Məhkəmə qərarları › İş №1(1-8)-99/2026

Ali Məhkəmə Qərar — İş №1(1-8)-99/2026

18.02.2026
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(1-8)-99/2026 18.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri: Muxtarov Teyyub Asif oğlu (sədrlik edən), Mövsümov Nazim Rasim oğlu və Cəfərov İlqar Xanlar oğlundan ibarət tərkibdə; Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, Məhkum barəsində cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 3 dekabr tarixli, 1(104)-578/2025 nömrəli qərarından barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il, 1(062)-119/2025 nömrəli (sədrlik edən X5) hökmü ilə xx.xx.1959-ci ildə Tovuz rayonu, A şağı Ayıblı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, təqaüdçü, subay, əvvəllər məhkum olunmamış, Tovuz rayonunun Əyyublu kəndində qeydiyyatda olan və yaşayan, Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 1000 manat məbləğində cərimə cəzası təyin edilməsi, Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsi, Məhkum üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00- dək yaşadığı Tovuz rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vəsitəsini gəzdirmək və həmin vasitəni işlə k vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış yerinin, iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq və kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulması, Məhkum cəzasını yaşayış yeri üzrə çəkməsi, Məhkum cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması qərara alınmış, həmçinin maddi sübutların taleyi məsələsi həll olunmuşdur. Həmin hökmdən təqsirləndirilən şəxs apellyasiya şikayəti vermişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X1 (sədrlik edən), X3 və X2 ibarət tərkibdə) 2025-ci il 3 dekabr tarixli, 1(104)-578/2025 nömrəli qərarı ilə apel lyasiya şikayəti qismən təmin edilmiş, hökm cəza hissəsində dəyişdirilmiş, Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 147.2-ci maddəsi ilə 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının həddi azaldılaraq 6 ay müddətə endirilmiş, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 3 dekabr tarixli, 1(104)-578/2025 nömrəli qərarından məhkum kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 2026-cı il 18 fevral tarixli iclasına təyin edilmişdir. İşə kassasiya instansiyası məhkəməsində baxılanadək Məhkum məhkəməyə yazılı ərizə təqdim edərək kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. Kassasiya kollegiyası kassasiya şikayə tinin geri qaytarılması barədə Məhkum ərizəsini nəzərə alaraq, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin yuxarıda göstərilən normalara uyğun geri götürüldüyünü nəzərə alaraq hesab edir ki, həmin kassasiya şikayəti geri qaytarılmalıdır. Şərh edilən lərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 3 dekabr tarixli, 1(104)-578/2025 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayəti məhkumun müraciətinə əsasən geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar