Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-86/2025 18.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və İlqar Xanlar oğlu Cəfərovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı2, Məhkum, məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi5 iştirakları ilə, Şirvan Apellya siya Məhkəməsinin Cinayət kollegiyasının 04 noyabr 2024-cü il tarixli, 1-1(106)-15/2024 nömrəli qərarından Məhkum, məhkum Təqsirləndirilən şəxs və məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi5 tərəfindən verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN ETDİ: Füzuli Hərbi Məhkəməsinin (hakimlər Əli Süleymanov (sədrlik edən və məruzəçi), Əmrah Nəcəfov və Fəxrəddin Ağamirzəyev) 03 noyabr 2023-cü il tarixli 1-1(97)-135/2023 nömrəli hökmü xx xxxxxx 2000-ci ildə Quba rayonunun İİ Nügədi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Müdafiə Nazirliyinin «N» nömrəli hərbi hissəsinin 1-ci minaatan batareyasının 2-ci minaatan tağımının komandiri, gizir, Quba rayonunun İİ Nügədi kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 329.2.1 və 329.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-in 329.2.1-ci maddəsi ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 329.3-cü maddəsi ilə 5 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən cəzalar qismən toplanmaqla ona qəti olaraq 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 30 noyabr 2022-ci ildən hesablanmış, xx xxxxxx 1994-cü ildə Yevlax rayonunun Malbinəsi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum ol unmamış, Müdafiə Nazirliyinin «N» nömrəli hərbi hissəsinin 1-ci minaatan batareyasının atəş dəstək qrupunun komandiri, gizir, Yevlax rayonunun Malbinəsi kəndində qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 329.2.1, 329.2.6 və 329.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-in 329.2.1 və 329.2.6-cı maddələri ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 329.3-cü maddəsi ilə 5 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən cəzalar qismən toplanmaqla ona qəti olaraq 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 30 noyabr 2022-ci ildən hesablanmış, İşin halları: Məhkəmənin hökmünə görə təqsirləndirilən şəxs Həbibov X9 Nazirliyinin “N” nömrəli hərbi hissəsinin 2-ci minaatan batareyasının 2-ci tağımının komandiri vəzifəsində, gizir hərbi rütbəsində həqiqi hərbi xidmətdə olarkən, 2022-ci ilin oktyabr ayının əvvəllərində, günorta saatlarında xidmət etdiyi batareyanın Laçın rayonunun ərazisində yerləşən Kiçik İşıqlı dağının ətəyində yerləşdirilmiş, şərti olaraq «L42» adlandırılan döyüş mövqeyində minaatan üçün mövqelərin qazılması zamanı komandiri olduğu tağımın 6-cı minaatanının heyət nəfəri, əsgər Zərərçəkmiş şəxs2 əvvəlcədən icazə alıb onun mobil telefonundan atasına zəng edərək danışmışdır. Bir qədər sonra gizir Məhkum əsgər Zərərçəkmiş şəxs2 atası ilə danışığı bitirsə də, telefonu bir müddət özündə saxladığını və onu gec qaytardığını görüb bundan qəzəblənmiş və rəis kimi üzərinə düşən vəzifələri yerinə yetirib bununla bağlı qanuni tədbirlər görmək əvəzinə, buna görə öz mülahizəsinə görə sonuncunu «cəzalandırmaq», eləcə də tabeliyindəki əsgər heyəti üzərində öz üstünlüyünü nümayiş etdirərək bununla onları qorxu altında saxlamaqla öz iradəsinə tabe etdirmək məqsədi ilə, Silahlı Qüvvələrin Daxili Xidmət Nizamnaməsinin 46, 47, 48, 50, 51, 129 və 130-cı maddələrində göstərilmiş «Komandir tabeliyində olanlara rəğbət və ehtiram göstərməli, onların qayğılarına qalmalı, kobudluq və onların ləyaqətini alçalda biləcək hərəkətlər etməməli, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına, hərbi nizamnamələrin tələblərinə və vəzifə borcuna əməl et məkdə tabeliyindəkilər üçün nümunə olmalı, hərbi intizamın yüksək səviyyədə olmasını təmin etməli, şəxsi heyətin hərbi intizama riayət etmələrinə və xidməti düzgün yerinə yetirmələrinə diqqət yetirməlidir» tələbləri pozaraq əsgər Zərərçəkmiş şəxs2 nalayiq sözlərlə təhqir etmiş, daha sonra isə telefonu tez gətirib ona verməsini tələb edib, sonuncunun üz və baş nahiyəsinə iki sillə zərbəsi vuraraq, rəis olmaqla hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar öz tabeliyində olan şəxsə zor tətbiq etmişdir. Bundan başqa o, həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən, 2022-ci ilin oktyabr ayının əvvəllərində, axşam saatlarında xidmət etdiyi batareyanın Laçın rayonunun ərazisində yerləşən Kiçik İşıqlı dağının ətəyində y erləşdirilmiş, şərti olaraq «L42» adlandırılan döyüş mövqeyindəki minaatanların quraşdırıldığı yerdə tabeliyindəki əsgərlər üzərində öz üstünlüyünü nümayiş etdirib bununla onları qorxu altında saxlamaqla öz iradəsinə tabe etdirmək məqsədi ilə, Silahlı Qüvvələrin Daxili Xidmət Nizamnaməsinin 46, 47, 48, 50, 51, 129 və 130-cı maddələrində göstərilmiş tələbləri pozaraq, heç bir səbəb olmadan komandiri olduğu tağımın 6-cı minaatanının heyət nəfəri, əsgər Zərərçəkmiş şəxs2 sifət nahiyəsinə iki sillə zərbəsi vuraraq, təkrarən rəis olmaqla hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar öz tabeliyində olan şəxsə zor tətbiq etmişdir. Bundan başqa o, həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən, 13 oktyabr 2022-ci il tar ixdə axşam saatlarında xidmət etdiyi batareyanın Laçın rayonunun ərazisində yerləşən Kiçik İşıqlı dağının ətəyində yerləşdirilmiş, şərti olaraq «L-42» adlandırılan döyüş sığınacağının qarşısında komandiri olduğu tağımın 4-cü minaatanının heyət nəfəri, əsgər X7 yeməyi vaxtında hazırlamadığından qəzəblənib buna görə onu öz mülahizəsinə görə «cəzalandırmaq» və bununla tabeliyindəki əsgərlər üzərində öz üstünlüyünü nümayiş etdirib onları qorxu altında saxlamaqla öz iradəsinə tabe etdirmək məqsədi ilə, Silahlı Qüvvələrin Daxili Xidmət Nizamnaməsinin 46, 47, 48, 50, 51, 129 və 130-cı maddələrində göstərilmiş tələbləri pozaraq, əsgər Zərərçəkmiş şəxs4 sifət nahiyəsinə bir sillə zərbəsi vuraraq, təkrarən rəis olmaqla hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və belə vəzifələrin yerin ə yetirilməsi ilə əlaqədar öz tabeliyində olan şəxsə zor tətbiq etmişdir. Həmçinin Məhkum, həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən, 14 oktyabr 2022-ci il tarixdə, günorta saatlarında xidmət etdiyi batareyanın Laçın rayonunun ərazisində yerləşən Kiçik İşıqlı dağının ətəyində yerləşdirilmiş, şərti olaraq «L42» adlandırılan döyüş mövqeyinin əsgər sığınacağında olarkən, 12 oktyabr 2022-ci il tarixdən həmin döyüş mövqeyində xidmətə başlamış, komandiri olduğu tağımın 5-ci minaatanının heyət nəfəri, əsgər X3 «Get çöldən bir baçok su gətir, çaydanı doldurub qoyarıq qaynasın çay içək» deyərək, su gətirməsini tapşırmışdır. Bu zaman əsgər M.T.Cabbarov onun dediyi sözləri başa düşmədiyi üçün «Komandir, nə lazımdır gətirim?» deyərək sual vermiş və onun sualından qəzəblənmiş gizir Məhkum, öz mülahizəsinə görə yeni gəlmiş əsgəri «yol verdiyi nöqsana görə cəzalandırmaq» və bununla tabeliyindəki əsgərlər üzərində öz üstünlüyünü nümayiş etdirib onları qorxu altında saxlamaqla öz iradəsinə tabe etdirmək məqsədi ilə, Silahlı Qüvvələrin Daxili Xidmət Nizamnaməsinin 46, 47, 48, 50, 51, 129 və 130-cı maddələrində göstərilmiş tələbləri pozub, digər əsgərlərin yanında «Buna bax, təzə gəlib, özünü qoyub peysərliyə» deyərək, əsgər M.T.Cabbarovun ünvanına əsgərlər arasında şərəfsiz, ləyaqətsiz və söyülən bütün söyüşləri özünə qəbul edən şəxs anlamında ən ağır təhqir sayılan «peysər» ifadəsini işlədib onun şərəf və ləyaqətini alçaltmış, daha sonra isə sonuncunun sifət nahiyəsinə qüvvətli sillə zərbəsi vuraraq, təkrarən rəis olmaqla hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar öz tabeliyində olan şəxsə zor tətbiq etmişdir. Bundan əlavə o, həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən, 15 oktyabr 2022-ci il tarixdə, saat 12:45 radələrində xidmət etdiyi batareyanın Laçın rayonunun ərazisində yerləşən Kiçik İşıqlı dağının ətəyində yerləşdirilmiş, şərti olaraq «L42» adlandırılan döyüş mövqeyinin ərzaq anbarının qarşısında komandiri olduğu tağımın 5-ci minaatanının heyət nəfəri, əsgər M.T.Cabbarova yaxınlaşmış və heç bir səbəb olmadan, tabeliyindəki əsgərlər üzərində öz üstünlüyünü nümayiş etdirib onları qorxu altında saxlamaqla öz iradəsinə tabe etdirmək məqsədi ilə, Silahlı Qüvvələrin Daxili Xidmət Nizamnaməsinin 46, 47, 48, 50, 51, 129 və 130-cı maddələrində göstərilmiş tələbləri pozaraq, ə sgər M.T.Cabbrovun sifətinə bir sillə zərbəsi vurub ona döyüş növbətçiliyinin aparılması cədvəlinə əsasən təyin olunduğu döyüş növbəsinə çıxmasını tapşırmışdır. Bundan sonra əsgər M.T.Cabbarov ona təhkim edilmiş avtomat silahı götürmək məqsədi ilə sığınacağa daxil olmuş və oradan qayıtdıqdan sonra, gizir Məhkum onun gec qayıtdığını bildirib bundan qəzəblənərək, ərzaq anbarının qarşısında yenidən əsgər M.T.Cabbarovun sifət nahiyəsinə iki sillə zərbəsi vurub ona sağlamlığa zərər vurmadığına görə ağırlıq dərəcəsi təyin olunmayan «Sol qaşaltı nahiyənin yarası» xəsarətini yetirərək, təkrarən rəis olmaqla hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar öz tabeliyində olan şəxsə zor tətbiq etmişdir. Bundan sonra əsgər M.T.Cabbarov, 14 ok tyabr 2022-ci il tarixdən 15 oktyabr 2022ci tarixədək olan 2 (iki) gün ərzində müxtəlif vaxtlarda yenicə xidmətə təyin olunduğu döyüş mövqeyində gizir Məhkum, eləcə də həmin batareyanın atəş dəstək qrupunun komandiri, gizir Təqsirləndirilən şəxs tərəfindən heç bir səbəb olmadan şərəf və ləyaqətinin alcaldılaraq təhqir olunması, eləcə də ona qarşı fiziki zorakılığa yol verilməsindən bezib hərbi xidmət və əsgəri həyat tərzi haqqında olan təsəvvürləri, düşüncələri və sosial gözləmələri ilə real xidməti zamanı düşdüyü şəraiti arasında gördüyü uyğunsuzluqlar səbəbindən emosional halında müəyyən dəyişikliklər baş verməklə, pərt olaraq buna görə özünü şəxsi heyət arasında alçaldılmış hiss etmiş, bu səbəbdən onun narazılıq hissi kəskin şəkildə artaraq dözüm-iradi səviyyəsini üstələmiş, onun şüur unun dəyişməsinə neqativ təsir göstərib onun şəxsi əhəmiyyət kəsb edən münasibətlərinə ciddi psixi «zədə» vurmuş və bu şərait «sakit, söyüş qəbul etməyən, ədalətli, hörmətli olan, dalaşqan olmayan, söyüş və təhqirlərdən çox sarsılan, ağır söyüşləri qəbul edə bilməyən» keyfiyyətlərə malik olan, həmin halları özünə dərd etdiyi hiss olunan, pərt, kefsiz, qanıqara və əsəbi görünən, «Burada sıxılıram, niyə bu qədər söyüş söyürlər, hara düşmüşəm» deyərək gileylənən əsgər M.T.Cabbarovun idrak proseslərinin strukturunda, ilk növbədə qavrayışının mütəşəkkiliyində, təfəkkürünün təhlil və tərkib proseslərində əhəmiyyətli dərəcədə dəyişikliklər əmələ gəlmiş və o, qarşılaşdığı şəraiti adekvat olaraq qiymətləndirməkdə çətinlik çəkərək, ölümündən əvvəlki dövrdə davranış aktlarında təzahür etmiş olan frus trasiya, yəni insanın qarşılaşdığı şəraitdən asılı olaraq narazılıq və ya təmin olunmamaq səviyyəsinin dözüm-iradi səviyyəsindən üstün olması vəziyyətində 15 oktyabr 2022-cı il tarixdə, saat 13:40 radələrində döyüş növbəsində olarkən, xidməti istifadəsinə verilmiş, xidmət etdiyi batareyaya məxsus «Kalaşnikov» konstruksiyalı, 7,62 mm kalibrli, «AKM» markalı, İK 3170 №-li avtomat silahın lüləsini çənəaltı nahiyəsinə dirəyib bu vəziyyətdə bir atəş açaraq özünə yetirilən anda həyat üçün təhlükəli olan, sağlamlığa qəsdən ağır zərər vurmaya aid «Çənəaltı nahiyədən girib aşağıdan yuxarı, nisbətən sağdan sola istiqamətlənərək sol təpə nahiyəsindən çıxan, gedişi boyunca üz skeleti, kəllə tağı və kəllə əsası sümüklərinin sınıqları ilə müşayiət olunan baş-beyin toxumasının əzilib dağılması ilə nəticə lənmiş başın bir ədəd dəlib keçən odlu silah güllə yaralanması» xəsarətini yetirmiş və həmin xəsarətlərdən hadisə yerində ölmüş, bununla da Məhkum təkrarən rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar öz tabeliyində olan şəxsə zor tətbiq etməsi ağır nəticələrə səbəb olmuşdur. Məhkəmənin hökmünə görə Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin «N» nömrəli hərbi hissəsinin 2-ci minaatan batareyasının atəş dəstək qrupunun komandiri vəzifəsində, gizir hərbi rütbəsində həqiqi hərbi xidmətdə olarkən, 2022-ci ilin avqust ayının əvvəllərində səhər saatlarında xidmət etdiyi batareyanın 2-ci minaatan tağımının Laçın rayonunun Quşçu kəndinin ərazisində yerləşən bölməsinin sığınacağının qarşısında həmin tağımın 6cı minaatanının he yət nəfəri, əsgər Zərərçəkmiş şəxs2 sığınacaqda quraşdırılmış sobanın altını gec qaladığını aşkar edib bundan qəzəblənərək, rəis kimi üzərinə düşən vəzifələri yerinə yetirib bununla bağlı qanuni tədbirlər görmək əvəzinə, tabeliyindəki əsgər heyəti üzərində öz üstünlüyünü nümayiş etdirərək bununla onları qorxu altında saxlamaqla öz iradəsinə tabe etdirmək məqsədi ilə, Silahlı Qüvvələrin Daxili Xidmət Nizamnaməsinin 46, 47, 48, 50, 51, 129 və 130-cı maddələrində göstərilmiş «Komandir tabeliyində olanlara rəğbət və ehtiram göstərməli, onların qayğılarına qalmalı, kobudluq və onların ləyaqətini alçalda biləcək hərəkətlər etməməli, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına, hərbi nizamnamələrin tələblərinə və vəzifə borcuna əməl etməkdə tabeliyindəkilər üçün nümunə olmalı, hərb i intizamın yüksək səviyyədə olmasını təmin etməli, şəxsi heyətin hərbi intizama riayət etmələrinə və xidməti düzgün yerinə yetirmələrinə diqqət yetirməlidir» tələbləri pozaraq, əsgər Zərərçəkmiş şəxs2 qarın nahiyəsinə yumruqla bir zərbə və təpiklə sol ayaq nahiyəsinə bir zərbə vurub rəis olmaqla hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar öz tabeliyində olan şəxsə zor tətbiq etmişdir. Bundan başqa o, həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən, 2022-ci ilin sentyabr ayının ortalarında günorta saatlarında xidmət etdiyi batareyanın 2-ci minaatan tağımının Laçın rayonunun Quşçu kəndinin ərazisində yerləşən bölməsinin sığınacağının qarşısında həmin tağımın 6-cı minaatanının heyət nəfəri, əsgər Zərərçəkmiş şəxs 2 istədiyi çayı gec gətirməsindən qəzəblənib bunu bəhanə edərək, tabeliyindəki əsgər heyəti üzərində öz üstünlüyünü nümayiş etdirərək bununla onları qorxu altında saxlamaqla öz iradəsinə tabe etdirmək məqsədi ilə, Silahlı Qüvvələrin Daxili Xidmət Nizamnaməsinin 46, 47, 48, 50, 51, 129 və 130-cı maddələrində göstərilmiş tələbləri pozub, əsgər Zərərçəkmiş şəxs2 sol sifət nahiyəsinə təpiklə bir zərbə vuraraq, təkrarən rəis olmaqla hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar öz tabeliyində olan şəxsə zor tətbiq etmişdir. Həmçinin Təqsirləndirilən şəxs, həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən, 2022-ci ilin oktyabr ayının əvvəllərində günorta saatlarında xidmət etdiyi batareyanın şəxsi heyəti Laçın rayonunun ər azisində yerləşən Kiçik İşıqlı dağının ətəyində yerləşdirilmiş, şərti olaraq «L-42» adlandırılan döyüş mövqeyindəki əsgər yataqxanasının kənarına odunların yığılması ilə məşğul olduğu vaxt, həmin batareyanın 2-ci minaatan tağımının 4-cü minaatanının heyət nəfəri, əsgər Zərərçəkmiş şəxs1 kənarda dayanıb siqaret çəkdiyini görüb sonuncunun işdən yayındığını zənn etmiş və bundan qəzəblənərək, rəis kimi üzərinə düşən vəzifələri yerinə yetirib bununla bağlı qanuni tədbirlər görmək əvəzinə, tabeliyindəki əsgər heyəti üzərində öz üstünlüyünü nümayiş etdirərək bununla onları qorxu altında saxlamaqla öz iradəsinə tabe etdirmək məqsədi ilə, əsgər Zərərçəkmiş şəxs1 yaxınlaşaraq ona «Niyə işləmirsən?» deyib sual vermiş və cavab gözləmədən, Silahlı Qüvvələrin Daxili Xidmət Nizamnaməsinin 46, 47, 48, 50, 51, 129 və 130-cı maddələrində göstərilmiş tələbləri pozaraq, sonuncunun sağ qoluna bir sillə zərbəsi vurub təkrarən rəis olmaqla hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar öz tabeliyində olan şəxsə zor tətbiq etmişdir. Bundan başqa o, həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən, 2022-ci ilin oktyabr ayının əvvəllərində, günorta saatlarında xidmət etdiyi batareyanın Laçın rayonunun ərazisində yerləşən Kiçik İşıqlı dağının ətəyində yerləşdirilmiş, şərti olaraq «L-42» adlandırılan döyüş mövqeyində həmin batareyanın 2-ci minaatan tağımının 4-cü minaatanının heyət nəfəri, əsgər Zərərçəkmiş şəxs1 bir qədər öncə minaatanların quraşdırıldığı yerdə minaatan mərmilərinin üzərinə selofanın çəkilməsi, onların üzərinə isə torpağın tökülməsinə dair verdiyi tapşırığını natamam yerinə yetirdiyini görüb bundan qəzəblənmiş və rəis kimi üzərinə düşən vəzifələri yerinə yetirib bununla bağlı qanuni tədbirlər görmək əvəzinə, tabeliyindəki əsgər heyəti üzərində öz üstünlüyünü nümayiş etdirərək bununla onları qorxu altında saxlamaqla öz iradəsinə tabe etdirmək məqsədi ilə, Silahlı Qüvvələrin Daxili Xidmət Nizamnaməsinin 46, 47, 48, 50, 51, 129 və 130-cı maddələrində göstərilmiş tələbləri pozaraq, döyüş mövqeyinin ayaqyolunun yanında əsgər Zərərçəkmiş şəxs1 baş nahiyəsinə bir sillə zərbəsi vurub təkrarən rəis olmaqla hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar öz tabeliyində olan şəxsə zor tətbiq etmişdir. Həmçinin Təqsirləndirilən şəxs, həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən, 2022-ci ilin oktyabr ayının əvvəllərində, günorta saatlarında xidmət etdiyi batareyanın Laçın rayonunun ərazisində yerləşən Kiçik İşıqlı dağının ətəyində yerləşdirilmiş, şərti olaraq «L-42» adlandırılan döyüş mövqeyinin sığınacağının damına çıxaraq orada anten naqilinin skoçla həddindən artıq bərk sarındığını görüb bundan qəzəblənmiş və həmin naqili sarımış həmin batareyanın 2-ci minaatan tağımının 6-cı minaatanının sürücüsü, əsgər Zərərçəkmiş şəxs5 sığınacağın qarşısında yanına çağırıb, rəis kimi üzərinə düşən vəzifələri yerinə yetirib qanuni tədbirlər görmək əvəzinə, tabeliyindəki əsgər heyəti üzərində öz üstünlüyünü nümayiş etdirərək bununla onları qorxu altında saxlamaqla öz iradəsinə tabe etdirmək məqsədi ilə, Silahlı Qüvvələrin Daxili Xidmət Nizamnaməsinin 46, 47, 48, 50, 51, 129 və 130-cı maddələrində göstərilmiş tələbləri pozaraq, əsgər Zərərçəkmiş şəxs5 qarın nahiyəsinə yumruqla iki zərbə vurub təkrarən rəis olmaqla hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar öz tabeliyində olan şəxsə zor tətbiq etmişdir. Bundan başqa o, həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən, 2022-ci ilin oktyabr ayının əvvəllərində, saat 12 radələrində xidmət etdiyi batareyanın Laçın rayonunun ərazisində yerləşən Kiçik İşıqlı dağının ətəyində yerləşdirilmiş, şərti olaraq «L-42» adlandırılan döyüş mövqeyində həmin batareyanın 2-ci minaatan tağımının 4-cü minaatanının heyət nəfəri, əsgər Zərərçəkmiş şəxs1 postda minaatan mövqeyi düzəltməyi tapşırmış və sonuncu tə xminən yarım saat işlədikdən sonra yorğunluğunu çıxartmaq üçün kənarda oturub istirahət etməyə başlamışdır. Bu zaman bunu görən Təqsirləndirilən şəxs onun işdən boyun qaçırdığı qənaətinə gəlib bundan qəzəblənmiş və rəis kimi üzərinə düşən vəzifələri yerinə yetirib qanuni tədbirlər görmək əvəzinə, tabeliyindəki əsgər heyəti üzərində öz üstünlüyünü nümayiş etdirərək bununla onları qorxu altında saxlamaqla öz iradəsinə tabe etdirmək məqsədi ilə, Silahlı Qüvvələrin Daxili Xidmət Nizamnaməsinin 46, 47, 48, 50, 51, 129 və 130-cı maddələrində göstərilmiş tələbləri pozaraq, nalayiq ifadələrlə onun işdən boyun qaçırdığını deyib buna görə öz etirazını bildirmiş, daha sonra isə əsgər Zərərçəkmiş şəxs1 sifətinə üç-dörd sillə zərbəsi və qarnına yumruqla iki zərbə vurub təkrarən rəis olmaqla hərbi xidmə t üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar öz tabeliyində olan şəxsə zor tətbiq etmişdir. Həmçinin Təqsirləndirilən şəxs, həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən, 2022-ci ilin oktyabr ayının əvvəllərində, axşam saat 19 radələrində xidmət etdiyi batareyanın Laçın rayonunun ərazisində yerləşən Kiçik İşıqlı dağının ətəyində yerləşdirilmiş, şərti olaraq «L-42» adlandırılan döyüş mövqeyində həmin batareyanın 2-ci tağımının 6-cı minaatanının heyət nəfəri, əsgər Zərərçəkmiş şəxs2 döyüş növbətçiliyini təhvil verib üzərində olan əşyaları dəyişməklə tez yeni növbətçiyə təhvil vermək istədiyini görüb bundan qəzəblənərək «Niyə növbətçi gəlməmiş əynindəkiləri çıxarırsan» deyərək onu tənbeh etmiş, daha sonra isə öz mülahizəsinə görə buna görə sonuncunu «cəzalandırmaq», eləcə də tabeliyindəki əsgər heyəti üzərində öz üstünlüyünü nümayiş etdirərək bununla onları qorxu altında saxlamaqla öz iradəsinə tabe etdirmək məqsədi ilə, Silahlı Qüvvələrin Daxili Xidmət Nizamnaməsinin 46, 47, 48, 50, 51, 129 və 130-cı maddələrində göstərilmiş tələbləri pozaraq, heç bir səbəb olmadan qanunsuz olaraq əsgər Zərərçəkmiş şəxs2 «Döyüşə» komandası verib onu təxminən 10 (on) dəqiqə ərzində yerdə süründürüb sonuncuya güclü fiziki ağrı və mənəvi iztirablar yetirib əzab verərək, rəis olmaqla hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar öz tabeliyində olan şəxsə təkrarən və işgəncə verməklə zor tətbiq etmişdir. Bundan başqa o, həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmə tdə olarkən, 14 oktyabr 2022-ci il tarixdə günorta saatlarında xidmət etdiyi batareyanın Laçın rayonunun ərazisində yerləşən Kiçik İşıqlı dağının ətəyində yerləşdirilmiş, şərti olaraq «L42» adlandırılan döyüş mövqeyinin sığınacağının qarşısında 12 oktyabr 2022-ci il tarixdən həmin döyüş mövqeyində xidmətə başlamış, xidmət etdiyi batareyanın 2-ci tağımının 5-ci minaatanının heyət nəfəri, əsgər X2 orada dayanıb siqaret çəkdiyini görərək, heç bir səbəb olmadan, tabeliyindəki əsgər heyəti üzərində öz üstünlüyünü nümayiş etdirərək bununla onları qorxu altında saxlamaqla öz iradəsinə tabe etdirmək məqsədi ilə, Silahlı Qüvvələrin Daxili Xidmət Nizamnaməsinin 46, 47, 48, 50, 51, 129 və 130-cı maddələrində göstərilmiş tələbləri pozaraq, digər əsgərlərin yanında üzünü əsgər M.T.Cabbarova tərəf tutub «Əsgərə bax, üzündən qəhbəlik yağır» deyib onu təhqir etmiş, daha sonra isə onun sinə nahiyəsinə yumruqla bir zərbə vurub təkrarən rəis olmaqla hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar öz tabeliyində olan şəxsə zor tətbiq etmişdir. Bundan sonra əsgər M.T.Cabbarov, 14 oktyabr 2022-ci il tarixdən 15 oktyabr 2022ci tarixədək olan 2 (iki) gün ərzində müxtəlif vaxtlarda yenicə xidmətə təyin olunduğu döyüş mövqeyində gizir Təqsirləndirilən şəxs, eləcə də həmin batareyanın 2-ci tağımının komandiri, gizir Məhkum tərəfindən heç bir səbəb olmadan şərəf və ləyaqətinin alcaldılaraq təhqir olunması, eləcə də ona qarşı fiziki zorakılığa yol verilməsindən bezib hərbi xidmət və əsgəri həyat tərzi haqqında olan təsəvvürləri, düşüncələri və sosial gözləmələri ilə real xidməti zamanı düşdüyü şəraiti arasında gördüyü uyğunsuzluqlar səbəbindən emosional halında müəyyən dəyişikliklər baş verməklə, pərt olaraq buna görə özünü şəxsi heyət arasında alçaldılmış hiss etmiş, bu səbəbdən onun narazılıq hissi kəskin şəkildə artaraq dözüm-iradi səviyyəsini üstələmiş, onun şüurunun dəyişməsinə neqativ təsir göstərib onun şəxsi əhəmiyyət kəsb edən münasibətlərinə ciddi psixi «zədə» vurmuş və bu şərait «sakit, söyüş qəbul etməyən, ədalətli, hörmətli olan, dalaşqan olmayan, söyüş və təhqirlərdən çox sarsılan, ağır söyüşləri qəbul edə bilməyən» keyfiyyətlərə malik olan, həmin halları özünə dərd etdiyi hiss olunan, pərt, kefsiz, qanıqara və əsəbi görünən, «Burada sıxılıram, niyə bu qədər söyüş söyürlər, hara düşmüşəm» deyərək gileylənən əsgə r M.T.Cabbarovun idrak proseslərinin strukturunda, ilk növbədə qavrayışının mütəşəkkiliyində, təfəkkürünün təhlil və tərkib proseslərində əhəmiyyətli dərəcədə dəyişikliklər əmələ gəlmiş və o, qarşılaşdığı şəraiti adekvat olaraq qiymətləndirməkdə çətinlik çəkərək, ölümündən əvvəlki dövrdə davranış aktlarında təzahür etmiş olan frustrasiya, yəni insanın qarşılaşdığı şəraitdən asılı olaraq narazılıq və ya təmin olunmamaq səviyyəsinin dözüm-iradi səviyyəsindən üstün olması vəziyyətində 15 oktyabr 2022-cı il tarixdə, saat 13:40 radələrində döyüş növbəsində olarkən, xidməti istifadəsinə verilmiş, xidmət etdiyi batareyaya məxsus «Kalaşnikov» konstruksiyalı, 7,62 mm kalibrli, «AKM» markalı, İK 3170 №-li avtomat silahın lüləsini çənəaltı nahiyəsinə dirəyib bu vəziyyətdə bir atəş açaraq özünə yetiri lən anda həyat üçün təhlükəli olan, sağlamlığa qəsdən ağır zərər vurmaya aid «Çənəaltı nahiyədən girib aşağıdan yuxarı, nisbətən sağdan sola istiqamətlənərək sol təpə nahiyəsindən çıxan, gedişi boyunca üz skleti, kəllə tağı və kəllə əsası sümüklərinin sınıqları ilə müşayiət olunan baş-beyin toxumasının əzilib dağılması ilə nəticələnmiş başın bir ədəd dəlib keçən odlu silah güllə yaralanması» xəsarətini yetirmiş və həmin xəsarətlərdən hadisə yerində ölmüş, bununla da Təqsirləndirilən şəxs təkrarən rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar öz tabeliyində olan şəxsə zor tətbiq etməsi ağır nəticələrə səbəb olmuşdur. Bundan əlavə Təqsirləndirilən şəxs, həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən, 28 ok tyabr 2022-ci il tarixdə saat 10-11 radələrində xidmət etdiyi batareyanın 2-ci minaatan tağımının Laçın rayonunun Quşçu kəndinin ərazisində yerləşən bölməsinin sığınacağının yeməkxanasının qarşısında həmin batareyanın 2-ci minaatan tağımının 5-ci minaatanının heyət nəfəri, əsgər Zərərçəkmiş şəxs3 Mübariz oğlunu, eləcə də əsgərlər Zərərçəkmiş şəxs2la Zərərçəkmiş şəxs1 sıraya düzüb əsgər Zərərçəkmiş şəxs3 hansı səbəbdən Qubadlı hərbi prokurorluğunda əsgər M.T.Cabbarovun özünü öldürməsi faktına görə istintaq olunan cinayət işi üzrə istintaq zamanı onun əleyhinə ifadə verib əsgərlərə qarşı yol verdiyi qanunsuz əməllər barədə məlumat verərək onu «satdığını» soruşub buna görə öz narazılığını bildirmiş, daha sonra isə tabeliyindəki əsgər heyəti üzərində öz üstünlüyünü nümayiş etdirərək bununla on ları qorxu altında saxlamaqla öz iradəsinə tabe etdirmək məqsədi ilə, Silahlı Qüvvələrin Daxili Xidmət Nizamnaməsinin 46, 47, 48, 50, 51, 129 və 130-cı maddələrində göstərilmiş tələbləri pozaraq, əsgər Zərərçəkmiş şəxs3 sifət nahiyəsinə möhkəm bir sillə zərbəsi vurub təkrarən rəis olmaqla hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar öz tabeliyində olan şəxsə zor tətbiq etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Elçin Xasməmmədov (sədrlik edən və məruzəçi), Pərviz Hacıyev və Habil Bəhmənov) 04 noyabr 2024-cü il tarixli, 1-1(106)-15/2024 nömrəli qərarı ilə Füzuli Hərbi Məhkəməsinin 03 noyabr 2023-cü il tarixli 1-1(97)-135/2023 nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, məhkumlar Məhkum və Təqsirlən dirilən şəxs, müdafiəçilər Müdafiəçi2 və Müdafiəçi1, zərərçəkmiş şəxsin hüquqi varisi T.M.Cabbarovun apellyasiya şikayətləri təmin edilməmişdir. Məhkumlar Məhkum və Təqsirləndirilən şəxs kassasiya şikayətləri verərək Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 noyabr 2024-cü il tarixli, 1-1(106)15/2024 nömrəli qərarının ləğv edilməsini və cinayət işinə tam və obyektiv baxılmasını xahiş etmişlər. Məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi5 kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 noyabr 2024-cü il tarixli, 1- 1(106)-15/2024 nömrəli qərarının ləğv edilməsi və Təqsirləndirilən şəxs barəsində cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə istintaqı zamanı onun işinə tam və obyektiv baxılmamış, onun təqdim etdiyi dəlillərə obyektiv yanaşılmamışdır. Məhkum Təqsirləndirilən şəxs kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsində prosessual normaların pozulmasına yol verilmiş, buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlamışdır. Məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi5 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar öz tabeliyində olan şəxslərə zor tətbiq etməyib. Məhkum Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkə mə istintaqı zamanı verdiyi ifadələrində o, özünü ona elan edilmiş ittihamlar üzrə təqsirli bilməmişdir. Müdafiə tərəfindən apellyasiya şikayətinə əlavə edilmiş 7 dəqiqə 23 saniyəlik, 3 dəqiqə 8 saniyəlik səs yazılarından da göründüyü kimi, şahidlərin ifadələri hökmdə təhrif olunmuş şəkildə öz əksini tapıb. Həmçinin həmin səs yazılarından görünür ki, şahid Zərərçəkmiş şəxs1 Cahid X1 vurmadığını, onu Məhkum vurduğunu demişdir. Bundan başqa Zərərçəkmiş şəxs1 izahatını müstəntiqin təsiri ilə imzaladığını bildirmişdir və müstəntiq ona əgər izahatı dəyişsə, onun da həbs olunacağını demişdir. Bundan başqa Zərərçəkmiş şəxs1 digər şahidlərin də onunla eyni ifadə verdiyini, Təqsirləndirilən şəxs mərhumu vurmadığını dediklərini bildirmişdir. Bu xüsusatlar onu göstərir ki, Təqsirləndirilən şəxs Mirsa leh Cabbarovun ölümü ilə heç bir əlaqəsi olmamışdır. Yəni Təqsirləndirilən şəxs mərhumu vurmadığı, onu təhqir etmədiyi bir daha öz təsdiqini tapır. Səs yazılarının məhkəmə hökmü çıxarıldıqdan sonra yazıldığı üçün onun Füzuli Hərbi Məhkəməsinə təqdim edilməsi mümkün olmamışdır. Buna görə də, müdafiə tərəfi olaraq həmin səs yazısı tərəfimizdən Şirvan Apellyasiya Məhkəməsinə təqdim edilmişdir. Lakin məhkəmə tərəfindən həmin səs yazısına heç bir hüquqi qiymət verilməmiş, ümumiyyətlə nəzərə alınmamışdır. Bundan başqa müdafiə tərəfi zərərçəkmiş şəxslərin təkrar dindirilməsi ilə bağlı vəsatət vermiş, lakin Şirvan Apellyasiya Məhkəməsi yalnız Zərərçəkmiş şəxs1 dindirilməsini təmin etmişdir. Apellyasiya instansiyası məhkəmədə dindirilmiş Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs tərəfindən ona heç bi r təzyiq olunmadığını, ibtidai istintaq zamanı müstəntiqin təziyiqi ilə ifadə verdiyini demişdir. Məhkəmə kollegiyası israrla Zərərçəkmiş şəxs1 psixoloji təzyiqlərə məruz qaldığı üçün məcburən verdiyi ilkin ifadəsini əsas götürmüşdür. Halbuki yuxarıda qeyd olunan xüsusatlarla həmin ilkin ifadənin yalan olduğu, məcburiyyətdən verildiyi kifayət qədər sübut olunur. Belə ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda hökm əsaslı hesab edilir. Lakin Şirvan Apellyasiya Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 349.5.1-ci maddəsinin şərtləri nəzərə alınmamışdır. Səs yazıları Təqsirləndirilən şəxs cinayət hadisəsinə aidiyyəti olmadığını bir daha təsdiqləyir. Təqsirləndirilən şəxs elan edilmiş ittihamın əsasını yalnız və yalnız şahid ifa dələri təşkil edir. Səs yazılarından da göründüyü kimi həmin şahidlərdən biri Zərərçəkmiş şəxs1 ifadəsinin təhrif olunduğunu və Təqsirləndirilən şəxs mərhumu vurduğunu görmədiyini bildirir. Bu da Təqsirləndirilən şəxs elan edilmiş ittihama əsaslı şübhələr yaratmaqdan savayı onun təqsirsizliyini təsdiqləyir. Buna görə də, ittihamın sübut olunmasında yaranan şübhələr Təqsirləndirilən şəxs xeyrinə təfsir olunmalıdır. Şirvan Apellyasiya Məhkəməsi imperativ normaların tələblərinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin mövqeyinə zidd şəkildə davranaraq şübhəni təqsirləndirilən şəxsin ziyanına istifadə etmişdir. Bundan başqa iş materiallarında olan məhkəmə tibbi ekspertizasının rəylərindən də göründüyü kimi Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs3 Mübariz oğ lunun bədən səthində xəsarət və xəsarət izləri aşkar edilməmişdir. Xüsusilə qeyd etmək istəyirəm ki, şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, Mirsaleh Cabbarovla telefonla danışarkən sonuncu heç vaxt xidmətdən narazılıq etməmiş, kiminsə onu incitməsini deməmişdir. Beləliklə, Təqsirləndirilən şəxs mərhum Mirsaleh Cabbarovun ölümünə səbəb olacaq hər hansı hərəkət etdiyi mötəbər sübutla öz təsdiqini tapmamışdır. Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılarkən heç bir mötəbər hüquqi əsasa istinad edilməmişdir. Şirvan Apellyasiya Məhkəməsi isə ədalətsiz şəkildə çıxarılan bu hökmü dəyişdirmədən saxlamışdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıd a göstərilənlərə əsasən kassasiya şikayətləri təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkə məsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Məhkumlar Məhkum və Təqsirləndirilən şəxs kassasiya şikayətlərinin dəlilləri ondan ibarətdir ki, məhkəmə istintaqının aparılması zamanı prosessual pozuntulara yol verilmələri, cinayət işinə tam və obyektiv baxılmamasıdır. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPMin 413.1.4-cü maddəsinə əsasən kassasiya şikayətində hökmün və ya qərarın tarixi, qısa məzmunu və kassasiya şikayətini və ya kassasiya protestini verən şəxsin mülahizəsinə görə, onun qanunsuzluğunun, əsassızlığının və ya ədalətsizliyinin nədən ibarət olması qeyd edilməlidir. Məhkumlar kassasiya şi kayətlərində məhkəmə istintaqı zamanı prosessual pozuntulara yol verilməsini, barələrində olan cinayət işinə tam və obyektiv baxılmamasını qeyd etsə də, həmin pozuntuların nədən ibarət olmasını göstərməmişlər. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil ol unur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddənin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinin tələblərindən görünür ki, məhkəmənin qərarı qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası CPM-in 349.4-cü maddəsinə əsasən məhkəmənin yekun qərarı Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikası cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5.1-c i maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin qərarı əsaslı hesab edilir. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin cinayət və cinayət prosessual qanunlarının normalarının yuxarıda göstərilən tələblərinə riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası məhkumlar Məhkum və Təqsirləndirilən şəxs əməllərinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələr inin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Cinayət işinin materiallarından görünür ki, istintaq orqanı tərəfindən hazırkı cinayət iş üzrə sübutlar əldə edərkən cinayət prosessual qanunvericiliyinin tələblərini riayət etmiş, istintaq və prosessual hərəkətləri öz səlahiyyətləri çərçivəsində cinayət-prosessual qanunvericiliyinin normalarına uyğun keçirilmiş, kobud qanun pozuntularına yol verilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, istintaq hərəkətləri cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl etməklə keçirilmişdir. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə ibtidai istintaq orqanının hazırkı iş üzrə əldə etdiyi sü butları qanuni hesab edir. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiy yəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Ona görə də məhkəmə kollegiyası iş üzrə araşdırmanın prosessual pozuntularla aparılması barədə məhkumların kassasiya şikayətlərinin dəlilləri ilə razılaşmır. Müdafiəçi5 kassasiya şikayətinin başlıca dəlili məhkum Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə təqsiri mötəbər sübutlarla təsdiq olunmur, lakin buna baxmayaraq apellyasiya instansiya məhkəməsi qanunun imperativ normalarına riayət etmədən onun barəsində birinci instansiya məhkəməsinin hökmünü əsassız olaraq qüvvədə saxlamışdır. Belə ki, kassasiya şikayətində müdafiəçi göstərmişdir ki, məhkum Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə qarşı hər hansı cinayət əməli törətməmişdir. Məhkəmələr zərərçəkmiş şəxslərin və şahidlərin məhkəmə iclasında verdiyi ifadələrinə əhəmiy yət vermədən nəticədə əsassız və qanunsuz hökm və qərar qəbul etmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin bu dəlili ilə əlaqədar qeyd edir ki, birinci instansiyası məhkəməsi ittiham orqanı tərəfindən təqdim edilmiş sübutları – məhkum özünün, digər Məhkum, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və işin digər materiallarını tədqiq edərək onlara qiymət vermiş və həmin sübutlara əsasən nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 329.2.1, 329.2.6 və 329.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməsi tam təsdiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi müdafiəçinin apellyasiya şikayətinə əsasən işə baxıb birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşmış, ap ellyasiya şikayətinin dəlilləri əsaslı hesab etməmişdir. Məhkəmə kollegiyası cinayət işinin materiallarına, iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlara nəzər salaraq nəticəyə gəlir ki, məhkəmələr sübutlara və işin hallarına düzgün qiymət vermiş, həmin sübutlar cinayət hadisəsinin baş verməsi faktını və hallarını, Təqsirləndirilən şəxs cinayət hadisəsi ilə əlaqəsini, eləcə də onun əməlində Azərbaycan Respublikası CM-in 329.2.1, 329.2.6 və 329.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin bütün tərkib əlamətlərinin mövcudluğunu təsdiqləyir və Təqsirləndirilən şəxs cinayəti törətməkdə təqsirli olması barədə mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmə kollegiyasının gəldiyi qənaətə görə ibtidai istintaq orqanı tərəfindən toplanmış və birinci instansiya məhkəmə si tərəfindən tədqiq edilmiş və hökmün əsasını təşkil edilmiş yuxarıda sadalanan sübutların şübhə altına alınması üçün hər hansı əsas mövcud deyil və həmin sübutlar əsaslı olaraq birinci instansiya məhkəməsi tərəfindən əməlin baş verməsini və məhkumun təqsirini təsdiq edən mötəbər sübutlar kimi qəbul edilmişdir. Belə ki, məhkəmələr tərəfindən müəyyən edilmiş işin halları düzgün və doğru kimi qəbul edilmiş zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri və digər sübutlarla öz təsdiqini tapmışdır. Həmin sübutlar hökmdə ətraflı təsvir edilmiş, odur ki, məhkəmə kollegiyası onların mahiyyətini yenidən göstərməyə zərurət görmür. Apellyasiya instansiyası məhkəməsi məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə iclasında Azərbaycan Respublikası CM-in 329.2.1, 329.2.6 və 329.3-cü maddələri ilə təq sirli bilməməsini, ifadəsində işin hallarını şübhə altına alan digər xüsusatları göstərməsini cinayət işi üzrə sübutların məcmusu ilə təkzib olduğundan onun cinayət məsuliyyətindən yayınmaq cəhdi kimi qiymətləndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiya məhkəmələri Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları düzgün qiymətləndirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, müdafiəçinin kassasiya şikayətində məhkumun təqsirsizliyi ilə əlaqədar dəlillər apellyasiya şikayətində də irəli sürülmüşdür. Apellyasiya instansiyası məhkəməsi müdafiə tərəfinin apellyasiya şikayətinə əsasən işə baxıb, birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsasən nəticəyə gəlmişdir ki, məhkumun cinayəti törətməməsi barədə ifadəsi həqiqətə uyğun gəlmir və birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanmışdır. Məhkum Təqsirləndirilən şəxs əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə nə ibtidai istintaq orqanı sübutların toplanmasında, nə birinci instansiya məhk əməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası nəticəyə gəlir ki, məhkum Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 329.2.1, 329.2.6 və 329.3-cü maddələri ilə verilmiş ittiham üzrə təqsirli olması sübuta yetirilmişdir və barəsində cinayət təqibinə xitam verilməsi üçün qanuni əsaslar yoxdur. Müdafiəçisi Müdafiəçi5 kassasiya ş ikayətinin dəlilləri əsassızdır. Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilmiş hallarda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum və Təqsirləndirilən şəxs barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, həmin şikayətin təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 noyabr 2025-ci il tarixli, 1-1(106)15/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Məhkumlar Məhkum və Təqsirləndirilən şəxs, habelə məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi5 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 noyabr 2025-ci il tarixli, 1-1(106)-15/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1-1(102)-86/2025
Ali Məhkəmə Qərar — İş №1-1(102)-86/2025
18.02.2026
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver