Məhkəmə qərarları › İş №1-1(102)-89/2018

Ali Məhkəmə Qərar — İş №1-1(102)-89/2018

27.09.2018
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-89/2018 27.09.2018 ALİ MƏHKƏMƏ İş №1-1(102)-89/2018 Azərbaycan Respublikası adından QƏRAR 27 sentyabr 2018-ci il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyası Hakimlər Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), X13 və X3 ibarət tərkibdə, X19 oğlunun katibliyi Bəraət almış şəxs Məhkum Almas oğlu Müdafiəçisi-Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X4 iştirakı ilə xx xx 1977-ci ildə Qusar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Qusar rayonunun Balaqusar kəndində qeydiyyatda olmuş, həbs olunanadək Müdafiə Nazirliyinin N saylı Hərbi Hissəsinin maddi-texniki təminat bölüyünün mənzil-istismar hissəsinin qazanxana operatoru vəzifəsində işləmiş Məhkum Almas oğluAzərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 145.2.4, 29,149.2.1, 149.2.1 və 149.2.5-ci maddələri ilə bəraət verilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin xx xx 2018-ci il tarixli hökmündən dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin apelyasiya və kassasiya instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Səyavuş Sadıqov tərəfindən verilmiş kas sasiya protestinə qapalı məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Hərbi Məhkəməsinin xx xx 2015-ci il tarixli hökmü ilə (sədrlik edən hakim: H.B.Həsənov, hakimlər M.Q.Əliyev və R.Q.Abbasov) Məhkum Almas oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.2.4, 29, 149.1, 149.2.1 və 149.2.5- ci maddələri ilə təqsirli bilinib, CM-in 145.2.4-cü maddəsi ilə 3 (üç) il müddətinə, CM-in 29, 149.1-ci maddəsi ilə 4 (dörd) il müddətinə, CM-in 149.2.1 və 149.2.5-ci maddələri ilə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanmaqla Məhkum Almas oğluna qəti olaraq 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çək məsi, cəzaçəkmə müddətinin başlanğıcının xx xx 2014-cü il tarixdən hesablanması qərara alınmışdır. Həmin hökmlə X8 da məhkum edilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən məhkumun müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx xx 2018-ci il tarixli hökmü ilə (sədrlik edən: V.C.Cəfərov, hakimlər H.Ə.Nəbiyev və N.M.Nəsibov) apellyasiya şikayəti təmin edilmiş Məhkum Almas oğlunun Azərbaycan Respublikası CM-in 145.2.4, 29,149.2.1, 149.2.1 və 149.2.5-ci maddələri ilə məhkum olunmasına dair Bakı Hərbi Məhkəməsinin xx xx 2015-ci il tarixli hökmü Məhkum Almas oğluna aid hissədə ləğv edilmiş, Məhkum Almas oğluna əməlində cinayət tərkibi olmaması əsası ilə CM-in 145.2.4, 29,149.2.1, 149.2.1 və 149.2.5-ci maddələri ilə bəraət ve rilmişdir. İşin halları: İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən Məhkum qarşı CM-in 145.2.4, 29,149.1, 149.2.1 və 149.2.5-ci maddələri ilə irəli sürülmüş ittihama görə,o, zərərçəkmiş şəxsə qarşı zor tətbiq etməklə, belə zor tətbiq etmə hədəsi ilə və zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onu zorlamağa, yəni zorla cinsi əlaqədə olmağa cəhd etmiş, lakin bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməli onun iradəsindən asılı olmayan səbəblərdən başa çatdırılmamış, bundan başqa, qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrarən, zərərçəkmiş şəxsə qarşı zor tətbiq etməklə, belə zor tətbiq etmə hədəsi ilə və zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə zorlayaraq, onunla zorla cinsi əlaqədə olmuş, həmçinin qabaqcadan əlbir olan bir q rup şəxs halında adam oğurluğu ilə bağlı olmayaraq şəxsi qanunsuz azadlıqdan məhrum etmişdir. Belə ki, Məhkum Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin maddi-texniki təminat bölüyünün mənzil-istismar hissəsinin qazanxana operatoru vəzifəsində mülki qulluqçu kimi işlədiyi zaman 16.08.2014-cü il tarixdə saat N radələrində həmin hərbi hissədə mənzilistismar hissəsinin rəisi vəzifəsində xidmət edən gizir X8 mobil telefonla ona zəng edərək. Qusar şəhəri ərazisində bir qızla tanış olduğunu bildirib, onu da hərbi şəhərciyin yaxınlığına yanma çağırmış, o, a1in sözünə əsasən hərbi şəhərciyin yaxınlığında onunla görüşmüş və a1 onu Xaçmaz rayonunun Nərəcan kənd sakini X14 ilə tanış etmişdir. Görüş zamanı a1 və Məhkum A2 Xaçmaz rayonunun Nərəcan kəndindən olduğunu, səhvən Qusar rayonuna gəldiyini, bir günlük qalmaq üçün ev axtardığını öyrəndikdən sonra, sonuncunun özünü psixi cəhətdən qeyri-adekvat apardığını, yüngül əqli geriliyini, əraziyə nabələd, tək və ona qarşı edilən hərəkətlərin mahiyyətini əvvəlcədən proqnozlaşdırıb tam dərk edə bilmədiyini hiss edib, onun köməksiz vəziyyətdə olmasından istifadə etməklə onunla cinsi əlaqədə olmaq qərarına gəlmiş, bu məqsədlə Ş.İ.Piriyevanı hərbi şəhərciyin öz iş yerləri olan qazanxanasına aparmağı planlaşdırmışlar. a1 və Məhkum A2 ümumi istifadədə olan yollarla deyil, kənar yol və cığırlarla N saylı hərbi hissənin hərbi şəhərciyində yerləşən qazanxanaya apararaq kənar şəxslərin görməməsi üçün onu qazanxananın pəncərəsindən içəri keçirmişlər. Qazanxanada a1 və Məhkum A2 guya qonaq gəlməsi münasibəti ilə təşkil etdikləri süfrədə birlikdə yem ək yeyərkən A2 sərxoş vəziyyətə salıb tam köməksiz vəziyyətə gətirmək məqsədi ilə ona spirtli içki qəbul etməyi təklif etmiş, A2 spirtli içki qəbul etməkdən imtina etdikdə Məhkum ona içməyəcəyi təqdirdə onun üçün «pis olacağını» deyib döyəcəkləri ilə hədələyərək zorla spirtli içki olan pivəni onun ağzına tökərək qəbul etməyə məcbur etmişdir. Bundan sonra a1 R.X12 kənar şəxslərin görməməsi üçün qazanxananın zirzəmisində gizlətməsini və onun qaçmaması üçün özünün də onun yanında gözləməsini tapşırıb qazanxanadan şəxsi işləri ilə bağlı çıxaraq, tezliklə qayıdacağını bildirmişdir. Bundan sonra Məhkum həmin gün, yəni 16.08.2014-cü il tarixdə saat 20:30 radələrində Şəhla Piriyevanı dəmir pilləkənlərlə qazanxananın zirzəmisinə endirmiş, orada A2ya onunla cinsi əlaqədə olmaq istədiyini bildirmiş, lakin o imtina etdikdə onu itələyərək divara dirəmiş, hər iki qollarını, əllərini arxasına keçirib divarın arasında sıxaraq bir əli ilə onun hər iki əlini arxada bərk tutmuş, bir əli ilə isə onun şalvarını düyməsini açmadan bərk aşağı dartmış, həm şalvarını, həm də alt paltarını birlikdə zorla dartaraq aşağı salmış, eyni zamanda onun üstünə söykənib sinəsi ilə divara sıxaraq öz şalvarını və alt paltarını da aşağı çəkərək, öz cinsiyyət orqanını A2 cinsiyyət orqanına daxil edərək onunla zorla təbii yolla cinsi əlaqədə olmağa cəhd göstərmiş, lakin A2 Məhkum fiziki müqavimət göstərərək özünü o tərəfə-bu tərəfə yıxmaqla ona imkan verməyərək qışqırıb səs-küy salmış, Məhkum səs-küyə kənar şəxslərin gələcəyindən ehtiyat edərək A2 buraxmağa məcbur olmuş, öz iradəsindən asılı olmayaraq cinayət əmə lini başa çatdıra bilməmiş, A2 buraxıb kənara çəkilərək öz alt paltarını və şalvarını geyinmiş, sonra isə A2 da alt paltarını və şalvarını yuxarı çəkmiş və zirzəmidən pilləkənlərlə qazanxanaya qalxmışdır. Bundan sonra xx xx 2014-cü il tarixdə saat 21 radələrində a1 qazanxanaya qayıtmış və Məhkumla birlikdə A2 ilə cinsi əlaqədə olmaq barədə əvvəlcədən planlaşdırdıqları niyyətlərini həyata keçirmək məqsədi ilə axşam, qaranlıq düşdükdən sonra onu kənar şəxslərin, o cümlədən a1in həmin binada yaşayan həyat yoldaşının görməyəcəyi şəraitdə hərbi şəhərcikdəki beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən və qonaq evi kimi istifadə olunan 1 №-li mənzilə aparmaq qərarına gəlmiş və bu niyyətlə hava qaralanadək A2 kənar şəxslərin görməməsi üçün qazanxanadakı kiçik otaqda iradəsinə zidd ol araq qapalı şəraitdə saxlayaraq, sərbəst hərəkət etməsini məhdudlaşdırıb bayıra çıxmasına imkan verməyərək saat 20 radələrindən saat 22 radələrinədək olan müddətdə onu qanunsuz azadlıqdan məhrum etmişlər. Həmin gün hava qaraldıqdan sonra, saat 22 radələrində a1 R.X12 N saylı hərbi hissənin Qusar şəhəri N. Şərifov küçəsindəki hərbi şəhərciyində yerləşən, hərbi hissədə xidmət edən şəxslərin və ailələrinin yaşadıqları beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsindəki qonaq evi kimi istifadə olunan və açarlarından biri mənzil hissəsinin rəisi kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar özündə olan 1 №-li mənzilə aparmasım tapşıraraq həmin mənzilin giriş qapısının açarını Məhkum vermişdir. R.MəhkumNağıyevin tapşırığı ilə A2 həmin mənzilə aparıb yerləşdirərək açarla qapını bayır tərəfdən ba ğlayıb geri qayıdaraq açarı a1ə vermişdir. 16.08.2014-cü il tarixdə saat 22:30 radələrində a1 sərxoş vəziyyətdə həmin mənzilə gələrək, mənzilin sağdan ikinci otağında A2 zorlayaraq, onunla zorla təbii və qeyri təbii yolla cinsi əlaqədə olduqdan sonra mənzilin qapısını bayır tərəfdən açarla bağlayaraq çıxıb getmiş, A2 paltarlarını geyinərək mənzili tərk etməyə çalışsa da, giriş qapısı bağlı olduğu üçün mənzildən çıxa bilməmişdir. Daha sonra həmin gün saat 24 radələrində Məhkum sərxoş vəziyyətdə həmin mənzilə gəlib açarla mənzilin giriş qapısını açaraq oraya daxil olmuş və otaqda olan Şəhla Piriyevaya onunla cinsi əlaqədə olmasını təklif etmişdir. A2 Məhkum təklifini rədd etmiş,onunla cinsi əlaqədə olmaqdan imtina edərək A1in onunla zorla cinsi əlaqədə olduğunu və onunla evlənəcəyinə söz ver diyini bildirmişdir. R.Məhkum Nağıyevin evli olduğunu, iki uşağı olduğunu və onu aldatdığını deyərək onunla özünün evlənəcəyini yalandan bildirib bu yolla onunla cinsi əlaqədə olmağa nail olmağa çalışmışdır. A2 ondan uşaqlarının olub-olmadığını soruşduqda Məhkum 3 uşağının olduğunu, ancaq onunla da evlənib başqa evdə ayrıca saxlayacağını bildirmişdir. A2 a1ə bu cür ailə qurmaq istəmədiyini bildirərək ondan əl çəkməsini tələb etdikdə Məhkum bir kişinin çoxlu sayda arvadla evlənə biləcəyini demiş, lakin A2 yenə də onunla cinsi əlaqədə olmaq istəmədiyini görərək onunla zorla cinsi əlaqədə olmaq qərarına gəlmişdir. Bu məqsədlə o, A2 zorla itələyib çarpayının üstünə yıxmış, A2 qışqırmağa başlamış, lakin Məhkum bir əli ilə onun ağzını tutub qısa müddətdə nəfəs almasına imkan verməyərək boğmuş, s onra isə ağzını buraxıb qışqıracağı təqdirdə onu döyəcəyi ilə hədələyərək, çarpayıya sıxıb zorla şalvarını və alt tumanını aşağı çəkərək, düyməsini açmadan şalvarını zorla dartıb aşağı salmış, şalvarla tumanı bir ayağından çıxsa da digər ayağında ilişib qalmış, köynəyini və bustqalterini isə əynindən çıxarmamışdır. Məhkum güclə A2 arxası üstə çarpayıya sıxıb, əlləri ilə ayaqlarının ucundan, budlarından tutub bərk-bərk sıxaraq ayaqlarını yuxarı yığıb əlləri ilə dartıb budlarını aralayaraq zorla öz cinsi orqanını A2 cinsi orqanına daxil edib onunla zorla təbii yolla cinsi əlaqədə olaraq cinsi ehtirasını təmin edib ona sağlamlığa zərər vurmadığı üçün ağırlıq dərəcəsi təyin edilməyən «sol bazunun yuxarı 1/3-nin ön səthinin, belin sol tərəfinin və sol budun yuxarı 1/3-nin iç ön səthinin qançı rları»” xəsarətlərini yetirmiş, A2 Məhkum üstündən itələyib müqavimət göstərməsinə baxmayaraq Məhkum ondan daha güclü olması səbəbindən onun bu əməlinin qarşısını ala bilməmişdir. Bundan sonra Məhkum paltarlarını geyinib mənzilin qapısını bayır tərəfdən açarla bağlayaraq getmiş, Ş Piriyeva paltarlarım geyinərək mənzili tərk etmək istəsə də, giriş qapısı bağlı olduğu üçün mənzildən çıxa bilməmiş, A2 epilepsiya xəstəliyindən əziyyət çəkdiyindən a1in və Məhkum ona qarşı törətdikləri hərəkətlərdən əsəbləşərək «qıcolma tutması» vəziyyətinə düşüb bir müddət otaqda hərəkətsiz qalmış, ayıldıqdan sonra mənzili tərk etməyə çalışsa da, giriş qapısının bağlı olması səbəbindən mənzili tərk edə bilməmiş və 2014-cü ilin avqust ayının 16-dan 17-nə keçən gecəni öz iradəsinə zidd olaraq həmin mənzildə keçir mək məcburiyyətində qalmışdır. xx xx 2014-cü il tarixdə saat 04 radələrində A2 mənzilin giriş qapısının bağlı olması səbəbindən oranı tərk edə bilmədiyini görərək, a1 və Məhkum tərəfindən zorlandığı otağın balkonuna açılan qapısından çıxmaqla mənzili tərk etməyə çalışmış, lakin həmin qapının da bağlı olması səbəbindən mənzili pəncərədən tərk etməklə balkona çıxmış və hərbi şəhərciyin yaxınlıqda yerləşən nəzarət buraxılış məntəqəsində xidmətdə olan əsgərlər X9 və X1 çağıraraq onların vasitəsi ilə balkondan yerə düşməklə öz iradəsinə zidd olaraq saxlanıldığı mənzili tərk edə bilmişdir. Bakı Hərbi Məhkəməsinin xx xx 2015-ci il tarixli hökmündən məhkumun müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx xx 2016-cı il tarixli qərarına əsasən Məhkum Al mas oğlunun CM-in 145.2.4, 29,149.1, 149.2.1 və 149.2.5-ci maddələri ilə məhkum olunmasına dair Bakı Hərbi Məhkəməsinin xx xx 2015-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti təmin olunmamışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin xx xx2016-cı il tarixli qərarından Məhkum Almas oğlunun müdafiəçisi X5 tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının xx xx 2016-cı il tarixli qərarına əsasən kassasiya şikayəti qismən təmin edilmiş, CM-in 145.2.4, 29,149.1, 149.2.1və 49.2.5-ci maddələri ilə məhkum olunmuş Məhkum Almas oğlu barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xx2016-ci il tarixli qərarı Məhkum Almas oğluna aid hissədə ləğv edilmiş və cinayət işinin həmin hissədə apellyasiya instansiya məhkəməsində yenidən baxılması təyin edilmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Sumqayıt Apellyasiya Məhkəməsinin xx xx 2018-ci il tarixli hökmünün ləğv edilməsi və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması xahiş olunur. Protest müəllifi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hökm çıxarılarkən sübutlar CPM-in 143-146-cı maddələrin tələblərinə müvafiq olaraq tətqiq edilmədiyindən Məhkum Almas oğluna CM-in 145.2.4, 29,149.2.1, 149.2.1 və 149.2.5-ci maddələri ilə əsassız və qanunsuz bəraət verilmişdir. Dövlət ittihamçısı qeyd edir ki, cinayət işinin materiallarında olan şahid ifadələrindən göründüyü kimi, A2 Məhkum da onu zorladığını bildirmiş, 5 yaşından onu saxlayan bibisi X6 da bu h aqda heç bir kənar təsir və təziq olmadın danışmışdır. Bütün bunlar isə A2mıı müstəntiqin təziq və təsiri altında Məhkum əleyhinə ifadə verməsini tamamilə istisna edir. Dövlət ittihamçısının fikrincə, işin faktiki hallarına uyğun olmayan və təkzib olunmaz sübutların məcmuyu ilə inkar olunan Məhkum özünü müdafiə xarakterli ifadəsi isə məhkəmə kollegiyası tərəfindən əsassız olaraq əsas sübut kimi qəbul edilmiş, ədalətsiz və qanunsuz bəraət hökmünün əsasını təşkil etmişdir. Hansı ki, iş materiallarında olan və birinci instansiya məhkəməsində məhkəmə istintaqı ilə tədqiq olunan zərərçəkmiş şəxs və şahid ifadələri, ekspert rəyləri, habelə digər mötəbər sübutlar əsassız olaraq məhkəmə kollegiyası tərəfindən nəzərə alınmamışdır. Protest müəllifi qeyd edir ki, təqsirləndirilən şəxs Məhkum qonaq ot ağında zərərçəkmiş şəxs A2ya qarşı törətdiyi cinayət hərəkəti cinayət işinin materialları ilə, o cümlədən, şahidlərin ifadələri, məhkəmə ekspertizası rəyləri, istintaq hərəkəti protokolları və digər sənədlərlə təsdiqini tapmışdır. Belə ki, işin hallarından görünür ki, həm qazanxanada, həm də qonaq evində olarkən zərərçəkmiş şəxs Şəhla Piriyeva təqsirləndirilən şəxslər A1 və Məhkum tərəfindən qapalı şəraitdə hərəkətlərinə məhdudiyyət qoyulmaqla nəzarətdə saxlanılaraq qanunsuz olaraq azadlıqdan məhrum edilmiş, onun sərbəst hərəkət edərək qazanxananı, qonaq evini, ümumiyyətlə hərbi şəhərcyin ərazisini tərk etmək imkanı olmamışdır, A2 ona qarşı törədilən cinayətlər zamanı köməksiz vəziyyətdə olmuşdur. Etiraz ərizəsinin dəlilləri: Bəraət almış şəxs Məhkum Almas oğlunun müdafiəçisi X5 dövlət it tihamçısının kassasiya protestinə dair etiraz ərizəsi verərək Sumqayıt Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının Məhkum Almas oğlunun barəsində olan xx xx 2018-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını, kassasiya protestinin təmin edilməməsi barədə qərarın qəbul edilməsini xahiş edir. Müdafiəçi etiraz ərizəsində iş üzrə keçirilmiş ekspertiza rəylərində Məhkum bu işdə heç bir əməlin sübuta yetirilmədiyi, cinayət işinin istintaqının kobud pozuntularla aparıldığını, təqsirləndirilən üçün süni sübutlar toplandığını və nəticədə o əsassız olaraq ittiham olunaraq həbs edildiyini bildirmişdir. Müdafiəçi qeyd edir ki, a1 Məhkum komandiri olmaqla, qonaq otağının üzərində də sərəncam vermək hüququ ona məxsus olmuşdur. a1 tabeçiliyində olan Məhkumova göstəriş verərək, A2vı aparıb qonaq otağına ötürməsini istəmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmişin ifadəsi ilə bir daha təsdiq olunmuşdur ki, R.MəhkumNağıyevin göstərişini yerinə yetirmiş və A2 aparıb qonaq otağına ötürüb qayıtmışdır. Belə olan halda məhkəmənin Məhkum CM-in 145.2.1-ci maddəsi ilə təqsirli bilməsi cinayət-prosessual qanunvericiliyinə ziddir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı C.Əliyevin, kassasiya protestinin təmin edilməməsinə dair bəraət almış şəxs Məhkum və onun müdafiəçisi M.Rəhimovun çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanı lmalıdır. AzərbaycanRespublikasıCPM-nin 419.1-cimaddəsinintələblərinəuyğunolaraq, kassasiyainstansiyasıməhkəməsikassasiyaşikayətinəvəyakassasiyaprotestinəmahiyyətiüzr əbaxaraqyalnızhüquqməsələləriüzrəcinayətqanunununvəbuMəcəlləninnormalarınıntətbiqin indüzgünlüyünüyoxlayır. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmi n məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Protest müəllifi qeyd edir ki, Məhkum əməlində ittiham edildiyi cinayətlərin törədilməsində təqsiri təkzib edilməz sübutlarla təsdiq edilməsinə baxmayaraq məhkəmə həmin sübutları kifayət qədər araşdırıb təhlil etmədən onun barəsində bəraət hökmü çıxarmışdır. Məhkəmə kollegiyası kassasiya protestində qeyd edilən hallarla razılaşmayaraq bildirir ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi haqlı olaraq Məhkum bəraət vermiş, habeləbu vaxt cinayət və cinayət-prosessual qanunvericiliyinin normaları düzgün tətbiq edilmişdir. Belə ki apellyasiya instansiyası məhkəməsinin məhkəmə iclasında təqsirləndirilən şəxs Məhkum Almas oğlu ifadəsində göstərmişdir ki, o, hərbi hissəsinin maddi-texniki təminat bölüyünün mənzil-istismar hissəsinin qazanxana operatoru vəzifəsində mülki qulluqçu kimi işlədiyi zaman, həmin hərbi hissədə mənzil-istismar hissəsinin rəisi vəzifəsində xidmət edən gizir X8 mobil telefonla ona zəng edərək qızla tanış olduğunu bildirdi və onu hərbi şəhərciyin yaxınlığına çağırdı. O, da a1in sözünə əsasən hərbi şəhərciyin yaxınlığında onunla görüşmüş və a1 onu X14 ilə tanış edərək onu n qonağı olduğunu bildirdi və ondan bir gecəliyinə ev tapmağını istədi. O, da evinin olmadığını ona bildirdi və iş yeri olan hərbi hissənin qazanxanasına gəldi. Sonra gördü ki, onun ardınca A1 və Piriyev Şəhla da qazanxanaya gəlmişlər. Onlar birlikdə qazanxanaya keçdikdən X28 onu mağazaya göndərdi və o,deyilənləri alaraq qazanxanaya qayıtdı. X17 göstəriş verərək Şəhlanı qazanxananın qonaq otağına aparmağını istədi. O, da onun bu göstərişini yerinə yetirərək Şəhlanı qonaq otağına ötürüb qayıtdı. Sonra həmin gecə qazanxanada təmir işləri ilə məşğul olub yatmışdır. Apellyasiya instansiyası məhkəməsinin məhkəmə iclasında ifadə vermiş məhkum X8 bildirmişdir ki, tabeçiliyində olan mülki işçi Məhkum öz mobil telefonu ilə zəng edərək bir nəfər qızla gəldiyini, bizi qarşılayaraq hərbi hissənin qaza nxanasına aparmasını ona tapşırdı. O, qızı Məhkum təhvil verdi və xahiş etdi ki, qazanxanaya aparsın, özü əsas qapıdan hərbi hissəyə daxil oldu və qazanxanaya getdi. Məhkumla birlikdə qızı qazanxanada yerləşdirdi və mağazadan aldıqları yeməyi qıza verdi. Nə həmin vaxt, nə də ondan sonra Məhkum A2 ilə cinsi əlaqədə olmayıbdır. Zərərçəkmiş şəxs X14 apellyasiya instansiya məhkəməsində verdiyi ifadəsində göstərmişdir ki, Məhkum heç bir günahı yoxdur. Belə ki, onun ona qarşı heç bir zorakı hərəkətləri olmamışdır. İbtidai istintaqda Məhkum barəsində verdiyi ifadələr həqiqəti əks etdirmir. Məhkum onunla cinsi əlaqədə olmamışdır, ümumiyyətlə ona toxunmamışdır. İbtidai istintaqda Məhkum qarşı verdiyi ifadələri, onlardan acıq çıxmaq məqsədi ilə vermişdir. Onun Məhkum Almas oğluna qarşı heç bir şikay əti və tələbi yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin məhkəmə iclasının protokoluna əsasən, zərərçəkmiş şəxs X7 ifadə verərək qeyd etmişdir ki, onu hər iki təqsirləndirilən şəxs A1 və, Məhkum zorlamışdır. Lakin birinci instansiya məhkəməsində çıxışlarda o fikrini dəyişərək qeyd etmişdir ki, Məhkum heç bir günahı yoxdur, əvvəlcə əsəbləşib onun əleyhinə ifadə vermiş, sonradan onu Raminə qarşı ifadə verməyə müstəntiq məcbur etmiş, ona görə də onu şərləmiş, ondan etdiyi hərəkətlərə görə üzr istəmişdir. Cinayət işinin materiallarından görünür ki, zərərçəkmiş şəxs Piriyeva Şəhla ibtidai istintaqda müxtəlif məzmunlu ifadələr vermiş, şikayətlər və ərizələr ünvanlandırmışdır. İbtidai istintaq və birinci instansiya məhkəməsində Məhkum onu zorlaması məzmununda ifadəl ər versə də, istər ibtidai istintaq, istər birinci instansiya məhkəmə çıxışlarında, ibtidai istintaqda yazdığı ərizələrdə, şikayətlərdə və apelyasiya məhkəməsində o, Məhkum tərəfindən heç bir qeyri-qanuni hərəkətlərə məruz qalmadığını, ümumiyyətlə, Məhkum bu hadisələrdən xəbəri olmadığını qeyd edir. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum qarşı irəli sürünən ittiham yalnız zərərçəkmiş şəxs Şəhla Piriyevanın müxtəlif məzmunlu, biri-birinə zidd ifadələrinə əsaslanmışdır. Yəni iş üzrə Məhkum cinayət törətməsinə bir başa dəlalət edən bütün sübutların əsasını yalnız Şəhla Piriyevanın istintaqa, məhkəməyə, digər şahidlərə söylədiklərinin məzmunu təşkil etmişdir. Cinayət işinin materillarından görünür ki, ibtidai istintaq və birinci instansiya məhkəməsində ifadə verən X16, X15, X26 və digərlər i hadisənin birbaşa şahidi olmamış, onların Məhkum qarşı ifadələri ümumi xarakterli olmuş, bilavasitə onun hərəkətərini tam əhatə etməmiş, yalnız Şəhla Piriyevanın emosional sözlərinə əsaslanmışdır. Bundan başqa, iş üzrə Məhkum əməllərini sübutan yetirən heç bir maddi sübut, ekspertiza rəyləri mövcud deyildir. Zərərçəkmişin geyimləri üzərində Məhkum geyimlərinin heç bir lifti aşkar edilməmiş, onun tərəfindən zərərçəkmş şəxsə qarşı zorlama əməlini törətməsinə dəlalət edən bioloji-tibbi sübutlar da müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi Məhkum əməlində Azərbaycan Respublikası CM-in 145.2.4, 29,149.2.1, 149.2.1 və 149.2.5-ci maddələrinin tərkibi olmadığından haqlı olaraq bəraət vermişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində göstərilir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan Hüquqları üzrə Avropa Məhk əməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmalıdır. Azərbaycan Respublikası CPM-in 12.1 və 12.3-cü maddələrinin tələblərinə görə cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqla rının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Məhkəmə kollegiyası kassasiya protestinin apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 143-146-cımaddələrinintələblərininpozulması, busəbəbdəndəCPM-in 416.0.2 və 416.0.3cümaddələrindənəzərdətutulmuşəsaslarınolmasıbarədədəlillərinidəəsassızhesabedironagörəki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalətmühakiməsininprinsiplərinəuyğun, ağlabatanmüddətlərdəkeçirilmiş, məhkəməiclaslarındafaktlarıaraşdırıbmaddivəprosessualhüquqnormaların ıntətbiqiniyoxlayarkən, mövcud sübutları AzərbaycanRespublikasıCPM-in 145.1cimaddəsinintələblərinəuyğunolaraqdüzgünqiymətləndirmişvəhaqlıolaraqMəhkum əməlində təqsirli bilindiyi zərərçəkmiş şəxsə qarşı zor tətbiq etməklə, belə zor tətbiq etmə hədəsi ilə və zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onu zorlama, yəni zorla cinsi əlaqədə olmağa cəhd etmə, qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrarən, zərərçəkmiş şəxsə qarşı zor tətbiq etməklə, belə zor tətbiq etmə hədəsi ilə və zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə zorlama, həmçinin qabaqcadan əlbir olan bir qrup şəxs halında adam oğurluğu ilə bağlı olmayaraq şəxsi qanunsuz azadlıqdan məhrum etmə cinayətinin tərkibinin mövcud olmaması əsası ilə bəraət verilmişdir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya protestinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx xx 2018-ci il tarixli hökmü qanuni və əsaslı olduğundan, kassasiya protestində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, protestin təmin edilmədən, həmin hökmün isə dəyişiklik edilmədən saxlanılması mümkündür. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya protesti təmin edilməsin. Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsin in xx xx 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar