Məhkəmə qərarları › İş №1-1(102)-109/2025

Ali Məhkəmə Qərar — İş №1-1(102)-109/2025

25.02.2026
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-109/2025 25.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və İlqar Xanlar oğlu Cəfərovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və məhkumun müdafiəçisi Müdafiəçi1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cin ayət kollegiyasının 10 sentyabr 2024-cü il tarixli, 1-1(103)-39/2024 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Hərbi Məhkəməsinin (hakimlər Camal Ramazanov (sədrlik edən və məruzəçi), Fikrət Əliyev və Rafiq Abbasov) 24 iyun 2024-cü il tarixli, 1(093)-75/2024 nömrəli hökmü ilə 24 avqust 1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində Maliyyə xidmət rəisi vəzifəsində xidmət etmiş, mayor hərbi rütbəli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 179.4 və 313-cü ma ddələri ilə təqsirli bilinərək, CM-in 179.4-cü maddəsi ilə CM-in 46.2-ci maddəsinə əsasən 2 (iki) il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər-hakimiyyət nümayəndəsinin funksiyalarını həyata keçirməklə və maddi-məsuliyyət səlahiyyətləri ilə bağlı vəzifələr tutmaq hüququndan məhrum edilməklə 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 313-cü maddəsi ilə həmin Məcəllənin 75.1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar ona cəza təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 06 iyul 2023-cü il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin vəzifəli şəxsləri ilə xidmət etdikləri müddətdə tamah niyyəti ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə etməklə zabit, gizir və müddətdən artıq həqiqi hərbi xidmət edən hərbi qulluqçuların pul paylama cədvəlləri, pul jurnalları, ərzaq kompensasiya payı cədvəlləri və sair rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törədərək ona etibar edilmiş xüsusilə külli miqdarda dövlət büdcəsi vəsaitini mənimsəmə yolu ilə təkrar talamışdır. Belə ki, o, Müdafiə Nazirliyinin tabeliyində olan N və N nömrəli hərbi hissələrdə, habelə Hərbi Polis idarəsində Maliyyə xidmət rəisi kimi xidmət etdiyi 23 iyun 2017-ci il tarixdən 10 fevral 2022-ci il tarixədək olan müddət ərzində Azərbaycan Respublikas ı Müdafiə Nazirinin 217 nömrəli 4 iyun 2002-ci il tarixli əmri ilə elan edilmiş “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin smetası üzrə kredit sərəncamçılarının maliyyə təsərrüfatı haqqında” Əsasnaməyə əsasən, qoşun növlərinin təminat xidmətlərinin, maliyyələşdirdikləri birləşmələrin və hərbi hissələrin planlaşdırılan dövrdə kreditlərə olan tələblərini düzgün hesablamaq, həmin kreditləri yuxarı təminat maliyyə orqanından vaxtında tələb etmək və planlaşdırılmış qaydada qoşunların və birləşmələrin pul vəsaitinə olan tələblərini ödəmək, hərbi qulluqçulara pul təminatının, fəhlə və qulluqçulara əmək haqqının düzgün və vaxtında ödənilməsini təmin etmək, komandirlərə və maliyyə xidməti rəislərinə maliyyə təsərrüfatının düzgün təşkilində və aparılmasında, Azərbaycan Respublikası hökumətinin qa nunlarının, qərar və sərəncamlarının, maliyyə təsərrüfatı sahəsində əmr və direktivlərin düzgün həyata keçirilməsində köməklik göstərmək, Müdafiə Nazirliyinin smetası üzrə pul vəsaitlərinin qanunauyğun, təsərrüfatcıllıqla və aidiyyəti üzrə istifadə edilməsinə, maliyyə, ştat və tarif intizamına riayət olunmasına, büdcədənkənar vəsaitlərin düzgün yaranmasına, istifadəsinə və aidiyyəti üzrə köçürülməsinə, hərbi hissələrdə müəyyən edilmiş vergilərin və digər ödənişlərin düzgün tutulub, vaxtlı-vaxtında Azərbaycan Respublikasının Dövlət büdcəsinə köçürülməsinə, debitor və kreditor borclarının vəziyyətinə, qoşun növlərinin (birləşmələrin) təminat xidmətləri tərəfindən tədarükçülərə, nəqliyyat və digər təşkilatlara qarşı bağlanmış sazişlərin şərtlərinin onlar tərəfindən pozulması hallarında etiraz və iddiaların vaxtında təqdim olunmasına, icra vərəqələri və dövlət müəssisə arbitrajlarının əmrləri ilə təyin edilmiş məbləğlərin vaxtında mədaxil edilməsinə, dövlətə vurulmuş zərərin ödənilməsinə, hərbi hissələrdə xəzinə intizamına riayət edilməsinə (pul vəsaitlərinin xəzinədə saxlanarkən, banklardan hərbi hissəyə gətirilərkən və digər hallarda qorunmasına, pul vəsaitlərini xəzinədə saxlamaq normalarına riayət edilməsinə və nağd pul qəbul etmə qaydalarına əməl edilməsinə), dövlət sosial-təminat, əhalinin məşğulluq və işə düzəlmə fondlarına veriləcək məbləğlərin düzgün hesablanıb ödənilməsinə, bu fondlara ayrılmış vəsaitlərdən qanunauyğun istifadə olunmasına, həmin vəsaitlər barədə hesabatların hazırlanması qaydalarına və verilmə müddətlərinə riayət edilməsinə, maliyyələşdirdikləri birlə şmələrdə və hərbi hissələrdə maliyyə sahəsinə aid rəhbəredici sənədlərin, uçot blankları uçotunun düzgün aparılmasına, saxlanılmasına və istifadəsinə, maliyyələşdirdikləri birləşmələrdə və hərbi hissələrdə şəxsi heyətin mükafatlandırma sisteminin düzgün tətbiq edilməsinə nəzarət etmək, qoşun növlərinin (birləşmələrin) maliyyə xidmətində aparılan nəzarət-təftiş işlərinə rəhbərlik etmək, bilavasitə təminat xidmətlərində, birləşmələrdə və hərbi hissələrdə Azərbaycan Respublikası Müdafiə Nazirinin “Maliyyə nəzarəti haqqında Əsasnamə”sinin tələblərinə uyğun sənədli təftişlər və yoxlamalar aparmaq, aşkar edilmiş nöqsanların və pozuntuların səbəblərini öyrənmək, onların aradan qaldırılması və yol verilməməsi üçün tədbirlər hazırlamaq və həyata keçirmək, dövlətə vurulmuş zərərin ödəniməsini təmin etmək, maliyyə və mühasibat uçotunun vəziyyətini, plan və hesabat sənədlərinin düzgünlüyünü, onların vaxtında təqdim edilməsini yoxlamaq, təminatı xidmətlər, maliyyələşdirdikləri birləşmələr və hərbi hissələrin maliyyə və mühasibat hesabatlarını araşdırmaq və onlar haqqında rəy hazırlamaq, qoşun növlərinin (birləşmələrin) hesablarına daxil olan kreditlərin və pul vəsaitlərinin uçotunun aparılması və onlar barədə hesabatların hazırlanması, maliyyə təsərrüfatının vəziyyəti, maliyyə və nəzarət-təftiş planlarının yerinə yetirilməsi, nəzarət-təftiş işlərinin nəticəsi, hərbi qulluqçuların və onların ailələrinin pensiya təminatı üçün aparılmış işlərin vəziyyəti barədə qoşun növünün komandanına (birləşmənin komandirinə) hər yarım illikdə məruzələr hazırlamaq və sair səlahiyyətlərə malik şəxs olm asına, vəzifə funksiyalarını və səlahiyyətlərini həmin Əsasnaməyə uyğun həyata keçirməli olmasına məsuliyyət daşımasına baxmayaraq, həmin tələbləri yerinə yetirməyərək, öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib, dövlət büdcəsindən 22 iyun 2017-ci il tarixdən 10 fevral 2022-ci il tarixədək Azərbaycan Respublikası Müdafiə Naziri tərəfindən 19 oktyabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun Hərbi Qulluqçularının Pul təminatı haqqında” Əsasnaməyə uyğun olaraq Müdafiə Nazirliyinin tərkibində olan qoşun növlərinin, birliklərin, birləşmələrin, hərbi hissələrin və müəssisələrin şəxsi heyətinin əmək haqlarının ödənilməsi üçün ayrılmış xüsusilə külli miqdarda pul vəsaitlərini, yəni etibar olunmuş dövlət əmlakını davamlı şəkildə mənimsə mə yolu ilə təkrar talama məqsədilə, Müdafiə Nazirliyinin Maliyyə və büdcə idarəsinin rəisi Şahid2 və qeyriləri ilə tamah niyyəti ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə etməklə, Müdafiə Nazirliyinin tərkibində olan qoşun növlərinin, birliklərin, birləşmələrin, hərbi hissələrin və müəssisələrin zabit, gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuların pul paylama cədvəlləri, pul jurnalları, ərzaq kompensasiya payı cədvəlləri, eləcə də sair rəsmi sənədlərə bilə-bilə yalan məlumatların daxil edilməsini təmin etməklə vəzifə saxtakarlığı törədərək, Müdafiə Nazirliyinin müxtəlif idarə və hərbi hissələrinin şəxsi heyətinin pul təminatı üçün ayrılmış ona etibar edilmiş xüsusilə külli miqdarda, yəni N nömrəli hərbi hiss ədə 491.448,01 (dörd yüz doxsan bir min dörd yüz qırx səkkiz manat 01 qəpik) manat, Hərbi Polis idarəsində 772.440,64 (yeddi yüz yetmiş iki min dörd yüz qırx manat 64 qəpik) manat və N nömrəli hərbi hissədə 603.786,34 (altı yüz üç min yeddi yüz səksən altı manat 34 qəpik) manat olmaqla ümumilikdə 1.867.674,99 (bir milyon səkkiz yüz altmış yeddi min altı yüz yetmiş dörd manat 99 qəpik) manat dövlət büdcəsi vəsaitini maliyyələşməsi nağd qaydada nəzərdə tutulmuş hərbi qulluqçuların əmək haqlarının ödənilməsi üçün müvafiq hərbi hissə və qurumların Maliyyə xidmətlərinə cavabdeh şəxslərin adlarına açılmış plastik kart hesablarına köçürülərək nağdlaşdırılmasını təmin edib mənimsəmə yolu ilə təkrar talamışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Fərid Əyyubov (sədrlik ed ən və məruzəçi), Emin Mehdiyev və Emin Əliyev) 10 sentyabr 2024-cü il tarixli, 1-1(103)-39/2024 nömrəli qərarı ilə Bakı Hərbi Məhkəməsinin 24 iyun 2024-cü il tarixli, 1(093)-75/2024 nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, Məhkum müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum müdafiəçisi Müdafiəçi1 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 sentyabr 2024-cü il tarixli, 1-1(103)-39/2024 nömrəli qərarının ləğv edilməsi, Məhkum barəsində cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsi, Məhkum İnsan Hüquqları və X1 haqqında Konvensiyanın 5 və 6-cı maddələrində nəzərdə tutulan hüquqlarının pozuntusu tanınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi Müdafiəçi1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Ərizəçi məhkəmədə ifadə verərkən özünü qismən təqsirli bilib. Ərizəçi bildirdi ki, onun mənimsədiyi kimi təqdim edilmiş məbləğ tamamilə şişirdilib. Üstəlik, o, pul mənimsəməyib. Hərbi hissələrdə qoyulmuş sistem belə olub. Hər kəsə əlavə pul verilib. Çünki məvacib olduqca az olub və belə bir sistemlə illərdir hamı hərbi sistemdə işləyib. Ərizəçi bildirir ki, onlara verilən əlavə pul məvacib hesab edilib. Ərizəçi bildirir ki, hərbi hissələrə gələn yoxlamalar ona verilən əlavə pul (məvacib) əsasında yola salınıb. Hətta istintaq və məhkəmə araşdırmasında da müəyyən edildi ki, hərbi hissələrə gələn yoxlamaların da belə sistemdən xəbəri olub. Ərizəçi məhkəmədə vəsatət verərək bildirdi ki, ekspertiza təyin edilməsi haqqında qərar ona tə qdim edilməyib, həmin suallar ona təqdim edilməyib. Məhkum ekspertiza qarşısında əlavə suallar qoymaq, özünün tanıdığı ekspertin ekspert qrupuna əlavə edilməsi, ekspertiza keçirilməsində iştirak etmək kimi CPM-in 268-ci maddəsində və İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən tərəflərin bərabərliyi və çəkişmə prinsipi hüququ pozulub. Üstəlik, mütəxəssis və ekspertlərin müəyyən etdiyi məbləğlər şişirdilmiş məbləğdir və Məhkum nəticə ilə razı deyil. Ekspertiza rəyinin müdafiə hüququnun pozularaq əldə edilməsi şübhəsizidir. Ona görə də, iş üzrə təkrar ekspertiza təyin edilməli, ekspertiza təyin edilməsi barədə qərar Məhkum elan edilməli, onun ekspertiza qarşısında suallar qoymaq, suallara etiraz etmək, ekspertlərin seçimində işt irak etmək, alternativ ekspertiza təyin etmək və.s. kimi hüquqları təmin edilməlidir. Lakin məhkəmə ərizəçinin bu vəsatətini də təmin etmədi. Ərizəçinin vəkili bildirdi ki, ərizəçi cinayəti qismən etiraf etsə də, bu cinayət əməli üzrə o, həbs edilməməli və ya azadlıqdan məhrum edilməməlidir. Çünki hərbi xidmətdə qoyulmuş sistem belə olub. Bu sistem ərizəçinin özünün müəyyən etdiyi bir sistem olmayıb. O, işləməyə başladığı vaxtdan günü bu günə kimi belə bir sistem davam edib. Müdafiəçi bildirmişdir ki, məhkum heç kimin pulunu mənimsəməyib. Ərizəçiyə məvacib kimi verilmiş pul büdcədən yazılmış əlavə pul olub. Sadəcə həmin məbləğ məvacib kodu altında yazılmayıb. Həmçinin müdafiəçi bildirmişdir ki, məhkum 20 ildir hərbiçidir. 20 ildir ərizəçi dövlətə xidmət edir. Bu xidmət illərində dəfələrlə medal və digər təltiflərlə mükafatlandırılıb. 20 ildə bir dəfə də ailəsi ilə istirahətə getməyib. 44 günlük Qarabağ müharibəsində iştirak edib və Prezident tərəfindən 3 şərəfli medalla təltif edilib. Ərizəçinin şəxsiyyəti cəmiyyət üçün təhlükəli olmayıb və ona məvacib kimi verilən pul isə büdcədən müəyyən edilmiş pul olub. Ərizəçi bildirir ki, iş materiallarında dövlət hesabına vəkil təyin edildiyi və ya hüquq və vəzifələrinin izah edilməsi ilə bağlı bildirişlərdə imzası olsa da, bu sənədlər formal idi. Ərizəçi bildirir ki, o, nə vəkil müdafiəsi ilə təmin olunub, nə də ki, hüquqları izah edilib. Ərizəçi bildirir ki, onun müdafiə hüququ təmin edilməyib. Formal olaraq dövlət hesabına vəkillə təmin edilib. Vəkilin iş materiallarında imzası olsa da, ərizəçi bildirir ki, vəkil onu müdafiə edəcə k heç bir qeyd verməyib. Qeyd edilməlidir ki, dövlət hesabına vəkillə təmin olunma institutu formal xarakter daşıyır və praktikada daha çox istintaq orqanına problem yaratmayan, onlara etiraz etməyən, istintaq orqanının hərəkətlərinə etiraz, qeyd vəsatət verməyən “lal” vəkillərdən istifadə edilir və bu institut istintaq orqanlarının daha rahat işləməsinə, işgəncələrin ört-basdır edilməsinə, istintaq hərəkətlərinin formal olaraq “qanuniləşdirilməsinə” xidmət edir. Ərizəçi bildirir ki, məhkəmənin cəza hissəsində mövqeyi tamamilə əsassız idi. Ərizəçi hesab edir ki, məhkəmənin heç bir əsaslandırma olmadan onu 11 il azadlıqdan məhrumetməsi tamamilə ədalətsiz idi. Məhkəmə ərizəçinin 20 il hərbi xidmət etməsini, qüsursuz xidmətinin olmasını, 44 günlük Qarabağ Müharibəsində iştirak etməsi, istinta q zamanı istintaqdan yayınmamasını, ilk dəfə cinayətdə ittiham edilməsini nəzərə almadı. Məhkəmə sadəcə əməlin ağırlığını nəzərə aldı və ərizəçini 11 il azadlıqdan məhrum etdi. Hesab edirik ki, məhkəmənin yanaşması ədalətli olmayıb. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassa siya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Müdafiəçi1 kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, Məhkum xüsusilə külli miqdarda mənimsəmə əməlini törətməmişdir, buna baxmayaraq məhkəmələr sübutların arasında olan ziddiyyətləri və işin hallarını tam araşdırmadan barəsində əsassız olaraq Azərbaycan Respublikası CM-in 179.4-cü maddəsi ilə ittiham hökmü çıxarmışlar. Məhkəmə kollegiyası bu barədə qeyd etmək istəyir ki, analoji dəlillər müdafiəçinin birinci instansiya məhkəməsinin hökmündən verilmiş apellyasiya şikayətində də irəli sürülmüşdür. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin həmin dəlilləri araşdırmış və onların əsassız olmasına dair nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri cinayət işinin materialları ilə əlaqəli şəkildə araşdırıb, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, kassasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikası CPM-in 139-cü maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirlə ndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanun i hesab edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə görə aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Birinci instansiya məhkəməsi ittiham tərəfi tərəfindən təqdim edilmiş sübutları – məhkumun özünün verdiyi ifadəni, şahidlər R.F.Xələfov, Şahid7, Şahid8, Şahid6, Şahid5 və Şahid9 ifadələrini, məhkəmə ekspertizasının rəyini, istintaq hərəkətlərinin protokollarını və işin digər materiallarını məhkəmə iclasında tədqiq edərək onlara hüquqi qiymət vermiş və həmin sübutlara əsasən belə nəticəyə gəlmişdir ki, Məhkum Azərbaycan Respublikası CM-in 179.4-c ü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməsi tam sübuta yetirilmişdir. Apellyasiya instansiyası məhkəməsi Müdafiəçi1 apellyasiya şikayətinə əsasən işə baxaraq birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış və apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etməmişdir. Məhkəmə kollegiyası cinayət işinin materiallarına, iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlara nəzər salaraq belə nəticəyə gəlir ki, məhkəmələr sübutlara və işin hallarına düzgün hüquqi qiymət vermiş, həmin sübutlar Məhkum Azərbaycan Respublikası CM-in 179.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirini təsdiq etmək üçün kifayət edir. Məhkumun təqsirini təsdiq edən sübutlar birinci və apellyasiya instansiyası məhkəmələrinin müvafiq olaraq hökm və qərarında ətraflı təsvi r edilmişdir. Məhkəmə kollegiyası həmin sübutların mahiyyətini bu qərarda yenidən təsvir etməyi zəruri hesab etmir. Belə ki, birinci instansiya məhkəməsində Məhkum dəlilləri ətraflı araşdırılmış və onun Azərbaycan Respublikası CM-in 179.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi şahidlərin dolğun, ətraflı və biri-biri ilə uzlaşan ifadələri, istintaq hərəkətlərinin protokolları, ekspert rəyi və iş üzrə toplanmış digər sübutlarla təsdiq olunmuşdur. Beləliklə, Məhkum xüsusilə külli miqdarda mənimsəmə əməlini təkrarən törətməsi iş materialları ilə birmənalı olaraq təsdiq edilir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslandıqlarını və həmin sübutlara hansı səbəblərdən üstünlük verdiklərini müvafiq olaraq hökm və qərarda göstər mişlər. Məhkəmə kollegiyası Məhkum əməllərinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, sübutların məcmusuna və işin faktiki hallarına uyğun olduğunu, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144–146-cı maddələrinin tələblərinə uyğun qiymətləndirildiyini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Cinayət işinin materiallarından görünür ki, istintaq orqanı tərəfindən hazırkı cinayət işi üzrə sübutlar əldə edilərkən cinayət-prosessual qanunvericiliyinin tələblərinə riayət olunmuş, istintaq və prosessual hərəkətlər səlahiyyətlər çərçivəsində və qanunvericiliyin normalarına uyğun həyata keçirilmiş, kobud qanun pozuntularına yol verilməmişdir. Məhkum birinci instansiya məhkəməsindən fərqli olaraq apellyasiya instansiyası məhkəməsində keçiril ən məhkəmə baxışı zamanı xüsusilə külli miqdarda dövlət büdcəsi vəsaitini talamadığını bildirmişdir. Lakin məhkum birinci instansiya məhkəməsində özünü qismən təqsirli bilsə də, faktiki olaraq ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etmişdir. Həmin ifadələrə əsasən o, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin tabeliyində olan N və N nömrəli hərbi hissələrdə, habelə Hərbi Polis İdarəsində Maliyyə Xidmətinin rəisi vəzifəsində xidmət etdiyi dövrdə Maliyyə və Büdcə idarəsinin vəzifəli şəxsləri ilə tamah niyyətilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında qulluq mövqeyindən istifadə etməklə zabit, gizir və müddətdən artıq həqiqi hərbi xidmət edən hərbi qulluqçuların pul paylama cədvəllərinə, pul jurnallarına, ərzaq kompensasiyası payı cədvəllərinə və digər rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etdiyini, bununla da vəzifə saxtakarlığı törədərək ona etibar edilmiş xüsusilə külli miqdarda dövlət büdcəsi vəsaitini mənimsəmə yolu ilə təkrarən taladığını etiraf etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülmüş dəlillər müdafiə tərəfinin apellyasiya şikayətinin əsasını da təşkil etmişdir. Apellyasiya instansiyası məhkəməsi həmin dəlilləri araşdırmış və onların əsassız olması barədə nəticəyə gəlmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, cinayət işi üzrə həm ibtidai istintaq, həm də məhkəmə baxışı zamanı Məhkum cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq müdafiəçinin hüquqi yardımından istifadə etmək hüququ təmin edilmişdir. Məhkəməyədək icraat zamanı məhkumun müdafiə hüququnun pozulması, eləcə də onun hüquq və vəzifələrinin izah edilməməsi barədə iddialar birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən araşdırılmış və öz təsdiqini tapmamışdır. Apellyasiya instansiyası məhkəməsi işin konkret sübutlarına – məhkumun və şahidlərin ifadələrinə, ekspertiza rəyinə və digər sənədlərə əsaslanaraq birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış və apellyasiya şikayətində bu barədə irəli sürülmüş dəlilləri əsassız hesab etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə iş materiallarına və məhkəmə iclasında tədqiq edilmiş sübutlara uyğun olmaqla əsaslıdır. Kassasiya şikayətində isə ekspertiza rəyinin düzgünlüyünü və məhkumun müdafiə hüququnun pozulmadığını təsdiq edən mə hkəmələrin nəticələrini təkzib edən, habelə apellyasiya şikayətində göstərilməyən hər hansı yeni hal və ya sübut təqdim edilməmişdir. Buna görə də məhkəmə kollegiyası kassasiya şikayətində bu məsələyə dair irəli sürülmüş dəlilləri əsassız hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün Məhkum ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsində verdiyi ifadələri, məhkəmə baxışında tədqiq edilmiş digər sübutların məcmusu ilə təsdiq olunduğundan, cinayət təqibi üzrə mötəbər sübut kimi qəbul etmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alıb, hesab edir ki, Məhkum əməlinin hüquqi tövsifi və işin faktiki halları barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkum əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə nə ibtidai istintaq orqanı sübutların toplanmasında, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilər kən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası nəticəyə gəlir ki, Məhkum barəsində Azərbaycan Respublikası CM-in 179.4-cü maddəsi ilə verilmiş ittiham üzrə təqsirli olması sübuta yetirilmiş və həmin ittiham üzrə onu cinayət məsuliyyətindən azad edilməsi üçün qanuni əsaslar yoxdur. Odur ki, kassasiya şikayətinin dəlilləri əsassızdır. Bundan başqa, məhkəmələr Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini düzgün nəzərə almışdır. Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilmiş hallarda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 sentyabr 2024-cü il tarixli, 1-1(103)-39/2024 nömrəli tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-in 179.4-cü maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 sentyabr 2024-cü il tarixli, 1-1(103)-39/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar