Məhkəmə qərarları › İş №1-1(102)-126/2025

Ali Məhkəmə Qərar — İş №1-1(102)-126/2025

10.02.2026
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-126/2025 10.02.2026 ALİ MƏHKƏMƏ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Məhkum Şükürov Murad Namiq oğlunun müdafiəçisi İsayev Emin Ağamməd oğlunun iştirakları ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasının 31 oktyabr 2025-ci il tarixli 1-1(108)-14/2025 nömrəli qərarından Məhkum2 müdafiəçisi Tağıyev Şahlar Tahir oğlu, Məhkum1 müdafiəçisi Nəcəfov Yadigar Quşdan oğlu, məhkum Təqsirləndirilən şəxs2 m üdafiəçisi X9 və məhkum Təqsirləndirilən şəxs7 müdafiəçisi İsayev Emin Ağamməd oğlu tərəfindən ayrı ayrılıqda verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq Müəyyən etdi: Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin 19 avqust 2025-ci il tarixli, 11(092)-14/2025 nömrəli hökmü ilə (hakimlər S.S.Hüseynov (sədrlik edən), İ.S.İbrahimov və A.E.Orucəliyevdən ibarət tərkibdə) xx xxxxxxxx 1997-ci il tarixdə Şərur rayonunun, Sərxanlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı Şərur rayonunun Sərxanlı kəndində qeydiyyatda olmaqla orada yaşamış, evli, himayəsində bir azyaşlı uşağı olan, ali hərbi təhsilli, əvvəl məhkum olunmamış, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 1-ci mühafizə bölüyünün 2-ci mühafizə tağımının komandiri vəzifəsində, leytenant hərbi rütbəsində xid mət etmiş, hazırda Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin sərəncamında olan, hazırda cəza çəkən Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,177.2.1, 32.5,177.2.3, 32.5,177.2.4 və 311.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 311.2-ci maddəsi ilə 2 (iki) il müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 32.5, 177.2.1, 32.5, 177.2.3, 32.5, 177.2.4-cü maddələri ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən əsas cəzalar qismən toplamaqla, əlavə cəza isə birləşdirməklə Məhkum1 qəti olaraq 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə və 2 (iki) il müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 20 dekabr 2024-cü il tarixdən hesablanmışdır. xx xxxxxx 1989-cu ildə Babək rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, himayəsində üç azyaşlı övladı olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 2-ci mühafizə bölüyünü 2-ci mühafizə tağımının 2-ci manqasının komandiri vəzifəsində, çavuş hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət etmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 17 7.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 05 iyul 2024-cü il tarixdən hesablanmışdır. xx xxxxxx 2004-cü il tarixdə Cəlilabad rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 2 ünvanda yaşayan, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 2-ci mühafizə bölüyünün 1-ci mühafizə tağımının 1-ci manqasında əsgər rütbəsində xidmət etmiş Təqsirləndirilən şəxs7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkm ə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablanmışdır. xx xxxxxxxx 2004-cü il tarixdə Göygöl rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Göygöl rayonunun Çaylı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Müdafiə Nazirliyinin N nömrəli hissəsinin 1-ci manqasının sabiq atıcısı-əsgər vəzifəsində xidmət etmiş Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablanmışdır. Birinci instansiya məhkəməsini n həmin hökmündən məhkum Təqsirləndirilən şəxs7 müdafiəçisi Fətullayev Vəfadar Ələmdar oğlu, Məhkum1 müdafiəçisi Nəcəfov Yadigar Quşdan oğlu, məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi Seyfəlov Yusif Kamil oğlu, Məhkum2 müdafiəçisi Tağıyev Şahlar Tahir oğlu və məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi Hüseynova Gülşən Məhərrəm qızı tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmiş, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasının 31 oktyabr 2025-ci il tarixli qərarı ilə (hakimlər: İ.M.Mirzəyev (sədrlik edən), F.M.Abbasov və S.H.Novruzovdan ibarət tərkibdə) məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi Seyfəlov Yusif Kamil oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi Hüseynova Gülşən Məhərrəm qızı tərəf indən verilmiş apellyasiya şikayəti tam təmin edilmiş, məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi Seyfəlov Yusif Kamil oğlunun apellyasiyasiya şikayəti təmin edilməmiş, digər apellyasiya şikayətləri qismən təmin edilmiş, Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə, ona təyin olunmuş qəti olaraq 3 (üç) il 8 (səkkiz) ay 16 (on altı) gün azadlıqdan məhrum etmə cəzası 2 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilmiş, Təqsirləndirilən şəxs7 təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Məhkum1 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.2-ci maddəsi ilə 02 (iki) il müddətə müəy yən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 05 (beş) il müddətinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 177.2.1, 32.5, 177.2.3, 32.5, 177.2.4-cü maddələri ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3cü maddəsinə əsasən təyin edilmiş bu cəzaları qismən toplamaq yolu ilə Məhkum1 üzərində 02 (iki) il müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə qəti olaraq 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Məhkum2 təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Təqsirləndirilən şəxs2 təqsir li bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasının 31 oktyabr 2025-ci il tarixli qərarından Məhkum2 müdafiəçisi Tağıyev Şahlar Tahir oğlu, Məhkum1 müdafiəçisi Nəcəfov Yadigar Quşdan oğlu, məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi X9 və məhkum Təqsirləndirilən şəxs7 müdafiəçisi İsayev Emin Ağamməd oğlu tərəfindən kassasiya şikayətləri verilmişdir. İşin halları: Hökmə əsasən, Təqsirləndirilən şəxs1 Müdafiə Nazirliyinin Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhəri ərazisində yerləşən № nömrəli hərbi hissəsinin 1-ci mühafizə tağımının 2-ci mühafizə manqasının komandiri v əzifəsində, əsgər hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmət apararkən 2023-cü ilin dekabr ayının sonlarında X5 Ordusunun Naxçıvan şəhərində, həmin hərbi hissənin ərazisində yerləşən Mərkəzi anbarında çoxlu sayda tütün məmulatlarının (siqaretlərin) saxlanıldığını və oradan müxtəlif hərbi hissələrə paylanıldığını öyrənib, xidmət etdiyi bölüyün şəxsi heyəti ilə birlikdə davamlı olaraq həmin anbarda patrul növbəsində mühafizəyə təyin olunduğunu nəzərə alaraq, bundan istifadə etməklə həmin anbara gizli yolla daxil olaraq oradan xeyli miqdarda tütün məmulatlarını (siqaretləri) talamaq və sonradan Naxçıvan Muxtar Respublikası ərazisində müxtəlif şəxslərə satmaqla qanunsuz qazanc əldə etmək qərarına gəlmişdir. Öz cinayətkar niyyətini təkbaşına həyata keçirə bilməyəcəyini nəzərə alaraq m üddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs1 bunun üçün digər şəxslərlə sövdələşməklə onların köməkliyi ilə öz cinayətkar məqsədinə nail olmaq qərarına gəlmiş və 2023-cü ilin sonlarında xidmət etdikləri hərbi hissənin ərazisində öz cinayətkar niyyəti barədə aralarında yaxın etibarlılıq münasibətləri olan həmin hərbi hissənin 1-ci mühafizə bölüyünün 3-cü mühafizə tağımının 1-ci mühafizə manqasının atıcısı vəzifəsində, əsgər hərbi rütbəsində müddətli həqiqi hərbi xidmət aparan əsgər Məhkum2, eləcə də sonuncu ilə eyni manqada atıcı vəzifəsində xidmət edən əsgər X4 məlumat verib talanan tütün məmulatlarının satışından əldə olunacaq gəlirdən onlara da pul verəcəyini bildirdikdə, əsgərlər Məhkum2 ilə X müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, ə sgər Təqsirləndirilən şəxs1 təklifini qəbul edərək sonuncu ilə bir qrup şəxs halında qabaqcadan əlbir olub cinayət əlaqəsinə girmiş və bundan sonra elə orada onların arasında rol bölgüsü aparılaraq, əsgər Məhkum2 anbarın qıfılını açmağı öyrənərək patrul növbəsində olduqları vaxt qıfılın üzərində olan möhürün tamlığının pozulmaması şərti ilə açmağı və tütün məmulatlarının (siqaretlərin) yığıldığı anbara daxil olmaqla onların oradan çıxarılmasını, əsgər X anbara daxil olmaqla əsgər Məhkum2 ilə birlikdə oradan tütün məmulatlarının (siqaretlərin) çıxarılmasını və avtomobilə yüklənməsinə köməklik etməsini, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs1 isə talanacaq siqaretlərin hərbi hissənin ərazisindən daşınmasını və ayrı-ayrı mülki şəxslərə satılmasının t əşkil edilməsini öz üzərilərinə götürmüşdür. 27 dekabr 2023-cü il tarixdə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs1 qarovul rəisinin köməkçisi – dəyişdirici qismində, əsgərlər Məhkum2 ilə X isə patrul nəfərləri qismində N nömrəli hərbi hissənin ərazisində yerləşən Mərkəzi anbarında patrul növbətçiliyinə təyin edilmiş və həmin növbəni qəbul edib xidmətə başladıqdan sonra 28 dekabr 2023-cü il tarixdə saat 03 radələrində anbarın mühafizəsini təşkil etmək üçün yaradılmış qarovul heyəti üzərində rəis təyin olunmuş leytenant Məhkum1 aralarındakı razılaşmaya uyğun olaraq patrul növbəsində olmayan qarovul heyətinə «yat» komandası vermiş, özü isə qarovul evində yatmışdır. Bundan sonra müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndiril ən şəxs1 qarovul evində olmasından istifadə edib orada quraşdırılmış monitorlarda ərazinin videomüşahidəsinin qeydə alınmaması məqsədi ilə anbarların ətrafını müşahidə edən kameraları söndürmüş, daha sonra anbarların ətrafını işıqlandıran elektrik xətlərini elektrik cərəyanından ayıraraq ətrafı müşahidə etməyə başlamışdır. Bundan sonra patrul növbəsində xidmət aparan əsgərlər Məhkum2 ilə X birlikdə tütün məmulatlarının (siqaretlərin) saxlanıldığı 9-cu anbarın girişi tərəfə gedərək anbarın giriş qapısına yaxınlaşmış və əsgər Məhkum2 əvvəlcədən ərazidən tapdığı köhnə qıfılları dəfələrlə açıb bağlamaq yolu ilə qıfılı açmağı öyrəndiyindən anbarın qapısında olan qıfılı üzərində gətirdiyi taxta ilə dartaraq açmış, sonra isə qapının üzərində olan plastilinin üzərindəki möhürün tamlığının pozulmam ası məqsədi ilə üzərində apardığı dəmir dırnaqtutanla plastilini qaldırıb surğucun simini kəlbətinlə çıxararaq qıfılın üzərindəki möhürün tamlığını pozmadan açmağa nail olub, anbarın qapısını açaraq əsgər Xlə birlikdə qanunsuz olaraq anbara daxil olmuş və oradan N nömrəli hərbi hissəyə məxsus xeyli miqdarda tütün məmulatlarını, yəni hər birində 500 (beş yüz) ədəd «Milano» markalı siqaret qutusu olmaqla ümumi dəyəri 22 500 (iyirmi iki min beş yüz) manat təşkil edən 50 (əlli) ədəd siqaret qutusunu anbara qanunsuz daxil olmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında gizli yolla talayaraq özləri ilə apardıqları yük arabasına yükləyib anbardan çıxartmış və həmin tütün məmulatlarını (siqaretləri) 5-ci anbarın qarşısına gətirib orada onları gözləyən, həmin məmulatların cinayət yolu ilə əldə olunmasından məlumatı olmayaraq qabaqcadan onların hərbi hissənin ərazisindən daşınması və ayrı-ayrı şəxslərə satılmasını təşkil etməsi ilə bağlı müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs1la danışıb razılaşmış, şəxsiyyəti istintaqa məlum olmayan X adlı şəxsin idarə etdiyi «Mercedes Vito» markalı avtomobilə yükləmişlər. Həmin şəxs ərazidən uzaqlaşdıqdan sonra əsgər Məhkum2 törətdikləri cinayət əməlinin hərbi hissənin vəzifəli şəxsləri tərəfindən aşkar edilməməsi məqsədi ilə 9-cu anbarın qarşısına qayıdaraq anbarın qapısının qıfılını və surğucunu əvvəlki qaydada bərkitmiş və əsgər Xlə birlikdə qarovul evinə qayıtdıqdan sonra müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs1 qarovul evinə gələrək anbarın müşahidə kameral arını və işıqları yandırmış, bir neçə gün sonra isə şəxsiyyəti istintaqa məlum olmayan Fuad adlı mülki şəxsdən verdikləri tütün məmulatlarının (siqaretlərin) satışından əldə edilmiş 17 500 (on yeddi min beş yüz) manat məbləğində pul alıb həmin puldan özünə 7 500 (yeddi min beş yüz) manat məbləğində pul götürüb sonuncuya 2 000 (iki min) manat məbləğində pul vermiş, 09 yanvar 2024-cü il tarixdə əsgərlər Xlə Məhkum2 çatdırılması üçün sonuncunun xahişi ilə qohumu olan Gəncə şəhər sakini X3 adına rəsmiləşdirilmiş "xxxx" ASC-yə məxsus **********324915 nömrəli kart hesabına Naxçıvan şəhəri ərazisində mağazalardan birində quraşdırılmış «E-Manat» ödəmə terminalı vasitəsi ilə 3 000 (üç min) manat məbləğində pul köçürtmüş, habelə 2024cü ilin yanvar ayının əvvəllərində hərbi hissənin ərazisində təkl ikdə leytenant Məhkum1 5 000 (beş min) manat məbləğində pul təqdim etmiş və sonuncu həmin pulu qəbul edərək, vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə özü üçün birbaşa və şəxsən maddi neməti (pulu) rüşvət almışdır. Bundan başqa Məhkum2 həmin vəzifədə və hərbi rütbədə müddətli həqiqi hərbi xidmətdə olarkən, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs1, əsgər X və leytenant Məhkum1la birlikdə törətdikləri cinayət əməli nəticəsində yüksək məbləğdə qanunsuz gəlir əldə etdiklərini və həmin cinayət əməllərinin ifşa olunmadığını görərək, xidmət etdiyi bölüyün şəxsi heyəti ilə birlikdə davamlı olaraq həmin anbarda patrul növbəsində mühafizəyə təyin olunduğunu nəzərə alaraq, bundan istifadə etməklə yenidən qanunsuz qazanc əldə etmək qərarına gəlmiş və öz cinayətkar niyyətini təkbaşına həyata keçirə bilməyəcəyini nəzərə alaraq, digər şəxslərlə sövdələşməklə onların köməkliyi ilə öz cinayətkar məqsədinə nail olmaq məqsədi ilə 2024cü ilin fevral ayının əvvəllərində xidmət etdiyi hərbi hissənin ərazisində öz cinayətkar niyyəti barədə aralarında yaxın etibarlılıq münasibətləri olan, həmin hərbi hissənin 2-ci mühafizə bölüyünün 1-ci mühafizə tağımının 1-ci mühafizə manqasının atıcısı, əsgər Təqsirləndirilən şəxs7 məlumat verib patrul növbətçiliyini həyata keçirtdikləri anbarda külli miqdarda tütün məmulatlarının (siqaretlərin) saxlanıldığını bildirib növbə zamanı oraya daxil olmaqla həmin məmulatları talayıb satışından əldə olunacaq gəlirdən ona da pul verəcəyini bildirdik də, əsgər Təqsirləndirilən şəxs7 təklifini qəbul edərək onunla bir qrup şəxs halında qabaqcadan əlbir olub cinayət əlaqəsinə girmiş və ikisinin həmin cinayət əməlini təkbaşına törətmələrinin çətin olacağını, tütün məmulatlarının (siqaretlərin) talanması ilə yanaşı onların satışının da təşkil olunmalı olduğuna görə bu məqsədlə patrul növbətçiliyi zamanı onlarla birlikdə qarovul rəisinin köməkçisi – dəyişdirici qismində növbəyə təyin olunmuş həmin hərbi hissənin 2-ci mühafizə bölüyünün 2-ci mühafizə tağımının 2-ci mühafizə manqasının komandiri, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş Təqsirləndirilən şəxs2, eləcə də etibar etdikləri bir neçə nəfər əsgər yoldaşlarını da törədəcəkləri cinayət əməlinə cəlb etməyi təklif etdikdə, əsgər Məhkum2 həmin təklifi qəbul edərək razılaşmışdır. Bundan sonra əsgər Məhkum2 ilə bir qrup şəxs halında qabaqcadan əlbir olub cinayət əlaqəsinə girmiş əsgər Təqsirləndirilən şəxs7, 2024-cü ilin fevral ayının əvvəllərində hərbi hissənin ərazisində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş Təqsirləndirilən şəxs2 yaxınlaşaraq patrul növbətçiliyini həyata keçirtdikləri anbarda külli miqdarda tütün məmulatlarının (siqaretlərin) saxlanıldığını bildirib növbə zamanı əsgər Məhkum2 ilə birlikdə oraya daxil olmaqla həmin məmulatları talayıb satışından əldə olunacaq gəlirdən ona da pul verəcəklərini deyərək, bunun üçün onun həmin tütün məmulatlarını hərbi hissədən çıxarılmasında köməklik göstərməklə yanaşı onların satışını da təşkil etməli olduğunu bildirdikdə, kiçik çavuş Təqsirləndirilən şəxs2 həmin təklifi q əbul edib razılaşaraq talanacaq tütün məmulatlarının (siqaretlərin) hərbi hissədən çıxarılmasında köməklik göstərəcəyini və onların satışını həyata keçirmək üçün mülki şəxslər tapacağını bildirməklə, əsgərlər Məhkum2 və Təqsirləndirilən şəxs7la bir qrup şəxs halında qabaqcadan əlbir olub cinayət əlaqəsinə girmişdir. Daha sonra əsgər Təqsirləndirilən şəxs7 2024-cü ilin fevral ayının əvvəllərində bir qrup şəxs halında qabaqcadan əlbir olub cinayət əlaqəsinə girdiyi əsgər Məhkum2 və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş Təqsirləndirilən şəxs2lə aralarındakı ümumi cinayətkar niyyətə uyğun hərəkət edərək, digər hərbi qulluqçuları da törədəcəkləri oğurluq cinayətinə cəlb etmələri üçün hərbi hissənin ərazisində aralarında yaxın etibarlılıq münasibətləri olan, hərbi h issənin 2-ci mühafizə bölüyünün 1-ci mühafizə tağımının 3-cü mühafizə manqasının atıcısı, əsgər X6, 2-ci mühafizə bölüyünün 1-ci mühafizə tağımının 1-ci mühafizə manqasının atıcısı, əsgər Təqsirləndirilən şəxs4, 2-ci mühafizə bölüyünün 1-ci mühafizə tağımının 3-cü mühafizə manqasının atıcısı, əsgər Təqsirləndirilən şəxs3 patrul növbətçiliyini həyata keçirtdikləri anbarda külli miqdarda tütün məmulatlarının (siqaretlərin) saxlanıldığını bildirib əsgər Məhkum2 ilə birlikdə oraya daxil olmaqla həmin məmulatları talayıb müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş Təqsirləndirilən şəxs2 köməkliyi ilə sataraq satışdan əldə olunacaq gəlirdən ona da pul verəcəklərini deyib həmin cinayət əməlinin törədilməsində hər birinin müəyyən vəzifələri yerinə yetirməklə onlarla birlikdə iştirak etmələrini təklif etmiş, eləcə də kiçik çavuş Təqsirləndirilən şəxs2 eyni qaydada öz növbəsində cinayətdə birgə iştirak etmələri barədə həmin hərbi hissənin 2-ci mühafizə bölüyünün 3-cü mühafizə tağımının 2-ci mühafizə manqasının atıcısı, əsgər Təqsirləndirilən şəxs6 və eləcə də həmin bölüyün 2-ci mühafizə tağımının 3-cü mühafizə manqasının atıcısı, əsgər Təqsirləndirilən şəxs5 təklif etmiş və əsgərlər X, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs6, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs5 həmin təklifi qəbul edib əsgərlər Məhkum2 və Təqsirləndirilən şəxs7la, eləcə də müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş Təqsirləndirilən şəxs2lə bir qrup şəxs halında qabaqcadan əlbir olub cinayət əlaqəsinə girdikdən sonra həmin cinayət əməlini 11 fevral 2024- cü il tarixdə gecə saatlarında törədəcəklərinə dair razılığa gəlib aralarında ümumi cinayətkar niyyətə uyğun olaraq rol bölgüsü aparılaraq, əsgər Məhkum2 anbarın qıfılının üzərində olan möhürün tamlığının pozulmaması şərti ilə açmağı və tütün məmulatlarının (siqaretlərin) yığıldığı anbara daxil olmaqla onların oradan çıxarılmasını, əsgər Təqsirləndirilən şəxs7 anbara daxil olmaqla əsgər Məhkum2 ilə birlikdə oradan tütün məmulatlarının (siqaretlərin) çıxarılmasına və avtomobilə yüklənməsinə köməkliyi öz üzərinə götürmüş, bundan sonra əsgər Təqsirləndirilən şəxs7 tərəfindən əsgər Təqsirləndirilən şəxs4 onlarla birlikdə anbara daxil olaraq tütün məmulatlarının (siqaretlərin) çıxarılmasında və avtomobilə yüklənməsində köməklik göstərmək, əsgər Xə o anbara getdikdən sonra əsgər yataqxanasında o yaq qalaraq cavabdeh zabitin və ya başqa şəxslərin gələcəyi təqdirdə dərhal bu barədə məlumat vermək, həmçinin əsgər Təqsirləndirilən şəxs7 yatdığı çarpayını düzəldərək sonuncunun orada yatması görüntüsünü yaratmaq, əsgər Təqsirləndirilən şəxs3 gecə saatlarında əsgərlər Təqsirləndirilən şəxs7la Məhkum2 yuxudan oyatmaq, həmçinin cavabdeh zabitin və ya başqa şəxslərin gələcəyi təqdirdə dərhal bu barədə məlumat vermək, həmin vaxt patrul növbətçiliyinə təyin edilmiş əsgərlər Təqsirləndirilən şəxs6la Təqsirləndirilən şəxs5 isə patrulda olduqları zaman talanmanın rahat şəkildə həyata keçirilməsini təmin etmək üçün ətrafa nəzarət etmək və gələn olduğu təqdirdə bu barədə dərhal məlumat vermək tapşırılmışdır. Bundan sonra aralarındakı həmin rol bölgüsünə əsasən, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş Təqsirləndirilən şəxs2 talanacaq tütün məmulatlarının (siqaretlərin) hərbi hissənin ərazisindən daşınması və ayrı-ayrı şəxslərə satılmasını təşkil etmək məqsədi ilə mülki şəxsləri tapacağını öhdəsinə götürdüyündən 2024-cü ilin fevral ayının əvvəllərində aralarında tanışlıq münasibətləri olan Babək rayon sakinləri Şahid4, Şahid3, Şahid5 və Şahid2 ilə «Milano» markalı tütün məmulatlarının (siqaretlərin), onların qanunsuz yolla əldə edilməsi barədə heç bir məlumat vermədən, içərisində 20 (iyirmi) ədəd siqaret olan qutunun birini 0.9 (doxsan qəpikdən) manatdan onlara satacağı ilə bağlı razılığa gəlmiş və qabaqcadan müəyyən edilmiş növbətçilik cədvəlinə əsasən 10 fevral 2024-cü il tarixdə qarovul rəisinin köməkçisi – dəyişdirici xidmətinə təyin edildiyinə görə, həm in xidməti qəbul etmişdir. Bundan sonra, 11 fevral 2024-cü il tarixdə saat 03 radələrində bölüyün əsgər yataqxanasında gün növbətçisi naryadında xidmətə təyin edilmiş əsgər Təqsirləndirilən şəxs3 aralarındakı ümumi cinayətkar niyyətə uyğun hərəkət edib rol bölgüsünə əsasən üzərinə qoyulmuş vəzifəni yerinə yetirərək həmin vaxt əsgər yataqxanasında yatan əsgər Təqsirləndirilən şəxs7 yuxudan oyatmış və sonuncu öz növbəsində əsgər Xi yuxudan oyadaraq ona oyaq qalmaqla cavabdeh zabitin və ya başqa şəxslərin gələcəyi təqdirdə dərhal onlara məlumat verməsini tapşırıb, əsgər Məhkum2 ilə birlikdə qarovul evinin yanında olan çörək bişirmə sexinin qarşısına getmişlər. Bundan sonra müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş Təqsirləndirilən şəxs2 həmin gün saat 03 radələrində törədiləcək cinayət əməlindən məlumatı olmayan qarovul rəisi, leytenant Şahid14 yatdığını görüb qarovul otağından çıxaraq çörək bişirmə sexinin yanına gəlmiş və əsgərlər Təqsirləndirilən şəxs7la Məhkum2 orada dayanıb onu gözlədiklərini görərək qarovul evinə qayıdıb orada quraşdırılmış monitorlarda ərazinin videomüşahidəsinin qeydə alınmaması məqsədi ilə anbarların ətrafını müşahidə edən kameraları söndürmüş, daha sonra anbarların ətrafını işıqlandıran elektrik xətlərini elektrik cərəyanından ayıraraq yenidən əsgərlər Təqsirləndirilən şəxs7la Məhkum2 yanına gəlmiş və onlara rahat şəkildə tütün məmulatlarının (siqaretlərin) saxlanıldığı 9-cu anbara daxil ola biləcəklərini bildirmişdir. Bundan sonra əsgərlər Təqsirləndirilən şəxs7la Məhkum2 çörək bişirmə sexinin qarşısında olan yük arabasını götürərək 9-cü anbarın qarşısına getmiş, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş Təqsirləndirilən şəxs2 isə qarovul evinin qarşısında dayanaraq onları müşahidə etmiş, həmin vaxt anbarın ətrafında patrul növbətçiliyinə təyin edilmiş əsgərlər Təqsirləndirilən şəxs6la Təqsirləndirilən şəxs5 isə aralarındakı ümumi cinayətkar niyyətə uyğun hərəkət edib rol bölgüsünə əsasən üzərlərinə qoyulmuş vəzifəni yerinə yetirərək hər hansı kənar şəxsin gələcəyi təqdirdə bu barədə digər qrup üzvlərinə xəbər etmələri üçün ətrafı müşahidə aparmağa başlamışlar. Bundan sonra üzərinə anbarın qapısını açmaq vəzifəsi qoyulmuş əsgər Məhkum2 9-cu anbarın giriş qapısına yaxınlaşaraq özü ilə gətirdiyi taxta ilə qapının qıfılını dartaraq açmış, sonra qapıda olan plastilinin üzərindəki möhürün tamlığının pozulmaması üçün dırnaqkəsənlə plastilini qaldırmış, ardınca surğucun məftilini kəlbətinlə çıxararaq qapını açıb əsgər Təqsirləndirilən şəxs7la birlikdə qanunsuz olaraq anbara daxil olmuş və oradan N nömrəli hərbi hissəyə məxsus külli miqdarda tütün məmulatlarını, yəni hər birində 500 (beş yüz) ədəd «Milano» markalı siqaret qutusu olmaqla ümumi dəyəri 51 750 (əlli bir min yeddi yüz əlli) manat təşkil edən 115 (yüz on beş) ədəd siqaret qutusunu təkrarən anbara qanunsuz daxil olmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında gizli yolla talayaraq özləri ilə apardıqları yük arabasına yükləyib anbardan çıxartmış və həmin tütün məmulatlarını (siqaretləri) 5-ci anbarın qarşısına gətirib orada onları gözləyən, həmin məmulatların cinayət yolu ilə əldə olunmasından məlumatı olmayaraq q abaqcadan onların hərbi hissənin ərazisindən daşınması və ayrı-ayrı şəxslərə satılmasını təşkil etməsi ilə bağlı müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş Təqsirləndirilən şəxs2lə razılaşmış Babək rayon sakinləri Şahid2 idarə etdiyi «VAZ2107» markalı avtomobilin yük yerinə 8 (səkkiz) qutu, Şahid3 idarə etdiyi «Hyundai SantaFe» markalı ** BJ *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin yük yerinə 20 (iyirmi) qutu, Şahid5 idarə etdiyi «Mercedes E220» markalı **-SF-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə 20 (iyirmi) qutu və Şahid4 çatdırılması üçün tanışı Şahid6 Naxçıvan şəhərində yerləşən «Reges» avtomobil icarəsi şirkətindən icarəyə götürülmüş ağ rəngli «Mercedes Vito» markalı avtomobilə isə 67 (altmış yeddi) qutu «Milano» markalı tütün məmulatlarını (siqaret ləri) yüklədikdən sonra əsgər Məhkum2 törətdikləri cinayət əməlinin hərbi hissənin vəzifəli şəxsləri tərəfindən aşkar edilməməsi və diqqət çəkməmək məqsədi ilə 9-cu anbarın qarşısına qayıdıb anbarın qapısının qıfılını və surğucunu əvvəlki qaydada bərkidərək əsgər Təqsirləndirilən şəxs7la birlikdə yataqxanaya getmiş, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş Təqsirləndirilən şəxs2 isə qarovul evinə gedərək anbarın müşahidə kameralarını və işıqları yandırmışdır. Növbəti gün isə qarovul xidmətini təhvil verdikdən sonra verdikləri tütün məmulatlarının (siqaretlərin) müqabilində vətəndaşlar Şahid4, Şahid3, Şahid5 və Şahid2 ümumilikdə 51 750 (əlli bir min yeddi yüz əlli) manat məbləğində pul alıb həmin puldan Babək rayonunun Nehrəm kəndində yerləşən marketlərin birində quraşdırılmış «MilliÖn» ödəmə terminalı vasitəsi ilə əsgər Məhkum2 xahişi ilə sonuncunun qohumu olan Gəncə şəhər sakini Xnin adına rəsmiləşdirilmiş "xxxx" ASC-yə məxsus **********324915 nömrəli kart hesabına 7 000 (yeddi min) manat məbləğində pul, əsgər Təqsirləndirilən şəxs7 xahişi ilə sonuncunun tanışı olan Cəlilabad rayon sakini Şahid11 adına olan "xxxx" ASC-yə məxsus **********509959 nömrəli kart hesabına 3 000 (üç min) manat məbləğində pul, cinayətin bilavasitə törədildiyi gün hərbi hissə komandirinin müvafiq əmrinə əsasən növbəti məzuniyyətə göndərildiyinə görə özündən asılı olmayan səbəblərdən həmin cinayət əməlində bilavasitə iştirak edə bilməyən əsgər Təqsirləndirilən şəxs4 xahişi ilə sonuncunun kürəkəni X10 istifadəsində olan "xxxx" banka aid bank kartına 3 300 (üç min üç yüz) ma nat məbləğində pul, əsgər Xin dediyi bank kartına 4 000 (dörd min) manat məbləğində pul, əsgər Təqsirləndirilən şəxs3 xahişi ilə sonuncunun qardaşı Şahid9 adına olan «ATB» Banka məxsus 5213 6751 8160 2872 nömrəli kart hesabına 3 000 (üç min) manat məbləğində pul köçürmüş, qalan 31 450 (otuz bir min dörd yüz əlli) manat məbləğində pulu özünə götürmüş, həmçinin əsgər Təqsirləndirilən şəxs7 aralarında olan razılaşmaya əsasən ona verilmiş puldan hərbi hissənin ərazisində əsgər Təqsirləndirilən şəxs5 300 (üç yüz) manat məbləğində pul, əsgər Təqsirləndirilən şəxs6 isə 100 (bir yüz) manat məbləğində pul vermişdir. Bundan əlavə Məhkum2 həmin vəzifədə və hərbi rütbədə müddətli həqiqi hərbi xidmətdə olarkən, əsgər Təqsirləndirilən şəxs7 müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çav uş Təqsirləndirilən şəxs2, əsgərlər Məhkum2, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs6, X, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 ilə birlikdə törətdikləri cinayət əməli nəticəsində yüksək məbləğdə qanunsuz gəlir əldə etdiklərini və daha əvvəl törətdiyi cinayət əməli ilə yanaşı, həmin əməlinin də ifşa olunmadığını görüb, xidmət etdiyi bölüyün şəxsi heyəti ilə birlikdə davamlı olaraq həmin anbarda patrul növbəsində mühafizəyə təyin olunduğunu nəzərə alaraq, bundan istifadə etməklə növbəti dəfə qanunsuz qazanc əldə etmək qərarına gəlmiş və öz cinayətkar niyyətini təkbaşına həyata keçirə bilməyəcəyini nəzərə alaraq, digər şəxslərlə sövdələşməklə onların köməkliyi ilə öz cinayətkar məqsədinə nail olmaq məqsədi ilə 2024cü ilin fevral ayının sonlarında xidmət etdiyi hərbi hissənin ərazisində öz cinayətkar niyyəti barədə aralarında yaxın etibarlılıq münasibətləri olan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş Təqsirləndirilən şəxs2, əsgərlər Məhkum2, X, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs4 məlumat verib onlara patrul növbətçiliyini həyata keçirtdikləri anbarda kifayət qədər çoxlu sayda tütün məmulatlarının (siqaretlərin) saxlanıldığına görə 25 fevral 2024-cü il tarixdə gecə saatlarında yenidən anbara daxil olmaqla oradan xeyli miqdarda tütün məmulatlarını (siqaretləri) talamağı və sonradan Naxçıvan Muxtar Respublikasının ərazisində müxtəlif şəxslərə satışını təşkil etməklə əldə ediləcək gəliri öz aralarında bölməyi təklif etmiş və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş Təqsirləndirilən şəxs2, habelə əsgə rlər Məhkum2, X, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs4 onun təklifini qəbul edib öz razılıqlarını verdikdə onlarla yenidən bir qrup şəxs halında qabaqcadan əlbir olub cinayət əlaqəsinə girmişdir. Həmin vaxt aralarında aparılmış rol bölgüsünə əsasən, əsgərlər Məhkum2, Təqsirləndirilən şəxs7 və X birlikdə anbara daxil olmaqla oradan tütün məmulatlarının (siqaretlərin) çıxarılmasını və avtomobilə yüklənməsini, həmin gün patrul növbəçiliyinə təyin edilmiş əsgərlər Təqsirləndirilən şəxs4la Təqsirləndirilən şəxs5 anbarın ətrafına nəzarət etməklə hər hansı kənar şəxsi gələcəyi təqdirdə bu barədə dərhal digər qrup iştirakçılarına məlumat verməyi, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş Təqsirləndirilən şəxs2 isə talanacaq tütün məmulatlarının (siqaretlərin) sat ışını təşkil etmək məqsədi ilə tanıdığı mülki şəxslərlə danışacağını öz üzərinə götürərək, sonuncu 2024-cü ilin fevral ayının sonlarında aralarında tanışlıq münasibətləri olan Babək rayon sakinləri Şahid3 və Şahid2la «Milano» markalı tütün məmulatlarının (siqaretlərin), onların qanunsuz yolla əldə edilməsi barədə heç bir məlumat vermədən, içərisində 40 (qırx) ədəd siqaret olan qutunun birini 0.9 (doxsan qəpikdən) manatdan onlara satacağı ilə bağlı razılığa gəlmiş və qabaqcadan müəyyən edilmiş növbətçilik cədvəlinə əsasən 24 fevral 2024-cü il tarixdə qarovul rəisinin köməkçisi – dəyişdirici xidmətinə təyin edildiyinə görə, həmin xidməti qəbul etmişdir. Bundan sonra 25 fevral 2024-cü il tarixdə saat 03 radələrində əsgər Təqsirləndirilən şəxs7 əsgərlər Məhkum2 ilə Xi yuxudan oyadaraq onlarl a birlikdə əsgər yataqxanasından çıxıb qarovul evinin yaxınlığında olan çörək bişirmə sexinin qarşısına getmişdir. Bundan sonra müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş Təqsirləndirilən şəxs2 həmin gün saat 03 radələrində törədiləcək cinayət əməlindən məlumatı olmayan qarovul rəisi, leytenant Şahid14 yatdığını görüb qarovul otağından çıxaraq çörək bişirmə sexinin yanına gəlmiş və əsgərlər Təqsirləndirilən şəxs7, Məhkum2 və Xin orada dayanıb onu gözlədiklərini görərək qarovul evinə qayıdıb orada quraşdırılmış monitorlarda ərazinin videomüşahidəsinin qeydə alınmaması məqsədi ilə anbarların ətrafını müşahidə edən kameraları söndürmüş, daha sonra anbarların ətrafını işıqlandıran elektrik xətlərini elektrik cərəyanından ayırıb yenidən əsgərlər Təqsirləndirilən şəxs7, Mə hkum2 və Xin yanına gələrək, onlara rahat şəkildə tütün məmulatlarının (siqaretlərin) saxlanıldığı 9-cu anbara daxil ola biləcəklərini bildirib anbardan 40 (qırx) qutu tütün məmulatlarını (siqaretləri) oğurlamalarını tapşıraraq onları aparmaq üçün 2 (iki) ədəd avtomobilin gələcəyini demişdir. Bu zaman həmin vaxt anbarın ətrafında patrul növbətçiliyinə təyin edilmiş əsgərlər Təqsirləndirilən şəxs4la Təqsirləndirilən şəxs5 aralarındakı ümumi cinayətkar niyyətə uyğun hərəkət edib rol bölgüsünə əsasən üzərlərinə qoyulmuş vəzifəni yerinə yetirərək hər hansı kənar şəxsin gələcəyi təqdirdə bu barədə digər qrup üzvlərinə xəbər etmələri üçün ətrafı müşahidə aparmağa başlamışlar. Bundan sonra əsgərlər Təqsirləndirilən şəxs7, Məhkum2 və X çörək bişirmə sexinin qarşısında olan yük arabasını götürərək 9-cu anbarın qarşısına getmiş, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş Təqsirləndirilən şəxs2 isə qarovul evinin qarşısında dayanaraq onları müşahidə etməyə başlamışdır. 9-cu anbarın qarşısına gəldikdə üzərinə anbarın qapısını açmaq vəzifəsi qoyulmuş əsgər Məhkum2 özü ilə gətirdiyi taxtadan istifadə etməklə anbarın qapısının üzərindəki qıfılı dartaraq qapıda olan plastilinin üzərindəki möhürün tamlığının pozulmaması üçün dırnaqkəsənlə plastilini qaldırıb plombun məftilini kəlbətinlə çıxartmış, sonra qapını açıb əsgərlər Təqsirləndirilən şəxs7 və Xlə birlikdə qanunsuz olaraq anbara daxil olmuş və oradan N nömrəli hərbi hissəyə məxsus xeyli miqdarda tütün məmulatlarını, yəni hər birində 500 (beş yüz) ədəd «Milano» markalı siqaret qutusu olmaqla ümumi dəyəri 18 000 ( on səkkiz min) manat təşkil edən 40 (qırx) ədəd siqaret qutusunu təkrarən anbara qanunsuz daxil olmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında gizli yolla talayaraq özləri ilə apardıqları yük arabasına yükləyib anbardan çıxartmış və həmin tütün məmulatlarını 5-ci anbarın qarşısına gətirib orada onları gözləyən əsgər Təqsirləndirilən şəxs4 köməkliyi ilə həmin məmulatların cinayət yolu ilə əldə olunmasından məlumatı olmayaraq qabaqcadan onların hərbi hissənin ərazisindən daşınması və ayrı-ayrı şəxslərə satılmasını təşkil etməsi ilə bağlı müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş Təqsirləndirilən şəxs2lə razılaşmış Babək rayon sakinləri Şahid3 idarə etdiyi «Hyundai SantaFe» markalı ** BJ *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin yük yerinə 20 (iyirmi) qutu və siqaretləri vətəndaş Şahid2 çatdırması üçün oraya gəlmiş Babək rayon sakini Şahid5 idarə etdiyi «Mercedes E220» markalı **-SF-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin yük yerinə 20 (iyirmi) qutu «Milano» markalı tütün məmulatlarını (siqaretləri) yükləmiş, bundan sonra əsgər Məhkum2 törətdikləri cinayət əməlinin hərbi hissənin vəzifəli şəxsləri tərəfindən aşkar edilməməsi və diqqət çəkməmək məqsədi ilə 9-cu anbara qayıdıb qapının qıfılını və plombunu əvvəlki qaydada bərkidərək əsgərlər Təqsirləndirilən şəxs7 və Xlə birlikdə yataqxanaya getmişdir. Bundan sonra müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş Təqsirləndirilən şəxs2 qarovul evinə gedərək anbarın müşahidə kameralarını və işıqları yandırmış, bir müddət sonra isə verdikləri tütün məmulatlarının (siqaretl ərin) satışından əldə edilmiş 18 000 (on səkkiz min) manat məbləğində pulu vətəndaşlar Şahid3 və Şahid2 alıb həmin puldan 7 000 (yeddi min) manat məbləğində pulu əsgər Məhkum2 xahişi ilə sonuncunun qohumu olan Gəncə şəhər sakini Xnin adına rəsmiləşdirilmiş "xxxx" ASC-yə məxsus **********324915 nömrəli kart hesabına göndərərək, qalan 11 000 (on bir min) manat məbləğində pulu özünə götürmüş, öz növbəsində əsgər Məhkum2 tərəfindən ona göndərilmiş puldan 300 (üç yüz) manat məbləğində pul hərbi hissədə əsgər Xə verilmiş, əsgərlər Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs7 isə əvvəlki oğurluqlarda iştiraklarına görə pul verildiyi əsas gətirilərək həmin cinayət əməlinin törədilməsində iştiraklarına görə onlara hər hansı məbləğdə pul verilməmişdir. Kassasiya şikayətlə rinin dəlilləri: Müdafiəçi Y.K.Seyfəlov kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən Təqsirləndirilən şəxs2 törətmiş olduğu əməllərə düzgün qiymət verilməmiş, cinayət işi üzrə sübutlar düzgün qiymətləndirilməmiş, nəticədə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələbləri pozulmuşdur. Müdafiəçinin mövqeyinə görə, məhkum özünü təqsirli bilməmiş, ittiham tərəfinin irəli sürdüyü iddialar fərziyyələrə əsaslanmış, sübutlar isə bir-biri ilə ziddiyyət təşkil etmişdir. Həmçinin müdafiə tərəfi tərəfindən aksizsiz tütün məhsullarının hərbi hissəyə mədaxil edilməsi ilə bağlı halların araşdırılması, həmin məhsulları bağışladığı bildirilən şəxsin və digər əlaqəli şəxslərin dindirilməsi, eləcə də aidiyyəti dövlət orqanlarına sorğular göndə rilməsi barədə verilmiş vəsatətlərin məhkəmələr tərəfindən təmin edilmədiyi göstərilmişdir. Müdafiəçi Y.K.Seyfəlov kassasiya şikayətində göstərilənlərə əsasən Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasının 31 oktyabr 2025-ci il tarixli qərarının ləğv edilməsini, cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini və bu mümkün olmadıqda isə Təqsirləndirilən şəxs2 tərəfindən vurulmuş ziyanı ödənilməsini nəzərə alaraq ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan alternativ cəza növünün təyin edilməsini xahiş edir. Məhkum1 müdafiəçisi Nəcəfov Yadigar Quşdan oğlu, Məhkum2 müdafiəçisi Tağıyev Şahlar Tahir oğlu və məhkum Təqsirləndirilən şəxs7 müdafiəçisi İsayev Emin Ağamməd oğlu kassasiya şikayətlərini onunla əsaslandırmışlar ki, məhkəmələr hüquqlarını müdafiə etdiklə ri şəxslərə onların şəxsiyyətinə uyğun olmayan həddindən artıq ağır və ədalətsiz cəza təyin etmişlər. Müdafiəçilərin mövqeyinə görə, həmin şəxslər barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti məhkum etmənin tətbiqi, eləcə də CM-in 62-ci maddəsinə əsasən daha yüngül cəzanın təyin edilməsi üçün real əsaslar mövcuddur. Belə ki, Məhkum1 ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəməsi və xəstə valideynlərinin onun himayəsində olması, Təqsirləndirilən şəxs7 əməlindən peşman olması, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi və dəymiş ziyanı ödəməsi, Məhkum2 gənc olması, əməlini etiraf edərək peşmançılıq göstərməsi və dövlətə dəymiş ziyanı ödəməsi, habelə CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olmaması və zərərçək miş şəxslə barışmaları kimi məsuliyyəti yüngülləşdirən hallar mövcuddur. Müdafiəçilər kassasiya şikayətlərində göstərilənlərə əsasən Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasının 31 oktyabr 2025-ci il tarixli qərarının dəyişdirilməsini və müdafiə etdikləri şəxslər barəsində daha yüngül cəzanın təyin edilməsini, o cümlədən Cinayət Məcəlləsinin 62-ci və ya 70-ci maddələrinin tətbiq olunmasını xahiş edirlər. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcə lləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi Y.K.S eyfəlov kassasiya şikayətində məhkəmələr tərəfindən cinayət – prosessual qanunun sübutlar və sübutetməyə dair qaydalarına əməl olunmadığını, nəticədə Təqsirləndirilən şəxs2 təqsirliliyi sübuta yetirilmədiyi halda əsassız olaraq Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təqsirli bilindiyini iddia edərək, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi və cinayət işi üzrə icraata bəraətverici əsasla xitam verilməsi haqqında kassasiya tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2, 416.1.6 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Eyni zamanda müdafiəçi Y.K.Seyfəlov (ilk xahişi Təqsirləndirilən şəxs2 barəsində cinayət işi üzrə icraata bəraətverici əs asla xitam verilməsi), habelə məhkumlar Təqsirləndirilən şəxs7 və Məhkum1 müdafiəçiləri E.A.İsayev və Y.Q.Nəcəfov kassasiya şikayətlərində hüquqlarını müdafiə etdikləri şəxslərə cəza təyin edilərkən məsuliyyəti yüngülləşdirən, o cümlədən CM-in 62-ci və 70-ci maddələrinin tətbiqinə əsas yaradan halların kifayət qədər nəzərə alınmadığını, nəticədə onların həddindən artıq ağır cəzaya məruz qaldığını iddia etməklə, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarını dəyişdirməklə müdafiə etdikləri şəxslərə daha yüngül cəzanın təyin edilməsi barədə kassasiya tələblərini Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişlər. İlk növbədə qeyd olu nmalıdır, kassasiya şikayətlərinə məhkəmə iclasında baxılanadək Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsindən Məhkum2 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin geri götürməsi barədə 29 dekabr 2025-ci il tarixli ərizəsi daxil olmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414.1-ci maddəsinə əsasən, kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Həmçinin CPM-in 414.5-ci maddəsinin tələbindən görünür ki, məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. Eyni ilə CPM-in 414.8-ci maddəsinin tələbinə görə, kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs öz kassasiya tələblərindən imtina etdikdə və cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayəti və ya kassasiya protesti olmadığı halda məhkəmə kassasiya şikayətinə və ya kassasiya protestinə baxılmasına xitam verilməsi haqqında qərar çıxarır. Odur ki, kollegiya Məhkum2 ərizəsini nəzərə alaraq sonuncunun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin geri qaytarılmasını və həmin müraciət üzrə kassasiya icraatına xitam verilməsini mümkün bilir, eyni zamanda Məhkum1 müdafiəçisi Y.Q.Nəcəfovun, məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi Y.K.Seyfəlovun və məhkum Tə qsirləndirilən şəxs7 müdafiəçisi E.A.İsayevin kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görərək, bu şikayətlərlə əlaqədar Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasının 31 oktyabr 2025-ci il tarixli 1-1(108)-14/2025 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Belə ki, Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tər kibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət -hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əl amətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Təqsirləndirilən şəxs2 hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı), hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş cinayət əməlini törətməsi, məhkumun kassasiya şikayətində iddia etdiyinin əksinə olaraq birinci və apellyasiya instansiyası məhkəmələrində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkün və mötəbər sübutların məcmusu ilə müəyyən edilmişdir. Müdafiə tərəfinin məhkum Təqsirləndirilən şəxs2 oğurluq etməməsi haqqında ittihamın mübahisələndirilməsi üzrə dəlilləri müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin baxılmış sübutların məcmusu – o cümlədən digər məhkumların və şahidlərin ifadələri, hadisə yerinə baxış keçirilməsi haqqında protokol, mütəxəssis rəyi, "xxxx" MMC-dən və “Naxtell” telekomdan əldə edilmiş məlumatlar, akt və qaimələrə baxış keçirilməsi haqqında protokol, maddi sübutlar və digər materiallarla təkzib olunması haqqında nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr müdafiəçinin apellyasiya şikayətində irəli sürülmüş iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci və apellyasiya instansiyası məhkəmələrində CPM-in tələblərinə uyğun olaraq tədqiq edilmiş sübutlara, müvafiq maddi və prosessual normaların düzg ün təfsirinə əsaslandığından, kassasiya şikayətində göstərilənlər isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Təqsirləndirilən şəxs2 əməlinin Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsilə tövsif edilməsi, onun bu maddə ilə təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların olmaması barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür. Sübutlar hökmdə və apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı təsvir edilib, müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə həqiqi məzmunlarına uyğun olaraq şərh edildiyindən, məhkəmə kollegiyası hazırki qərarda sübutların yenidən ətraflı təsvir və şərh edilməsini zəruri saymır. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası müdafiəç inin kassasiya şikayətinin Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təqsirli bilinməsinin mübahisələndirilməsinə dair dəlilləri ilə razılaşmaq üçün əsas tapmır. Təsvir olunanlar, ümumiyyətlə cinayət işinin materialları apellyasiya məhkəməsinin qərarının qanuni və əsaslı olduğunu, məhkəmələr tərəfindən Təqsirləndirilən şəxs2 müdafiəçisi Y.K.Seyfəlovun kassasiya şikayəti ilə ehtiva olunan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2, 416.1.6 və 416.1.11-ci maddələrində təsbit olunmuş pozuntulara yol verilmədiyini göstərir. Müdafiəçilərin Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs7 və Məhkum1 barələrində məhkəmə tərəfindən təyin edilmiş cəzalarının ağır olmasına həsr olunmuş kassasiya şikayətində (şikayətin məzmunundan) i stinad edilmiş dəlillərə gəldikdə, kollegiya bu müraciətlərlə də razılaşmaq üçün əsas tapmır. Belə ki, birinci instansiya məhkəməsinin hökmü ilə təyin edilmiş cəzanın ədalətsiz olması və CM-nin 62 və ya 70-ci maddələrinin tətbiqi yolu ilə cəzanın yüngülləşdirilməsi barədə tələb məhkumların müdafiəçiləri tərəfindən apellyasiya instansiyası məhkəməsi qarşısında da irəli sürülmüşdür. Apellyasiya məhkəməsi həmin iddialarla razılaşmayaraq CM-nin 62 və 70-ci maddələrinin tətbiqi üçün əsas görməmiş, lakin birinci instansiya məhkəməsi tərəfindən cəza təyin edilərkən nəzərə alınmış hallardan, o cümlədən təqsirli şəxslərin şəxsiyyətlərini səciyyələndirən və cəzalarını yüngülləşdirən hallardan çıxış edərək məhkumlara təyin edilmiş azadlıqdan məhrum etmə cəzalarının müddətinin azaldılmasını mümkün hes ab etmişdir. Apellyasiya instansiyası məhkəməsi məhkumlara azadlıqdan məhrum etmə cəzasının müddətini endirərkən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla bağlı qənaəti ilə yanaşı onların törətdikləri cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilmə hallarını, təqsirkarların şəxsiyyətlərini, təyin olunan cəzanın onların ailələrinin həyat şəraitinə və islah olunmalarına təsirini, habelə cəzanın digər məqsədlərini nəzərə almış, Məhkum1 barəsində Cinayət Məcəlləsinin 311.2, 32.5, 177.2.1-ci, 32.5, 177.2.3-cü və 32.5, 177.2.4-cü maddələrinin, Təqsirləndirilən şəxs7 barəsində isə Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsinin sanksiyasının minimum həddində, Təqsirləndirilən şəxs2 barəsində isə həmin maddənin sanksiyasının minimum həddinə yaxın həddə azadlıqdan məhrum et mə cəzası tətbiq etməklə cəzanın məqsədlərinə nail olunmasının mümkün olduğunu əsaslandırmış və bununla da Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs7 və Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələblərinə cavab verən ədalətli cəza təyin etmişdir. Kassasiya şikayətlərinin dəlilləri birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticələri təkzib etmədiyindən, məhkəmə kollegiyası fərqli nəticəyə gəlmək, o cümlədən məhkəmələr tərəfindən cəza təyin edilərkən və onun qanunauyğunluğu yoxlanılarkən nəzərə alınmış, habelə kassasiya şikayətlərində göstərilən digər halları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs7 və Məhkum1 cəzalarının yüngülləşdirilməsini və ya onların barələrində Cinayət Məcəlləsinin 62 və 70-ci maddələrinin tətbiqini mümkün ed ən hallar kimi qiymətləndirmək üçün əsas görmür və hesab edir ki, baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi Cinayət Məcəlləsinin cəzanın təyin edilməsini tənzimləyən normalarının pozulmasına yol verməmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətlərində göstərilən, lakin birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilməyən hallarla bağlı yuxarıda qeyd olunan nəticəyə gələrkən onu da nəzərə alır ki, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 419.1-ci maddəsinə əsasən kassasiya baxışının hüdudları cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşır. Həmin Məcəllənin 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunanlar müdafiəçilərin kassasiya şikayətlərinə baxılması nəticəsində bu şikayətlərdə ehtiva olunan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində təsbit olunmuş halların müəyyən edilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və yaxud ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətlərinin təmin edilməsi barədə müdafiəçi E.İsayevin və kassasiya şikayətlərinin təmin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, müdafiəçilərin kassasiya şikayətləri təmin edilməməli, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasının 31 oktyabr 2025-ci il tari xli 1-1(108)-14/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1 və 414-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Məhkum2 ərizəsi təmin edilsin. Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasının 31 oktyabr 2025-ci il tarixli qərarından onun müdafiəçisi Ş.T.Tağıyev tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın və həmin kassasiya şikayəti üzrə icraata xitam verilsin. Müdafiəçilər Nəcəfov Yadigar Quşdan oğlu, X9 və İsayev Emin Ağamməd oğlunun hər birisinin ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri təmin edilm əsin. Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,177.2.1, 32.5,177.2.3, 32.5,177.2.4 və 311.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi təqsirli bilinib məhkum olunmalarına dair cinayət işi üzrə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasının 31 oktyabr 2025-ci il tarixli 1-1(108)-14/2025 nömrəli qərarı məhkum olunmuş şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs7 və Məhkum1 aid hissələrdə və baxılmış kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar