Məhkəmə qərarları › İş №1-1(102)-65/2025

Ali Məhkəmə Qərar — İş №1-1(102)-65/2025

03.07.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-65/2025 03.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi) Rəcəbov İlkin Əbülfəz oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə, Əhmədbəyli Azad Qxanduz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin kassasiya instansiya məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri X2 və Məhkum iştirakları ilə, Gəncə Hərbi Məhkəməsinin 1-1(095)-171/2024 saylı, 24 oktyabr 2024cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.6-ci mad dəsi ilə təqsirli bilinərək məhkum edilmişdir. Gəncə Hərbi Məhkəməsinin 1-1(095)-171/2024 saylı, 12 dekabr 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayəti vermə müddətinin bərpa olunması barədə vəsatətin təmin edilməməsinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1-1(104)-30/2024 saylı, 21 yanvar 2025-ci il tarixli ilkin baxış qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Tərtər Hərbi Məhkəməsinin 1(095)-171/2024 saylı, 24 oktyabr 2024-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-in 333.6-cı maddəsi ilə təqsirli bilinərək CM-in 62-ci maddəsi tətbiq edilərək 3 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkum Gəncə Hərbi Məhkəməsinin 1(095)-171/20 24 saylı, 24 oktyabr 2024-cü il tarixli hökmündən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair vəsatətlə məhkəməyə müraciət etmişdir. Gəncə Hərbi Məhkəməsinin 1(095)-171/2024 saylı, 12 dekabr 2024-cü il tarixli qərarı ilə Məhkum və müdafiəçisi Müdafiəçi3 tərəfindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa olunması barədə verilmiş vəsatətlər əsassız olduğundan təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1-1(104)-30/2025 saylı, 21 yanvar 2025-ci il tarixli ilkin baxış qərarı ilə (hakimlər X4 (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə) məhkum olunmuş şəxs Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Hərbi Məhkəməsinin 1-1(095)171/2024 saylı, 12 dek abr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin dəlilləri: Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1-1(104)-30/2025 saylı, 21 yanvar 2025-ci il tarixli ilkin baxış qərarından Məhkum kassasiya şikayəti vermişdir. O, kassasiya şikayətində qeyd etmişdir ki, apelyasiya şikayətimin apellysiya məhkəməsinə göndərilməsi üçün üzürlü səbəbdən tərəfimdən ötürülmüş müddətin bərpa edilməsinə dair ərizə ilə Gəncə Hərbi Məhkəməsinə müraciət etsəmdə Gəncə Hərbi Məhkəməsinin 12 dekabr 2024-cü il tarixli, 1(095)-171/2024 nömrəli qərarı ilə mənim apelyasiya şikayətimin buraxılma müddətinin bərpa edilməsinə dair ərizəm təmin edilməmiş, ərizəmə münasibətdə apellyasiya şikayəti verilməsi müddətinin bərpasından imtina edilmişdir. Həmin qərardan əsaslandırılmış apelyasiya şikayəti versəm də Gəncə Apelyasiya Məhkəməsinin 21 yanvar 2025-ci il tarixli 1(104)-30/2025 nömrəli qərarı ilə qanunsuz və əsassız olaraq apelyasiya şikayətim təmin edilməmişdir. Belə ki, Gəncə Apellayasiya Məhkəməsinin 21 yanvar 2025-ci il tarixli 1(104)30/2025 saylı qərarı ilə iş üzrə Gəncə Hərbi Məhkəməsinin 12 dehabr 2024-cü il tarixli, 1(095)-171/2024 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Mən Məhkum həm Gəncə Hərbi Məhkəməsinin 12 dehabr 2024-cü il tarixli, 1(095)64/2024 saylı qərarını həmdə Gəncə Apellayasiya Məhkəməsinin 21 yanvar 2025-ci il tarixli 1(104)30/2025 saylı qərarını qanunsuz və əsassız hesab edirəm. Cünki mübahisə etdiyim hökm 24 oktyabr 2024-cü il tarixdə elan edilsə də Gəncə Hərbi Məhkəməsinin 24 oktyabr 2024-cü il tarixli 1- 1(095)-171/2024 saylı hö kmü mənə rəsmi poçt vasitəsi ilə 17 noyabr 2024-cü il tarixdə təqdim edilmişdir. Bu da onu deməyə əsas verir ki, mən həmin hökmün mətni və məzmunu ilə 17 noyabr 2024-cü il tarixdən sonra tanış olmuşam. Bu səbəbdən də Gəncə Hərbi Məhkəməsinin 24 oktyabr 2024-cü il tarixli 1-1(095)-171/2024 saylı hökmündən apellyasiya şikayətini həmin vaxtda vermişəm. Digər tərəfdən hamımıza məlumdur ki, hökmdən onun rəsmi qaydada elan edildiyi gündən 20 gün müddətinə apellyasiya şikayəti verilə bilər. Bununla bağlı nəzərinizə çatdırıram ki, mən verəcəyim apellyasiya şikayətinin yazılması və apellyasiya instansiyası məhkəməsində hüquqlarımın müdafiəsi üçün vəkillə müqavilə bağlamalı idim. Vəkillə müqavilə bağlamaq üçün maddi imkanım olmadığına görə müddət ötürülmüşdür. Hesab edirəm ki, hökmdən apellyasiya şi kayəti vermək üçün qanunla müəyyən edilmiş prosessual müddət mənin təqsirim olmadan ötürülmüşdür. Bu səbəbdən də hesab edirəm ki buraxılmış prosesual müddətin bərpasına dair ərizəm təmin edilməli Gəncə Hərbi Məhkəməsinin 12 dekabr 2024-cü tarixli 1(095)64/2024 nömrəli qərarı və Gəncə Apellayasiya Məhkəməsinin 21 yanvar 2025-ci il tarixli 1(104)-30/2025 nömrəli qərarı ləğv edilməklə mənim ərizəm təmin edilməli və Gəncə Hərbi Məhkəməsinin 24 oktyabr 2024-cü il tarixli 1(095)- 171/2024 nömrəli hökmündən verdiyim apelyasiya şikayəti baxılması üçün Gəncə Apelyasiya Məhkəməsinin cinayət kollegiyasına göndərilməlidir. Məhkum olunmuş şəxs qeyd olunanların nəzərə alınmasını, apellyasiya şikayətinin təmin edilməsini, apellyasiya məhkəməsinin qeyd edilən qərarının ləğv edilərək apellyasiya şikayəti v ermə müddətinin üzrlü səbəbdən buraxılmasına dair vəsatətinin təmin edilməsini xahiş edir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 384.1-ci maddəsinə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti, apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu, bu Məcəllənin 384.2-ci maddəsində nəzərdə tutulm uş halda isə həmin şəxsə verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Eyni zamanda həmin Məcəllənin 384.2-ci maddəsinə görə həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 gün müddətində verilir. Azərbaycan Respublikası CPM-in 386.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Həmin Məcəllənin 386.2-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilmə müddətinin bərpa edilməsi məsələsi birinci instansiya məhkəməsində məhkəmə iclasında sədrlik edən və ya hakim tərəfindən həll edilir. Həmin müddət yalnız üzrlü səbəbdən buraxıldıqda bərpa edilməsi mümkündür. Lakin iş materiallarında müddətin üzrlü səbəbdən buraxılmasını əks etdirən hər hansı bir sənəd mövcud deyildir və həmçinin kassasiya şikayətində də apellyasiya şikayəti vermək üçün müddətin bərpa olunmasına əsas ola biləcək bir dəlil yoxdur. Azərbaycan Respublikası CPM-in 412.3-cü maddəsinə görə kassasiya şikayəti və ya kassasiya protestinə, həmçinin müraciət edən şəxsin dəlillərini təsdiq edən sənədlər əlavə edilə bilər. Belə ki, iş materiallarından görünür ki, Məhkum barəsində hökm elan edildikdən sonra məhkəmə iclasında hökmdən apellyasiya şikayəti və ya protesti verilməsi müddəti və qaydası proses tərəflərinə müfəss əl izah edilmiş və bu barədə məhkəmə iclas protokolunda müvafiq qeydlər aparılmışdır. Bundan başqa, Müdafiəçi3 vəsatətində hökmün ona ona rəsmi poçt vasitəsi ilə təqdim edilmədiyini bildirsə də, iş materiallarında olan Məhkum və müdafiəçisi Müdafiəçi3 ünvanlanmış məktublardan və işdə olan reyestrlərdən görünür ki, məhkəmənin hökmü 28 oktyabr 2024-cü il həmin tərəflərə rəsmi poçt vasitəsilə göndərilmişdir. Həmçinin, məhkəmə sənədlərinin proses iştirakçılarının elektron kabinetinə yerləşdirilməsinə dair "AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, 1-1(095)-171/2024-018 saylı, xx.xx.2024 tarixli hökm elektron imza ilə təsdiq edilməklə xx.xx.2024 tarixdə, saat 14:41-də Müdafiəçi3 məxsus şəxsi elektron kabinetində yerləşdirilmişdir Göründüyü kimi, apellyasiya şikayət i verilmə müddətindən üzrsüz səbəbdən 1 ay 10 gündən artıq müddət keçmiş və məhkumun bu müddət ərzində apellyasiya şikayəti vermək imkanından məhrum edən hər hansı bir halın mövcud olması iş materialları ilə müəyyən olunmamışdır. İş materiallarından görünür ki, Gəncə Hərbi Məhkəməsinin 24 oktyabr 2024-cü il tarixli 1(095)-171/2024 saylı hökmündən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair Məhkum tərəfindən verilmiş vəsatət və apellyasiya şikayəti 4 dekabr 2024-cü il tarixdə Gəncə Hərbi Məhkəməsinə daxil olmuşdur və buraxılmış müddətin üzrlü hesab edilərək bərpa edilməsi üçün heç bir əsas və sübutlar təqdim edilməmişdir. Həmin hökmdən qanunla müəyyən edilmiş müddətdə məhkum və müdafiəçisi tərəfindən apelyasiya şikayəti verilməmişdir. Apellyasiya məhkəmə si müddətin bərpasına dair məsələyə baxarkən qeyd etmişdir ki, məhkum apelyasiya şikayətinin vermə müddətinin buraxılmasının üzrlü səbəbdən olmasını təsdiq edən sübutlara istinad etməmişdir. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edərək qeyd edir ki, Məhkum, yəni hökmün elan olunduğu andan 20 gün müddətində Məhkum apellyasiya şikayəti verə bilməməsini və bunun üzrlü səbəbdən baş verməsini təsdiq edən hər hansı bir sübutu vəsatətə əlavə etməmiş, nə də ki, məhkəmələrə təqdim etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti vermə müddəti üzrsüz səbəbdən buraxmaqla verildiyindən və iş materialları ilə müddətin üzrlü səbəbdən buraxılması müəyyən olunmadığından apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası barədə vəsatəti nin dəlilləri əsassızdır və ona görə də kassasiya şikayəti təmin edilməməlidir. Həmin müddət yalnız üzrlü səbəbdən buraxıldıqda bərpa edilməsi mümkündür. Lakin iş materiallarında müddətin üzrlü səbəbdən buraxılmasını əks etdirən hər hansı bir sənəd mövcud deyildir. Məhkəmə kollegiyası kassasiya şikayətinə münasibətdə bildirir ki, cinayət prosessual qanunvericilikdə müəyyən edilmiş müddətlər ədalət mühakiməsinin həyata keçirilməsində xüsusi rol oynayır. Cinayət mühakimə icraatı vasitəsi ilə təsbit edilən müddətlərdə proses iştirakçılarının hüquq və vəzifələri yaranır, icra olunur və ya onlara xitam verilir. Müddət, proses iştirakçılarına hökm edib onları özünə tabe edən, inkar edilməsi mümkün olmayan və hamılıqla sözsüz qəbul edilməli olan bir rəhbərdir. Buna əsasən qanunverici cinayət pros essual fəaliyyətin məqsədlərinə nail olmaq üçün prosessual müddətləri təsbit etmişdir. Bu müddətlər ərzində cinayət prosesinin iştirakçıları müəyyən prosessual hərəkətlər etməli və ya həmin prosessual hərəkətlərin edilməsindən çəkinməlidirlər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum olunmuş şəxs Məhkum Gəncə Hərbi Məhkəməsinin 24 oktyabr 2024-cü il tarixli 1-1(095)-171/2024 saylı hökmündən apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş müddətin bərpasına dair vəsatətinin rədd edilməsi haqqında Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1-1(004)-30/2025 saylı, 21 yanvar 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar