Məhkəmə qərarları › İş №1-1(102)-98/2025

Ali Məhkəmə Qərar — İş №1-1(102)-98/2025

26.11.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-98/2025 26.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən), Mövsümov Nazim Rasim oğlu və Hüseynov Zaur Nazim oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X3 və məhkumun müdafiəçisi Müdafiəçi4 iştirakları ilə, Məhkum barəsində olan cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 20 may tarixli, 1-1(104)-6/25 nömrəli hökmündən məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya ş ikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Tərtər Hərbi Məhkəməsinin 20 noyabr 2023-ci il tarixli, 1-1(098)-97/2023 saylı hökmü ilə (hakim Əhməd Sarıyev), xx.xx.1988-ci il tarixdə Bərdə rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2nin nəzarət texniki məntəqəsinin rəisi vəzifəsində, gizir hərbi rütbəsində xidmət edən, cərimə cəzasına məhkum edilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.3-cü maddəsilə təqsirli bilinib, barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməklə 200 (iki yüz) manat məbləğdə cərimə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə təqsirliliyi sübut olunmadığında n Məhkum təqsirsiz elan olunmuş və Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə ona bəraət verilmiş, Məhkum bəraət verilən hissədə təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququnun olduğunun izah olunması, hökmün icrasının onun yaşayış yeri üzrə Bərdə şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilməsi hökm edilmişdir. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti və təqsirləndirilən şəxs Məhkum apellyasiya şikayəti vermişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X2 (sədrlik edən), X1 və X4 ibarət tərkibdə) 2025-ci il 20 may tarixli, 1-1(104)-6/25 nömrəli hökmü ilə dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edi lmiş, təqsirləndiriləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, hökm ləğv edilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirli bilinmiş və ona həmin maddə üzrə 1 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6000 (altı min) manat məbləğində cərimə cəzası təyin edilmiş, Məhkum Azərbaycan Respublikası CM-nin 333.3-cü maddəsi ilə təqsirli bilinmiş və həmin maddə ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən CPM-in 44.2.1-ci maddəsinə əsasən ona cəza təyin edilməmişdir. İŞİN HALLARİ: Apellyasiya instansiyası məhkəməsinin hökmünə əsasən Babayev X9 Nazirliyinin Hərbi Polis İdarəsinin 4-cü Hərbi polis bölməsinin nəzarət texniki məntəqəsinin rəisi vəzifəsində, gizir hərbi rütbəsində h əqiqi hərbi xidmətdə olarkən, nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan, texniki cəhətdən saz vəziyyətdə və etibarnamə olmadan ona verilmiş atası Şahid1 məxsus olan “Hyundai Elantra” markalı, “**-TT-***” dövlət qeydiyyat nişanlı avtomobillə 11 aprel 2022-ci il tarixdə saat 17:30 radələrində Bərdə şəhəri, Heydər Əliyev prospekti ilə Bərdə şəhəri istiqamətində 30 km/saat sürətlə hərəkətdə olarkən həmin prospektdə yerləşən “Gülüstan” şadlıq sarayının qarşısında “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əməl etməmiş, hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli oldu ğu halda bunları etməyərək Bərdə şəhəri istiqamətində yolu soldan sağa keçən piyada Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilin qabaq sağ hissəsi ilə vuraraq, sonuncuya “sağ bazu sümüyünün cərrahi boynunun qəlpəli, yerdəyişmiş sınığı, sağ qamış sümüyünün bayır kondilusunun sınığı” ilə müşayiət edilən, sağlamlığın uzun müddət pozulmasına səbəb olan bədən xəsarətləri yetirməklə Zərərçəkmiş şəxs sağlamlığa az ağır zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Bundan başqa, o, həmin vəzifə və hərbi rütbədə hərbi xidmətdə olarkən 08 avqust 2022-ci il tarixdə 20 gün müddətinə məzuniyyətə buraxılmış, 28 avqust 2022-ci il tarixdə xidmət yerinə gəlməli olduğu halda 15 sentyabr 2022-ci il tarixdə xidmət yerinə qayıtmaqla gizir kimi üzrlü səbəblər olmadan on gündən artıq, lakin bir a ydan çox olmayan müddətdə xidmət yerinə vaxtında qayıtmamışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, MÜDAFİƏÇİNİN VƏ DÖVLƏT İTTİHAMÇİSİNİN ÇİXİŞLARİ: Məhkumun müdafiəçisi kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, İşə baxan Gəncə Apelyasiya Məhkəməsi iş üzrə keçirilmiş ikinci ekspert rəyini nəzərə almamış və nəzərə almamağını qərarında əsaslandırmamışdır. Hansı ki, ekspert rəyləri arasında ziddiyyət olduğundan, komisyon ekspertiza təyin edilməli idi. Təqsirsizlik prezumpsiyası hüququnun olduğunu nəzərə alsaq, ziddiyyətli hallar onun xeyrimə təfsir edilməli idi. Zərərçəkmiş şəxsin keçdiyi yol piyadaların keçidi üçün nəzərdə tutulmadığından, yola ağacların arasından çıxarkən Şahid11 bildirdiyi kimi dayanmadan iti addımlarla irəllədiyindən və dayanmadan yolu keçdiyindən, zərərçəkmişi g örmə anında Məhkum hadisənin qarşısını almağa texniki imkanı olmadığından, bu hallar şahid ifadəsi və ekspert rəyi ilə təsdiqini tapdığından, ekspert rəyləri arasında uyğunsuzluq olduğundan, hazırki iş üzrə kassasiya şikayəti təmin edilməli və Məhkum barəsində bəraət hökmü çıxarılmalıdır. Müdafiəçi kassasiya şikayətində göstərilənlərə əsasən Gəncə Apelyasiya Məhkəməsinin 20 may 2025-ci il tarixli, 1(104)-6/2025 saylı qərarının ləğv edilməsini və Məhkum barəsində Azərbaycan Respublikası CPM-nin 42 və 350-cimaddələri tətbiq edilməklə bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Müdafiəçi4 kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Rəşad Məmmədli kassasiya şikayətinin təmi n olunmamasını və Məhkum barəsində olan cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 20 may tarixli hökmünün dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məc əllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsa sən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Müdafiə tərəfi məhkuma CM-in 263-1.1-ci maddə ilə bəraət verilməli olduğunu mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələblərini CPM-in 416.1.2-ci maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə müdafiəçinin, kassasiya şikayətinin t əmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Məhkumun müdafiəçisi kassasiya şikayətində məhkumun əməlinin tövsifini mübahisələndirmiş və məhkuma bəraət verilməli olduğunu iddia etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkumun ona qarşı irəli sürülmüş ittihamda təqsirli olması cinayət işi üzrə toplanmış və apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərəfli və oby ektiv şəkildə, mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılaraq qiymətləndirilmiş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyası mötəbərliyi apellyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılmış sübutları hazırkı qərarda təkrarlamadan məhkəmə tərəfindən həmin sübutlara münasibətdə qiymətləndirmə ilə razılaşır və hesab edir ki, məhkumun əməlinin tövsifi və ittihamın həcmi ilə bağlı apellyasiya instansiya məhkəməsinin qənaəti qanuni və əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi hökmdə istinad etdiyi sübutları birbiri ilə müqayisə edərək qiymətləndirmiş və sübutların qiymətləndirilıməsi nəticəsində iş üzrə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın növünə və həddinə də münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, məhkuma cəza təyin edilərkən törədilmiş cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti və onun cəzasını yüngülləşdirən hallar və cəzasını ağırlaşdıran halların olmaması nəzərə alınmaqla, onun təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilmişdir. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, məhkumun müdafiəçisnin kassasiya şikayəti təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2025-ci il tarixli hökmü məhkumun müdafiəçisinin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi X6 tərəfind ən verilmiş kassasiya şikayəti təmin edilməsin. Tərtər Hərbi Məhkəməsinin 2023-ci il 20 noyabr tarixli, 1-1(098)-97/2023 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə bəraət verilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində olan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 20 may tarixli, 1-1(104)-6/2025 nömrəli hökmü, məhkumun müdafiəçisinin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar