Məhkəmə qərarları › İş №1-1(102)-123/2025

Ali Məhkəmə Qərar — İş №1-1(102)-123/2025

24.02.2026
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-123/2025 24.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Hüseynov Zaur Nazim oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Müdafiəçi – “Arbitrium” Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsinin 9 sentyabr 2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.2.5-ci maddəsi ilə təq sirli bilinib məhkum olunmuş Məhkum barəsində Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasının 23 oktyabr 2025-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsinin 9 sentyabr 2025-ci il tarixli 1-1(092)-50/2025 nömrəli (hakim: Hüseynov Səxavət Səməd oğlunun sədrliyi) hökmü ilə 16 avqust 2005-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, (Fin № xxxxxxx) subay, orta ixtisas təhsilli, əvvəllər məhkum olunmayan, Zəngilan rayonunun Zəngilan kəndində daimi qeydiyyatda olan, 27 iyun 2025-ci il tarixdən barəsində komandanlığın müşahidəsi altına vermə qətimkan tədbiri seçilmiş, N №-li hərbi hissənin 3-cü taborun 9-cu bölüyünün 2-ci taqımının 1-ci manqasının qumbaraatanı vəzifəsində xidmət edən əsgər Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 332.2.5-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 8 (səkkiz) ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzasının təyin edilməsi, hökmün icrasının N saylı hərbi hissənin komandirinə həvalə olunması və Məhkum N saylı hərbi hissəyə təhvil verildiyi vaxtdan hesablanması, onun barəsində komandanlığın müşahidəsi altına vermə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması müəyyən edilmişdir. Hökmdən təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyas ının (hakimlər: Quliyev Vüqar Kərim oğlu (sədrlik edən və məruzəçi), Mirzəyev İlqar Məhərrəm oğlu və Abbasov Fərman Məmməd oğlundan ibarət məhkəmə tərkibində) 23 oktyabr 2025-ci il tarixli 1-1(108)-15/2025 nömrəli qərarı ilə verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsinin 9 sentyabr 2025-ci il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasının 23 oktyabr 2025-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: İbtidai istintaq orqanı tərəfindən Məhkum ittiham verilmişdir ona görə ki, o, N nömrəli hərbi hissəsinin 3-cü taborunun 9-cu bölüyünün 3-cü taqımının 1-ci manqasında atıcı qumbaraatan vəzifəsində əsgər hərbi rütbəsində xidmət edərkən 30 aprel 2025-ci il tarixdə saat 18 radələrində əsgər yataqxanasında yerləşən məişət otağında ona yeni verilən hərbi formanı geyinib divarda olan güzgüdə özünə baxarkən, 9-cu bölüyün 2-ci taqımının 2-ci manqasında tuşlayıcı vəzifəsində xidmət edən əsgər Şahid2 oraya gələrək həmin vaxt məişət otağında olan 9-cu bölüyün əsgəri Zərərçəkmiş şəxs müraciət edərək “əsgər Nəriman İmanov su çiçəyi xəstəliyi ilə bağlı postdan tibb məntəqəsinə gətirilib” dediyini, bu zaman əsgər Məhkum Şahid2 səslənərək “Nəriman normal oğlan deyil” dedikdə, Zərərçəkmiş şəxs “O, bizim bratımızdı, elə oğlan deyil” cavabını verdiyini, bu söhbətdən sonra Məhkumla Zərərçəkmiş şəxs arasında mübahisə yarandığını, mübahisə zəminində Məhkum tabelilik münasib ətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38, 42 və 138-ci maddələrinin “hərbi qulluqçuların biri-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalı, nalayiq hərəkətlər etməməli, həmişə yüksək mədəniyyət, təvazökarlıq və təmkin nümunəsi göstərməli olmaları”na dair tələblərini kobud surətdə pozub Zərərçəkmiş şəxs boynundan əli ilə tutub özünə tərəf çəkərək burun nahiyəsinə başı ilə bir zərbə vuraraq ona dərəcəsinə görə sağlamlığın uzun müddətli (21 gündən çox) pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid “burun sümüklərinin qapalı yerini dəyişmiş qəlpəli sınığı ilə müşayiət olunan burun belinin sola əyilməsi (deformasiyası) və burun tənəffüsünü n şişkinlik fonunda zəifləməsi” xəsarətini yetirməklə qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum müdafiəçisi kassasiya şikayəti ilə onu əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən sonuncuya təyin edilmiş intizam xarakterli hərbi hissədə saxlama cəzasını çəkmədən islah olunmasının mümkünlüyü məsələsini tam və hərtərəfli araşdırmamış, cəza təyin edərkən CM-in 59-cu maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin onu bağışlamasını, törətdiyi səmimi əməli etiraf edib peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alsa da, təyin edilmiş cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətmək də təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmamışdır. Odur ki, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasının 23 oktyabr 2025-ci il tarixli qərarının dəyişdirilərək, Məhkum barəsində CMin 70-ci maddəsi tətbiq edilməklə şərti cəza təyin edilməsi barədə qərarın qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Müdafiəçi2 kassasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, verilmiş kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, kassasiya şikayətinin təmin edilməməsini və Naxçıva n Muxtar Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasının 23 oktyabr 2025-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslar dan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində məhkum barəsində təyin edilmiş cəzanın ağır olduğu iddia edilmiş və mübahisələndirilən qərarın dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.21-ci (məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə) maddəsində nəzərdə tutulmuş hal ilə əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri ba xımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasının 23 oktyabr 2025-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının kassasiya şikayətinin təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması, müdafiəçinin isə kassasiya şikayətinin təmin edilməsi barədə məhkəmə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyas ının 23 oktyabr 2025-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Müdafiəçi vermiş olduğu kassasiya şikayətində məhkumun cinayət əməlinin hüquqi tövsifi mübahisələndirilməmiş olsa da, ona təyin edilmiş cəzanın ağır olduğunu iddia edərək, təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş etmişdir. Bununla bağlı kassasiya məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də, cinayətkarlıqla mübarizədə əsas diqqət sosialiqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbi rlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakt eri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Kassasiya məhkəmə kollegiyası kassasiya şikayətində məhkum bar əsində cəzanı yüngülləşdirən hallara dair dəlillərinə qiymət verərək qeyd edir ki, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, cəzanı yüngülləşdirən halların dairəsi qanunla məhdudlaşdırılmır və Cinayət Məcəlləsinin 59-cu maddəsində göstərilməyən başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alt ernativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə (CM-in 62-ci maddəsi); 4) şərti məhkum etmə institutunu tətbiq etməyə (CM-in 70-ci maddəsi); 5) təyin edilən cəzanın nisbətən yüngül rejimli cəzaçəkmə müəssisəsində çəkilməsini müəyyən etməyə hüquq verir. Aydın məsələdir ki, yüngülləşdirici halların mövcudluğu yuxarıda qeyd edilən müxtəlif formalarda nisbətən yüngül cəza təyin edilməsini nəzərdə tutur. Lakin, o da nəzərdən qaçırılmamalıdır ki, cəzanın yüngülləşdirilməsinə dair əsaslar müəyyən olunduqda belə, bu hallar cəzanın təyinində əhəmiyyət kəsb edən, o cümlədən CM-in 8, 58.3-cü maddələrində göstərilən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təq sirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin realizə edilməsinə təsiri kimi məsələlərlə birlikdə götürülməklə həll edilməlidir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyatı olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır və cinayət qanununda nəzərdə tutulmuş güzəştli institutlar elə tətbiq olunmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli təd bir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. İş materiallarından görünür ki, məhkəmələr tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən halların (zərərçəkmiş şəxslə barışıq əldə etməsi, zərərçəkmiş şəxsin onu bağışlaması, törətdiyi əməli səmimi etiraf edib peşman olması) olması, ağırlaşdıran halların isə olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-in 58.3-cü m addəsinin tələblərinə uyğun olaraq, Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Kassasiya məhkəməsi araşdırılması zamanı isə Məhkum cəzasını yüngülləşdirən əlavə hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 70.1-ci maddəsində göstərilmişdir ki, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikası CM-in 70.2-ci maddəsində təsbit olunmuşdur ki, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayəti n xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şərti məhkum etmə haqlarında yalnız CM-in 70-ci maddəsində göstərilən bir və ya bir neçə növ cəzaların təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Yuxarıda qeyd olunmuş Plenum qərarında həmçinin göstərilmişdir ki, şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Məhkum barəsində şərti məhkum etmənin tətbiqi üçün aşağıdakı əsasların olubolmaması ilə bağlı aşağıdakı məsələlər araşdırılmalıdır: - məhkumun cəza çəkmədən islah olunmasının mümkünlüyü; - törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi; - məhkumun şəxsiyyəti; - cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar. Göründüyü kim i, həm qanunvericilik, həm də Plenum qərarları şəxs barəsində CM-in 70-ci maddəsinin tətbiqi üçün əsas meyar kimi onu nəzərdə tutmuşlar ki, məhkum olunmuş şəxsin ona təyin olunmuş cəzanı real çəkməsi məqsədəmüvafiq hesab edilməsin və həmin şəxsin təyin edilmiş cəzanı çəkmədən islah olunması mümkün olsun. Müvafiq olaraq, şərti məhkum etmə və cəzanın çəkilməsinin təxirə salınması cinayət-hüquqi məsuliyyətin qanunvericilikdə müəyyən edilmiş hallarda və əsaslarla tətbiq edilən güzəştli formasıdır. Qanunverici humanizm prinsipindən çıxış edərək müəyyən kateqoriya şəxslərin cəzanı real olaraq çəkmədən, cəmiyyətdən təcrid edilmədən də islah olunmasını mümkün hesab etdiyi təqdirdə, bu cinayət-hüquqi vasitələrdən istifadə edilməsinin mümkünlüyünü təsbit etmişdir. (“Azərbaycan Respublikası Cinayət M əcəlləsinin 18-ci maddəsinin həmin Məcəllənin 70 və 79-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 dekabr 2021-ci il tarixli qərarı). Apellyasiya məhkəmə kollegiyası məhkum edilmiş şəxsə CM-in 70-ci maddəsinin tətbiq edilməməsi barədə nəticəyə gələrkən şərti məhkum etmənin yuxarıda göstərilən kriteriyalarına istinad etmiş, əsaslı mülahizələrlə məhkumun barəsində şərti məhkum etmənin tətbiqini əsaslı saymamış, məhkumun hansı səbəbdən cəza çəkmədən islah olunmasının qeyri-mümkünlüyünü öz qərarında göstərmiş və bunu kifayət qədər əsaslandırmışdır. Qeyd olunan cinayət-hüquqi normalarına əsasən və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə y oxladıqda, müdafiəçinin cəzanın məsuliyyəti yüngülləşdirən halların düzgün nəzərə alınmaması ilə təyin edildiyi üçün qeyri-qanuni olması haqqında iddiasının əsaslı olmadığı müəyyən edilir. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsinin 9 sentyabr 2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.2.5-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasının 23 oktyabr 2025-ci il tarixli qərarı kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanıls

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar