Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-29/2020 03.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər: İnqilab Maşallah oğlu Nəsirov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidovdan və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə; Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X16 və məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi iştirakları ilə, Tərtər Hərbi Məhkəməsinin 07 iyun 2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Res publikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 29, 120.2.4, 237.2.1 və 237.2.3 maddələri ilə, X10 Azərbaycan Respublikası CM-in 237.2.1 və 237.2.3-cü maddələri ilə, X18 Azərbaycan Respublikası CM-in 29, 235.3.1 və 228.1-ci maddələri ilə və X5 Azərbaycan Respublikası CM-in 29, 235.3.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmalarına dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının 18 dekabr 2019-cu il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə və dövlət ittihamçısı M6 tərəfindən verilmiş kassasiya protestinə əsasən Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında işə baxaraq, MÜƏYYƏN E T D İ: Tərtər Hərbi Məhkəməsinin (sədrlik edən hakim İlqar Quliyev, hakimlər Əhməd Sarıyev (məruzəçi) və Vida di Nəsirovdan ibarət tərkibdə) 07 iyun 2019-cu il tarixli hökmü ilə, Təqsirləndirilən şəxs **** оktyаbr 1991-ci il tarixdə ***** rayonu ***** kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, Yevlax rayonu ***** kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşamış; Аzərbаycаn Respublikаsı CM-in 29,120.2.4, 237.2.1 və 237.2.3-cü maddələri ilə təqsirli bilinib, CM-in 29,120.2.4-cü mаddəsi ilə bаrəsində CM-in 63.3-cü mаddəsi tətbiq edilməklə 14 (оn dörd) il müddətə аzаdlıqdаn məhrum etmə cəzаsı ilə, CM-in 237.2.1, 237.2.3-cü maddələri ilə 4 (dörd) il müddətə аzаdlıqdаn məhrum etmə cəzаsı ilə cəzаlаndırılması, CM-in 66.3-cü mаddəsinə əsаsən təyin оlunmuş cəzаlаrı qismən tоplаmаq yоlu ilə ona 15 (оn beş) il müddətə аzаdlıqdаn məhr um etmə cəzаsının təyin edilməsi, cəzаsını ciddi recimli cəzаçəkmə müəssisəsində çəkməsi, cəzаçəkmə müddətinin bаşlаnğıcı 23 sentyаbr 2017-ci il tаrixdən hesаblаnması, R10 05 iyun 1993-cü il tarixdə Yevlax rayonu ***** kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, ****** rayonu ****** kəndində qeydiyyatda olаn, Аzərbаycаn Respublikаsı CM-in 237.2.1, 237.2.3-cü maddələri ilə təqsirli bilinib 3 (üç) il müddətə аzаdlıqdаn məhrum etmə cəzаsı ilə cəzаlаndırılması, onun 23 sentyаbr 2017-ci il tаrixdən 23 аprel 2018-ci il tаrixədək 7 (yeddi) аy həbsdə və 23 аprel 2018-ci il tаrixədən 31 аvqust 2018-ci il tаrixədək 4 (dörd) аy 8 (səkkiz) gün ev dustаqlığındа оlduğu müddət təyin edilmiş cəzаdаn çıxılmаqlа üzərində qəti оlаrаq 2 (iki) il 22 (iyirmi iki) gün аzаdlıqdаn məhrum etmə cəzаsının sаxlаnılması, cəzаçəkmə müddətinin bаşlаnğıcı 31 аvqust 2018-ci il tаrixdən hesаblаnması, B10 10 аprel 1984-cü il tarixdə Yevlax rayonu ******* kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himаyəsində iki аzyаşlı uşаqlаrı оlаn, əvvəllər məhkum olunmamış, N nömrəli hərbi hissənin X17 Yevlax rayonunda yerləşən bölməsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-sürücü elektrik vəzifəsində, çavuş rütbəsində xidmət etmiş, Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi, N nömrəli hərbi hissədə qeydiyyatda olmаqlа Yevlax rayonu ******* kəndində yaşamış, Аzərbаycаn Respublikаsı CM-in 29,235.3.1-ci və 228.1-ci mаddələri ilə təqsirli bilinib, barəsində CM-in 62-ci maddəsi tətbiq edilməklə 3 ( üç) il müddətə аzаdlıqdаn məhrum etmə cəzası ilə, CM-in 228.1-ci maddəsi ilə 1 (bir) il müddətə аzаdlıqdаn məhrum etmə cəzаsı ilə cəzаlаndırılması, CM-in 66.3-cü mаddəsinə əsаsən təyin оlunmuş cəzаlаrı qismən tоplаmаq yоlu ilə ona 3 (üç) il 3 (üç) аy müddətə аzаdlıqdаn məhrum etmə cəzаsının təyin edilməsi, cəzasını ümumi recimli cəzаçəkmə müəssisəsində çəkməsi, cəzаçəkmə müddətinin bаşlаnğıcı 31 аvqust 2018-ci il tаrixdən hesаblаnması, Q10 12 mаrt 1981-ci il tarixdə ***** rayonu **** kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, evli, himаyəsində bir аzyаşlı uşаğı оlаn, əvvəllər Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 06 nоyаbr 2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM 234.1., 234.2.3-cü və 66.3-cü maddələri ilə 8 il azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, fərdi əməklə məşğul olan, Yevlax rayonu ****** kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşamış, Аzərbаycаn Respublikаsı CM-in 29,235.3.1-ci mаddəsi ilə təqsirli bilinməsi, bаrəsində CM-in 63.3-cü mаddəsi tətbiq edilməklə 6 (аltı) il 6 (аltı) аy müddətə аzаdlıqdаn məhrumetmə cəzаsı ilə cəzаlаndırılması, cəzаsını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, onun cəzаçəkmə müddətinin bаşlаnğıcı 23 sentyаbr 2017-ci il tаrixdən hesаblаnması hökm edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, İ10 ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, qardaşı R9 qabaqcadan əlbir olaraq bir qrup şəxs halında Yevlax rayon ********* kəndində yerləşən pay torpaqlarına bitişik dövlət ehtiyаt fоndu tоrpаqlаrınа аid ərаzidə, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda əkib, yetişdirib, toplamaqla kultivasiya etmiş və həmin qanunsuz yetişdirilmiş tərkibində narkotik maddələr olan bitkiləri talan etmək məqsədi ilə sahəyə gəlmiş qabaqcadan əlbir olaraq cinayət əlaqəsinə girmiş bir qrup şəxsX28 və X6 özündə olan qoşalülə ov tüfəngindən atəş açaraq B5 həyat üçün təhlükəli olan ağır dərəcəli bədən xəsarətləri yetirməklə ümumi təhlükəli üsulla onu qəsdən öldürməyə, yəni digər şəxsi həyatdan məhrum etməyə cəhd etmişdir. Hökmlə R9 ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, qardaşı İ6 qabaqcadan əlbir olaraq bir qrup şəxs halında ***** rayon ********* kəndində yerləşən pay torpaqlarına bitişik dövlət ehtiyаt fоndu tоrpаqlаrınа аid ərаzidə, qanunsuz olaraq tərkibində narkotik madd ələr olan bitkiləri külli miqdarda əkib, yetişdirib, toplamaqla kultivasiya etmişdir. Hökmlə B10 ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, Yevlax rayon ********* kəndində yerləşən pay torpaqlarına bitişik dövlət ehtiyаt fоndu tоrpаqlаrınа аid ərаzidə böyürtkən kоllаrının əhаtəsində əvvəlcədən görmüş оlduğu çətənə kolunu şəxsi istifаdəlаri üçün tаlаmаq məqsədi ilə X13 ilə rаzılığа gələrək qabaqcadan əlbir olan bir qrup şəxs halında lüləsi və qundağını kustar üsulla kəsilib qısaldılmış, ilkin təyinatı dəyişdirilmiş hаldа tаpdığı özündə оlаn qanunsuz olaraq saxladığı və gəzdirdiyi odlu silahlа həmin ərаziyə gələrək, həmin ərаzidə, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmiş, İ10 özündə olan qoşalülə ov tüfəngindən atəş açaraq B5 həyat üçün təhlükəl i olan ağır dərəcəli bədən xəsarətləri yetirməklə ümumi təhlükəli üsulla onu qəsdən öldürməyə, yəni digər şəxsi həyatdan məhrum etməyə cəhd etdiyindən B10 və X13 çətənə bitkisini yığа bilməyərək tаlаmаğа cəhd etmişlər. Hökmlə Q10 ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, B10nun Yevlаx rаyоnun Hаcıselli kəndi ərаzisində dövlət ehtiyаt fоndu tоrpаqlаrınа аid ərаzidə böyürtkən kоllаrının əhаtəsində аxırıncı tərəfindən əvvəlcədən görmüş оlduğu çətənə kolunu şəxsi istifаdələri üçün tаlаmаq təklifi ilə rаzılаşаrаq qabaqcadan əlbir olaraq bir qrup şəxs halında çətənə bitkisini yığmаq üçün həmin ərаziyə gələrək, həmin ərаzidə, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmiş İ10 özündə olan qoşalülə ov tüfəngindən atəş açaraq B5 həyat üçün təhlükəli olan ağır dərəcəli bədən xəsarətləri yetirməklə ümumi təhlükəli üsulla B5 B5 qəsdən öldürməyə, yəni digər şəxsi həyatdan məhrum etməyə cəhd etdiyindən B10 və X13 çətənə bitkisini yığа bilməyərək tаlаmаğа cəhd etmişlər. Hökmə əsasən, qabaqcadan əlbir olaraq cinayət əlaqəsinə girmiş bir qrup şəxs-Yevlax rayonu ********* kənd sakinləri nаrkоmаniyа xəstəliyindən əzаb çəkən Təqsirləndirilən şəxs və qardaşı nаrkоmаniyа xəstəliyindən əzаb çəkən X19 ilə Yevlax rayon ********* kəndində pay torpaqlarına bitişik dövlət ehtiyаt fоndu tоrpаqlаrınа аid ərаzidə 2017-ci ilin may ayından sentyabr ayının 23-dək olan müddətdə əkilib-becərilməsi qadağan olunmuş külli miqdarda- cəmi 20 (iyirmi) ədəd narkotik tərkibli çətənə (kannabis) kollarını əkmişlər, diblərini belləyib boşaltmışlar, alaq otlaqlarından təmizləmişlər, arxlar çəkib sulamışlar, aqrotexniki qaydada qulluq edərək qanunsuz olaraq yetişdirmişlər, yаni kultivasiya etmişlər. 2017-ci il sentyabrın 23-də gecə saat 01 radələrində Təqsirləndirilən şəxs mülki silahın qeydiyyatı qaydasını pozmaqla evində saxladığı və özünün istifadəsində olan qoşalülə ov tüfəngi ilə silahlanaraq qardaşı R9 birlikdə qanunsuz olaraq tərkibində narkotik maddələr olan kultivasiya etdiyi külli miqdarda ümumi sayı 20 (iyirmi) ədəd, kökləri ilə birlikdə orta boyları 76 sm, ümumi təmiz çəkisi-7565 qram əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkilərini 1(bir) ədəd sintetik kisəyə və ayrı-ayrılıqda təmiz çəkiləri-6485 qram,-3625 qram,-3510 qram, ümumi təmiz çəkisi -13620 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannab is) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmamış çətənələri 3 (üç) ədəd sintetik kisələrə yığıb toplamışlаr. Həmin ərazidə hаdisədən bir necə gün əvvəl аtın üzərində itmiş mаl-qаrаsını аxtаrаrаq hərəkətdə оlаrkən kоlluqlаrın аrаsındа narkotik tərkibli bitki kolunun uc hissəsini görərək bitməsindən məlumatı olan Yevlax rayonu ******** kənd sakini, N nömrəli hərbi hissənin X17 Yevlax rayonunda yerləşən bölməsində sürücü elektriki vəzifəsində, müddətdən аrtıq hərbi qulluqçu kimi çavuş rütbəsində xidmət edən və nаrkоmаniyа xəstəliyindən əzаb çəkən X28 2017-ci il sentyabrın 23-də gecə saat 01 radələrində sərxоş vəziyyətdə həmin narkotik kolunu şəxsi istifаdə üçün gizli ələ keçirmək məqsədi ilə nаrkоmаniyа xəstəliyindən əzаb çəkən X13 ilə razılaşaraq qabaqcadan əlbir o laraq cinayət əlaqəsinə girib bir qrup şəxs halında B5 B5 bаcısı оğlu X7 idarə etdiyi **--*** dövlət qeydiyyat nişanlı, "VAZ-2170-Priori" markalı аvtоmоbillə B5 B5 tаpdığı, mülki silahın qeydiyyatı qaydasını pozmaqla qanunsuz olaraq evində saxladığı və qanunsuz olaraq üstündə gəzdirdiyi odlu silah olan lüləsi və qundağını kustar üsulla kəsilib qısaldılmış, ilkin təyinatı dəyişdirilmiş hаldа tаpdığı özündə оlаn qanunsuz olaraq saxladığı və gəzdirdiyi odlu silah olan 16 kalibrli, “3K” modelli, ****** №-li, təklüləli ov tüfəngi ilə silahlanıb qanunsuz olaraq narkotik kollarının kultivasiya edildiyi həmin sahəyə gəlmiş və sоnrаdаn bildiyi Yevlax rayon ********* kənd sakinləri A4 və R9 qardaşlarının qabaqcadan əlbir olaraq bir qrup şəxs halında cinayət əlaqəsinə girməklə həmin sаhədə 2017-ci il in may ayından sentyabr ayının 23-dək olan müddətdə qanunsuz olaraq kultivаsiyа etmiş tərkibində nаrkоtik mаddələri оlаn çətənə (kannabis) bitkiləri 2017-ci il sentyabrın 23-də gecə saa 01:00 rаdələrində narkotik vasitəni talamaq istəyərkən narkotik vasitələri verməmək məqsədi ilə Təqsirləndirilən şəxs özündə olan 16 kalibrli, “B” modelli, 63793-60 №-li, yivsiz-hamar, qoşalülə, patronu qırma ilə (“seçmə”) ilə doldurulmuş ov tüfəngindən, silahlanıb cinayətkar qrup üzvləri X28 və X11а tərəf bir dəfə аtəş аcmış, cаvаbındа X28 təklüləli tüfəngdən qаrşı tərəfin оnlаrа аtəş аçmаsındаn sоnrа cаnlı şəxsin оlmаsını bildirmək məqsədilə ilə hаvаyа bir аtəş аcmış, Təqsirləndirilən şəxs isə öz növbəsində оnları qəsdən öldürmək niyyəti ilə ümumi təhlükəli üsulla оnlаrın istiqаmətində ikinci dəfə özündə оlаn оv tüfənki ilə atəş açaraq X21 yetirilən anda həyat üçün təhlükəli olan, bu əlamətə görə dərəcəsi sağlamlığa ağır zərər vurmaya aid olan döş qəfəsin, qarının yaraları və səhhətin qısa müddət pozulınasına səbəb olmuş dərəcəsi sağlamlığa yüngül zərər vurmaya aid olan dərialtı yumşaq toxumalarının zədələnməsi ilə müşaiyət olunan sol budun yuxarı 1/3-nin ön səthinin çoxsaylı kor odlu silah (qırıma) yaraları xəsarətləri yetirmiş, lakin hadisədən dərhal sonra B5 B5 bаcısı оğlu X7 idarə etdiyi **-*** dövlət qeydiyyat nişanlı, "VAZ-2170-Priori" markalı аvtоmоbillə Mingəçevir şəhər mərkəzi xəstəxanasına çatdırılması və orada təxirəsalınmaz intensiv tibbi-cərrahi yardım göstərilməsi nəticəsində Təqsirləndirilən şəxs bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməlini iradəsindən as ılı olmayan səbəblərə görə başa çatdıra bilməmiş, bununlа dа X22 ümumi təhlükəli üsulla qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir, eyni zаmаndа bu hаdisə nəticəsində B5 həyat üçün təhlükəli olan ağır dərəcəli bədən xəsarətləri yetirildiyindən hadisədən dərhal sonra X1 ilə B10 və X13 həmin ərаzidən uzаqlаşаrаq həmin ərаzinin yаxınlığındа оnlаrı gözləyən B5 B5 bаcısı оğlu X7 idarə etdiyi 02BK-530 dövlət qeydiyyat nişanlı, "VAZ-2170-Priori" markalı аvtоmоbillə X27 şəhər mərkəzi xəstəxanasına çatdırılаrаq, B10 və X13 nаrkоtik mаddələri оlаn çətənə (kannabis) bitkiləri yığа bilməyərək tаlаmаğа cəhd etmişlər. Tərtər Hərbi Məhkəməsinin 07 iyun 2019-cu il il tarixli hökmündən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs, X19, X28, müdafiəçilər Müdafiəçi, X23 tərəfindən verilmiş apellyasiya şik ayətlərinə və dövlət ittihamçısı C6 tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Şəki Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının 18 dekabr 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim Akif Eyvazov, hakimlər Rafail Əliyev və İmanverdi Şükürovdan ibarət tərkibdə) apellyasiya şikayətləri təmin edilməmiş, dövlət ittihamçısı tərəfindn verilmiş apellyasiya protesti qismən təmin edilmiş, Tərtər Hərbi Məhkəməsinin 07 iyun 2019-cu il tarixli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmiş, X10 23 sentyabr 2019-cu il tarixdən 09 fevral 2018-ci il tarixədək həbsdə olduğu 4 ay 17 gün, 09 fevral 2019-cu il tarixdən 24 aprel 2018-ci il tarixədək ev dustaqlığında olduğu 3 ay 15 gün müddət ona təyin edilmiş 3 il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 03 (üç) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, apellyasiya protesti qalan hissədə təmin edilməmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının 18 dekabr 2019-cu il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən kassasiya şikayəti və dövlət ittihamçısı M6 tərəfindən kassasiya protesti verilmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassator kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, apellyasiya instansiya məhkəməsi Məhkum Təqsirləndirilən şəxs barəsində düzgün nəticəyə gəlməmişdir. Belə ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaqda, həm də məhkəmə istintaqında səmimi ifadələr verərək, göstərmişdir ki, silahdan atəş aç arkən heç kimi öldürmək məqsədi olmamış, əgər belə bir məqsədi olsa idi, o, təkrarən səs gələn tərəfə atəş açaraq B5 B5ovu həyatdan məhrum edə bilərdi. Kassator bildirmişdir ki, həm birinci instansiya məhkəməsi, həm də apellyasiya instansiyası məhkəməsi Təqsirləndirilən şəxs səmimi ifadələrini nəzərə almamışlar. Həm təqsirləndirilən şəxsin, həm də iş üzrə dindirilən digər təqsirləndirilən şəxslərin ifadələrindən müəyyən olunur ki, hadisə gecə vaxtı baş vermiş, Təqsirləndirilən şəxs isə həm qaranlıq olduğuna görə həm də ərazi sıx bitki kolları ilə əhatə olunduğundan Təqsirləndirilən şəxs atəş açdığı istiqamətdə kiminsə olduğunu görməyə heç bir imkanı olmamışdır. Təqsirləndirilən şəxs qaranlıqda heç kimi görmədən, silahı tuşlamadan atəş açması onun hansısa bir kriminal, o cümlədən digər təqs irləndirilən şəxsləri öldürmək niyyətinin olmadığını təsdiq edir. Cinayət təqibi orqanının, onun ardınca da aşağı instansiya məhkəmələrinin Təqsirləndirilən şəxs tüfənglə atəş açmasını onun digər təqsirləndirilən şəxsləri öldürmək niyyətini aşkarlayan hal kimi qiymətləndirmələri əsassız olmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 237.2.1 və 237.2.3-cü maddələri ilə verilən ittiahamla bağlı qeyd etmək istəyirik ki, iş materiallarında Təqsirləndirilən şəxs qeyd edilən maddələrdə nəzərdə tutulan cinayətləri törətməsini təsdiq edən heç bir mötəbər sübut yoxdur. Apellyasiya instansiyası məhkəməsi iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş hər hansı mötəbər sübutla təsdiq edilməyən, işin faktiki hallarına uyğun olmayan, sırf məhkəmə tərkibinin subyektiv mülahiz ələrinə və ehtimallara əsaslanan mövqe nümayiş etdirməklə əsassız və qanunsuz qərar çıxarmışdır. Kassator kassasiya şikayətində göstərilənlərə əsasən Şəki Apellyasiya Məhkəməsinin hərbi kollegiyasının 18 dekabr 2019-cu il tarixli qərarının Təqsirləndirilən şəxs aid hissədə ləğv edilməsini və cinayət işinin həmin hissədə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə yeni məhkəmə baxışına təyin edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Kassator kassasiya protestini əsaslandıraraq qeyd etmişdir ki, Şəki Apellyasiya Məhkəməsinin 18 dekabr 2019-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs CM-in 29, 120.2.4, 237.2.1, 237.2.3-cü maddələri ilə təyin olunmuş cəza ağırlaşdırılmadığından, X14 CM-in 237.2.1, 237.2.3-cü maddələri ilə təyin olunmuş cəza ağırlaşdırılmadığından, X28 ba rədə CM-in 228.1, 235.4.2 və 235.4.3-cü maddələri ilə verilmiş ittiham üzrə və X13 barədə CM-in 235.4.2 və 235.4.3cü maddələri ilə verilmiş ittiham üzrə ittiham hökmü çıxarılmadığından həmin hissələrdə mübahisə doğurur. Belə ki, ittiham aktına əsasən, Təqsirləndirilən şəxs qardaşı R9 qabaqcadan əlbir olaraq bir qrup şəxs halında Yevlax rayonunun ********* kəndində yerləşən pay torpaqlarına bitişik dövlət ehtiyat fondu torpaqlarına aid ərazidə qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda əkib, yetişdirib, toplamaqla, kultivasiya etmiş və həmin tərkibində narkotik maddələr olan bitkiləri talan etmək məqsədi ilə sahəyə gəlmiş qabaqcadan əlbir olaraq cinayət əlaqəsinə girmiş bir qrup şəxs – X28 və X6 özündə olan qoşalülə ov tüfəngindən atəş açaraq, B5 həyat üçün t əhlükəli olan ağır dərəcəli bədən xəsarətləri yetirməklə, ümumi təhlükəli üsulla onu qəsdən öldürməyə, yəni digər şəxsi həyatdan məhrum etməyə cəhd etmişdir. X19 qardaşı Təqsirləndirilən şəxsla qabaqcadan əlbir olaraq, bir qrup şəxs halında Yevlax rayonunun ********* kəndində yerləşən pay torpaqlarına bitişik dövlət ehtiyat fondu torpaqlarına aid ərazidə qanunsuz olaraq külli miqdarda tərkibində narkotik maddələr olan bitkiləri əkib, yetişdirib, toplamaqla kultivasiya etmişdir. X4 ilə qabaqcadan əlbir olaraq, bir qrup şəxs halında, A4 və R9 qardaşlarının qanunsuz olaraq külli miqdarda əkib, yetişdirib, toplamaqla, kultivasiya etdikləri tərkibində narkotik maddələr olan 20 ədəd narkotik tərkibli çətənə (kannabis) kollarını talamaq məqsədi ilə tapdığı sonradan lüləsi və qundağı kustar üsulla kəsilib, qısaldılmış, ilkin təyinatı dəyişdirilərək, hazırlanmış, qanunsuz olaraq əldə etdiyi, saxladığı, gəzdirdiyi odlu silah olan təklüləli tüfəngdən atəş açaraq, həyat və ya sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmək hədəsi ilə quldurluq etmişdir. X28 və X5 CM-in 235.4.2 və 235.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi ibtidai araşdırma və məhkəmələrdə aparılmış məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. CM-in 235.4.2 və 235.4.3-cü maddələrində narkotik vasitələri və ya psixotrop maddələri talama və ya hədə-qorxu ilə tələb etmənin müvafiq olaraq külli miqdarda törədildikdə və həyat və ya sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə və ya belə zor tətbiq etmək hədəsi ilə törədildikdə ağırlaşdırıcı halları nəzərdə tutulmuşdur. Şəxsin cinayət məsuliy yətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununda iksini tapmış lll siyahıya əsasən çətənə bitkilərinin külli miqdarının aşağı həddi 15 ədəddən yuxarı kimi nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyasının qənaətinə görə, «X28 və X13 tərkibində narkotik maddələr olan bitkilərin külli miqdarda kisələrə yığılıb hazır vəziyyətdə olmasını bilməmiş, havaya açdığı atəşlə qarşıda olan naməlum şəxslərin onlara qarşı atəş açmamaları, onların vəhşi heyvan yox insan olduqları bildirmək üçün atəş açması, atəşi bilavasitə həmin narkotik maddələri talamaq niyyəti ilə hədə qorxu ilə tələb etmək nə sözlə ifa olunmamış və nədə ki, hərəkətləri buna yönəlməmişdir. B5 B5ov xəsarət aldıqdan sonra və qarşıda olan və onlara tərəf atəş açanların ərazidən qaçdıqlarını görsələr də narkotik maddələr olan bitkilərin dərib götürmələri və ya ərazidə artıq kisələrə yığılmış narkotik maddələr olan bitkilərin götürülməsinə cəhd edilməmiş, B5 tibbi yardım göstərilməsi üçün xəstəxanaya aparıldıqdan sonra da S6 tərəfindən həmin əraziyə gəlib həmin narkotik maddələr götürülməmişdir. Həmçinin, onlar orada olan kisələri görməmiş və bundan xəbərsiz olmuşlar. B5 B5 və S6 hərəkətlərində narkotik maddənin talama əlaməti mövcud olsa da, hədə qorxu ilə tələb etmə əlaməti mövcud deyil və bu hal nə ibtidai, nə da məhkəmə istintaqı zamanı hər hansı bir sübutla sübuta yetirlməmişdir. Daha sonra, cinayət işinin materiallarından görünür ki, B5 B5 və S6 Qasımov narkotik tərkibli bi tkiləri talama niyyəti ilə əkin sahəsinə getsələr də orada digər şəxslər tərəfindən onlara göstərilən müqavimət nəticəsində B5 B5ovun odlu silahdan xəsarət aldığına görə niyyətlərinə nail ola bilməmişlər.» X28 və X5 narkotik bitkilərin külli miqdarda olmasını əvvəlcədən bilmələri barədə cinayət işinin materiallarında kifayət qədər sübutlar vardır. Digər tərəfdən, məhkəmənin gəldiyi nəticəyə görə B5 B5ov və S6 əməli niyyətlərinə nail ola bilmədiklərindən başa çatmamış cinayət olmuşdur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarının 5-ci bəndinə görə, oğurluq edilərkən, təqsirli şəxsin hərəkətləri mülkiyyətçi və ya əmlakın digər sahibi,yaxud da digər şəxs tərəfindən aşkar e dilərsə, təqsirli şəxs bunu dərk etsə də əmlakın qanunsuz götürülməsindən ibarət hərəkətlərini davam etdirərsə və ya həmin əmlakı saxlamağa çalışarsa, o zaman belə hərəkətlər soyğunçuluq, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə müşayət edildiyi hallarda isə quldurluq kimi tövsif edilməlidir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarının 7-ci bəndindən də göründüyü kimi, quldurluq cinayəti basqın anından bitmiş sayılır. Göründüyü kimi, məhkəmə tərəfindən X28 və X5 narkotik vasitəni talamaya yönələn əməli quldurluğa çevrildiyindən onların əməlinin başa çatmayan cinayət kimi tövsifi qanunsuz və əsassız olmuşdur. Bu ndan başqa, məhkəmə Təqsirləndirilən şəxs və R9a cəza təyin edərkən yaşayış yerindən müsbət xarakterizə olunmaları, əvvəllər məhkum olunmamaları, gənc olmalarını cəzalarını yüngülləşdirən hal kimi, eləcə də cəzalarını ağırlaşdıran halın olmamasını nəzərə alaraq onları müvafiq cəzalara məhkum etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs və R9un yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə almışdır. Şəxsin müsbət xarakterizə olunması isə cəmiyyətdə qəbul edilmiş ümumi davranış qaydasına əməl olunmasının nəticəsidir və məhkəmə CM-in 59.2-ci maddəsinin tələbini pozaraq həmin halı məhz nəyə görə cəzanı yüngülləşdirən hal kimi qəbul etməsini hökmdə əsaslandırmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs və R9un müsbət xarakterizə olunmasını yalnız cəzasını yüngülləş dirən halların siyahısında göstərməklə kifayətlənmiş, lakin, bunun nədə ifadə olunmasını və nəhayət onun şəxsiyyətini əhəmiyyətli dərəcədə müsbət mənada ehtiva edən hansı cəhətlərin olmasını qərarda göstərməmişdir. CM-in 59.1.1-ci maddəsində hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətin törədilməsi cəzanı yüngülləşdirən hal kimi müəyyən edilmişdir.Həmin maddənin mənasına görə, bu növ cinayətlərin törədilməsi bütün hallarda deyil, yalnız hadisələrin təsadüfi axarı zəminində və ilk dəfə baş verdikdə yüngülləşdirici hal kimi qiymətləndirilməlidir. İşin hallarından göründüyü kimi, Təqsirləndirilən şəxs və R9 qeyd olunan cinayəti hadisələrin təsadüfi axarı zəminində deyil, hərəkətlərini qabaqcadan planlaşdırmaqla, məqsədli şəkildə, qəsdən törətmişlər. Ona görə də, məhkəmə Təqsirləndirilən şəxs və R9un əvvəllər məhkum olunmamasını, yəni ilk dəfə cinayət törətməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə almaqda haqlı olmamışdır. Eləcə də, məhkəmə Təqsirləndirilən şəxs və R9un gənc olmalarını cəzalarını yüngülləşdirən hal kimi nəzərə alarkən bu halı nəyə görə cəzanı yüngülləşdirən hal kimi qəbul etməsinin motivlərini əsaslandırmamışdır. Məhkəmə tərəfindən iş üzrə qəbul edilmiş cəzanı yüngülləşdirən hallar, habelə cəza təyini zamanı gətirdiyi dəlillər əsassız olmaqla işin hallarına uyğun olmamış, məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərkən törədilmiş cinayətin xarakteri, ictimaitəhlükəlilik dərəcəsi, təqsirləndirilənin şəxsiyyətini kifayət qədər nəzərə almamış, bununla da təyin edilmi ş cəza cinayətin ağırlığına və təqsirləndirilənin şəxsiyyətinə uyğun olmayaraq yüngüllüyünə görə açıq-aydın ədalətsiz olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs və R9un törətdiyi CM-in 237.2.1, 237.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməli ağır cinayətlər təsnifatına aid olmaqla, əməl təqsirin formasına görə birbaşa qəsdlə törədilmişdir.Məhkəmənin bu mövqeyi də əsassız olmaqla cəza təyininin başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədinə xidmət etməmişdir. Göründüyü kimi, istər cinayət işi üzrə toplanmış ibtidai istintaq materialları (şahidlərin ifadələri, istintaq hərəkəti protokolları, ekspertiza rəyləri və sair sənədlər), istərsə də məhkəmələrdə aparılmış istintaq zamanı X28 və X5 verilmiş ittiham üzrə olan əməli tam sübuta yetirilmiş olsa da, n əticə etibarilə apellyasiya məhkəməsi tərəfindən əsassız və ədalətsiz nəticəyə gəlinmişdir. Apellyasiya instansiyası məhkəməsi CPM-in 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanılmış sübutları təhlil və bir-biri ilə müqayisə etməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyini müəyyənləşdirməli, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməli olduğu halda, qeyd edilən halları tam, hərtərəfli yoxlanılmamış və qiymətləndirilməmişdir. Kassator Azərbaycan Respublikası CPM-in 84, 408-412, 416 və 419-cu maddələrini rəhbər tutaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 29, 120.2.4, 237.2.1, 237.2.3-cü maddələri, X10 CM-in 237.2.1, 237.2.3-cü maddələri, X18 CM-in 228.1, 229.1, 235.4.2 və 235.4.3cü maddələri, X5 CM-in 235.4.2 və 235.4.3-c ü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının 18 dekabr 2019-cu il tarixli qərarını ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını öyrənib kassasiya şikayətinin və kassasiya protestinin dəlillərini müzakirə edərək, kassasiya şikayətinin təmin edilməsi və kassasiya protestinin təmin edilməməsi barədə Müdafiəçi və kassasiya şikayətinin təmin edilməməsi və kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı Hafiz İmranovun çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin ediməməli, kassasiya protesti isə qismən təmin edilməli, Şəki Apellyasiya M əhkəməsinin Hərbi kollegiyasının 18 dekabr 2019-cu il tarixli qərarı məhkumlar X21 və X6 aid hissədə kassasiya protestinə münasibətdə ləğv edilməli və cinayət işi həmin hissədə yeni apellyasiya baxışına təyin edilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prose ssual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Müdafiəçi kassasiya şikayətində iş üzrə məhkum Təqsirləndirilən şəxs barəsində CPM-in 143-146-cı maddələrinə uyğun olaraq araşdırılma aparılmadığını, onun əməlinin düzgün tövsif edilmədiyini və məhkuma isnad olunan CM-in 237.2.1 və 237.2.3-cü maddələrində nəzərdə tutulan cinayətləri törətməsinin sübuta yetirilmədiyini vurğulayaraq Şəki Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının 18 dekabr 2019-cu il tarixli qərarının məhkum Təqsirləndirilən şəxs aid hissədə ləğv edilməsini və cinayət işinin bu hissədə yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və bu tələblərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2-ci (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.15-ci maddələrinin (məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə) pozulması ilə əlaqələndirmişdir. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən CPMin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanılmış sübutların təhlil və bir-biri ilə müqayisə edilmədiyini, sübutların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymətləndirilmədiyini, məhkumlar X18 cinayət əməllərinin CM-in 228.1 və 29, 235.3.1-ci maddələri və X5 cinayət əməllərinin CM-in 29, 235.3.1-ci maddəsi ilə düzgün tövsif olunmadığını, məhkumlar Təqsirləndirilən şəxs və X14 Azərbaycan Respublikası CM-in 237.2.1 və 237.2.3-cü maddələri ilə yüngül cəza təyin olunduğunu vurğulay araq, Şəki Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının 18 dekabr 2019-cu il tarixli qərarının ləğv edilməsini və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və bu tələblərini Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 416.1.2-cı (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə), CPM-in 416.1.15-ci (məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə) və 416.1.21-ci maddələrinin (məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə) pozulması ilə əlaqələndirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələri apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 143-146-cı madd ələrinin tələblərinə müvafiq olaraq sübutlar tədqiq edilmədikdə, törədilmiş əməlin tövsifində səhvə yol verildikdə və məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə alınmadan cəza təyin edildikdə kassasiya instansiya məhkəməsinin apellyasiya instansiya məhkəməsinin hökmünü və ya qərarını ləğv etməsinin və ya dəyişdirməsinin əsasları barədə səlahiyyətlərini müəyyən edir. Məhkəmə kollegiyası ilk növbədə kassasiya şikayətinin dəlillərinə münasibət bildirərərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin də dəlillərində göstərilmiş və apellyasiya instansiya məhkəməsinin araşdırma predmeti olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarındakı sübutlardan müəyyən olun ur ki, narkomaniya xəstəliyindən əzab çəkən Təqsirləndirilən şəxs ov tüfəngindən 1-ci atəş açdıqdan sonra qarşı tərəfin onlara atəş açması, atəş açan tərəfin insan olduğunu bilə-bilə silahın lüləsini yuxarı istiqamətdə deyil canlı şəxsə düz istiqamətdə atəş açaraq B5 döş qəfəsinin və qarının ön divarında yetirilən anda həyat üçün təhlükəli olan ağır zərər vurması, B5 B5 xəstəxanaya çatdırılması və orada təxirəsalınmaz intensiv tibbi-cərrahi yardım göstərilərək nəticədə Təqsirləndirilən şəxs bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməlini iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməməsi, Təqsirləndirilən şəxs qardaşı narkomaniya xəstəliyindən əzab çəkən R9 qabaqcadan əlbir olaraq bir qrup şəxs halında Yevlax rayon ********* kəndində yerləşən pay torpaqlarına bi tişik dövlət mülkiyyətində olan ərazidə 20 ədəd tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda əkib, yetişdirib, toplamaqla kultivasiya etməsi, təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkən X18 Yevlax rayonun ********* kəndində atın üzərində çöllük ərazidə hərəkət edərkən çətənə kolu görüb onu yığması üçün 22 sentyabr 2017-ci il tarixdə narkomaniya xəstəliyindən əzab çəkən X6 deməsi, X30 B5ovun bu təklifi ilə razılaşması, sonra sonuncunun qohumu X12 məxsus avtomobillə özünün yaşadığı evə gələrək getdikləri ərazidə vəhşi heyvanların olması ehtimalına görə təhlükəsizlik məqsədilə lüləsi və qundağı kustar üsulla kəsilib qısaldılmış, ilkin təyinatı dəyişdirilmiş və həmin vəziyyətdə tapmış olduğu odlu silah olan təklüləli tüfəngi götürərək 23 sentyabr 2017-ci il tarixdə gecə saat 01-00 radələrində Ə5 avtomobili ilə sonuncu, o və S6 çətənə kolu görmüş olduğu əraziyə gəlməsi, özünün əlində olan silahla və S6 Qasımovla birlikdə avtomobildən düşməsi, Ə5 isə avtomobildə qalması, S6 birlikdə çətənə kolu gördüyü istiqamətdə hərəkət etməsi, su arxını geçmələri, S6 üzərində olan alışqan işığını kolların üzərinə salıb onunla birlikdə narkotik bitkilər olan yerə yaxınlaşan vaxt qarşı tərəfdən S6ın üzünə fanarla işıq salmaları və həmin anda qarşı tərəfdən tanımadığı şəxsin əlindəki tüfənglə havaya atəş açması, bundan sonra isə B5 B5 əlində olan tüfənglə onlara atəş açması, daha sonra qarşı tərəfin B5 B5 istiqamətində atəş açması, atəşdən sonra B5 B5 yaralanması, X30 B5 yardım göstərərək təxminən 300 metr məsafədə dayanmış Ə5 avtomobilinə yerləşdirib xəstəxanaya apar ılması sübuta yetirilmişdir. Belə ki, məhkum Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrində göstərmişdir ki, 23 sentyabr 2017-ci il tarixdə axşam tərəfi qardaşı R9 ilə birlikdə Yevlax rayonu ********* kəndində yerləşən pay torpaq sahələrinə həm payızlıq xiyar və lobya tərəvəzlərinə, həm də qardaşı R9ilə həmin sahədə gizli şəkildə əkdikləri 21 ədəd narkotik tərkibli çətənə kollarına qulluq etmək üçün getmişlər. Qardaşı ilə əkin sahələrində 32 ədəd kol əksələr də 2 həftə əvvəl həmin kollardan 10-nu gövdəsindən qırıb aparmışlar. O, həm vəhşi heyvanlardan qorunmağa görə, həm də sahədən marixuana oğurluğu olduğu üçün sahəyə gedəndə əvvəlcədən gizlətdiyi yerdə saxladığı, babasından yadigar qalan Toz markalı qoşalülə ov tüfəngini də özü ilə götürmüşdür. Uzun müddət su verilməd iyi üçün səhərə qədər qardaşı R6 əkdikləri narkotik vasitələr olan marixuana kollarına və əkinlərə su verib qulluq edəcəkmişlər. Qardaşı R9ilə həmin çətənə kollarını 2017-ci ilin may ayının 15-də, saat 11 radələrində birlikdə əkmişlər. 23 sentyabr 2017-ci il tarixdə gecə saat 01:00 radələrində qardaşı ilə birlikdə əkdikləri marixuana kollarının dibində oturan vaxt qəfil kollar istiqamətində xışıltı eşitmişlər. Onlar ayağa qalxmış, qarşı tərəfdən bir neçə nəfərin onların əkdikləri kollara tərəf gəldiyini görmüşlər və onlar buna görə də yenidən aşağı kolların dibinə əyilmişlər. Həmin tanımadığı adamlar onların 3-4 metrliyinə qədər yaxınlaşmışlar. Həmin vaxt həmin şəxslərdən kimsə alışqan işığını onlara tərəf tutub yaxınlaşmış, kolları yoxlamış, sonra alışqanın işığını söndürüb cibinə qoymuş, bu zaman o, qəfil ayağa qalxıb əlindəki fanarın işığını həmin şəxsin üzünə tərəf tutmuş, həmin vaxt qardaşı da balaca fanarla qarşı tərəf istiqamətində işıq salmışdır. Həmin tanımadıqları şəxs əli ilə üzünü gizlədib nalayiq ifadə işlədib yanındakına “burdadılar, gir” demiş, o, həmin şəxsləri qorxudub qaçırtmaq üçün havaya atəş açmış, lakin tanımadıqları şəxslər geri çəkilməmişlər, həmin tanımadığı şəxslər yenidən onlara tərəf gəlməkdə davam etmişlər. Həmin vaxt onun üzünə işıq saldığı adam əvvəlcə ona qışqırmışdır ki, “birini də at”. Sonra da həmin tanımadığı adam tərəfdə olan kiməsə “tüfəngi var, at onlara” demiş və bu sözdən sonra qarşı tərəfdən kimsə onların dayandığı yerdən 2-3 metr aralıda onların ağac tərəfdə olduqlarını güman edib həmin istiqamətində havaya başlarının üstündən tüfə nglə atəş açmışdır. O, həmin vaxt özünü yana çəkmiş, qardaşı R9da həmin vaxt aşağı əyilmişdir. Buna görə də həmin atəş zamanı nə o, nə də qardaşı R9 xəsarət almamışlar. Hadisə vaxtı qarşı tərəfdən onun və qardaşı R9istiqamətinə başlarının üstündən yuxarı bir dəfə atəş açılmışdır. Həmin vaxt atəşin konkret kim tərəfindən atıldığını görə bilməmişdir, ara məsafəsi 4-5 metr olmuşdur. Hadisə vaxtı qarşı tərəfə özü iki dəfə atəş açmış, belə ki, birinci dəfə havaya atəş açmışdır ki, qarşı tərəfdəkilər qorxub getsinlər. Lakin həmin vaxt qarşı tərəfdən kimsə onların olduğu istiqamətdə havaya atəş açmış, o, qarşı tərəfin atəş açdığı silahdan gecə qığılcım çıxdığı üçün onların harada dayandıqlarını təxmini bilmiş, həmin vaxt ərazi kolluqlarla örtülü olduğu üçün onlar bir-birilərini dəqiq görə bilmə mişlər. Bundan sonra o, qarşı tərəfə, həmin qığılcım çıxan kollar tərəfə ikinci dəfə atəş açmışdır. Atəş açmaqda məqsədi qarşı tərəfi qorxudub əkin sahəsində əkdikləri marixuana kollarından uzaqlaşdırmaq olmuşdur. Həmin vaxt qarşı tərəfdən iki nəfər olduqlarını görmüş, həmin şəxslərdən birində silah olmuşdur. Onlar qarşı tərəflə əlbəyaxa olmamışlar, bir-birilərinə yumruq və təpiklə xəsarət yetirməmişlər. Sonradan həmin şəxslərin Yevlax rayonu ******* kənd sakinləri S6 və B5 adlı şəxslər olduğunu bilmişdir. O, sonradan bilmişdir ki, açdığı atəş nəticəsində ******* kənd sakini B5 adlı şəxs yaralanmışdır. Onun atəş açarkən heç kəsi qəsdən öldürmək fikri olmamışdır. Həmin vaxt orada kiminsə yaralandığını bilməmiş və dərhal əlindəki silahla və qardaşı Royalla oradan uzaqlaşmışlar. Həmin vaxtı q ardaşım R9 əlində heç bir silah olmamışdır və heç kəsə atəş açmamışdır. Həmçinin hadisə vaxtı R9ona kiməsə atəş açmağı üçün heç nə deməmiş, heç bir göstəriş verməmişdir. O, qardaşı R9ilə birlikdə marixuananı satış məqsədilə əkmiş, əvvəllər narkotik əkməmişdir. Amma qardaşı R9 narkotik istifadəçisi olmasından şübhələnmişdir. Qardaşı ilə narkotik əkməkdə məqsədləri satıb bankalara və qohumlarına olan borclarını ödəmək olmuşdur. Həmin narkotik tərkibli çətənə kollarını əkib becərib kultivasiya etməkdə onlara heç kəs heç bir formada köməklik etməmişdir. Həmin kolları qardaşı R9 birlikdə əkib becərmiş və qulluq etmişdir. Bu işdən R9və ondan başqa heç kəsin məlumatı olmamışdır. Onlar gördükləri işinin cinayət olduğunu bildiklərinə görə bu barədə heç kəsə məlumat verməmişlər. Həmçinin qaranlıq ol duğu üçün qarşı tərəfdəki şəxslərin üzünü də dəqiq görə bilməmişdir. O, qardaşı R9 əkib becərib qulluq edərək yetişdirdikləri narkotik tərkibli kolları elə hadisədən 1 saat qabaq, yəni 22 sentyabr 2017-ci il tarixdə axşam saat 23 radələrində sellafon torbalara yığmışlar. Çətənə kollarının üzərində olan bütün narkotik bitki- yarpaqları torbalara yığmışlar və yalnız yerdə kolun kökləri qalmışdır. Həmin bitkini torbalara yığıb qurtardıqdan sonra həmin bitkini harasa aparıb qurudub satmağı fikirləşmişlər. B5 və S6 həmin ərazidə narkotik tərkibli kollar olduğunu bildiyi üçün həmin yerə kolları oğurlamağa gəlmişlər. O, qarşı tərəfə atəş açıb ərazidən qaçmış və narkotik kolları torbada ərazidə qalmışdır. Lakin sonradan hadisə yerinə baxış zaman ərazidən aşkar olunan- torbalara yığdıqları narkotik kollarının sayı və miqdarının eyni ilə orada qaldığını istintaq zamanı bilmişdir. X3 ibtidai istintaq zamanı verdiyi ifadələrində göstərmişdir ki, 23 sentyabr 2017-ci il tarixdə gecə saat 01 radələrində qardaşı Təqsirləndirilən şəxs ilə birlikdə Yevlax rayonu ********* kəndində yerləşən pay torpaqlarında əkdikləri 21 ədəd çətənə koluna qulluq etmək üçün sahəyə getmişlər. Həmin kolun 11 ədədini isə 25 gün əvvəl tanımadığı şəxslər oğurlamışdır. Ümumilikdə 32 çətənə kolu əkmişlər. Qardaşı A4la həmin çətənə kolunu 2017-ci ilin may ayının 15-də, saat 11 radələrində birlikdə əkmişlər. Həmin vaxt qardaşı A4 babalarından yadigar qalan Toz markalı qoşalülə ov tüfəngni də özü ilə götürmüşdür. Gecə orada olarkən qarşı tərəfdən 2 nəfərin onların əkdiyi kollara tərəf gəldiyini görmüşlər. Həmin tanımad ığı adamlar onların təxminən 6 metrliyinə qədər yaxınlaşmışlar. Həmin vaxt qarşı tərəfdən kimsə işıq tutub “ordadırlar, atın onlara” deyib işığı söndürmüşdür. Bu zaman o da əlindəki fanarla qarşı tərəfdə olan tanımadığı şəxslərin üstünə işıq salaraq kim olmasını aydınlaşdırmağa çalışmış, qardaşı A4 əlindəki tüfənglə havaya bir dəfə atəş açaraq qarşı tərəfdə olan üzlərini görmədikləri və tanımadıqları şəxslərin qorxub qaçmasına çalışmışdır. Bu zaman qarşı tərəfdən kimsə “bunların da tüfəngi var at onlara deyərək” onlar tərəfəhavaya başlarının üstündən tüfənglə atəş açmışdır. Həmin vaxt onlar aşağıya əyildikləri üçün açılan atəş onlardan yan keçmişdir. Qarşı tərəf onların üzərinə gələn zaman qardaşı A4 əlindəki tüfənglə qarşı tərəfə atəş açıb vurmuşdur. Qardaşı A4 həmin tanımadığı adamı vura ndan sonra həmin şəxs yerə yıxılmış, o isə qardaşı A4la oradan uzaqlaşıb qaçmış, tüfəngi də evə özləriylə aparmışlar. Həmin vaxt qarşı tərəfdən iki nəfər olduğunu görmüşdür. Ancaq həmin şəxslərdən birində tüfəng olmuşdur. Onlar qarşı tərəflə əlbəyaxa olmamışlar, bir-birilərinə yumruq və təpiklə xəsarət yetirməmişlər. Hadisə vaxtı qaranlıqda narkotik kollarını talamağa gələn və atəş açan həmin şəxslərin kim olub-olmamasını deyə bilməz. Çünki qaranlıqda həmin şəxslərin üzünü görə bilməmişdir. Lakin hadisədən sonra tutulub prokurorluğa ifadə verməyə gətirildikdə həmin şəxslərin Yevlax rayonu ******* kənd sakinləri B5 və S6 adlı şəxslər olduğunu bilmişdir. Hadisə vaxtı qardaşı A4 qarşı tərəfə iki dəfə atəş açmışdır. Belə ki, birinci dəfə A4 havaya atəş açmışdır ki, sonradan adlarını bildiyi B5 və S6 qorxub getsinlər. Hadisə vaxtı qarşı tərəfdən onlar istiqamətinə başlarının üstündən yuxarı bir dəfə atəş açılmış, həmin vaxt atəşin konkret kim tərəfindən atıldığını görə bilməmişdir. Həmin vaxt ərazi kolluqlarla örtülü olduğu üçün onlar bir-birilərini dəqiq görə bilməmişlər. Bundan sonra qardaşı A4 qarşı tərəfə ikinci dəfə atəş açmış, bu zaman qarşı tərəflə ara məsafələri təxminən 3-4 metr olmuşdur. Sonradan bilmişdir ki, A4ın açdığı atəş nəticəsində ******* kənd sakini B5 adlı şəxs yaralanmışdır. Qardaşı A4ın atəş açmaqda məqsədi qarşı tərəfi qorxudub oradan getmələrini istəməyi olmuş, heç kəsi qəsdən öldürmək fikri olmamışdır. Həmin vaxtı onun əlində heç bir silah olmamışdır və heç kəsə atəş açmamışdır. Həmçinin hadisə vaxtı qardaşına atəş açmağı üçün heç nə deməmiş, heç bir g östəriş verməmişdir. Onların banklara və qohumlara külli miqdarda borcu olduğundan məcbur olub narkotik vasitə olan çətənə kollarını əkib becərib satacaqmışlar. Onlar təxminən 5 ay bundan əvvəl çətənə kollarını əkmiş və qulluq etmişlər. O. qardaşı ilə ilk dəfədir ki, bu işlə məşğul olur, əvvələr heç bir çətənə kolu əkməmişlər, həmçinin satmamışlar. O, qardaşı A4la marixuananı satış məqsədilə əkmişdir. O, əvvəllər narkotik əkməmiş, istifadə edən də deyildir. Həmin narkotik tərkibli çətənə kollarını əkib becərib kultivasiya etməkdə onlara heç kəs heç bir formada köməklik etməmişdir. Həmin kolları qardaşı A4la birlikdə əkib becərmiş və qulluq etmişlər. Bu işdən A4dan və ondan başqa heç kəsin məlumatı olmamışdır. Gördükləri işinin cinayət olduğunu bildiklərinə görə bu barədə heç kəsə məlumat v erməmişlər. Qardaşı A4la əkib becərib qulluq edərək yetişdirdikləri narkotik tərkibli kolları elə hadisədən 1 saat qabaq yəni 22 sentyabr 2017-ci il tarixdə axşam saat 23 radələrində qardaşı A4la birlikdə zibillikdən tapdıqları selofan torbalara yığmışlar. Onlar kolların üzrində olan bütün narkotik bitki- yarpaqları torbalara yığmış və yalnız yerdə kolun kökləri (şitillər) qalmışdır. Həmin narkotik bitkilərini torbalara yığıb qurtardıqdan sonra bitkiləri harasa aparıb qurudub satmağı fikirləşmişlər. Hadisə baş verən gecə əkdikləri narkotik tərkibli çətənə kollarını qardaşı A4la artıq torbalara yığıb qurtarmışlar. B5 və S6 onların əkin sahəsinə narkotik tərkibli kollar olduğunu bildiyi üçün kolları oğurlamağa gəlmişlər. Hadisə vaxtı qardaşı A4 qarşı tərəfə atəş açdıqdan sonra onlar ərazidən qaçarkən narkotik kolları torbada ərazidə qalmışdır. Qardaşım atəş açdıqdan sonra qarşı tərəfdə, yəni B5 və S6 qorxub oradan uzaqlaşmışlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında 3 nömrəli 12 dekabr 2002-ci il tarixli Qərarının 1-ci bəndində "Ümumi təhlükəli üsulla adam öldürmə cinayətində təqsirkar hər hansı şəxsi öldürmək istərkən şüurlu surətdə elə vasitə seçir ki, bu vasitə nəinki zərərçəkmişin, həmçinin başqalarının (heç olmasa bir nəfərin) da həyatı üçün təhlükəli olur. Ümumi təhlükəli üsulla adam öldürməyə yandırmaqla, partlatmaqla, zəhərləməklə, dağıtmaqla, qəzalar törətməklə, zərərçəkmiş şəxsi qətlə yetirmək məqsədilə onun olduğu qapalı yerə qaz buraxmaqla, kütləyə nizamsız atəş açmaqla adam öldürmə hallarını a id etmək olar. Azərbaycan Respublikası CM-in 29-cu maddəsinə görə bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Məhkəmə kollegiyasının qənaəti belədir ki, Təqsirləndirilən şəxs, X18 və X5 olduqları istiqamətdə B5 B5ovun üzərində olan ov tüfəngindən onlara tərəf atəş açdıqdan sonra atəş açan şəxsin yerini dəqiq müəyyən edən Təqsirləndirilən şəxs özündə olan qoşalüləli ov tüfəngindən qarşı tərəfdən atəş açanın insan olduğunu, həmçinin ov tüfəngindən atəş açılarkən çoxsaylı qırmaların yayıldığını şüurlu surətdə bilərək həmin istiqamətdə tuşlayaraq qəsdən atəş açması nəticədə B5 yetirilən anda həyat üçün təhlükəli olan ağır dərəcəli odlu silah (qırma) yaraları xəsarətləri yetirməsi, lakin B5 B5ovun hadisədən dərhal sonra xəstəxanaya çatdırılaraq orada təxirəsalınmaz intensiv tibbi-cərrahi yardım göstərilməsi nəticəsində Təqsirləndirilən şəxs bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməlini iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməməsi Təqsirləndirilən şəxs ümumi təhlükəli üsulla qəsdən adam öldürməyə cəhd kimi qiymətləndirilməsinə əsas verir. Hökmdən və apellyasiya məhkəməsinin qərarından görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri məhkum Təqsirləndirilən şəxs münasibətdə işin hallarını müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından isə görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, iş mate riallarından və məhkəmə qərarlarından görünür ki, işə baxan məhkəmələr məhkum Təqsirləndirilən şəxs barəsində işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinə uyğun olaraq hərtərəfli, tam və obyektiv surətdə tədqiq etmiş, sübutlara onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi nəzərə alınmaqla düzgün qiymət vermiş, məhkum Təqsirləndirilən şəxs isnad edilən Azərbaycan Respublikası CM-in 29,120.2.4, 237.2.1 və 237.2.3cü maddələrində təsbit edilən cinayət əməllərinin sübuta yetirilməsində qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmiş, sübutların hansına üstünlük verilməsi məhkəmənin qərarında göstərilmişdir. (məhkəmələr məhkumun təqsirlilik məsələsini həll edərkən məhkumun və iş üzrə digər təqsirkarların ifadələrinə, həmçinin zərərçəkmişin və şahidlərin bir-birinə uyğun olan ifadələrinə, ekspertiza rəylərinə və digər sübutlara əsaslanmışlar). İşə baxan məhkəmələrin məhkum Təqsirləndirilən şəxs cinayət əməllərinin sübuta yetirilməsinə və tövsifinə dair nəticələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası da bu nəticə ilə razılaşır və belə hesab edir ki, məhkum Təqsirləndirilən şəxs əməlləri düzgün olaraq Azərbaycan Respublikası CM-in 29,120.2.4, 237.2.1 və 237.2.3-cü maddələri ilə tövsif edilmişdir. Odur ki, məhkəmə kollegiyası məhkum Təqsirləndirilən şəxs müdafiəçisinin dəlillərini təkzibedilməz bir sübuta söykənmədiyindən qəbul etmir və onların əsassız olması qənaətinə gəlir. Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərinə münasibət bildirərək aşağıda qe yd edilənlərə əsasən apellyasiya məhkəməsinin qərarını məhkumlar B10 və S10 aid hissədə kassasiya protestinin dəlillərinə münasibətdə əsaslandırılmamış hesab edir: Belə ki, ittiham aktına əsasən, X4 S6 A4əli oğlu ilə qabaqcadan əlbir olaraq, bir qrup şəxs halında, A4 və R9 qardaşlarının qanunsuz olaraq külli miqdarda əkib, yetişdirib, toplamaqla, kultivasiya etdikləri tərkibində narkotik maddələr olan 20 ədəd narkotik tərkibli çətənə (kannabis) kollarını talamaq məqsədi ilə tapdığı sonradan lüləsi və qundağı kustar üsulla kəsilib, qısaldılmış, ilkin təyinatı dəyişdirilərək, hazırlanmış, qanunsuz olaraq əldə etdiyi, saxladığı, gəzdirdiyi odlu silah olan təklüləli tüfəngdən atəş açaraq, həyat və ya sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmək hədəsi ilə quldurluq etmişdir. Apellyasiya məhk əmə kollegiyasının qənaətinə görə, «X28 və X13 tərkibində narkotik maddələr olan bitkilərin külli miqdarda kisələrə yığılıb hazır vəziyyətdə olmasını bilməmiş, havaya açdığı atəşlə qarşıda olan naməlum şəxslərin onlara qarşı atəş açmamaları, onların vəhşi heyvan yox, insan olduqları bildirmək üçün atəş açması, atəşi bilavasitə həmin narkotik maddələri talamaq niyyəti ilə hədə qorxu ilə tələb etmək nə sözlə ifa olunmamış və nədə ki, hərəkətləri buna yönəlməmişdir. B5 B5 xəsarət aldıqdan sonra və qarşıda olan və onlara tərəf atəş açanların ərazidən qaçdıqlarını görsələr də narkotik maddələr olan bitkilərin dərib götürmələri və ya ərazidə artıq kisələrə yığılmış narkotik maddələr olan bitkilərin götürülməsinə cəhd edilməmiş, B5 tibbi yardım göstərilməsi üçün xəstəxanaya aparıldıqdan sonra da S6 tərəfindən həmin əraziyə gəlib həmin narkotik maddələr götürülməmişdir. Həmçinin, onlar orada olan kisələri görməmiş və bundan xəbərsiz olmuşlar. B5 B5 və S6 hərəkətlərində narkotik maddənin talama əlaməti mövcud olsa da, hədə qorxu ilə tələb etmə əlaməti mövcud deyil və bu hal nə ibtidai, nə da məhkəmə istintaqı zamanı hər hansı bir sübutla sübuta yetirlməmişdir. Daha sonra, cinayət işinin materiallarından görünür ki, B5 B5 və S6 narkotik tərkibli bitkiləri talama niyyəti ilə əkin sahəsinə getsələr də orada digər şəxslər tərəfindən onlara göstərilən müqavimət nəticəsində B5 B5 odlu silahdan xəsarət aldığına görə niyyətlərinə nail ola bilməmişlər.» Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin məhkumlar X18 cinayət əməllərinin Azərbaycan Respublikası CM-in 29, 235.3.1 və 228.1-ci maddələri ilə və X5 cinayət əməllərinin Azərbaycan Respublikası CM-in 29,235.3.1-ci maddəsi ilətövsif edilməsi ilə gəldiyi nəticəni əsassız hesab edir və apellyasiya məhkəməsinin diqqətini cinayət işinin materiallarındakı sübutlara cəlb etməyi lazım bilir. Belə ki, məhkum X28 ibtidai istintaq zamanı verdiyi ifadələrində göstərmişdir ki, 17 sentyabr 2017-ci il tarixdə Yevlax rayonu ********* kənd ərazisindən keçərkən orada təxminən 15-20 ədəd çətənə kollarının olduğunu görmüşdür. Öz maşını olmadığından bacısı oğlu Ə5 məxsus olan “VAZ-2170” markalı (priora), ** *** dövlət qeydiyyat nişanlı avtomaşından taksi kimi istifadə edir. 22 sentyabr 2017-ci il tarixdə saat 21:30 radələrində evdə olan zaman öz istifadəsində olan ***-***-**-** nömrəli telefondan bacısı oğlu Ə5 istifadəsində olan * **-***-**-** saylı mobil telefon nömrəsinə zəng edərək yaşadığı kənddə yerləşən evinə çağırmış, Ə5 onu Yevlax rayonu ******* kəndinə aparmasını demiş, o, evdən çıxıb Ə5 idarə etdiyi Priora markalı maşına əyləşib ******* kəndində yerləşən K7 adlı şəxsin işlətdiyi yeməkxanaya getmiş, orada qayınatasının qardaşı E7 da görüb stola dəvət etmişlər. E7 da onlarla birlikdə oturub yemək yeməyə başlamış, həmin vaxt E7 spirtli içki qəbul etmiş, ancaq Ə5 içki içməmişdir. Ə5 demişdir ki, “dur gedək kəndə”. Onlar hesabı verəndən sonra Ə5 maşına oturub ******* kəndində yaşadığı evə gəlmiş, Əhmədə maşını kəndçisi və dostu S6ın yaşadığı ünvana sürməsini tapşırmış, oraya çatdıqda S6 çölə çıxmış və S6a bildirmişdir ki, ********* kəndi yaxınlığında olan qəbirstanlığa yaxın ərazidə 15-20 ədəd çətənə kolları gö rmüş və həmin çətənə kollarını götürmək olar. S6 da onunla razılaşmış, ancaq o, bu barədə Ə5 heçnə deməmiş, çünki Ə5 bu işdən xəbərdar olmasını istəməmişdir. Onlar Ə5 maşınında əyləşib yaşadığı evin qabağına çatanda demişdir ki, “maşında gözlə silahı götürüb gəlirəm”. S6 və Ə5 də maşında gözləmişdir. O, təxminən hadisədən 1-2 ay əvvəl evini təmir edərkən zibbilləri atmağa apardığı kəndin “axmaz” adlanan ərazisinə yaxın yerdəki zibillikdən tapdığı və evdə saxladığı balaca təklüləli tüfəngə oxşar silahı evdən götürüb maşına qayıdıb əyləşmişdir. Həmin vaxt Ə5 yalandan demişdir ki, biz “********* kəndində quş ovlamağa gedirik”. Ə5 də bir söz deməyib maşını dediyi istiqamətdə ********* kəndinə sürmüşdür. Narkotik kollar olan əraziyə 300 metr qalmış maşını saxlatdırıb S6la birlikdə maşından dü şmüşlər. Təxminən gecə saat 01:00 radələri olarmış, o, Ə5 onlarla gəlməsinə icazə verməmiş və maşının yanında gözləməsini, tezliklə qayıdıb gələcəyini söyləmişdir. Ə5 maşının yanında qalmış və o, S6la birlikdə narkotik bitkilər əkilən kolluğa tərəf yaxınlaşmışlar. Həmin vaxt S6 əlindəki alışqanın işığını yandırıb narkotik kollar olan tərəfə salıb onunla birlikdə narkotik bitkilər olan yerə yaxınlaşan zaman qarşı tərəfdən də S6ın üzünə fanarla işıq salmışlar və həmin anda qarşı tərəfdən kimsə əlindəki tüfənglə havaya atəş açmışdır. Bundan sonra isə o, əlindəki lüləsi və qundağı kəsilmiş tüfənglə havaya atəş açmışdır. Daha sonar qarşı tərəf ona atəş açmışdır. Ancaq qaranlıq olduğu üçün ona atəş açan şəxsin üzünü görə bilməmişdir. Bu zaman o, bir neçə addım irəli gedərkən sol tərəfindən ayağı nın uyuşduğunu hiss etdmiş və S6a bildirmişdir ki, “S6 məni vurdular”. Həmin vaxt orada olan şəxslərin qaçdıqlarını görmüşdür. S6ın köməkliyi ilə o, Ə5 maşınına gəlmiş və onu maşına mindirmişlər. Onu Ə5 və S6 dərhal Mingəçevir xəstəxanasına çatdırıb həkimlərə təhvil vermişlər. Hadisədən təxminən 1 ay qabaq o, həmin çətənə kolları olan yerə getmiş və orada 15-20 ədəd narkotik kolu olduğunu bilmişdir. Ancaq hadisə günü ilk dəfə idiki həmin kolları talamağa getmişdir. Eyni zamanda S6 da onunla narkotik kollarını talamağa getmiş və bu barədə qabaqcadan razılaşmışlar. Həmin gün Ə5 oraya taksi kimi getmiş, onun S6la oraya gedişlərinin məqsədini Ə5 bilməmiş, Ə5 o yaralandıqdan sonra oraya narkotik çətənə kollarını talamağa getdiyini bilmişdir. O, heç vaxt narkotik əkib becərməmiş, satışı ilə məşğ ul olmamışdır. Ancaq əvvələr narkotik maddə istifadə etmişdir. Hadisə vaxtı qaranlıq olduğu üçün o, qarşı tərəfdəkilərin sayı 2 (iki) nəfər olmuşdur. Həmçinin qaranlıq olduğu üçün həmin şəxslərin üzünü də dəqiq görə bilməmişdir. Lakin hadisədən sonra prokurorluğa ifadə verərkən həmin şəxslərin ********* kənd sakinləri R9və Təqsirləndirilən şəxs adlı qardaşlar olduğunu bilmişdir. O, S6la narkotik kollar əkilən sahəyə yaxınlaşsalar da həmin yerdən heç bir narkotik kolu götürməmişlər. Çünki atəş açıldıqdan sonra yaralanmış və qorxub oradan uzaqlaşmışlar. O, həmin ərazidə torbalara narkotikin necə və hansı qaydada yığılmasını görməmiş, heç bir narkotik kolu talamamışdır. Ancaq talamaq istəmişdir. Sonradan bilmişdir ki, həmin narkotik kollarını R9 və A4 qardaşları əkmişlər. Hadisə baş verən gec ə o, yaralandığından heç bir narkotik kolunu talaya bilməmişlər. Məcbur qalıb onu xəstəxanaya çatdırmışlar. S6la birlikdə kolluğu yarıb marixuana əkilmiş sahəyə girmək istəyəndə qarşı tərəf birinci havaya atəş açmış, həmin vaxtı onlar dayanmışlar. İkinci atəşi isə özündə olan abrez tüfənglə yuxarı istiqamətdə havaya atəş açmış, üçüncü atəşi isə qarşı tərəfdən yenidən onun və S6ın istiqamətində açılmışdır. Həmin vaxt onların arasında məsafə 3-4 metr olmuş və onlar biz bir-birilərilə əlbəyaxa olmamışlar. Ancaq qarşılıqlı silahdan atışmalar olmuşdur. Məhkəmə istintaqı zamanı isə X28 ifadəsini dəyişərək yalnız «…bir iki gün əvvəl kənddən təxminən 3 km kənarda çöllük ərazi olan pay torpaqlarının ərazisində itən şəxsi mal-qarasını axtararkən atın belindən baxanda hündürlüyü iki metkdən az olmaya n böyürtkən kollarının əhatəsində, kolluğun içərisindən bir ədəd yabanı bitmiş hesab etdiyi çətənə kolunun uc hissəsini gördüyünü» göstərmişdir. X2 ibtidai istintaq zamanı verdiyi ifadələrində göstərmişdir ki, X28 onun həmkəndlisi və qonşusudur. Əvvəllər narkotik vasitə olan mariaxuna istifadəyə və becərməyə görə məhkum olunsa da B5in bu işlərlə məşğul olmasından məlumatı olmayıb. 23 sentyabr 2017-ci il tarixdə B5 ona zəng edib, ******* kəndində olduğunu, birazdan onlara gələcəyini söyləmiş, bir saat sonra B5 Ə5adlı bacısı oğlu ilə birlikdə gecə yarı yaşadığı ünvana gəlib ona mobil telefonla zəng edib çölə çağırmışdır. B5 küçədə ona bildirmişdir ki, “********* tərəfdə əkin sahəsində marixuana əkildiyini görmüşəm, gedək götürək”. O da razılaşmış, onlar üçü birgə əvvəlcə B5in yaşadığı evə ge tmiş, orada B5 maşından düşüb evə getmiş, o isə Əhmədlə maşında gözləmişlər. Birazdan B5 gəlib maşına minəndə B5in əlində qundağı və lüləsi kəsilmiş ov silahını görmüş, heç nə soruşmamışdır. Onlar Ə5 idarə etdiyi Vaz 2170 markalı, ** *** nömrəsi olan avtomobillə, Yevlax rayonu ********* kəndi əkin sahələrinə getmişlər. Maşını yolun kənarında nasos olan tərəfdə saxlayıb, B5in yanı ilə marixuana əkilən sahəyə tərəf piyada getməyə başlamış, həmin vaxt Əhməd maşının yanında qalmışdır. B5 ona bildirmişdir ki, narkotik kolları arxın o biri üzündədir. O, kollara tərəf yaxınlaşmış, özündə olan alışqanın işığını yandırıb həmin tərəfə baxanda kolları görmüşdür. Kolların 5-6 metr yaxınlığında çöməlib oturmuşlar, sahənin yaxınlığında at bağlandığı üçün kiminsə ola biləcəyini düşünüb 5-10 dəqiqə gözl ədikdən sonra yenidən B5 və o, birlikdə marixuana kollarına tərəf yaxınlaşmışlar. Böyürtkən kolluğunu keçib marixuana əkilən yerə girmək istəyəndə qəfil marixuna kollarının arasından kimsə qalxmış, əlindəki fanarla onlara tərəf işıq tutmuşdur. Həmin yerdə iki nəfərin səsini eşitmişlər. Həmin şəxslərlə aralarında 3-4 metr məsafə varmış, onlardan biri havaya atəş açmışdır. Bundan sonra B5 özündə olan lüləsi kəsilmiş ov tüfəngi ilə səs gələn qarşı tərəfə havaya atəş açmışdır. O, atəş açıldıqdan sonra yenidən qarşı tərəfdən kimsə B5 tərəfə atəş açmışdır. Bundan sonra B5 yerə yıxılmış, qarşı tərəfdə olanlar da qaçıb getmişlər. B5 ona bildirmişdir ki, “mənə güllə dəydi, yaralanmışam”. Dərhal B5ə yaxınlaşmış, B5i çiyninə alıb maşına tərəf gətirmiş, onu maşına qoyaraq xəstəxanaya getmişlər... Onun əvvəlcədən həmin sahədə narkotik tərkibli çətənə bitkisinin əkilməsi barədə məlumatı olmamış, orada çətənə bitkisinin olmasını ona 23 sentyabr 2017-ci il tarixdə gecə evdən çağırıb küçədə olanda B5 demişdir. O da X15 və X28 ilə birlikdə Yevlax rayonu ********* kəndində gizli əkilmiş sahəyə 23 sentyabr 2017-ci il tarixdə orada əkilmiş marixuana kollarını yığmaq üçün getmişdir... B5 və o, kolluğu yarıb marixuana əkilmiş sahəyə girmək istəyəndə qarşı tərəf birinci havaya atəş açmış, ikinci atəşi isə B5 yuxarı istiqamətdə atmış, üçüncü atəşi isə qarşı tərəfdən yenidən B5 və onun istiqamətində açılmışdır. Həmin vaxtı qaranlıq olduğu və ərazi qamışlıq olduğundan o, qarşı tərəfin üzünü görə bilməmişdir. Ancaq sonradan bilmişdir ki, həmin şəxslər ********* kənd sakinləri A4 və R9qardaşlarıdır. O, həmin ərazidə torbalara narkotikin necə və hansı qaydada yığılmasını görməmiş, heç bir narkotik kolu talamamış, ancaq talamq istəmişdir. Hadisə baş verən gecə B5 yaralandığından onlar heç bir narkotik talaya bilməmişlər. Məcbur qalıb B5i xəstəxanaya çatdırmışdır. O, narkotik kolları B5ə kömək etmək üçün götürməyə getmiş, ancaq narkotiki taladıqda hansı məqsədlə istifadə edəcəyini bilmirmiş. Sonradan bilmişdir ki, həmin narkotik kollarını R9və A4 qardaşları əkmişlər. Məhkumların ifadələrindən də göründüyü kimi B10 Yevlax rayonu ********* kənd ərazisindən keçərkən orada təxminən 15-20 ədəd çətənə kollarının olduğunu görmüş və onların götürülməsinin mümkünlüyü barədə S6 Qasımova demiş və B10 özündə olan lüləsi kəsilmiş ov tüfəngini götürərək birlikdə narkotik vasitəni talamağa getmişlər. İşə baxan məhkəmələr isə belə nəticəyə gəlmişlər ki, “B10 və S6 hərəkətlərində narkotik maddənin talama əlaməti mövcud olsa da, hədə qorxu ilə tələb etmə əlaməti mövcud deyil və bu hal nə ibtidai, nə də məhkəmə istintaqı zamanı hər hansı bir sübutla sübuta yetirlməmişdir”. Məhkəmə kollegiyası sübutlara belə qiymət verməni CPM-in 143-146-cı maddələrinin kobud pozuntusu hesab edir. Məhkəmələrin gəldiyi nəticə bir sıra haqlı suallar doğurur - silahı B10 hansı məqsədlə götürmüşdür? Nə səbəbə B10 Təqsirləndirilən şəxs havaya atəş açmasından sonra hadisə yerindən uzaqlaşmaq əvəzinə onlar tərəfə cavab atəşi açmışdır? Apellyasiya məhkəməsi işə yenidən baxarkən bu suallara ağlabatan dəlillərlə cavab verməlidir. Məhkum S10 istintaq zamanı verdiyi ifadələrində göstərmişdir ki, “...böyürtkən kolluğunu ke çib marixuana əkilən yerə girmək istəyəndə, qəfil marixuana kollarının arasından kimsə qalxdı və əlindəki fanarla bizə tərəf işıq tutdu. İki nəfərin səsi gəlirdi, nə isə dedilər. Aramızda 3-4 metr məsafə vardı, onlardan biri havaya atəş açdı. Bundan sonra B5 özündə olan lüləsi kəsilmiş ov tüfəngi ilə səs gələn qarşı tərəfə atəş açdı. O, atəş açdıqdan sonra yenidən qarşı tərəfdən kimsə B5ə tərəf atəş açdı. Bunda sonra B5 yerə yıxıldı və qarşı tərəfdə olanlar da qaçıb getdilər...”. (cild 1, iş vərəqə 84-86, 245-247). Məhkum Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrində göstərmişdir ki, “23 sentyabr 2017-ci il tarixdə gecə saat 01:00 radələrində qardaşı ilə birlikdə əkdikləri marixuana kollarının dibində oturan vaxt qəfil kollar istiqamətində xışıltı eşitmişlər. Onlar aya ğa qalxmış, qarşı tərəfdən bir neçə nəfərin onların əkdikləri kollara tərəf gəldiyini görmüşlər və onlar buna görə də yenidən aşağı kolların dibinə əyilmişlər. Həmin tanımadığı adamlar onların 3-4 metrliyinə qədər yaxınlaşmışlar. Həmin vaxt həmin şəxslərdən kimsə alışqan işığını onlara tərəf tutub yaxınlaşmış, kolları yoxlamış, sonra alışqanın işığını söndürüb cibinə qoymuş, bu zaman o, qəfil ayağa qalxıb əlindəki fanarın işığını həmin şəxsin üzünə tərəf tutmuş, həmin vaxt qardaşı da balaca fanarla qarşı tərəf istiqamətində işıq salmışdır. Həmin tanımadıqları şəxs əli ilə üzünü gizlədib nalayiq ifadə işlədib yanındakına “burdadılar, gir” demiş, o, həmin şəxsləri qorxudub qaçırtmaq üçün havaya atəş açmış, lakin tanımadıqları şəxslər geri çəkilməmişlər, həmin tanımadığı şəxslər yenidən onlar a tərəf gəlməkdə davam etmişlər. Həmin vaxt onun üzünə işıq saldığı adam əvvəlcə ona qışqırmışdır ki, “birini də at”. Sonra da həmin tanımadığı adam tərəfdə olan kiməsə “tüfəngi var, at onlara” demiş və bu sözdən sonra qarşı tərəfdən kimsə onların dayandığı yerdən 2-3 metr aralıda onların ağac tərəfdə olduqlarını güman edib həmin istiqamətində havaya başlarının üstündən tüfənglə atəş açmışdır. O, həmin vaxt özünü yana çəkmiş, qardaşı R9da həmin vaxt aşağı əyilmişdir. Buna görə də həmin atəş zamanı nə o, nə də qardaşı R9xəsarət almamışlar” (cild 1, iş vərəqə 215-217). İfadələrdən də göründüyü kimi B10 silahı tülkü və çaqqaldan qorunmaq üçün deyil, istədiyi narkotik maddəni talama üçün götürmüş və Təqsirləndirilən şəxs havaya xəbərdarlıq atəşi açdıqda, o da səs gələn tərəfə atəş açmışdır. Açılan atəşin A4 və ya R9 dəyməməsinin səbəbi isə B10 iradəsi deyildir. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin diqqətini Azərbaycan Respublikası CM-in 235-ci maddəsinin məzmun və mahiyyətinə cəlb etməyi lazım bilir. Azərbaycan Respublikası CM-in 235-ci maddəsində nəzərdə tutulan cinayətin obyektiv cəhəti narkotik vasitələri və ya psixotrop maddələrini talama və ya hədə-qorxu yolu ilə tələb etmədə ifadə olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 mart 2011-ci il tarixli 2 saylı Qərarının 17-ci bəndindəgöstərilimşdir ki, məhkəmələrə izah edilsin ki, narkotik vasitələri, psixotrop maddələri və prekursorları talama dedikdə, b u maddələrin oğurluq, soyğunçuluq, quldurluq, dələduzluq, mənimsəmə və israf etmə yolu ilə talan edilməsi başa düşülməlidir. Narkotik tərkibli bitkilərin və onların hissələrinin bu bitkilərin təsərrüfat məqsədi ilə əkilib-becərilməsi və mühafizə olunan ərazilərdən yığılması da talama kimi qiymətləndirilməlidir. Tərkibində narkotik vasitələr olan bitkiləri və ya onların hissələrini bu bitkilərin təsərrüfat məqsədi ilə əkilmədiyi və mühafizə olunmayan ərazilərdən yığılması məqsədindən asılı olaraq CM-in 234.1-ci yaxud da 234.2-ci maddələri ilə tövsif olunmalıdır. Törədilmiş əməlin CM-in 235-ci maddəsi ilə tövsif edilməsi üçün narkotik vasitələrin, psixotrop maddələrin və ya prekursorların dövlət və ya ictimai, yaxud özəl müəssisələrə, idarələrə, təşkilatlara yaxud da bu maddələrə qanuni və y a qanunsuz olaraq sahiblik edən ayrı-ayrı vətəndaşlara məxsus olması əhəmiyyət daşımır. Narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hədə-qorxu ilə tələb etmə dedikdə, zortətbiq etmə, yaxud özgənin əmlakını məhv etmə və ya zədələmə, habelə zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatları yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə adı çəkilən maddələri tələb etmə başa düşülməlidir. Narkotik vasitələri, psixotrop maddələri və prekursorları talama və ya hədə-qorxu ilə tələb etmənin sonradan həmin predmetləri satma məqsədi ilə törədilməsi müəyyən olunarsa, onda təqsirləndirilənin əməli cinayətlərin məcmusu qaydasında, həm də CM-in müvafiq maddələri ilə nəzərdə tutulan cinayətə hazırlıq kimi tövsi f olunmalıdır. CM-in 235-ci maddəsi ilə tövsif etmə zamanı əməlin əlavə olaraq narkotik vasitələri qanunsuz əldə etmə kimi tövsif edilməsinə ehtiyac qalmır, çünki bu əməl adları çəkilən predmetləri talama və ya hədə-qorxu ilə tələb etmə anlayışı ilə tam əhatə olunur. Şərh olunan cinayətin predmetlərini talama və ya hədə-qorxu ilə tələb etmədən sonra bu predmetləri satış məqsədi ilə və ya bunsuz saxlama, emal etmə, daşıma və göndərmə mövcud olarsa, əməl cinayətlərin məcmusu üzrə CM-in 235-ci və 234-cü maddələri ilə tövsif olunmalıdır. Təqsirkarın əvvəllər ancaq narkotik vasitələrin və psixotrop maddələrini talaması üçün deyil, həm də CM-in 177-183-cü, 217, 227 və 232-ci maddələri ilə iki dəfə və ya daha çox məhkum edilmiş şəxs tərəfindən yenidən narkotik vasitələri və ya psixotrop maddələri talama və ya hədə qorxu ilə tələb etmə əməli CM-in 235.4.4-cü maddəsi ilə cinayət məsuliyyəti yaradır. Bunun üçün əvvəlki məhkumluqlar qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və ya götürülməmiş olmalıdır. Banda tərəfindən narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların oğurlanması cinayətlərin məcmusu ilə tövsif olunmalıdır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarının 5-ci bəndinə görə, oğurluq edilərkən, təqsirli şəxsin hərəkətləri mülkiyyətçi və ya əmlakın digər sahibi,yaxud da digər şəxs tərəfindən aşkar edilərsə, təqsirli şəxs bunu dərk etsə də əmlakın qanunsuz götürülməsindən ibarət hərəkətlərini davam etdirərsə və ya həmin əmlakı saxlamağa çalışar sa, o zaman belə hərəkətlər soyğunçuluq, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə müşayət edildiyi hallarda isə quldurluq kimi tövsif edilməlidir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarının 7-ci bəndindən də göründüyü kimi, quldurluq cinayəti basqın anından bitmiş sayılır. Məhkəmə kollegiyası vurğulayır ki, cinayət işinin materiallarındakı sübutlara Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun göstərilən Qərarlarının mabədində yanaşdıqda belə nəticə hasil olur ki, birinci və apellyasiya instansiya məhkəmələrinin məhkumlar X28 və X5 narkotik vasitəni talamaya yönələn əməllərinin Azərbaycan Respublikası CM -in 235.4.2 və 235.4.3-cü maddələrindən həmin Məcəllənin 29,235.3.1-ci maddəsinə tövsif edilməsi barədə gəldikləri nəticə Azərbaycan Respublikası Cinayət və Cinayət-Prosessual Məcəlləsinin normalarının, həmçinin Ali Məhkəmənin göstərilən Plenum qərarının tövsiyyələri ilə acıq-aşkar ziddiyyət təşkil edir. Bundan başqa, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli qərarında göstərilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən ci nayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Həmin Qərarda qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozu lmasına gətirib çıxara bilər. Məhkəmə kollegiyası Ali Məhkəmənin və Konstitusiya Məhkəməsi Plenumunun göstərilən Qərarlarının fövqündə hazırki işə yanaşaraq qeyd edir ki, cinayətin tərkibinin düzgün müəyyən edilməsi və təqsirkarın əməlinin düzgün ixtisaslaşdırılması mütləq şərtdir və bu halların müəyyən edilməsində yol verilən qanun pozuntusu nəticəsində çıxarılan hökmün və ya qərarın qanunsuz və əsassız olması heç bir şübhə doğurmur. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi işə yenidən baxarkən sübutları məhkumlar X28 və X6 aid hissədə CPM-in 143-146-cı maddələrinə uyğun olaraq tədqiq etməli, sübutlara onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymət verməli, məhkumlar B10 və S6 cinayət əməllərini cinayət qanununun müvafiq norması ilə düzgün m üəyyənləşdirməli, iş üzrə qanuni,əsaslı və ədalətli qərar qəbul etməlidir. Bunlarla yanaşı, məhkəmə kollegiyası kassasiya protestinin məhkum B10 ittihamından Azərbaycan Respublikası CM-in 229.1-ci maddəsinin xaric edilməsinin əsassızlığına dair dəlillərinə münasibət bildirərək qeyd edir ki, cinayət işinin materiallarında ittham orqanı tərəfindən məhkuma qarşı irəli sürülən bu ittihamı təsdiq edən heç bir sübut yoxdur. Məhkum B10 ifadələrində lüləsi kəsilmiş ov tüfəngini kəndin “axmaz” adlı ərazisinə yaxın yerdəki zibillikdən tapdığını və evdə saxladığını bildirmişdir. Məhkumun bu dəlili təkzib edilmir və işə baxan məhkəmələrin bu barədə gəldikləri nəticənin qanuniliyi və əsaslılığı şübhə doğurmur. Ona görə də kassasiya protesti bu hissədə əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası həmç inin protest müəllifinin məhkumlar Təqsirləndirilən şəxs və R.M.İsmayılova CM-in 237.2.1 və 237.2.3-cü maddələri yüngül cəza təyin edilməsi ilə bağlı dəlilləri ilə razılaşmır və qeyd edir ki, hökmlə Təqsirləndirilən şəxs Аzərbаycаn Respublikаsı CM-in 29,120.2.4, 237.2.1 və 237.2.3-cü maddələri ilə təqsirli bilinərək CM-in 29,120.2.4-cü mаddəsi ilə bаrəsində CM-in 63.3-cü mаddəsi tətbiq edilməklə 14 (оn dörd) il müddətə аzаdlıqdаn məhrum etmə cəzаsı, CM-in 237.2.1, 237.2.3-cü maddələri ilə 04 (dörd) il müddətə аzаdlıqdаn məhrum etmə cəzаsı təyin edilmiş, CM-in 66.3-cü mаddəsinə əsаsən təyin оlunmuş cəzаlаrı qismən tоplаmаq yоlu o, 15 (on beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. X34 Аzərbаycаn Respublikаsı CM-in 237.2.1 və 237.2.3-cü maddələri ilə təqsirli bilinər ək həmin maddələrlə ona 03 (üç) il müddətinə аzаdlıqdаn məhrum etmə cəzаsı təyi edilmiş, onun 23 sentyаbr 2017-ci il tаrixdən 23 аprel 2018-ci il tаrixədək 07 (yeddi) аylıq həbsdə və 23 аprel 2018ci il tаrixədən 31 аvqust 2018-ci il tаrixədək 4 (dörd) аy 8 (səkkiz) gün ev dustаqlığındа оlduğu müddət təyin edilmiş cəzаdаn çıxılmаqlа üzərində qəti оlаrаq 02 (iki) il 22 (iyirmi iki) gün müddətinə аzаdlıqdаn məhrum etmə cəzаsı saxlanılmışdır. Qeyd edilməlidir ki, məhkumlara isnad edilən Аzərbаycаn Respublikаsı CM-in 237.2-ci maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə bu maddələrlə Təqsirləndirilən şəxs və R.İsmayılova 04 (dörd) il müddətinə аzаdlıqdаn məhrum etmə cəzаsı təyin edilmişdir ki, bu həddə maddənin sanksiyasında nəzərd ə tutulmuş аzаdlıqdаn məhrum etmə cəzаsının orta həddindədidr. Hökmdən müəyyən edilir ki, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun yaşayış yerindən müsbət xarakterizə olunmasını, əvvəllər məhkum olunmamasını və gənc olmasını Аzərbаycаn Respublikаsı CM-in 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə almış və cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Hökmdən müəyyən edilir ki, məhkəmə R10 cəza təyin edərkən onun yaşayış yerindən müsbət xarakterizə olunmasını, əvvəllər məhkum olunmamasını və gənc olmasını Аzərbаycаn Respublikаsı CM-in 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə almış və cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəmə sinin Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 404-cü maddəsinə əsasən, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Məhkəmə kollegiyası belə hesab edir ki, məhkəmə məhkumlar Təqsirləndirilən şəxs və R.M.İsmayılova cəza təyin edərkən CM-in 8.1, 41.2, 58.3-c ü maddələrinin tələblərinə və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarının tövsiyyələrinə əməl etmiş və məhkumlara Аzərbаycаn Respublikаsı CM-in 237.2.1 və 237.2.3-cü maddələri ilə 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir ki, bu cəza da əsaslı və kifayət qədər ədalətli cəzadır. Odur ki, kassasiya kollegiyası kassasiya protestinin bu barədə olan dəlillərini qəbul etmir və onların əsassız olması qənaətinə gəlir. Bunda başqa, məhkəmə kollegiyası qeyd edir ki, hökmdən müəyyən olunur ki, məhkəmə X8 Azərbaycan Respublikası CM-in 29, 235.3.1-ci maddəsi ilə təqsirli bilərək barəsində CM-in 63.3-cü maddəsini tətbiq etməklə cəza təyin etmiş və cəzasını x üsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini müəyyən etmişdir. Apellyasiya instansiyası məhkəməsi hökmü dəyişdirmədən saxlamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan məhkəmələrin bu barədə qənaəti qanuni və əsaslı deyildir. Belə ki, hökmdən görünür ki, məhkəmə S10 CM-in 18.3.3-cü maddəsinə əsasən xüsusi təhlükəli residivist hesab etmiş və ona CM-in 63.3-cü maddəsinin tələblərini nəzərə almaqla cəza təyin etmişdir. Məhkum S10 bundan əvvəl Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 06 noyabr 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1 və 234.4.3-cü maddələri 08 (səkkiz) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Maddənin sanksiyasında beş ildən on iki ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur və CM-in 15.4- cü maddəsinə əsasən ağır cinayətlər kateqoriyasına aiddir. Məhkuma hazırda isnad edilən CM-in 29, 235.3.1-ci maddəsinin sanksiyasında beş ildən on ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur və təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikası CM-in 18.3-cü maddəsinə əsasən cinayətlərin residivi aşağıdakı hallarda xüsusilə təhlükəli sayılır: 18.3.1. qəsdən az ağır və ya qəsdən ağır cinayət törətməyə görə əvvəllər hər hansı ardıcıllıqla üç dəfədən az olmayaraq azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda; 18.3.2. qəsdən ağır cinayət törətməyə görə əvvəllər iki dəfə və ya xüsusilə ağır cinayət törətməyə görə əvvəllər bir dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə; 18.3.3. qəsdən ağır və ya xüsusilə ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən xüsusilə ağır cinayət törətdikdə. CM-in 18.3.3-cü maddəsinin tələbindən də göründüyü kimi qəsdən ağır və ya xüsusilə ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən xüsusilə ağır cinayət törətdikdə cinayətlərin residivi xüsusi təhlükəli sayılır. Məhkum S10 əvvəl qəsdən ağır cinayət əməlinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğuna görə onun əməlində cinayətlərin xüsusi təhlükəli residivi o vaxt sayıla bilərdi ki, məhkumun törətdiyi ikinci cinayət əməli xüsusi təhlükəli cinayətlər kateqoriyasına (məsələn, CM-in 235.4.3-cü maddəsi) aid ols un. Məhkuma isnad edilən CM-in 235.3.1-ci maddəsi isə ağır cinayətlər kateqoriyasına aiddir. Belə olan halda isə məhkum S10 əməlində cinayətlərin xüsusi təhlükəli residivi deyil, təhlükəli residivi yaranır. Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkmələri müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi işə yenidən baxarkən qanun normasını düzgün tətbiq etməli və məhkumun cəzaçəkmə müəssisəsinin növünü müəyyənləşdirməkdə yanlışlığa yol ver məməlidir. Beləliklə, kassasiya kollegiyası apellyasiya məhkəməsinin mübahisələndirilən qərarını göstərilən səbəblərdən əsassız hesab edir və qeyd edir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Taxquet Belçikaya qarşı" 13 yanvar 2009-cu il, "Xirvisaari Finlandiyaya qarşı" 27 sentyabr 2001-ci il, "X24rşı" 9 dekabr 1994-cü il və "Hacianastassion Yunanıstana qarşı" 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, əsaslandırmanın səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alınmadığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Məhkəmə kollegiyası qeyd edir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin göstərilən Qərarlarının işığında hazırki işi təhlil etdikdə belə nəticə hasil olur ki, birinci və apellyasiya instansiyaları məhkəmələri tərəfindən sübutlar məhkumlar B10 və S10 aid hissədə CPM-in 143-146-cı maddələrinə uyğun olaraq tədqiq edilməmiş, sübutlara onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymət verilməmiş, məhkumlar B.Ş.B5ov və S.A.Qasımovun əməllərində işə baxan məhkəmələr tərəfindən onlara isnad olunan Azərbaycan Re spublikası CM-in 29, 235.3.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulan cinayətin mövcudluğu əsaslandırılmamış və nəticədə əsassız qərar qəbul edilmişdir. Kassasiya kollegiyası kassasiya şikayətinin və protestinin dəlillərini işə baxan məhkəmələrin hökmünün və qərarının təsviri-əsaslandırıcı hissələrindəki istinad etdikləri sübutlarla müqayisəli surətdə tədqiq edərək kassasiya şikayətinin və kassasiya protestinin dəlillərini məhkumlar Təqsirləndirilən şəxs və X14 aid hissədə əsassız, kassasiya protestinin dəlillərini məhkumlar X28 və X6 aid hissədə isə əsaslı hesab edir və belə nəticəyə gəlir ki, kassasiya şikayətinin və kassasiya protestinin məhkumlar Təqsirləndirilən şəxs və R10 aid hissədə təmin edilməməsi, Şəki Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının 18 dekabr 2019-cu il tari xli qərarının məhkumlar Təqsirləndirilən şəxs və X14 aid hissədə dəyişdirilmədən saxlanılması, kassasiya protestinin qismən - məhkumlar B10 və S10 aid hissədə təmin edilməsi, Şəki Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının 18 dekabr 2019-cu il tarixli qərarının məhkumlar X21 və X6 aid hissədə kassasiya protestinə münasibətdə ləğv edilməsi və cinayət işinin həmin hissədə yeni apellyasiya baxışına təyin edilməsi qanuni, əsaslı və ədalətlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2, 416.1.15, 419.10.1 və 419.10.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Təqsirləndirilən şəxs müdafiəçisinin kassasiya şikayəti təmin edilməsin. Kassasiya protesti məhkumlar Təqsirləndirilən şəxs və R.M.ismayılova aid hissədə təm in edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının 18 dekabr 2019-cu il tarixli qərarı Azərbaycan Respublikası CM-in 29, 120.2.4, 237.2.1 və 237.2.3-cü maddələri təqsirli bilinib məhkum edilmiş Təqsirləndirilən şəxs və Azərbaycan Respublikası CM-in 237.2.1 və 237.2.3-cü maddələri ilətəqsirli bilinib məhkum edilmiş X14 aid hissədə kassasiya protestinə münasibətdə (məhkum Təqsirləndirilən şəxs aid hissədə həm də kassasiya şikayətinə münasibətdə) dəyişdirilmədən saxlanılsın. Kassasiya protesti qismən – məhkumlar B.10 və S10 aid hissədə təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının 18 dekabr 2019-cu il tarixli qərarı məhkumlar X21 və X6 aid hissədə kassasiya protestinə münasibətdə ləğv edilsin və cinayət işi həmin hissədə yeni apellyasiya baxışına təyin edil
Məhkəmə qərarları › İş №1-1(102)-29/2020
Ali Məhkəmə Qərar — İş №1-1(102)-29/2020
03.06.2020
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver