Məhkəmə qərarları › İş №1-1(102)-74/2023

Ali Məhkəmə Qərar — İş №1-1(102)-74/2023

13.12.2023
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-74/2023 13.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iştirakları ilə xx xxxxxx 1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, əvvəllər məhkum olunmamış, Dövlət Təhlükəsizliyi xidmətinin Masallı rayon şöbəsində əməliyyat müvəkkili vəzifəsində, kapitan hərbi rütbəsində xidmət etmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, hal-hazırda həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMin) 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 may 2023-cü il tarixli hökmündən dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Əsədov İlqar Həsən Ağa oğlu tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Cəlilabad Hərbi Məhkəməsinin 9 dekabr 2022-ci il tarixli hökmünə əsasən (hakimlər: V.İ.Əhmədov (sədrlik edən), M.V.Məmmədov və İ.Ə.Neymanov) Təqsirləndirilən şəxs - Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.3, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə təqsirli bilinib, CM-in 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 32.4, 312.2-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən, həmin cəzalar qismən toplanılmaqla qəti olaraq 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 28 sentyabr 2022-ci il tarixdən hesablanması, iş üzrə zərərçəkmiş şəxslər-mülki iddiaçılar Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 tərəfindən maddi ziyanla bağlı təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndiri lən şəxs qarşı verilmiş mülki iddianın tam təmin edilməsi, mülki cavabdeh Təqsirləndirilən şəxs 17643 (on yeddi min altı yüz qırx üç) manat məbləğində pulun alınıb zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs1, 30211 (otuz min iki yüz on bir) manat məbləğində pulun alınıb zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs2 və 3522 (üç min beş yüz iyirmi iki) manat məbləğində pulun alınıb zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs3 verilməsi hökm edilmişdir. Hökmdən təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 may 2023-cü il tarixli hökmü ilə (hakimlər: K.S.Bəşirov (sədrlik edən), E.İ.Xasməmmədov və İ.Q.Abdullayev) apellyasiya şikayəti qismən təmin edilmiş, Cəlilabad Hərbi Məhkəməsinin 9 deka br 2022-ci il tarixli hökmü Təqsirləndirilən şəxs CM-in 32.4, 312.2-ci maddəsi ilə məhkum edilməsinə dair hissədə ləğv edilmiş, CPM-nin 397.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs CPM-nin 42.1.4-cü maddəsinə əsasən, təqsirliliyi sübuta yetmədiyinə görə CM-in 32.4, 312.2-ci maddəsi ilə bəraət verilmiş, həmin hökmdən Təqsirləndirilən şəxs CM-in 32.4, 312.2-ci maddəsi ilə və CM-in 66.3-cü maddəsi ilə cinayətlərin məcmusu üzrə cəzaların təyin edilməsinə dair müddəalar xaric edilmiş, Təqsirləndirilən şəxs oğlunun üzərində CMin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təyin edilmiş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, Dövlət Təhlükəsizliyi Xidm ətinin Vİ Baş idarəsində baş əməliyyat müvəkkili vəzifəsində, kapitan hərbi rütbəsində həqiqi hərbi xidmətdə olarkən, 2020-ci ilin dekabr ayının əvvəllərində aralarında tanışlıq münasibətlərinin olduğu X6 mobil telefon vasitəsilə zəng edib onunla birlikdə Bakı şəhər İcra Hakimiyyətində işləyən Zərərçəkmiş şəxs1 DTX-də işə qəbul olunmaq istədiyini deyərək, bununla bağlı hər hansı köməklik göstərə bilib-bilməyəcəyini soruşduqda, hər hansı şəxsin DTX-də işə qəbul olunmasını təmin etməyə və ya buna köməklik göstərməyə heç bir səlahiyyətinin və real imkanlarının olmamasına baxmayaraq, yaranmış vəziyyətdən istifadə edib qanunsuz qazanc əldə etmək qərarına gələrək, bu məqsədlə Həsən Məmmədova guya Zərərçəkmiş şəxs1 işə qəbulu ilə bağlı özünün adını demədiyi rəisi ilə danışmalı olduğunu və müvafiq icazə aldığı halda bununla bağlı köməklik edə biləcəyini demişdir. Daha sonra o, vasitəsi ilə Zərərçəkmiş şəxs1 ilə sövdələşib 2020-ci ilin dekabr ayının ortalarında saat 13 radələrində onunla Mərkəzi Klinik Xəstəxananın həyətində görüşmüş və aralarındakı söhbət zamanı sonuncuya pul verilməsi müqabilində adını və rütbəsini demədiyi vəzifəli şəxslərin vasitəsi ilə onun DTX-də işə qəbul olunmasını təşkil edə biləcəyini deyərək, digər şəxsi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi müqabilində vəzifəli şəxsə onun özü üçün dolayı yolla və vasitəçidən istifadə etməklə maddi neməti rüşvət verməyə təhrik etmişdir. Daha sonra o, elə orada xeyrinə müvafiq hərəkətləri edəcəyi görüntüsünü yaradaraq Zərərçəkmiş şəxs1 şifahi qaydada işə qəbulla bağlı tələ b olunan sənədlərin siyahısını demiş və ona ümumi dünya görüşü ilə bağlı bir neçə sual verib anket məlumatlarını dəqiqləşdirərək DTX-da işə qəbul edilmək üçün uyğun biri olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs aralarındakı həmin söhbət vaxtı Zərərçəkmiş şəxs1 adını çəkmədiyi rəisi ilə onun işə qəbul olunması məsələsini artıq danışdığını və bunun üçün ümumilikdə 15000 (on beş min) manat məbləğində pul verilməli olduğunu deyərək, həmin puldan ilkin olaraq 5000 (beş min) manat məbləğində pulun adını çəkmədiyi rəisinə verilməli olduğunu demişdir. Onun dediklərinə inanıb təklifini qəbul etmiş Zərərçəkmiş şəxs1 aralarındakı həmin söhbətin növbəti günü, 2020-ci ilin dekabr ayının ortalarında saat 14 radələrində X4 rayonu ərazisində, Heydər Əliyev Mərkəzinin qarşısında təklikdə görüşmüş və or ada ona 5000 (beş min) manat məbləğində pul verib həmin pulu Təqsirləndirilən şəxs çatdırması xahiş etmişdir. Bundan sonra Həsən Məmmədov həmin gün saat 21 radələrində Təqsirləndirilən şəxsla həmin yerdə təklikdə görüşmüş və Zərərçəkmiş şəxs1 verdiyi 5000 (beş min) manat məbləğində pulu ona təqdim etmişdir. Həmin pulu aldıqdan sonra Təqsirləndirilən şəxs, xeyrinə müvafiq hərəkətləri etdiyi görüntüsü yaratmaq məqsədi ilə Zərərçəkmiş şəxs1 ilə 2021-ci ilin yanvar ayının sonlarında saat 19 radələrində Nərimanov rayon məhkəməsinin köhnə inzibati binasının arxasında təklikdə görüşərək, orada ona A3 və A4 formatlı blanklar verib həmin blanklara anket məlumatlarını yazaraq ona təqdim etməsini tapşırmış və sonuncu müvafiq blankları ona verdikdən təxminən 2 (iki) ay sonra, 2021-ci ilin mart ayını n əvvəllərində saat 19 radələrində Zərərçəkmiş şəxs1 ilə yenidən Nərimanov rayon məhkəməsinin köhnə inzibati binasının arxasında təklikdə görüşüb işə qəbulunu həyata keçirəcək, adını demədiyi vəzifəli şəxsə çatdırması üçün 4000 (dörd) min manat məbləğində pul verməli olduğunu demişdir. Zərərçəkmiş şəxs1 onunla razılaşaraq növbəti gün, 2021-ci ilin mart ayının əvvəllərində saat 14 radələrində yenidən Təqsirləndirilən şəxsla Nərimanov rayon məhkəməsinin köhnə inzibati binasının arxasında görüşmüş və orada ona təklikdə 4000 (dörd) min manat məbləğində pul vermişdir. Daha sonra Təqsirləndirilən şəxs öz cinayətkar məqsədinə nail olmaq üçün qanunsuz əməllərini davam etdirərək, 2021-ci ilin mart ayının sonlarında saat 14 radələrində istifadəsində olan (055) ***-**-** nömrəli mobil telefonundakı “ WhatsApp” proqramı vasitəsi ilə Zərərçəkmiş şəxs1 istifadəsində olan (055) ***-**-** nömrəli mobil telefona zəng edib işə qəbulunun təmin edilməsi üçün adını demədiyi rəisinə əlavə olaraq 2000 (iki min) manat məbləğində pul verilməli olduğunu demiş və həmin gün saat 21 radələrində həmin pulu sonuncudan Xətai rayonu ərazisində yerləşən «Sevgi parkı»nın yaxınlığında təklikdə alaraq işə qəbuluna dair məlumat verəcəyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs 2021-ci ilin may ayının əvvəllərində saat 11 radələrində istifadəsində olan (055) ***-**-** nömrəli mobil telefonundakı “WhatsApp” proqramı vasitəsi ilə Zərərçəkmiş şəxs1 istifadəsində olan (055) ***-**-** nömrəli mobil telefonuna zəng edərək ona yalan məlumat verib işə qəbulunu təşkil edəcək adını demədiyi rəisinə əlavə 1000 (bir min) manat məbləğində pul verilməli olduğunu demiş və həmin gün saat 21 radələrində Nərimanov rayonu ərazisində yerləşən «Dədə Qorqud» parkında Zərərçəkmiş şəxs1 həmin pulu təklikdə almışdır. Həmin görüşdən bir neçə ay sonra, 2021-ci ilin avqust ayının əvvəllərində saat 09 radələrində Təqsirləndirilən şəxs işə qəbul olunacağı görüntüsü yaratmaq məqsədi ilə Zərərçəkmiş şəxs1 işlədiyi DTX-nın komendatura binasının 2-ci mərtəbəsində qəbul edib sorğu-sual edərək ona işə qəbulla bağlı keçirilən imtahanları həll edəcəyini, bununla bağlı əmrin tezliklə veriləcəyinə dair yalan vəd vermiş və həmin görüşdən bir neçə gün sonra, 2021-ci ilin avqust ayının əvvəllərində saat 09 radələrində Zərərçəkmiş şəxs1 mobil telefon vasitəsi ilə zəng edib işə qəbulla bağlı imtahanlardan keçməsini həll etdiyini bild irərək, bunun üçün ondan 2500 (iki min beş yüz) manat məbləğində pulu təcili olaraq «Bolt» taksi xidməti vasitəsi ilə ona göndərməsini tapşırmış, onun dediklərinə inanmış Zərərçəkmiş şəxs1 2500 (iki min beş yüz) manat məbləğində pulu həmin gün saat 15 radələrində Nərimanov rayon məhkəməsinin köhnə inzibati binasının arxasında markası və dövlət qeydiyyat nişanı hazırda istintaqa məlum olmayan, «Bolt» taksi xidmətinə məxsus taksi sürücüsü vasitəsilə Təqsirləndirilən şəxs çatdırmışdır. Daha sonra Təqsirləndirilən şəxs öz cinayətkar məqsədinə nail olmaq üçün, qanunsuz əməllərini davam etdirərək, 2021-ci ilin sentyabr ayının ortalarında saat 19 radələrində istifadəsində olan (055) ***-**-** nömrəli mobil telefonundakı “WhatsApp” proqramı vasitəsi ilə Zərərçəkmiş şəxs1 istifadəsində olan (055) * **-**-** nömrəli mobil telefonuna zəng edərək işə qəbulu ilə bağlı əlavə olaraq 1000 manat pul lazım olduğunu bildirmiş və sonuncu razılaşaraq həmin pulu növbəti gün saat 10 radələrində Əfqan adlı taksi sürücüsü vasitəsi ilə Bakı şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısında Təqsirləndirilən şəxs çatdırmışdır. Bundan sonra Təqsirləndirilən şəxs 2021-ci ilin oktyabr ayının əvvəllərində saat 13 radələrində Zərərçəkmiş şəxs1 mobil telefonla zəng edib artıq onun DTX-də işə qəbul olunması ilə bağlı əmrin tezliklə veriləcəyini deyərək, işə qəbul sənədlərinin tez bir müddətə hazırlanmasına görə kimliyini demədiyi vəzifəli şəxsə əlavə 2000 (iki min) manat məbləğində pul verilməli olduğunu bildirmiş və onun dediklərinə inanmış Zərərçəkmiş şəxs1 2000 (iki min) manat məbləğində pulu həmin g ün saat 19 radələrində Binəqədi rayonu ərazisində yerləşən «Bağ» adlı kafenin qarşısında təklikdə Təqsirləndirilən şəxs təqdim etmişdir. Zərərçəkmiş şəxs1 məxsus ümumilikdə 17500 (on yeddi min beş yüz) manat məbləğində pulu aldıqdan sonra sonrakı müddət ərzində verdiyi vəd üzrə sonuncunun xeyrinə heç bir iş görməyən Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə etibardən sui-istifadə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirib dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən, 2021-ci ilin iyul ayının əvvəllərində aralarında tanışlıq münasibətlərinin olduğu, Bakı Slavyan Universitetində işləyən vətəndaş Şahid2 ilə aralarındakı söhbət zamanı, qanunsuz qazanc əldə etmək məqsədi ilə guya işlədiyi DTX-nın mətbuat xidmətində qadın əməkdaşa ehtiyac olduğunu bildirib, hər hansı şəxsin DTX-də işə qəbul olunmasını təmin etməyə və ya buna köməklik göstərməyə heç bir səlahiyyətinin və real imkanlarının olmamasına baxmayaraq, orada işləmək istəyən hər hansı qadın tanışının olduğu təqdirdə həmin şəxsi kimliyini demədiyi vəzifəli şəxslərə pul verilməsi müqabilində həmin xidmətdə işə qəbul etdirə biləcəyini bildirmişdir. Onun dediklərinə inanmış Şahid2 aralarındakı həmin söhbətdən sonra bu barədə onunla birlikdə Bakı Slavyan Universitetində işləyən Şahid4 məlumat vermiş və sonuncu tanışı Zərərçəkmiş şəxs2 işsiz olmaqla DTX-da işləmək arzusunda olduğunu deyərək, sonuncu ilə danışdıqdan sonra ona bu barədə məlumat verəcəyini bildirmişdir. Bundan sonra Şahid4 03 iyul 2021-ci il tarixdə Ş ahid2lə aralarındakı söhbət barədə tanışı Zərərçəkmiş şəxs2 məlumat verdikdə, sonuncu pul verilməsi müqabilində həmin işə qəbul olunmaq istədiyini deyərək, Şahid4 bununla bağlı müvafiq şəxslərlə danışmasını xahiş etmiş və sonuncu bu barədə Şahid2 məlumat verdikdə o, Təqsirləndirilən şəxsla görüşməsinə köməklik göstərəcəyinə vəd verərək, növbəti gün, yəni 04 iyul 2021-ci il tarixdə saat 20 radələrində özünün iştirakı ilə Şahid4 Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində yerləşən «Xudafərin» adlı kafenin qarşısında Təqsirləndirilən şəxsla görüşdürmüşdür. Həmin görüş zamanı Şahid4 DTX-nın mətbuat xidmətində işə qəbul olunmaq istəyən Zərərçəkmiş şəxs2 barədə Təqsirləndirilən şəxs ətraflı məlumat vermiş və sonuncu Zərərçəkmiş şəxs2 həmin xidmətdə işləməyə uyğun biri olduğunu deyərək, həmin xid mətdə işləyən, adını və vəzifəsini demədiyi şəxsin vasitəsi ilə 30000 (otuz min) manat məbləğində pul verilməsi müqabilində Zərərçəkmiş şəxs2 həmin xidmətdə müvafiq vəzifəyə işə qəbul olunmasını təşkil və təmin edə biləcəyini, əvvəlcədən 15000 (on beş min) manat məbləğində pul verilməli olduğunu, işə qəbulla bağlı müvafiq əmr verildikdən sonra isə qalan 15000 (on beş min) manat məbləğində pulun verilməli olduğunu deyib, təkrarən digər şəxsi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi müqabilində vəzifəli şəxsə onun özü üçün dolayı yolla və vasitəçidən istifadə etməklə maddi neməti rüşvət verməyə təhrik etmişdir. Təqsirləndirilən şəxs təklifi barədə Şahid4 tərəfindən Zərərçəkmiş şəxs2 məlumat verildikdə, sonuncu həmin təklifi qəbul etmiş və 05 iy ul 2021-ci il tarixdə saat 16 radələrində Şahid4lə birlikdə Binəqədi rayonu, 8-ci mikrorayon ərazisində yerləşən «Qoşa petrol» adlanan ərazidə, avtomobil yolunun kənarında özünün idarə etdiyi «Hyundai İX35» markalı, **-SF-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilində Təqsirləndirilən şəxsla görüşmüşdür. Həmin görüş zamanı Təqsirləndirilən şəxs, öz cinayətkar məqsədinə nail olmaq üçün, Zərərçəkmiş şəxs2 işə qəbul olunma qaydasını izah edərək, 2021-ci ilin sentyabr ayının sonlarında onun guya işə qəbulla bağlı kursa cəlb olunacağını, kursu bitirdikdən sonra ona zabit hərbi rütbəsi veriləcəyini,2021-ci ilin dekabr ayında yüksək əmək haqqı ilə artıq müvafiq vəzifəyə qəbuluna dair əmrin veriləcəyini və məhz bu səbəbdən, işə qəbul prosesinin tezliklə başlanması üçün də sənədləri ilə birlikdə ilkin olaraq 15000 (on beş min) manat məbləğində pulun əvvəlcədən adını çəkmədiyi müvafiq vəzifəli şəxsə çatdırılmalı olduğunu demiş və onun dediklərinə inanmış Zərərçəkmiş şəxs2 Şahid4 vasitəsi ilə həmin gün saat 17 radələrində Binəqədi rayonu, 9cu mikrorayon, Mir Cəlal küçəsində yerləşən «BolMart» adlı marketin qarşısında 8800 (səkkiz min səkkiz yüz) ABŞ dolları məbləğində pulu almışdır. Daha sonra Təqsirləndirilən şəxs 06 iyul 2021-ci il tarixdə saat 11 radələrində istifadəsində olan (055) ***-**-** nömrəli mobil telefonundakı “WhatsApp” proqramı vasitəsi ilə Zərərçəkmiş şəxs2 istifadəsində olan (051) ***-**-** nömrəli mobil telefonuna zəng edərək, xeyrinə müvafiq hərəkətlər etməsi görüntüsünü yaradaraq, ona işə qəbulu üçün tələb olunan sənədlərin siyahısını deyib həmin sənədləri qısa müddətdə toplayıb təqdim etməsini tapşırmış və Zərərçəkmiş şəxs2 ilə 09 iyul 2021-ci il tarixdə saat 13 radələrində DTX-nın inzibati binasının yaxınlığında yerləşən «Naxçıvan» restoranının qarşısında təklikdə görüşərək, həmin sənədləri ondan almış və baxıb sənədlərin qaydasında olduğunu deyərək Zərərçəkmiş şəxs2 kimliyini demədiyi vəzifəli şəxsə işə qəbulu prosesinin surətləndirilməsi üçün əlavə olaraq 5000 (beş min) manat məbləğində pul verilməli olduğunu və tibbi müayinələrdən keçməli olduğunu bildirmişdir. Onun dediklərinə inanmış Zərərçəkmiş şəxs2 razılaşaraq ilk öncə 10 iyul 2021-ci il tarixdə saat 10 radələrində Təqsirləndirilən şəxsla birlikdə DTX-nın hospitalına gedərək sonuncunun iştirakı ilə orada qan analizi vermiş, daha sonra isə 12 iyul 2021-ci il tarixdə saat 14 radələrində Şahid4 işlədiyi Bakı Slavyan Universitetinə gedərək sonuncuya Təqsirləndirilən şəxs çatdırması üçün 5000 (beş min) manat məbləğdə pulla birlikdə daha öncə verdiyi 8800 ABŞ dolları məbləğində pulun verməli olduğu 15000 manata bərabər olması üçün borclu qaldığı 40 (qırx) manat məbləğində pul vermiş, öz növbəsində Şahid4 də elə həmin gün Zərərçəkmiş şəxs2 aldığı ümumilikdə 5040 (beş min qırx) manat məbləğində pulu Bakı Slavyan Universitetinin qarşısında təklikdə Təqsirləndirilən şəxs təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs, öz cinayətkar məqsədinə nail olmaq üçün, qanunsuz əməllərini davam etdirərək, 27 iyul 2021-ci il tarixdə saat 11:00-da Zərərçəkmiş şəxs2 işə qəbulu ilə bağlı əməliyyatçı bacarığını yoxlamaq görüntüsü yaradıb onu Nəsimi rayonu ərazisində yerləşən «Caspian Plaza» i ş mərkəzinə, daha sonra isə Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən «Kontakt Home» mağazasına göndərərək, orada müəyyən məlumatlar toplamasını, 02 sentyabr 2021-ci il tarixdə saat 14 darələrində isə Zərərçəkmiş şəxs2 DTX-nın yaranma tarixi ilə bağlı məlumatların əks olunduğu materialları təqdim edib işə qəbulla bağlı müsahibəyə hazırlaşmaq üçün həmin materiallardan istifadə etməsini tapşırmış, daha sonra Zərərçəkmiş şəxs2 ilə 15 oktyabr 2021-ci il tarixdə saat 10 radələrində DTX-nın komendatura binasında görüşüb ona DTX-nın tarixi, «Vətən Müharibəsi» və ümumi dünya görüşü ilə bağlı suallar vermiş və 30 oktyabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs2 işə qəbul üçün yoxlamalardan keçdiyinə dair yalan məlumat verib onu təbrik etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs 02 noyabr 2021-ci il t arixdə istifadəsində olan (055) ***-**-** nömrəli mobil telefonundakı “WhatsApp” proqramı vasitəsi ilə Zərərçəkmiş şəxs2 istifadəsində olan (051) ***-**-** nömrəli mobil telefonuna zəng edərək onu işə qəbul ediləcəyinə inandırmaq məqsədi ilə işə qəbulu üçün sənədlərinin hazır olduğunu bildirib sənədlərini imzaya hazırlayacaq adını demədiyi şəxsə 1000 (bir min) manat məbləğində pul verilməli olduğunu bildirmiş və onun dediklərinə inanmış Zərərçəkmiş şəxs2 Şahid4 vasitəsi ilə 2021-ci ilin noyabr ayının əvvəllərində saat 23 radələrində Təqsirləndirilən şəxs deməsi əsasında onun qeyri-rəsmi münasibətdə olduğu Şahid3 «UniBanka» bankına aid pul kartına 300 (üç yüz) manat məbləğində pul köçürmüş, növbəti gün saat 19 radələrində isə Şahid4 Zərərçəkmiş şəxs2 xahişi ilə Təqsirləndirilən şəxsla DTX-n ın inzibati binasının yaxınlığında yerləşən «Parlament» adlı marketin qarşısında təklikdə görüşərək orada ona 700 (yeddi yüz) manat məbləğində pul vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs, öz cinayətkar əməllərini davam etdirərək, 2021-ci ilin dekabr ayının sonlarında istifadəsində olan (055) ***-**-** nömrəli mobil telefonundakı “WhatsApp” proqramı vasitəsi ilə Zərərçəkmiş şəxs2 istifadəsində olan (051) ***-**-** nömrəli mobil telefonuna zəng edərək onun işə qəbulunu həyata keçirən DTX-nın kadrlar idarəsində işləyən Xəyyam adlı şəxsə 2000 (iki min) manat məbləğində pul verilməli olduğunu bildirmiş və həmin pulu 2021-ci ilin dekabr ayının sonlarında saat 18 radələrində Bakı Slavyan Universitetinin yaxınlığındakı avtomobil yolunun kənarında Zərərçəkmiş şəxs2 tapşırığı ilə Şahid4 almışd ır. Həmin pulu aldıqdan sonra Təqsirləndirilən şəxs, 2021-ci ilin dekabr ayının sonlarında mobil telefonla Zərərçəkmiş şəxs2 zəng edib səs tonunu dəyişməklə özünü DTX-nın kadrlar idarəsində işləyən Xəyyam adlı şəxs kimi təqdim etmiş və onun həmin xidmətdə işə qəbul edildiyinə dair müvafiq əmrin verildiyi barədə yalan məlumat verərək, onun həmin nazirlikdə müvafiq vəzifədə işə qəbul edilməsi görüntüsünü yaratmış, daha sonra növbəti gün istifadəsində olan (055) ***-**-** nömrəli mobil telefonundakı «WhatsApp» mobil tətbiqi vasitəsi ilə Zərərçəkmiş şəxs2 istifadəsində olan (051) ***-**-** nömrəli mobil telefonuna zəng edib işə qəbulu ilə bağlı əmri verildiyi üçün DTX-nın Kadrlar İdarəsinin Xəyyam adlı əməkdaşının razılaşdıqları 7000 (yeddi min) manat məbləğində pulun verilməsini istədiyini bildirmişdir. Onun dediklərinə inanmış Zərərçəkmiş şəxs2 2021-ci ilin dekabr ayının sonlarında saat 19 radələrində 7000 (yeddi min) manat məbləğində pulu Şahid4 vasitəsi ilə Bakı Slavyan Universitetinin qarşısında Təqsirləndirilən şəxs çatdırmış və Zərərçəkmiş şəxs2 məxsus ümumilikdə 15040 (on beş min qırx) manat və 8800 (səkkiz min səkkiz yüz) ABŞ dolları məbləğində pulu aldıqdan sonra verdiyi vəd üzrə sonuncunun xeyrinə heç bir iş görməyən Təqsirləndirilən şəxs təkrarən öz qulluq mövqeyindən istifadə etməklə etibardən suiistifadə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirib dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs, Dövlət Təhlükəsizliyi Xidmətinin Masallı rayon şöbəsində əməliyyat müvəkkili vəzifəsində, kapitan hərbi rütbəsində həqiqi hərbi xidmətdə ola rkən, Masallı rayonunda kirayə yaşadığı evdən iş yerinə gedib-gəlmək üçün taksi xidmətlərindən istifadə etdiyi vətəndaş Zərərçəkmiş şəxs3 2021-ci ilin dekabr ayının əvvəllərində aralarındakı söhbət zamanı ona özü haqqında məlumat verərək, ali təhsilli olduğunu, taksi fəaliyyəti ilə məşğul olmaq istəmədiyini və özünə daimi iş yeri axtardığını bildirib, bununla bağlı hər hansı köməklik göstərə bilib-bilməyəcəyini soruşduqda Təqsirləndirilən şəxs hər hansı şəxsin işə qəbul olunmasını təmin etməyə və ya buna köməklik göstərməyə heç bir səlahiyyətinin və real imkanlarının olmamasına baxmayaraq, yaranmış vəziyyətdən istifadə edib qanunsuz qazanc əldə etmək qərarına gələrək, bu məqsədlə Zərərçəkmiş şəxs3 onun hər hansı bir işə qəbulunun mümkün olub-olmaması ilə maraqlanıb məlumat verəcəyini bildi rmişdir. Aralarındakı həmin söhbətdən bir neçə gün sonra, 2021-ci ilin dekabr ayının ortalarında saat 15 radələrində Təqsirləndirilən şəxs Masallı rayonunda yerləşən «Kral» adlı restoranda Zərərçəkmiş şəxs3lə təklikdə görüşmüş və onu özünün işlədiyi DTX-in Masallı rayon şöbəsində texniki işçi kimi işə qəbul etdirə biləcəyini bildirib, bunun üçün tələb olunan sənədlərin siyahısını hazırlayıb təqdim etməsini tapşırmış və həmin sənədləri qısa müddət ərzində toplayıb təqdim etməklə yanaşı, sənədlərinin DTX-nın Kadrlar İdarəsində növbədən kənar qeydiyyata alınması üçün ilkin olaraq həmin işi görəcək adını və vəzifəsini demədiyi həmin idarənin əməkdaşına 200 (iki yüz) manat məbləğində pul verilməli olduğunu bildirərək, təkrarən, digər şəxsi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaq ədar hər hansı hərəkətin edilməsi müqabilində vəzifəli şəxsə onun özü üçün dolayı yolla və vasitəçidən istifadə etməklə maddi neməti rüşvət verməyə təhrik etmişdir. Zərərçəkmiş şəxs3 təklifini qəbul edib razılaşdıqdan sonra Təqsirləndirilən şəxs aralarındakı həmin söhbətdən bir neçə gün sonra,2021-ci il dekabr ayının ortalarında istifadəsində olan (055) ***-**-** nömrəli mobil telefonundakı «WhatsApp» mobil tətbiqi vasitəsi ilə Zərərçəkmiş şəxs3 istifadəsində olan (070) ***-**-** nömrəli mobil telefonuna zəng edərək işə qəbulunu təşkil etməsi üçün adını çəkmədiyi DTX-in Kadrlar idarəsindəki vəzifəli şəxs ilə danışdığını və ona ümumi olaraq 3500 (üç min beş yüz) manat məbləğində pul verilməli olduğunu bildirmiş və Zərərçəkmiş şəxs3 onunla razılaşaraq, aralarındakı həmin söhbətdən bir neçə g ün sonra, 2021-ci il dekabr ayının ortalarında saat 14 radələrində Masallı rayon İcra Hakimiyyətinin inzibati binasının yaxınlığında özünə məxsus «Mercedes Benz-190» markalı, **-KP-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobildə Təqsirləndirilən şəxs sənədlərinin növbədən kənar qaydada qeydiyyata alınması üçün aidiyyəti şəxsə çatdırması üçün ilkin olaraq 200 (iki yüz) manat məbləğində pul vermişdir. Daha sonra, Təqsirləndirilən şəxs 23 dekabr 2021-ci il tarixdə saat 20 radələrində Zərərçəkmiş şəxs3 ünvan 3 ünvanında yerləşən evinə gedərək orada ona artıq işə qəbulu ilə bağlı sənədlərinin DTX-in Kadrlar idarəsində qeydiyyata alındığını və onun yaxın müddət ərzində DTX-nın Masallı rayon şöbəsində texniki işçi kimi işə qəbul olunacağını bildirərək Zərərçəkmiş şəxs3 inandırmış və orada sonuncud an 3300 (üç min üç yüz) manat məbləğində pul almışdır. Eyni zamanda Təqsirləndirilən şəxs, öz cinayətkar məqsədinə nail olmaq və Zərərçəkmiş şəxs3 etibarını daha da möhkəmləndirmək məqsədi ilə ona ilkin olaraq 200 (iki yüz) manat məbləğində pul verdiyindən tələb olunan ümumilikdə 3500 (üç min beş yüz) manat məbləğində pulun artıq verilmiş hesab olunduğunu bildirərək əlavə 200 (iki yüz) manat məbləğində pulun verilməsinə ehtiyac olmadığını bildirmiş və sonrakı müddət ərzində verdiyi vəd üzrə Zərərçəkmiş şəxs3 xeyrinə heç bir iş görməyən Təqsirləndirilən şəxs təkrarən öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib dələduzluq etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 may 2023-cü il tarixli hökmünün ləğv olunması və cinayət işinin yenidən apelyasiya instansiyası məhkəməsinin baxışına təyin olunması barədə qərar qəbul edilməsi xahiş olunur. Protest müəllifi hesab edir ki, məhkəmə Təqsirləndirilən şəxs CM-in 32.4, 312.2-ci maddəsi ilə verilmiş ittihamdan həmin maddəni xaric etməli olduğu halda, ona həmin maddə ilə təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verməklə səhv nəticəyə gəlmiş, bununla da cinayət işi üzrə toplanmış sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilməmiş və qiymətləndirilməmiş, eləcə də cinayət və cinayət-prosessual qanunvericiliyinin normaları düzgün tətbiq edilməmişdir. Dövlət ittihamçısının fikrincə, məhkumun Azərbaycan Respublikası CM-in 32.4, 312.2-ci maddələri ilə təqsirli olmasının sübuta yetirilməməsi onun həmçinin dələduzluq cinayətinin törədilməsində də təqsirliliyinin sübuta yetirilmiş hesab edilməməsi nəticəsinə gəlinməsi üçün əsasdır. Ona görə də təqsirləndirilən şəxsin əməllərində Azərbaycan Respublikası CM-in 32.4, 312.2-ci maddələrinin tərkibinin olmaması əsası ilə həmin maddələr ittihamdan xaric edilməli idi. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin və zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin hökmü dəyişd irilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində qeyd edilir ki, apellyasiya instansiya məhkəməsi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 32.4, 312.2-ci maddəsi ilə verilmiş ittihamdan həmin maddəni xaric etməli olduğu halda, ona həmin maddə ilə təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət hökmü çıxarmışdır. Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsində “Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə”yə görə cinayət məsuliyyəti müəyyən e dilmişdir. CM-in 178.2. Eyni əməllər: 178.2.2. təkrar törədildikdə; 178.2.3. şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə; 178.2.4. xeyli miqdarda ziyan vurmaqla törədildikdə— dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CM-in 312.1-ci maddəsinə görə “Rüşvət vermə, yəni xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində vəzifəli şəxsə onun özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemət, imtiyaz və ya güzəşt təklif olunması, vəd edilməsi və ya verilməsi – beş min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CM-in 312.2-ci maddəsinə görə “Vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə— səkkiz min manatdan on iki min manatadək miqdarda cərimə və ya dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CPM-in 1.1-ci maddəsində əsasən Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmam asını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hü quqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Cinayət qanunu normasının tələblərinə və “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 saylı qərarına əsasən Azərbaycan Respublikası CM-in 178-ci maddəsində nəzərdə tutulan dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə o, halda dələduzluq hesab edilir ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqların əldə edərkən hər hansı bir öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz o laraq öz mülkiyyətinə keçirməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olsun. Bu hüquq müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə əks oluna bilər. (məsələn etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) Subyektiv cəhətdən belə əməllər birbaşa qəsdlə törədilir, yəni həmin əməli törədən şəxs Azərbaycan Respublikası CM-in 25-ci maddəsinin tələblərinə əsasən öz əməlinin (hərəkət və hərəktsizliyinin) ictimai təhlükəli olduğunu dərk etməli, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görməli və bunları arzu etməlidir. Digər tərəfdən, dələduzluq cinayətinin obyektiv cəhətini özündə ehtiva edən Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsinin dispozisiyasına əsasən, şəxsin əməli o halda dələduzluq cinayəti kimi q iymətləndirilə bilər ki, şəxs özgənin əmlakını və ya əmlak hüquqlarını əldə etmə niyyəti izləyərək etibardan sui-istifadə etmiş olsun və ya aldatma üsulundan istifadə etsin. Qanunun mənasından göründüyü kimi, dələduzluq cinayətinin törədilməsi zamanı şəxs əvvəlcədən öz qarşısına digər şəxsin əmlakını və əmlaka olan hüququnu ələ keçirmək məqsədini müəyyən edir, sonradan isə həmin məqsədinə nail olmaq üçün ya zərərçəkmiş şəxsin etibarından sui-istifadə etmiş olur, ya da ki, onu aldadır, nəticədə isə sonuncunun könüllü olaraq öz əmlakını və ya əmlaka olan hüququnun ona verilməsinə nail olur. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə təhlil edərək məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir: “Azərbaycan Resp ublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2022-ci il tarixli Qərarında qeyd olunur ki, nəzəriyyədə səlahiyyətli vəzifəli şəxsə çatdırmaq adı ilə rüşvət verən şəxsdən pulu və ya digər əmlakı alan və vədinə əməl etmək niyyətində olmayaraq həmin pulu (əmlakı) öz xeyrinə ələ keçirən şəxsin hərəkətləri yalançı vasitəçilik (psevdovasitəçilik) adlandırılır. Yalançı vasitəçinin hərəkətləri rüşvət verməyə təhrik kimi qiymətləndirilə bilməz, çünki yalançı vasitəçinin niyyəti bütün digər iştirakçılarla birgə bir cinayət əməlini törətməyə (rüşvət verməyə) deyil, digər şəxslərin əmlakını ələ keçirməyə şərait yaratmağa yönəlmişdir. Hətta yalançı vasit əçiyə qarşı rüşvət verməyə cəhdə təhrik etmə ittihamının irəli sürülməsi də burada vəziyyəti dəyişmir. Apellyasiya instansiya məhkəməsinin hökmündə məhkəmənin gəldiyi nəticəni belə əsaslandırılmışdır: “....ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-in 32.4, 312.2-ci maddəsi ilə irəli sürülmüş ittihamın məzmunundan görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsləri DTX-da işə düzəltmək adı ilə pul verilməsi müqabilində adını və rütbəsini demədiyi vəzifəli şəxslərin vasitəsi ilə onların DTX-də işə qəbul olunmasını təşkil edə biləcəyini deyərək, digər şəxsi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi müqabilində vəzifəli şəxsə onun özü üçün dolayı yolla və vasitəçidən istifadə etməklə maddi neməti rüşvət verməyə təhrik etmişdir. Qeyd olunan ittihamın məzmunundan görünür ki, ibtidai araşdırma orqanının özü Təqsirləndirilən şəxs “zərərçəkmiş şəxsləri DTX-da işə düzəltmək üçün yüksək vəzifəli şəxslərlə əlaqəsinin olmasını və həmin əlaqələri vasitəsilə qeyd edilən məsələləri müsbət həll edəcəyi” kimi iddialarının yalan olması nəticəsinə gəlmiş, yəni onun zərərçəkmiş şəxslərin müraciətlərinin həlli üçün hər-hansı bir vəzifəli şəxslə əlaqəsinin olmasını sübuta yetirə bilməmişlər. Məhz bu səbəbdən də ibtidai araşdırma orqanı ona dələduzluqla bağlı cinayət ittihamlarını irəli sürmüşdür. Məhkəmə kollegiyası Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarında ifadə olunmuş hüquqi mövqeyindən çıxış edərək qeyd edir ki, yalançı vasitəçilik zamanı şəxs öz vasitəçilik xidmətini vəd edib rüşvət verəndən guya vəzifəli şəxsə ötürm ək üçün pul və sair nemətləri alır, lakin faktiki olaraq alınanları mənimsəyərək dələduzluq əməlini törətmiş olur. Müvafiq olaraq bu halda rüşvət vermə cinayət əməlinin obyekti olan dövlət qulluğunun mənafeyi və s. ilə bağlı ictimai münasibətlər deyil, mülkiyyət hüquq münasibətləri təhlükə altına alınır. Yuxarıda əks olunmuş hüquqi mövqenin işığında təqsirləndirilən şəxsə qeyd olunan maddə ilə irəli sürülmüş ittihamın işin faktiki halları baxımından təhlil etdikdə müəyyən olunur ki, ittihamda rüşvət verməyə təhrik kimi görünən hərəkətlər əslində dələduzluğun üsuludur. Belə ki, Təqsirləndirilən şəxs işə düzəldilmə ilə bağlı müraciət edən zərərçəkmiş şəxslərə müraciətlərinin müsbət həlli üçün müvafiq olaraq adını demədiyi yüksək vəzifəli şəxsləri ilə olan əlaqələrindən istifadə edib guya m üraciətlərinin müsbət həlli üçün vasitəçilik edəcəyini bildirsə də, reallıqda o, rüşvət verənlə rüşvət alan arasında korrupsiya razılaşmasının əldə olunmasına çalışmamış, heç buna cəhd belə etməmiş, faktiki olaraq vasitəçilik etmək imkanlarının olmasını yalandan deməklə zərərçəkmiş şəxslərin əmlakını ələ keçirməyə niyyətlənmişdir. Başqa sözlə yalançı vasitəçi olan Təqsirləndirilən şəxs niyyəti dövlət qulluğunun mənafeyinə deyil, müstəsna olaraq əmlak münasibətlərinə zərər vurmağa yönəlmişdir. Ona görə də, onun əməli korrupsiya cinayətinin obyektinə zərər vura, yəni dövlət orqanlarını nüfuzdan sala bilməz. Nəzərə almaq lazımdır ki, burada əmlak başqasına rüşvət vermək adı ilə ələ keçirilsə də, təqsirləndirilən şəxsin məqsədi özgənin əmlakını ələ keçirməyə yönəldiyindən bu əməl vahid qəsdlə əhatə olunur. Belə halda əməl Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığından, onun eyni zamanda Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə də tövsif edilməsinə ehtiyac yoxdur.” Göründüyü kimi, məhkəmənin gəldiyi nəticə və dövlət ittihamçısının kassasiya protestində aradan qaldırılması zəruri hesab edilən məhkəmə səhvi eyni məzmunludur. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsinin hökmündə təqsirləndirilən şəxsin ittihamından Azərbaycan Respublikası CM-in 32.4, 312.2-ci maddəsi xaric edilməli olduğu halda, həmin maddə ilə ona bəraət verilmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının qəbul etdiyi bəzi qərarlarda da eyni hüquqi mövqe mövcud olmuşdur. A zərbaycan Respublikası CPM-nin 399.3-cü maddəsinə əsasən işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin hökm və ya qərarı yalnız bu Məcəllənin tələblərinin pozulması səbəbindən formal mülahizələrə əsaslanaraq ləğv edilə bilməz. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya protestinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin protestin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 may 2023-cü il tarixli hökmü qanuni və əsaslı olduğundan, kassasiya protestində onun dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, protest təmin edilmədən, həmin hökm isə dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya protesti təmin edilməsin. Təqsirləndirilən şəxs barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 may 2023-cü il tarixli hökmü dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar