ilə 6 aylıq müddətinə uzadılmışdır. Həmin tarixdə ## #### 2023-cü il tarixli, ** nömrəli əmrə əsasən ixtisas dərəcəsində qulluq müddəti ardıcıl olaraq 1 il təşkil etdiyindən ona R növbəti ixtisas dərəcəsi verilmişdir; -##.##.2024-cü il tarixli ** nömrəli əmrə əsasən böyük mütəxəssis-inspektor vəzifəsini icra edən İsmayılova Mahirə Elman qızı ilə 1 il müddətinə bağlanmış ** nömrəli ## #### 2022-ci il tarixli əmək müqaviləsi tərəflərin razılığı ilə 6 aylıq müddətinə uzadılmışdır; - İsmayılova Mahirə Elman qızının ##.##.2024-cü il tarixli ərizəsindən görünür ki, həmin ərizə ilə o, ##.##.2024-cü il tarixdən etibarən tutduğu vəzifədən azad olunması barədə əmr verilməsini xahiş etmişdir; - ## ###### 2024-cü il tarixli, ** nömrəli əmrə əsasən İsmayılova Mahirə Elman qızı öz arzusu ilə ərizəsinə əsasən ## ###### 2024-cü il tarixdən etibarən tutduğu vəzifədən az ad olunmuş, onunla bağlanmış əmək müqaviləsinə və dövlət qulluğuna xitam verilmişdir; -## ######## 2024-cü il tarixli ərizəyə əsasən İsmayılova X7 MR Kommersiya Məhkəməsində vakant vəzifə olan böyük mütəxəssis inspektor vəzifəsinə təyin olunması barədə əmr verilməsini xahiş etmişdir; - ##.##.2024-cü il tarixli, ** nömrəli əmrə əsasən R ixtisas dərəcəli İsmayılova Mahirə Elman qızının ## ######## 2024-cü il tarixdən etibarən dövlət qulluğuna qəbul edilərək Cavabdeh böyük mütəxəssis-inspektor vəzifəsinə təyin edilməsi və İsmayılova Mahirə Elman qızı ilə əmək müqaviləsinin bağlanmasının təmin edilməsi əmr edilmişdir. Əsas kimi İsmayılova Mahirə Elman qızının ## ######## 2024-cü il tarixli ərizəsi göstərilmişdir; - ## ######## 2024-cü il tarixli, ** nömrəli “Əmək müqaviləsinin elektron imza va sitəsilə emas.sosial.gov.az saytında olan sistemə yerləşdirilib-yerləşdirilməməsinin mümkünlüyü barədə” Naxçıvan MR Kommersiya Məhkəməsi üzrə aktdan görünür ki, həmin akta əsasən, İsmayılova Mahirə Elman qızının Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsində böyük mütəxəssis-inspektor vəzifəsinə təyin olunması barədə ## ######## 2024-cü il tarixli, ** nömrəli əmrə uyğun olaraq əmək müqaviləsinin elektron imza vasitəsilə emas.sosial.gov.az saytında yerləşdirilib-yerləşdirilməməsinin mümkünlüyü yoxlanılmışdır. Aktda qeyd olunmuşdur ki, yoxlama zamanı elektron imzadan istifadə edilərkən sistemin yeniləndiyi müəyyən edilmiş, 142 qaynar xətti ilə əlaqə saxlanıldıqda isə həmin yeniliklərə əsasən işçinin də əmək müqaviləsini elektron qaydada imzalamasının tələb olunduğu və bunun üçün yeni p roqram təminatının yüklənməsinin zəruri olduğu bildirilmişdir. Bu səbəbdən, ## ######## 2024-cü il tarixdə əmək müqaviləsinin elektron imza vasitəsilə emas.sosial.gov.az saytında olan sistemə yerləşdirilməsinin mümkün olmadığı müəyyən edilmişdir; -“Əmək və məşğulluq” altsistemində qeydiyyata alınan # ######## 2024-cü il tarixli, *******000300 nömrəli əmək müqaviləsinin məzmunundan aydın olur ki, həmin müqavilə daimi dövlət qulluğuna qəbul edilən İsmayılova Mahirə Elman qızı ilə Naxçıvan MR Kommersiya Məhkəməsinin sədri X2 arasında 0# ######## 2024-cü il tarixdə “X4” Azərbaycan Respublikası Qanununa uyğun bağlanılır. Dövlət qulluqçusu Naxçıvan MR Kommersiya Məhkəməsində böyük mütəxəssis inspektor vəzifəsinə daimi dövlət qulluğuna qəbul edilir. Müqavilə müddətsiz bağlanılır; -“Əmək və məşğul luq” altsistemində qeydiyyata alınan # ######## 2024-cü il tarixli, *******000400 nömrəli əmək müqaviləsinin məzmunundan görünür ki, müqavilə işçi İsmayılova Mahirə Elman qızı ilə işəgötürən Naxçıvan MR Kommersiya Məhkəməsinin sədri X2 arasında 0# ######## 2024-cü il tarixdə “Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun bağlanılır. Dövlət qulluqçusu Naxçıvan MR Kommersiya Məhkəməsində böyük mütəxəssis inspektor vəzifəsinə daimi dövlət qulluğuna qəbul edilir. Müqavilə tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə (Əmək Məcəlləsinin 47-ci maddəsinin f bəndi)” ##.##.2024 tarixinədək 1 ay 25 gün müddətində bağlanılmışdır; - Cavabdeh tərəfindən verilmiş ## ####### 2024-cü il tarixli “İşçiyə müddətli əmək müqaviləsinin müddətinin bitməsi barədə işəgöt ürən tərəfindən” xəbərdarlıq bildirişindən məlum olur ki, Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin böyükmütəxəssis inspektoru İsmayılova Mahirə Elman qızına Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsində 2 (iki) ay müddətinə bağlanan ** saylı, ##.##.2024-cü il tarixli əmək müqaviləsinin müddətinin ##.##.2024-cü il tarixdə bitməsii və onunla bağlanmış əmək müqaviləsinə müddəti bitdiyi gün xitam veriləcəyi,##.##.2024-cü il tarixinin həftələrarası istirahət gününə təsadüf etdiyindən onunla bağlanmış əmək müqaviləsinə ##.##.2024-cü il tarixdə xitam veriləcəyi,həmçinin müqavilə müddətinin bitməsinə 1 (bir) həftə qalmış, yəni ##.##.2024-cü il tarixdə təkrar bu barədə xəbərdar ediləcəyi barədə məlumat göndərilmişdir; - Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin ## #### ## 2024-cü il tarixli, ** nömrəli əmrinin surətindən aydın olur ki, Cavabdeh böyük mütəxəssis-inspektoru İsmayılova Mahirə Elman qızının müddətli əmək müqaviləsinin müddətinin bitməsinə əsasən 02-## ###### 2024-cü il tarixləri həftələrarası istirahət gününə təsadüf etdiyindən ## ###### 2024-cü il tarixdən etibarən tutduğu vəzifədən azad olunması, onunla bağlanmış əmək müqaviləsinə və dövlət qulluğuna xitam verilməsi, İsmayılova Mahirə Elman qızına son haqq-hesabın ödənilməsinin təmin edilməsi əmr edilmişdir; - ## ###### 2024-cü il tarixli, 73, 74 və ** nömrəli "İşçinin əmək müqaviləsinə və dövlət qulluğuna xitam verilməsi barədə əmrin surətini almaqdan imtina edilməsi və əmək kitabçasının təhvil alınması barədə qəbzin imzalanmasından imtina edilməsi barədə” və "Aktın imzalanmasından imtina edilməsi barədə” aktların surətlərindən məlum olur ki, ## ###### 2024-cü il tarixdə İsmayılova Mahirə Elman qızı "Cavabdeh böyük mütəxəssis inspektor otağı üzrə mal-materialların təhvil təslimi barədə" ** saylı, ## ###### 2024-cü il tarixli aktı imzalamaqdan imtina etmiş, Cavabdeh böyük mütəxəssis inspektor otağı üzrə mal-materialları təhvil-təslim etmək istəməmiş və "İşçinin əmək müqaviləsinə və dövlət qulluğuna xitam verilməsi barədə əmrin surətini almaqdan imtina edilməsi və əmək kitabçasının təhvil alınması barədə qəbzin imzalanmasından imtina edilməsi barədə" Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin ** saylı, ## ###### 2024-cü il tarixli aktını imzalamaqdan imtina etmişdir; - Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin sorğ usuna cavab olaraq, Cavabdeh ilə məhkəmənin digər işçiləri arasında bağlanmış müddətli əmək müqavilələrinin surətləri məhkəməyə göndərilmişdir; -Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ## ####### 2025-ci il tarixli, *-**-*/*-****/**** nömrəli məktubunda göstərilmişdir ki, "Əmək və məşğulluq” altsisteminə əsasən Cavabdeh ilə İsmayılova Mahirə Elman qızı arasında bağlanılmış # ######## 2024-cü il tarixli *******000300 nömrəli əmək müqaviləsinə "X4” Azərbaycan Respublikası Qanununun 33.1.1-ci (dövlət qulluqçusunun öz arzusu ilə) maddəsinə əsasən # ######## 2024-cü il tarixində xitam verilmişdir. Həmçinin, # ######## 2024-cü il tarixli *******000400 nömrəli əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə (müddə tli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir) əsasən # ###### 2024-cü il tarixdə xitam verildiyi məlum olmuşdur; -Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin # ###### 2025-ci il tarixli, *-**-*/*-****/**** nömrəli məktubunda göstərilmişdir ki, “Əmək və məşğulluq” altsisteminə baxış keçirilərkən müəyyən olundu ki, Cavabdeh ilə İsmayılova Mahirə Elman qızı arasında bağlanılmış *******000400 nömrəli əmək müqaviləsi # ######## 2024-cü il tarixində məhkəmə tərəfindən qeydiyyata alınaraq imzalanması üçün M.İsmayılovaya göndərilmiş, şəxs tərəfindən müqavilə həmin gün imzalanmış və eyni gündə məhkəmə tərəfindən imzalanaraq qüvvəyə minmişdir. Həmçinin # ######## 2024-cü il tarixli *******000400 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcə lləsinin 73.1-ci (müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir) maddəsinə əsasən # ###### 2024-cü il tarixində xitam verilmişdir; -Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin 2# ###### 2025-ci il tarixli, **/*-****/**** nömrəli məktubunda göstərilmişdir ki, İsmayılova Mahirə Elman qızının ##.##.2024-##.##.2024-cü il tarixlərində Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsində böyük mütəxəssis-inspektor vəzifəsinə dövlət qulluqçusu kimi təyin edilibedilmədiyi, həmçinin ona dövlət qulluqçusunun hüquqi statusunu tənzimləyən normativ hüquqi aktların müddəalarının (ixtisas dərəcəsinin verilməsi, qulluq stajına görə əlavələrin, mükafatlandırılmanın ödənilməsinin tətbiq edilməsi) şamil edilib-edilmədiyi barədə məlumatların təqdim edilməsi ilə bağlı Cavabdeh sorğu göndəri lmişdir. Cavabdeh cavab məktubunda İsmayılova Mahirə Elman qızının ##.##.2024-##.##.2024-cü il tarixlərində müqavilə əsasında çalışdığı, ona heç bir ixtisas dərəcəsi verilmədiyi və fərdi və ya kollektiv qaydada mükafatlandırılmadığı qeyd edilmişdir. “X4” Qanunun 1.1.3-cü maddəsinə əsasən dövlət qulluqçusu yalnız bu Qanunun 1.1.4-cü maddəsinə əsasən nəzərdə tutulan mənbələrdən dövlət məvacibi alan, bu Qanunla müəyyən edilmiş qaydada inzibati və ya yardımçı dövlət qulluğu vəzifəsini tutan və ixtisas dərəcəsi verilən, inzibati vəzifə üzrə ilk dəfə daimi dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən, Azərbaycan Respublikasının vətəndaşı olan dövlət orqanının işçisidir. Qeyd edilənlərə əsasən İsmayılova Mahirə Elman qızının ##.##.2024-##.##.2024- cü il tari xlərində Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsində böyük mütəxəssisinspektor vəzifəsində iş müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınmır; - Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsi tərəfindən təqdim edilmiş Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsi aparatının strukturu və ştatların sayı barədə cədvəldən görünür ki, böyük mütəxəssis inspektor vəzifəsi vəzifə təsnifatında dövlət qulluğunun yardımçı vəzifəsi kimi göstərilməklə 1 ştat vahidi olaraq müəyyən edilmişdir; -Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin İsmayılova Mahirə Elman qızına ünvanladığı ## ###### 2024-cü il tarixli, *-**-*-*/*-İ-****-**** nömrəli məktubda göstərilmişdir ki, müraciətinizlə əlaqədar Naxçıvan MR Kommersiya Məhkəməsinə göndərilmi ş sorğuya əsasən Xidmətə təqdim olunan ## ###### 2024-cü il tarixli sənədlərdən, həmçinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və Məşğulluq” altsisteminə baxış keçirilən zaman məhkəmədə dövlət qulluğunun yardımçı vəzifəsində çalışdığınız məlum olmuşdur.Azərbaycan Respublikası Əmək Məcəlləsinin 5-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllə dövlət qulluqçularına, hərbi qulluqçulara, prokurorluq, polis və digər hüquq-mühafizə orqanlarının qulluqçularına onların hüquqi statusunu tənzimləyən normativ hüquqi aktlarla müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla şamil edilir. Bu normativ hüquqi aktlarda həmin qulluqçuların əmək, sosial və iqtisadi hüquqları bütövlükdə əhatə olunmamışdırsa, bu Məcəllədə nəzərdə tutulmuş müvafiq normalar onlara tətbiq edilir; Azərbaycan Respublikası Konstitusiyasının: -25-ci maddəsinin İ hissəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. -35-ci maddəsinin İ-IV hissələrinə görə, əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. - 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin IV hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlər indən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. - 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Həmin maddənin II hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Kollegiya qeyd edir ki, hazırkı mübahisədə iddiaçının əsas hüquqi marağı Cavabdeh onun dövlət qulluğuna və əmək müqaviləsinə xitam veril məsi barədə ##.##.2024-cü il tarixli, ** nömrəli əmrinin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddətinə görə aylıq hesablanmaqla işə bərpa olunan günədək aylıq əmək haqqının və dövlət qulluqçuları üçün nəzərdə tutulmuş aylıq əlavənin (yardımın) ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasıdır. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən "X4” Azərbaycan Respublikası Qanununun 30.6-cı maddəsinə əsasən yardımçı vəzifələr tutan dövlət qulluqçularının əmək münasibətlərinin həmin Qanunun müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimləndiyi qənaətinə gələrək işəgötürən tərəfindən digər işçilərlə də oxşar müddətli əmək müqavilələrinin bağlandığına əsaslanıb iddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddəti bitdiyindən işəgötürən tərəfindən on unla bağlanmış müddətli əmək müqaviləsinə xitam verilməsini qanuni hesab etmişdir. “X4”Azərbaycan Respublikası Qanununun: -1.1.1-ci maddəsində əsasən dövlət qulluğu Azərbaycan Respublikasının Konstitusiyasına və digər normativ hüquqi aktlarına uyğun olaraq dövlətin məqsəd və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluğu vəzifəsində xidmətdir. - 1.1.3-cü maddəsinə əsasən dövlət qulluqçusu yalnız bu Qanunun 1.1.4-cü maddəsində nəzərdə tutulan mənbələrdən dövlət məvacibi alan, bu Qanunla müəyyən edilmiş qaydada inzibati və ya yardımçı dövlət qulluğu vəzifəsini tutan və ixtisas dərəcəsi verilən, inzibati vəzifə üzrə ilk dəfə daimi dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən, Azərbaycan Respublikasının vətəndaşı olan dövlət orqanının işçisid ir. - 1.1.10-cu maddəsinə əsasən dövlət qulluğunun yardımçı vəzifəsi – dövlət orqanının struktur bölməsinin fəaliyyətini təmin edən, dövlət orqanının strukturuna müvafiq olaraq ştat cədvəlində müəyyən edilən ştat vahididir. - 10.6-cı maddəsinə əsasən yardımçı vəzifələr Ali - 5-ci kateqoriya dövlət orqanlarında texniki işləri həyata keçirən dövlət qulluqçularının (kargüzar, makinaçı, kuryer, arxiv qeydiyyatçısı, liftçi, sürücü və sair işçilərin) vəzifələridir. Yardımçı vəzifə tutan şəxsin hüquqi statusu müvafiq orqanın səlahiyyətlərini müəyyən edən qanunvericilik aktları ilə, habelə vəzifə təlimatları ilə müəyyən edilir. - 13.1-ci maddəsinə əsasən inzibati və yardımçı vəzifələrə aid ixtisas tələbləri vəzifə iddiasında olan şəxsin həmin vəzifənin öhdəsindən gəlməsi üçün kifayət qədər səriştə sinin olmasını təmin edir. - 30.6-cı maddəsinə əsasən yardımçı vəzifələr tutan dövlət qulluqçularının əmək münasibətləri bu Qanunun müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir. - 34-cü maddəsinə əsasən bu Qanunda və ona uyğun qəbul edilmiş qanunvericilik aktlarında tənzimlənməyən dövlət qulluğu keçmə ilə bağlı digər məsələlər Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə tənzimlənir. Kollegiya ilk növbədə qeyd edir ki, iş materiallarında olan Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsi aparatının strukturu və ştat cədvəlindən görünür ki, iddiaçının tutduğu böyük mütəxəssis-inspektor vəzifəsi dövlət qulluğunun yardımçı vəzifələrinə aid edilmişdir. “X4” Azərbaycan Respublikası Qanununun 30.6-cı maddəsinə əsasən yardımçı vəzifələr tutan dö vlət qulluqçularının əmək münasibətləri bu Qanunun müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir. Həmin Qanunun 34-cü maddəsinə görə isə bu Qanunda tənzimlənməyən məsələlər əmək qanunvericiliyi ilə nizama salınır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 45.1-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. - 45.4-cü maddəsinə əsasən əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. - 46.1-ci maddəsinə əsasən əmək müqaviləsi bu M əcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş əmək şəraitinin şərtləri, habelə tərəflərin razılaşdıqları əlavə şərtləri, işçinin əmək funksiyası və tərəflərin öhdəlikləri göstərilməklə fərdi qaydada bağlanılır; -47-ci maddəsinin mahiyyətindən aydın olur ki, a) işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə iş yeri və vəzifəsi saxlanılmaqla qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda müəyyən səbəbdən müvəqqəti olaraq işə çıxmaması ilə əlaqədar onun əmək funksiyasının başqa şəxs tərəfindən icrasının zəruriyyəti olduqda; b) təbii və iqlim şəraitinə və ya işin xüsusiyyətinə görə il boyu görülə bilməyən mövsümü işlərin yerinə yetirilməsi zamanı; c) işin həcminin və davamiyyətinin qısamüddətli olduğu təmir-tikinti, quraşdırma, yeni texnologiyanın tətbi qi və mənimsənilməsi, təcrübəsınaq işlərinin aparılması və bu qəbildən olan digər işlərin görüldüyü hallarda; ç) müvafiq vəzifə (peşə) üzrə əmək funksiyasının mürəkkəbliyi, məsuliyyətliliyi baxımından işçinin əmək və peşə vərdişlərinin mənimsənilməsi, yüksək peşəkarlıq səviyyəsinin əldə edilməsi tələb olunan (stajkeçmə, rezidentura dövrləri) hallarda; d) işçinin şəxsi, ailə-məişət vəziyyəti ilə bağlı olan, o cümlədən işləməklə yanaşı təhsil aldığı, müəyyən səbəbdən müvafiq yaşayış məntəqəsində müvəqqəti yaşadığı, pensiya yaşına çatdıqda işləmək istəyi olduğu hallarda; e) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi ilə haqqı ödənilən ictimai işlər görülərkən; ə) bu Məcəllənin 6-cı maddəsinin “c” bəndində göstərilən orqanlar istisna olmaqla seçkili orqanlard a (təşkilatlarda, birliklərdə) seçkili vəzifələrə seçilərkən; f) tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə; ğ) təhsilalanların istehsalat təlimi və təcrübəsi keçdiyi hallarda; h) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər iş icazəsi əsasında Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyətinə cəlb olunduqda;x) qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda əmək müqaviləsinin müəyyən müddətə bağlanılmasına yol verilir; - 73.1-ci maddəsinə əsasən müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya siste mi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur. İş materiallarından, o cümlədən 0# ######## 2024-cü il tarixli əmək müqaviləsindən görünür ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsi faktiki 1 ay 25 gün müddətinə müəyyən edilmiş, müddətli müqavilənin bağlanılmasının hüquqi əsası kimi Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə istinad edilmişdir. Kollegiya hesab edir ki, iddiaçının tutduğu vəzifə ştat cədvəli ilə müəyyən edilmiş, dövlət orqanının fəaliyyətinin davamlı təmin edilməsinə xidmət edən dövlət qulluğunun yardımçı vəzifəsi olmaqla öz mahiyyətinə görə daimi xarakter daşıyır. Bu səbəbdən belə vəzifələr üzrə əmək müqaviləsinin mü ddətli bağlanması yalnız qanunvericilikdə nəzərdə tutulmuş istisna hallarda mümkündür. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-IV və VIII hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2024-cü il tarixli qərarında göstərilmişdir ki, əmək qanunvericiliyinə əsasən, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır (Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsi). Belə tənzime tmə ilə qanunverici dövlətin Konstitusiyanın 35ci maddəsinin VIII hissəsindən irəli gələn öhdəliklərinin icrasının təmin edilməsi məqsədini güdür. Belə ki, əməyin, məşğulluğun fərdi və ictimai rifahda rolu nəzərə alınaraq işsizliyin aradan qaldırılması, daimi məşğulluğun təmin edilməsi məqsədilə yalnız qanunvericilikdə nəzərdə tutulmuş hallarda müddətli əmək müqaviləsinin bağlanması mümkün hesab edilmişdir. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, müddətli əmək müqaviləsinin bağlanması ümumi qayda olaraq yolverilməzdir. Bu qaydadan istisnalar isə Əmək Məcəlləsinin 47-ci maddəsi ilə müəyyən olunmuşdur... Əmək qanunvericiliyində müddətli əmək müqaviləsinin bağlanılması imkanının müəy yən edilməsi məşğulluğa kömək, işaxtaran və işsiz şəxslərin sosial müdafiəsi sahəsində dövlət siyasətinin həyata keçirilməsinə xidmət etməklə yanaşı, işəgötürənlərin müvəqqəti xarakterli ehtiyaclarının qarşılanmasına da imkan verir. Əmək Məcəlləsinin “Əmək müqaviləsinin (kontraktın) nümunəvi forması” adlı 1-ci Əlavəsinin 2.3-cü bəndinə əsasən əmək müqaviləsinin hansı səbəbə görə müddətli bağlanılması göstərilməlidir... Qeyd edilməlidir ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin Konstitusiyaya uyğunluğunun yoxlanılması və şərh edilməsi xahiş olunan “f” bəndində müddətli əmək müqaviləsinin bağlanılması əsası kimi tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı göstərilmişdir. Nəzərə alınmalıdır ki, əmək münasibətləri tərəflərin bərabərliyi və iradə azadlığı pri nsiplərinə əsaslansa da, bu münasibətlərin tənzimlənməsində bir qayda olaraq imperativ xarakterli normalar üstünlük təşkil edir. Xüsusən iş vaxtı, əmək şəraiti, əmək haqqının hesablanması qaydası, işdən çıxarılma prosedurları və s. kimi məsələlərdə qanunvericinin imperativ tələbi əsas götürülür. Bu, işçinin əmək münasibətlərinin zəif tərəfi olaraq əmək hüquq normaları ilə daha üstün müdafiə və təminat altına alınması zərurətindən irəli gəlir. Yəni faktiki cəhətdən bərabər olmayan subyektlər arasında yaranan münasibətlərdə daha zəif tərəfin (işçinin) müdafiəsi, qanuni maraq və mənafelərinin qorunması məqsədilə qanunverici bir çox hallarda imperativ xarakterli əmək hüquq normaları vasitəsilə bu münasibətləri tənzimləyir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəllə sinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin III və IV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il ## ####### tarixli Qərarı). Məhz qeyd olunanlar baxımından qanunverici işaxtaranların daimi məşğulluğunun, sosial müdafiəsinin təmin edilməsi, əmək bazarında qeyri-sabit vəziyyətin yaranmasının qarşısının alınması məqsədi ilə müddətli əmək müqaviləsinin bağlanmasına imkan verən istisnaların siyahısını Əmək Məcəlləsinin 47-ci maddəsində müəyyən etmişdir. Bununla yanaşı, qanunverici həmin maddənin digər bəndlərində nəzərdə tutulmuş hallar (əsaslar) olmadığı halda da əmək bazarı iştirakçılarının sərbəst iradə ifadələri və hüquq bərabərliyi şəraitində onların qarşılıqlı razılığı ilə müddətli əmək müqaviləsinin bağ lanmasını Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi ilə mümkün hesab etmişdir... Konstitusiya Məhkəməsinin Plenumu nəzərə çatdırmağı vacib hesab etmişdir ki, əmək münasibətlərinin tənzimlənməsi tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipinə əsaslansa da, işçi işəgötürənin müəyyən etdiyi iş rejimi və təlimatlarına uyğun olaraq sonuncunun rəhbərliyi altında əmək fəaliyyəti ilə məşğul olduğundan, onlar faktiki cəhətdən bərabər vəziyyətdə olmurlar. Yəni işçi və işəgötürən arasında onların münasibətlərinin xarakterindən irəli gələn faktiki bir bərabərsizlik mövcud olur. Odur ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin əsas şərti tərəflərin hüquq bərabərliyi və sərbəst iradə ifadələri əsasında belə müqavilənin bağlanmasıdır. Burada əmək münasibətlərinin daha güclü tərəfi ol araq işəgötürənin Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndindən sui-istifadə hallarının qarşısının alınmasının, tərəflərin hüquq bərabərliyinin təmin edilməsinin əsas vasitəsi kimi məhkəmə müdafiəsi mexanizmi çıxış edir. Belə ki, Əmək Məcəlləsinin 9-cu maddəsinə əsasən, işçinin əsas hüquqlarından biri əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaqdır. Habelə həmin Məcəllənin 14-cü maddəsinə görə, qanunverici, icra hakimiyyəti orqanları, eləcə də məhkəmələr əmək münasibətləri subyektləri tərəfindən qanunvericiliyin tələblərinə hər yerdə eyni qaydada və dürüst əməl olunmasını, işçilərin və işəgötürənlərin hüquqlarının pozulmasının qarşısının alınmasını, pozulmuş hüquqların bərpasını təmin etməlidirlər... İşçinin əmək qanunvericiliyi ilə nəzərdə tutul muş hüquqlarının təmin edilməsi və qanuni mənafelərinin qorunması məqsədilə Konstitusiya Məhkəməsinin Plenumu məhkəmələrin diqqətini ona cəlb etməyi vacib hesab etmişdir ki, müddətli əmək müqaviləsi ilə bağlı işlərə baxılarkən məhkəmələr tərəflərin münasibətlərinin həqiqi xarakterini müəyyən etməli, digər işçilərlə oxşar müqavilələrin bağlanıb-bağlanmamasına, müddətsiz əmək müqaviləsi ilə işləyən işçilər üçün nəzərdə tutulmuş təminatların təmin edilməsindən yayınmaq məqsədinin olub-olmamasına diqqət yetirməli, tərəflərin əsl niyyətinin və iradələrinin aşkar edilməsi üçün işin faktiki hallarını və tərəflərin dəlillərini hərtərəfli araşdırmalıdırlar. Kollegiya ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, Əmək Məcəlləsinin “Əmək müqaviləsinin (kontraktın) nümunəvi forması”na dair 1-ci Əlavə sinin 2.3-cü bəndinə əsasən əmək müqaviləsinin müddətli bağlanmasının səbəbi müqavilədə konkret göstərilməlidir. Lakin iş materiallarından, o cümlədən 0# ######## 2024-cü il tarixli əmək müqaviləsindən görünür ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsi üzrə 1 ay 25 gün müddət müəyyən edilərkən yalnız formal olaraq tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsinin müəyyən müddətə bağlanılmasına yol verilməsini nəzərdə tutan Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə istinad edilmişdir. Kollegiya həmçinin qeyd edir ki, hazırkı mübahisə üzrə iddiaçı ilə bağlanmış 0# ######## 2024-cü il tarixli əmək müqaviləsinin müddətli əsaslarla rəsmiləşdirilməsi üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsində nəzərdə tutulmuş hallar ın heç birinin mövcudluğu müəyyən edilmir. Belə ki, iş materiallarında olan sənədlərlə iddiaçının əmək qabiliyyətini müvəqqəti itirmiş, ezamiyyətdə, məzuniyyətdə və ya iş yeri saxlanılmaqla müvəqqəti işə çıxmayan işçini əvəz etməsi, mövsümi işə cəlb olunması, işin həcmi və davamiyyətinin qısamüddətli olması, stajkeçmə və ya peşə vərdişlərinin mənimsənilməsi məqsədilə işə qəbul edilməsi, şəxsi və ailə-məişət vəziyyəti ilə bağlı müvəqqəti işləməsi, yaxud qanunvericilikdə nəzərdə tutulmuş digər hallardan hər hansı birinin mövcudluğu sübuta yetirilmir. Həmçinin müqavilənin Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə istinad olunmaqla bağlanılması üçün tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığını nəzərdə tutan əsaslar da olmamışdır. Konstitusiya Məhkəm əsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyindən də göründüyü kimi, Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin tətbiqi üçün əsas şərt tərəflərin hüquq bərabərliyi və sərbəst iradə ifadələri əsasında belə müqavilənin bağlanmasıdır. İş üzrə müəyyən edilmiş hallardan görünür ki, iddiaçı işəgötürən tərəfindən 0# ######## 2024-cü il tarixdə eyni vəzifəyə müddətsiz əsaslarla dövlət qulluğuna qəbul edilmiş, lakin qısa müddət sonra 0# ######## 2024-cü il tarixdə əsaslı səbəb olmadan həmin münasibətlərə xitam verilərək eyni vəzifə üzrə müddətli əmək müqaviləsi bağlanmışdır. Bundan əlavə iddiaçının şəxsi işindəki məlumatlardan aydın olur ki, o, ##.##.2022-ci il tarixdən başlayaraq cavabdeh orqanda dövlət qulluğunun yardımçı vəzifəsi üzrə iş fəaliyyətinə başlamış, ona müvafiq i xtisas dərəcələri verilmiş, lakin hər bir müqavilə müddətli formada bağlanıldığı üçün tərəflərin razılığı ilə müqavilələr hər dəfə 6 aylıq müddətinə uzadılmışdır. Belə olan halda iddiaçının sonuncu dəfə qısa müddətli əmək müqaviləsi bağlanılmasına öz iradəsi əsasında razılıq verməsi ağlabatan deyil. İddiaçının izahatına görə əvvəlki müqavilələrdə olduğu kimi, həmin müqavilənin də müddəti bitdikdən sonra müddətinin artırılacağına cavabdeh tərəfindən vəd verildiyindən müddətli müqavilənin bağlanılmasına razı olmuşdur. Kollegiya qeyd edir ki, tərəflər arasındakı münasibətlərin həqiqi xarakteri araşdırılarkən iddiaçının həmin müqavilənin müddətli bağlanılmasına yönələn qarşılıqlı razılıq formasındakı iradə ifadəsi müəyyən edilməmişdir. Nəzərə alınmalıdır ki, əmək münasibətlərində işçi idarəç ilik baxımdan daha zəif tərəfdir. Hazırki mübahisəyə münasibətdə işini itirmək riski qarşısında olan iddiaçının təqdim olunan müddətli müqaviləni imzalaması onun tam sərbəst iradə ifadəsi kimi qiymətləndirilə bilməz. İşəgötürən tərəfindən ##.##.2024-cü il tarixli müddətsiz müqavilənin cəmi 6 gün sonra ləğv edilərək müddətli müqavilə ilə əvəzlənməsi, tərəflərin hüquq bərabərliyinin deyil, işəgötürənin prosesə birtərəfli təsirini göstərir. Kollegiya həmçinin qeyd edir ki, hazırkı işdə iddiaçının tutduğu vəzifənin dövlət qulluğunun yardımçı vəzifəsi olmaqla ştat cədvəlində nəzərdə tutulmuş daimi vəzifə kimi müəyyən edilməsi, əmək funksiyasının fasiləsiz və davamlı xarakter daşıması, habelə müqavilənin müddətli bağlanmasının səbəbi kimi göstərilən halın qanunvericiliyin tələbinə uyğun olmaması belə nəticəyə gəlməyə əsas verir ki, əmək müqaviləsi qanunvericiliyin məqsəd və mahiyyətinə uyğun olmayan şəkildə müddətli bağlanmışdır. Əmək Məcəlləsinin 3-cü maddəsinin 8-1-ci bəndində verilən anlayışa görə ştat (ştat vahidi) dedikdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sistemində yaradılan və yaxud bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda kağız daşıyıcıda təsdiq edilən cədvəl üzrə vəzifə (peşə) adının və vəzifə (tarif) maaşının əks olunduğu vahid nəzərdə tutulur. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsi tərəfindən təqdim edilmiş Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsi aparatının strukturu və ştatların sayı barədə cədvəldən görünür ki, iddiaçının işləmiş olduğu “böyü k mütəxəssis inspektor” vəzifəsi vəzifə təsnifatında dövlət qulluğunun yardımçı vəzifəsi kimi göstərilməklə 1 ştat vahidi olaraq müəyyən edilmişdir. Kollegiya hesab edir ki, işəgötürənin funksional fəaliyyəti üçün zəruri olan və ştat cədvəlində daimi yer alan vəzifə üzrə müddətli müqavilənin bağlanması, mahiyyət etibarilə qanunvericiliyin ruhuna ziddir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, cavabdeh tərəfindən mübahisələndirilən əmr qəbul edilərkən qanunvericilik normalarının tələbləri gözlənilməmiş və bu iddiaçının hüquqlarının pozulması ilə nəticələnmişdir. Bu səbəbdən də həmin inzibati akt (əmr) ləğv edilməlidir. Belə ki,ddiaçıya əvvəlki xidmət illərində ardıcıl olaraq ixtisas dərəcələrinin verilməsi və onun qulluq stajının artması, onda daimi məşğulluqla bağlı əsaslı "hüquqi gözlənti" yaratmışdır. Dövlət qulluğu sisteminin ali məqsədi peşəkar və sabit kadr korpusu formalaşdırmaqdır. Heç bir intizam xətası və ya struktur dəyişikliyi olmadan daimi statuslu işçinin statusunun süni şəkildə "müddətli işçi" statusuna endirilməsi dövlət qulluğu prinsiplərinə sığmır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə əsasən inzibati orqan xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. İddia tələbinin qalan hissəsi olan məcburi iş buraxma müddətinə görə aylıq hesablanmaqla işə b ərpa olunan günədək aylıq əmək haqqının və dövlət qulluqçuları üçün nəzərdə tutulmuş aylıq əlavənin (yardımın) ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına münasibətdə isə kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinə əsasən, işəgötürən tərəfindən əmək müqaviləsinə qanunvericiliklə müəyyən edilmiş əsaslar pozulmaqla və ya müəyyən edilmiş qaydalara əməl edilmədən xitam verildiyi hallarda, əmək mübahisəsini həll edən məhkəmə işin faktiki hallarını araşdıraraq işçinin məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə əvvəlki vəzifəsinə bərpa edilməsi barədə qətnamə qəbul edir. Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsində verilən anlayışa görə əmək haqqı dedikdə müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqavi ləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusu başa düşülür. Həmin Məcəllənin 157-ci maddəsinin 3-cü hissəsinə əsasən əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. Kollegiya hesab edir ki, iddia tələbində göstərilən dövlət qulluqçuları üçün nəzərdə tutulmuş aylıq əlavə (yardım) ödənişi öz hüquqi mahiyyətinə görə əmək haqqının tərkib hissəsini təşkil etdiyindən, həmin hissə üzrə ayrıca hüquqi qiymətləndirmə aparılmasına ehtiyac yoxdur və bu məbləğ əmək haqqının tərkib hissəsində nəzərə alınmalıdır. Hazırkı iş üzrə kollegiya tərəfindən müəyyən edilmişdir ki, iddiaçı i lə bağlanmış əmək müqaviləsinə xitam verilməsi qanunvericiliyin tələblərinə uyğun olmamış, bu barədə qəbul edilmiş ## ###### 2024-cü il tarixli, ** nömrəli əmr qanunsuz olmuşdur. Belə olan halda əmək münasibətlərinə qanunsuz xitam verilməsinin hüquqi nəticəsi olaraq iddiaçının əvvəlki vəziyyətinin bərpası, o cümlədən onun işə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqı alması hüququ yaranır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 70.1-ci maddəsində göstərilmişdir ki, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarının pozulduğu müəyyən edildikdə, məhkəmə həmin aktın ləğv edilməsi barədə qərar qəbul edir. Həmin Məcəllənin 70.3-cü maddəsinə görə isə inzibati aktın ləğvi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin yerinə yetirilməsi ni tələb etmək hüququ mövcud olduqda, məhkəmə həmin öhdəliyin cavabdeh tərəfindən yerinə yetirilməsini də qərara ala bilər. Beləliklə, kollegiya hesab edir ki, mübahisələndirilən inzibati akt ləğv edildiyindən və iddia tələbinin digər hissəsinin hüquqi taleyi həmin inzibati aktın hüquqi taleyindən asılı olduğundan, iddia tələbinin həmin hissəsi də təmin edilməli, iddiaçı İsmayılova Mahirə Elman qızına məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə o, Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin böyük mütəxəssis-inspektor vəzifəsinə bərpa edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəy işdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. - 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhk əmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. - 70.3-cü maddəsinə görə inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Kollegiya inzibati işin hallarını qanunvericiliyin müddəaları və yuxarıda göstərilən Plenum qərarındakı hüquqi mövqeyə uyğun olaraq araşdırıb qiymətləndirərək belə qənaətə gəlir ki, maddi hüquq normalarının tələblərini pozmaqla işin faktiki hallarına uyğun olmayan nəticəyə gəldiyindən birinci instansiya məhkəməsinin qərarı ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni q ərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən kollegiya belə nəticəyə gəlir ki, iddiaçı İsmayılova Mahirə Elman qızının şikayəti əsaslı olduğundan təmin edilməli, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ləğv edilməli, yeni qərar çıxarılmaqla iddia təmin edilməlidir Göstərilənləri və Azərbaycan Respublikası İPM-in 87.1, 87.5, 87.6, 87.8, 90.1 və 94.1ci maddələrini rəhbər tutaraq kollegiya qərara alır: Naxçıvan MR İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından iddiaçı İsmayılova Mahirə Elman qızı tərəfindən verilmiş şikayət təmin edilsin. Naxçıvan MR İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ləğv olunsun və iş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi təmin edilsin. Cavabdeh İsmayılova Mahirə Elman qızının əmək müqaviləsinə və dövlət qulluğuna xitam verilməsi barədə ##.##.2024-cü il tarixli, ** nömrəli əmri ləğv edilsin. İsmayılova Mahirə Elman qızı ## ###### 2024-cü il tarixdən Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsində böyük mütəxəssis-inspektor vəzifəsinə bərpa edilsin. Məhkəmə qərarı icra olunan günədək Cavabdeh tərəfindən iddiaçı İsmayılova Mahirə Elman qızına məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilsin. Qərardan, onun inzibati məhkəmə icraatının iştirakçılarına tam formada təqdim olunduğu gündən 1 ay müddətində Naхçıvan Muхtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Al i Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(108)-104/2025
Ali Məhkəmə Qərar — İş №2-1(108)-104/2025
16.03.2026
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver