Məhkəmə qərarları › İş №1-1(102)-105/2025

Ali Məhkəmə Qərar — İş №1-1(102)-105/2025

28.01.2026
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-105/2025 28.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən), Mövsümov Nazim Rasim oğlu və Cəfərov İlqar Xanlar oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X2 və Məhkum iştirakları ilə, Məhkum barəsində olan cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 18 iyun tarixli, 1-1(105)-20/2025 nömrəli qərarından məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Hərbi Məhkəməsinin 1-1(093)-145/2024 nömrəli, 2024-cü il 25 iyul tarixli hökmü ilə (X4) xx xxx 1998-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum edilməmiş, Dövlət Sərhəd Xidmətinin X11 Komandanlığının (3100 nömrəli hərbi hissəsinin) qərargah bölüyünün 4-cü mühafizə taqımının sürücüsü, kiçik gizir, Məhkum Azərbaycan Respublikası CM-in 350.1-1-ci maddəsi ilə təqsirli bilinərək aylıq pul təminatından dövlət nəfinə 15 % (on beş faiz) məbləğində pul tutulmaqla 1 (bir) il 4 (dörd) ay m üddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs Məhkum Bakı Hərbi Məhkəməsinin yuxarıda qeyd olunan hökmündən apellyasiya şikayətinin verilməsi müddətinin bərpa olunmasına dair vəsatətlə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Bakı Hərbi Məhkəməsinin 2025-ci il 6 may tarixli qərarı ilə buraxılmış prosessual müddətin bərpa edilməsindən imtina edilərək məhkumun vəsatəti təmin edilməmişdir. Həmin qərardan təqsirləndirilən şəxs Məhkum apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X1 (sədrlik edən), X9 və X3 ibarət tərkibdə) 2025-ci il 18 iyun tarixli, 1-1(105)-20/2025 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, qərar dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, M ƏHKUMUN VƏ DÖVLƏT İTTİHAMÇİSİNİN ÇİXİŞLARİ: Məhkum kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, Bakı Hərbi Məhkəməsi tərəfindən hökm çıxarılsa da, məhkum hökmü rəsmi qaydada əldə edə bilmədiyi üçün, habelə Dövlət Sərhəd Xidmətinin X6 N saylı hərbi hissənin qərargah bölüyünün komandiri baş leytenant Şahid1 tərəfindən rəhbərliyin adından ona Apellyasiya Məhkəməsinə şikayət etməyinin əhəmiyyətsiz olacağı və şikayət edəcəyi təqdirdə onun üçün işi ilə bağlı ciddi problemlər yaradılacağı bildirilmişdir. Məhkum xidməti asılılığına görə həmin şəxslə məcburiyyət qarşısında qalıb razılaşmışdır. Buna görə də həmin hökmdən qanunla nəzərdə tutulmuş müddətdə apellyasiya şikayəti verə bilməmişdir. Qanunla şikayətin verilməsi üçün nəzərdə tutulmuş müddət bitdikdən sonra məhkum Dövlət Sərhəd Xidmə tinin X6 N saylı hərbi hissəsində kiçik gizir rütbəsində sürücü vəzifəsində hərbi qulluqçu olaraq öz fəaliyyətini davam etdirmişdir. X15 Xidmətinin X6 N saylı hərbi hissəsinin qərargah rəisi general-mayor Nəsib Mirzəyev, onun müavini peşəkar hazırlıq üzrə şöbənin rəisi polkovnik Röyal Şərbətovun, habelə xidmət etdiyi bölmənin komandiri baş leytenant Şahid1 ona qarşı xidməti münasibətlərinin tamamilə dəyişdiyini görmüşdür. Halbuki, Bakı Hərbi Məhkəməsinin çıxardığı hökmdən apellyasiya şikayəti verməməsi üçün ona hər şeyin yaxşı olacağı ilə bağlı vədlər verilmiş və o da 4 ilə yaxın bir müddətdə burada xidmət etdiyini və rəhbərliklə münasibətlərinin yaxşı olduğunu nəzərə alaraq razılaşmışdır. Lakin məhkəmənin hökmü qüvvəyə minəndən sonra general-mayor Nəsib Mirzəyev ona qarşı dəfələrlə psixol oji təsir göstərərək tez bir zamanda buradan gedəcəyini, nə olur olsun burada xidmət etməyəcəyini ona bildirirmişdir. Bundan başqa kadrlar şöbəsinin rəisi polkovnik-leytenant Abbasov Ceyhun ondan könüllü tərxis edilməsi ilə bağlı ərizə yazmağını tələb edib, əks təqdirdə orada işləməyə davam etməyəcəyini, xidməti uyğunsuzluqla tərxis ediləcəyini və heç bir yerdə işlə təmin edilə bilməyəcəyini bildirmişdir. Hökm çıxarıldığı və icraya yönəldildiyi müddətdən sonra o öz xidməti vəzifələrini yerinə yetirmək üçün hərbi hissədə fəaliyyətini davam etdirmişdir. Həmin hərbi hissədə ona qarşı general-mayor Nəsib Mirzəyev və onun müavini polkovnik Röyal Şərbətov, kadrlar şöbəsinin rəisi Abbasov Ceyhun tərəfindən xoş olmayan münasibət hökm qanuni qüvvə minib icraya yönəldikdən sonra yaranmışdır. Lakin h əmin vaxta qədər aralarında heç bir problem olmamışdır. İstintaq və məhkəmə dövründə, eləcə də hökm elan olunduqdan sonrakı müddətdə üzərində ciddi və davamlı psixoloji təzyiqlər mövcud olmuşdur. Xidmət etdiyi Dövlət Sərhəd Xidmətinin X6 N saylı hərbi hissəsində ona qarşı birbaşa və dolayı formada aparılan psixoloji təzyiqlər onun iradə sərbəstliyini, qərar vermə qabiliyyətini və hüquqlarını tam dərk edib onlardan istifadə etmək imkanlarını məhdudlaşdırmışdır. Həmin anda xidmətə davam etmək, hökmdən əlavə təzyiqlərlə üzləşməmək üçün bu təzyiqlərə tab gətirməyə çalışsa da, bu onun daxili psixoloji tarazlığını pozmuş və onu hüquqi baxımdan geri çəkilməyə məcbur etmişdir. Bakı Hərbi Məhkəməsinin barəsində çıxardığı hökmü rəsmi qaydada əldə edə bilmədiyi üçün, habelə ona verilən yalan vədlərə inandığı üçün həmin hökmdən vaxtında şikayət verə bilməmişdir, ondan asılı olmayan səbəblərdən konstitusion və prosessual hüququnun həyata keçirilməsindən məhrum olmuşdur. Məhkum kassasiya şikayətində göstərilənlərə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 18 iyun tarixli, 1-1(105)-20/2025 nömrəli qərarının ləğv edilməsini və apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Məhkum kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya şikayətinin təmin olunmamasını və Məhkum barəsində olan cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025 il 18 iyun tarixli qərarının dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, müddətin bərpası ilə bağlı məsələyə baxmış apellyasiya instansiyası məhkəməsi tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayətprosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq belə hesab edir ki, kassasiya şikayəti təmin edilməməlidir. Kassasiya şikayətindən görünür ki, məhkum apellyasiya şikayəti vermə müddətinin bərpa edilməməsini mübahisələndirmişdir. Kassasiya şikayətinin dəlillərinə münasibət bildirən məhkəmə kollegiyası aşağıdakıların qeyd edilməsini vacib hesab edir. Belə ki, iş materiallarından göründüyü kimi Məhkum Bakı Hərbi Məhkəməsinin mübahisələndirilən hökmü elan edilərkən məhkəmə ic lasında iştirak etmiş, hökm onun iştirakı ilə elan olunmuş, məhkuma apellyasiya şikayəti vermək hüququ və şikayət vermə müddəti izah edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 384.1-ci maddəsinə əsasən hazırkı vəziyyətdə, Məhkum münasibətdə şikayət vermə müddətinin axımı hökmün elan olunduğu andan başladığından, məhkum tərəfindən hökmdən şikayət vermə müddəti qanunda nəzərdə tutulmuş heç bir üzrlü səbəb olmadan, 8 aydan artıq müddət keçməklə, buraxılmışdır. CPM-in 386.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qal dırmaq hüququna malikdirlər. Həmin Məcəllənin 386.2-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilmə müddətinin bərpa edilməsi məsələsi birinci instansiya məhkəməsində məhkəmə iclasında sədrlik edən və ya hakim tərəfindən həll edilir. Göründüyü kimi, apellyasiya instansiya məhkəməsinin qərarı CPM-in müddəalarına uyğun çıxarılmış və bu zaman hər hansı qanun pozuntusuna yol verilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2025-ci il tarixli qərarı kassasiya şikayətinə münaisbətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 350.1-1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilmiş Məhkum barəsində olan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 18 iyun tarixli, 1-1(105)-20/2025 nömrəli qərarı məhkumun kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar