Məhkəmə qərarları › İş №1-1(102)-11/2025

Ali Məhkəmə Qərar — İş №1-1(102)-11/2025

10.01.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-11/2025 10.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Cəfərov İlqar Xanlar oğlu (sədrlik edən və məruzəçi), Novruzov X6 və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Babayeva Lalə Tahir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X4, zərərçəkmişin hüquqi varisi Zərərçəkmiş şəxs1 və məhkumun müdafiəçisi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili X1 iştirakı ilə xx xxxxxxx 2003-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublika sının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsi ev 13, mənzil 26- da qeydiyyatda olan və həmin ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 120.2.3 və 120.2.4-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 iyun 2024-cü il tarixli 1-1(104)-72/2024 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Tərtər Hərbi Məhkəməsinin 04 aprel 2024-cü il tarixli 1-1(098)-18/2024 nömrəli hökmü ilə (hakimlər: İ.M.Quliyev (sədrlik edən), Ə.M.Sarıyev və S.Ə.Əzizov) Məhkum Azərbaycan Respublikası CM-in 120.2.3 və 120.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayə t əməlini törətməkdə təqsirli bilinib 17 (on yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının ilk 2 (iki) il müddətini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 05 mart 2023-cü il tarixdən hesablanması qərara alinmişdir. Məhkəmənin həmin hökmündən məhkum tərəfindən apellyasiya şikayəti verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 iyun 2024-cü il tarixli 11(104)-72/2024 nömrəli qərarı ilə (hakimlər: S.B.Hüseynov (sədrlik edən), Ə.G.Abdullayev və N.T.Əliyev) apellyasiya şikayəti təmin edilməmiş, Tərtər Hərbi Məhkəməsinin 04 aprel 2024-cü il tarixli 1-1(098)-18/2024 nömrəli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Məhkəmən in hökmünə görə N nömrəli hərbi hissənin 4-cü taborunun 10-cu bölüyünün 2-ci tağımının komandiri kiçik leytenant X5 27 fevral 2023-cü il tarixdən həmin bölüyün Ağdam rayonunun Abdal kəndinin ərazisində yerləşən, şərti olaraq «M9» adlanan 9 №-li döyüş mövqeyində mövqe başçısı kimi xidmətə başladığı ilk gündən özünü şəxsi heyətə tələbkar zabit kimi göstərərək, ona həvalə olunmuş vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışmaqla başçısı olduğu döyüş mövqeyinin erməni qanunsuz silahlı birləşmələrinin döyüş mövqeyinə yaxın yerləşməsi səbəbindən, hər an düşmən qüvvələrinin qəfil hücumuna məruz qalma təhlükəsinin olduğunu, döyüş mövqeyinin bölüyün dayaq məntəqəsindən kifayət qədər uzaq məsafədə yerləşdiyini, ərazi relfeyfinin dağlıq və meşəlik olması səbəbindən düşmən qüvvələri tərəfindən qəfil hücum həyata keçiriləcəyi təqdirdə ehtiyat qüvvənin vaxtında gəlib çatmayacağını nəzərə alaraq, şəxsi heyətin döyüş-taktiki və fiziki hazırlığının yüksəldilməsi, döyüş postunda nizam-intizamın gücləndirilməsi, eləcə də şəxsi heyətin mənəvi-psixoloji hazırlıq səviyyəsinin artırılması məqsədi ilə tabeliyindəki şəxsi heyətə gündəlik olaraq hərbi nizamnamələr çərçivəsində qanuni tapşırıq və göstərişlər verərək döyüş mövqeyini idarə etməyə başlamış, lakin onun tələbkarlığı və qanuni hərəkətləri xidmətə laqeyd və həvəssiz münasibət göstərən, rahat xidmət şəraitini sevən, ona tapşırıqlar verilməsindən xoşlanmayan, verilən tapşırıqları vaxtı-vaxtında və düzgün yerinə yetirə bilməyən, hərbi xidmətin çətinliklərinə qatlaşmaq istəməyən və mütəmadi olaraq özündən böyük rütbəli şəxslərlə davranış qayd alarına riayət etməyərək tabesizlik nümayiş etdirməyə cəhd edən həmin bölüyün 2-ci tağımının 2ci manqasında atıcı vəzifəsində, əsgər hərbi rütbəsində müddətli həqiqi hərbi xidmət aparan Məhkum xoşuna gəlməyərək sonuncunu qıcıqlandırmışdır. Əsgər Məhkum sutkalıq döyüş xidmətinin qrafikinə uyğun olaraq, 03 mart 2023-cü il tarixdə saat 22:00dan saat 00:00-dək xidmət etdiyi döyüş mövqeyində ayıq növbətçi naryadına təyin olunduğundan, həmin gün saat 22:00-da öz adına təhkim olunmuş, bölüyə məxsus «AKM» markalı, 7.62 mm çaplı 867320 №-li avtomat silahı, hər birində 28 (iyirmi səkkiz) ədəd 7.62 mm kalibrli döyüş və 2 (iki) ədəd təlim patronu olan 4 (dörd) ədəd patron darağını dəyişdirici, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş Şahid1 təhvil alaraq mövqeyin əsgər yataqxa nasının və ona bitişik əsgər yeməkxanasının qarşısında ayıq növbətçi kimi xidmət aparmağa başlamışdır. Həmin gün saat 23 radələrində o, bölüyün əsgər yeməkxanasının qarşısında təyin olunduğu naryad üzrə xidmət apararkən, xidmət etdiyi manqanın atıcısı, əsgər Şahid4 mövqenin yataqxanasından çıxaraq döyüş mövqeyi ilə təmas xəttində yerləşən Xocalı rayonunun Harov kəndində işıqların söndüyünü görüb, düşmən qüvvələri tərəfindən təxribat törədilməsi ehtimalının ola biləcəyini nəzərə alaraq, ayıq növbətçi kimi bu barədə əsgər Məhkum məlumat vermiş və sonuncu həmin məlumatı dəqiqləşdirmək məqsədi ilə yataqxanadan torpaq val istiqamətində təxminən 5-10 (beş-on) metr məsafə gedərək həmin kənddə işıqların həqiqətən söndüyünə əmin olduqdan sonra əsgər yataqxanasına tərəf qayıtmağa başlamışdır. Həmin vaxt əsgər Məhkum, üzərində olan əl fənərini işə salaraq, yalnız getdiyi yolu işıqlandıra biləcəyi halda, xidmət etdiyi döyüş mövqeyi erməni silahlı birləşmələrinin olduğu yerə yaxın olduğuna görə komandir heyəti tərəfindən döyüş mövqeyinin koordinatlarının düşmənə bəlli edilməməsi məqsədi ilə, işıq gələn istiqamətdə düşmən qüvvələri tərəfindən atəş açılması ehtimalının yüksək olması nəzərə alınaraq, qaranlıq vaxtı ətrafın zərurət olmadığı halda işıqlandırılmaması barədə şifahi qaydada bütün şəxsi heyətin, o cümlədən onun nəzərinə çatdırılmasına baxmayaraq, lüzumsuz yerə əlindəki fənərin işığını sağa-sola salmaqla yataqxananın ətrafındakı ərazini işıqlandırmışdır. Bu zaman əsgər yataqxanasının qarşısında dayanaraq əsgər Məhkum bu hərəkətini, eləcə də ayıq növbətçi kimi yataqxananın qarşı sında durmalı olduğu halda, səngər tərəfdən gəldiyini görən kiçik leytenant Vüqar Əliyev bundan qəzəblənmiş və «Niyə işıq tutursan o tərəfə bu tərəfə, yerimizi erməniyə bildirirsən?» deyib əsgər Məhkum sərt şəkildə öz iradını bildirməklə, etdiyi hərəkətlərə görə onun şərəf və ləyaqətini alçaltmadan və ona qarşı hər hansı qanunsuz əməllərə yol vermədən əsgər yataqxanasına daxil olmuşdur. Yataqxayana daxil olduqdan sonra kiçik leytenant Vüqar Əliyev, döyüş mövqeyində yeni xidmət aparmağa başladığına görə nöqsana yol verməməkdən ötrü son dərəcə ehtiyatlı davrandığından, eləcə də əsgər Məhkum etdiyi hərəkətlər onda çaşqınlıq yaratdığından, başçısı olduğu döyüş mövqeyinin düşmənlə bilavasitə təmas xəttində yerləşməklə hər an düşmənin kəşfiyyat-diversiya qrupunun qəfil hücumuna məruz qalma ehtim alını nəzərə alıb, şəxsi heyətin təhlükəsizliyinin təmin olunması üçün ona həvalə olunmuş vəzifələrinin icrası ilə əlaqədar mövqe başçısı kimi səlahiyyətlərindən istifadə edərək, əsgər yataqxanasında istirahət edən şəxsi heyətə «post basqın» komandasını vermiş və onlar həmin komandanı icra edərkən şəxsi heyətə, o cümlədən həmin vaxt yataqxanada olmaqla həmin gün dəyişdirici kimi xidmət aparan həmin bölüyün 2-ci tağımının 1-ci manqasının komandiri, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş Şahid1 əsgər Məhkum hərəkətləri ilə bağlı öz iradlarını bildirmişdir. Daha sonra kiçik leytenant Vüqar Əliyev həmin gün saat 23:40-da verdiyi komandanı icra etmiş hərbi qulluqçulara əsgər yataqxanasında «toplanış» komandasını vermiş və şəxsi heyət həmin komanda ilə yataqxanada düzü ldükdən sonra, onlara verdiyi komandanı düzgün və vaxtında icra edə bilmədiklərinə görə öz iradlarını bildirib, bu səbəbdən növbəti gündən həmin komandanın icrasını təkrarlayacaqlarını bildirərək, onlara əsgər Məhkum ayıq növbətçiliyini düzgün yerinə yetirməsini başa salmalarını tapşırmış, həmçinin həmin vaxt qəzəbləndiyindən əsgər Məhkum ünvanına onun şərəf və ləayəqətini alçaltmaq niyyəti olmadan «gic…x, xiyar» kimi qeyri-etik sözlər işlətmişdir. Həmin vaxt yataqxananın çöl tərəfində dayanıb ayıq növbətçilik xidmətini davam etdirərək kiçik leytenant Vüqar Əliyevin şəxsi heyətə verdiyi «posta basqın» komandasını düzgün və vaxtında yerinə yetirə bilmədiklərinə görə səhər həmin komandanı yenidən təkrarlayacaqları barədə tapşırıq verdiyini, eyni zamanda ünvanına işlətdiyi ifadələri eşidən əs gər Məhkum, etdiyi səhv hərəkətə görə kiçik leytenant Vüqar Əliyev tərəfindən əsassız olaraq şəxsi heyətə «posta basqın» komandası verildiyi və buna görə əsgərlərdə ona qarşı mənfi fikirlər formalaşacağı qənaətinə gələrək, eyni zamanda kiçik leytenant Vüqar Əliyevin onun fikrinə görə həddindən artıq tələbkar olması daha öncədən onda qıcıq yaratdığından və buna görə sonuncuya qarşı kinli və qəzəbli olduğundan, şəxsi heyətə «posta basqın» komandası verməsi, növbəti günlərdə də şəxsi heyətin eyni komandaları təkrar etməyə məcbur olacaqları, eləcə də həmin vaxt onların yanında ünvanına xoşagəlməz ifadələr işlətməsi onda kiçik leytenant Vüqar Əliyevə qarşı olan nifrət hisslərini bir qədər də artırmış və buna görə əsgər Məhkum komandir kimi tələbkarlığı və qətiyyətinə görə kiçik leytenant Vüqar Əliyevi qəsdən öldürmək, yəni qəsdən həyatdan məhrum etmək qərarına gəlmişdir. Kiçik leytenant Vüqar Əliyevi qəsdən öldürmək barədə qərarını qətiləşdirdikdən sonra əsgər Məhkum ayıq növbətçilik xidmətinə təyin olunduğu yerdə xidmətini davam etdirərkən planlaşdırdığı cinayət əməlini həyata keçirtmək üçün ona heç kəsin maneəçilik törətməyəcəyinə, şəxsi heyətin, o cümlədən kiçik leytenant Vüqar Əliyevin yataqxanada uzandığına və yatmağa başladığına əmin olduqdan sonra elektrik aqreqatı söndürüldüyünə görə yataqxananın içərisində qaranlıq olduğunu nəzərə alıb ehtiyatlı şəkildə əynində olan zirehli jileti və dəbilqəni çıxararaq yeməkxananın qarşısında olan mişar daşının üzərinə qoymuş, həmin növbə zamanı 04 mart 2023-cü il tarixdə saat 00:15 radələrində xidməti istifadəsinə verilməklə öz adına təhkim olunmuş «AKM» markalı, 7.62 mm çaplı 867320 №-li avtomat silaha taxılmış dolu darağı silahdan ayırıb daraqda olan 2 (iki) ədəd təlim patronunu çıxardaraq dəbilqəsinin içərisinə qoymuş və içərisində 28 (iyirmi səkkiz) ədəd istifadəyə tam yararlı olan döyüş patronu olan darağı silahına taxaraq silahın çaxmaq çərçivəsini geriyə çəkib buraxmaqla patronu patron yuvasına yeridib silahı ilk öncə tək-tək atəş rejimində, bir neçə saniyədən sonra isə fikrini dəyişib qəsdən digər şəxsi həyatdan məhrum etmədə ifadə olunan cinayət əməlinin baş verməsini planlaşdırmaqla və arzu etməklə özündə həmin cinayəti törətmək qətiyyətini yaradıb, törədəcəyi əməlin ictimai təhlükəliliyini dərk etməklə, eləcə də qapalı şəraitdə atəş açacağı təqdirdə güllələrin yataqxanın dəmir kontruksiyasına dəyərək istiq amətini dəyişib orada olan başqa şəxslərə də dəyib xəsarət yetirəcəyini bildiyi halda mərhum Vüqar Əliyevə qarşı dərin nifrət hissi duyduğundan onun ölümünə əmin olmaq məqsədi ilə daraqda olan bütün patronlardan istifadə edib sonuncuya çoxsaylı odlu silah xəsarətlərini yetirib onu qəsdən öldürməyi qət edərək, avtomatik atəş rejimində atışa hazır vəziyyətə gətirib silahın qoruyucusunu açıq saxlamışdır. Bundan sonra əsgər Məhkum kiçik leytenant Vüqar Əliyevin öz çarpayısında uzandığına əmin olaraq, yataqxananın qapısını açaraq sonuncunun öz yerində, yəni yataqxananın sol istiqamətində dördüncü sıradakı ikimərtəbəli çarpayının birinci mərtəbəsində çarpayıda arxası üstə uzanıqlı vəziyyətdə rabitə qovşağı vasitəsilə danışdığını görüb, bu vəziyyətdə Vüqar Əliyevin yataqxanada qaranlıq olduğuna g örə onu görə bilmədiyini nəzərə alıb, kiçik leytenant Vüqar Əliyevin uzandığı çarpayının qarşısına, yəni sonuncunun ayaqlarının uzatdığı istiqamətə gəlmiş və təxminən 1-1,5 metr məsafədə avtomat silahın qundağı sağ qoltuqaltı nahiyəsində olmaqla sağ əli ilə silahın tutacağından, sol əli ilə isə lülə yatağından tutaraq silahın lüləsini kiçik leytenant Vüqar Əliyevin istiqamətində tuşlamış və bu vəziyyətdə həmin vaxt sonuncunun uzandığı çarpayıdan təxminən 1 (bir) metr məsafədə sağda yerləşən çarpayıda həmin döyüş mövqeyinə müvəqqəti ezam olunmuş N nömrəli hərbi hissəsinin 1-ci əməliyyat taborunun döyüş dəstək tağımının 1-ci texniki müşahidə qrupunun sürücü-radiotelefonçusu, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Zərərçəkmiş şəxs2 oğunun dirsəklənib yarımoturaqlı vəziyyə tdə olmasına və avtomatik rejimdə atəşlər açacağı təqdirdə silahın təpməsi, silkələnməsi, həmçinin güllənin çarpayıların dəmir konstruksiyalarına dəyib istiqamətini dəyişməsi nəticəsində güllələrdən bəzilərinin, eləcə də güllələrin dəmir konstuksiyaya dəyərək parçalanmış hissələrinin sonuncuya da dəyə bilərək onun həyatı və sağlamlığı üçün real təhlükə törətdiyinə baxmayaraq, öz əməlinin ictimai təhlükəli olduğunu dərk edib onun ictimai təhlükəli nəticələrini qabaqcadan görsə də, buna əhəmiyyət verməyərək ümumi təhlükəli üsulla kiçik leytenant Vüqar Əliyevi xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar, yəni sonuncunun komandir kimi tələbkarlıq və qətiyyətlik göstərərək tabeliyindəki şəxsi heyətə gündəlik olaraq hərbi nizamnamələr çərçivəsində qanuni tapşırıq və göstərişlər verməsinə, x idmətində mütəmadi olaraq yol verdiyi nöqsanlara görə onu dəfələrlə tənbeh etməsinə, sonuncu dəfə 3 mart 2023-cü il tarixdə yol verdiyi ciddi nöqsana görə özü ilə yanaşı, digər şəxsi heyəti nizamnamələr çərçivəsində cəzalandırdığına görə qəsdən öldürmək məqsədilə öz əməlinin ictimai təhlükəli olduğunu dərk edib onun ictimai təhlükəli nəticələrini qabaqcadan görməklə bunları arzu edərək silahın çaxmağını qəsdən basmaqla avtomatik atəş rejimində qəsdən çoxsaylı atəşlər açmağa başlamış, nəticədə atılmış 12 (on iki) ədəd güllədən 10 (on) ədədi kiçik leytenant Vüqar Əliyevə, digər ikisi isə onun uzandığı çarpayının dəmirinə və çarpayının arxasındaki divara dəymişdir. Bu zaman yataqxanada olmaqla əsgər Məhkum arxa tərəfindəki çarpayıda uzanmış müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş Şahid1 yerindən cəld qalxaraq onun sağ arxa tərəfindən yaxınlaşıb atəş açmasına mane olmaq və silahı yerə salmaq məqsədi ilə silahı tutduğu sol əlindən vurduqdan sonra silahın lüləsi həmin vaxt əsgər Məhkum sol tərəfdə, 98 (doxsan səkkiz) sm məsafədə olan əsgər Zərərçəkmiş şəxs2 tərəf istiqamətlənsə də, silah yerə düşərkən artıq əsgər Məhkum barmağı tətikdən aralandığından atəşlərin ardıcıllığı dayanmış və o, köməyə gəlmiş yataqxanadakı digər hərbi qulluqçular tərəfindən zərərsizləşdirilsə də, açdığı atəşlər nəticəsində həyat üçün təhlükəli olmaqla sağlamlığa qəsdən ağır zərər vurmaya aid «Ürək, hər iki ağciyər, diafraqma, mədə, bağırsaqlar və sidik kisəsinin zədələnməsi, kəskin qanitirmə, hemopnevmotoraks, hemoperitoneum, sağ V, Vİ və Vİİ qabırğalar, İİ döş fəqərəsi, sol dir sək sümüyü, sol əlin İİİ daraq sümüyünün qəlpəli yerdəyişən sınıqları ilə müşayiət olunan, bədənin çoxsaylı kor və dəlib keçən odlu silah güllə yaralanması» xəsarətlərini almış kiçik leytenant Vüqar Əliyev aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 iyun 2024-cü il tarixli 1-1(104)-72/2024 nömrəli qərarının ləğv edilməsi və iş üzrə ədalətli qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. Məhkum kassasiya şikayətində göstərmişdir ki, hadisəni törədən zaman anlaqsız vəziyyətdə olmuşdur və heç bir şey xatırlamır. O, hadisəni törətdiyini gecə 00:15 radəsində manqa komandiri onu yuxudan oyanan zaman öyrənmişdir. O, 15 yaşında psixatrik müalicə müəssəsində 7 aya qədər müalicə almışdır. Psixatrik vəziyyətinə görə də Hərbi komissarlıq tərəfindən ona 1 il möhlət verilmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun müdafiəçisi Ç.Kərimovun, verilmiş kassasiya şikayətinin təmin edilməməsi barədə zərərçəkmişin hüquqi varisi Zərərçəkmiş şəxs1 və dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraci ətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı h əqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CM-in cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və mə zmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayə t qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərə findən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir. Verilmiş şikayətdə məhkum əməli anlaqsız vəziyyətdə törətdiyini və onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 19-cu maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə şərtləri müəyyən olunmuş yaş həddinə çatmış və cinayət törətmiş anlaqlı şəxs nəzərdə tutulur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsində göstərilmişdir ki, anlaqsızlıq - 21.1. İctimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) törətdiyi zaman anlaqsız vəziyyətdə olmuş, yəni xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, əqli gerilik və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizl iyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməyən və ya onu idarə edə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilmir. - 21.2. Anlaqsız vəziyyətdə ictimai təhlükəli əməl (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs barəsində məhkəmə tərəfindən bu Məcəllə ilə nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər” Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, cinayət işinin materiallarına əsasən Məhkum cinayət törədərkən anlaqlı olmuş və törətdiyi əməlin ictimai təhlükəliliyini qavramışdır. “Məhkəmələr tərəfindən tibbi xarakterli məcburi tədbirlərin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8 noyabr 2012-ci il tarixli qərarın 3-cü bəndinə əsasən şübhəli, təqsirləndirilən şəxsə və məhk uma əvvəllər psixi pozuntu diaqnozu qoyulması, psixiatrik kömək göstərilməsi, psixiatrik stasionarına yerləşdirilməsi, başqa cinayət işi üzrə anlaqsız hesab edilməsi, psixi vəziyyətinə görə hərbi xidmətə yararsız hesab edilməsi, psixi inkişafı zəif və məhdud olan şəxslər üçün məktəblərdə təhsil alması, əvvəllər kəllə-beyin travması alması, habelə mümkün psixi pozuntunun mövcudluğuna dəlalət edən hərəkətlərindəki və ifadələrindəki qəribəliklər, özünün psixi nigarançılığı barədə şəxsi mülahizələri və s. belə şübhələr olduqda CPM-in 140.0.2-ci maddəsinə əsasən məhkəmə-psixiatrik ekspertizasının təyin edilməsi və keçirilməsi vacibdir. Həmin qərarın 14-cü bəndinə əsasən cinayət qanununda nəzərdə tutulmuş əməlin şəxs tərəfindən anlaqsız vəziyyətdə törədilməsi sübuta yetirildikdə və tibbi xarakte rli məcburi tədbirlərin tətbiqi əsasları müəyyən edildikdə məhkəmə CM-in 21.1-ci maddəsinə əsasən onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə qərar qəbul edir. Bu zaman qərarın təsviri təsviriəsaslandırıcı hissəsində məhkəmə tərəfindən tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmiş şəxsin törətdiyi əməlin halları, əməllərinə hüquqi qiymət verilməsi və qəbul edilmiş qərarın motivləri, nəticə hissəsində isə şəxsin cinayət məsuliyyətindən azad edilməsi və ona tətbiq edilən tibbi xarakterli məcburi tədbirin növü, habelə maddi sübutların taleyinin həlli göstərilməlidir. Aşağı instansiya məhkəmələri tərəfindən tətqiq olunmuş və məhkəmə qərarlarında öz əksini tapmış, məhkəmə psixiatrik-ekspertizasının 07 iyul 2023-cü il ta rixli 1842 nömrəli rəyindən görünür ki, Məhkum hərbi xidmətə çağırılmamışdan əvvəl, yəni mülki həyatda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkməmiş, anamnestik məlumatlara və təqdim edilmiş tibbi sənədlərə görə onda istero-nevrotik reaksiyalar təzahür etmişdir. Aparılan müayinə gedişatında Məhkum hərbi xidmət dövründə və hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmədiyi müəyyən edilmişdir. Məhkum göstərilən cinayət əməli törətdiyi zaman onun psixi vəziyyəti, hadisə önü, yəni kiçik leytenant X3 çoxsaylı atəşlər açaraq öldürməsi Məhkum yaranmış Situasiya ilə əlaqəli psixopatik reaksiya kimi qiymətləndirilmişdir. Məhkum həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz h ərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Məhkum ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmuş, onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 ci maddəsinin təsiri altına düşməmiş, öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarında olmuş, məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkum qərarda göstərilən cinayət əməlini törədən zaman pataloji affekt vəziyyətində olmamışdır. Məhkum həmin əməli törətməsi psixi xəstəliklə əlaqədar olmamışdır. Bundan başqa olan məhkəmə-psixoloji ekspertizasının 1 avqust 2023-cü il tarixli 11/262 nömrəli rəyindən görünür ki, Məhkum fərdi-psixoloji xüsusiyyətlərinə görə introvertə (insanın psixi fəaliyyətinin daxili aləminə yönəlməsi) daha yaxındır. Məhkum f ərdi-psixoloji xüsusiyyətlərində özünə qapanıqlıq, laqeydsizlik, söz götürməyi xoşlamayan, xırda bir məsələdən təsirlənən, səbrsizlik kimi əlamətlər müəyyən olunur. Məhkum fərdi-psixoloji xüsusiyyətlərində üzə çıxan söz götürməyi xoşlamayan, xırda bir məsələdən təsirlənən, səbrsizlik kimi əlamətlərin olması onun hadisədən əvvəlki dövrdə davranış aktlarına öz təsirini göstərməyə bilməzdi. Məhkum hadisədən əvvəlki dövrdə emosional gərginlik halını keçirmişdir. Kiçik leytenant X2 1 mart 2023-cü il tarixdən 3 mart 2023-cü il tarixədək əsgər Məhkum irad tutmasının, aralarında yüngül mübahisənin yaranması əsgər Məhkum emosional halına neqativ təsir göstərmişdir. Məhkəmə kollegiyası Məhkum hadisədən əvvəlki dövrdə emosional gərginlik halını keçirməsi, kiçik leytenant X2 1 mart 2023-cü il tarixdən 3 mart 2023-cü il tarixədək ona irad tutmasının, aralarında yüngül mübahisənin yaranması emosional halına neqativ təsir göstərməsi və hadisə zamanı kiçik leytenant Vüqar Əliyevə çoxsaylı atəşlər açaraq öldürməsi onda hadisə ilə əlaqəli psixopatik reaksiyanın yaranması, ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətlərinin aşkar olunmaması, həmin dövrdə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmasına dair məhkəməpsixiatrik və psixoloji ekspertizalarının rəylərini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Məhkum psixoloji gərginlik vəziyyətində və əsəbli halda cinayəti törətməsi onu cinayət məsuliyyətindən azad etmir. Məhkumun törətdiyi əməl Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla, yəni şahid ifadələri, ekspert rəyləri və bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Məhkum еdilmiş şəхs Məhkum cəzа təyin еdilməsi ilə bağlı məhkəmə kоllеgiyаsı apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Məhkəmə cəza təyin edərkən məhkumun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və cəzasını ağırlaşdıran halların olmamasını düzgün nəzərə almış, ona törətdiyi cinay ətin ağırlığına, şəxsiyyətlərinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-in 8, 41.2, 58.3, 59 və 61-ci maddələrinin tələblərinə tam riayət etmişdir. Konstitusiyanın 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi kimi təsbit edilmişdir. Hüquqi və demokratik dövlətə xas olan dəyərlərə əsaslanan Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatı da müəyyənləşdirmişdir. Cinayət qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prins iplərinə əsaslanmaqla, cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini, həcmini, eləcə də digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir (Cinayət Məcəlləsinin 1.2 və 2.2-ci maddələri). Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiya məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 iyun 2024-cü il tar ixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayət təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası qərara alır: Kasassiya şikayəti təmin edilməsin. Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 iyun 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar