Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(1-8)-190/2026 05.03.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının iştirakı ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CM-in və ya CM-in) 206.3.2, 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 fevral 2025-ci il tarixli, 1(103)-89/2025 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:
1. Məhkum xx xxxx 1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş və üzərində ödənilməmiş məhkumluğu olan, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Zeynalov küçəsi, döngə 2, ev 4-də qeydiyyatda olan və həbs olunanadək həmin ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliy inin Penitensiar Xidmətinin 7 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir.
2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarına əsasən, Məhkum Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respulikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 2 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmasına baxmayaraq, məhkumluğu ödənilmədiyi və ya qanunla müəyyən edilmiş qaydada götürülmədiyi halda yenidən qəsdən 2023-cü ilin yanvar ayının ortalarında şəxsiyyətləri istintaqla müəyyən edilməmiş şəxslərlə və həmin şəxslərin vasitəsilə Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs ilə külli miqdarda narkotik vasitələri və psixotrop maddələri tamah niyyəti və satış məqsədi ilə qanunsuz olaraq İran İslam Respublikasında əldə etmə, saxlama, İran İslam Respublikasından Azərbaycan Respublikasına daşıma, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirib ölkə ərazisində qanunsuz dövriyyəsini həyata keçirmə barədə razılıq əldə edib qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun İran İslam Respublikasında olan üzvləri 22 yanvar 2023-cü il tarixədək olan müddət ərzində istintaqla müəyyən edilməmiş mənbədən satış məqsədi və tamah niyyəti ilə qəsdən qanunsuz olaraq əldə edib malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə 3 (üç) sellofan paketdə qablaşdıraraq onlardan 2 (iki) ədədini üzərində “Softlan” yazısı ol an 2 (iki) ədəd yuyucu toz qutusunun, 1 (bir) ədədini isə 1 (bir) ədəd qırmızı rəngli yuyucu vasitə qutusunun içində, ayrı-ayrılıqda çəkiləri 785 qram, 785 qram və 490 qram olan külli miqdar təşkil edən 2.060 qram çəkidə kustar üsulla hazırlanmış metamfetamin psixotrop maddəsini, 7 (yeddi) sellofan paketdə qablaşdıraraq onlardan 1 (bir) ədədini üzərində “Home Plus’" yazısı olan 1 (bir) ədəd yuyucu vasitə qutusunun, 1 (bir) ədədini üzərində “Vitray" yazısı olan 1 (bir) ədəd şirniyyat qutusunun, 5 (beş) ədədini isə üzərində "Classic” yazısı olan 5 (beş) ədəd şirniyyat qutusunun içində, ayrı-ayrılıqda çəkiləri 445 qram, 675 qram, 483 qram, 565 qram, 585 qram, 620 qram və 955 qram olan külli miqdar təşkil edən 4.328 qram çəkidə kustar üsulla hazırlanmış heroin narkotik vasitəsini 2 (iki) sello fan paketdə yerləşdirilmiş şəkildə 1.500 manat müqabilində cinayətkar qrupun Azərbaycan Respublikasında üzvü olan ona (Məhkum) çatdırılması üçün 22 yanvar 2023-cü il tarixdə, saat 00:30 radələrində İran İslam Respublikasının "yeddi bulaq” adlanan ərazisində qrupun digər üzvü Təqsirləndirilən şəxs vermiş, sonuncu qeyd olunan 2 (iki) sellofan paketi qəbul etməklə külli miqdarda narkotik vasitə və psixotrop maddəni satış məqsədi və tamah niyyətilə qəsdən qanunsuz olaraq əldə edib saxlayaraq İran İslam Respublikasından tranzit keçməklə Naxçıvan-Bakı istiqamətində hərəkət edən sərnişin avtobusu vasitəsilə Azərbaycan Respublikasına daşımış, həmin tarixdə saat 04:00 radələrində Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar rayonu ərazisində yerləşən "Biləsuvar” gömrük postund an Azərbaycan Respublikası gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş, Dövlət Gömrük Komitəsinin və Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının keçirdikləri birgə əməliyyat tədbirləri nəticəsində o, cinayətkar qrupun Azərbaycan Respublikasındakı üzvü kimi 22 yanvar 2023-cü il tarixdə, saat 16:00 radələrində idarə etdiyi "Nissan Tiida” markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanına gələrək külli miqdarda qeyd olunan narkotik vasitə və psixotrop maddələri satış məqsədi və tamah niyyətilə qəsdən qanunsuz olaraq əldə edərkən saxlanılmışdır.
3. Bundan başqa, o, 22 yanvar 2023-cü il tarixdək olan müddət ərzində istintaqla müəyyən edilməmiş mənbədən satış məq sədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən 1,082 qram çəkidə kustar üsulla hazırlanmış tiryəki qanunsuz olaraq əldə etmiş, idarə etdiyi "Nissan Tiida” markalı, **-PC*** qeydiyyat nişanlı nəqliyyat vasitəsində olan 1 (bir) ədəd zəncirbəndli qara rəngli kiçik ölçülü saxlanc qabında saxlamış, daşımış, 22 yanvar 2023-cü il tarixdə, saat 17:00 radələrində qeyd edilən nəqliyyat vasitəsinə Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 23L ünvanında yerləşən Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin qarşısında keçirilmiş baxış zamanı qeyd olunan narkotik vasitə, eləcə də, şəxsi istehlak miqdarında narkotik vasitə hesab edilən 1,640 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marix uana və üzərində metamfetamin psixotrop maddəsinin izləri olan 2 (iki) ədəd metal boru aşkar edilərək götürülmüşdür.
4. Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X6 (sədrlik edən və məruzəçi), X5 və X2 ibarət məhkəmə tərkibində) 15 iyul 2024-cü il tarixli, 1(101)-419/2024 nömrəli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.1, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinməsi, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasının, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasının, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş cəzaları həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən qismən toplamaqla ona cinayətlərin məcmusu üzrə qəti olaraq 10 (on) il 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Məhkum həbsdə saxlanıldığı müddətin qəti cəza müddətinə daxil edilməsi və qəti cəzanın əvvəlinin onun tutulduğu vaxtdan, yəni 22 yanvar 2023-cü il tarixdən hesablanması, Məhkum cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Məhkum barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Məhkum cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilməsi hökm e dilmiş, hökmlə həmçinin cinayət işi üzrə digər Təqsirləndirilən şəxs cinayət məsuliyyəti məsələsi, maddi sübutlar və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir.
5. Həmin hökmdən narazı qalan təqsirləndirilən şəxs Məhkum apellyasiya şikayəti verərək, onun işinə yenidən baxılmasını xahiş etmişdir. Hökmdən həmçinin təqsirlənədirilən şəxs Məhkum müdafiəçiləri Müdafiəçi2, Müdafiəçi3 birgə apellyasiya şikayəti verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(101)419/2024 nömrəli hökmünün ləğv edilməsini, Məhkum Cinayət Məcəlləsinin 206.3.2, 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə onun əməlində cinayət tərkibi olmadığı əsası ilə bəraət verilməsini xahiş etmişdirlər.
6. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X9 (sədrlik edən), X7 və X3 ibarət mə hkəmə tərkibində) 13 fevral 2025-ci il tarixli, 1(103)-89/2025 nömrəli qərarı ilə apellyasiya şikayətlərinin təmin edilməməsi, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(101)-419/2024 nömrəli hökmünün təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş cəza və qəti cəzanın müddəti hissəsində dəyişdirilməsi, həmin hökmlə Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasının müddətinin 01 (bir) il endirilməklə, cəzanın 08 (səkkiz) il müəyyən edilməsi, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş cəzaların həmin Məcəllənin 66.3-cü maddəsinə ə sasən qismən toplamaqla ona cinayətlərin məcmusu üzrə qəti olaraq 09 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, hökmün qalan hissələrdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
7. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 fevral 2025-ci il tarixli, 1(103)89/2025 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya şikayətinin dəlilləri və etirazlar:
8. Məhkum müdafiəçisi Müdafiəçi3 verilmiş kassasiya şikayətinin dəlilləri qismində apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla aşağı instansiya məhkəmələri tərəfindən gəlinmiş nəticələrə, cinayət işinin faktiki hallarına, sübutlar siyahısına, məhkumun ifadələrində və bir sıra qanunvericilik normalarına istinadlar edərək Məhkum polis əməkdaşları tərəfindən döyülməsini, ona psixi və fiziki işgəncələr verilməsini, istintaq hərəkətləri aparılarkən onun müdafiəçi ilə təmin edilməməsini və onun müdafiə hüququnun pozulmasını, məhkəmənin kobud qanun pozuntusuna yol verərək, hazırki cinayət işi üzrə hal şahidlərinin iştirakı ilə keçirilmiş istintaq hərəkətləri zamanı toplanmış sübutları etibarsız saymamasını qeyd edərək, Bakı Apellyasiya Məhkəməsinin 13 fevral 2025-ci il tarixli, 1(103)-89/2025 nömrəli qərarının ləğv edilməsini və Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə, onun əməlində cinayət tərkibi olmadığı əsası ilə bəraət verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
9. Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
10. Qərardan dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilməmişdir. III. Proses iştirakçılarının çıxışları:
11. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Əliyeva Zəminə Oruc qızı kassasiya şikayətinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi. IV. Hüquqi məsələlər:
12. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə: CPM-in) 419-cu maddəsi müəyyən edir.
13. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya p rotestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”.
14. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır.
15. Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində o, Məhkum əməlinin hüquqi tövsifinin doğruluğunu mübahisələndirmiş, onun təqsirliliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutların təşkil etməsini, lakin bir inci instansiya və apellyasiya instansiyalarında sübutların qanunvericiliyin normalarına müvafiq olaraq tədqiq edilmədiyini qeyd etsə də, tələblərini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində nəzərdə tutulmuş hər hansı hallarla əlaqələndirməmişdir.
16. Bununla belə, kollegiya müdafiəçinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 fevral 2025ci il tarixli, 1(103)-89/2025 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
17. Azərbaycan Respublikası Cin ayət-Prosessual Məcəlləsinin 145.1-ci maddəsində təsbit olunmuşdur ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli, cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir.
18. Həmin Məcəllənin 351.2-ci maddəsində qanunverici qeyd edir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Əlaqəli şəkildə həmin Məcəllənin 351.3-cü maddəsi təqsirləndirilən şəxsin cinayət törədilməsində təqsirini təqsirsizlik prezumpsiyası rəhbər tutulmaqla, bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, məhkəmə istintaqında tədqiq edi lmiş mötəbər və mümkün sübutlara əsaslanaraq və təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh etmək şərtilə sübuta yetirilmiş hesab edir.
19. Cinayət-Prosessual Məcəllənin 412.3-cü maddəsinə əsasən, kassasiya şikayəti və ya kassasiya protestinə həmçinin müraciət edən şəxsin dəlillərini təsdiq edən sənədlər əlavə edilə bilər.
20. Məhkəmə kollegiyası Məhkum barəsində cinayət işi üzrə sübutların məhkəmə tərəfindən Cinayət-Prosessual Məcəllənin 143—146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq olunmamasına dair arqumentlərini əsassız hesab edir.
21. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-in 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlə rinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
22. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
23. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.
24. Apellyasiya instansiya məhkəməsi sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab etmişdir ki, bi rinci instansiya məhkəməsi Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə əməl edərək Məhkum Azərbaycan Respublikası CM-in 234.1, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplayıb, bu sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırıb qiymətləndirərək, törədilmiş cinayətin faktiki hallarına uyğun nəticəyə gəlmişdir. İttiham olunduğu cinayət əməllərini törətməyi məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq olunduğu üçün, Məhkum əməlləri Azərbaycan Respublikası CM-in 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmiş və o, həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmişlər.
25. Apellyasiya m əhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr Məhkum müdafiəçilərinin apellyasiya şikayətində irəli sürülmüş iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkum cinayət əməllərinin CM-in 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə hüquqi tövsifi barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür.
26. Həmçinin, kassasiya məhkəməsi Məhkum əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsində n əzərdə tutulmuş cinayət tərkibinin olması, yəni qabaqcadan əlbir olan bir qrup halında narkotik vasitələrin, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsi ilə bağlı birinci instansiya və apellyasiya məhkəməsinin gəldiyi nəticəni əsassız hesab edərək, belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkum edilmiş şəxsin əməlinə düzgün hüquqi qiymət verilməmiş, onun əməli qeyd edilən maddə ilə düzgün tövsif edilməmiş və nəticədə o daha ağır cinayət əməlini törətməyinə görə məhkum edilmişlər.
27. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir.
28. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət- hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir.
29. Məhkəmə kollegiyası Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə elan olunmuş və birinci instansiya məhkəməsi tərəfindən təsdiq edilmiş itt ihama münasibət bildirərək qeyd edir ki, toplanmış sübutlarla məhkum istinad edilən qaçaqmalçılıq cinayətini qabaqcadan əlbir olan bir qrup şəxs halında deyil, bu cinayətin digər bir nəfər şəxsin icrası ilə törədilməsində köməkçi kimi iştirakı təsdiq olunur və belə olduğu təqdirdə məhkəmə kollegiyası hesab edir ki, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə düzgün tövsif olunmamışdır.
30. Belə ki, mübahisələndirilməyən işin faktiki hallarına əsasən Məhkum 2023-cü ilin yanvar ayının ortalarında şəxsiyyətləri istintaqla müəyyən edilməmiş şəxslərlə və həmin şəxslərin vasitəsilə Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs ilə razılıq əldə edib cinayət əlaqəsinə girmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrup un İran İslam Respublikasında olan üzvləri 22 yanvar 2023cü il tarixədək olan müddət ərzində istintaqla müəyyən edilməmiş mənbədən satış məqsədi və tamah niyyəti ilə qəsdən qanunsuz olaraq əldə edib malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə 3 (üç) sellofan paketdə qablaşdıraraq onlardan 2 (iki) ədədini üzərində “Softlan” yazısı olan 2 (iki) ədəd yuyucu toz qutusunun, 1 (bir) ədədini isə 1 (bir) ədəd qırmızı rəngli yuyucu vasitə qutusunun içində, ayrı-ayrılıqda çəkiləri 785 qram, 785 qram və 490 qram olan külli miqdar təşkil edən 2.060 qram çəkidə kustar üsulla hazırlanmış metamfetamin psixotrop maddəsini, 7 (yeddi) sellofan paketdə qablaşdıraraq onlardan 1 (bir) ədədini üzərində “Home Plus’" yazısı olan 1 (bir) ədəd yuyucu vasitə qutusunun, 1 (bir) ədədini üzərind ə “Vitray" yazısı olan 1 (bir) ədəd şirniyyat qutusunun, 5 (beş) ədədini isə üzərində "Classic” yazısı olan 5 (beş) ədəd şirniyyat qutusunun içində, ayrı-ayrılıqda çəkiləri 445 qram, 675 qram, 483 qram, 565 qram, 585 qram, 620 qram və 955 qram olan külli miqdar təşkil edən 4.328 qram çəkidə kustar üsulla hazırlanmış heroin narkotik vasitəsini 2 (iki) sellofan paketdə yerləşdirilmiş şəkildə 1.500 manat müqabilində cinayətkar qrupun Azərbaycan Respublikasında üzvü olan ona (Məhkum) çatdırılması üçün 22 yanvar 2023-cü il tarixdə, saat 00:30 radələrində İran İslam Respublikasının "yeddi bulaq” adlanan ərazisində qrupun digər üzvü Təqsirləndirilən şəxs vermiş, sonuncu qeyd olunan 2 (iki) sellofan paketi qəbul etməklə külli miqdarda narkotik vasitə və psixotrop maddəni satış məqsədi və tamah niy yətilə qəsdən qanunsuz olaraq əldə edib saxlayaraq İran İslam Respublikasından tranzit keçməklə Naxçıvan-Bakı istiqamətində hərəkət edən sərnişin avtobusu vasitəsilə Azərbaycan Respublikasına daşımış, həmin tarixdə saat 04:00 radələrində Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar rayonu ərazisində yerləşən "Biləsuvar” gömrük postundan Azərbaycan Respublikası gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş, Dövlət Gömrük Komitəsinin və Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının keçirdikləri birgə əməliyyat tədbirləri nəticəsində o, cinayətkar qrupun Azərbaycan Respublikasındakı üzvü kimi 22 yanvar 2023-cü il tarixdə, saat 16:00 radələrində idarə etdiyi "Nissan Tiida” markalı, **-PC-*** dövlət qeydi yyat nişanlı nəqliyyat vasitəsilə Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanına gələrək külli miqdarda qeyd olunan narkotik vasitə və psixotrop maddələri satış məqsədi və tamah niyyətilə qəsdən qanunsuz olaraq əldə edərkən saxlanılmışdır
31. Göründüyü kimi, Məhkum törədilən cinayətdə qrup üzvi kimi rolu narkotik vasitələri və psixotrop maddələri daşımaqdan ibarət olmuşdur.
32. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum istinad edilən qaçaqmalçılıq cinayətinin törədilməsində qabaqcadan əlbir olan bir qrup şəxs halında deyil, bu cinayətin digər bir nəfər şəxsin icrası ilə törədilməsində köməkçi qismində iştirak etmişdir. Həmçinin onun qəsdinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən qaçaqmalçılıqda, başqa sözlə qaçaqmalçılıq cinayətlərində nəzərdə tutulan obyektiv cəhətin h ər hansı hissəsini icra etməyə yönəlməmiş, bunu təsdiq edən sübutlar əldə olunmamış və işin faktiki hallarına əsasən narkotik vasitənin qaçaqmalçılığını başqa nəfər icra etmişdir. 33. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli qərarının 19-cu bəndinə əsasən Məhkəmələrə tövsiyə edilsin ki, əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (CM-nin 206.3.2-ci maddəsi) kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş CM-nin 34.2-ci maddəsinin tələblərinə əsaslansınlar. Bu zaman nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, CM-nin 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutul muş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan cinayət əməlinin subyekti malı bilavasitə Azərbaycan Respublikasının gömrük sərhəddindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirmiş şəxsdir, yəni bu əməlin icraçısıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5-ci maddəsinə əsasən cinayətdə iştirakçıların növlərindən biri olan köməkçı cinayətin törədilməsində məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izləri ni, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxsdir.
34. Hazırda cinayət işi üzrə toplanmış sübutlardan müəyyən edilir ki, Məhkum yalnız qaçaqmalçılıq yolu ilə keçirilmiş narkotik vasitələrin və psixotrop maddələrin Azərbaycan Respublikasında realizə edilməsində digər şəxslə əvvəlcədən razılaşmaqla, cinayət yolu ilə əldə edilmiş narkotik vasitəni və psixotrop maddəni daşımağı qabaqcadan vəd etmişlər. 35. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli qərarının 19-cu bəndinə əsasən Bu cinayətin törədilməsində iştirak edən şəxslərdən yalnız biri (bir neçəsi) malları və ya digər əşyaları Azərbaycan Respublikasının gömrük sərhədindən qeyri-qanuni üsullarla bilavasitə keçirdikdə və ya qaçaqmalçılığın bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması üçün başqa hərəkətlər etdikdə, digəri (digərləri) isə bu əməllərin törədilməsini təşkil etdikdə və ya həmin əməllərin törədilməsinə icraçını təhrik etdikdə, yaxud da CM-nin 32.5ci maddəsində nəzərdə tutulmuş hərəkətləri etməklə cinayətin törədilməsinə köməklik göstərdikdə, icraçının (icraçıların) əməlləri qaçaqmalçılıq predmetinin mənsubiyyətindən və başqa tövsifedici əlamətlərdən asılı olaraq CM-nin 206.1 və ya 206.2, yaxud 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə, digər iştirakçıların əməlləri isə (onların eyni vaxtda birgə icraçı kimi cinayətin t örədilməsində iştirak etdikləri hallar istisna olunmaqla) iştirakçılığın növündən asılı olaraq CM-nin 32.3, 32.4 və ya 32.5-ci maddələrinə istinad edilməklə icraçının (icraçıların) əməllərinə uyğun olaraq CM-nin 206.1, 206.2, 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə tövsif edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33.3-cü maddəsinə əsasən cinayətin təşkilatçısı, təhrikçisi və köməkçisi törədilmiş cinayətə görə, cinayətin törədilməsində onların eyni vaxtda birgə icraçı kimi iştirak etdiyi hallar istisna olunmaqla, bu Məcəllənin 32-ci maddəsinə istinad edilməklə həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilirlər.
36. Məhkəmə kollegiyası yuxarıda sadalananları hazırkı iş üzrə tətbiq edərək hesab edir ki, biri nci instansiya və apellyasiya məhkəmələrinin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmadığından, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə məhkum edilməsinə münasibətdə əməlin hüquqi tövsifi hissəsində dəyişdirilməli, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə ittiham olunduğu əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.2-ci maddəsi ilə tövsif edilməlidir.
37. Təyin edilmiş cəza ilə əlaqədar kollegiya qeyd edir ki, cəza törədilən cinayətə görə dövlətin reaksiyası olmaqla cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayəthüquqi nəticəsidir.
38. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48ci maddəsinin Azərbaycan Respublikası Konstitusiy asına uyğunluğunun yoxlanılmasına dair” 23 iyul 2004-cü il tarixli; “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli qərarları).
39. Azərbaycan Respublikası CM-in 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ic timai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.
40. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-in 58-ci maddəsində də göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.
41. Cəzanın məqsədini təsbit edən Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
42. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosia l ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.
43. Məhkəmə kollegiyası Məhkum cəzа təyin edilməsi ilə bağlı kassasiya şikayətlərinin dəlillərini müzakirə edərək, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşır və hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası işə baxan məhkəmələr bu məsələnin həlli zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələblərinə əməl etməklə törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məhkum edilmiş şəxslərin şəxsiyyətini, onların cinayətin törədilməsində iştirak dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almış, Cinayət Məcəlləsinin 41.2-ci maddəsində tələblərinə uyğun qanuni və ədalətli cəza təyin etmişdir.
44. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 419.10.4-cü maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişdirmək haqqında qərar qəbul etməyə haqlıdır.
45. Həmin Məcəllənin 416.0.15-ci maddəsində məhkəmənin törədilmiş əməlin tövsifində səhvə yol verməsi məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini tələb edən əsas kimi təsbit edilmişdir.
46. Məhkəmə kollegiyası həmin normaların tələblərini rəhbər tutaraq hesab edir ki, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.1, 234.4.1, 234.4.3 maddələri ilə təqsirli bilinib məhkum olunmasın a dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 fevral 2025-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilməli, qərar dəyişdirilməli, Məhkum əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsindən həmin Məcəllənin 32.5, 206.2-ci maddəsinə tövsif edilib və ona göstərilən maddənin sanksiyası çərçivəsində cəza təyin edilməli, bu cəza birinci instansiya məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci, apellyasiya instansiya məhkəməsinin qərarı ilə 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə CM-in 66.3-cü maddəsinə əsasən qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməli və qərar qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
47. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.4cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 fevral 2025-ci il tarixli, 1(103)89/2025 nömrəli qərarı Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilsin. Məhkum əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsindən həmin Məcəllənin 32.5,206.2-ci maddəsinə tövsif edilsin, ona bu maddə ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bu cəza Məhkum hökmlə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təyin edilmiş 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə və Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 fevral 2025-ci il tarixli qərarı ilə Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qismən toplamaq yolu ilə ona qəti olaraq 9 (doqquz) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın. Məhkum müdafiəçisi Müdafiəçi3 kassasiya şikayəti qismən təmin edilsin.