Məhkəmə qərarları › İş №1-1(102)-34/2024

Ali Məhkəmə Qərar — İş №1-1(102)-34/2024

02.05.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-34/2024 02.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1, cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar cəza təyin edilməmiş şəxs Məhkum3 və onun müdafiəçisi, fərdi qaydada fəal iyyət göstərən vəkil Müdafiəçi3 iştirakları ilə, Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 fevral 2023-cü il tarixli qərarından Məhkum3 müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Hərbi Məhkəməsinin (hakimlər Camal Ramazanov (sədrlik edən), Rafiq Abbasov və Aslan Kalbalıyev) 11 oktyabr 2022-ci il tarixli, 1-1(093)-8/2022 nömrəli hökmü ilə 12 avqust 1974-cü il tarixdə Ermənistan Respublikası, Sisyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, «Azərsu» Açıq səhmdar cəmiyyətində məxfi rejim və səfərbərlik xidmətinin rəisi vəzifəsində işləmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Məhkum3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 311.3.1, 311.3.3, 311.3.4, 341.2.1, 341.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş həmin Məcəllənin 75-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar ona cəza təyin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: İbrahim İbrahimli sədrliyi və məruzəsi ilə, Həsən Əhmədov və Ziya Şirinovdan ibarət tərkibdə) 1 fevral 2023cü il tarixli qərarı ilə Məhkum3 müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Hərbi Məhkəməsinin 1-1(093)-8/2022 saylı, 11 oktyabr 2022-ci il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkum3 mütəşəkkil dəstə tərkibində vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) və qanunsuz hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq müqabilində özü və üçüncü şəxslər üçün birbaşa yolla, şəxsən və vasitəçidən istifadə etməklə mütəşəkkil dəstə tərkibində vəzifəli şəxs kimi tamahkarlıq məqsədilə və şəxsi marağa görə hakimiyyətdən və öz qulluq mövqeyindən sui-istifadə edib, hakimiyyət həddini və qulluq səlahiyyətlərini aşmaqla ağır nəticələrə səbəb olan əhəmiyyətli zərər vurmuşdur. Belə ki, o, Azərbaycan Respublikasının “Hərbi xidmət haqqında” xx.xx.1995-ci il tarixli 1030 nömrəli, “Hərbi vəzifə və və hərbi xidmət haqqında” xx.xx.2011-ci il tarixli 274-İVQ nömrəli Qanunlarına əsasən hərbi qulluqçu statusuna malik olan vəzifəli şəxs kimi Azərbaycan Respublikasının Milli Təhlükəsizlik nazirinin xx.xx.2007- ci il tarixli 1934 saylı əmri ilə hazırda ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin Hərbi Əks-Kəşfiyyat Baş idarəsinin Hərbi Hava Qüvvələri üzrə şöbə rəisi, xx.xx.2010-cu il tarixli 1169 saylı əmri ilə idarə rəisi vəzifəsinə təyin edilməklə 2007-ci ildən 2014-cü ilədək olan müddətdə həmin vəzifələrdə xidmətdə olarkən Hərbi Əkskəşfiyyat Baş idarəsinin rəisi Məhkum1 və qeyrilərindən ibarət sabit cinayətkar qrupda - mütəşəkkil dəstə tərkibində aparılmış bölgüyə uyğun olaraq üzərinə düşən vəzifələri icra edib 2009-cu ilin sentyabr ayının əvvəllərində dəstə üzvü Məhkum1 Baş idarənin Daxili qoşunların və Ədliyyə Nazirliyinin Hərbi qurumları ilə iş şöbəsinin rəisi Zərərçəkmiş şəxs3 xidməti otağına dəvət edib vəzifəli şəxs kimi tamahkarlıq məqsədilə və şəxsi marağa görə hakimiyyətdən və öz qul luq mövqeyindən sui-istifadə etməklə hakimiyyət həddini və qulluq səlahiyyətlərini aşaraq sonuncuya hədəqorxu tətbiq edib xidməti vəzifələrini layiqincə yerinə yetirmədiyini, şəxsi keyfiyyətlərinə və başqa şəxslərlə xidmətdən kənar münasibətlər saxladığına, bütün bunların xidməti fəaliyyəti ilə bir araya sığmadığına görə vəzifəsindən kənarlaşdırılması üçün xidməti səlahiyyətləri daxilində Nazirliyin rəhbərliyinə təqdimatla müraciət edəcəyini bildirib 50.000 ABŞ dolları (həmin dövrün məzənnəsi ilə 40.215 manat) məbləğində nağd pul verəcəyi halda belə təqdimatla müraciət etmədən vəzifəsində qalıb xidmətini davam etdirməsinə xidmət üzrə himayədarlıq edib əlverişli xidməti şərait yaradacağını vəd etməklə Zərərçəkmiş şəxs3la sövdələşməsindən sonra, 2009-cu il noyabr ayının sonlarında Bakı şəhər i, Azadlıq prospekti, 111 ünvanında yerləşən xidməti otağında Zərərçəkmiş şəxs3 külli miqdar təşkil edən 40.215 manata bərabər 50.000 ABŞ dolları məbləğində maddi nemətin - pul vəsaitinin vəzifəli şəxs kimi mütəşəkkil dəstə tərkibində hədə-qorxu tətbiq etməklə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi əməllərə görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq müqabilində özü və üçüncü şəxslər, yəni mütəşəkkil dəstənin digər üzvləri üçün birbaşa yolla, vasitəçidən istifadə etməklə istəyərək rüşvət qismində almasında mütəşəkkil dəstənin üzvü kimi aparılmış bölgüyə uyğun olaraq üzərinə düşən vəzifələri icra etməklə, pulu Zərərçəkmiş şəxs3 hədə-qorxu ilə tələb və qəbul edib Məhkum1 çatdırmaqla iştirak edərək vəzifəli şəxs kimi tamahkarlıq məqsədilə və şəxsi marağa görə ha kimiyyətdən və öz qulluq mövqeyindən sui-istifadə edib, hakimiyyət həddini və qulluq səlahiyyətlərini aşmaqla, yəni Milli Təhlükəsizlik Nazirliyinin kəşfiyyat, əks-kəşfiyyat fəaliyyəti, dövlət sirrinin mühafizəsi, cinayətlərin aşkarlanması, qabaqlanması, qarşısının alınması və açılması sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətlərini həyata keçirməsi ilə bağlı qanunla qorunan mənafeyinə, habelə Zərərçəkmiş şəxs3 müflisləşməsi, psixi təsirlərə, maddi və digər məhrumiyyətlərə məruz qalması, tələb olunan vəsaitin əldə edilməsi üçün ayrı-ayrı şəxslər qarşısında külli miqdarda borc öhdəliklərinin yaranmasına məcbur qalması ilə onun hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan əhəmiyyətli zərər vurmuşdur. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi kassasiya şikayətində göstərmişdir ki, məhkəmənin hökmlə gəldiyi yekun nəticə cinayət işinin faktiki halları ilə kəskin ziddiyət təşkil edir. Belə ki, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs3 və Məhkum3 ifadələri, həmçinin şahid qismində dindirilmiş Şahid10, Şahid32, Ağayusif Abdullayev, Şahid6 və Şahid11 ifadələri ilə müəyyən olunmuşdur ki, Məhkum3 əməlində ittiham olunduğu maddələrin tərkibi mövcud deyildir. Müdafiə tərəfi ilk növbədə onu qeyd edir ki, cinayət işinin materiallarında Məhkum3 bilavasitə hər hansı bir şəxslə sövdələşib rüşvət almasını və vəzifə səlahiyyətlərindən suiistifadə etməsini təsdiq edəcək heç bir sübut mövcud deyildir. Məhkəmə hökmünün Məhkum3la bağlı hissəsi yalnız və yalnız ehtimallara əsaslanır ki, ehtimallar əsasında hər hansı bir şəxsin təqsirli bilnib məhkum olunması CPM-də nəzərdə tutulmamışdır. Məhkəmə istintaqı aparılarkən Məhkum3la zərərçəkmiş Zərərçəkmiş şəxs3 dindirilməsi və eyni zamanda üzləşdirilməsi zamanı bir daha təsdiq edilmişdir ki, müdafiəsi altında olan Məhkum3 sonuncudan heç vaxt nəinki rüşvət qismində, ümumiyyətlə, hər hansı məbləğdə pul tələb etməmiş və almamışdır. Belə ki, Zərərçəkmiş şəxs3 sərbəst şəkildə ifadə verərək bildirmişdir ki, Məhkum3 ondan heç vaxt hər hansı məbləğdə pul istəməmiş, tələb etməmiş və bununla bağlı hər hansı təzyiq göstərməmişdir. Həmçinin o bildirmişdir ki, 50.000 ABŞ dollarını Məhkum1 şəxsən onun özündən tələb etmiş, lakin sonradan onu qəbul etmədiyi üçün pulu bağlı zərfdə Məhkum3 verərək Məhkum1 çatdırmasını xahiş etmiş və zərfin içində pul olduğunu ona bildirməmişdir. Bundan başqa, xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs3 17 saylı notariat ofisində ərizə verərək bildirmişdir ki, 2009-cu ilin sentyabr ayında Məhkum1 ondan 50.000 ABŞ dolları tələb edərək alması epizodunda Məhkum3 heç bir halda qəsdən iştirakı, ona qarşı tələb və hədəsi, eləcə də təklif və tövsiyyəsi olmamış, bu səbəbdən də Məhkum3 barədə heç bir iddiası, tələbi və şikayəti yoxdur. Həmçinin müdafiə tərəfi olaraq bildirir ki, Məhkum3 Zərərçəkmiş şəxs3 heç vaxt hədə-qorxu gələrək ondan nəinki rüşvət qismində, ümumiyyətlə, hər hansı məbləğdə pul tələb edə bilməzdi. Çünki Məhkum3 1993-1995-ci illərdə hərbi xidmətdə olan zaman Zərərçəkmiş şəxs3 əsgəri olmuş, 2005-2006-cı illərdə Zərərçəkmiş şəxs3 bölmə və şöbə rəisi olarkən Məhkum3 bilavasitə onun tabeçiliyində xidmət etmiş, həmçinin 2009-cu ildə hər ikisi Baş İdarədə eyni vəzifədə-şöbə rəisi işləyərkən Məhkum3 kapitan rütbəsində, Zərərçəkmiş şəxs3 isə polkovnik- leytenant rütbəsində olmuşdur. Göründüyü kimi, qeyd olunan vəziyyətdə Məhkum3 Zərərçəkmiş şəxs3 hədə-qorxu gələrək rüşvət tələb etməsi həm etik baxımdan, həm də ki, vəzifə və rütbə baxımından mümkün ola bilməzdi. Məhkəmə istintaqı zamanı sərbəst ifadə verən şahidlər Şahid10, Şahid32, Ağayusif Abdullayev, Şahid6 və Şahid11 öz ifadələrində bildirdilər ki, Məhkum3 Zərərçəkmiş şəxs3 rüşvət qismində hər hansı məbləğdə pul tələb etməsi barədə sonuncudan heç nə eşitməmişlər. Şahid11 məhkəmə istintaqı zamanı bildirmişdir ki, məlum “MTN” hadisələri baş verdikdən sonra, yəni 2015-ci ilin sonlarında Zərərçəkmiş şəxs3 bir neçə dəfə onun yanında telefonla Məhkum3la danışarkən “N. Şirinovla görü şmək istədiyini ona çatdırmağı, Nizaminin ondan aldığı pulları geri qaytarmaq barədə ona bildirməsini Elmandan xahiş etmiş, bir dəfə isə MTN akademiyasının yanında Emin Elmanla görüşüb qayıtdıqdan sonra Elmanın yenə də köməklik üçün ona pul verdiyini bildirərək Elmandan razılıq etməsinin” şahidi olmuşdur. Şahid11 ibtidai istintaq ifadəsində göstərilən “2015-ci il noyabr, yaxud dekabr ayında bir gün idarə etdiyi «Niva» markalı maşında Zərərçəkmiş şəxs3 MTN Akademiyasının yanına aparmış, az sonra oraya əvvəllər Eminin xidmət yoldaşı kimi tanıdığı Məhkum3 da gəlmiş, Emin maşından düşüb Elmanla görüşərək 10 dəqiqə söhbət etdikdən sonra qayıtmış və Elmanın ondan alınmış pulun yarısını qaytardığını demiş, məbləği isə bilməmişdir və Zərərçəkmiş şəxs3 onun yanında dəfələrlə Məhkum3 zəng edib pul unu ondan tələb edirdi” ifadəsi ilə bağlı yaranmış ziddiyətlə əlaqədar prosses iştirakçılarının suallarına cavab olaraq ibtidai istintaq zamanı belə bir ifadə vermədiyini bildirmişdir. Çox təəssüflər olsun ki, məhkəmə bu qədər ziddiyyətləri aradan qaldırmayaraq müdaifəsi altında olan Məhkum3 təqsirli olması qənaətinə gəlmişdir. Yuxarıda göstərilən tutarlı dəlillərin məcmusu Zərərçəkmiş şəxs3 pul, yaxud digər nemətin məhkəmənin qənaətinə görə Məhkum1 tərəfindən tələb edilib alınmasında Məhkum3 bilərəkdən hər hansı əməlinin və qəsdinin olmadığını təsdiq edir ki, baxılan dəlillər müstəvisində Məhkum3 əməlində heç bir cinayətin tərkibinin olmadığı özlüyündə sübuta yetirilmiş olur. Həmçinin qeyd edilməlidir ki, Məhkum3 şəxsiyyətə görə müsbət xarakterizə olunur, Vətənə, Dövlətçiliyə sədaqətlə xi dmət etmiş, xidməti vəzifələrinin öhdəsindən layiqincə gəlmiş, Qarabağ müharibəsində döyüşmüş, xidmət müddətində nöqsanlara yol verməmiş, Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə «Hərbi xidmətlərə görə” medalına, mükafatlandırma qaydasında mənzilə, eləcə də digər yüksək təltiflərə layiq görülmüşdür. Məhkumun müdafiəçisi kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1 fevral 2023-cü il tarixli qərarının Məhkum3 aid hissədə ləğv edilməsini, E. Tahirova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1, 311.3.3, 311.3.4, 341.2.1, 341.2.3-cü maddələri ilə bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş edilmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayəti nin təmin olunması barədə məhkumun və onun müdafiəçisinin, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya ş ikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi biri nci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Müdafiəçi, Məhkum3 əməlinin hüquqi tövsifini mübahisələndirməklə apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini CPM-in 416.1.1, 416.1.2, 416.1.3 və 416.1.6 maddələrində nəzərdə tutulan hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassas iya şikayətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetiri lmiş olmalıdır. Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz bu qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-ol maması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkət sizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya məhkəməsi Məhkum3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 311.3.1, 311.3.3, 311.3.4, 341.2.1, 341.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi barədə yekun nəticənin əsaslı olması qənaətinə gələrkən ibtidai araşdırma orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası hə min sübutları hazırkı qərarda təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. Belə ki, apellyasiya instansiya məhkəməsinin mövqeyinə görə müdafiə tərəfi apellyasiya şikayətində bəzi məsələləri qaldırmaqla cinayət işini şübhə altına almağa və guya cinayət işində ziddiyyətli məqamların olduğunu göstərməyə çalışmışdır. Halbuki iş üzrə təqdim olunmuş sübutlar şübhə doğurmur və sübut kimi mötəbərliyi kifayət qədərdir. Odur ki, bu qədər mötəbər sübutlar mövcüd olduğu halda, müdafiəçi tərəfindən fikrin subyektiv mülahizələrə yönəldilməsi əslində müdafiə tərəfinin müdafiə taktikası kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, istər ibtidai istintaq zamanı, istərsə də, birinci və apellyasiya instansiya məhkəmələrində işə baxılarkən cinayət işi ü zrə hər hansı bir qanun pozuntusuna yol verilməsi, məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi, cinayət qanunu normalarının düzgün tətbiq edilməməsi və Avropa Konvensiyasının müddəalarının pozulması iş materialları ilə müəyyən edilməmişdir. Məhkum3 bütün prosessual hüquqları, o cümlədən müdafiə hüquqları vaxtında və səmərəli şəkildə, habelə işinin ədalətli və açıq araşdırılması hüququ təmin olunmaqla onun barəsində olan cinayət işinə “ağlabatan” müddətlərdə baxılmışdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Sadalananlara münasibətdə məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarında müəyyən olunan hallar əsasında cinayət əməlinin tövsifi barədə gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, göstəril ən məhkəmə tərəfindən Məhkum3 törətdiyi cinayət əməlinin tövsifində səhvə yol verilməmiş, kassasiya şikayətinin Məhkum3 bəraət verilməsi barədə dəlilləri əsassız olmaqla heç bir sübutla öz təsdiqini tapmamışdır. Beləliklə, kassasiya məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Məhkum3 əməlinin hüquqi tövsifi ilə bağlı mövqeyini əsaslı sayaraq hesab edir ki, apellyasiya baxışı mərhələsində cinayət və cinayət-prosessual qanunvericiliyinin tələblərinin, Məhkum3 müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi üçün CPM-in 416-cı maddəsində nəzərdə tutulan əsaslar müəyyən edilmir. Göstərilənlərə əsasən, kassasiya şikayətinin dəlillərini, cinayət iş inin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2 may 2023-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar cəza təyin edilməmiş Məhkum3 müdafiəçisi tərəfində n verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 311.3.1, 311.3.3, 311.3.4, 341.2.1, 341.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsinə və həmin Məcəllənin 75-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar cəza təyin edilməməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 may 2023-cü il tarixli qərarı Məhkum3 aid hissədə, müdafiə tərəfinin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar