Məhkəmə qərarları › İş №1-1(102)-116/2025

Ali Məhkəmə Qərar — İş №1-1(102)-116/2025

09.01.2026
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-116/2025 09.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Hüseynov Zaur Nazim oğlu (sədrlik edən və məruzəçi), Cəfərov İlqar Xanlar oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, İbişova Səbinə Şirazi qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru X1, Zərərçəkmiş şəxsin hüquqi varisi Kosayev Kamil Muğal oğlunun, Müdafiəçi – Bakı şəhəri 36 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4 iştirakları ilə, xx.xx.N03-cü il tarixdə Qazax rayonunun Daş Salahlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunma mış, Qazax rayonunun Daş Salahlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 1N.2.4, 228.2.2, 228.4 və 232.2.2-ci maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının N25-ci il 23 aprel tarixli 11(103)-24/N25 nömrəli qərarından zərərçəkmiş şəxsin hüquqi varisi Kosayev Kamil Muğal oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Hərbi Məhkəməsinin N25-ci il 31 yanvar tarixli 1-1(093)-26/N25 nömrəli hökmü ilə (hakimlər Z.Ağayev (sədrlik edən), C.Ramazanov və F.Əliyev) Məhkum Azərbaycan Respublikası CM-in 1N.2.4, 228.2.2, 228.4 və 2 32.2.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona CM-in 1N.2.4-cü maddəsi ilə 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 228.2.2-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 228.4-cü maddəsi ilə 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 232.2.2-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 17 (on yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisində çəkməsi, cəzasının əvvəlinin xx.xx.N24-cü il tarixdən hesablanması hökm edilmişdir. Hökmlə həmçinin qətimkan tədbiri, maddi sübut və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir. Hökmdən məhkum və zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş apellyasiya şikayətlərinə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının N25-ci il 23 aprel tarixli 1-1(103)-24/N25 nömrəli qərarı ilə (hakimlər M.Abbasov (sədrlik edən), E.Əliyev və Ə.Məmmədov) apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Hərbi Məhkəməsinin N25-ci il 31 yanvar tarixli 1-1(093)-26/N25 nömrəli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının N25-ci il 23 aprel tarixli 1-1(103)24/N25 nömrəli qərarından zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum qanunsuz olaraq soyuq silahı əldə etməklə gə zdirmiş, habelə öz qulluq mövqeyindən istifadə etməklə təkrarən odlu silahı, onun komplekt hissələrini, döyüş sursatlarını talayıb, qanunsuz olaraq saxlamış və gəzdirmiş, həmçinin ümumi təhlükəli üsulla qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Belə ki, o, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 2-ci əməliyyat taborunun 5ci əməliyyat bölüyünün 3-cü əməliyyat tağımının 2-ci əməliyyat qrupunun kəşfiyyatçı qumbaraatını vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi, əsgər hərbi rütbəsində xidmətdə olarkən, təxminən N23-cü ilin sentyabr ayında Qazax rayonu ərazisində yerləşən və ünvanı istintaqa məlum olmayan hərbi geyimlərin və əşyaların satışının həyata keçirildiyi mağazadan zavod üsulu ilə hazırlanmış bir tərəfi ucu deşici xassəy ə malik olan ümumi təyinatlı soyuq silah hesab edilən bir ədəd ov bıçağını almaqla qanunsuz olaraq əldə etmiş, həmin vaxtdan etibarən qeyd olunan soyuq silahı çantasında saxlayaraq xidmət yeri olan Goranboy rayonu Yuxarı Ağcakənd kəndi ərazisində yerləşən N nömrəli hərbi hissəyə aparmaqla qanunsuz olaraq gəzdirmiş, daha sonra N aprel N24-cü il tarixdə Abşeron rayonu Pirəkəşkül qəsəbəsində yerləşən N nömrəli hərbi hissəyə ezam olunduğundan çantasında saxladığı soyuq silahı özü ilə həmin hərbi hissəyə gətirərək qanunsuz olaraq üzərində gəzdirməklə yataqxanada özünə məxsus bağlı dolabda saxlamışdır. Məhkum soyuq silah hesab edilən həmin bıçağı 26 iyun N24-cü il tarixədək də mütəmadi olaraq buraxılış və məzuniyyətdə olduğu müddətlərdə qanunsuz olaraq üzərində gəzdirmiş və həmin tarixdə saat 21 radələrində ünvan 3 ünvanında saxlanılan zaman üzərində aşkar edilərək götürülmüşdür. Bundan başqa, Məhkum yuxarıda qeyd olunan vəzifədə və hərbi rütbədə xidmətdə olarkən Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin N aprel N24-cü il tarixli əmri ilə Abşeron rayonu Pirəkəşkül qəsəbəsində yerləşən N nömrəli hərbi hissənin ərazisində “Komando bölmələrinin mobilləşdirilməsi kursu”nda 1-ci təlim taborunun 2-ci təlim bölüyünün 3-cü tağımında müvafiq kurslara cəlb edilmiş və 12 may N24-cü il tarixdə axşam saatlarında əvvəllər tanımadığı, Qazax rayonunun Daş Salahlı kəndinin sakini vətəndaş X3 ona mobil telefonla zəng edərək həmkəndlisi Şahid2 ilə telefonla danışdığı zaman aralarında olan mübahisəni aydınlaşdırmaq üçün Bakı şəhəri Nizami rayonu “Koroğlu metrostansiyası”nın yaxınlığınd a görüşməyi təklif etmiş, Məhkum də T.Kosayevlə razılaşaraq həmin əraziyə gəlmiş və orada T.Kosayev heç bir söz demədən Məhkum sifət nahiyəsinə sillə zərbəsi vuraraq onu və ailə üzvlərini təhqir edib, kənd içində biabır edəcəyi ilə hədələmiş və ondan həmkəndliləri Şahid2 sonuncu ilə mobil telefonda kobud şəkildə danışaraq hörmətsizlik etməsi səbəbindən üzr istəməsini tələb etmişdir. Məhkum də mübahisənin davam etməməsi üçün T.Kosayevlə razılaşaraq Şahid2 üzr istəməsi barədə sonuncuya “watsapp” mobil tətbiqi vasitəsi ilə səsli mesaj göndərmişdir. Bundan bir neçə gün sonra, Məhkum T.Kosayevin həmin hərəkətinə görə, yəni ona sillə zərbəsi vurması, ailə üzvlərinə qarşı nalayiq sözlər işlətməsi və digər şəxsdən üzr istəməyə məcbur etməsinə görə sonuncunu öldürmək qərarına gəlmişdir. Bu məqsəd lə Məhkum 7-14 iyun N24-cü il tarixlərdə Müdafiə Nazirliyinin Sumqayıt şəhəri X2 qəsəbəsi ərazisində yerləşən N nömrəli hərbi hissəsinin ərazisindəki poliqonda təşkil edilmiş təlim atışlarında iştirak edən zaman öz qulluq mövqeyindən istifadə edərək hərbi hissə komandirinin N may N24-cü il tarixli əmri ilə özünə təhkim olunmuş “Strike-1” markalı “AZ014623P” seriya və nömrəli tapança silahda istifadə etmək üçün verilmiş və döyüş sursatı hesab edilən patronlardan talamağı qətiləşdirmiş və bir ədədinin dəyəri 60 (altmış) qəpik, cəmi dəyəri 7 (yeddi) manat N (iyirmi) qəpik təşkil edən, ümumilikdə 12 (on iki) ədəd 9x19 mm kalibrli istifadəyə yararlı olan döyüş sursatı hesab edilən patronları təlimin həyata keçirildiyi Sumqayıt şəhəri X2 qəsəbəsi ərazisində yerləşən N nömrəli hərbi hissəsinin ər azisindəki poliqonda 12-14 iyun N24-cü il tarixlərində iki dəfəyə olmaqla gizli yolla oğurlayaraq talamış və həmin patronları əsgər yataqxanasında olan bağlı dolabda gizlətməklə təkrarən öz qulluq mövqeyindən istifadə etməklə döyüş sursatlarını talamış və qanunsuz olaraq həmin döyüş sursatlarını saxlamışdır. Bundan başqa, Məhkum yuxarıda qeyd olunan vəzifədə və hərbi rütbədə xidmətdə olarkən 24 iyun N24-cü il tarixdə N nömrəli hərbi hissə komandirinin N may N24-cü il tarixli əmri ilə özünə təhkim olunmuş “Strike-1” markalı “AZ014623P” seriya və nömrəli tapança silahı öz qulluq mövqeyindən istifadə edərək talamaq qərarına gəlib, bu məqsədlə həmin tarixdə saat 13 radələrində Abşeron rayonu Pirəkəşkül qəsəbəsində yerləşən N nömrəli hərbi hissənin ərazisində olan sıra meydanında təşkil edilən düzülüşdən qayıdıb qeyd olunan tapançanı və onun komplekt hissəsi hesab edilən 02 (iki) ədəd sandıqçanı silah otağına müvafiq qaydada təhvil verdikdən sonra, yenidən silah otağına daxil olaraq müvafiq təlim kursunun keçirilməsi ilə bağlı silah otağında şəxsi heyətin və təhvil-təslim edilən sursatların sayının çox olması səbəbindən yaranan qarışıqlıqdan istifadə edib qutuya qoyduğu 01 (bir) ədəd “Strike-1” markalı “AZ014623P” seriya və nömrəli tapançanı və onun kompekt hissəsi hesab edilən 02 (iki) ədəd sandıqçanı gizli yolla oğurlayaraq onları əsgər yataqxanasında olan bağlı dolabda gizlətməklə təkrarən öz qulluq mövqeyindən istifadə etməklə odlu silahı və onun komplekt hissələrini talamış və qanunsuz olaraq odlu silahı və onun komplekt hissələrini saxlamışdır. Bundan sonra, Məhkum əvvəlcə dən planlaşdırdığı niyyətinə uyğun olaraq 26 iyun N24-cü il tarixdə səhər saatlarında buraxılışa buraxıldığı üçün qanunsuz olaraq saxladığı 01 (bir) ədəd “Strike-1” markalı “AZ014623P” seriya və nömrəli tapançanı onun komplekt hissəsi hesab edilən 02 (iki) ədəd sandıqçanı və 12 (on iki) ədəd 9x19 mm kalibrli patronları saxladığı yerdən götürüb çantasına qoyaraq qanunsuz olaraq gəzdirməklə hərbi hissənin ərazisini tərk etmiş və 4 ədəd patronu sandıqçalardan birinə yerləşdirərək tapançanı döyüşə hazır vəziyyətə gətirmişdir. O, hərbi hissədən çıxdıqdan sonra T.K.Kosayevə zəng edərək axşam görüşmələrini təklif etmiş, sonuncu da onunla razılaşaraq saat 19 radələrində Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən “Nərimanov metrostansiyası”nın yanında görüşmüşlər və həmin vaxt yaxınlıqda yerl əşən “BarKod” çay evində əyləşib söhbət etmiş, bir qədər sonra həmin yerdən ayrılaraq piyada gəzib ümumi mövzular ətrafında söhbət etdikdən sonra T.K.Kosayevdən etdiklərinə görə üzr istəməsini gözləsə də, sonuncunun təkrar onunla kobud danışaraq dediyi sözlərin üstündə dayandığını deməsi və öz üstünlüyünü nümayiş etdirməyə çalışması səbəbindən T.K.Kosayevi orada öldürmək qərarını qətiləşdirmişdir. Həmin gün, saat 21:00-da ictimai yer hesab edilməklə insanların kütləvi şəkildə toplaşdığı və sıx hərəkət etdiyi ünvan 3 ünvanının qarşısında olduqları vaxt Məhkum şəxsi münasibətlər zəminində və qisas almaq məqsədilə, qanunsuz olaraq üzərində gəzdirdiyi və döyüşə hazır vəziyyətə gətirdiyi “Strike1” markalı “AZ014623P” seriya və nömrəli tapançanı sağ əli ilə çantasından çıxarıb, açdığı atəş nətic əsində güllənin özündən 88 santimetr məsafədə dayanmış T.K.Kosayevin bədən nahiyəsindən çıxaraq sonuncunun arxasından 99,63 santimetr məsafədən başlayaraq hərəkət edən şəxsiyyətləri istintaqa məlum olmayan şəxslərə dəyməklə həmin şəxslərin də ölə biləcəyini dərk etdiyi və gördüyü halda, bunu arzu etməsə də, şüurlu surətdə yol verərək, T.K.Kosayevi qəsdən öldürmək məqsədi ilə ilkin olaraq T.K.Kosayevin döş qəfəsinin sağ tərəfinə bir dəfə atəş açmış, sonuncu yerə yıxıldıqdan sonra isə T.K.Kosayevin baş nahiyəsinə daha iki dəfə atəş açaraq sonuncunun ölümünə səbəb olan travmatik şok, kəllə sümüklərinin, baş beyin toxumasının və hər iki ağciyərin zədələnməsi isə müşayiət olunan döş qəfəsinin sağ və sol yarısının dəlib keçən 03 (üç) ədəd odlu silahdan açılmış güllə yarası xəsarətlərini yetirə rək vətəndaş T.K.Kosayevi ümumi təhlükəli üsulla öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Kassasiya şikayətinin dəlilləri: Zərərçəkmiş şəxsin hüquqi varisi Kosayev Kamil Muğal oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə təqsirləndirilən şəxsi CM-in 1N.2.4-cü maddəsi ilə təqsirli bilinərək 14 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edərkən onun haqqında cinayət işi üzrə hər hansı yüngülləşdirici hal olmadığı halda CM-in 59.1-ci maddəsinə və 59.2-ci maddəsinə isnad edərək əvvəllər məhkum olunmamasını, hərbi qulluqçu olmasını yüngülləşdirici hallar kimi qiymətləndirmişdir. Halbuki, CM-in 59.1-ci maddəsində göstərilir ki, hadisələrin təsadüfü axarı zəminində ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətin törədilməsi yüng ülləşdirici hal kimi qiymətləndirilir. Cinayət düşünülmüş şəkildə, əvvəlcədən odlu silahın hərbi hissədən oğurlanmaqla, həmin silahdan planlaşdırılmış şəkildə istifadə edilməklə törədildiyindən hadisələrin təsadüfü axarı zəmnində törədilməmiş, törədilmiş cinayət isə böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər kateqoriyasına deyil, xüsusilə ağır cinayətlər kateqoriyasına aiddir. Göründüyü kimi məhkəmələr məhkumun əməlində cəzanı yüngülləşdirən heç bir hal müəyyən etmədiyi halda, yalnız ağırlaşdırıcı halları müəyyən etdiyi halda Məhkum CM-in 1N.2.4-cü maddəsi və digər maddələrlə təqsirli bilərək minimum həddə azadlıqdan məhrumetmə cəzası təyin etmişlər. Həmçinin qeyd edilməlidir ki, məhkəmələr cəzanın təyin edilməsi zamanı cinayətin xüsusilə ağır xarakter daşımasını tam nəzərə almamış və hesab edir ki, təqsirləndirilən şəxsə qanunda nəzərdə tutulan ən ağır cəzanın verilməməsi ədalətsizlikdir. Eyni zamanda, təqsirləndirilən şəxsə tətbiq edilən cəza cinayətin ağırlığına uyğun deyil. Belə ki, təqsirləndirilən şəxs soyuqqanlı və qəsdən törədilmiş bir qətl hadisəsində iştirak etmişdir və qətl xüsusi qəddarlıqla, ictimai yerdə və geniş auditoriyanın gözü önündə törədilmişdir. Buna görə də, CM-in 1N.2.4, 228.2.2, 228.4 və 232.2.2-ci maddələrinə əsasən, bu cür cinayətlərə görə ən ağır cəza nəzərdə tutulmalıdır. Həmçinin, cinayət qabaqcadan planlaşdırılmış və xüsusilə qəddar üsulla törədilmişdir. Məhkum bu cinayəti anidən və emosional vəziyyətdə deyil, qisas almaq məqsədilə əvvəlcədən planlaşdıraraq törətmişdir. O, hadisədən əvvəl qanunsuz olaraq odlu silah əldə etmiş, b u silahı üzərində gəzdirərək, uyğun fürsət gözləmişdir. O, qətlə yetirdiyi şəxslə qəsdən görüşmüş, onu münaqişəyə cəlb etmiş və onu öldürmək üçün münasib anı gözləmişdir. Hadisənin ictimai yerdə, Bakı şəhərinin mərkəzində baş vermiş olması və hadisə zamanı digər şəxslərin də real təhlükə altında olması, təqsirləndirilən şəxsin üç dəfə atəş açaraq, qurbanın həyatına son qoymuş olması və xüsusilə ağır travmalar yetirməsi nəzərə alındıqda, Məhkum əməlləri CM-in 1N.2.4, 228.2.2, 228.4 və 232.2.2-ci maddələri ilə daha ağır şəkildə qiymətləndirilməli və ona ən sərt cəza tətbiq edilməlidir. Bundan əlavə, təqsirləndirilən şəxs hərbi qulluqçu statusundan sui-istifadə etmişdir. Belə ki, məhkum Azərbaycan Ordusunda xidmət edən hərbi qulluqçu olmuş və öz statusundan cinayət törətmək məqsədilə istifadə etmişdir. Ona dövlət tərəfindən verilmiş odlu silah və döyüş sursatını talamış və sonradan bu silahı qətl törətmək üçün istifadə etmişdir. Bu, təkcə qətl hadisəsi deyil, həm də hərbi intizamın kobud şəkildə pozulması və Azərbaycan ordusunun silahlarının qeyri-qanuni istifadəsi ilə bağlı ciddi hüquq pozuntusudur. Odur ki, zərərçəkmiş şəxsin hüquqi varisi yuxarıda qeyd etdiyi bütün bu halların nəzərə alınmasını və Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının N25-ci il 23 aprel tarixli 1-1(103)-24/N25 nömrəli qərarının ləğv edilərək işin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu ma ddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslard an biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Zərərçəkmiş şəxsin hüquqi varisi kassasiya şikayətində məhkum barəsində təyin edilmiş cəzanın açıq-aşkar yüngül cəza olmasını iddia etməklə, faktiki olaraq mübahisələndirilən apellyasiya məhkəməsinin qərarının ləğv edilməsini və ya dəyişdirilməsini şərtləndirən əsasları Azərbaycan Respublikası CPM-in 416.1.21-ci (məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə) maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası qeyd olunan kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının N25-ci il 23 aprel tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir: İlk öncə qeyd edilməlidir ki, işə baxan məhkəmələrin məhkumun cinayət əməllərinin sübuta yetirilməsinə və tövsifinə dair nəticələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası da bu nəticə ilə razılaşır və belə hesab edir ki, məhkumun cinayət əməlləri məhkəmələr tərəfindən düzgün olaraq CM-in 1N.2.4, 228.2.2, 228.4 və 232.2.2-ci maddələri ilə tövsif edilmişdir. Digər tərəfdən qeyd edilməlidir ki, zərərçəkmiş şəxsin hüquqi varisinin kassasiya şikayətinin dəlilləri onun apellyasiya şikayətinin dəlillərində də göstərilmiş və apellyasiya məhkəməsinin araşdırma predmeti olmuşdur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkə məsinin hökmü ilə razılaşıb hökmü dəyişdirilmədən saxlamış və apellyasiya şikayətinin dəlillərinə münasibət bildirərək qərarını əsaslandırmışdır. Məhkuma yüngül cəzanın təyin edilməsi barədə kassatorun dəlillərinə münasibət bildirərək kollegiya aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilm əsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-in 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır” (maddə 58.3). Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyatı olub, cəzanın müəyyən edilməs inə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub, onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum CM-in 1N.2.4, 228.2.2, 228.4 və 232.2.2-ci maddələrinin sanksiyaları həddində CM-in 66.3-cü maddəsi ilə tənzimlənməklə təyin edilmiş 17 (on yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasını yüngül cəza hesab etmək olmaz, zərərçəkmiş şəxsin hüquqi varisinin məhkuma daha ağı r və ya ömürlük azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi barədə tələbi həm CM-in 8.1, 41.2, 58.1 və 58.3-cü maddələrinin, həm də CPM-in 404-cü maddəsinin tələbləri ilə uyğunluq təşkil etmir. Belə ki, CPM-in 404-cü maddəsinə əsasən, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Bununla yanaşı CM-in 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza o halda təyin edilir ki, az ciddi cəza növü və y a həddi cəzanın məqsədlərini təyin edə bilmir. Məhkəmə kollegiyası qeyd edir ki, istər göstərilən Qanun normalarının tələbləri, istərsə də yuxarıda qeyd olunan Ali Məhkəmənin Plenumunun qərarının tövsiyələri nəzərə alındıqda işə baxan məhkəmələrin məhkuma təyin etdiyi 17 il müddətinə azadlıqdan məhrum etmə cəzası həm növü həm həddi baxımından öz yüngüllüyünə görə açıq-aydın ədalətsiz hesab oluna bilməz. Yuxarıda şərh olunanlara, CM-in 8.1, 41.2, 58.1, 58.3-cü maddələrinin tələblərinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun N03-cü il tarixli, 4 saylı Qərarının tövsiyələrinə əsaslanaraq, kassasiya kollegiyası məhkumun törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məhkumu n şəxsiyyətini, işin hallarını nəzərə alaraq, cəzanın qanunla müəyyən edilmiş məqsədinə çatmaq üçün məhkuma təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının ağırlaşdırılmasını zəruri hesab etmir və Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının qərarının kassasiya şikayətinə münasibətdə qanuni, əsaslı və ədalətli olması nəticəsinə gəlir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair zərərçəkmiş şəxsin hüquqi varisinin, kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, cinayət işinin materiallarını və cinayət-prosessual qanunvericiliyinin tələblərini nəzərə alaraq hesab edir ki, Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının N25-ci il 23 aprel tarixli 1-1(103)-24/N25 nömrəli qərarın dan zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilən kassasiya şikayəti təmin edilməməli, göstərilən qərar verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Zərərçəkmiş şəxsin hüquqi varisi Kosayev Kamil Muğal oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 1N.2.4, 228.2.2, 228.4 və 232.2.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının N25-ci il 23 aprel tarixli 1-1(103)-24/N25 nömrəli qərarı verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar