Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1013/2023 08.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), X5 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X2, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X3 iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-484/2022 nömrəli, 07 oktyabr 2022-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qə bul etdi. I. İşin halları
1. Məhkum xx xxxxxx 1983-cü il tarixdə Samux rayonunun Qarabağlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olan, Samux rayonunun Qarabağlı kəndində yaşamışdır. 2. 31 mart 2022-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 21 aprel 2022-ci il tarixdə Göygöl Rayon Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.
4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin fak tiki hallarına görə, Məhkum özgənin əmlakını gizli yolla talama məqsədilə 26 noyabr 2021-ci il tarixdə, saat 0203 radələrində ünvan 1 ünvanında yaşayan X4 məxsus olan və Gəncə şəhəri Kəpəz Ticarət mərkəzində yerləşən “Kəmalə” adı ilə fəaliyyət göstərən pərakəndə ərzaq mağazasının damının bir hissəsinin şiferini sökərək dükanın davanından saxlanc yeri kimi istifadə olunan dükana qanunsuz daxil olaraq hər bir qutusunun dəyəri 3,40 manat olan 68 manat dəyərində 20 qutu “Winston Compact”, hər bir qutusunun dəyəri 3,40 manat olan ümumilikdə 34 manat dəyərində 10 qutu “Winston Compact”,hər bir qutusunun dəyəri 3,90 manat olan ümumilikdə 39 manat dəyərində 10 qutu “Sobraniye Compact”,hər bir qutusunun dəyəri 3,40 manat olan ümumilikdə 39 manat dəyərində 10 qutu “Sobraniye Compact”,hər bir qutus unun dəyəri 3,62 manat olan ümumilikdə 72 manat dəyərində 20 qutu “Kent 4”,hər bir qutusunun dəyəri 3,60 manat olan ümumilikdə 36 manat dəyərində 10 qutu “Kent 8”,hər bir qutusunun dəyəri 2 manat olan ümumilikdə 40 manat dəyərində 20 qutu “Magna”,hər bir qutusunun dəyəri 2 manat olan ümumilikdə 40 manat dəyərində 20 qutu “Vegas”, hər bir qutusunun dəyəri 2,50 manat olan ümumilikdə 50 manat dəyərində 20 qutu “West”, hər bir qutusunun dəyəri 2,50 manat olan ümumilikdə 50 manat dəyərində 20 qutu “Winchester”,hər bir qutusunun dəyəri 3,60 manat olan ümumilikdə 108 manat dəyərində 30 qutu nazik “Davidoff”, hər bir qutusunun dəyəri 3,60 manat olan ümumilikdə 72 manat dəyərində 20 qutu qalın “Davidoff”, hər bir qutusunun dəyəri 3,60 manat olan ümumilikdə 72 manat dəyərində 20 qutu qalın göy rəngl i “Davidoff”, hər bir qutusunun dəyəri 2 manat olan ümumilikdə 40 manat dəyərində 20 qutu “Prime Blue” və 110 manat nağd pulundan ibarət ümumilikdə zərərçəkmiş şəxs Aqil Məmmədovun 860 manat dəyərində əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli yolla talamaq məqsədilə tanışı, X6 ilə qabaqcadan əlbir olub qrup təşkil edərək 11 yanvar 2022-ci il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs məxsus Göygöl rayonu Quşqara kəndində yerləşən “Tac” adlı mağazanın qapısını sındırmaqla qanunsuz olaraq mağazaya daxil olub, oradan hər bir qutusunun dəyəri 2,30 manat olan ümumilikdə 115 manat dəyərində 50 qutu “Want”, hər bir qutusunun dəyəri 2,10 manat olan ümumilikdə 126 manat dəyərində 60 qutu “Keno”, hər bir qutusunun dəyəri 2,60 manat olan ümumi likdə 130 manat dəyərində 50 qutu “Palma”, hər bir qutusunun dəyəri 3,50 manat olan ümumilikdə 165 manat dəyərində 45 qutu “Winston”, hər bir qutusunun dəyəri 2,90 manat olan ümumilikdə 126 manat dəyərində 43 qutu “LD”, hər bir qutusunun dəyəri 4 manat olan ümumilikdə 240 manat dəyərində 60 qutu “Sobraniye”, hər bir qutusunun dəyəri 3,70 manat olan ümumilikdə 222 manat dəyərində 60 qutu “Kent”, hər bir qutusunun dəyəri 2,60 manat olan ümumilikdə 390 manat dəyərində 150 qutu “Rothmans”, hər bir qutusunun dəyəri 2,10 manat olan ümumilikdə 168 manat dəyərində 80 qutu “Magna”, hər bir qutusunun dəyəri 2,10 manat olan ümumilikdə 84 manat dəyərində 40 qutu “Viceroy”, hər bir qutusunun dəyəri 2,30 manat olan ümumilikdə 69 manat dəyərində 30 qutu “Classic”, hər bir qutusunun dəyəri 2,10 manat olan ümumilikdə 42 manat dəyərində 20 qutu “Prima”, hər bir qutusunun dəyəri 2,10 manat olan ümumilikdə 63 manat dəyərində 30 qutu “Aqro”, hər bir qutusunun dəyəri 2,10 manat olan ümumilikdə 42 manat dəyərində 20 qutu “Veqas”, hər bir qutusunun dəyəri 2,20 manat olan ümumilikdə 22 manat dəyərində 10 qutu “Kinqston”, hər bir qutusunun dəyəri 2,60 manat olan ümumilikdə 130 manat dəyərində 50 qutu “Winchester”adlı siqaretlər, hər birinin dəyəri 10 manat olmaqla ümumilikdə 80 manat dəyərində 8 ədəd “Xan kristal”, hər birinin dəyəri 14 manat olan 98 manat dəyərində 7 ədəd “Bio Orqanik” bir ədəd 13 manat dəyərində “Pyat Ozer” araqları, 115 manat dəyərində 25 ədəd orta ölçülü “Red bull” enerji içkilərini və 60 manat dəyərində bir ədəd “Z1 Zone” markalı səsgücləndiricidən ibarət ümumilikdə Zərərçəkmiş şəxs 2.500 (iki min beş yüz ) manat dəyərində əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir.
5. Göygöl Rayon Məhkəməsinin 1(066)-69/2022 nömrəli, 23 iyun 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 12 yanvar 2022-ci il tarixdən 14 yanvar 2022-ci il tarixədək tutulduğu müddətin bir günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanı lması, cəzasının ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 20 iyun 2022-ci il tarixdən hesablanması hökm edilmiş, həmçinin maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.
6. Həmin hökmlə X6 da təqsirli bilinərək məhkum edilmişdir.
7. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxs Məhkum apellyasiya şikayəti verərək hökmün dəyişdirilməsini, barəsində olan cəzanı yüngülləşdirən halları nəzərə almaqla ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının daha yüngül cəza növü ilə əvəz edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
8. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-484/2022 nömrəli, 07 oktyabr 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Göygöl Rayon M əhkəməsinin 1(066)-69/2022 nömrəli, 23 iyun 2022-ci il tarixli hökmü Məhkum aid hissədə dəyişdirilmədən saxlanılmışdır.
9. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum kassasiya şikayəti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
10. Kassasiya şikayətində təyin edilmiş cəzanın ağır olduğu iddia edilməklə, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilir.
11. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
12. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.
13. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
14. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfində n müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.
15. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
16. Məhkum verdiyi kassasiya şikayətində ona təyin edilən cəzanı mübahisələndirməklə, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyi şdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.
17. Odur ki, məhkəmə kollegiyası məhkumun kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-484/2022 nömrəli, 07 oktyabr 2022-ci il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
18. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. məhkəmə ci nayət törətməkdə təqsirli bilinən şəxsə CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenum unun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları).
19. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törə dilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.
20. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində də göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.
21. Cəzanın məqsədini təsbit edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
22. Təsvir edilən maddi hüquq nor malarının məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayəthüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər t ərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.
23. Məhkəmə kollegiyası Məhkum azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi ilə bağlı kassasiya şikayətinin dəlillərini müzakirə edib apellyasiya instansiyası məhkəməsinin müvafiq mövqeyi ilə razılaşır və hesab edir ki, mübahisələndirilən qərar bu hissədə maddi cinayət-hüquqi normalara uyğundur. Məhkəmələr Məhkum cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini, cinayəti səmimi etiraf etməsini, əməlindən peşman olmasını, himayəsində azyaşlı uşağının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi, əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi nəzərə alıb, haqlı olaraq ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə ona 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasını təyin etməklə, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə tam riayət etmişlər. Məhkəmə kollegiyası məhkum barəsində daha yüngül cəzanın təyin edilməsi üçün əsas müəyyən etmir.
24. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma müdafiəsinin əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayəthüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPMnin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
25. Odur ki, məhkəmə kollegiyası tərəflərin çıxışlarını dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, Məhkum kassasiya şikayəti təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-484/2022 nömrəli, 07 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-484/2022 nömrəli, 07 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.