Məhkəmə qərarları › İş №1(102)-1029/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1029/2025

21.05.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1029/2025 21.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Nurlan Sahib oğlu Əliyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 fevral 2024-cü il tarixli 1(106)-192/2024 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Əli Əliyev (sədrlik edən və məruzəçi), Oruc Cəlilov və Xamməd Nuriyev) 28 noyabr 2023-cü il tarixli 1(099)-606/2023 nömrəli hökmü ilə xx xxxxx 1981-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, evdar qadın, himayəsində 5 azyaşlı olmaqla 8 uşağı olan, məhkum olunmuş və məhkumluğu ödənilməmiş, əməlində cinayətlərin residivi olan, Yevlax şəhəri, S.Kərimov küçəsi, ev 126-da qeydiyyatda olmaqla yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 170.2, 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib, CM-in 170.3-cü maddəsi il ə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 177.2.1, 177.2.3 və 177.2.4cü maddələri ilə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti olaraq 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 22 may 2023-cü il tarixdən hesablanmışdır. Hökmlə həmçinin X7, X5 və X2 da təqsirli bilinərək məhkum olunmuşlar. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə digər təqsirləndirilən şəxslər qardaşı X7 və tanışı X5 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girmiş, 12 mart 2006-cı il tarixdə anadan olmaqla yetkinlik yaşına çatmamış X1 əldə etdikləri gəlirdən pay verəcəyini vəd verməklə cinayətkar qrupa cəlb edib aralarında əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq 28 yanvar 2023-cü il tarixdə saat 13:30 radələrində Əli Nadirovun idarə etdiyi “RAVON L 3” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Biləsuvar rayonu, Xırmandalı kəndində yerləşən X3 yaşadığı evin yaxınlığına gəldikdən sonra əvvəlcədən aralarında əldə edilmiş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq Bəsdi Nəbiyeva və Şəfiqə Əmiraslanova ilə birlikdə avtomobildən düşüb Rahilə Sədirovanın yaşadığı evin həyət darvazasının qarşısına gəlmiş, Bəsdi Nəbiyeva kənar şəxslərin həyətə daxil olması barədə məlumat ve rmək məqsədilə küçədə dayanıb gözləmiş, Məhkum Şəfiqə Əmiraslanova ilə birlikdə həyətə qanunsuz olaraq daxil olmuş, Əli Nadirov isə Rahilə Sədirovanın yaşadığı evin yaxınlığında idarə etdiyi avtomobildə əyləşib həmin şəxsləri gözləmiş, Məhkum kənar şəxslərin onları görməsi barədə məlumat verməsi məqsədilə həyətdə dayanmış, Şəfiqə Əmiraslanova isə həmin evin həyətində heç kimin olmamasına əmin olduqdan sonra pilləkənlə evin ikinci mərtəbəsinə çıxıb orada olan Rahilə Sədirovanın gəlini Zərərçəkmiş şəxs yataq otağındakı paltar dolabında qadın çantasının içərisində gizlədilmiş sonuncuya məxsus olan 7 qram çəkisində, 750 əyarlı, 770 ( yeddi yüz yetmiş) manat dəyərində bir ədəd qızıl kalye boyunbağını, 8 qram çəkisində, 750 əyarlı 880(səkkiz yüz səksən) manat dəyərində bir cüt qızıl sırğanı, hər biri 7 qram çəkisində, 750 əyarlı 770 ( yeddi yüz yetmiş) manat olmaqla ümumilikdə 2310 ( iki min üç yüz on) manat dəyərində üç ədəd qızıl üzüyü, 6 qram çəkisində, 583 əyarlı, paxlava formasında 510 (beş yüz on) manat dəyərində bir ədəd üzüyü, 22 aram çəkisində, 585 əyarlı, 1870 (bir min səkkiz yüz yetmiş) manat dəyərində bilərziyi, 4 qram çəkisində, 750 əyarlı, 440 (dörd yüz qırx) manat dəyərində bir ədəd yumru qızıl sırğanı, 5 qram çəkisində, 750 əyarlı, üzərində “Nuray” sözü yazılmış 550 manat dəyərində bir ədəd qadın qızıl qolbağısını, 750 əyarlı, üzərində “Amin” sözü yazılmış 550 manat dəyərində bir ədəd kişi qızıl qolbağısını, 6 qram çəkisində, 750 əyarlı 660 manat dəyərində qızıl boyunbağını, 9 qram çəkisində, 750 əyarlı, 990 ( doqquz yüz doxsan) manat dəyərində bir ədəd qızıl üzüy ü, 28 qram çəkisində, 750 əyarlı, 3080 ( üç min səksən) manat dəyərində qızıl qolbağını, hər biri 1 qram çəkisində, 916 əyarlı, 140 (bir yüz qırx) manat olmaqla ümumilikdə 560 ( beş yüz altmış) manat dəyərində 4 ədəd qızıl dişi gizli olaraq talayıb Məhkum ilə birlikdə Əli Nadirovun idarə etdiyi avtomobillə həmin yerdən uzaqlaşaraq zərərçəkmiş şəxsə xeyli miqdarda, 13170 (on üç min bir yüz yetmiş) manat məbləğində ziyan vurmaqla oğurluq etmişlər. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Elşad Əliyev (sədrlik edən və məruzəçi), Məhəmməd Bağırov və İsmayıl Əhmədov) 08 fevral 2024-cü il tarixli 1(106)-192/2024 nömrəli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli 1(099)-606/2023 nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 fevral 2024-cü il tarixli 1(106)-192/2024 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxılması 21 may 2025-ci il tarixə təyin edilməsi barədə iş üzrə tərəflərə rəsmi məlumat verilmişdir. İşə kassasiya qaydasında baxılanadək yəni, 07 aprel 2025-ci il tarixdə Məhkum ərizəsi Ali Məhkəməyə daxil olmuşdur. Həmin ərizədə məhkum göstərmişdir ki, o, özü tərəfindən verilmiş kassasiya şikayətini geri götürür və xahiş edir ki, kassasiya şikayəti məhkəmə baxışından çıxarılsın və geri qaytarılsın. Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin yuxarıda göstərilən normaya uyğun götürüldüyünü nəzərə alaraq hesab edir ki, Məhkum tərəfindən verilmiş kassasiya şikayəti məhkəmə baxışından çıxarılıb geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Məhkum ərizəsi təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 fevral 2024-cü il tarixli 1(106)-192/2024 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayəti məhkəmə baxışından çıxarılıb geri qaytarılsın. Kassasiya şikayətinin baxılmasına xitam verilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar