Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-77/2024 24.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Cəfərov İlqar Xanlar oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balayeva Zəhra İbrahim qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının, Şahidin iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1-1(107)-1/2024 nömrəli, 20 fevral 2024-cü il tarixli qərarından Şahid tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı q ərarı qəbul etdi. I. İşin halları
1. Məhkum XX XX XX il tarixdə Bakı şəhərində anadan olmuş, Аzərbаycаn Rеspublikаsının vətəndаşı, məhkumluğu olan, orta təhsilli, subay, X1-də məsul icraçısı vəzifəsində xidmət etmiş, kiçik gizir, X1 ünvanında qeydiyyatda olmaqla yaşamışdır. 2. 18 sentyabr 2021-ci il tarixli ittiham aktına görə Məhkuma Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 178.2.2, 178.2.3, 178.2.4 və 32.4,312.2-ci maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 18 oktyabr 2021-ci il tarixdə Tərtər Hərbi Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi açıq məhkəmə baxışına təyin olunmuşdur
4. Birinci instansiya məhkəməsi t ərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum şəxsi xidməti vəzifəsinin icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi müqabilində vəzifəli şəxsə onun özü üçün birbaşa, vasitəçidən istifadə etməklə maddi nemət verilməsi, yəni təkrarən rüşvət verməyə təhrik etmiş və qəsdən, təkrarən tamah və sair şəxsi niyyətlə etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə, həmçinin öz qulluq mövqeyindən istifadə etməklə özgənin xeyli miqdarda əmlakını əvəzsiz və qanunsuz ələ keçirməklə dələduzluq etmişdir.
5. Tərtər Hərbi Məhkəməsinin 1-1(098)-26/2022 nömrəli, 01 mart 2022-ci il tarixli hökmü ilə Məhkumun Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3, 178.2.4 və 32.4,312.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 1 78.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 32.4,312.2-ci maddəsi ilə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaqla qəti olaraq 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Tərtər Hərbi Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli hökmü ilə təyin edilmiş 5000 (beş min) manat cərimə cəzasının yeni hökm üzrə təyin edilmiş 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə tam birləşdirilməklə üzərində qəti olaraq 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının və 5000 (beş min) ma nat cərimə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 10 dekabr 2020-ci il tarixdən hesablanması, cərimə cəzasının Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən müstəqil icra olunması hökm edilmiş, xüsusi müsadirə, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.
6. Hökmdən şahid Şahid apellyasiya şikayəti verib, hökmün ona aid hissədə dəyişdirilərək ləğv edilməsi, onun iş üzrə zərərçəkmiş şəxs qismində tanınması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şahidin daxili işlər orqanlarına şikayəti əsasında araşdırma aparılmış, sonradan həmin iş Balakən hərbi prokurorluğunda istintaq olunan cinayət işinə birləşdirilərək istintaqı davam etdi rilmişdir və o, cinayət işi üzrə şahid kimi tanınmışdır. Buna etiraz edib məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs kimi tanınmasına dair vəsatətlər, ərizələr və şikayətlər təqdim etməsinə baxmayaraq məhkəmənin hökmü ilə cinayət işindəki statusu dəyişdirilməmiş, kifayət qədər əsaslar olmasına baxmayaraq məhkəmə istintaq orqanının qərarının dəyişdirilməsinə dair qərar qəbul etməkdən imtina etmişdir. O, uzun müddət Dövlət Sərhəd Xidmətində zabit olaraq xidmət etmiş və xəstəliyi ilə əlaqədar ehtiyata buraxılmışdır. Müalicə alıb sağaldıqdan sonra əvvəlki işinə bərpa oluna bilmədiyinə görə özü və övladlarının iş şəraitini yaxşılaşdırmaq niyyəti barədə tanışı, özünü işədüzəltmə üzrə ixtisaslaşan və işədüzəltmə bürosu olan şəxs kimi təqdim edən Məhkum ilə məsləhətləşmişdir. Sonuncu bu işdə ona kö məklik göstərə biləcəyini vurğulayaraq, özünün yaxşı maaşlı iş yerləri olan dövlət və qeyri-dövlət qurumları olan təşkilatlarla əlaqələrinin olduğunu və boşalan vakant iş yerləri barədə onun bürosuna məlumatlar gəldiyini bildirmiş, bu minvalla onun etibarını qazanmış, ancaq buna görə müəyyən məbləğdə vəsaitin ödənilməsinin vacibliyini qeyd etmişdir. O, qardaşı ilə məsləhətləşərək bu işin həll olunması üçün vəsaitinin hissə-hissə həmin Məhkuma xidmət haqqı olaraq ödənilməsinə razılaşmış, ayrı-ayrı vaxtlarda pulu sonuncunun kart hesabına və poçt vasitəsilə ünvanına, nağd qaydada özünə, eləcə də özünün təkid etdiyi şəxsin adına və kart hesabına ödəmişdir.
8. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1-1(107)-1/2024 nömrəli, 20 fevral 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayə ti təmin edilməmiş, Tərtər Hərbi Məhkəməsinin 1-1(098)-26/2022 nömrəli, 01 mart 2022-ci il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
9. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Şahid və digər şəxslər birgə kassasiya şikayətləri vermişlər.
10. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1-1(107)-1/2024 nömrəli, 07 avqust 2024-cü il tarixli qərarı ilə Şahid və digər şəxslər tərəfindən verilmiş kassasiya şikayətinin Şahidə münasibətdə mümkün hesab edilməsi, digər şəxslərə münasibətdə isə qeyri-mümkün hesab edilməsi qərara alınmış və kassasiya şikayətinin baxılması üçün kassasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
11. Kassasiya şikayətinin dəlilləri apel lyasiya şikayətinin dəlilləri ilə eynidir, Şahid əvvəllər qaldırdığı məsələləri təkrarlamaqla, məhkəmə kollegiyasından Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1-1(107)-1/2024 nömrəli, 20 fevral 2024-cü il tarixli qərarının ləğv edilməsi, onun zərərçəkmiş şəxs kimi tanınması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
12. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
13. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CPM”) 419.1-ci maddəsində kassasiya instansiyası məhkəməsinin kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxarkən, müraciətin dəlillərindən asılı olmayaraq hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətb iqinin düzgünlüyünün yoxlanılması vəzifəsi müəyyən edilir.
14. İstinad edilən tələbə əsaslanmaqla məhkəmə kollegiyası Şahidin kassasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1-1(107)-1/2024 nömrəli, 20 fevral 2024-cü il tarixli qərarı yoxlayıb, araşdırmanın nəticəsi olaraq həmin qərarı qanuni və əsaslı hesab edir.
15. Belə qənaətə gələrkən məhkəmə kollegiyası nəzərə alır ki, “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 352 nömrəli, 19 yanvar 2006-cı il tarixli Fərmanının 6-cı bəndi ilə Azərbaycan Respublikasının Al i Məhkəməsinə, Azərbaycan Respublikasının apellyasiya məhkəmələrinə və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) presedent hüququnun məhkəmə təcrübəsində nəzərə alınması tövsiyə edilmişdir.
16. Həmin tövsiyəyə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, Avropa Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində təsbit edilmiş məqsədlərin təmin edilməsi baxımından, yuxarı instansiya məhkəmələrinin (adətən, məhkəmə baxışının predmetinı yalnız hüquqi məsələlər təşkil etdiyi kassasiya instansiyası məhkəmələri) şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri qəbul edilən hesab oluna bilər o halda ki, şikayətdə fundamental vacib hüquqi məsələ qaldırılmır (Məzahir Cəfərov Azərbaycana qarşı, № 39331/09, § 45, 2 aprel 2020-ci il).
17. Məhkəmə kollegiyası qeyd edir ki, baxılan kassasiya müraciətinin dəlilləri Şahidin birinci instansiya məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayətində qaldırılan iddialarla eynilik təşkil edir, apellyasiya müraciətinin araşdırılması nəticəsində qəbul edilmiş apellyasiya instansiyası məhkəməsinin qərarında onlara müvafiq əsaslandırma təmin edilməklə cavablandırma verilmişdir.
18. Baxılan kassasiya müraciətində qaldırılan məsələ üzrə apellyasiya instansiyası məhkəməsinin yekun qənaəti iş materiallarının obyektiv araşdırmasına, müvafiq maddi və prosessual cinayət-hüquqi normaların düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətində g östərilənlər isə həmin nəticələri təkzib etmədiyindən, eyni zamanda mübahisələndirilən qərarda onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində sadalanan əsaslardan hər hansı biri müəyyən edilmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin müvafiq qənaətini şübhə altına almaq üçün əsas görmür.
19. Apellyasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ilə razılaşan məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, cinayət işinin materiallarında olan Zaqatala hərbi prokuroru tərəfindən 13 sentyabr 2021-ci il tarixdə qəbul edilmiş “Cinayət təqibinin başlanmasının rədd edilməsi haqqında” qərardan (c.6, səh. 239-255) göründüyü kimi, Şahidin rüşvət vermə barədə könüllü olaraq məlumat verdiyinə görə Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinin tələbləri əsas götürülməklə barəsində Azərbaycan Respublikası CM-nin 312.1-ci maddəsi ilə cinayət təqibinin başlanılmasına həmin maddənin Qeyd hissəsinə əsasən rədd edilməsi barədə qərar qəbul edilmiş, həmin qərarın surəti eyni tarixli, 210820015 nömrəli məktubla (c. 6, səh. 212) ona göndərilmişdir.
20. Müvafiq olaraq o, ibtidai istintaq dövründə və birinci instansiya məhkəməsində icraat zamanı aparılan cinayət təqibi üzrə şahid qismində iştirak etmiş, 5 yanvar 2021 il tarixdə Tərtər Hərbi Məhkəməsinə vəsatətlə (c. 7, səh. 223-224) müraciət edib zərərçəkmiş şəxs qismində tanınmasını xahiş etsə də, məhkəmə protokol qaydasında qəbul etdiyi qərarı ilə (c. 7, səh. 249-250) haqlı olaraq bu vəsatəti təmin etməmişdir ona görə ki, həmin dövrdə qüvvədə olmuş maddi və prosessual c inayət-hüquqi normalara (əvvəlki paraqrafda istinad edilmişdir), eləcə də mövcud məhkəmə təcrübəsinə görə onun zərərçəkmiş şəxs qismində tanınaraq cinayət prosesinə cəlb edilməsi mümkünsüz idi.
21. Düzdür, Məhkumun məhkum edilməsinə dair Tərtər Hərbi Məhkəməsinin 11(098)-26/2022 nömrəli, 01 mart 2022-ci il tarixli hökmünün 28 mart 2022-ci il tarixdə qanuni qüvvəyə minməsindən sonra 14 iyul 2022-ci il tarixdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Qərarı qəbul edilmiş və bu Qərarda Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası prinsipi baxımından rüşvət verən şəxsin Azərbay can Respublikası CM-nin 312-ci maddəsinin Qeyd hissəsinə uyğun olaraq rüşvət vermə haqqında müvafiq dövlət orqanına könüllü məlumat verdiyinə görə cinayət məsuliyyətindən azad edildiyindən, barəsində törədilmiş dələduzluq cinayət işi üzrə onun zərərçəkmiş qismində tanınmasının mümkün hesab edilməli olduğuna dair yeni şərh verilmişdir.
22. Lakin Konstitusiya Məhkəməsi Plenumunun bu qərarının qəbul edilməsindən sonra həmin qərarda verilmiş şərhin qanuni qüvvəyə minmiş məhkəmə aktlarına da münasibətdə geriyə şamil edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin icraatına daxil olan xeyli sayda kassasiya şikayətlərinə cavab olaraq aşağıda təsviri verilən vahid məhkəmə təcrübəsi formalaşmışdır.
23. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 149-cu maddəsinin VII hissəsi fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən “normativ hüquqi aktlar”ın qüvvəsinin geriyə şamil edildiyini təsbit etməklə, Konstitusiyanın 148-ci maddəsində sadalanmaqla məhz normativ hüquqi aktlar kimi təsnif edilən hüquqi aktların qüvvəsinin geriyə şamil edilməsi imkanını nəzərdə tutmuşdur (normativ hüquqi aktlar sırasında göstərilmədiyi üçün hər hansı bir başqa aktın, o cümlədən istənilən məhkəmə qərarının və yaxud normativ xarakterli aktın deyil). 24. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun (bundan sonra - Konstitusiya Qanunu) 1.0.1, 1.0.3, 2 və 4-cü maddələrində də Konstitusiyanın 148 və 149-cu maddələrində olduğu kimi normativ hüquqi aktlarla normat iv xarakterli aktlar fərqləndirilmiş və 87-ci maddəsində müstəsna olaraq normativ hüquqi aktların qüvvəsinin geriyə şamil edilməli olduğu təsbit edilmiş, normativ xarakterli aktların və yaxud məhkəmə qərarlarının qüvvəsinin geriyə şamil edilməsi isə nəzərdə tutulmamışdır.
25. Belə ki, Konstitusiya Qanununun 87.1-ci maddəsində təsbit edilmişdir ki, normativ hüquqi aktın geriyə qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin VII hissəsi ilə tənzimlənir.
26. Konstitusiya Qanununun 87.2-ci maddəsinə görə isə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilib-göstərilməməsindən asılı olmay araq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir.
27. Konstitusiya Qanununun 4.1.1-ci maddəsinə ilə müəyyən edilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III hissəsinin 1-7-ci bəndlərinə və IV hissəsinə əsasən qəbul edilmiş Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarları normativ xarakterli akt hesab edilir.
28. Bu maddədə istinad olunan Konstitusiyanın 130-cu maddəsinin III hissəsinin 1-7ci bəndlərində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin səlahiyyətli subyektlərin müraciətlərinə əsasən baxdığı müvafiq hüquqi aktların Konstitusiyaya, qanunvericilik sisteminə daxil olan və daha üstün hüquqi qüvvəyə malik olan normativ hüquqi aktlara uyğun olub-olmamasının yoxlanılmasından bəhs olunur.
29. Konstitusiyanın 130-cu madd əsinin IV hissəsi Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikası Baş Prokurorluğunun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sorğusu əsasında Azərbaycan Respublikasının Konstitusiyasını və qanunlarını şərh etmək səlahiyyətini təsbit edir.
30. Məhkəmələrin isə Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş qaydada insan hüquq və azadlıqlarının həyata keçirilməsi məsələləri ilə bağlı Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərh edilməsi haqqında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət etmək hüququ Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsində təsbit edilmişdir.
31. Konstitusiyanın və Konstitusiya Qanununun istinad edilən normalarına görə psevdorüşvətçiliyə təhriklə bağlı olan dələduzluğun Azərbaycan Respublikası CM-nin 178 və 32.4, 312-ci maddələrinin məcmusu üzrə tövsifi məsələsinin (yəni Azərbaycan Respublikası CM-nin həmin normalarının) şərh edildiyi Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Baş Prokurorluğunun Konstitusiyanın 130-cu maddəsinin IV hissəsinə müvafiq olaraq verdiyi sorğu əsasında qəbul etdiyi “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1 və 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 iyul 2022-ci il tarixli Qərarı normativ xarakterli akt kimi çıxış edir.
32. Beləliklə də, Konstitusiya Məhkəməsinin qeyd edilən aktlarından hər hansı biri normativ hüquqi akt hesab olunmadığı üçün onların hüquqi qüvvəsinin geriyə şamil edilməsi istisna olunur. 33. “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununda da (o cümlədən Konstitusiya Məhkəməsinin aktlarına həsr olunmuş 8-ci fəsillində və bu fəsildə yerləşən 66.2 və 67-ci maddələrdə) Konstitusiya Məhkəməsi Plenumunun qərarlarının və Konstitusiya Məhkəməsi Palatasının qərardadlarının qüvvəsinin geriyə şamil edilməsini ehtiva edən norma nəzərdə tutulmamışdır.
34. Bundan başqa, Konstitusiya Məhkəməsi Plenumunun bir sıra (mülki, kommersiya işləri ilə bağlı olan) qərarlarında əksini tapmış müddəalara görə Konstitusiya Məhkəməsinin (həmin sahələr üzrə) formalaşmış hüquqi mövqeyi ondan ibarətdir ki, Konstitusiya Məhkəməsinin aktlarının hüquqi qüvvəsi müstəsna olaraq həmin aktların qəbul edilməsindən sonra yaranan hüquq münasibətlərinə şamil edilməlidir (məsələn, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 2008-ci il 27 may tarixli Qərar).
35. Həmçinin müvafiq sahəvi qanunvericilik də müstəsna olaraq normativ hüquqi aktların qüvvəsinin geriyə şamil edilməsi imkanını tanıyır.
36. Belə ki, Azərbaycan Respublikası CM-nin 10.3-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üs tündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir.
37. Eləcə də şərh edilən mövqeyə görə Konstitusiya Məhkəməsinin qərarının qüvvəsinin geriyə şamil edilmədiyi (yəni bu baxımdan normativ hüquqi aktla müqayisədə fərqli xarakterli akt olduğu) həm də ondan görünür ki, əgər şəxsin vəziyyətini yaxşılaşdıran istənilən yeni normativ hüquqi aktın qüvvəsinin geriyə şamil edilməsi həm Konstitusiyada, həm “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununda, həm də sahəvi qanunvericilikdə ümumtətbiqedilən qayda olaraq nəzərdə tutulmuşsa və bu səbəbdən şəxsin vəziyyətini yaxşılaşdıran istənilən yeni normativ hüquqi akt (yeni norma) onun qəbul edilməsindən əvvəl qanuni qüvvəyə minmiş (yeni norma ilə əlaqəsi olan) istənilən məhkəmə hökmlərinə yenidən baxılmasını şərtləndirən əsas kimi götü rülürsə, Konstitusiya Məhkəməsinin hansı qərarlarının bu qərarların qəbul edilməsindən əvvəl çıxarılmış (dəqiq müəyyən olunmuş və yaxud qeyri-məhdud dairədə) məhkəmə qərarlarına təsirinin olduğu qanunvericilikdə dəqiqliyi ilə təsbit edilmişdir.
38. Belə xüsusiyyətə yalnız “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 66.4-cü və Azərbaycan Respublikası CPM-nin 455.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarlarının və ya məhkəməyə müraciət etmək hüququnu pozan məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyası və qanunlarına uyğun olmayan hesab edilməsi haqqında Konstitusiya Məhkəməsinin qərarı, habelə Azərbaycan Respublikası CPM-nin 455.0.3-cü maddəsinə əsasən məhkəmənin tətbiq etdiyi normativ hüquqi aktın Azərbaycan Respublikasının Konstitusiyasına, qanunla rına və müvafiq icra hakimiyyəti orqanları tərəfindən qəbul edilmiş normativ hüquqi aktlara uyğun olmayan hesab edilməsi haqqında Konstitusiya Məhkəməsinin qərarları malikdir.
39. Belə ki, “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 66.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğun olmayan hesab edilmiş məhkəmə aktları icra edilməməli və müvafiq məhkəmə işlərinə Azərbaycan Respublikasının prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yenidən baxılmalıdır.
40. Azərbaycan Respublikası CPM-nin 455.0.1-ci maddəsi Konstitusiya Məhkəməsində baxılma predmeti olmuş və müvafiq məhkəmə aktı Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğun olmayan hesab edilmiş konkret işə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunda Konstitusiya M əhkəməsinin qərarına əsasən yenidən baxılmasını, Azərbaycan Respublikası CPM-nin 455.0.3-cü maddəsi isə Konstitusiya Məhkəməsi tərəfindən normativ hüquqi aktın Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına və müvafiq icra hakimiyyəti orqanları tərəfindən qəbul edilmiş normativ hüquqi aktlara uyğun olmayan hesab edilməsi ilə əlaqədar həmin normativ hüquqi aktın tətbiq edildiyi (qeyri-məhdud dairədə) bütün məhkəmə işlərinə Ali Məhkəmənin Plenumunda yenidən baxılması imkanını ehtiva edir.
41. Qeyd olunan normalara əsasən Konstitusiya Məhkəməsinin başqa aktları, o cümlədən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiyasının 130-cü maddəsinin istər IV hissəsinə, istərsə də VI hissəsinə müvafiq olaraq verilmiş sorğ u və müraciətlər üzrə qərarları hər qüvvəyə minmiş məhkəmə qərarına yenidən baxılmasını tələb edən qərarlar kimi çıxış etmir.
42. Əslində, Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən (məhkəmə işlərinə yenidən baxılmasını şərtləndirən) qərarlar çıxarmaq səlahiyyətinə malik olması da həmin qərarları qüvvəsi geriyə şamil edilə bilən qərarlar kimi səciyyələndirmək üçün əsas vermir. Çünki Konstitusiya Məhkəməsinin bu cür qərarlar çıxarması Azərbaycan Respublikası CPM-nin 455.0.1 və 455.0.3-cü maddələrinə əsasən qərarın qüvvəsinin geriyə şamil edilməsi qaydasında deyil, insan hüquq və azadlıqlarının pozulması ilə bağlı müəyyən edilən yeni hala görə Azərbaycan Respublikası CPM-nin LIII fəsillində nəzərdə tutulmuş qaydada işlərə yenidən baxılmasını şərtləndirir.
43. Yuxarıda təsvir edilən əsasl ara Ali Məhkəmənin hüquqi mövqeyi formalaşaraq belə nəticə ilə yekunlaşmışdır ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 iyul 2022-ci il tarixli Qərarı qanuni qüvvəyə minmiş məhkəmə aktlarına hər hansı əsasla yenidən baxılması üçün səbəb kimi nəzərdən keçirilə bilməz, belə yanaşma isə baxılan işdə olduğu kimi məhkəmə aktının qüvvəyə minməsindən əvvəl cinayət prosesində şahid qismində iştirak etmiş şəxsin daha sonra zərərçəkmiş şəxs kimi tanınmasını və onun mülki iddiasının baxılmasını istisna edir.
44. Bununla belə məhkəmə kollegiyası qeyd edir ki, Şahidin baxılan cinayət işi üzrə zərərçəkmiş qismində tanınaraq ona vurulmuş maddi ziyan məsələsinin cinayət prosesi daxilində həlli mümkünsüz hesab edilməsi, bu məsələnin mülki icraat qaydasında həllini istisna etmir. Müvafiq olaraq, məhkəmə kollegiyası Şahidə Məhkumun ona vurduğu maddi ziyanın məhkumdan onun xeyrinə tutulması barədə mülki iddia ilə məhkəməyə müraciət etmək hüququnun olmasının izah edilməsini zəruri hesab edir.
45. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1-1(107)-1/2024 nömrəli, 20 fevral 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D I: Şahid tərəfindən verilmiş kassasiya şi kayəti təmin edilməsin. Şahidə vurulmuş maddi ziyanla bağlı iddia ilə mülki məhkəmə icraatı qaydasında müraciət etmək hüququnun olması izah edilsin. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1-1(107)-1/2024 nömrəli, 20 fevral 2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.