Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(1-8)-153/2026 05.03.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının, Zərərçəkmiş şəxsin hüquqi varisi Əmirov Zaur Bəylər oğlunun, Məhkum müdafiəçisi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CM-in və ya CM-in) 120.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 5 avqust 2025-ci il tarixli, 1(103)1544/2025 nömrəli qərarından məhkumun tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:
1. Məhkum xx xxxxxx 1982-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, İ qrup gözdən əlil, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nərimanov rayonu, X15 küçəsi, ev 123A ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış, hazırda A zərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 1 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir.
2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarına əsasən, Məhkum 1 dekabr 2024-cü il tarixdə, saat 17 radələrində ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində tanışı xx xxxxxxx 1980-ci il təvəllüdlü Zərərçəkmiş şəxs ilə sonuncunun təxminən 5-6 il əvvəl onun ailəsi ilə birlikdə yaşadığı evə gəlib arvadı Şahid3 hamam otağında olan zaman otağın qapısını açaraq içəriyə daxil olmaq istəməsi ilə bağlı aralarında yaranan söhbət zamanı meydana gələn sözlü mübahisə nəticəsində həmin hərəkətinə görə cəzalandırmaq və buna görə ondan qisas almaq üçün Zərərçəkmiş şəxs öldürmək qərarına gələrək bu məqsədlə həmin evdən götürərək uzun qolları olan idman paltarının qolla rında görünməməsi üçün gizlətdiyi qatlanmayan tipli ümumi uzunluğu 230 mm, tiyəsinin orta xətt boyu uzunluğu 125 mm olan soyuq silah hesab edilməyən zavod üsulu ilə hazırlanmış 1 ədəd və tiyəsi dəstəkdən ayrılmış halda dəstəyinin uzunluğu 105 mm, tiyəsinin uzunluğu 180 mm olan soyuq silah hesab edilməyən zavod üsulu ilə hazırlanmış 1 ədəd, cəmi 2 ədəd bıçaqla müstəsna dərəcədə qəddarlıq və rəhmsizlik nümayiş etdirib sonuncuya əzab və iztirab verdiyini dərk edərək xüsusi amansızlıqla Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə zərbələr endirib dərəcələrinə görə həm ümumilikdə və həm də ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid ürəyin qalxan aortasınm və ürəyin sağ qulaqçığının deşilmiş-kəsilmiş yaraları ilə müşayiət olunan döş qəfəsi nahiyəsinin sol ya rısının ön səthinin İ-İİ qabırğalar proyeksiyasının 2 (iki) ədəd daxilə nüfuz edən deşilmiş-kəsilmiş yarası, sol ağciyərin yuxarı payının zədələnməsi ilə müşayiət olunan döş qəfəsi nahiyəsinin sol yarısının ön səthinin İl-İİİ qabırğa proyeksiyasının 4 (dörd) ədəd daxilə nüfuz edən deşilmiş-kəsilmiş yaraları, dərəcələrinə görə həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid boyun nahiyəsinin orta 1/3-nin sağ yarısının 1 (bir) ədəd, boyun nahiyəsinin aşağı 1/3-nin sol yarısının 1 (bir) ədəd, bayun nahiyəsinin aşağı 1/3-nin sağ yarısının 3 (üç) ədəd, boyun nahiyəsinin sağ yarısının Ön səthində 1 (bir) ədəd, döş qəfəsi nahiyəsinin sağ yarısının ön səthinin sağ körpücük sümük proyeksiyasında 1 (bir) ədəd, sol körpücük sü mük proyeksiyasında 5 (beş) ədəd, döş qəfəsi nahiyəsinin ön səthində, ortada döş sümüyü proyeksiyasında 1 (bir) ədəd, döş qəfəsi nahiyəsinin ön səthinin sol yarısının İ-İİ qabırğa proyeksiyasında 2 (iki) ədəd, döş qəfəsinin sol yarısının ön səthində İİİ-İV qabırğalar proyeksiyasında 2 (iki) ədəd deşilmiş-kəsilmiş yaraları, sol əlin arxa səthinin birinci barmağının daraq sümüyü proyeksiyasında 2 (iki) ədəd, sol əlin arxa səthinin 2-ci barmağın oynaq falanqa səviyyəsində 1 (bir) ədəd, sol əlin arxa səthinin 3-cü barmağın oynaq falanqa səviyyəsində 1 (bir) ədəd kəsilmiş yaraları xəsarətləri yetirərək sonuncunun ürəyin qalxan aortasmın və ürəyin sağ qulaqçığının deşilmiş-kəsilmiş yaraları ilə müşayiət olunan döş qəfəsi nahiyəsinin sol yarısının ön səthinin İ-İİ qabırğalar proyeksiyasının 2 (İk i) ədəd daxilə nüfuz edən deşilmiş-kəsilmiş yarası, sol ağciyərin yuxarı payının zədələnməsi ilə müşayiət olunan döş qəfəsi nahiyəsinin sol yarısının ön səthinin İİ-İİİ qabırğa proyeksiyasının 4 (dörd) ədəd daxilə nüfuz edən deşilmiş-kəsilmiş yaralarından baş vermiş kəskin daxili qanitirmədən ölümünə səbəb olmaqla Zərərçəkmiş şəxs qəsdən öldürmüş, yəni onu xüsusi amansızlıqla qəsdən həyatdan məhrum etmişdir.
3. Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X5 (sədrlik edən), X9 və X3 ibarət məhkəmə tərkibində) 19 iyun 2025-ci il tarixli, 1(101)-1125/2025 nömrəli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməsi, ona 15 (on beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, ib tidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməklə Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsi müddətinin başlanğıcının 01 dekabr 2024-cü il tarixdən hesablanması, Məhkum ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Məhkum barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi hökm edilmiş, hökmlə həmçinin maddi sübutların taleyi və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir.
4. Hökmdən narazı qalan məhkum edilmiş şəxs Məhkum müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayəti verərək hökmün ləğv edilməsini, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsinə tövsif edilməsini xahiş etmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X4 ( sədrlik edən və məruzəçi), X6 və X2 ibarət məhkəmə tərkibində) 5 avqust 2025-ci il tarixli, 1(103)1544/2025 nömrəli qərarı ilə məhkum edilmiş Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 iyun 2025-ci il tarixli, 1(101)-1125/2025 nömrəli hökmünün verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
6. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 5 avqust 2025-ci il tarixli, 1(103)1544/2025 nömrəli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya şikayətinin dəlilləri və etirazlar:
7. Məhkum tərəflərindən verilmiş kassasiya şikayətinin də lilləri qismində aşağı instansiya məhkəmələri tərəfindən gəlinmiş nəticələrə, cinayət işinin faktiki hallarına, sübutlar siyahısına və bir sıra qanunvericilik normalarına istinadlar edərək qeyd etmişdir ki, onun törətmiş olduğu əməl istintaq orqanı tərəfindən düzgün tövsif edilməmiş, məhkəmələr tərəfindən isə bu hallara düzgün qiymət verilməmişdir. Düzgün tövsifə nail olmaq üçün işin həqiqi halları müəyyən edilməli, daha sonra isə bu hallara uyğun cinayət qanunun normaları tətbiq edilməlidir. Onun əməlində xüsusi amansızlıqla adam öldürmə cinayətinin tərkib əlaməti olmamışdır. Qeyd etdiklərinə əsasən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 5 avqust 2025-ci il tarixli, 1(103)-1544/2025 nömrəli qərarının dəyişdirilməsini və əməlinin CM-in 120.1-ci maddəsinə tövsif edilməsini xa hiş etmişdir.
8. Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
9. Qərardan dövlət ittihamçısı tərəfindən kassasiya protesti, zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən isə kassasiya şikayəti verilməmişdir. III. Proses iştirakçılarının çıxışları:
10. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən Məhkum müdafiəçisi Müdafiəçi3, məhkum tərəfindən verilmiş kassasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun qaydada çıxış edib, məhkəmə kollegiyasından müraciətinin təmin edilməsini xahiş etdi.
11. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxsin hüquqi varisi Əmirov Zaur Bəylər oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi.
12. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak ed ən dövlət ittihamçısı Əliyeva Zəminə Oruc qızı kassasiya şikayətinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi. IV. Hüquqi məsələlər:
13. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə: CPM-in) 419-cu maddəsi müəyyən edir.
14. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”.
15. Belə y oxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır.
16. Məhkum kassasiya şikayətində təqsirli bilindiyi CM-in 120.2.4-cü maddəsi ilə olan əməlinin hüquqi tövsifini mübahisələndirmiş, onun həmin maddə ilə təqsirliliyi barədə birinci instansiya və apellyasiya instansiyalarında obyektiv araşdırmanın olmamasını mübahisələndirsə də, tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtlən dirən əsaslar kimi CPM-in 416.1-ci maddəsində nəzərdə tutulmuş hər hansı hallarla əlaqələndirməmişdir.
17. Bununla belə, kollegiya məhkumun kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 5 avqust 2025ci il tarixli, 1(103)-1544/2025 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
18. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1-ci maddəsində təsbit olunmuşdur ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli, cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiym ət verilməlidir.
19. Həmin Məcəllənin 351.2-ci maddəsində qanunverici qeyd edir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Əlaqəli şəkildə həmin Məcəllənin 351.3-cü maddəsi təqsirləndirilən şəxsin cinayət törədilməsində təqsirini təqsirsizlik prezumpsiyası rəhbər tutulmaqla, bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq və təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh etmək şərtilə sübuta yetirilmiş hesab edir.
20. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM -in 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
21. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
22. Şərh edilən qanunvericilik normaları ilə müqayisə etməklə birinci instansiya məhkəməsinin Məhkum Cinayət Məcəlləsini 120.2.4-cü maddəsi ilə təqsirli bilinməsi ilə razılaşmış apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarını yoxladıqda, həmin yekun məhkəmə aktlarının yuxarıda qeyd olunan pros essual normaların tələblərinə, xüsusilə də CPM-in 143-146-cı maddələrində nəzərdə tutulmuş sübutların tədqiqi qaydalarına cavab vermədiyi müəyyən olunur.
23. Məhkum kassasiya şikayətində tələbini əsaslandırmaq üçün iki dəlilə - onun zərərçəkmiş şəxsi öldürmək niyyəti olmadığına və hərəkətlərində xüsusi amansızlığın olmamasına istinad etmişdir. Kassasiya məhkəmə kollegiyası göstərilən dəlillərin hər birinə ayrı-ayrılıqda qiymət verərək qeyd edir:
24. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsində xüsusi amansızlıqla qəsdən adam öldürmə cinayət əməli nəzərdə tutulmuşdur.
25. Kassasiya şikayətində Məhkum Zərərçəkmiş şəxs öldürmək məqsədinin olmadığı, ona qarşı olan zorakı hərəkətlərin dayandırılması məqsədi ilə bədəninin müxtəlif nahiyyələrinə bir neçə dəfə bıçaq zərbələri vurması göstərilsə də, müdafiə tərəfinin bu dəlilləri hər iki məhkəmə baxışı zamanı öz təsdiqini tapmamışdır. Məhkum zərərçəkmiş şəxsi öldürmək niyyətində olmaması ilə bağlı ifadəsində göstərilən, işin müəyyən edilmiş halları ilə ziddiyyət təşkil edən xüsusatlara birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən tədqiq olunmuş sübutlarla, o cümlədən məhkumun və şahidlərin ifadələri, məhkəmə ekspertizasının rəyləri ilə müqayisəli təhlil olunub düzgün hüquqi qiymət verilmişdir.
26. Belə ki, cinayət işi üzrə müəyyən edilmiş hallara əsasən Məhkum qəsdinin Zərərçəkmiş şəxs qəsdən öldürməyə yönəldilməsi öz təsdiqini tapmış, onun belə bir niyyəti olması ilə bağlı istintaq orqanı tərəfindən mötəbər sübutlarla müəyyən edilmişdir.
27. Məhkəmə kollegiyası qeyd edir ki, birinci və apellyasiy a instansiyası məhkəmələri tərəfindən Məhkum hərəkətlərinin xarakteri, xüsusən zərərçəkmiş şəxsə bıçaq zərbələri vurarkən həddən artıq aqressiv olması, onun zərərçəkmiş şəxsə yetirdiyi bıçaq zərbələrinin sayı və zərbələrin yetirildiyi bədən nahiyələri, zərbələrin ardıcıl olaraq yetirilməsi kimi zərərçəkmiş şəxsi qəsdən öldürmək istəməsini təsdiq edən mötəbər məlumatlara düzgün hüquqi qiymət verilmişdir.
28. Belə ki, “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli qərarın 3-cü bəndində Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu məhkəmələrə izah etmişdir ki, təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (mə sələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır.
29. Məhkəmə kollegiyası Ali Məhkəmənin Plenumunun yuxarıda göstərilən qərarının müddəalarına istinad edərək hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələri işin bütün hallarını, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyasını nəzərə alaraq Məhkum niyyətinin məhz zərərçəkmiş şəxsi öldürməyə yönəlməsi, yəni Zərərçəkmiş şəxs qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etmə barədə əsaslı nəticəyə gəlmişlər. Belə olan halda, kassasiya məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin Məhkum zərərçəkmiş şəxsi öldürmək niy yətinin olmaması barədə dəlilləri əsassızdır.
30. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin məhkum edilmiş şəxsin qəsdən adam öldürmə əməlində xüsusi amansızlığın əlamətlərinin mövcud olmadığı barədə dəlilləri ilə razılaşaraq aşağıdakı qənaətə gəlir.
31. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli 3 saylı qərarının 8-ci bəndində qeyd olunur ki, “Xüsusi amansızlığın əlamətləri həyatdan məhrum etmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılma sı, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər.”
32. Kassasiya məhkəmə kollegiyası kassasiya şikayətinin bu barədə dəlillərini əsaslı hesab edir və qeyd edir ki, ibtidai istintaq orqanı və məhkəmələr Məhkum qəsdən adam öldürmə əməlində xüsusi amansızlığın əlamətlərinin mövcud olması qənaətinə gələrkən mötəbər, biri-birini tamamlayan sübutlara və işin faktiki hallarına əsaslanmamış, xüsusi amansızlığı xarakterizə edən əlamətlərin olub-olmaması məsələsini kifayət qədər araşdırmamışlar. Məhkəmə kollegiyasının qənaətinə görə Məhkum hərəkətlərində adam öldürmə cinayətinin xüsusi amansızlıqla törə dilməsinə dair tövsifedici tərkib əlamətlərinin mövcudluğu müəyyən edilmir.
33. Xüsusi amansızlıqla adam öldürmə (CM-in 120.2.4-cü maddəsi) əməlinin tövsifi zamanı nəzərə almaq lazımdır ki, burada söhbət hər hansı başqa amansızlıqdan deyil, xüsusi amansızlıqdan, yəni təqsirkarın müstəsna dərəcədə rəhmsizliyindən, qəddarlığından gedir.
34. Təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-in 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan mə hrum etməyə yönəldilmişdir.
35. Məhkəmələr Məhkum adam öldürmə cinayətinin xüsusi amansızlıqla törədilməsi qənaətinə gələrkən onun tərəfindən zərərçəkmiş şəxsə yetirilən bıçaq zərbələrinin sayını nəzərə almışdır ki, məhkəmə kollegiyasının qənaətinə əsasən göstərilən hal xüsusi amansızlıq kimi deyil, məhz məhkumun zərərçəkmiş şəxsi həyatdan məhrum etmək niyyətinin olmasını təsdiq edən hal kimi qiymətləndirilməlidir. Məhkəmələr Məhkum zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, rəhmsizlik və qəddarlıq göstərməsinin nədə ifadə olunmasını açıqlamamış və bu barədə qənaətlərini kifayət qədər əsaslandırmamışlar.
36. Təqsirləndirilən şəxs Məhkum ibtidai istintaq və məhkəmə baxışlarında verdiyi ifadələr, həmçinin zərərçəkmiş şəxsin hüquqi varisinin, şahid ifadələrindən görünür ki, zərərçəkmiş şəxs ə yetirilən zərbələr aralarında baş vermiş mübahisə zamanı baş verməklə, qısa müddət ərzində olmuşdur.
37. Məhkəmə təcrübəsinə və hüquq nəzəriyyəsinə əsasən, yalnız yetirlən xəsarətlərin çoxluğu şəxsin qəsdinin məhz xüsusi amansızlıqla qətlə yetirməsi anlamına gəlmir. Adam öldürmə cinayətlərində yetirlən xəsarətlərin çoxluğunun xüsusi amansızlıq kimi qiymətləndirilməsi üçün təqsirləndirilənin məqsədinin buna yönəlməsi sübut edilməli, bunu müəyyən etmək çətinlik yaratdıqda onun seçdiyi üsul və vasitələrin obyektiv olaraq xüsusi iztirablar verməsi xarakterinə malik olması və onun qəsdinin bunu əhatə etməsi müəyyənləşdirilməlidir.
38. Xüsusi amansızlığın müəyyən edilməsi zamanı, xüsusi olaraq, cinayətin baş vermə şəraiti və halları, yəni hadisə qarşılıqlı dava zamanı, zərərçəkmişin təşəbbüsü ilə başlanması, zərbələrin qısa müddətdə baş verməsi, zərərçəkmişin aktiv müqaviməti sındırmaq üçün yetirilməsi kimi məqamlar nəzərə alınmalıdır.
39. Odur ki, məhkəmələr tərəfindən Məhkum Azərbaycan Respublikası CM-in 120.2.4-cü maddəsi ilə təqsirli bilinməsi işin müəyyən edilmiş hallarına uyğun olmamaqla yanaşı cinayət və cinayət-prosessual qanunların normalarının tələblərinə də cavab verən nəticə olmadığından, kollegiya bu məsələ ilə əlaqədar məhkumun irəli sürdüyü iddia ilə (hərəkətlərində xüsusi amansızlığın olmaması) razılaşır.
40. Kassasiya kollegiyası birinci instansiya məhkəməsi tərəfindən məhkumun yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini və 1-ci qrup gözdən əlil olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi, həmçinin Azərbaycan Respublikasının CM-in 61-ci maddəsind ə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini cəza təyini ilə əlaqədar nəzərə alır.
41. Beləliklə, Məhkum cinayət əməlinin hüquqi tövsifi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsindən həmin Məcəllənin 29, 120.1-ci maddəsinə dəyişdirilməli və həmin maddə ilə ona Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq – törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, onun cəzasını yüngülləşdirən halların olması, həmçinin ağırlaşdıran halların olmaması, cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir.
42. Təsvir olunanlar məhkumun kassasiya şikayətinin məhkəmə kollegiyası tərəfindən qəbul edilən dəlillər hissəsində əsaslı olduğunu, məhkəmələr tərəfindən mübahisələndirilən qərarın kassasiya qaydasında dəyişdirilməsini tələb edən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verildiyini göstərir.
43. Odur ki, məhkəmə kollegiyası məhkumun müdafiəçisinin, zərərçəkmiş şəxsin hüquqi varisinin və dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 5 avqust 2025-ci il tarixli, 1(103)-1544/2025 nömrəli qərarı yuxarıda göstərilən qaydada dəyişdirilməlidir.
44. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.4cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 5 avqust 2025-ci il tarixli, 1(103)-1544/2025 nömrəli qərarı Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilsin. Məhkum əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsindən həmin Məcəllənin 120.1-ci maddəsinə tövsif edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə 13 (on üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Qərar Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin.