Məhkəmə qərarları › İş №1-1(102)-94/2025

Ali Məhkəmə Qərar — İş №1-1(102)-94/2025

10.12.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-94/2025 10.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən), Mövsümov Nazim Rasim oğlu və Cəfərov İlqar Xanlar oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X2 və Məhkum iştirakları ilə, Məhkum barəsində olan cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 20 avqust tarixli, 1-1(106)-23/2024 nömrəli hökmündən məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəm ənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Tərtər Hərbi Məhkəməsinin 25 aprel 2024-cü il tarixli, 1(098)-23/2024 saylı hökmü ilə (X3 (sədrlik edən), X8 və X5 ibarət tərkibdə) xx xxxxxx 1996-cı il tarixdə Kürdəmir rayonunun Ərəbqubalı kəndində doğulmuş, Kürdəmir rayonunun Ərəbqubalı kəndində daimi qeydiyyatda olmaqla, həmin ünvanında yaşamış, Azərbaycan Respublikasının vətəndaşı, tam orta təhsilli, evli olmaqla himayəsində iki azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin mühafizə bölüyünün mühafizə tağımının mühafizə manqasının atıcısı, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olmaqla əsgər hərbi rütbəsində xidmət edən, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən Məhkum Azərbaycan Re spublikası CM-in 243.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 145.1-ci maddəsi ilə təqsirli bilinib 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 149.2.5-ci maddəsi ilə təqsirli bilinib 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 151-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi ilə təqsirli bilinib 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə o qəti olaraq 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Məhkum cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddətinin əvvəlinin 28 noyabr 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş «həbs» növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, ekspertizalar üzrə aparılmış tədqiqatın dəyəri olan 133.65 (bir yüz otuz üç manat altmış beş qəpik) manat məhkəmə xərcinin təqsirləndirilən şəxs Məhkum tutulub dövlət nəfinə ödənilməsi müəyyən edilmişdir. Hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi1 və Zərərçəkmiş şəxs4 apellyasiya şikayəti və dövlət ittihamçısı apellyasiya protesti vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X1 (sədrlik edən), X6 və X4 ibarət tərkibdə) 2024-cü il 20 avqust tarixli, 1-1(106)-23/2024 nömrəli qərarı ilə Dövlət ittihamçısı1 apellyasiya protesti və Zərərçəkmiş şəxs4 Yolçü q ızının apellyasiya şikayəti təmin edilmiş, Müdafiəçi1 apellasiya şikayəti təmin olunmamış, hökm ləğv olunmuş, Məhkum Azərbaycan Respublikasının CM-in 144-1.1-ci maddəsi ilə 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikasının CM-in 145.1-ci maddəsi ilə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikasının CM-in 149.2.4. və 149.2.5-ci maddəsi ilə 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikasının CM-in 151-ci maddəsi ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikasının CM-in 181.2.3. və 181.2.5-ci maddələri ilə 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikasının CM-in 182.2.2-ci maddəsi ilə 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası na, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən ayrı-ayrılıqda təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə o, qəti olaraq 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İŞİN HALLARİ: Məhkəmənin ittiham hökmünə əsasən Məhkum zərərçəkmiş şəxsi gəlir əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmiş, zərərçəkmiş şəxsi adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmiş, zərərçəkmiş şəxsə zor tətbiq etməklə onunla təkrar cinsi əlaqədə olmuş, yəni zorlamış, zərərçəkmiş şəxsin sair asılığından istifadə etməklə onu cinsi əlaqəyə girməyə və seksual xarakterli digər hərəkətlərə məcbur etmiş, zərərçəkmiş şəxslərin haqqında rüsvayedici məlumatlar yayma və zərərçəkmiş şəxsin üzərində zor göstərmə hədəsi ilə özgənin əmlakını hədə-qorxu ilə təkrar tələb e tmişdir. İrəli sürülmüş ittiham apellyasiya instansiyası məhkəməsinin hökmündə müfəssəl şəkildə təsvir edildiyindən, məhkəmə kollegiyası hesab edir ki, hazırkı qərarda ittihamın detallı şəkildə əks olunmasına zərurət yoxdur. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, MƏHKUMUN VƏ DÖVLƏT İTTİHAMÇİSİNİN ÇİXİŞLARİ: Məhkum kassasiya şikayətində ona təyin edilən cəzanın ədalətsiz olduğunu və cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Məhkum kassasiya şikayətinin təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, təqsirsizdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya şikayətinin təmin olunmamasını və Məhkum barəsində olan cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 20 avqust tarixli qərarının dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməs ində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Mə hkum kassasiya şikayətində əməlinin tövsifini mübahisələndirməmiş, yalnız təyin edilmiş cəzanın ağırlığını mübahisləndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi barədə tələbini CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişlər. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konst itusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi bo rcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə məhkumun, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və a pellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Məhkum kassasiya şikayətində əməlinin tövsifini mübahiləndirməsədə də, lakin Ali Məhkəmənin Cinayət kollegiyasının iclasında iştirak edərkən ona qarşı irəli sürülmüş ittihamlarla da razı olmadığını bildirmişdir. Məhkumun təqsirsiz olması ilə bağlı dəlillərinə münasibət bildirən məhkəmə kollegiyası qeyd edir ki, məhkumun apellyasiya instansiyası məhkəməsinin iclaslarında irəli sürdüyü təqsirsiz olması ilə bağlı dəlilləri apellyasiya instansiya məhkəməsi tərəfindən hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə toplanmış mötəbər sübutların məcmusu əsasında yoxlanılaraq qiymətləndirilmiş və məhkum tərəfindən ona qarşı irəli sürülmüş ittihamda nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsi nəticəsinə gəlinmişdir. Məhkəmə kollegiyası mötəbərliyi apellyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılmiş sübutları hazırkı qərarda təkrar etmədən apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin sübutlara münasibətdə qiymətləndirmə ilə razılaşır və hesab edir ki, məhkumun əməlinin tövsifi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin qənaəti qanuni və əsaslıdır və bununla bağlı məhkumun irəli sürdüyü dəlillər əsassızdır. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın növünə və həddinə də münasibət bildirərə k qeyd etməyi zəruri hesab edir ki, məhkuma cəza təyin edilərkən törədilmiş cinayət əməllərinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti və onun cəzasını yüngülləşdirən hallar və cəzasını ağırlaşdıran bir halın olması nəzərə alınmaqla onun təqsirli bilindiyi maddələrin sanksiyası həddində, eləcə də cinayətlərin məcmusu üzrə ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası məhkumun təqsirli bilindiyi həm ayrı-ayrı maddələr üzrə, həm də cinayətlərin məcmusu üzrə təyin edilmiş cəzaların yüngülləşdirilməsi üçün heç bir əsas tapa bilmir və məhkumun yalnız təyin edilmiş cəzanı real çəkməsi nəticəsində islah olunmasının mümkünlüyü qənaətinə gəlir. Eyni zamanda, məhkəmə kollegiyası hesab eidr ki, məhkumun təqsirli bilindiyi maddələrə CM-in 62-ci maddəsinin və onun barəsində CM-in 70-ci maddəsinin tətbiqi üçün qanunda nəzərdə tutulan hüquqi və faktiki hallar və əsaslar mövcud deyil. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, məhkumun kassasiya şikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.1, 145.1, 149.2.4, 149.2.5, 151, 181.2.3, 181.2.5 və 182.2.2-ci maddələri ilə təqsirli bilinib məhkum edilmiş Məhkum barəsində olan Şirvan Apellyasiya Məhkəməsinin Cinayə t kollegiyasının 2024-cü il 20 avqust tarixli, 1-1(106)-23/2024 nömrəli hökmü, məhkumun kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar