Məhkəmə qərarları › İş №1-1(102)-24/2024

Ali Məhkəmə Qərar — İş №1-1(102)-24/2024

07.03.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-24/2024 07.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Hakimlər: Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə; X26 oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri X10, Məhkum – Təqsirləndirilən şəxs2 iştirakı ilə, Tərtər Hərbi Məhkəməsinin 06 may N22-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 32.5, 341.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Təqsirləndirilən şəxs2 barəsində olan cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 noyabr N22-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs2 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Tərtər Hərbi Məhkəməsinin 1-1(098)-22/N22 nömrəli, 06 may N22-ci il tarixli hökmü (hakimlər X18 (sədrlik edən), X11 (məruzəçi), və X7 ibarət tərkibdə) ilə 11 avqust 1993-cü il tarixdə Goranboy rayonunun Qazanbulaq qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasыnыn vətəndaşı, subay, natamam orta təhsilli, əvvəllər məhkum olunmamış, N nömrəli hərbi hissəsinin 6-cı tank əleyhinə raket kompleksləri divizionunun 16-cı tank əleyhinə raket komplek sləri batareyasının 2-ci tank əleyhinə raket kompleksləri tağımının 4-cü döyüş maşınının sabiq baş operatoru, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər, 10 mart N21-ci il tarixdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən ehtiyata buraxılmış, ünvan 1 ünvanında daimi qeydiyyatda olmaqla yaşayan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 341.3-cü maddəsilə təqsirli bilinib 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 18 may N21-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan t ədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi qərara alınmışdır. Həmin hökmlə Təqsirləndirilən şəxs1da təqsirli bilinərək məhkum edilmişdir. Həmin hökmdən Təqsirləndirilən şəxs2 müdafiəçisi X24 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1-1(104)60/N22 saylı, 17 noyabr N22-ci il tarixli (hakimlər: X3 (sədrliyi və məruzəsi ilə), X13 və X2 ibarət tərkibdə) qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Tərtər Hərbi Məhkəməsinin 06 may N22-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Hökmə əsasən, Təqsirləndirilən şəxs1, əsgər Təqsirləndirilən şəxs2 köməkçiliyi ilə vəzifəli şəxs kimi döyüş şəraitində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün üstünlük əldə etmək məqsədilə öz qullu q səlahiyyətlərindən qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə, eləcə də dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmuşdur. Belə ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 6-cı tank əleyhinə raket kompleksləri divizionunun 16-cı tank əleyhinə raket kompleksləri batareyasının komandiri, leytenant Təqsirləndirilən şəxs1, Ermənistan Respublikasının Silahlı Qüvvələri tərəfindən Azərbaycan Respublikasının işğal olunmuş əraziləri ilə bilavasitə təmas xəttində yerləşən mövqelərinə və mülki obyektlərə təxribat məqsədilə iriçaplı silahlardan atəş açılması, həmçinin Ermənistan Respublikasının Silahlı Qüvvələrinin ölkənin digər ərazilərini də işğal etmək məqsədilə təcavüzkar müharibəni planlaşdırması və hazırlamasından sonra düşmənə qarşı həyata keçirilən əks-hücum və digər ərazilərimizin işğaldan azad olunması əməliyyatları ilə əlaqədar, Müdafiə Nazirliyinin Raket və Artilleriya Qoşunları İdarəsi rəisinin (999 nömrəli hərbi hissə komandirinin) N iyul NN-ci il tarixli, 395/1N №-li telefonoqrammasına və həmin tarixli, 022 №-li əmrinə müvafiq olaraq verilmiş N nömrəli hərbi hissə komandirinin N iyul NN-ci il tarixli, N6 №-li əmrinə əsasən, N iyul NN-ci il tarixdən İ Ordu Korpusunun müdafiə zolağında döyüş tapşırıqlarının icrasına, habelə İ Ordu Korpusu komandirinin 28 sentyabr NN-ci il tarixli, 004 №-li əmrinə əsasən N nömrəli hərbi hissəyə məxsus «Sand Cat» markalı, N 689 QQ hərbi qeydiyyat nömrəli döyüş maşınının üzərində olan «Spike-ER» markalı tank əleyhinə raket kompleksi ilə həm batareya komandiri, h əm də həmin döyüş maşınının komandiri kimi N nömrəli hərbi hissənin Tərtər rayonunun Həsənqaya kəndi ərazisində yerləşən müdafiə zolağında əkshücum əməliyyatlarına cəlb edilmişdir. Qeyd olunan əks-hücum əməliyyatları zamanı N nömrəli hərbi hissənin 2-ci taborunun 6-cı bölüyünün Həsənqaya kəndi ərazisində yerləşən N №-li döyüş mövqeyindən piyada heyətlə düşmənin şərti olaraq «Təkər», «DŞK» adlanan döyüş mövqeləri və şərti olaraq «530» adlanan yüksəkliyi istiqamətində, N №-li mövqeyin sol tərəfindən isə tanklarla işğal altında olan Tərtər rayonunun Göyarx yaşayış məntəqəsində yerləşən, şərti olaraq «İki mərtəbə» adlanan döyüş mövqeyi istiqamətində əks-hücum planı hazırlanmışdır. Həmin plan üzrə leytenant Təqsirləndirilən şəxs1 27 sentyabr NN-ci il tarixdən «Sand Cat» markalı, N 689 QQ hərbi qeydiyyat nömrəli döyüş maşınının operatoru olan, komandiri olduğu batareyanın 2-ci tank əleyhinə raket kompleksləri tağımının 4-cü döyüş maşınının baş operatoru, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs2 ilə birlikdə döyüş maşını komandiri olduğu «Spike-ER» markalı tank əleyhinə raket kompleksində döyüş əməliyyatları aparıldığı müddətdə İ Ordu Korpusu üzrə tank əleyhinə ehtiyatın komandiri təyin olunmuş N nömrəli hərbi hissənin 6-cı tank əleyhinə raket kompleksləri divizionunun komandiri, mayor Şahid23 onlar üçün təyin etdiyi yerdə, yəni Həsənqaya kəndi ərazisində, N nömrəli hərbi hissənin N №-li «Bayquşgözü» kəşfiyyat-müşahidə postunun sol tərəfində mövqe tutmuş və dayandıqları mövqedən təxminən 2.700 metr məsafədə Göyarx yaşayış məntəqəsində ye rləşən, düşmənin şərti olaraq «İki mərtəbə» adlanan döyüş mövqeyi də daxil olmaqla onlara verilmiş atəş sektorunda aparılan döyüş əməliyyatları zamanı fasiləsiz olaraq döyüşü izləməkdən, həmin sektorda aşkar etdikləri, eləcə də onlara verilən komandalar əsasında müəyyən etdikləri düşmənin tank, texnika və digər hədəflərini məhv etməkdən ibarət döyüş tapşırığını icra etməyə başlamışlar.Döyüş əməliyyatları zamanı 29 sentyabr NN-ci il tarixdə N nömrəli hərbi hissənin 3-cü taborunun komandiri, mayor Şahid1 rəhbərliyi ilə həmin taborun taktiki qruplarının 4 ədəd «T-72» markalı zirehli tank texnikaları və N nömrəli hərbi hissəyə məxsus N bort nömrəli «İMR» markalı maneə ləğvetmə maşını ilə 2-ci taborun 6-cı bölüyünün Həsənqaya kəndi ərazisində, N №-li döyüş mövqeyinin sol tərəfində yerləşən əraz idən təxminən 809 metr məsafədə yerləşən, düşmənin şərti olaraq «İki mərtəbə» adlanan döyüş mövqeyi, eyni zamanda hərbi hissənin N №-li döyüş mövqeyindən isə 3-cü taborun digər taktiki qrupları ilə düşmənin şərti olaraq «Təkər» adlanan döyüş mövqeyi istiqamətində hücum planı hazırlanmışdır. Plan üzrə hərbi hissənin artilleriya bölmələri tərəfindən həmin gün saat 13 radələrində ilk olaraq düşmən mövqeləri artilleriya atəşinə tutulmuş və təxminən 40 dəqiqə davam etmiş atışdan sonra, saat 14 radələrində 3-cü taborun hərbi qulluqçularından ibarət taktiki qrupların bir hissəsi tabor komandiri, mayor Şahid1 başçılığı ilə 2-ci taborun 6-cı bölüyünün N №-li döyüş mövqeyinin sol tərəfindən düşmənin şərti olaraq «İki mərtəbə» adlanan döyüş mövqeyi istiqamətində 160, 161, 167 və 169 bort nömrəli «T-7 2» markalı zirehli tank texnikaları və N bort nömrəli «İMR» markalı maneə ləğvetmə maşını ilə N №-li döyüş mövqeyinin sağ cinahından düşmənin şərti olaraq «Təkər» adlanan döyüş mövqeyi istiqamətində hücuma keçmişlər. Həmin vaxt hərbi hissənin tank bölüyünün komandiri vəzifəsini icra edən, leytenant X1 olduğu 160 bort nömrəli «T-72» markalı zirehli tank texnikası düşmən tərəfdən hədəfə alınmamaq üçün manevr etmək məqsədi ilə neytral əraziyə daxil olduqdan sonra təyin edilmiş trayektoriyadan kənara çıxmaqla sol tərəfə, yəni Ağdərə rayonu istiqamətində yuxarı sürətlə hərəkət etməyə başlamışdır. Onun ardınca 161, 167 və 169 bort nömrəli zirehli tank texnikaları neytral əraziyə daxil olduqdan sonra «İMR» markalı maneə ləğvetmə maşını ilə birlikdə düşmən mövqeləri istiqamətində təyin olunmuş tra yektoriya üzrə yuxarı sürətlə hərəkət etməyə, tanklarla bərabər 3-cü taborun taktiki qrupları isə düşmən mövqeləri istiqamətində hücuma keçməyə başlamışlar. Düşmənin müxtəlif çaplı silahlardan kəskin atəşinə baxmayaraq, taktiki qruplar düşmən mövqeləri istiqamətində hücumu həmin istiqamətdə uzanan arxın içərisi ilə sürünərək davam etdirmiş və düşmənin şərti olaraq «İki mərtəbə» adlanan döyüş mövqeyinin qarşısında yerləşən istifadəsiz səngərə daxil olmağa nail olmuşlar. Həmin vaxt düşmən mövqeləri istiqamətində hərəkətdə olan 160 bort nömrəli zirehli tank texnikası düşmən tərəfdən açılmış atəşlə vurulduğundan, tankın heyəti açılmış atəşlə zədələnmiş tankı geriyə hərəkət etdirməklə 6-cı bölüyün ərazisinə qaytarmış, 161, 167 və 169 bort nömrəli «T-72» markalı zirehli tank texnikaları isə N bo rt nömrəli «İMR» markalı maneə ləğvetmə maşını ilə piyada hücumda olan hərbi qulluqçulardan əvvəl keçid yerindən düşmənin şərti olaraq «İki mərtəbə» adlanan döyüş mövqeyi istiqamətində irəliləyib, 161 bort nömrəli zirehli tank texnikası düşmənin həmin mövqeyindəki ikimərtəbəli tikilisindən təxminən 321 metr, N bort nömrəli zirehli tank texnikası təxminən 241 metr, 169 bort nömrəli zirehli tank texnikası təxminən 234 metr məsafəyədək, «İMR» markalı maneə ləğvetmə maşını isə sonuncu iki tankın arasında olmaqla onlarla eyni məsafəyə qədər hərəkət etmişlər. Həmin vaxt tanklar hərəkətdə olarkən saat 14:10 radələrində N nömrəli hərbi hissənin Həsənqaya kəndi ərazisində yerləşən N №-li kəşfiyyat-müşahidə postunda «Bayquşgözü» elektro-optik müşahidə cihazında düşmənin şərti olaraq «İki mərtəbə» ad lanan döyüş mövqeyinin qarşısında aparılan hücum əməliyyatını müşahidə edən həmin hərbi hissənin kəşfiyyat-müşahidə bölüyünün texniki-müşahidə tağımının 1-ci qrup komandiri, gizir X14 düşmənin şərti olaraq «İki mərtəbə» adlanan döyüş mövqeyinin qarşısında hücumda olan 3 ədəd tank texnikasının N nömrəli hərbi hissəyə məxsus olduğunu bilmədən, həmin postda olan Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsinin zabiti, polkovnik-leytenant X15 xidməti istifadəsində olmaqla masanın üzərində olan «Motorolla» markalı simsiz telefona gələn zəngə cavab verməklə zəng edən naməlum şəxsin ərazidə nə müşahidə etməsi barədə sualına cavab olaraq, düşmənin ikimərtəbəli tikilisinin sol tərəfində tankları müşahidə etdiyini bildirmişdir. Eyni zamanda həmin vaxt N nömrəli hərbi hissənin komandiri, polkovnik X8 hücum əməliyyatını idarə etdiyi, Tərtər rayonunun Şıxarx qəsəbəsində yerləşməklə şərti olaraq «QNEP» adlanan komanda müşahidə məntəqəsində onunla birlikdə olan hərbi hissənin artilleriya rəisi, polkovnik-leytenant Şahid12 verdiyi göstərişə əsasən sonuncu, radiostansiya vasitəsi ilə Şıxarx qəsəbəsində yerləşən idarəetmə məntəqəsində olan hərbi hissənin rabitə xidmətinin rəisi, mayor X4 tank əleyhinə ehtiyatın komandiri, mayor Şahid23 düşmənin ikimərtəbəli tikilisinin sol tərəfində düşmən tanklarının olması və tank əleyhinə ehtiyatın həmin düşmən tanklarını müşahidə edərək aşkar etməli olması barədə məlumat verməsini tapşırmışdır. Həmin vaxt mayor Şahid23 zirzəmidə yerləşən idarəetmə məntəqəsində olduğuna görə müşahidə aparmaq imkanı olmadığından, məlumatı aldıqdan sonra dərhal rabitə əlaqəs i vasitəsi ilə sərəncamında olan leytenant Təqsirləndirilən şəxs1, eləcə də N nömrəli hərbi hissənin tank əleyhinə batareyasının komandiri, kapitan Şahid24 Faxrəddin oğluna düşmənin ikimərtəbəli tikilisinin sol tərəfində düşmənə məxsus tank texnikalarının müşahidə edildiyini bildirib, onların da həmin ərazidə müşahidə aparmalarını və düşmənin ikimərtəbəli tikilisinin sol tərəfində düşmənə məxsus zirehli tank texnikalarını müşahidə edibetmədikləri barədə məruzə etmələrini əmr etmişdir. Bu zaman kapitan Şahid24 rabitə əlaqəsində hər hansı düşmən tankını müşahidə etmədiyini bildirmiş, leytenant Təqsirləndirilən şəxs1 isə “Spike-ER” markalı tank əleyhinə idarə olunan raket kompleksinə məxsus planşetlə mütləq müşahidə etmək əvəzinə durbinlə və operator Təqsirləndirilən şəxs2 «Spike-ER» markalı tank əleyhinə raket kompleksinin müşahidə cihazı vasitəsi ilə düşmənin ikimərtəbəli tikilisinin qarşısında hücumda olan 167 və 169 bort nömrəli zirehli tank texnikalarını müşahidə etdikləri halda, leytenant Təqsirləndirilən şəxs1 görmə bucağına və oriyentirə əsasən tankların olduğu yeri düzgün qiymətləndirmədən mayor Şahid23 düşmənin ikimərtəbəli tikilisinin qarşısında deyil, sol tərəfində iki ədəd tank texnikasını müşahidə etdiyini məruzə etmişdir. Bundan sonra mayor Şahid23 N nömrəli hərbi hissənin tanklarının da hücumda olmaqla düşmənin ikimərtəbəli tikilisinin sağ tərəfinə doğru getdiklərini bildirərək, leytenant Təqsirləndirilən şəxs1 sərbəst müşahidə aparmalarına və düşmənin ikimərtəbəli tikilisinin sol tərəfində olan, düşmənə məxsus tankları məhv etmələrinə dair komanda vermişdir. L akin həmin komandanı almış leytenant Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Müdafiə Nazirinin 06 noyabr N13-cü tarixli, 23 №-li qərarı ilə təsdiq edilmiş «Raket və Artilleriya Qoşunlarının fəaliyyətləri üzrə Döyüş Təlimatı»nın İİ hissəsinin (Taktiki fəaliyyətlərin əsasları) 2.1 və 18.4-cü bəndlərində nəzərdə tutulmuş «Tank əleyhinə batareya komandiri əvvəlcədən müəyyən olunmuş komanda müşahidə məntəqəsində olmalı və döyüşü izləməlidir; tank əleyhinə artilleriya batareyası hücumda bir qayda olaraq tank əleyhinə ehtiyatı təşkil edir və ya onun tərkibinə daxil olaraq növbəti tapşırıqları yerinə yetirir; hücum üçün ümumqoşunun birləşmələrinin (hissələrinin) irəliləməsini və açılmasını (qruplaşmasını) qoruyur, düşmənin əks həmləsi zamanı tankları və zirehli maşınları məhv edir, ikinci e şelonun irəliləməsini, açılması və döyüşə yeridilməsini, birləşmələrin (hissələrin) açıq cinahlarını qoruyur» kimi tələblərini, habelə «Artilleriya atışının və atəşinin idarə edilməsi Qaydaları»nın (divizion, batareya, tağım, top, 1-ci hissə) 395, 396, 399 və 402-ci bəndlərində, eləcə də Qaydaların 8-ci Əlavəsində nəzərdə tutulmuş «Batareya komandiri döyüş tapşırığı alıb: atəşlə zərər vurulası hədəflərin ərazidə kəşfiyyatı (əlavə kəşfiyyatı) vəzifələrini, hədəflərin ölçüsünü, xarakterini, vəziyyətini və onların zəif yerlərini dəqiqləşdirir; qərar qəbul edir və bölmə komandirlərinə ərazidə atəş tapşırıqları verir (verilibsə dəqiqləşdirir);..Atəş tapşırığını yerinə yetirmək üçün qərarında batareya komandiri aşağıdakıları müəyyən edir: atəşlə zərər vurulası hədəfləri; atış tapşırıqlarını; atə şaçma (hazırolma) vaxtını, əgər lazımdırsa, atəşaparma müddətini; göstəricilərin hazırolma üsulunu; hədəfgöstərmə vasitələrini və üsullarını;.. Plandankənar atəş tapşırıqları verəndə batareya komandiri açılma həddini (atəş mövqeyi) tutulduqdan sonra aşağıdakıları göstərir: hədəfin (hədəflərin) xarakterini, onun yerli əşyalara (oriyentirlərə) nisbətən vəziyyətini və hərəkət istiqamətini; icra komandasını» kimi tələbləri pozaraq, döyüş meydanında öz tanklarımızı müşahidə etdiyi, sadəcə olaraq Şahid23 onu rabitədə tələsdirdiyinə, iki mərtəbənin sol tərəfindəki tankların düşmən tankları olmasına inandırdığına, hədəfin düşmənə məxsus olmasına arxayın etdiyindən yaranmış şəraitdə alınmış məlumatın qeyri-dəqiq olmaqla şübhə yaratdığına baxmayaraq, həmin məlumatın doğruluğunun yəni, ərazidə müşa hidə etdiyi tankların düşmən tankı olmasının (rənginə, hərəkət istiqamətinə, mühərrikdə ayrılan tüstünün çıxış yerinə və s. fərqləndirici xüsusiyyətinin) nədə özünü göstərməsini, ərazidə öz tanklarımızın olması barədə məlumatı olduğundan həmin tankların döyüş mövqeyində harada müşahidə olunduğu yeri tam dəqiqləşdirməyib və düşmən takları ilə özümüzün tanklarının döyüş möveyində olduğları və hərəkət istiqaməti üzrə müqaisəli təhlilini aparması olmalı olduğu halda, bu zəruri hərəkətləri etməyərək, vəzifəli şəxs olmaqla döyüş şəraitində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və operator Təqsirləndirilən şəxs2 üçün üstünlük əldə etmək, yəni müşahidə etdikləri tankları tez məhv etməklə bununla da yuxarı komandir heyəti qarşısında özlərini bacarıqlı, cəsur, vəzifələrinin öhdəsindən layiqi ncə gələn və döyüş əməliyyatlarında digərlərindən fərqlənən, verilmiş hədəfləri orada olan digər tank əleyhinə vasitələrin heyətlərindən daha tez ərazidə aşkar edib məhv etməklə döyüş tapşırığını qısa zaman ərzində icra edən, hərbi qulluqçular kimi göstərmək, öz sektorunu döyüş ərzində fasiləsiz olaraq izlədikləri görüntüsünü yaratmaq məqsədi ilə müşahidə etdiyi tank texnikalarının N nömrəli hərbi hissəyə məxsus olması ehtimalını da anladığı halda öz əməlinin ictimai təhlükəli olduğunu dərk edib, onun ictimai təhlükəli nəticələrini, yəni sonda N nömrəli hərbi hissəyə məxsus tanklara atəş açılması ilə onların məhv ediləcəyini və içərisindəki hərbi qulluqçuların öləcəyini qabaqcadan görməklə, lakin bunları arzu etməyib, belə nəticələrin baş verməsinə şüurlu surətdə yol verməklə öz qulluq səl ahiyyətlərindən qulluq mənafeyi tələb etdiyi halda istifadə etməyərək, öz sektorunu fasiləsiz müşahidə altında saxlamadan ərazidə müşahidə aparıb aşkar etdiyi tank texnikalarının yerli əşyalara (oriyentirlərə) nisbətən vəziyyətinə və hərəkət istiqamətinə diqqətlə baxmamış, dayandıqları mövqedən tank texnikalarının hansı məsafədə yerləşməsini raket kompleksinə məxsus planşetlə vasitəsi ilə müəyyən etməmiş, aldığı məlumatla uyğunluğunu tam dəqiqləşdirməmiş, komandir planşetini əvvəlcədən “Spike-ER” markalı tank əleyhinə idarə olunan raket kompleksinə qoşdurmamış, planşet vasitəsi ilə tankları və atışı, yəni raket hədəfə dəyənədək onun hərəkətini izləməmiş, bununla da onun həmin tank texnikalarının N nömrəli hərbi hissəyə məxsus olduğunu müəyyən etmək imkanı olsa da, bunları etməmişdir. O cüm lədən leytenant Təqsirləndirilən şəxs1 həmin tank texnikalarının mənsubiyyətini, yəni öz Silahlı Qüvvələrimizə məxsus olduğunu müəyyən etmək imkanı olduğu halda, həmin tank texnikalarının düşmən tankları olduğunu zənn edərək, onda tam əminlik olmadan atəş açmaq qərarına gələrək onunla yanbayan dayanmış operator əsgər Təqsirləndirilən şəxs2 əvvəlcə sağ tərəfdə hərəkətdə olan N bort nömrəli, daha sonra isə sol tərəfdə hərəkətdə olan 169 bort nömrəli «T-72» markalı zirehli tank texnikalarına atəş açması barədə əmr vermişdir. Operator, əsgər Təqsirləndirilən şəxs2 isə öz növbəsində, leytenant Təqsirləndirilən şəxs1 tərəfindən verilmiş əmrin icrası ilə əlaqədar «Artilleriya atışının və atəşinin idarə edilməsi Qaydaları”nın (divizion, batareya, tağım, top, 1-ci hissə) 401-ci bəndində nəzərdə tut ulmuş «Tank əleyhinə qurğunun operatorları atəş tapşırığını alıb onu aydınlaşdırır, hədəfi ərazidə tapır, nişangah göstəricilərini, nişanalma nöqtəsini (yan qabaqlamasını) müəyyən edir və atəş tapşırığını yerinə yetirirlər» kimi tələbləri, habelə Müdafiə nazirinin birinci müavini-Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 28 may N08-ci il tarixli əmri ilə təsdiq edilmiş «Artilleriyanın atəş bölmələrinin döyüş işinə dair Təlimat»ın 194-213-cü bəndlərində nəzərdə tutulmuş «Hədəfgöstərməni qəbul edən, hədəfi ərazidə tez tapmaq üçün bütün tədbirləri görməlidir, o, hədəfin yerini aydınlaşdırıb, hədəfi əlamətlərinə görə axtarıb tapır və məlumat verir» kimi tələbləri pozub özünü komandanlıq qarşısında bacarıqlı, vəzifələrinin öhdəsindən layiqincə gələn, döyüş əməliyyatlarında digərlərindən fərqlənə n, verilmiş hədəfləri orada olan digər tank əleyhinə vasitələrin heyətlərindən daha tez ərazidə aşkar edib məhv etməklə döyüş tapşırığını qısa zaman ərzində icra edən qurğu operatoru kimi göstərmək, öz sektorunu döyüş ərzində fasiləsiz olaraq izlədikləri görüntüsünü yaratmaq, qazanılan qələbədə onların da paylarının olmasını istəmələri məqsədi ilə müşahidə etdiyi tank texnikalarının N nömrəli hərbi hissəyə məxsus olacağı ehtimalını anladığı halda öz əməlinin ictimai təhlükəli olduğunu dərk edib, onun ictimai təhlükəli nəticələrini, yəni sonda N nömrəli hərbi hissəyə məxsus tanklara atəş açılması ilə onların məhv ediləcəyini və içərisindəki hərbi qulluqçuların öləcəyini qabaqcadan görməklə, lakin bunları arzu etməyib, belə nəticələrin baş verməsinə şüurlu surətdə yol verməklə fiziki şəxsl ərin hüquqlarına və qanuni mənafelərinə, eləcə də dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurulmasına köməkçilik edərək, öz sektorunu fasiləsiz müşahidə altında saxlamadan, habelə məlumatın qeyri-dəqiq olmasından məlumatlı olsa da, ərazidə aşkar etdiyi tank texnikalarının yerli əşyalara (oriyentirlərə) nisbətən vəziyyətini və hərəkət istiqamətini dəqiq izləməmiş, leytenant Təqsirləndirilən şəxs1 hədəfə atəş açmaq barədə əmr aldıqdan sonra, sonuncu tərəfindən hədəfin düşmənə aid olmasının “Spike-ER” markalı tank əleyhinə idarə olunan raket kompleksinə məxsus planşetlə deyil, durbin vasitəsi ilə aydınlaşdırdığını görərək bu üsulla leytenant Təqsirləndirilən şəxs1 tərəfindən verilən komandanın təlimata uyğun olmadığını bildiyi halda ona verilən əmrdə hədəf in düşmənə aid olmasına tam dəqiqlik olmamadığını başa düşsədə və bununla da verilən bu əmri icra eməmək barədə səlahiyyəti yarandığı tərzdə bunu etməyərək, saat 14:10 radələrində düşmənin şərti olaraq «İki mərtəbə» adlanan döyüş mövqeyindəki ikimərtəbəli tikilinin qarşısında, həmin tikilidən təxminən 241 metr, raket kompleksindən isə təxminən 2.464 metr məsafədə hərəkət istiqaməti və lüləsi düşmən mövqeyi istiqamətində, sağ tərəfdə olan N nömrəli hərbi hissəyə məxsus N bort nömrəli, F06BT8437 zavod nömrəli, «T-72» markalı zirehli tank texnikasına, ikinci dəfə isə saat 14:15 radələrində həmin istiqamətdə düşmənin ikimərtəbəli tikilisindən təxminən 234 metr, raket kompleksindən isə təxminən 2.471 metr məsafədə hərəkət istiqaməti və lüləsi düşmən mövqeyi istiqamətində, sol tərəfdə hərəkətdə olan 169 bort nömrəli, F06BT8457 zavod nömrəli «T-72» markalı zirehli tank texnikasına «Spike-ER» markalı tank əleyhinə raket kompleksi vasitəsi ilə «hədəfləri bloklamaqla» qəsdən iki dəqiq atəş açıb döyüş tapşırığını uğurla icra edən həmin tank texnikalarını məhv etmişdir. Artıq ikinci atəşdən sonra həmin vaxt yaxınlıqda olan, şərti olaraq «Bayquşgözü» adlanan kəşfiyyat-müşahidə postundan N nömrəli hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər X19 həmin raket kompleksinin yanına qaçaraq leytenant Təqsirləndirilən şəxs1 atəş açdıqları tankların N nömrəli hərbi hissəyə məxsus olduğunu bildirmiş və bununla atəş dayandırılmışdır. Leytenant Təqsirləndirilən şəxs1 və əsgər Təqsirləndirilən şəxs2 «Spike-ER» markalı tank əleyhinə raket kompleksindən açdıqları atəşlər nəticəsində N bort nömrəli zirehli tank texnikasının komandiri, leytenant Şahid8, tuşlayıcı-operatoru, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər X6 və mexanik-sürücüsü, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər XN tankı tərk edə bilsələr də, əsgər Mübariz Cəfərov tankın vurulması nəticəsində həyat üçün təhlükəli olan və ağırlıq dərəcəsinə görə ümumilikdə sağlamlığa ağır zərər vurmaya aid «Partlayışın travması nəticəsində yaranmış alovun başın, üzün, boyunun, döş qəfəsinin və qarının ön və yan divarlarının, bel nahiyəsinin, aralığın, xarici cinsiyyət üzvü və xayalığın, hər iki sağrıların, hər iki yuxarı və aşağı ətrafların, yuxarı tənəffüs yollarının İİ-İİİA dərəcəli təqribən 60 faiz alovdan termiki yanığı nəticəsində sepsis hesabına poliorqan çatışmamazl ığı» xəsarətlərini alaraq hadisə yerindən təxliyə olunduqdan sonra 04 oktyabr NN-ci il tarixdə müalicədə olduğu Silahlı Qüvvələrin Baş Klinik Hospitalında ölmüş, əsgər Səxavət Məmmədov hər hansı xəsarət almadan tankı tərk etməsinə baxmayaraq, düşmən tərəfdən açılmış atəşlə ağır dərəcəli bədən xəsarətləri alaraq ölmüş, leytenant Şahid8 isə ağırlıq dərəcəsi təyin edilməyən «Barotravma» xəsarətini almışdır. Eyni zamanda, leytenant Təqsirləndirilən şəxs1 və əsgər Təqsirləndirilən şəxs2 «Spike-ER» markalı tank əleyhinə raket kompleksindən açdıqları ikinci atəş nəticəsində vurulmuş 169 bort nömrəli tankın komandiri, gizir X16 həyat üçün təhlükəli olan və ağırlıq dərəcəsinə görə ümumilikdə sağlamlığa ağır zərər vurmaya aid «Bədənin bütün səthinin İV dərəcəli termiki yanığı və sol bud sümüyünün yuxarı 1/3-dən amputasiyası» xəsarətlərini, tuşlayıcı-operatoru, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər X21 həyat üçün təhlükəli olan və ağırlıq dərəcəsinə görə ümumilikdə sağlamlığa ağır zərər vurmaya aid «Boynun sol yan səthində geniş toxuma deffektli yara, boyun fəqərəsinin sınığı ilə; döş qəfəsinin sol-ön səthindən döş boşluğuna nüfuz edən 2 ədəd yaralar; sol dirsək sümüyünün orta 1/3-dən açıq qəlpəli sınığı, yumşaq toxumaların geniş ölçülü defektli yarası ilə» xəsarətlərini, mexanik-sürücüsü, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər X9 isə həyat üçün təhlükəli olan və ağırlıq dərəcəsinə görə ümumilikdə sağlamlığa ağır zərər vurmaya aid «Bədən səthinin tam yanması, yanmış, ovxalanan vəziyyətdə ayrı-ayrılıqda sağ bud sümüyünün proksimal hissəsi, b ud sümüyünün distal hissəsi, bud sümüyünün fraqmenti, diz qapağı sümüyü, baldır sümüyünün proksimal hissəsi, çoxsaylı sümük fraqmentləri və tam kömürləşmiş vəziyyətdə borulu sümük fraqmentləri» xəsarətlərini alaraq hadisə yerində ölmüşlər. Həmçinin, leytenant Təqsirləndirilən şəxs1 və əsgər Təqsirləndirilən şəxs2 «SpikeER» markalı tank əleyhinə raket kompleksindən açdıqları həmin atəşlər nəticəsində 114.255 (yüz on dörd min iki yüz əlli beş) manat dəyərində olan N bort nömrəli, F06BT8437 zavod nömrəli, «T-72» markalı zirehli tank texnikası və həmin tankın içərisində olmaqla ümumilikdə 261.013 (iki yüz altmış bir min on üç) manat 86 (səksən altı) qəpik dəyərində olan 3 (üç) ədəd 7,62 mm kalibrli «AKMS» markalı avtomat silah, 1 (bir) ədəd 7,62 mm kalibrli «PKT» markalı pulemyot, 1 (bir) ədəd 12,7 mm kalibrli «NSVT» markalı pulemyot, 1 (bir) ədəd «BDS-111» markalı, (7x42) kompaslı durbin, 1 (bir) ədəd «K-10T» markalı kolimator, 1 (bir) ədəd 7,62 mm kalibrli «Rakova» maşınkası, 1.176 (min yüz yetmiş altı) ədəd 7,62 mm kalibrli «PS» patronu, 264 (iki yüz altmış dörd) ədəd 7,62 mm kalibrli «T-45» patronu, 1.N0 (min iki yüz) ədəd 7,62 mm kalibrli «LPS» patronu, 600 (altı yüz) ədəd 7,62x54R mm kalibrli «T-46» patronu, N0 (iki yüz) ədəd 7,62x54R mm kalibrli «B-32» patronu, 45 (qırx beş) ədəd 12,7 mm kalibrli «B-32» patronu, 75 (yetmiş beş) ədəd 12,7 mm kalibrli «BZT» patronu, 30 (otuz) ədəd 12,7 mm kalibrli «BS» patronu, 150 (yüz əlli) ədəd 12,7 mm kalibrli «MDZ» patronu, 12 (on iki) ədəd 81 mm çaplı «3D6» tüstü şaşkası, N (iyirmi) ədəd 125 mm çaplı «VOF-36» mərmisi, 6 (altı) ədəd 1 25 mm çaplı «VBK-16» mərmisi, 13 (on üç) ədəd 125 mm çaplı «VBM-17» mərmisi, habelə 114.255 (yüz on dörd min iki yüz əlli beş) manat dəyərində olan 169 bort nömrəli, F06BT8457 zavod nömrəli, «T-72» markalı zirehli tank texnikası və həmin tankın içərisində olmaqla ümumilikdə 286.483 (iki yüz səksən altı min dörd yüz səksən üç) manat 38 (otuz səkkiz) qəpik dəyərində olan 3 (üç) ədəd 7,62 mm kalibrli «AKMS» markalı avtomat silah, 1 (bir) ədəd 7,62 mm kalibrli «PKT» markalı pulemyot, 1 (bir) ədəd 12,7 mm kalibrli «NSVT» markalı pulemyot, 1 (bir) ədəd «K-10T» markalı kolimator, 1 (bir) ədəd 7,62 mm kalibrli «Rakova» maşınkası, 1.176 (min yüz yetmiş altı) ədəd 7,62 mm kalibrli «PS» patronu, 264 (iki yüz altmış dörd) ədəd 7,62 mm kalibrli «T-45» patronu, 1.N0 (min iki yüz) ədəd 7,62 mm kalibrli « LPS» patronu, 600 (altı yüz) ədəd 7,62x54R mm kalibrli «T-46» patronu, N0 (iki yüz) ədəd 7,62x54R mm kalibrli «B-32» patronu, 45 (qırx beş) ədəd 12,7 mm kalibrli «B-32» patronu, 75 (yetmiş beş) ədəd 12,7 mm kalibrli «BZT» patronu, 30 (otuz) ədəd 12,7 mm kalibrli «BS» patronu, 150 (yüz əlli) ədəd 12,7 mm kalibrli «MDZ» patronu, 12 (on iki) ədəd 81 mm çaplı «3D6» tüstü şaşkası, N (iyirmi) ədəd 125 mm çaplı «VOF-36» mərmisi, 6 (altı) ədəd 125 mm çaplı «VBK-16» mərmisi, 13 (on üç) ədəd 125 mm çaplı «VBM-17» mərmisi və 60 (altmış) ədəd «4C22» dinamik qoruyucu elementi məhv edilmişdir. Bundan əlavə, hücum əməliyyatının icrası zamanı əsas qüvvə hesab olunan 167 və 169 bort nömrəli zirehli tankların uğurla döyüş tapşırığını icra etdikləri vaxtda leytenant Təqsirləndirilən şəxs1 və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs2 tərəfindən vurulmasından sonra həmin tanklardan bir neçə dəqiqə əvvəl hücumda və düşmənin ikimərtəbəli tikilisindən təxminən 321 metr məsafədə hərəkətdə olaraq minaya düşmüş 161 bort nömrəli «T-72» markalı zirehli tank texnikası düşmən tərəfdən açılmış atəşlə məhv edilmiş, bu zaman tankların məhv edildiyini görən «İMR» markalı maneə ləğvetmə maşınının heyəti texnikanı geriyə, 6-cı bölüyün mövqelərinə tərəf hərəkət etdirərək neytral ərazini tərk etmiş, 3-cü taborun şəxsi heyəti arasında çaşqınlıq və vahimə yaranmış, bunu görən N nömrəli hərbi hissənin komandiri, polkovnik Fuad İsmayılov daha çox canlı qüvvə və texnika itkisinin qarşısının alınması əsası ilə hücumda olan taktiki qrupların geriyə çəkilmələri barədə əmr vermi şdir. Bununla da, N nömrəli hərbi hissəyə ümumilikdə 776.007 (yeddi yüz yetmiş altı min yeddi) manat 24 (iyirmi dörd) qəpik məbləğində maddi ziyanın vurulmuş və N nömrəli hərbi hissənin düşmənin nəzarətində olan Göyarx yaşayış məntəqəsi, eləcə də şərti olaraq «530» adlanan yüksəkliyin azad olunmasından ibarət döyüş tapşırığının uğurlu gedişinə həlledici vəziyyətdə mənfi təsir göstərərək əks-hücum əməliyyatı uğursuzluqla nəticələnmişdir.İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktları çıxarılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 noyabr N22-ci il tarixli, 1-1(104)-60/N22 saylı qərarından məhkum Təqsirləndirilən şəxs2 tərəfindən kassasiya şikayəti verilmişdir. Qərardan kassasiya protesti, o cümlədən kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri: Məhkum Təqsirləndirilən şəxs2 kassasiya şikayətində göstərmişdir ki, Gəncə Apellyasiya Məhkəməsi iş üzrə halları tam, hərtərəfli və obyektiv araşdırmamışdır. Belə ki, məhkəmə yalnız ittiham tərəfinin təqdim etdiyi sübutlara əsaslanaraq qərar qəbul etmişdir. Bununla da onun “ədalətli məhkəmə araşdırması” hüququ pozulmuşdur. Özünü qismən təqsirli bilərək ona ağır cəza təyin edildiyini və yüngülləşdirici halların nəzərə alınmadığını bildirir. Buna görə də Apellyasiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Kassasiya şikayətində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 noyabr N22-ci il tarixli qərarının dəyişdirilməsini və ona həmin maddənin sanksiyası hədlərində ən aşağı həddə yüngül cəza təyin edilməsi xahiş olunmuşdur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə Təqsirləndirilən şəxs2, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiy yəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Həm in Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Kassasiya şikayətində məhkum Təqsirləndirilən şəxs2 ona ağır cəza təyin edildiyi, cəzanın yüngülləşdirilməsini və qərarın dəyişdirilməsini xahiş edir. Odur ki, məhkəmə kollegiyası məhkum Təqsirləndirilən şəxs2 kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-c u maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 noyabr N22-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, məhkum Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin təqsirli bilindiyləri maddənin sanksiyası çərçivəsində təyin olunmuş və kassasiya şikayətində mübahisələndirilən cəzaya dair araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, cinayət işinin materiallarından və məhkəmə aktlarından görünür ki, işə baxan məhkəmələr işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq etmiş, qiymətləndirmiş, sübut ların hansına üstünlük verilməsi məhkəmə hökmündə göstərilmişdir. (məhkəmələr məhkumun təqsirli olub-olmaması məsələsini həll edərkən iş üzrə təqsirkar şəxslərin öz ifadələrinə, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadələrinə, bir-birinə uyğun olan şahid ifadələrinə və digər sübutlara əsaslanmışlar). Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan məhkəmələr tərəfindən “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələblərinə riayət edilmiş, iş üzrə açıq və ədalətli məhkəmə araşdırması aparılmış, sübutlara onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymət verilmiş, məhkumun təqsirinin sübuta yetirilməsində qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə edilməmiş, iş üzrə mötəbər sübutların məcmusu ilə məhkum Təqsirləndi rilən şəxs2 təqsirliliyi sübuta yetirilmişdir. Məhkəmə kollegiyası işə baxan məhkəmələrin məhkum Təqsirləndirilən şəxs2 təyin etdiyi cəzanın növü və həddi ilə əsaslı və ədalətli olduğundan razılaşır və aşağıdakıları qeyd etməyi lazım bilir: Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58.1ci maddəsinin tələblərinə əsasən məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun ol malıdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» N03-cü il 25 iyun tarixli 4 saylı qərarı). Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilm ə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və s. kompleks halda qiymətləndirilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir (Azərbaycan Respublikası Ali Məhkəməs i Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» N03-cü il 25 iyun tarixli 4 saylı qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməs inə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələbinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş ci nayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o, cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. İş materiallarından göründüyü kimi apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə baxışı zamanı iş üzrə əhəmiyyət kəsb edən bütün sübutların mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi yoxlanılmış, həmçinin şahid, zərərçəkmiş və təqsirləndirilən şəxslərin ifadələri, ekspertiza rəyləri tam, hərtərəfli və obyektiv yəni CPM-in 144-146-cı maddələrinə əməl olunmaqla araşdırılmış və qiymət verilmişdir. Odur ki, kassasiya şikayətinin dəlillərinin də heç bir əsası yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarların şəxsiyyəti, yüngülləşdirən halları, o cümlədən onların ailəsinin həyat şəraitinə təsirini nəzərə almış, cəza təyin etmənin ümumi prinsiplərinə dair Azərbaycan Respublikası CM-nin 8, 41 və 58-ci maddələrinin tələblərinə riayət etməklə Təqsirləndirilən şəxs2 ittiham olunduğları maddənin sanksiyası həddində qanuni, əsaslı və ədalətli cəza təyin etmişdir. Apellyasiya instansiya məhkəməsi də tamamilə düzgün olaraq, birinci instansiya məhkəməsinin cəza təyin etmə ilə bağlı gəldiyi nəticə ilə razılaşmışdı r. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun N03-cü il tarixli qərarının 1ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr N21-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədə uyğun olması izah edilməlidir. Bütün bunlar kassasiya şikayətinə baxılması nəticəsində Azərbaycan Respublikası CPM-nin 84, 408-412, və 416-cı maddələrində nəzərdə tutulmuş halların müəyyən edilmədiyini, yəni həmin müraciətin təmin edilməsi, mübahisələndirilən qərarın ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Göstərilənlərə əsasən, kassasiya şikayətinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 noyabr N22-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Q Ə R A R A A L D İ: Məh kum Təqsirləndirilən şəxs2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 341.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Təqsirləndirilən şəxs2 barəsində olan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 noyabr N22-ci il tarixli qərarı baxılmış kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar