Məhkəmə qərarları › İş №1(102)-1022/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1022/2024

19.04.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1022/2024 19.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 dekabr 2022-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏNETDİ: Bakı Ağır Cinayətlər Məhkməsinin 26 iyul 2022-ci il tarixli hökmü ilə (sədrlik edən hakim R.Ə.Sadıxov, hakimlər N.A.Kərimov və A.İ.Paşayevdən ibarət məhkəmə tərkibi) Məhkum (xx xxxxxxx 1990-cı il tarixdə ünvan2ndə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər – Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 iyun 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.3.1-ci maddəsi ilə 8 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və cəzanın sona çatması ilə əlaqədar 15 fevral 2018-ci ildə cəzaçəkmə müəssisəsindən azad olunmuş, ünvan1-də qeydiyyatda olan və yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 315-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 7 (yeddi) il müddətə azadlıqdan məh rum etmə cəzasına, Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə həmin cəzalar qismən toplanılmaqla qəti olaraq 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, bu cəza Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Məhkum Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli hökmü ilə CMin 221.2.1-ci maddəsi ilə təyin edilmiş 1 (bir) il 8 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla cinayətlərin məcmusu üzrə Məhkum qəti olaraq 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 30 mart 2021-ci il tarixdən he sablanması qərara alınmışdır. Həmçinin, həmin hökmlə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,315-ci maddələri ilə təqsirli bilinib hər biri 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ittihamın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair hissəsi üzrə isə onlara bəraət verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 dekabr 2022-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim H.H.Əhmədov, hakimlər H.Ç.Məmmədov və İ.M.Murquzovdan ibarət məhkəmə tərkibi) Məhkum və müdafiəçisi Müdafiəçi1, məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi3, məhkum Təqsirləndirilən şəxs1 və müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmi ş apellyasiya şikayətləri və Dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 iyul 2022-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 315-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməklə, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən həmin cəzalar qismən toplanılmaqla qeyd olunan cinayətlərin məcmusu üzrə 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Cinayət Məcəlləsinin 66.5-ci maddəsin ə əsasən Səbail Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli hökmü ilə CM-in 221.2.1-ci maddəsi ilə Məhkum təyin edilmiş 1 (bir) il 8 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı iş üzrə təyin olunmuş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaqla ona qəti olaraq 8 (səkkiz) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, hökm Məhkum aid qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarı ilə hökm digər məhkumlara münasibətdə də dəyişdirilərək Cinayət Məcəlləsinin 32.4,315-ci maddələri ilə Təqsirləndirilən şəxs1 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Təqsirləndirilən şəxs2 isə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Ci nayət kollegiyasının 20 iyul 2023-cü il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim İ.Ə.Rəcəbov, hakimlər İ.S.Qılıcov və V.C.Cəfərovdan ibarət məhkəmə tərkibi) məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti və dövlət ittihamçısı tərəfindən verilmiş, digər məhkumlarla yanaşı Məhkum əməlinin hüquqi tövsifinin mübahisələndirildiyi (onun əməlinin yalnız CM-in 234.4.3 və 315-ci maddələri ilə deyil, həm də “cinayətin qabaqcadan əlbir olan bir şəxs tərəfindən törədilməsi” əlamətini təsbit edən CM-in 234.4.1-ci maddəsi ilə tövsif edilməli olduğu iddia edilən) kassasiya protesti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 dekabr 2022-ci il tarixli qərarı həmin kassasiya müraciətlərinə münasibətdə dəyişdirilmədən saxlan ılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 dekabr 2022-ci il tarixli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: Hökmə əsasən Məhkum satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə edib saxlamaqla daşımış və hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmişdir. Belə ki, o, qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə etmə, saxlama və daşıma niyyəti ilə ibtidai araşdırma orqanı tərəfindən müəyyən olunmayan mənbədən 29 mart 2021-ci il tarixdə 15 (on beş) ədəd bükümdə olmaqla ayrı-ayrılıqda təmiz çəkiləri 0,300 qr., 0,284 qr., 0,120 qr., 0,287 qr., 0,084 qr., 0,100 qr., 0,075 qr., 0,291 qr., 0,283 qr., 0,115 qr., 0,083 qr., 0,096 qr., 0,072 qr., 0,124 qr., 0,132 qr., ümumi təmiz çəkisi 2,446 qram olan qəhvəyi rəngli maddələr - kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən külli miqdarda heroini, 08 (səkkiz) ədəd bükümdə olmaqla ayrı-ayrılıqda təmiz çəkiləri 0,346 qr., 0,330 qr., 0,284 qr., 0,352 qr., 0,344 qr., 0,440 qr., 0,325 qr., 0,974 qr., ümumi təmiz çəkisi 3,395 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr - kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən külli miqdarda metamfetamini, 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,186 qram olan tünd-qəhvəyi rəngli qətranabənzər maddə - kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən tiryəki və üzərilərində “F/M40” yazısı həkk olunmuş, açıq-qəhvəyi rəngli, dairəvi formalı, cəmi 07 (yeddi) ə dəd həbdən ibarət olmaqla təsiredici maddəsinin ümumi miqdarı 0,280 qram olan narkotik vasitə hesab edilən metadon preparatını birlikdə əldə edib daşıyaraq etibarnamə əsasında idarə etdiyi "XXX25" markalı **-xx xx xx-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlamış, 29 mart 2021-ci il tarixdə saat 22 radələrində tanışı Təqsirləndirilən şəxs1 işlədiyi avtoyuma yerində maşınını yudurtduqdan sonra onu yaşadığı ünvana aparmaq üçün Təqsirləndirilən şəxs1la birlikdə Bayıl qəsəbəsində 20-ci Sahə deyilən ərazidə bərbər işləyən digər tanışı Təqsirləndirilən şəxs2 yanına saçını düzəltdirmək üçün getmiş və sonuncunuda yaşadığı ünvana aparmaq üçün maşını idarə etmiş, ünvan 1 ünvanının qarşısında idarə etdiyi həmin avtomobili saxlamış və narkotik vasitə hesab olunan tiryək maddəsini Təqsirləndirilən ş əxs1 və Təqsirləndirilən şəxs2la birlikdə istifadə etmək məqsədi ilə maşından çıxıb axtarmağa gedib bir müddət sonra qayıdaraq tiryək əldə edə bilmədiyini bildirib maşını hərəkət etdiyi zaman onun Yasamal rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin satışı və dövriyyəsi ilə məşğul olması barədə XXX35nə daxil olmuş məlumat əsasında “Əməliyyataxtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş qaydada yaradılmış əməliyyat qrupu tərəfindən Məhkum əməllərinin ifşa olunması istiqamətində keçirilmiş əməliyyat axtarış tədbirləri ilə əlaqədar əməliyyat qrupunun üzvü olan və hakimiyyət nümayəndəsi hesab edilməklə xidməti vəzifələrini icra edən polis əməkdaşlarının yaxınlaşıb xidməti vəsiqələrini göstərməklə özlərini təqdim edərək ondan, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 avtomobili saxlaması və hər birinin avtomobildən enməsi barədə qanuni tələblərinə tabe olmamış, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onu Azərbaycan Respublikası CM-nin 315-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsinə təhrik etməklə ona “Vur, vur, onları vur” demələrindən sonra narkotik vasitələri və psixotrop maddələri qanunsuz saxladığı avtomobilin qabaq və arxa hissəsinin polis əməkdaşlarına məxsus "XXX15" markalı, **-xx xx xx-*** dövlət qeydiyyat nişanlı və "XXX20" markalı, **-xx xx xx-*** dövlət qeydiyyat nişanlı avtomobillə kəsilərək onların avtomobillə sərbəst hərəkətinə süni maneə yaratdıqlarına görə idarə etdiyi avtomobili qəsdən irəli və geriyə doğru hərəkət etdirməklə içərisində polis əməkdaşları olan avtomobil ləri vuraraq zədələmiş, bununla kifayətlənməyərək idarə etdiyi avtomobili onlara yaxınlaşan və qaçmalarının qarşısını almaqla bağlı xidməti vəzifələrini yerinə yetirən hakimiyyət nümayəndələri olan XXX35nin baş əməliyyat müvəkkilləri, polis kapitanı Zərərçəkmiş şəxs1, polis baş leytenantı Zərərçəkmiş şəxs2, Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin PPX-nin əməkdaşları Zərərçəkmiş şəxs4, X3 və Zərərçəkmiş şəxs5 üzərinə sürüb zor tətbiq etməklə müqavimət göstərmiş, bundan sonra Zərərçəkmiş şəxs1 xidməti vəzifələrinin icrası ilə bağlı Məhkum cinayət əməllərini ifşa etmək məqsədilə dayanmalarına nail olmaq üçün ona təhkim edilmiş tabel silahından havaya bir dəfə, həmin avtomobilin arxa sol təkərinə bir dəfə və arxa sol qapısının şüşəsinə bir dəfə atəş açması nəticəsində avtomobilini dayandırm ış və Məhkum, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məcburi şəkildə endirilərək polis əməkdaşları tərəfindən saxlanılıb XXX35nə gətirilmiş, orada Məhkum üzərində aparılan şəxsi axtarış, eləcə də, idarə etdiyi "XXX25" markalı, **-xx xx xx-*** dövlət qeydiyyat nişanlı avtomobilə keçirilən baxış zamanı satış məqsədi ilə əldə edib saxlamaqla daşıdığı 15 (on beş) ədəd bükümdə olmaqla ayrıayrılıqda təmiz çəkiləri 0,300 qr., 0,284 qr., 0,120 qr., 0,287 qr., 0,084 qr., 0,100 qr., 0,075 qr., 0,291 qr., 0,283 qr., 0,115 qr., 0,083 qr., 0,096 qr., 0,072 qr., 0,124 qr., 0,132 qr., ümumi təmiz çəkisi 2,446 qram olan qəhvəyi rəngli maddələr - kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən külli miqdarda heroini, 08 (səkkiz) ədəd bükümdə olmaqla ayrı-ayrılıqda təmiz çəkiləri 0,346 qr., 0,330 qr., 0,284 qr., 0,352 qr., 0,344 qr., 0,440 qr., 0,325 qr., 0,974 qr., ümumi təmiz çəkisi 3,395 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr - kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən külli miqdarda metamfetamini, 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,186 qram olan tünd-qəhvəyi rəngli qətranabənzər maddə - kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən tiryəki və üzərilərində “F/M40” yazısı həkk olunmuş, açıq-qəhvəyi rəngli, dairəvi formalı, cəmi 07 (yeddi) ədəd həbdən ibarət olmaqla təsiredici maddəsinin ümumi miqdarı 0,280 qram olan narkotik vasitə hesab edilən metadon preparatı aşkar edilərək götürülmüş, yəni ibtidai istintaqla müəyyən edilməyən mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələ ri əldə edib saxlamaqla daşımış və bu zaman hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, cinayətin törədilməsində iştirak etmiş digər iki nəfər şəxsin cəzaları apelyasiya instansiyası məhkəməsi tərəfindən əhəmiyyətli dərəcədə azaldılsa da, ona hökmlə qəti olaraq təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddəti 9 ildən 8 il 10 aya endirilməklə, ancaq 4 ay azaldılmışdır. Həmçinin, kassasiya şikayətində Məhkum ona təyin olunmuş cəzanın həddindən artıq ağır cəza olması ilə yanaşı, narkotik vasitələrin və psixotrop maddənin qanunsuz dövriyyəsi ilə bağlı olan əməlinin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə deyil, 234.11-ci maddəsi ilə t övsif edilməli olduğunu, yəni məhkəmələrin əməlin hüquqi tövsifində də səhvə yol verdiklərini iddia edir. Məhkum kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 dekabr 2022-ci il tarixli qərarının dəyişdirilməsini, əməlinin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən 234.1-1-ci maddəsinə tövsif edilməsini və cəza müddətinin azaldılmasını xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlama nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum kassasiya şikayətində məhkəmələr tərəfindən narkotik vasitələrin və psixotr op maddənin qanunsuz dövriyyəsi ilə bağlı olan əməlinin satış məqsədi olamadan narkotik vasitələri və psixotrop maddəni əldə etmə, saxlama kimi tövsif edilməli olduğu halda, düzgün olmayaraq satış məqsədi ilə törədilən əməl kimi Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif olunduğunu və həmin, eləcə də CM-in 315-ci maddəsində nəzərdə tutulmuş cinayətlərə görə ona həddindən artıq ağır cəzanın təyin olunduğunu iddia edərək, faktiki olaraq mübahisələndirilən qərarın dəyişdirilməsi, əməlinin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən 234.1-1-ci maddəsinə tövsif edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında kassasiya tələblərini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.15 və 416. 1.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası məhkumun kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 dekabr 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Məhkum ona hökmlə isnad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı), hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş cinayət əməlini törətməsi (qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitələri və psixotrop maddəni əldə etməsi, saxlaması, daşıması, habelə hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yeti rərkən zor tətbiq etməklə müqavimət göstərməsi) birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə yanaşı, CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinməsinin mübahisələndirilməsi üzrə müdafiə tərəfinin dəlilləri Məhkum özü və müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətlərinə baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu ilə, o cümlədən Məhkum ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi, digər təqsirləndirilən şəxslərin, şahidlərin ifadələri, məhkəmə ekspertizalarının rəyləri, istintaq hərəkətlərinin protokolları və başqa materiallarla təkzib olunması haqqında nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr apellyasiya şikayətlərində irəli sürülmüş (o cümlədən, kassasiya şikayətində göstərilənlərlə eyni olan) iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində CPM-in 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara, maddi və prosessual normaların düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətində göstərilənlər isə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansi yası məhkəmələrinin Məhkum əməlinin Cinayət Məcəlləsinin 234.4.3, 315-ci maddələri ilə tövsif edilməsi, onun bu maddələr ilə təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların olmaması barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür. Sübutlar hökmdə ətraflı təsvir edilib, onların həqiqi məzmununa uyğun olaraq şərh edildiyindən, apellyasiya instansiyası məhkəməsi də öz nəticələrini həmin sübutların, onlardan irəli gələn halların müdafiə tərəfinin dəlilləri ilə obyektiv müqayisəsi üzərində qurduğundan, məhkəmə kollegiyası hazırki qərarda sübutların yenidən təsvir və şərh edilməsini zəruri saymır. Məhkum cəza təyin edilərkən və həmin məsələ üzrə hökm apellyasiya qaydasında yoxlanılarkən də məhkəmələr tərəfindən hər hansı pozuntuya yol verilməmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi cəza hissəsində birinci instansiya məhkəməsinin hökmünü dəyişdirib Məhkum hökmlə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətini 7 (yeddi) ildən 8 (səkkiz) ilə qaldırmaqla, CM-in 315-ci maddəsi ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətini 5 (beş) ildən 3 (üç) il 6 (altı) aya, qəti cəzanın müddətini isə 9 (doqquz) ildən 8 (səkkiz) il 10 (on) aya endirməklə iş üzrə müəyyən edilmiş cəzanı ağırlaşdıran halı – cinayətlərin təhlükəli residivini (CM, maddə 61.1.1) və cəzanı yüngülləşdirən halların olmamasını Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələb etdiyi digər hallarla, o cümlədən cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, cəzanın onun ailəsinin həyat şəraitinə v ə islah olunmasına təsiri, cəzanın məqsədləri ilə birlikdə götürməklə kifayət qədər nəzərə almış, Məhkum hər bir əməlinə görə, o cümlədən Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə CM-in 65.2-ci maddəsinin tələb etdiyi həddə cəza təyin edib, cinayətlərin məcmusu üzrə cəzanın həddini müəyyən edərkən də CM-in 66.3, 66.5-ci maddələrinə riayət etmiş, yekunda ona CM-in 8-ci maddəsinin tələblərinə cavab verən ədalətli cəza təyin etmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin nəzərə aldığı halları fərqli şəkildə, yəni Məhkum təyin olunmuş cəzanın daha da yüngülləşdirilməsini mümkün edən hallar kimi qiymətləndirmək üçün əsas görmür. Təsvir olunanlar, ümumiyyətlə cinayət işinin materialları apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni və əsaslı olduğunu, məhkəmə tə rəfindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsində göstərilən, o cümlədən kassasiya şikayəti ilə ehtiva olunan 416.1.15 və 416.1.21-ci maddələrində təsbit olunmuş pozuntulara yol verilmədiyini göstərir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Məhkum, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində olan 29 dekabr 2022ci il tarixli qərarı Məhkum aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərə findən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində olan 29 dekabr 2022-ci il tarixli qərarı Məhkum aid hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar