Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-37/2024 28.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun iştirakları ilə Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyas ı məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2 tərəfindən Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 dekabr 2023-cü il tarixli qərarından verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Tərtər Hərbi Məhkəməsinin 17 oktyabr 2023-ci il tarixli qərarı ilə (sədrlik edən hakim Ə.M.Sarıyev) Məhkum (xx xxxx 1973-ci il tarixdə Şəki rayonunun Kiş kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, X əsgər kimi müddətli həqiqi hərbi xidmətdə olmuş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan) barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 334.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə və cinayət işi üzrə icraata cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi əsası ilə xitam verilmiş, onun barəsində olan həbs qətimkan tədbiri ləğv edilmişdir. X2 Cinayət kollegiyasının 28 dekabr 2023-cü il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim X.H.Səmədov, hakimlər A.M.Eyvazov və İ.H.Şükürovdan ibarət məhkəmə tərkibi) dövlət ittihamçısının apellyasiya protesti təmin edilməmiş, Tərtər Hərbi Məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 dekabr 2023-cü il tarixli qərarından dövlət ittihamçısı kassasiya protesti vermişdir. İşin halları: Məhkəmənin hökmündə və apellyasiya instansiyası məhkəməsinin yekun qərarında təsvir olunmuş ittihama əsasən Məhkum 25 yanvar 1993-cü il tarixdə Şəki Rayonu Hərbi Komissarlığı tərəfində n həqiqi hərbi xidmətə çağırılaraq, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 998 saylı Hərbi Hissə komandirinin 2 fevral 1993-cü il tarixli 23 saylı əmri ilə şəxsi heyətə daxil edilərək, həmin hərbi hissədə əsgər rütbəsində müddətli hərbi xidmətdə olarkən, müddətindən asılı olmayaraq hərbi xidmətdən boyun qaçırmaq məqsədi ilə hərbi hissəni N may 1993-cü il tarixdə özbaşına buraxıb getmiş və bir daha xidmət yerinə qayıtmamışdır, yalnız 9 noyabr 2003-cü il tarixdə təqsirini boynuna almaqla könüllü olaraq Şəki Şəhər Rayon Polis Şöbəsinə gedərək, 13 noyabr 2003-cü il tarixdə Qaradağ Hərbi Prokurorluğuna gətirilmişdir, yəni hərbi hissəni üç aydan artıq müddətə özbaşına buraxıb getməklə fərarilik etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsasla ndırmışdır ki, məhkəmələr tərəfindən sübutlar düzgün tədqiq edilib-qiymətləndirilməmiş, bəraətverici əsaslar olmadan cinayət təqibinə xitam verilməsini tənzimləyən cinayət-prosessual normaların tələbləri pozulmuş, nəticədə Məhkum barəsində onun məhkəmədən qaçıb-gizlənməsi ilə əlaqədar dayandırılmış icraatın təzələnməsi, onun iştirakı olmadan cinayət işinə baxılması, cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsinə istinad olunmaqla cinayət təqibinə xitam verilməsi üçün əsaslar olmadığı halda qanunsuz və əsassız olaraq cinayət işi üzrə icraat təzələnməklə cinayət işi üzrə icraata xitam verilmiş, bu sahədə formalaşmış məhkəmə təcrübəsinin vahidliyi təmin edilməmişdir. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.22- ci maddəsində nəzərdə tutulmuş halı yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsasla Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 aprel 2023-cü il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Dövlət ittihamçısı kassasiya protestində məhkəmələr tərəfindən sübutların düzgün tədqiq edilib-qiymətləndirilmədiyini, bəraətverici əsaslar olmadan cinayət təqibinə xitam verilməsi ni tənzimləyən cinayət-prosessual normaların tələblərinin pozulduğunu, nəticədə Məhkum barəsində olan cinayət işi üzrə onun məhkəmədən qaçıb-gizlənməsi ilə əlaqədar dayandırılmış icraatın təzələnməsi, iştirakı olmadan cinayət işinə baxılması, cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsinə istinad olunmaqla cinayət təqibinə xitam verilməsi üçün əsaslar olmadığı halda qanunsuz və əsassız olaraq cinayət işi üzrə icraat təzələnməklə cinayət işi üzrə icraata xitam verildiyini iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə kassasiya tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi Azərbaycan Respublikası CPM-in 416.1.22-ci və kassasiya protestinin məzmununa gör ə 416.1.2, 416.1.14-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 dekabr 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Mübahisələndirilən məhkəmə qərarlarından görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri Məhkum barəsində cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar cinayət təqibinə və cinayət işi üzrə icraata xitam verilməsini həlledici şəkildə onunla əsaslandırmışlar ki, Məhkum barəsində onun məhkəmədən qaçıb g izlənməsi ilə əlaqədar açılmış axtarış işinə xitam verilmişdir, bu isə axtarış işinə xitam verildiyi vaxtdan cinayət məsuliyyətinə cəlb etmə müddətinin axımının bərpa edilməsinə səbəb olan (axımın bərpasını şərtləndirən) haldır. Qeyd edilən hüquqi nəticə ilə əlaqələndirilən hallar qismində isə aşağıdakılara istinad olunmuşdur: _ Məhkum ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 334.1ci maddəsində nəzərdə tutulmuş fərarilik cinayətini 1993-cü ilin may ayında törətmişdir; _ Məhkum 9 noyabr 2003-cü ildə könüllü olaraq Şəki Şəhər-Rayon Polis Şöbəsinə gəlmişdir (bununla da N aydan artıq müddətə hərbi hissəsini özbaşına buraxıb getmədə ifadə olunan uzanan fərarilik cinayəti başa çatmışdır); _ cinayət işi baxılması üçün Ağdam Hərbi Məhkəməsinə verildikdən sonra Məhkum məhkəmə dən qaçıb-gizləndiyi müəyyən olunduğu üçün Ağdam Hərbi Məhkəməsinin 21 yanvar 2004-cü il tarixli qərarı ilə Məhkum barəsində həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilmiş, bununla əlaqədar cinayət işi üzrə icraat dayandırılmışdır; _ Şəki Şəhər Rayon Polis Şöbəsi tərəfindən 10 fevral 2004-cü ildə Məhkum barəsində 26305 nömrəli axtarış işi açılmışdır; _ axtarış tədbirləri nəticəsində Məhkum Rusiya Federasiyasının Tümen şəhərində gizləndiyi müəyyən edilərək o, 30 iyun 2004-cü ildə tutulmuşdur; _ lakin, RF Baş Prokurorluğunun Azərbaycan Respublikasının səlahiyyətli orqanına göndərdiyi 23 yanvar 2006-cı il tarixli məktubla “cəlb etmə müddəti keçdiyinə görə” Məhkum Azərbaycan Respublikasına verilməsindən imtina edildiyi bildirilmişdir; _ Şəki ŞRPŞ-nin 12 may 2022-ci il tarixli məktubuna əsasən həmin hallar nəzərə alınaraq Məhkum barəsində axtarış işi 22 may 2006-cı ildə xitam olunmuşdur. Qeyd olunan məlumatlara əsaslanan apellyasiya instansiyası məhkəməsi sonradan cinayət işi icraatına verilmiş Tərtər Hərbi Məhkəməsinin dayandırılmış cinayət işi üzrə icraatı 8 sentyabr 2023-cü ildə təzələməsini və Azərbaycan Rspublikasının hüdudlarından kənarda olan Məhkum “məhkəməyə gəlməkdən qəsdən boyun qaçırdığı” üçün CPM-in 311.2 və 311.2.1-ci maddələrinə istinad etməklə cinayət işinə qiyabi şəkildə (Məhkum iştirakı olmadan) baxılmasını qanuni hesab etmişdir. Eyni zamanda, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cinayət törədildiyi vaxtdan 20 ildən, axtarış işinə xitam verildiyi 22 may 2006-cı il tarixindən 17 ildən çox vaxt keçdiyindən, Cinayət Məcəlləsinin 75.1.2-ci m addəsində isə az ağır cinayətlərə münasibətdə cinayət məsuliyyətinə cəlb etmə müddəti 7 il müəyyən edildiyindən, birinci instansiya məhkəməsi qanuni və əsaslı olaraq cinayət işi üzrə icraata CPM-in 39.1.3-cü maddəsində göstərilən əsasla (cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə) xitam vermişdir. Lakin, yuxarıda təsvir edilən halların məhkəmələrin çıxardıqları nəticələrlə müqayisəsindən görünür ki, bu nəticələr ziddiyyətlidir. Belə ki, bir tərəfdən məhkəmələr Məhkum barəsində cinayət işinə onun iştirakı olmadan baxılmasını mümkün sayarkən, ona əsaslanmışlar ki, o, Azərbaycan Respublikasının hüdudlarından kənardadır və məhkəməyə gəlməkdən qəsdən boyun qaçırır, digər tərəfdən isə hesab etmişlər ki, cinayət məsuliyyətinə cəlb etmə müddətinin axımı axtarış işinə xitam verildiyi 22 may 2006-cı il tarixindən bərpa olunmuşdur, yəni həmin tarixdən etibarən Məhkum məhkəmədən gizlənən şəxs kimi səciyyələndirilməməlidir. Əslində, məhkəmələrin Məhkum məhkəmədən gizlənməyən şəxs kimi səciyyələndirmələri və cinayət məsuliyyətinə cəlb etmə müddətinin axımının bərpa olunmasını polis orqanı tərəfindən 22 may 2006-cı ildə axtarış işinə xitam verilməsi və həmin tarixdən etibarən M.Əsadovun Ağdam Rayon Məhkəməsinin axtarış qərarının qüvvədə olmasına baxmayaraq faktiki olaraq axtarılmaması ilə əlaqələndirmələri Cinayət Məcəlləsinin 75.3-cü maddəsinin məzmuna və mənasına zidd olan yanaşmadır. Belə ki, CM-in 75.3-cü maddəsində nəzərdə tutulmuş “cinayət törətmiş şəxsin məhkəmədən gizlənməsi” ifadəsi ilə axtarışı həyata keçirən orqanların fəaliyyətinin nə dərəcədə səmərəli olması, on ların axtarış qərarının icrası ilə bağlı ümumiyyətlə fəaliyyət göstərib-göstərməmələri deyil, məhz şəxsin özünün davranışı, bu davranışın məhkəmədən gizlənmək məqsədinə xidmət edən məzmunda olub-olmaması ehtiva olunur. Məhkəmələr isə (işə qiyabi baxılmasını mümkün sayarkən) birmənalı olaraq belə nəticəyə gəlmişlər ki, Azərbaycan Respublikasının hüdudlarından kənarda olan Məhkum məhkəməyə gəlməkdən qəsdən boyun qaçırır. Belə nəticəyə gəlməklə yanaşı məhkəmələr hansı əsasla Məhkum həm də məhkəmədən gizlənməyən şəxs kimi səciyyələndirmiş və CM-in 75.3-cü maddəsində nəzərdə tutulan “cinayət törətmiş şəxs istintaqdan və ya məhkəmədən gizlənərsə, müddətin axımı dayanır” müddəasını ona şamil etməkdən imtina etmişlər – bu məhkəmə kollegiyasına aydın deyil. CM-in 75.3-cü maddəsində təsbit edilmiş i kinci müddəanı da məhkəmələrin cinayət məsuliyyətinin bərpa olunduğu vaxta və cinayət məsuliyyətinə cəlb etmə müddətinin həmin vaxtdan hesablanmaqla keçməsinə dair mülahizələri ilə müqayisə etdikdə onların yanaşmalarının qanunla uzlaşmadığı müəyyən edilir. Belə ki, CM-in 75.3-cü maddəsində həmin müddəa cinayət məsuliyyətinə cəlb etmə müddətinin axımı dayandığı halda “müddətin axımı, həmin şəxs tutulduğu və ya könüllü gəlib təqsirini boynuna aldığı vaxtdan bərpa olunur” şəklində təsbit edildiyi, yəni müddətin axımının bərpa olunması istintaqdan və ya məhkəmədən gizlənən şəxsin iradəsi ziddinə olaraq onun tutulması faktı ilə və yaxud onun öz iradəsi ilə gizlənməyə son verməsi ilə əlaqələndirildiyi halda, birinci və apellyasiya instansiyası məhkəmələri cinayət məsuliyyətinə cəlb etmə müddətin in axımının bərpa olunmasını axtarış işinə xitam verilməsi və bundan sonra Məhkum axtarılması üzrə heç bir tədbirin görülməməsi, yəni CM-in 75.3-cü maddəsinin şərh edilən müddəası ilə ehtiva olunan hallarla bir araya sığmayan səbəblə - əməliyyat-axtarış orqanının fəaliyyətsizliyi ilə əsaslandırmışlar. Təsvir olunanlar cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsinə görə Məhkum barəsində cinayət işi üzrə icraata xitam verilməsinə dair birinci instansiya məhkəməsinin qərarının və bu qərarın dəyişdirilmədən saxlanılmasına dair apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni və əsaslı məhkəmə aktları kimi qiymətləndirilməsini istisna edir və baxılan işdə məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və ya dəyişdirilməsini şərtləndirən CPM-in 416.1.2 və 416.1.14-cü maddə lərində təsbit edilmiş halların mövcud olduğunu, dövlət ittihamçısının kassasiya protestinin əsaslı müraciət olduğunu göstərir. Qeyd olunan hallar özü-özlüyündə apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini tələb etməklə CM-in 75.3-cü maddəsinin tələblərinə müvafiq surətdə (bu maddənin həqiqi məzmunu və mənası ilə uzlaşan faktlar əsasında) Məhkum məhkəmədən gizlənib-gizlənməməsinin, gizlənibsə və arada gizlənmə müddətini kəsən hallar olubsa bu müddətlərin nə qədər sürməsinin, bir sözlə Məhkum cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsinə görə cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olub-olmamasının yenidən araşdırılması üçün apellyasiya baxışının təkrar keçirilməsini zəruri etdiyindən, məhkəmə kollegiyası kassasiya protestində qaldırılan digər məsələ lərin şərh edilməsinə zərurət görmür. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsinə dair dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməli, Məhkum barəsində olan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 dekabr 2023-cü il tarixli qərarı ləğv edilməli, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti təmin edilsin. Məhkum barəsində olan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 dekabr 2023-cü il tarixli qərarı ləğv edilsin, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni
Məhkəmə qərarları › İş №1-1(102)-37/2024
Ali Məhkəmə Qərar — İş №1-1(102)-37/2024
28.06.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver