Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-114/2025 10.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət məhkəmə tərkibində, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Məhkum – Məhkum, Müdafiəçi – Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili X7 iştirakları ilə, Bakı Hərbi Məhkəməsinin 17 dekabr 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.9-cu maddə si ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində olan cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 fevral 2025-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Hərbi Məhkəməsinin 17 dekabr 2024-cü il tarixli 1-1(093)-192/2024 nömrəli (hakim: Ağayev Zeynal Qurban oğlunun sədrliyi ilə) hökmü ilə xx xxxxxxxx 1991-cı ildə Şəki rayonu x kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, x alayının x mühafizə taborunun 2-ci mühafizə tağımının 3-cü manqasının atıcısı, x kiçik giziri vəzifəsində xidmət etmiş, x kəndində qeydiyyatda olmaqla, xxx küçəsində yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “CM-in”) 1 20.2.9-cu maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, onun 17 (on yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının tutulduğu vaxtdan, yəni 27 aprel 2024-cü il tarixdən hesablanması, barəsində seçilmiş «həbs» qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs mülki iddiası üzrə əlavə araşdırma tələb olunduğundan mülki iddianın baxılmamış saxlanılması və zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs mülki iddianın mülki icraat qaydasında verməsi hüququnun izah edilməsi müəyyən edilmiş, həmçinin iş üzrə maddi sübut və məhkəmə xərci ilə bağlı məsələlər həll edilmişdir. Hökmdən təqsirlə ndirilən şəxs və müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Ağayev Rəşadət Əhməd oğlu (sədrliyi və məruzəsi ilə), Əsgərova Ruhiyyə Orucəli qızı və Hüseynov Mirbahəddin Mirdamət oğlundan ibarət məhkəmə tərkibində) 20 fevral 2025-ci il tarixli 1-1(105)-7/2025 nömrəli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Hərbi Məhkəməsinin 17 dekabr 2024-cü il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin həmin qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: İbtidai istintaq orqanı tərəfindən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.9-cu maddəsi ilə ittiham elan edilmişdir ona görə ki, qəsdən köməksiz vəziyyətdə olan adamı öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Belə ki, o, x mühafizə taborunun 2-ci mühafizə taqımının 3-cü manqasının atıcısı vəzifəsində, x kiçik giziri hərbi rütbəsində xidmət etdiyi müddətdə, 12 sentyabr 2022-ci il tarixdən etibarən X-in Bakı şəhəri ərazisində yerləşən Mühafizə alayının atıcı taqımında ezamiyyətdə olarkən iş vaxtından sonra, 26 aprel 2024-cü il tarixdə gecə saat 23 radələrində yaşadığı X rayonunun X kəndində X küçəsində yerləşən “x” kafesində tanışı, X8 ilə birlikdə spirtli içki qəbul etdikdən sonra sonuncunun onun ünvanına nalayiq ifadələr deməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı X-in sifət nahiyəsinə bir yumruq zərbəsi vurmuş və orada olan şəxslər onları ayıraraq mübahisənin davam etməməsi üçün X-i kafedən çölə çıxarıb yaşadığı evə yola salmışlar. Bir qədər sonra, yəni 27 aprel 2024-cü il tarixdə saat 01:10 radələrində Məhkum tanışı Şahid1 ilə birgə X rayonu, X kəndi, X küçəsi ilə evlərinə gedərkən X küçəsi, ev 13 ünvanında yerləşən evin qarşısında olduğu zaman anidən X Məhkumlə aralarında baş vermiş mübahisəni aydınlaşdırmaq məqsədi ilə yaşadığı ev istiqamətindən gələrək onların qarşısına çıxmış və Məhkum ünvanlanmış şəkildə “mənə nəyi yedizdirəcəksən” deyə soruşub ünvanına nalayiq ifadələr işlədərək sağ əli ilə ona yumruq zərbəsi ilə vurmaq istəmiş, lakin Məhkum zərbədən yayınaraq geriyə doğru çəkildiyindən X müvazinətini itirərək yerə yıxılmışdır. Daha sonra Məhkum, yerdə olan X-in baş nahiyəsinə yumruq zərbələri ilə vurmağa başlamış, lakin X sərxoş olduğu üçün Məhkum fiziki müqavimət göstərmək iqtidarında olmamasına baxmayaraq onun və ailə üzvlərinin ünvanına durmadan ağır söyüşlər söyməyə davam etmiş və beləliklə onlar bir-birilərinə qarşı zor tətbiq edərək dava etməyə başlamışlar. Təxminən 30-35 dəqiqə ərzində müxtəlif vaxt aralıqları ilə dava etdikləri zaman Məhkum X-in bədəninin müxtəlif nahiyələrinə, yəni, qarın, sinə, baş, sifət, boğaz nahiyələrinə çoxsaylı yumruq və təpik zərbələri vuraraq sonuncuya həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid “Baş beyinin ödemi, baş beyinin ənsə-təpə nahiyələrinə qansızma. Başın ənsə-təpə nahiyəsinin dərialtı hematoması, səthi əzilmiş yaraları” xəsarətlərini, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmanın əlamətlərinə malik “Burun sümüklərinin qapalı ye rdəyişən sınıqları” xəsarətlərini, hər biri ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malik olduqlarından dərəcələri təyin edilməyən “bədənin çoxsaylı qançır və sıyrıqları” xəsarətlərini yetirmişdir. Buna baxmayaraq, X yenə də Məhkum qarşı söyüşlər söyməyə davam etdiyi üçün o, bundan daha da qəzəblənərək X-ə çoxsaylı bədən xəsarətləri yetirməsindən kifayətlənməyib, onun sərxoş halda yerdə uzanmış vəziyyətdə olmaqla fiziki olaraq müqavimət göstərmək imkanını qismən itirməsindən istifadə edərək onu boğmaqla qəsdən öldürmək qərarına gəlmişdir. Bu məqsədlə Məhkum X-in həyatı və sağlamlığı üçün real təhlükə törətdiyinə baxmayaraq, öz əməlinin ictimai təhlükəli olduğunu dərk edib onun ictimai təhlükəli nəticələrini qabaqcadan görsə də buna əhəmiyyət verməyərək öz cinayət kar hərəkətlərini davam etdirməklə köməksiz vəziyyətdə olan sonuncunun boğazından hər iki əli ilə sıxaraq nəfəs ala bilməməsi üçün bir neçə dəqiqə həmin vəziyyətdə saxlamaqla boğub X-ə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid “Dilatlı sümüyün travmatik sınığı. Boyunun yumşaq toxumalarına qansızma, dilaltı sümük, udlaq, qida borusu və traxeya ətrafı yumşaq toxumalara qansızmalar. Çənəaltı nahiyənin qançırı, boyun nahiyəsinin sıyrıqları” xəsarətlərini yetirməklə onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olan X-in boyun üzvlərini əllə sıxıb boğaraq baş vermiş mexaniki asfiksiya nəticəsində qəsdən öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışd ır ki, istintaq zamanı həm özünün, həm də zərərçəkmiş şəxsin hadisə baş verərkən spirtli içkinin təsiri altında olması tam sübuta yetirilmiş, bununla da əməli CM-in 120.2.9-cu maddəsi ilə düzgün tətbiq edilməyərək onun vətəndaş hüquqları kobud şəkildə pozulmuşdur. Məhkəmə prosesində özünü qismən təqsirli bilərək bir neçə şifahi etirazlar və vəsatətlər verməsinə baxmayaraq məhkəmə istintaqı qərəzli və sifarişli şəkildə keçirilmiş və nəticədə barəsində 17 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Odur ki, göstərilənlərə əsasən, həmçinin uzun müddət qüsursuz olaraq X-in alayının mühafizə taborunda xidmət etməsini və ailəli olmaqla himayəsində üç azyaşlı övladının olmasını da nəzərə alaraq Sumqayıt Apellyasiya Məhkəməsinin 20 fevral 2025ci il tarixli qərarının ləğv edərək, i şin yenidən apellyasiya baxışına təyin edilməsinə və ya əməlin CM-in 120.2.9-cu maddəsindən həmin Məcəllənin 120.1-ci maddəsinə tövsif edilərək barəsində daha yüngül cəzanın təyin edilməsinə dair qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Məhkum çıxış edərək, törətdiyi əməlin CMin 120.1-ci maddəsinə tövsif edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində müdafiəçi X13 çıxış edərək, verilmiş kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlu çıxış edərək, kassasiya şikayətinin təmin edilməməsini v ə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 fevral 2025-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsas lardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində onun barəsində məhkəmələr tərəfindən qanunsuz və ədalətsiz hökm qəbul edildiyi, əməlinin düzgün tövsif edilmədiyi, əməlin Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsi ilə tövsif edilməli olduğu halda, əsassız olaraq həmin Məcəllənin 120.2.9-cu maddəsi ilə tövsif edildiyi, bununla da sübutlar və sübutetməyə dair cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinin kobud şəkildə pozulduğu, o cümlədən barəsində təyin edilmiş cəzanın ağır olduğu iddia edilmiş və mübahisələndirilən qərarın ləğv edilməsini və ya dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə), 416.1.15 (məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə) və 416.1.21-ci (məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası qeyd olunan kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri hesab edir və bu müraciətlərlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 fevral 2025-ci il tarix li qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əl aqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə ci nayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsi nin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayə t Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarı). Kassasiya məhkəmə kollegiyası fikri davam etdirərək qeyd edir ki, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri (CPM, 28 və 33-cü maddələr), sübutlar və sübutetməyə dair normalar, o cümlədən cinayət-prosessual qanunun 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar da (CPM, maddə 349.5) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbər liyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş olar, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona isnad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Cinayət-Prosessual Məcəlləsinin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə əsaslı sayıla bilər. Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, proses iştirakçılarının məhkəmə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 fevral 2025-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» 2002-ci il 12 dekabr tarixli qərarında göstərilmişdir ki, Qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birba şa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmişin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. CM-in 120.2.9-cu maddəsi ilə (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) məsuliyyət o vaxt yaranır ki, zərərçəkmiş şəxs özünün fiziki və ya psixi qüsurlarına görə təqsirkara müqavimət göstərmək imkanına malik olmur və cinayət törədən şəxs bunu dərk edir. Məsələn, köməksiz vəziyyətdə olma dedikdə zərərçəkmişin müqavimət göstərə bilməməsinə səbəb olan qocalıq, əlillik, azyaşlı olma, ağır xəst əliyə tutulma, eləcə də özünə qarşı edilən hərəkətlərin ictimai təhlükəli xarakterini dərk etməyə mane olan psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması və s. bu kimi hallar başa düşülür. Əgər təqsirkar zərərçəkmişin huşsuz, yatmış, ağır sərxoş vəziyyətdə olması və s. bunlara bənzər hallarını cinayətin törədilməsini asanlaşdıran xüsusiyyətlər kimi nəzərə alaraq, yəni belə vəziyyətdə olmasına görə zərərçəkmiş şəxsin müqavimət göstərə bilməyəcəyini dərk edərək onu qəsdən öldürürsə, əməl CM-in 120.2.9-cu maddəsi ilə tövsif olunmalıdır. Qeyd olunanlara əsasən, məhkum tərəfindən verilmiş kasasiya şikayətinin dəlillərini iş materialları ilə birgə tədqiq edən məhkəmə kollegiyası hesab edir ki, Məhkum təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə c inayətini törətməsi apellyasiya instansiyası məhkəməsində tədqiq olunmuş mötəbər, birbirilə uzlaşan sübutların məcmusu ilə tam təsdiq olunur. Kassasiya məhkəmə kollegiyası kassasiya şikayətində qeyd edilmiş, qəsdən adam öldürmə cinayətinin aşkar surətdə köməksiz vəziyyətdə olan adama qarşı törədilməsini təsdiq edən hər hansı bir sübutun olmaması barədə dəlillərini tamamilə əsassız hesab edir. Belə ki, məhkum tərəfindən kassasiya şikayətində irəli sürülən əsas arqument ondan ibarətdir ki, hadisə zamanı həm təqsirləndirilən, həm də zərərçəkmiş şəxs sərxoş olmuş, bu səbəbdən əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.9-cu maddəsi ilə deyil, 120.1-ci maddəsi ilə tövsif edilməlidir. Lakin bu arqument iş üzrə müəyyən edilmiş faktiki hallar, sübutların məcmusu və qüvvədə olan qanunve riciliyin tələbləri ilə uzlaşmır və hüquqi baxımdan əsassızdır. İş üzrə müəyyən olunmuş hallardan aydın şəkildə görünür ki, Məhkum zərərçəkmiş X-ə əvvəlcə çoxsaylı bədən xəsarətləri yetirmiş, sonuncu sərxoş vəziyyətdə yerə yıxıldıqdan və fiziki müqavimət göstərmək imkanını qismən itirdikdən sonra isə cinayətkar niyyətini daha da ağırlaşdıraraq onu boğmaqla qəsdən öldürmək qərarına gəlmişdir. Məhkum zərərçəkmişin yerdə uzanmış, sərxoş və faktiki olaraq müdafiəsiz vəziyyətdə olmasını dərk etmiş, məhz bu vəziyyətdən istifadə edərək onun boğazını hər iki əli ilə bir neçə dəqiqə sıxmaqla nəfəs almasını qeyri-mümkün etmiş və nəticədə mexaniki asfiksiya nəticəsində ölümün baş verməsinə səbəb olmuşdur. Bu hallar göstərir ki, zərərçəkmiş şəxsin köməksiz vəziyyətdə olması təsadüfi deyil, Məhkum tərə findən şüurlu şəkildə dərk edilmiş və cinayətin törədilməsini asanlaşdıran hal kimi istifadə olunmuşdur. Məhkum öz əməlinin ictimai təhlükəli xarakterini dərk etmiş, onun nəticələrini qabaqcadan görmüş, lakin buna baxmayaraq cinayətkar hərəkətlərini davam etdirmişdir. Bu isə qəsdin mövcudluğunu və cinayətin ağırlaşdırıcı hal şəraitində törədildiyini bir daha təsdiq edir. Kassasiya məhkəmə kollegiyası daha geniş izah verərək, qeyd edir ki, cinayət hüququ baxımından “köməksiz vəziyyət” o halda mövcud sayılır ki, zərərçəkmiş şəxs özünü müdafiə etmək, müqavimət göstərmək, yaxud baş verənlərin ictimai təhlükəli xarakterini dərk etmək imkanından faktiki olaraq məhrum olsun və təqsirkar şəxs bu halı dərk etsin. Yəni, hüquqi meyar sərxoşluğun özü deyil, sərxoşluğun nəticəsidir. Əgər şəxs sadəcə sp irtli içki qəbul etmiş, lakin ayaqda durmaq, hərəkət etmək və müqavimət göstərmək qabiliyyətini saxlamışdırsa, bu hal köməksiz vəziyyət kimi qiymətləndirilmir. Lakin şəxs yerdə uzanmış, müvazinətini itirmiş, fiziki müqavimət göstərə bilməmiş və ya huşunun aydınlığı ciddi şəkildə pozulmuş vəziyyətdədirsə, bu artıq köməksiz vəziyyət sayılır. Beləliklə, ağır sərxoşluq nəticəsində müqavimət imkanının itirilməsi köməksiz vəziyyət deməkdir və bu hal təqsirkar tərəfindən dərk edilərək istifadə olunarsa, cinayətin ağırlaşdırıcı əlaməti kimi, o cümlədən CM-in 120.2.9-cu maddəsi üzrə tövsif üçün hüquqi əsas yaradır. Müdafiə tərəfinin hər iki şəxsin sərxoş olmasını yüngülləşdirici və ya tövsifi dəyişən hal kimi təqdim etməsi hüquqi baxımdan yanlışdır. Cinayət hüququna əsasən, sərxoşluq halı, əgər zər ərçəkmişin köməksiz vəziyyətini formalaşdırır və təqsirkar bu haldan istifadə edirsə, əksinə, CM-in 120.2.9-cu maddəsinin tətbiqi üçün əsas yaradır. Təqsirləndirilən şəxsin sərxoş olması isə onun qəsdini və əməlin ictimai təhlükəliliyini aradan qaldırmır və əməl tövsifinə təsir göstərmir. Beləliklə, iş üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutların məcmusu Məhkum zərərçəkmiş X-i onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olduğu halda qəsdən həyatdan məhrum etdiyini tam sübuta yetirir. Bu səbəbdən əmələ CM-in 120.2.9-cu maddəsi ilə hüquqi qiymət verilməsi qanuni və əsaslıdır, kassasiya şikayətində irəli sürülən dəlillər isə əsassız hesab edilməli və məhkəmə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum CM-in 120.2.9-cu maddəsi ilə təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmənin yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi mötəbər, mümkün və bir-birini tamamlayan sübutlar birinci instansiya məhkəməsinin hökmündə ətraflı şərh edildiyindən kassasiya məhkəmə kollegiyası bütün sübutları təkrarən sadalamağa zərurət görmür. Cinayət-prosessual qanunvericiliyinin, o cümlədən Azərbaycan Respublikası CPM-in 21, 28, 33 və 353.2.2-ci maddələrinin tələblərindən göründüyü kimi, cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildiyi halda onun təqsirli bilinməsinə yol verir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarının mülahizələrə əsaslana bilməsinin istisna edilməsi və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunması tələbində təsbit olunmuşdur. Eyni zamanda, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipi hakimlərdən tələb edir ki, cinayət mühakimə icraatını həyata keçirərkən cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirsinlər. Nəticə olaraq, qanunverici məhkəmənin ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutların və onun tərəfindən digər sübutların rədd edilməsi motivlərinin göstərilməsi tələbini müəyyən etmişdi r. Odur ki, cinayət işinin materiallarını, o cümlədən iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ekspert rəylərini və ibtidai istintaq hərəkətlərinə dair protokolları kassasiya şikayətinin dəlilləri ilə müqayisəli təhlil edən kassasiya məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Məhkum zərərçəkmiş X4 fiziki olaraq köməksiz vəziyyətdə olduğunu dərk etməsinə baxmayaraq zorakılıq hərəkətlərini davam etdirmiş, onu boğmaq qərarına gələrək boğazını hər iki əli ilə bir neçə dəqiqə sıxmaqla nəfəs almasını mümkünsüz etmiş və nəticədə sonuncunun mexaniki asfiksiya nəticəsində ölümünə səbəb olmuşdur. Aşağı instansiya məhkəmələrinin bu barədə gəldiyi nəticə kassasiya məhkəmə kollegiyası tərəfindən əsaslı və qanuni hesab olunur. Müdafiə tərəfi kassasiya şikayətində müxtəlif prosessual hərəkətlərin keçi rilməsi ilə əldə olunmuş sübutların prosessual qanunvericiliyin tələblərinə müvafiq tədqiq edilmədiyi və iş üzrə ədalətli məhkəmə araşdırılması aparılmadığı iddia edilmişdir. Lakin məhkəmə araşdırması zamanı müəyyən olundu ki, kassasiya şikayətində irəli sürülmüş iddiaların əksinə olaraq, məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayətmühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmələr tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, apellyasiya məhkəməsinin qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum CM-in 120.2.9cu maddəsi ilə təqsirliliyi barədə yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəza məsələsinə də münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də, cinayətkarlıqla mübarizədə əsas diqqət sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin x arakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Kassasiya məhkəmə kollegiyası kassasiya şikayətində məhkum barəsində cəzanı yüngülləşdirən hallara dair dəlillərinə qiymət verərək qeyd edir ki, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, cəzanı yüngülləşdirən halların dairəsi qanunla məhdudlaşdırılmır və Cinayət Məcəlləsinin 59-cu maddəsində göstərilməyən başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Lakin, o da nəzərdən qaçırılmamalıdır ki, cəzanın yüngülləşdirilməsinə dair əsaslar müəyyən olunduqda belə, bu hallar cəzanın təyinində əhəmiyyət kəsb edən, o cümlədən CM-in 8, 58.3-c ü maddələrində göstərilən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin realizə edilməsinə təsiri kimi məsələlərlə birlikdə götürülməklə həll edilməlidir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyəti olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır və cinayət qanununda nəzərdə tutulmuş güzə ştli institutlar elə tətbiq olunmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. İş materiallarından görünür ki, apellyasiya məhkəməsi tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən halın (himayəsində üç azyaşlı uşağının olması) olması, ağırlaşdıran halların isə olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Qeyd olunan cinayət-hüquqi normalarına əsasən və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, məhkumun cəzanın məsuliyyəti yüngülləşdirən halların düzgün nəzərə alınmaması ilə təyin edildiyi üçün qeyri-qanuni olması haqqında iddiasının əsaslı olmadığı müəyyən edilir. Odur ki, məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi ndə nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, Məhkum tərəfindən verilmiş kassasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin ed ilməsin. Bakı Hərbi Məhkəməsinin 17 dekabr 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.9-cu maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində olan cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 fevral 2025-ci il tarixli qərarı kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1-1(102)-114/2025
Ali Məhkəmə Qərar — İş №1-1(102)-114/2025
10.02.2026
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver