Məhkəmə qərarları › İş №1-1(102)-85/2025

Ali Məhkəmə Qərar — İş №1-1(102)-85/2025

23.10.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-85/2025 23.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əlisoy Nuray Kəramət qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İmranov Hafiz Beykəs oğlunun, Məhkum müdafiəçisi Quliyev Fərman Rafiq oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1-1(103)-20/2025 nömrəli, 11 mart 2025-ci il tarixli qərarından Məhkum müdafiəçisi Quliyev Fərman Rafiq oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx xxxx xxxx-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, Azərbaycan Ordusunun Sənədli və Tədris Filmləri Mərkəzində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu - kiçik çavuş olaraq xidmət etmiş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamışdır. 2. 28 oktyabr 2024-cü il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 177.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham irəli sürülmüşdür. 3. 18 noyabr 2024-cü il tarixdə Bakı Hərbi Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum c inayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və məhkəmə baxışı təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum Azərbaycan Ordusunun ünvan 2 ünvanında yerləşən Sənədli və Tədris Filmləri Mərkəzinin Tele-xronika bölməsinin operatoru (studiya montajçısı) vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi kiçik çavuş hərbi rütbəsində xidmət edən zaman 12 may 2024-cü il tarixdə saat 15 radələrində həftənin bazar günü, yəni qeyri-iş günündə guya studiyada montaj işləri görmək adı ilə gəldiyi xidmət yerində adı çəkilən mərkəzin telexronika bölməsinin texniki, gizir Şahid1 aid texniki otağın qapısının açıq olmasından və həmin vaxt ətrafda heç kimin olmamasından istifadə edərək 19- 20 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikasının Xankəndi şəhəri və digər ətraf ərazilərdə düşmənə qarşı keçirilən “Anti-Terror” əməliyyatlarında birbaşa iştirak edən hərbi qulluqçular tərəfindən real döyüş səhnələrinin çəkilişlərinin aparıldığı 209 (iki yüz doqquz) ədəd “Go Pro Hero 10” və “Go Pro Hero 11” markalı kiçik həcmli videokameraların sonuncunun otağında saxlanıldığını bilərək sözügedən videokameralardan bir neçəsini öz qulluq mövqeyindən istifadə edərək tamah niyyəti ilə gizli olaraq talamaq qərarına gəlmişdir. Bu məqsədlə o, əvvəlcədən yerini müəyyənləşdirdiyi, yəni gizir Şahid1 xidməti otağına daxil olaraq video, fotoaparat və xidməti zərurətlə əlaqədar olaraq digər texniki vasitələrin saxlanılması üçün nəzərdə tutulan şkafın alt gözündə saxlanılan və 03 (üç) ayrı q utuda yerləşdirilən 31 (otuz bir) ədədi “Go Pro 11 Hero” modelinə və 04 (dörd) ədədi isə “Go Pro 10 Hero” modelinə məxsus 01 ədədinin qiyməti 1485 (min dörd yüz səksən beş) manat olan 35 (otuz beş) ədəd “Go Pro” markalı videokameranı özü ilə gətirdiyi idman bel çantasına qoyaraq oğurlamaqla dövlətə ümumilikdə 51975 (əlli bir min doqquz yüz yetmiş beş) manat məbləğində maddi ziyan vuraraq öz qulluq mövqeyindən istifadə edib tamah məqsədi ilə külli miqdarda ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir.

5. Bakı Hərbi Məhkəməsinin 1-1(093)-28/2025 nömrəli, 09 yanvar 2025-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasının tə yin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 09 yanvar 2025-ci il tarixdən hesablanması hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.

6. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən təqsirləndirilən şəxs Məhkum apellyasiya şikayəti verib, barəsində olan cinayət işi üzrə ədalətli araşdırma aparılmasını xahiş etmişdir.

7. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1-1(103)-20/2025 nömrəli, 11 mart 2025-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Hərbi Məhkəməsinin 1-1(093)-28/2025 nömrəli, 09 yanvar 2025-ci il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

8. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məh kum müdafiəçisi Quliyev Fərman Rafiq oğlu kassasiya şikayəti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

9. Müdafiəçi kassasiya şikayətində göstərmişdir ki, məhkumun irəli sürdüyü və əməlin hüquqi tövsifinə birbaşa təsir edən dəlil apellyasiya instansiyası məhkəməsi tərəfindən ümumiyyətlə araşdırılmamışdır. Belə ki, oğurluq cinayətinin predmetini 31 (otuz bir) ədəd “Go Pro 11 Hero” və 4 (dörd) ədəd “Go Pro 10 Hero” modelinə məxsus videokameralar təşkil etdiyi halda, ibtidai istintaq orqanı ekspertizaya cəmi 1 (bir) ədəd “Go Pro 11 Hero” modelini təqdim etmiş, ekspert isə rəyində bütün 35 (otuz beş) ədəd videokameraya eyni modelin bazar qiymətini tətbiq etməklə ittihamın məzmununa və əməlin tövsifinə birbaşa təsir edən açıq səhvə yol vermişdir. Müdafiəçi hesab edir ki, təkcə bu hal belə həmin ekspert rəyi ilə bağlı ciddi şübhə yaradır. İttihamda oğurluq cinayətinin predmetini qeyd olunan videokamera qurğularının yalnız “kamera” hissəsi təşkil etdiyi halda, ekspert rəyində video qurğunun bütün komplekt hissələri (kamera, qoruyucu qab, adapter, kronşteyn, SD kart, power bank və ehtiyat batareya) nəzərə alınmaqla, bir ədəd üçün satış qiymətindən 10 faiz çıxılmaqla ümumi qiymət müəyyən edilmişdir. Halbuki iş materialları ilə də təsdiq olunur ki, oğurluq cinayətinin predmeti yalnız kameralar olmuşdur. İbtidai istintaq orqanının 26 avqust 2024-cü il tarixli “Məhkəmə-əmtəəşünaslıq ekspertizasının təyin edilməsi haqqında” qərarından göründüyü kimi ekspertizaya oğurluq predmeti hesab edilən 31 ədəd “Go Pro 11 Hero” videokameradan yalnız bir ədədi təqdim edilmiş, rəy i sə həmin bir kameranın yararlılıq vəziyyəti nəzərə alınmaqla tərtib olunmuşdur. Müdafiəçi bildirir ki, bu hal da cinayətin faktiki hallarına uyğun gəlmir, çünki həmin kameralar real döyüş əməliyyatlarında istifadə olunduğundan onların tam və ya qismən yararsız olma ehtimalı yüksək idi. Ekspert rəyi ekspertin öz tədqiqatlarının nəticəsinə əsaslanmadan, Azərbaycan Ordusunun Sənədli və Tədris Filmləri Mərkəzinin 23 avqust 2024-cü il tarixli arayışına istinad edilməklə qəbul edilmişdir. Həmin arayışda “Go Pro 11 Hero” modelinin bir dəstinin qiymətinin 2023-cü ilin sentyabr ayından 2024-cü ilin iyul ayına qədər olan dövrdə rəsmi satış mağazalarında 1650 manat olduğu göstərilmişdir. Halbuki ekspert videokameraların yararlılıq vəziyyətini şəxsən yoxlamalı, bazar qiymətini məhz həmin vəziyyətə ə sasən müəyyən etməli və əlavə tədqiqatlar aparmalı idi. Bundan başqa, “Go Pro 10 Hero” modeli bazara 16 sentyabr 2021-ci il, “Go Pro 11 Hero” modeli isə 14 sentyabr 2022-ci il tarixdə çıxarılmış, bu tarixdən sonra “Go Pro 10 Hero” modelinin istehsalı dayandırılmışdır. Bu da göstərir ki, ekspert rəyində nəzərə alınmayan 4 ədəd “Go Pro 10 Hero” modelinin 2023–2024-cü illər üzrə bazar qiyməti rəyə daxil edilən məbləğdən əhəmiyyətli dərəcədə aşağı olmuşdur. Göstərilən halları nəzərə alaraq, müdafiəçi kassasiya şikayətinin təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin 1-1(103)-20/2025 nömrəli, 11 mart 2025-ci il tarixli qərarının ləğv edilərək işin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir.

10. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

11. Məhk əmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419cu maddəsi müəyyən edir.

12. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əməl edili b-edilməməsi yoxlanılır.

13. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.

14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında l əğv və yaxud dəyişdirilə bilər.

15. Müdafiəçi kassasiya şikayətində mahiyyət etibarilə aşağı instansiya məhkəmələrinin cinayət işi üzrə toplanmış sübutların Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq etmədiyini, nəticədə törədilən cinayət əməlinin tövsifində səhvə yol verildiyini iddia edib, kassasiya xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.15-ci maddələrində təsbit olunmuş apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi haqqında hallarla əlaqələndirmişdir.

16. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini Azərbaycan Respublikası CPMnin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1-1(103)-20/2025 nömrəli, 11 mart 2025-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

17. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

18. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

19. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini tə şkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə də, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirinin olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin "Qeyd” hissəsinin 1-ci bəndinin və həmin Məcəllənin 314cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 29 noyabr 2022-ci il).

21. Məhkum törətdiyi cinayət əməlinin tövsifində səhvə yol verildiyinə dair kassasiya şikayətinin dəlillərini yuxarıda istinad edilənlərlə müqayisədə nəzərdən keçirən məhkəmə k ollegiyası aşağı instansiya məhkəmələrinin müvafiq mövqeyi ilə razılaşmır və hesab edir ki, mübahisələndirilən qərar bu hissədə maddi və prosessual cinayət-hüquqi normalara uyğun deyil.

22. Belə ki, Ə.İ.Tağızadənin təqsirli bilinərək məhkum edildiyi Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi oğurluğa, yəni özgənin əmlakını gizli olaraq külli miqdarda ziyan vurmaqla törədilən talamaya görə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılmasını nəzərdə tutur.

23. Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndində təsbit edilmiş qaydaya görə, eyni Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min ma natdan yuxarı olan məbləğ başa düşülür.

24. Oğurluq cinayətinin tövsifinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin şərhi də ondan ibarət olmuşdur ki, oğurluq cinayətinin tərkib əlamətlərinin müəyyən edilməsi həmin əmələ cinayət-hüquqi qiymət verilməsi üçün böyük əhəmiyyət kəsb edir. Cinayət tərkibinin konkretləşdirilmiş və qiymətləndirici əlamətlərinin də böyük hüquqi əhəmiyyəti vardır. Konkretləşdirilmiş əlamətlər Cinayət Məcəlləsinin normalarının mətnində birmənalı müəyyənləşdirilmişdir. Məsələn, oğurluq cinayətlərində vurulmuş ziyanın məbləği (177-ci maddənin “Qeyd” hissəsi) və s. Cinayət Məcəlləsinin 177-ci maddəsinin təhlili belə qənaətə gəlməyə əsas verir ki,... mülkiyyətçiyə və ya əmlakın digər sahibinə vurulmuş ziyanın məbləği konkretləşdirilmiş əlamət kimi qanunve rici tərəfindən cinayət tərkibinin zəruri əlamətləri nəzərə alınmaqla həmin maddənin “Qeyd” hissəsində göstərilmişdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1 və 3-cü bəndlərinin şərh edilməsinə dair” Qərarı, 23 aprel 2018-ci il).

25. Qanunun müvafiq normasından və onun məzmununa verilən hüquqi şərhdən aydın olur ki, oğurluq cinayəti nəticəsində vurulmuş ziyanın məbləği Azərbaycan Respublikası CM-nin 177-ci maddəsinin “Qeyd” hissəsində göstərilmiş konkretləşdirilmiş əlamətdir. Oğurluq cinayəti maddi tərkibli cinayət növünə aid olduğundan, belə cinayətin nəticəsində obyektə yetirilən zərər onun maddi (kriminal) nəticəsini təşkil edir. Bu səbəbdən cinayət nəticəsində birbaşa vurulan ziyanın miqdarı oğurlanan və ya məhv edilən əmlakın dəyərinə əsasən müəyyən edilməli və əmələ hüquqi qiymət də məhz həmin əsas üzrə verilməlidir.

26. Baxılan cinayət işinin materiallarından görünür ki, Məhkum qarşı külli miqdarda ziyan vurmaqla oğurluq cinayət əməlini törətməsi ilə bağlı Azərbaycan Respublikası CMnin 177.3.2-ci maddəsi ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, 31 (otuz bir) ədəd “Go Pro 11 Hero” və 4 (dörd) ədəd “Go Pro 10 Hero” modelinə məxsus videokameraları oğurlamaqla dövlətə ümumilikdə 51 975 (əlli bir min doqquz yüz yetmiş beş) manat məbləğində maddi ziyan vurmuşdur.

27. Lakin cinayət işinin materiallarının təhlilindən müəyyən olunur ki, oğurluq cinayət əməli nəticəsində vurulmuş maddi ziyanın məbləğinin dəqiq müəyyən edilməsi istiqamətində məhkəmələr tərəfindən hər hans ı araşdırma aparılmamış, nəticədə ibtidai istintaq mərhələsində aparılmış natamam ekspert rəyinə əsaslanmaqla yekun qərara gəlinmişdir.

28. Belə ki, cinayət işi materiallarından aydın olur ki, Azərbaycan Ordusunun Sənədli və Tədris Filmləri Mərkəzindən 35 ədəd “Go Pro 11 Hero Black” markalı videokameraların oğurlanması faktı üzrə 18 iyul 2024-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərar əsasında Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə cinayət işi başlanmışdır. Həmin qərarda qeyd edilən Azərbaycan Ordusunun Sənədli və Tədris Filmləri Mərkəzindən təqdim olunmuş 143 nömrəli, 12 iyul 2024-cü il tarixli arayışda 1 ədəd “Go Pro 11 Hero Black” markalı videokameranın 2023-cü ilin sentyabr ayı üzrə bir dəstinin rəsmi satış mağazalarında qiyməti 1650 manat olaraq göstərilmişdir (cild 1, vər.1).

29. Daha sonra Azərbaycan Ordusunun Sənədli və Tədris Filmləri Mərkəzinin təqdim etdiyi 187 nömrəli, 23 avqust 2024-cü il tarixli arayışdan görünür ki, 2023-cü ilin sentyabr ayında Azərbaycan Ordusunun keçirdiyi anti-terror əməliyyatının video çəkilişini həyata keçirmək məqsədi ilə Müdafiə Nazirliyinin Mətbuat Xidməti tərəfindən Azərbaycan Ordusunun Sənədli və Tədris Filmləri Mərkəzinə istehsal ili 2022-ci il olan 220 ədəd “Go Pro 11 Hero” və “Go Pro 10 Hero” markalı kiçik həcmli videokameralar təhvil verilmişdir. Həmin videokameralar 19-20 sentyabr 2023-cü il tarixində bir gün istifadə olunmuş və bir dəstinin qiyməti 2023-cü ilin sentyabr ayından 2024-cü ilin iyul ayına qədər aid olan məlumata əsasən rəsmi satış mağazalarında 1650 manat olmuşd ur (cild 1, vər. 158).

30. İbtidai istintaq orqanının 26 avqust 2024-cü il tarixli qərarına əsasən məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspert qarşısında aydınlaşdırılması üçün 1 ədəd buraxılış ili 2022-ci il olan, cəmi 1 gün istifadə olunmuş “Go Pro 11 Hero Black” markalı videokameranın köhnəlmə faizləri də nəzərə alınmaqla 2023-cü ilin sentyabr ayından 2024-cü ilin iyul ayına pərakəndə (sərbəst) satış qiymətini müəyyənləşdirməklə, ümumilikdə 35 ədəd “Go Pro 11 Hero Black” markalı videokameranın ümumi dəyərinin müəyyən edilməsi, Azərbaycan Ordusunun Sənədli və Tədris Filmləri Mərkəzindən təqdim olunmuş 187 nömrəli, 23 avqust 2024-cü il tarixli arayışda göstərilmiş 1 ədəd videokameranın qiymətinin hadisə baş verən tarixə, yəni 2024-cü ilin may-iyun ayına eləcə də bazar qiy mətinə uyğunluğunun yoxlanılmasına dair suallar qoyulmuş, ekspert qarşısında qoyulmuş suallara cavab vermək üçün cinayət işinin materiallarına əlavə olunmuş 23 avqust 2024-cü il tarixli arayışın surəti və 1 ədəd buraxılış ili 2022-ci il olan “Go Pro 11 Hero Black” markalı videokamera təqdim olunmuşdur (cild 1, vər. 193-194).

31. İstinad edilən qərara əsasən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 9/7116 nömrəli, 13 sentyabr 2024-cü il tarixli məhkəmə-əmtəəşünaslıq ekspertizası rəyinin nəticə hissəsindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd “Go Pro 11 Hero Black” markalı videokameranın təzə vəziyyətdə 2023-cü ilin sentyabr ayından 2024-cü ilin avqust ayına olan orta bazar qiyməti təxminən 1650 manat, bir gün istifadədə olması nı nəzərə almaqla və 10 % köhnəlmə tətbiq edilməklə 1485 manat, təqdim edilmiş nümunə əsasında 35 ədəd “Go Pro 11 Hero Black” markalı videokamera 51975 manat (1485 manat x 35 ədəd) müəyyən edilir (cild 2, vər. 84-87)

32. Yuxarıda sadalanan cinayət işinin materiallarından göründüyü kimi, ibtidai istintaq orqanı cinayət nəticəsində vurulmuş ziyanın 51975 (əlli bir min doqquz yüz yetmiş beş) manat məbləğində olmasını yalnız 9/7116 nömrəli, 13 sentyabr 2024-cü il tarixli məhkəməəmtəəşünaslıq ekspertizası rəyi ilə müəyyən etmişdir. Məhz həmin rəyə əsaslanmaqla şəxsə qarşı külli miqdarda oğurluq cinayəti törətməsi ilə bağlı ittiham irəli sürülmüşdür. Ekspertizaya nəzər yetirildikdə müəyyən olunur ki, tədqiqat yalnız cinayətin predmeti olan videokameralardan 1 (bir) ədəd - 2022-ci il istehsalı “G o Pro 11 Hero Black” markalı kamera üzərində aparılmış, digər 34 (otuz dörd) ədəd videokamera üzrə isə hər hansı tədqiqat aparılmadan onların qiymətləri eyniləşdirilmişdir. Həmçinin rəyin tədqiqat hissəsindən görünür ki, ekspertizanın keçirilməsində zərərçəkmiş hüquqi şəxs tərəfindən təqdim edilmiş 23 avqust 2024-cü il tarixli arayışdakı məlumatlardan istifadə olunmuşdur.

33. Lakin verilmiş ittiham üzrə cinayətin predmeti olan əşyalar eyni istehsalçıdan olsalar da, çeşidinə görə onların 31 (otuz bir) ədədini “Go Pro 11 Hero” və 4 (dörd) ədədini “Go Pro 10 Hero” modelləri təşkil etməklə, ümumilikdə 35 (otuz beş) ədəd “Go Pro” markalı videokameradan ibarətdir. Eləcə də, həmin videokameralar döyüş şəraitində antiterror əməliyyatında istifadə olunduğundan, onların hər birinin texniki vəziyyəti və funksionallığı fərqli ola bilər və hamısının eyni şərtlərdə işlək olması qeyri-mümkündür.

34. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, videokameralar yalnız bir dəfə istifadə olunsalar belə, onların hərbi əməliyyatlarda tətbiqi texniki xüsusiyyətlərində və istifadəyə yararlılıq dərəcəsində fərqlərin yaranmasını qaçılmaz edir. Bu baxımdan, videokameraların yalnız markasının eyni olması əsasında eyniləşdirilməsi və eyni dəyərdə qiymətləndirilməsi ağlabatan mühakimə kimi qəbul edilə bilməz.

35. Digər tərəfdən, vurulmuş zərərin miqdarı müəyyən edilərkən ekspert yalnız iş materiallarında təqdim olunmuş zərərçəkmiş hüquqi şəxsin 23 avqust 2024-cü il tarixli arayışındakı məlumatlarla kifayətlənmişdir. Ekspertiza rəyinin tədqiqatın təsviri hissəsində “videokamera” anlayışına istinadla f otoşəkildə yalnız videokameranın özü və quraşdırma dayağı/kronşteyn göstərilsə də, qiymətləndirmə məqsədilə əsas götürülən yalnız videokameranın deyil, onun komplektinə daxil olan bütün hissələrin ümumi dəyəri olmuş, ekspert tədqiqatı isə əşyanın komplektliliyini nəzərə almadan aparılmışdır.

36. Baxmayaraq ki, vahid məhkəmə təcrübəsinin formalaşması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun müvafiq qərarında da məhkəmələrə tövsiyə edilmişdir ki, talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir (“Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarı, № 1, § 27, 03 mart 2005-ci il).

37. Qeyd edilən xüsusiyyətlər birinci instansiya məhkəməsində aparılan araşdırma zamanı, 28 noyabr 2024-cü il tarixli məhkəmə iclasında məhkumun müdafiəçisi tərəfindən vəsatət şəklində məhkəmənin nəzərinə çatdırılmışdır. Vəsatətdə bildirilmişdir ki, təqsirləndirilən şəxsə qarşı ekspert rəyi əsasında ağır ittiham irəli sürülmüş, ekspert rəyində isə ziddiyyətlər mövcuddur. Müdafiəçi ekspertin əlavə şahid qismində dindirilməsini xahiş etmişdir. Məhkəmə vəsatəti qismən təmin etmiş, kameraların hansı qiymətə alındığına dair sorğunun Azərbaycan Respublikası Müdafiə Nazirliyinə göndərilməsinə qərar vermişdir (cild 3, vər. 84-85).

38. Həmin sorğuya cavab olaraq Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən verilmiş 06 dekabr 2024-cü il tarixli cavab məktubunda göstərilmişdir ki, maddi sübut kimi tanınmış “Go Pro 10” və “Go Pro 11” markalı kiçikhəcmli videokameraların hər birinin qiyməti 1650 (min altı yüz əlli) manat təşkil edir (cild 3, vər. 90). 39. 16 dekabr 2024-cü il tarixli məhkəmə iclasında müdafiəçi təkrar vəsatət verərək, ekspertin məhkəməyə çağırılıb əlavə şahid qismində dindirilməsini xahiş etsə də, məhkəmə ekspertin dindirilməsinə ehtiyac olmadığını əsas göstərməklə vəsatəti təmin etməmiş, lakin gəldiyi qənaətini hər hansı formada əsaslandırmamışdır (cild 3, vər. 92-93).

40. Halbuki Azərbaycan Respublikası CPM-nin 121.2-ci maddəsində müəyyən edilmiş tələbə görə, vəsatətə əsasən qəbul edilmiş qərar əsaslandırılmalı və həmin qərarda ərizəçinin dəlillərinə verilmiş qiymət öz əksini tapmalıdır. Cinayət təqibi ilə bağlı olan bütün halların lazımi hüquqi prosedur daxilində hərtərəfli, tam və ob yektiv araşdırılmasına, cinayət prosesi iştirakçılarının və cinayət prosesində iştirak edən digər şəxslərin pozulmuş hüquqlarının və qanuni mənafelərinin bərpa edilməsinə yönəldilmiş vəsatət və xahişlər rədd edilə bilməz.

41. Eləcə də İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin ədalətli məhkəmə baxışına dair ümumi prinsiplərinə görə məhkəmə baxışının ümumilikdə ədalətli olub-olmamasını müəyyən edərkən, müdafiə tərəfinin hüquqlarının təmin edilib-edilməməsinə diqqət yetirilməlidir (X7rşı, №№ 29084/07 və 1191/08, § 126, 27 oktyabr 2020). Daha geniş konsepsiyanı təşkil edən “ədalətli məhkəmə baxışı”nın ayrıca elementi olan tərəflərin bərabərliyi prinsipi, tərəflər arasında “ədalətli balans”ın təmin edilməsini tələb edir: hər bir tərəfə mümkün qədər imkan yaradılmalıdır ki, o, işi üzrə mülahizəsi ni qarşı tərəf və ya tərəflərlə müqayisədə vəziyyətinin əhəmiyyətli dərəcədə fərqlənməyən şəraitdə təqdim edə bilsin (Regner Çex Respublikasına qarşı [BP], № 35289/11, § 146, 19 sentyabr 2017). Bundan başqa, tərəflərin vəsatətləri və mülahizələri həqiqətən “dinlədilmədiyi”, yəni tribunal tərəfindən ətraflı araşdırılmadığı halda, ədalətli məhkəmə baxışına dair hüququn effektiv təmin edildiyi hesab edilə bilməz (Fərzəliyev Azərbaycana qarşı, № 29620/07, § 35, 25 may 2020).

42. İstinad edilənlərlə yanaşı həmçinin vurğulanmalıdır ki, Azərbaycan Respublikası CPM-nin 267.1-ci maddəsində təsbit edilmiş qaydaya görə, qoyulmuş suallara ekspert tam cavab vermədikdə və ya tədqiqat aparılmış obyektlərə dair əlavə suallar yarandıqda, aparılmış tədqiqatın və ya rəydəki boşluğun aradan qaldırılması üçün həmin və ya başqa ekspert tərəfindən əlavə ekspertiza aparılır.

43. Bununla belə, birinci instansiya məhkəməsi bütün qeyd edilənləri, yəni ekspert rəyinin göstərildiyi kimi natamam olduğunu və əlavə ekspertizanın təyin edilməsinə zərurətin yarandığını nəzərdən qaçırıb, baxılan iş üzrə yekun nəticəyə gəlmiş və Məhkum törətdiyi əməlin məhz Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsində nəzərdə tutulan cinayətin tərkibinə uyğun olduğunu müəyyən etmişdir.

44. Qeyd edilənlər apellyasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin diqqətinə çatdırılsa da, məhkəmə irəli sürülmüş dəlillərə münasibət bildirmədən, birinci instansiya məhkəməsinin hökmünü yalnız mücərrəd formada təsdiqləyən qərar qəbul edilməsi ilə kifayətlənmişdir.

45. Hərçənd ki, apellyasiya baxışı zamanı 11 mart 2025- ci il tarixli məhkəmə iclasında Məhkum çıxış edərək oğurladığı əşyaların dəyərinin düzgün qiymətləndirilmədiyini apellyasiya instansiyası məhkəməsinin diqqətinə çatdırmışdır (cild 3, vər. 155), lakin apellyasiya instansiyası məhkəməsi bu barədə hər hansı araşdırma aparmamış, məhkəmə qərarında məhkum tərəfindən cinayət əməlinin hüquqi tövsifinin mübahisələndirilmədiyini qeyd etməklə, birinci instansiya məhkəməsi tərəfindən onun əməlinin Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə düzgün tövsif edildiyi qənaətinə gəlmişdir.

46. Halbuki, Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsində təsbit edilmiş qaydaya əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə mü qayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir.

47. Həmin Məcəllənin 145.1-ci maddəsinin tələbi ondan ibarətdir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir.

48. Qeyd edilənlərlə bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə istinadla xatırlatmağı zəruri hesab edir ki, apellyasiya məhkəməsi işə mahiyyəti üzrə baxan sonuncu instansiya məhkəməsi olduğu üçün həmin məhkəmənin vəzifəsidir ki, işin nəticəsi üçün əhəmiyyətli olan bütün zəruri halları araşdırıb obyektiv qiymət versin və baxdığı işdə qanunçuluğa əməl olunmasın ı ciddi yoxlasın. Belə ki, ədalətli məhkəmə araşdırılması ziddiyyətli halların aradan qaldırılmalı olmasını, işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəaların olmamasını qaçılmaz edir. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı, ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hü ququna təsir göstərən müddəalar olmamalıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” Qərarı, 12 aprel 2017-ci il).

49. Eləcə də, Azərbaycan Respublikası Ali Məhkəməsinin müvafiq Plenum qərarında da müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsinin istər hökmü, istərsə də digər yekun qərarı olsun, məhkəmə aktının qanuniliyi və əsaslılığı meyarları ilə ehtiva olunan tələblərə cavab verməli, apellyasiya müraciətlərinə məhkəmənin adekvat cavabını əks etdirməlidir (Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” qərarı, § 92).

50. Beləliklə, yuxarıda göstərilənlərin yekunu olaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Məhkum müdafiəçisi Q uliyev Fərman Rafiq oğlunun kassasiya şikayəti birinci və apellyasiya instansiyası məhkəmələrində iş üzrə irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə bilən sübutların tədqiq edilməməsinə dair hissədə (CPM, maddə 416.1.2) əsaslı olduğundan, həmin pozuntuların aradan qaldırılması məqsədilə mübahisələndirilən qərar Azərbaycan Respublikası CPM-nin 419.10.2-ci maddəsinə əsasən ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.

51. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, qeyd edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1-1(103)-20/2025 nömrəli, 11 mart 2025-ci il tarixli qərarı ləğv edilməli, iş yeni apelyasiya baxışına təyin olunmalıdır. Şərh ed ilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Quliyev Fərman Rafiq oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1-1(103)-20/2025 nömrəli, 11 mart 2025-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə ləğv edilsin, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar