Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-74/2025 26.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Cəfərov İlqar Xanlar oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Babayeva Lalə Tahir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1 və Məhkum müdafiəçisi, Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkili Vəkil3 iştirakları ilə, xx xxxxxx 1973-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali ti bb təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin maddi-texniki təminat şöbəsinin tibb bölməsinin rəisi vəzifəsində xidmət etmiş, əvvəllər məhkum olunmamış, Xaçmaz rayonu, Xudat şəhəri, N nömrəli hərbi hissənin hərbi şəhərciyi, bina 1, mənzil 4 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 34N.1-1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1-1(103)-N/N0N5 nömrəli 1N fevral N0N5-ci il tarixli qərarından məhkumun müdafiəçisi, Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkili Vəkil3 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Hərbi Məhkəməsinin 1-1(093)-13/N0 N4 nömrəli 15 mart N0N4-cü il tarixli hökmü ilə (sədrlik edən hakim R.Q.Abbasov) Məhkum - Azərbaycan Respublikasının CM-in 34N.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, həmin Məcəllənin 46.N-ci maddəsinə əsasən 1 (bir) il müddətinə tibb sahəsində rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının N1 avqust N0N3-cü il tarixdən hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs hüquqi varisi XN və məhkumun müdafiəçisi Vəkil3 tərəfindən apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1-1(103)-N/N0N5 nömrəli 1N fevral N0N5- ci il tarixli qərarı ilə (hakimlər İ.A.İbrahimli (sədrlik edən və məruzəçi), Z.N.Hüseynov və Ə.Q.Ələkbərovdan ibarət məhkəmə tərkibində) apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Hərbi Məhkəməsinin 1-1(093)-13/N0N4 nömrəli 15 mart N0N4-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin maddi-texniki təminat şöbəsinin tibb bölməsinin rəisi vəzifəsində, tibb xidməti polkovnik-leytenantı hərbi rütbəsində həqiqi hərbi xidmətdə olarkən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl rayon şöbəsi tərəfindən hərbi xidmətə çağırılaraq N nömrəli hərbi hissəyə göndərilmiş, N iyul N0NN-ci il tarixdən həmin hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edil ərək qeyd edilən hərbi hissənin ərazisində yerləşən təlim və tədris mərkəzində gənc əsgər kursuna cəlb olunan əsgər Zərərçəkmiş şəxs müddətli həqiqi hərbi xidmətə başladıqdan bir neçə gün sonra, yəni 7 avqust N0NN-ci il tarixdə saat NN radələrində öskürmə və yüksək bədən hərarəti şikayətləri ilə hərbi hissənin tibb məntəqəsinə gətirildiyindən sonuncu onun tərəfindən “kəskin respirator xəstəlik” diaqnozu ilə stasionar qaydada müalicəsinin aparılması üçün tibb məntəqəsinə qəbul olunmuşdur. Həmin vaxtdan başlayaraq o, əsgər Zərərçəkmiş şəxs stasionar qaydada müayinə və müalicəsini həyata keçirməyə başlamış, 9 avqust N0NN-ci il tarixdə səhər saatlarından etibarən sonuncunun səhhətinin vizual olaraq yaxşılaşması qeyd olunsa da, müayinə və müalicə dinamikasını düzgün seçməməklə, Zərərçəkmiş şəxs bədən hərarətinin normaya düşməsi faktını yanlış olaraq müalicənin başa çatması kriteriyası hesab edib, dərinləşdirilmiş instrumental tibbi müdaxilə olmadan ətraflı müayinə ediləcəyi halda, tibb məntəqəsi səviyyəsində aşkara çıxarılması mümkün olan, çoxlokalizasiyalı ağırlaşmaların inkişafı üçün əhəmiyyətli kriteriya hesab olunan tonzillit, traxeit və plevrit kimi ağırlaşmaları aşkar etmək üçün yetərli tibbi prosedurları icra etməmiş, xəstəliyi tam kliniki inkişaf mərhələsində olmaqla, proqnozu ciddi olan, müalicə müddətində pnevmoniya xəstəliyi artıq inkişaf etmək mərhələsində olan Zərərçəkmiş şəxs diaqnozuna uyğun orta müalicə müddətindən əvvəl, habelə qeyri-qənaətbəxş şəkildə müalicə edərək, vəziyyətinin ağırlığı və xəstəliyin inkişaf dinamikasını düzgün qiymətləndirmədən vaxtından əvv əl, yəni 10 avqust N0NN-ci il tarixdə nahar fasiləsi ərəfəsində xidmət yerinə qaytarmaqla, “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının N6 iyun 1997-ci il tarixli Qanununda, eləcə də “Dövlət Sərhəd Xidmətində Tibbi Təminata dair” Təlimatda təsbit edilmiş zəruri müayinə və müalicə proseduru üçün bütün real imkan və müvafiq şəraitə malik olmasına baxmayaraq, öz xidməti borcuna vicdansız və laqeyd münasibət bəsləməklə, öz xidməti vəzifəsini lazımı qaydada yerinə yetirməyib etdiyi natamam müalicə kursu nəticəsində Zərərçəkmiş şəxs kəskin respirator xəstəliyinin fəsadlaşmasına zəmin yaratmaqla qısa müddət ərzində patoloji hal almasına, ən başlıcası isə onda yaranmağa başlamış “İkitərəfli irinlihemorragik pnevmoniya”nın inkişaf etməsinin başlamasına səbəb olmuşdur. Bund an iki gün sonra, yəni 1N avqust N0NN-ci il tarixdə tibb xidməti polkovnikleytenantı Məhkum bir neçə gün əvvəl, yəni 10 avqust N0NN-ci il tarixdə öskürmə və yüksək hərarət şikayətləri əsasında “kəskin respirator xəstəlik” diaqnozu ilə səmərəsiz şəkildə müalicə etdiyi əsgər Zərərçəkmiş şəxs, əks göstəriş olacağını bildiyi halda, pnevmoniya xəstəliyinin şiddətli klinik inkişaf və ağırlaşma dövründə sonuncunu “Koronavirus” (COVİD-19) infeksiyasına qarşı vaksinasiya edərək, öz həkim borcuna vicdansız və laqeyd münasibət bəsləməklə, öz xidməti vəzifəsini lazımı qaydada yerinə yetirməyib Zərərçəkmiş şəxs xəstəliyinin daha da proqressivləşməsinə, ağırlaşmaların əhəmiyyətli dərəcədə inkişaf etməsinə səbəb olmuşdur. Növbəti gün, yəni 13 avqust N0NN-ci il tarixdə səhər saat 10-11 radələrində N nöm rəli hərbi hissənin hərbi qulluqçusu, baş çavuş Şahid3 ümumi halsız və bədən hərarəti, yəni səhhəti ilə bağlı eyni şikayətləri olan əsgər Zərərçəkmiş şəxs tibb xidməti polkovnik-leytenantı Məhkum hərbi hissənin tibb məntəqəsində yerləşən xidməti otağına gətirib sonuncuya təhvil verdiyi zaman, Məhkum “Dövlət Sərhəd Xidmətində Tibbi Təminata dair” Təlimatın 55N və 586-cı maddələrinin “Hərbi hissə həkimi tənəffüs orqanlarının kəskin xəstəliklərində və xroniki xəstəliklərin kəskinləşməsində (kəskin pnevmoniya və s) diaqnozu təyin etməyə və təxirəsalınmaz tibbi yardım göstərməyə borcludur; yoluxucu və somatik xəstəliklər zamanı, o cümlədən kəskin respirator xəstəliklər zamanı hissə həkimi tibbi yardımı təşkil etməli və müalicə aparmalıdır” tələblərini pozub, xəstəliyinin tam kliniki inkişaf mər hələsində olmasına baxmayaraq, vəziyyətinin ağırlığını düzgün qiymətləndirmək üçün stasionara qəbul edib müvafiq tibbi yardım göstərmədən, habelə ixtisaslı müalicəyə ehtiyacının olub-olmamasını müəyyən etməklə müvafiq tibbi yardımı həyata keçirən tibb müəssisəsinə təxliyyə etmədən, tibb məntəqəsi üzrə olan kitablarda müvafiq qeydiyyat belə aparmayaraq, pnevmoniya xəstiyi və həmin xəstəlik səbəbindən yaranan digər ağırlaşmaları olan Zərərçəkmiş şəxs təxirəsalınmaz tibbi müayinə və müalicəyə ehtiyacı olduğu halda, xidmət yerinə qaytararaq öz həkim borcuna vicdansız və laqeyd münasibət bəsləməklə, öz xidməti vəzifəsini lazımı qaydada yerinə yetirməyib sonuncunun bir neçə gün müddətində də zəruri tibbi müayinə və müalicədən kənarda qalmasına, ixtisaslı tibbi müdaxilə olunması üçün gecikdirilmə sinə, bununla da artıq onda olan “İkitərəfli irinli-hemorragik pnevmoniya” xəstəliyinin əhəmiyyətli dərəcədə fəsadlaşaraq letal nəticəyə doğru daha da yaxınlaşmasına səbəb olmuşdur. Bundan iki gün sonra, yəni 15 avqust N0NN-ci il tarixdə gecə saat NN:30 radələrində N nömrəli hərbi hissənin hərbi qulluqçusu, leytenant Şahid4 ümumi halsız və bədən hərarəti, yəni səhhəti ilə bağlı analoji şikayətləri olan əsgər Zərərçəkmiş şəxs hərbi hissənin tibb məntəqəsinə apararkən tibb xidməti polkovnik-leytenantı Məhkum hərbi hissənin nəzarət buraxılış məntəqəsinə doğru getdiyini görüb ona yaxınlaşdığı zaman, Məhkum bir neçə gün əvvəl, oxşar şikayətlər əsasında “kəskin respirator xəstəlik” diaqnozu ilə səmərəsiz və natamam şəkildə müalicə etdiyi əsgər Zərərçəkmiş şəxs bədən hərarəti və halsız olması səb əbindən yata bilmədiyini, özünü pis hiss etdiyini bildirməsinə baxmayaraq, hərbi hissənin növbətçi həkimi olmaqla, bu səbəbdən, həmçinin onu əvəz edən hər hansı tibb personalının olmadığını, buna görə də xidmət yeri olan hərbi hissənin ərazisini tərk etməli olmadığını bildiyi halda, idarə etdiyi maşınla Qusar rayonunun Şirvanlı kəndi ərazisində avtoqəza törətməsinə görə ayağından xəsarət alaraq artıq təcili tibbi yardım maşını ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına təxliyyə edilməklə ixtisaslı tibbi yardımla təmin olunmuş qeyd edilən hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, çavuş X3 ilkin tibb yardım etməsi üçün hərbi hissə rəhbərliyi tərəfindən hadisə yerinə göndərilməsini bəhanə edib, “Dövlət Sərhəd Xidmətində Tibbi Təminata dair” Təlimatın 548-ci maddəsinin “ Hərbi hissənin tibbi yardım məntəqəsi sutkanın istənilən vaxtında təxirəsalınmaz tibbi yarım göstərməyə hazır olmalıdır” tələbini, eləcə də “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının N6 iyun 1997-ci il tarixli Qanununun 33-cü maddəsinin “Xəstəliklər zamanı təcili tibbi yardım göstərmək mülkiyyət formasından asılı olmayaraq istənilən tibb müəssisəsinin, habelə istənilən tibb işçisinin borcudur” tələbini kobud şəkildə pozub, bir neçə gün əvvəl stasionar qaydada müalicə etdiyi, qısa müddət sonra isə səhhəti ilə bağlı eyni şikayətlərlə ona müraciət etmiş əsgər M.C.Cabbarovun sağlamlığının və həyatının xəstəliyi səbəbindən təhlükəli həddə çatdığını bilməli olması səbəbindən sonuncuya təcili olaraq tibbi yardım göstərməyə borclu olduğu halda, M.C.Cabbarovu qəbul etmək dən imtina edərək, eləcə də sonuncuya tibbi yardım göstərməkdən boyun qaçıraraq öz həkim borcuna vicdansız və laqeyd münasibət bəsləməklə, öz xidməti vəzifəsini yerinə yetirməyib M.C.Cabbarovun ən həlledici müddətdə, daha bir gün zəruri ixtisaslı tibbi müayinə və müalicədən kənarda qalmasına, ixtisaslı tibbi müdaxilə olunması üçün gecikdirilməsinə, bununla da artıq onda olan “İkitərəfli irinli-hemorragik pnevmoniya” xəstəliyinin poliorqan çatışmazlığı sindromu səviyyəsinə qədər inkişaf edərək letal nəticəyə doğru çatmasına səbəb olmuşdur. Bundan sonra, tibb xidməti polkovnik-leytenantı Məhkum çavuş N.F.Cəfərovun Qusar rayonunun Şirvanlı kəndi ərazisindən təcili tibbi yardım maşını ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına təxliyyə edilərək sonuncuya lazımı tibbi yardım edildiyini öyrənmiş, həmin xəstəxanaya getməyin zəruri olmadığını, dərhal xidmət yerinə qayıdıb əsgər Zərərçəkmiş şəxs təxirəsalınmaz tibbi yardım göstərməli olduğunu dərk etdiyi halda formal olaraq, qeyd edilən xəstəxanaya getmiş, xəstəxanada hərbi hissənin digər nümayəndələri olmasına baxmayaraq, bir neçə saat orada qalmış, 16 avqust N0NN-ci il tarixdə səhər saatlarında xidmət yerinə qayıdıb insan sağlamlığı və həyatı qədər vacib olmayan digər xidməti işləri ilə məşğul olmuş, nəhayət yalnız həmin gün səhər saat 09 radələrində Zərərçəkmiş şəxs qəbuluna çağırtdırmışdır. Əsgər Zərərçəkmiş şəxs onun qəbuluna gətirildikdən sonra, Məhkum müayinə nəticəsində Zərərçəkmiş şəxs bədən hərarətinin yüksək olduğunu, ağ ciyərlərində sərt tənəffüsün eşidildiyini müəyyən etdiyindən artıq sonuncunun təcili olaraq İİ səviyyəli tibbi yardım (təxirəsalınmaz terapevtik) və İİİ səviyyəli tibbi yardım (ixtisaslaşmış və yüksək texnologiyalı yardım) tələb edən müalicəyə ehtiyacı olması ona məlum olduğu halda, zəruri fəallıq və kifayət qədər operativ təşəbbüskarlıq göstərmədən, bir neçə saatdan sonra rentgen müayinəsi üçün sonuncunu Xaçmaz Rayon Mərkəzi Xəstənanasına göndərmişdir. Əsgər Zərərçəkmiş şəxs həmin gün, yəni 16 avqust N0NN-ci il tarixdə günorta saat 1N radələrində qeyd edilən xəstəxanada rentgen edilmiş, həmin vaxt onu rentgen edən həkimə bədən hərarətinin maksimal olaraq, 40 dərəcəyədək arabir yüksəldiyini, gün ərzində hərdən öskürək və bəlğəm olduğunu, özünü 4 gündür ki, narahat hiss etdiyini bildirmiş, həmin vaxt rentgen müayinəsi nəticəsində ona “ikitərəfli bronxopnevmoniya əlamətləri izlənilir” diaqnozu qoyularaq xidmət yerinə qaytarılmışdır. Əsgər Zərərçəkmiş şəxs xidmət yerinə qaytarıldıqdan sonra tibb xidməti polkovnikleytenantı Məhkum onun barəsində Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında tərtib edilmiş tibbi sənədlərlə tanış olaraq, ona “ikitərəfli bronxopnevmoniya əlamətləri izlənilir” diaqnozu qoyulduğunu görsə də, “Dövlət Sərhəd Xidmətində Tibbi Təminata dair” Təlimatın 6186N0-ci maddələrinin “Xəstə hərbi qulluqçuların müayinə və müalicəsi üçün müalicə müəssisələrinə düzgün və vaxtında göndərilməsində məsuliyyət hərbi hissənin tibb bölmə rəisinin üzərinə düşür. Təxirəsalınmaz tibbi yardıma ehtiyacı olanlar müalicə müəssisələrinə tibb bacısının (feldşerin, təlimatçı sanitarın), lazım gələrsə həkimin müşayiəti ilə təcili göndərilirlər. Ağır xəstəni müşayiət edən tibb işçisi yolda tibbi yardım üçün lazım ola biləcək dərman maddələri ilə təmin olunur. Təxirəsalınmaz ixtisaslaşdırılmış tibbi yardıma ehtiyacı olan xəstələrin vaxtında hospitalizasiyasını təmin etmək üçün hərbi hissədə yol vərəqi əvvəlcədən tərtib olunmuş avtomobil həmişə çıxışa hazır durmalıdır. Təcili və təxirəsalınmaz vəziyyətlərdə hərbi qulluqçuların yaxın müalicə müəssisəsinə çatdırmaq üçün yerli səhiyyə orqanının razılığı ilə təcili yardım nəqliyyatının istifadəsi nəzərdə tutulmalıdır” tələblərini pozub, Zərərçəkmiş şəxs səhhətinin kənar ağır olmasına baxmayaraq, öz həkim, eləcə də xidməti borcuna vicdansız və laqeyd münasibət bəsləməklə, öz xidməti vəzifələrini lazımı qaydada yerinə yetirməyib, sonuncuya heç bir tibbi yardım göstərmədən, vəziyyətinin ağırlığını düzgün qiymətləndirilmədən, lazımı diqqət və səy göstərərək sonuncunu təcili şəkildə İİ səviyyəli tibbi yardım (təxirəsalınmaz terapevtik) və İİİ səviyyəli tibbi yardım (ixtisaslaşmış və yüksək texnologiyalı yardım) həyata keçirən tibb müəssisəsinə təxliyyə etmək əvəzinə, təxliyyəni etinasız və ləng formada həyata keçirmiş, göstərilənlərlə yanaşı, Zərərçəkmiş şəxs təxliyyəsini tibb personalının müşayiəti ilə təmin olunmuş avtomobillə deyil, şəxsi avtomobillə yerinə yetirilməklə, sonuncunun ixtisaslı tibb müəssisəsinə, yəni Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalına yalnız həmin gün saat NN radələrində çatmasına, bununla da həmin vaxt Zərərçəkmiş şəxs ikitərəfli infeksion toksiki şok, tənəffüs çatışmazlığı, DDL (damardaxili laxtalanma) sindromu və ağciyər ödemi kimi qarşısıalınmaz ağırlaşmaların da yaranmasına səbəb olmuşdur. Tibb xidməti polkovnik-leytenantı Məhkum geridönüşü olmayan bütün bu səhlənkarlıq hərəkətləri nəticəsində 17 avqust N0NN-ci il tarixdə saat 4 radələrində vəziyyəti pisləşən əsgər Zərərçəkmiş şəxs görülmüş bütün reanimasyon tədbirlərə baxmayaraq, həmin gün təxminən saat 04:40-da Bakı şəhəri Nərimanov rayonu X1N küçəsi 99 ünvanda yerləşən qeyd edilən hospitalda “irinli traxeobronxitlə müşaiyət olunan, qram “müsbət” koklar və “klebesialla oxutoca” bakteriyaları tərəfindən törədilmiş hər iki ağ ciyərlərin qırmızı qaraciyərləşmə mərhələsində olan yayılmış irinli-hemorragik pnevmoniya” xəstəliyindən ölmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1N fevral N0N5-ci il tarixli qərarının ləğ v edilməsi və cinayət işinin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Kassasiya şikayətində göstərilmişdir ki, iş materiallarındakı sənədlər gizlədilmiş və şahid ifadələri saxtalaşdırılmışdır. Zərər çəkmiş mərhum əsgər Zərərçəkmiş şəxs hansı səbəbdən Dövlət Sərhəd Xidmətinin hospitalında xəstə kimi qeydiyyata alınmamasının səbəbləri araşdırılmamışdır. Hökmdə Səhiyyə Nazirliyi X10 xəstəlikləri inistitutu publik hüquqi şəxsi tərəfindən daxil olmuş xx.xx.N0N4-cü il tarixli məktuba istinad edilməmişdir. Həmçinin, şikayət müəllifi qeyd edir ki, xx.xx.N0NN-ci il tarixdə əsgər M.X6 Xidmətinin hərbi hospitalına gətirilməsi zamanı şahidlərin verdiyi ifadələrdəndə görünür ki, onun halı yaxşı olmuş, hətta hərbi hospitalda öz xi dmət yoldaşının nəqliyyat vasitəsindən düşürülməsinə qaldırılmasına köməklik etmişdir. İş üzrə dindirilmiş hərbi hospitalın həkimi Yeseniyə Xəlilova bildirmişdir ki, əsgər Zərərçəkmiş şəxs hospitala gələrkən vəziyyəti normal, bədən hərarəti isə 36.8 olmuş, onun adına xəstəlik tarixçəsi açılmamış və onun pnevmaniya xəstəliyinə yoluxmasını nəzərə alıb ona seftriakson adlı antibiotik vurmuşdur. Səhiyyə Nazirliyi X10 xəstəlikləri inistitutu publik hüquqi şəxsi tərəfindən daxil olmuş xx.xx.N0N4-cü il tarixli məktubdan görünür ki, seftriakson adlı antibiotik insan orqanizmində sefalospirinlərə qarşı olan hiperhəssaslıq, anamnezdə hər hansı bir reaksiyanın olması kimi əks göstərişləri mövcuddur. Qeyd edilməlidir ki, ibtidai istintaq zamanı seftriakson adlı antibiotikin hər hansı şok effekti vermə diyi göstərilsə də, nəzərə alınmalıdır ki, məhkəmə istintaqı ibtidai istintaqdan asılı deyidir və istinad olunan məktubda göstərilən əks göstərişlərin mərhum Zərərçəkmiş şəxs münasibətdə təsir edibetməməsi məsələsinin araşdırılması ilə bağlı ekspertizanın təyin edilməsi barədə verilmiş vəsatətlər təmin edilməmiş və onun ölümü ilə həkim Məhkum hərəkətləri və ya hospitalın əməkdaşlarının səhlənkarlığı arasında səbəbli əlaqənin olub-olmaması məqamı şübhəli olaraq qalmışdır. Bununla belə şikayət müəllifi hesab edir ki, məhkəmələr Məhkum ibtidai istintaq zamanı müdafiəçisinin olmadığını, ekspert rəyinin sonuncu bəndini və bu kimi digər mühüm halları nəzərə almamışlar. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçi Vəkil3, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işi n halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Müdafiəçi tərəfindən verilmiş şikayətdə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1N fevral N0N5-ci il tarixli qərarının ləğv edilməsi və cinayət işinin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Azərbaycan Respublikası CM-in 34N.1-ci maddəsinə əsasən “rəisin və ya vəzifəli şəxsin öz xidməti borcuna vicdans ız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda” əməlinə görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-in 34N.1-1-ci maddəsində əsasən “eyni əməllər ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda” cinayət məsuliyyəti müəyyən edilmişdir və sözügedən əməl iki ildən beş ilədək müddətinə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin NN1.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun N0 may N011-ci il tarixli qərarında g östərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N44.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 mart N011-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən e tməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 9 sentyabr N005-ci il tarixli qərarınd a qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in N8.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar N009-cu il, “Xirvisari Finlandiyaya qarşı” N7 sentyabr N001-ci il, “X5rşı” 09 dekabr 1994-cü il və “Hacianastassio n Yunanıstana qarşı” 16 dekabr 199N-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin hə yata keçirildiyini göstərən yeganə vasitədir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinsipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Şikayətdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən Məhkum əməli mötəbərliyi heç bir şübhə do ğurmayan, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla, yəni zərər çəkmiş şəxsin hüquqi varisi və şahid ifadələri, ekspert rəyləri və bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan hüquqlarının və əsas azadlıqların m üdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası iş materiallarını bir daha təhlil edərək belə qənaətə gəlir ki, işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları onların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə qiymətləndirib CPM-in 146-cı maddəsinə əsasən həmin sübutların Məhkum tərəfindən ittiham edildiyi cinayətin törədilməsinə dair onun təqsirliliyinin müəyyən edilməsi üçün kifayət etməsi haqqında düzgün nəticəyə gəlmişlər. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamasa da, bəzi xüsusatların qeyd olunmasını zəruri hesab edir. Cinayət işinin materiallarından görünür ki, iş üzrə təyin edilmiş komisyon məhkəmətibbi ekspertizasının 11 noyabr N0NN-ci il tarixli K/300-N0NN nömrəli rəyinin 9 və 10-cu bəndlərində göstərilmişdir ki, mərhum əsgər Zərərçəkmiş şəxs hərbi hissə səviyyəsində göstərilən tibbi yardımlar zamanı buraxılmış qüsurlar aşağıdakılardan ibarət olmuşdur: Xəstə hərbi hissənin tibb məntəqəsinə qəbul olunarkən onun adına xəstəlik tarixi açılmamışdır ki, bu da xəstəliyin d inamikasını xronoloji olaraq izləməyə və xəstənin vəziyyətinin ağırlığını qiymətləndirməyə imkan verməmişdir. Xəstənin stasionar müalicə müddəti yarımçıq və səmərəsiz olduğundan (Hərbi qulluqçuların nozoloji formalara görə orta müalicə müddəti haqqında siyahının tələblərinə görə, “Yuxarı tənəffüs yollarının çoxlokalizasiyalı kəskin infeksiyaları” zamanı orta müalicə müddəti 8-10 gün, “Yuxarı tənəsffüs yollarının kəskin infeksiyaları” ilə müalicə alan xəstənin orta müalicə müddəti isə 4-8 gün təşkil edir), ölümə səbəb olan sonrakı ağırlaşmaların inkişaf etməsinə təkan vermişdir. Stasionar müalicə dövründə xəstənin vəziyyətinin ağırlığı, fəsadların olması və digər orqanlarda dəyişikliklərin olması qiymətləndirilməmişdir. xx.xx.N0NN-xx.xx.N0NN-ci il tarixdə stasionar müalicənin sonunda xəst ənin rentgen müayinədən keçirilməsi ilə sağalmanın kriteriyası təyin edilə bilərdi. Xəstə stasionardan ətraflı müayinə olunmadan yazılmışdır, hansı ki, ətraflı müayinə olunsaydı, dərinləşdirilmiş instrumental tibbi müdaxilə tələb etməyən və tibb məntəqəsi səviyyəsində aşkara çıxarılması mümkün olan, həmin dövrdə stasionar müalicənin davam etdirilməsi və çoxlokalizasiyalı ağırlaşmaların inkişafı üçün əhəmiyyətli kriteriya hesab olunan tonzillit, traxeit və plevrit kimi ağırlaşmaları da təyin etmək mümkün olardı. xx.xx.N0NN və xx.xx.N0NN-ci il tarixlərdə təkrar müraciətləri dövründə pnevmoniya və digər ağırlaşmalar və eyni zamanda təxirəsalınmaz tibbi müayinə və müalicəyə ehtiyacı olduğu halda, xəstə stasionara qəbul edilməmiş və nəticədə xx.xx.N0NN-ci il tarixədək həkim nəzarətindən kənarda qalmışdır. Həmin dövrlərdə, istər xx.xx.N0NN-ci il və istərsə də, xx.xx.N0NN-ci il tarixlərdə xəstəyə müvafiq yardım göstərilməklə, İİ səviyyəli tibbi yardım (təxirəsalınmaz terapevtik) və İİİ səviyyəli tibbi yardım (ixtisaslaşmış və yüksək texnologiyalı yardım) həyata keçirən tibb müəssisəsinə təxliyə olunmalı idi. Xəstəyə əks göstəriş olduğu halda, xx.xx.N0NN-ci il tarixdə COVİD-19 infeksiyasına qarşı vaksinasiya edilmişdir. xx.xx.N0NN-ci il tarixdə Zərərçəkmiş şəxs İİ səviyyəli tibbi yardım (təxirəsalınmaz terapevtik) və İİİ səviyyəli tibbi yardım (ixtisaslaşmış və yüksək texnologiyalı yardım) tələb edən ikitərəfli hemorragik-irinli pnevmoniya kimi ağırlaşmanın mövcud olması, hərbi hissə komandirinə və tibb xidməti rəisinə məlum olduğu halda, xəstənin vəziyyəti düzgün qiymətləndirilməd ən, tibb personalının müşayiəti ilə təmin olunmuş avtomobillə deyil, xəstənin təxliyəsi şəxsi avtomobillə yerinə yetirilmişdir. Bununla da, N nömrəli hərbi hissədə Zərərçəkmiş şəxs müayinə, müalicə və təxliyəsi zamanı buraxılmış qüsurlarla, onun ölümü arasında birbaşa səbəbli əlaqə vardır, yuxarıdakı bəndlərdə göstərildiyi kimi Zərərçəkmiş şəxs hərbi hissədə tam və adekvat tibbi yardım göstərilərək, vaxtında ixtisaslı müayinə və müalicə üçün təxliyə olunsaydı, onun düçar olduğu KRİ xəstəliyi həyat üçün təhlükəli olan fəsadlarla ağırlaşmazdı, ağırlaşsa belə, xəstəliyin erkən dövrlərində yuxarıda göstərilən tədbirlər göstərildiyi halda, xəstəliyin bu mərhələsində ölümün qarşısı alına bilərdi. Bundan əlavə, iş üzrə təyin edilmiş təkrar komission məhkəmə-tibbi ekspertizasının xx.xx.N0N3-cü il tarixli KEŞ-171 nömrəli rəyinin nəticə hissəsində göstərilmişdir ki, ümumiyyətlə, N nömrəli hərbi hissədə Zərərçəkmiş şəxs müayinə, müalicə və təxliyyəsi zamanı buraxılmış qüsurlarla, onun ölümü arasında birbaşa səbəbli əlaqə vardır. Yuxarıdakı bəndlərdə göstərildiyi kimi, Zərərçəkmiş şəxs hərbi hissədə tam və adekvat tibbi yardım göstərilərək, vaxtında ixtisaslı müayinə və müalicə üçün təxliyə olunsaydı, onun düçar olduğu “KRİ xəstəliyi” həyat üçün təhlükəli olan fəsadlarla ağırlaşmazdı, ağırlaşsa da belə, xəstəliyin erkən dövrlərində yuxarıda göstərilən tədbirlər göstərildiyi halda, xəstəliyin bu mərhələsində ölümün qarşısı alına bilərdi. Hərbi hissədə tibbi xidmətə cavabdeh şəxslər – hərbi hissənin tibb xidməti rəisi, tibb məntəqə rəisi, növbətçi həkim və müalicə həkimidir. Zərərçəkmiş şəxs hərbi hissə səviyyəsində göstərilən tibbi yardımlar zamanı buraxılmış qüsurlar bunlardan ibarətdir: Xəstə hərbi hissənin tibb məntəqəsinə qəbul olunarkən onun adına xəstəlik tarixi açılmamışdır ki, bu da xəstəliyin dinamikasını xronoloji olaraq izləməyə və xəstənin vəziyyətinin ağırlığını qiymətləndirməyə imkan verməmiş, xəstənin stasionar müalicə müddəti yarımçıq və səmərəsiz olduğundan (hərbi qulluqçuların nozoloji formalara görə orta müalicə müddəti haqqında siyahının tələblərinə görə, “Yuxarı tənəffüs yollarının çoxlokalizasiyalı kəskin infeksiyaları” zamanı orta müalicə müddəti 8-10 gün, “Yuxarı tənəffüs yollarının kəskin infeksiyaları” ilə müalicə alan xəstənin orta müalicə müddəti isə 4-8 gün təşkil edir), ölümə səbəb olan sonrakı ağırlaşmaların inkişaf etməsinə təkan vermiş, s tasionar müalicə dövründə xəstənin vəziyyətinin ağırlığı, fəsadların olması və digər orqanlarda dəyişikliklərin olması qiymətləndirilməmişdir. xx.xx.N0NN-xx.xx.N0NN-ci il tarixlərdə stasionar müalicənin sonunda xəstənin rentgen müayinədən keçirilməsi ilə sağalmanın kriteriyası təyin edilə bilərdi. Eyni zamanda xəstə stasionardan ətraflı müayinə olunmadan yazılmışdır. Hansı ki, ətraflı müayinə olunsaydı, dərinləşdirilmiş instrumental tibbi müdaxilə tələb etməyən və tibb məntəqəsi səviyyəsində aşkara çıxarılması mümkün olan, həmin dövrdə stasionar müalicənin davam etdirilməsi və çoxlokalizasiyalı ağırlaşmaların inkişafı üçün əhəmiyyətli kriteriya hesab olunan tonzillit, traxeit və plevrit kimi ağırlaşmaları da təyin etmək mümkün olardı. xx.xx.N0NN-ci il və xx.xx.N0NN-ci il tarixlərdə təkra r müraciətləri dövründə pnevmoniya və digər ağırlaşmalar və eyni zamanda təxirəsalınmaz tibbi müayinə və müalicəyə ehtiyacı olduğu halda, xəstə stasionara qəbul edilməmiş və nəticədə xx.xx.N0NN-ci il tarixədək həkim nəzarətindən kənarda qalmışdır. Həmin dövrlərdə, istər xx.xx.N0NN-ci il və istərsə də xx.xx.N0NN-ci il tarixlərdə xəstəyə müvafiq yardım göstərilməklə, İİ səviyyəli tibbi yardım (təxirəsalınmaz terapevtik) və İİİ səviyyəli tibbi yardım (ixtisaslaşmış və yüksək texnologiyalı yardım) həyata keçirən tibb müəssisəsinə təxliyə olunmalı idi. Xəstəyə əks göstəriş olduğu halda, xx.xx.N0NN-ci il tarixdə COVİD-19 infeksiyasına qarşı vaksinasiya edilmişdir. xx.xx.N0NNci il tarixdə Zərərçəkmiş şəxs İİ səviyyəli tibbi yardım (təxirəsalınmaz terapevtik) və İİİ səviyyəli tibbi yardım (ixtisas laşmış və yüksək texnologiyalı yardım) tələb edən ikitərəfli hemorragikirinli pnevmoniya kimi ağırlaşmanın mövcud olması, hərbi hissə komandirinə və tibb xidməti rəisinə məlum olduğu halda, xəstənin vəziyyəti düzgün qiymətləndirilmədən, tibb personalının müşayiəti ilə təmin olunmuş avtomobillə deyil, xəstənin təxliyəsi şəxsi avtomobillə yerinə yetirilmişdir. Apellyasiya baxışı zamanı keçirilmiş təkrar komisyon məhkəmə-tibbi ekspertizasının 10 dekabr N0N4-cü il tarixli rəyi ilə də Məhkum təqsirliliyi kifayət qədər öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası hesab edir ki, işin faktiki halları, o cümlədən işin məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlar Məhkum əməlində CM-in 34N.1-1-ci maddəsinin tərkibinin olduğunu təsdiq edir. Məhkəmə kollegiyası cinayət işinin materiallarına və cinayət qanunu normalarının tələblərinə əsaslanaraq hesab edir ki, məhkəmələr iş üzrə toplanmış sübutlara qiymət verərək əsaslı olaraq Məhkum əməlini CM-in 34N.1-1-ci maddəsi ilə tövsif edib həmin maddə ilə məhkum etmişlər. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın növünə və həddinə də münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, məhkuma cəza təyin edilərkən törədilmiş cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, o cümlədən himayəsində azyaşlı övladının olmasını cəzasını yüngülləşdirən hal kimi, Azərbaycan Respublikası CMin 61-ci maddəsinə əsasən, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alınmaqla onun təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilmişdir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil e dərək məhkəmələrin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkum barəsində toplanmış sübutları ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırmış və məhkəmələr onların hər birini ayrı-ayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarları qəbul etmişlər. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzaya münasibətdə qeyd edir ki, cəza məhkumun törətdiyi əməlin sanksiyasına uyğun ədalətli təyin edilmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinin pozulması, bu səbəbdən də CPMin 416.1.1-416.1.3-cü maddələrində nəzərdə tutulmuş əsasların olması barədə dəlillərini də əsassız hesab edir ona görə ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiya məhkəməsinin mübahi sələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1-1(103)-N/N0N5 nömrəli 1N fevral N0N5-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayət təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kasassiya şikayəti təmin edilməsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1-1(103)N/N0N5 nömrəli 1N fevral N0N5-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1-1(102)-74/2025
Ali Məhkəmə Qərar — İş №1-1(102)-74/2025
26.09.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver