Məhkəmə qərarları › İş №1(102)-1031/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1031/2022

27.07.2022
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1031/2022 27.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Yusifov Şahin Yaşar oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X1, məhkumlar Məhkum1 və Məhkum2 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 iyun 2021-ci il tarixli hökmünə əsasən Məhkum1 Azərbaycan Respublikası Cinay ət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə, Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmaları barədə cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 noyabr 2021-ci il tarixli qərarından məhkumlar Məhkum1 və Məhkum2 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X8 (sədrlik edən), X5 və X6 ibarət tərkibdə) 04 iyun 2021-ci il tarixli hökmü ilə xx.xx.1983-cü il tarixdə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, himayəsində bir azyaşlı uşağı olan, əvvəllər məhkum olunmuş, Lənkəran şəhəri, İstisu qəsəbəsində qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhəri, "AAAF Yaşayış Kompleksi”-nin yaxınlığında yerləşən nömrəsiz fərdi tikilidə yaşamış Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 14 oktyabr 2019-cu tarixdən hesablanmışdır. xx.xx.1988-ci il tarixdə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, himayəsində iki azyaşlı uşağı olan, əvvəllər məhkum olunmuş, Lənkəran şəhəri, M.Ağayev küçəsi, ev 55-də qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhəri, "AAAF Yaşayış Kompleksi”-nin yaxınlığında y erləşən nömrəsiz fərdi tikilidə yaşamış Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 14 oktyabr 2019-cu tarixdən hesablanmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: X2 (sədrliyi və məruzəsi ilə), X7 və X3 ibarət tərkibdə) 11 noyabr 2021-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə, Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bili nib məhkum olunmalarına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 iyun 2021-ci il tarixli, 1(101)-232/2021 saylı hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkum1 satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə əldə etmiş, saxlamış və daşımış, həmçinin təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Cəfərov X4 Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edildikdən sonra, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cü il tarixli qərarına əsasən cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvv əl azad edilməsinə baxmayaraq məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmədiyi və götürülmədiyi halda qəsdən istintaqa məlum olmayan mənbədən 2019-cu ilin təxminən mart ayının ortalarında naməlum şəraitdə satış məqsədi ilə qanunsuz olaraq 2,1 qram çəkidə narkotik vasitə tiryəki əldə edərək əynindəki tünd-göy rəngli gödəkçənin sol içəri cibində gizlətməklə yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, "AAAF Yaşayış Kompleksinin yaxınlığında yerləşən nömrəsiz fərdi yaşayış evinə daşıyaraq saxlamış, törətdiyi cinayət əməlinə görə 15 oktyabr 2019-cu il tarixdə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin İstintaq və Təhqiqat İdarəsi tərəfindən Azərbaycan Respublikası CM- in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində Bakı şəhəri Nə rimanov Rayon Məhkəməsinin 16 oktyabr 2019-cu il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilərək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilmiş, orada saxlanıldığı müddətdə qeyri-rəsmi ər-arvad münasibətində olduğu və narkotik vasitənin əldə edilməsindən xəbərsiz olan Şahid6 28 oktyabr 2019-cu il tarixdə saat 09:40-da Məhkum1 gətirdiyi sovqata baxış keçirilərkən sonuncuya məxsus tünd-göy rəngli gödəkçənin sol içəri cibindən Məhkum1 satış məqsədi ilə əldə edib gizlətməklə saxladığı 01 ədəd şəffaf sellofan bükümdə 2,1 qram çəkidə narkotik vasitə tiryək Bakı İstintaq Təcridxanasının əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Bundan əlavə Məhkum1 təkrarən, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama, daş ıma və satma barədə tanışı Məhkum2 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə Məhkum1 və Məhkum2 istintaqa məlum olmayan mənbədən 2019-cu ilin oktyabr ayının ortalarında naməlum şəraitdə satış məqsədi ilə qanunsuz olaraq təmiz çəkisi 154,42 qram olmaqla külli miqdar təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib bölərək 104,405 qramını Məhkum1, qalan 50,015 qramını isə Məhkum2 üstündə saxlamaqla daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 14 oktyabr 2019-cu il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Məhkum1 və Məhkum2 həmin gün saat 20-dən sonra Sumqayıt şəh əri, Xəzər bağları, Nəsimi küçəsi, 2-ci məhəllədə saxlanılıb üzərlərinə keçirilən baxış zamanı Məhkum1 sağ əlində olan dəri əl çantasının içərisindən satış məqsədi ilə əldə edib üzərində daşımaqla saxladığı bir ədəd şəffaf polietilen bükümdə külli miqdarda 104,405 qram çəkidə narkotik vasitə heroin, Məhkum2 əynində olan cins şalvarın sağ yan cibindən isə satış məqsədi ilə əldə edib üzərində daşımaqla saxladığı bir ədəd şəffaf polietilen bükümdə külli miqdarda 50,015 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkum2 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Məhkum2 Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublika sı CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edildikdən sonra, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarına əsasən cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtında əvvəl azad edilməsinə baxmayaraq məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmədiyi və götürülmədiyi halda qəsdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama, daşıma və satma barədə tanışı Məhkum1 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə Məhkum1 və Məhkum2 istintaqa məlum olmayan mənbədən 2019-cu ilin oktyabr ayının ortalarında naməlum şəraitdə satış məqsədi ilə qanunsuz olaraq təmiz çəkisi 154,42 qram o lmaqla külli miqdar təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib bölərək 104,405 qramını Məhkum1, qalan 50,015 qramını isə Məhkum2 üstündə saxlamaqla daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 14 oktyabr 2019-cu il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Məhkum1 və Məhkum2 həmin gün axşam saatlarında saat 20 radələrindən sonra Sumqayıt şəhəri, Xəzər bağları, Nəsimi küçəsi, 2-ci məhəllədə saxlanılıb üzərlərinə keçirilən baxış zamanı Məhkum1 sağ əlində olan dəri əl çantasının içərisindən satış məqsədi ilə əldə edib üzərində daşımaqla saxladığı bir ədəd şəffaf polietilen bükümdə külli miqdarda 104,405 qram çəkidə narkotik vasitə hero in, Məhkum2 əynində olan cins şalvarın sağ yan cibindən isə satış məqsədi ilə əldə edib üzərində daşımaqla saxladığı bir ədəd şəffaf polietilen bükümdə külli miqdarda 50,015 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum1 kassasiya şikayətində göstərmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı formal olaraq cinayət qanunvericiliyinin normalarına istinad olunmaqla çıxarılmışdır. Apellyasiya şikayətində qeyd edilmiş xüsusatlar ya araşdırılmamış, ya da düzgün araşdırılmayaraq hüquqi qiymət verilməmişdir. İttiham aktında olan sübutlar Apellyasiya məhkəməsi tərəfindən məhkəmə istintaqı keçirilmədən araşdırılmamış, həmçinin cəza təyininə dair qanunvericiliyin tələbləri pozulmaqla ona cəza təyin edilmişdir. Cinayət işi üzrə s übutlar tam, hərtərəfli, obyektiv araşdırılmamış, apellyasiya instansiyası məhkəməsi qeyd olunan halları nəzərə almadan işin faktiki hallarına uyğun olmayan ədalətsiz qərar qəbul etmişdir. Məhkum həmçinin qeyd edir ki, o heç zaman narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. İttiham tərəfinin onun narkotik vasitə satışı ilə məşğul olmasını təsdiq edən sübutlar olmadığı halda barəsində ittiham hökmünün çıxarılması yolverilməzdir. Apellyasiya şikayətinə qismən məhkəmə istintaqının aparılması ilə baxan apellyasiya məhkəməsi apellyasiya şikayətində göstərilən bütün dəlilləri araşdırması, müəyyən edilməsi və tədqiq edilməsi üçün prosessual cəhətdən tələb olunan hərəkətlər etməmiş, aradan qaldırılması mümkün olmayan şübhələrin onun xeyrinə həll edilməsi kimi imperativ prosessual tələblər ə riayət etməmişdir. Məhkum kassasiya şikayətində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 noyabr 2021-ci il tarixli qərarının ləğv edilməsi və cinayət işinin məhkəmə istintaqı aparılmaqla yenidən apellyasiya məhkəməsində baxılmağa təyin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkum2 da eyni tələblə müraciət edərək kassasiya şikayətində Apellyasiya məhkəməsinin ədalətli araşdırma aparmadığını, heç bir vəsatətlərini təmin etməyərək səbəbini izah etmədiyini göstərmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, kassasiya şikayətlərinin təmin olunması barədə məhkumların, kassasiya şikayətlərinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və ape llyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəb ul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən e dilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya şikayətlərində apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırmanın düzgün aparılmaması, sübutların düzgün qiymətləndirilməməsi, cəza təyininə dair qanunvericiliyin tələblərinin pozulması mübahisələndirilir. Bununla əlaqədar məhkəmə kollegiyası qanunvericilik normalarına və cinayət işinin materiallarına müraciət etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası C inayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş ş əkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yün gülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməl inin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məh kəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya Məhkəməsi Məhkum1 Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə, Məhkum2 Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməsi barədə yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. Cinayət işinin materiallarında olan "əməliyyat-axtarış tədbirinin keçirilməsi və maddi sübutun götürülməsi haqqında» 15 oktyabr 2019-cu il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nə ticəsində Məhkum1, Məhkum2 Sumqayıt şəhəri, Xəzər bağları, Nəsimi küçəsi 2-ci məhəllədə saxlanılmış və hal şahidlərinin iştirakı ilə Məhkum1 sağ əlində olan qara rəngli dəri əl çantasının içərisindən bir ədəd şəffaf polietilen bükümdə külli miqdarda təmiz çəkisi 104,405 qram olan narkotik vasitə heroini, Məhkum2 əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf polietilen bükümdə külli miqdarda təmiz çəkisi 50,015 qram çəkidə narkotik vasitə heroin aşkar edilib götürülmüş, həmçinin hər iki şəxsin üzərindən ayrıayrılıqda "Samsung” markalı mobil telefonları aşkar edilərək götürülmüşdür. Protokoldan görünür ki, əməliyyat tədbirinin keçirilməsi videoçəkiliş aparılmadan həyata keçirilmişdir. "Əməliyyat tədbirinin keçirilməsi və maddi sübutların götürülməsi barədə» protok oldan görünür ki, Məhkum1 üzərinə baxış müdafiəçinin iştirakı ilə xx.xx.2019-cu il tarixdə saat 23:05-dən saat 23:30-dək keçirilmiş, Məhkum2 üzərinə baxış müdafiəçinin iştirakı ilə xx.xx.2019-cu il tarixdə saat 23:35-dən saat 23:55-dən keçirilmiş, tədbirə dair protokol isə xx.xx.2019-cu il tarixdə saat 01:30-dan saat 01:25-dək Bakı şəhərində polis kapitanı Şahid1 tərəfindən tərtib olunmuşdur. Cinayət işinin materiallarında olan xx.xx.2019-cu il tarixli müdafiəçilərin iştirakı ilə Məhkum1 və Məhkum2 şübhəli şəxs qismində və xx.xx.2019-cu il tarixdə təqsirləndirilbən şəxslər qismində verdikləri ifadələrindən görünür ki, onlar bir-birini uşaqlıq dövründən tanımaqla dost olmuş, hər ikisi narkotik vasitə olan heroindən mütəmadi istifadə etmiş, narkotik vasitələrin dövriyyəsi ilə əlaqədar eyni i ş üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə məhkum edilmişlər, azadlığa çıxdıqdan sonra dostluqlarını və narkotik vasitələrdən istifadə etmələrini davam etdirmişlər, 2019-cu ilin oktyabr ayında Lənkərana qohumlarına baş çəkməyə getdikdə taksidə Cəlilabad rayonunda Ramiz adlı şəxslə tanış olaraq ona 1800 manat ödəməklə 150 qram narkotik vasitə olan heroini əldə etmələrini razılaşmalarını,Cəlilabada getməklə həmin şəxsdən 1800 manat ödəməklə 150 qram heroin əldə etdiklərini, heroinin iki ədəd ağ rəngli sellofan torbalarda olduğunu, 100 qram olan bükümü Məhkum1, digər 50 qram olan heroin bükümünü isə Məhkum2 götürdüyünü, taksi ilə, yəni xx.xx.2019-cu il tarixdə Bakı şəhərinə qayıtdıqlarını və xx.xx.2019-cu il tarixdə həmin maddələrlə polis əməkdaşları tərəf indən Sumqayıt şəhəri "Xəzər” bağları deyilən ərazidə saxlanıldıqdan sonra könüllü olaraq hər ikisi üzərlərində olan narkotik vasitələri təqdim etdiklərini göstərmişlər. Cinayət işinin materiallarında olan Azerfon MMC tərəfindən ibtidai istintaq orqanına təqdim edilən və məhkəmədə elan edilərək tədqiq olunmuş məlumatlardan görünür ki, Məhkum1 istifadəsində olan 070-549-78-9 saylı nömrə xx.xx.2019-cu il tarixdə saat 11:13:12-dən Lənkəran şəhərində qeydə alınmış, l2.10.2019-cu il tarixdə saat 17:50:47dən saat 17:54:44-dək Cəlilabad rayonunda qeydə alınmış, həmin tarixdə saat 19:02:56 da və xx.xx.2019-cu il tarixdə saat 00:08:40-da Biləsuvar gömrük keçid məntəqəsində quraşdırılmış anten tərəfindən qeydə alınmış, həmin tarixdə saat 08:20:19 və saat 08:21:04-də Cəlilabad rayonu Avtovağzal ərazi sində qeydə alınmış, xx.xx.2019cu il tarixdə saat 09:53:58-dən saat 19:08:11-dək Lənkəran rayonunda qeydə alınmaqla, həmin tarixdə saat 23:07:27-dən Abşeron rayonu Xırdalan şəhərində qeydə alındığı müəyyən olunur. Cinayət işinin materiallarında olan "Azerfon” MMC tərəfindən ibtidai istintaq orqanına təqdim edilən xx.xx.2019-cu il tarixli, AZT/LGZ-28759/19 saylı məktubundan görünür ki, Məhkum2 istifadəsində olmuş ***-***-**-** mobil nömrə xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək Azerfon şəbəkəsində istifadə edilməmişdir, digər Məhkum1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə dair CD diskdə əks etdirilən məluatlardan müəyyən olunur ki, xx.xx.2019-cu il tarixdə saat 20:20?:32-də ***-***-**-** telefon nömrəsindən Məhkum1 istifadsində olan ***-***-**-** saylı telefon nöm rəsinə "Maqa mənəm aç” SMS mətni daxil olmuşdur, bu vaxtdan sonra başqa SMS-lər olmamış, xx.xx.2019-cu il tarixdə saat 20:20:32-də 077395-90-91 telefon nömrəsindən Məmməd Cəfərovun istifadəsində olan ***-***-**-** saylı nömrənin anten göstəricisi Sumqayıt şəhəri, 13 mikrorayon, Üzeyir Hacıbəyov küçəsi göstərilmiş, bundan sonrakı vaxtlara dair anten göstəriciləri mövcud deyildir. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərarında görünür ki, Bakcell MMC-dən əldə olunmuş məlumatlara əsasən Zamiq Müslümovun istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin xx.xx.2019-cu il tarixdə saat 20:55:08-də Avtovağzal, Bakı şəhəri, Sumqayıt şössesi, ev 3-dəquraşdırılmış antenin əhatə etdiyi dairədə olması müəyyən olunmuşdur. Bu nömrənin başqa saatlarda Sumqayıt şəhərində olmasına dair digər məlumatla r yoxdur, Şahid1 istifadəsində olmuş ***-***-**-** saylı nömrənin anten göstəricilərinə əsasən bu nömrə xx.xx.2019-cu il tarixdə saat 16:30-dan başlayaraq saat 20:01-dək Sumqayıt şəhərində olmuş, saat 20:39:27-dən Avtovağzal, Bakı şəhəri, Sumqayıt şossesi, ev 3-də quraşdırılmış antenin əhatə etdiyi dairədə olması müəyyən olunur, saat 22:19:55-dən saat 23:46:28-dək bu nömrə Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, ev 257 əhatə edən dairədə olmuşdur. Cinayət işinin materiallarında olan Azercell MMC-nin məhkəmənin xx.xx.2021-ci il tarixli qərarına əsasən verdiyi məlumatlardan görünür ki, Şahid2 istifadəsində olmuş nömrəsi (050-21140-49) xx.xx.2019-cu il tarixdə saat 19:19-da, saat 20:17-də Sumqayıt şəhərində qeydə alınmış, Şahid3 istifadəsində olmuş ***-***-**-** saylı telefon nömrəsi saat 19:44-də və 20:08-də Sumqayıt şəhərində qeydə alınmış, bu nömrələrin bundan sonrakı vaxtda Sumqayıt şəhərində qeydə alınmasına dair məlumat yoxdur. Beləliklə, iş materialarında olan telefon məlumatlarından görünür ki, xx.xx.2019-cu il tarixdə saat 20 radələrində təqsirləndirilən şəxs Məhkum1, əməliyyat-axtarış tədbirinin iştirakçıları Şahid1, Şahid2, Şahid3 və Zamiq Müslümovun istifadəsində olan telefon nömrələri Sumqayıt şəhər ərazisini əhatə edən antenlər vasitəsilə qeydə alınmışdır. Məhkəmə hesab etmişdir ki, ibtidai araşdırma zamanı təqsirləndirilən şəxslərin onlardan aşkar olunmuş narkotik vasitə olan heroini Cəlilabad rayonundan əldə etmələri və 14.10.20l9-cu il tarixdə saat 20 radələrində narkotik vasitə olan heroinlə Sumqayıt şəhəri, "Xəzər” bağları deyilən ərazidə saxlanılmaları Aze rfon, Azercell, Bakcell MMC-lərin məlumatları ilə bir daha sübuta yetirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmələrdə elan edilib araşdırılmış 28 oktyabr 2019-cu il tarixli protokoldan görünür ki, 28 oktyabr 2019-cu il tarixdə, saat 09:40 radələrində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti Bakı İstintaq Təcridxanasında saxlanılan 15 oktyabr 2019-cu il tarixdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin İstintaq və Təhqiqat İdarəsi tərəfindən Azərbaycan Respublikası CMnin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilərək, cinayət məsuliyyətinə cəlb edilmiş və barəsində Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 16 oktyabr 2019-cu il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş Məhkum1 sovqat gətirmiş Şahid6 gətirdiyi sovqata isti ntaq təcridxanasının görüş otağında baxış keçirilərkən sovqatın içərisində olan tünd-göy rəngli gödəkçənin sol içəri cibindən 01 ədəd şəffaf sellofan bükümdə 2,1 qram olan şəxsi istehlak miqdarından artıq narkotik vasitə tiryək BİT-nın əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 15 oktyabr 2019-cu il tarixli, 25870 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində "vət. Məhkum1 sağ əlində saxlandığı 01 (bir) ədəd qara rəngli dəri əl çantasının içərisindən 01 (bir) ədəd şəffaf polietilen bükümdə heroinə oxşar maddə” yazısı olan kağız paketdəki, 01 (bir) ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 104,405 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Tədqiqata təqdim edilmiş üzərin də "vət. Məhkum2 üzərindən aşkar edilərək götürülmüş 01 (bir) ədə şəffaf polietilen bükümdə heroinə oxşar maddə..” yazısı olan kağız paketdəki, bir ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 50,015 qr olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Məhkum1 və Məhkum2 götürülmüş heroinlər xarici əlamətlərinə və tərkibindəki komponentlərnə görə eynidirlər. Cinayət işinin materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın 13 noyabr 2019-cu il tarixli, 2696 saylı rəyindən müəyyən olunur ki, müayinə zamanı Məhkum1 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui- istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeyd iyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 28 oktyabr 2019-cu il tarixli, 26972 saylı ekspert arayışından görünür ki, tədqiqata təqdim edilmiş üzərində "...həbs olunmuş şəxs Məhkum1 yanına gələn həyat yoldaşı vətəndaş Şahid6... gətirdiyi sovqatın içərisindən aşkar olunmuş...” və s. qeydlər olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 2,1 qram olan tünd qəhvəyi rəngli qətranabənzər maddə, xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-tiryəkdir. Cinayət işinin materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 04 dekabr 2019-cu il tarixli, 28189 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş zərfin içərisindəki 01 ədəd bükümdə təmiz çəkisi 2,0 qram olan maddə xaş-xaş b itkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-tiryəkdir. Cinayət işinin materiallarında olan Bakı İstintaq Təcridxanasının Tibbi-sanitar hissəsindən xx.xx.22020-ci il tarixli, xx/xx-8332 saylı məktubla daxil olmuş, təqsirləndirilən şəxslər Məhkum1 və Məhkum2 tibbi kitabçalarının surətlərindən görünür ki, hər iki təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə Bakı İstintaq Təcridxanasına daxil olmuş, ilkin tibbi müayinə zamanı bu şəxslərdə heç bir xəsarət və zədə aşkar olunmamışdır. Cinayət işi üzrə toplanmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən Apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası CPM-in 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək, təqsirləndirilən şəxslərin özlərinin verdiyi və şahidlərin ifadələri, istintaq protokolları, məhkəmə ekspertiza rəyləri, eləcə də cinayət işinin digər materiallarına və onların məcmusuna tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, düzgün nəticəyə gələrək, Məhkum1 Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə, Məhkum2 Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilmişdir. Onların əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsinə əsaslar müəyyən edilməmişdir. Apellyasiya Məhkəməsinin qeyd olunan mövqeyi ilə bağlı məhkəmə kollegiyası qeyd edir: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04” mart 2011 -ci il tarixli qərarın 4-cü bəndinə əsasən Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərək ətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Sözügedən Qərarın 5-ci bəndə göstərilir ki, Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlay ışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsində qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotr op maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmağa görə məsuliyyət nəzərdə tutulmuşdur. Qeyd edilən maddələrdə göstərilən cinayət əməlləri alternativ tərkiblidir. Cinayət Məcəlləsində alternativ əlamətli obyektiv cəhətə malik xeyli sayda cinayət tərkibi vardır. Alternativ əlamətli cinayət tərkibinin xüsusiyyəti ondan ibarətdir ki, belə cinayətin başa çatmış hesab edilməsi üçün müvafiq maddədə nəzərdə tutulmuş alternativ hərəkətlərdən birinin və ya bir neçəsinin törədilməsi kifayətdir. Bu hərəkətlərdən hətta birinin başa çatması artıq cinayətin törədilməsi kimi qiymətləndirilir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsi və Az ərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi baxımından həmin Məcəllənin 18-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə münasibətdə həmin Məcəllənin 234.1-ci maddəsinin şərh edilməsinə dair” 2020-ci il 18 sentyabr tarixli Qərarı). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının qanunsuz dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasinin qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətdir. Məhkəmə ko llegiyası qeyd edir ki, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama cinayəti formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri törətməsi faktının müəyyən edilməsi kifayətdir. Belə tərkibə əsasən məsuliyyətin həllində ancaq dispozisiyada göstərilən hərəkət və ya hərəkətsizlik müəyyən edilir, nəticə tərkibdən kənarda qaldığı üçün onun müəyyən edilməsi lüzumu aradan qalxır. Hazırki cinayət işi üzrə Məhkum1 satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması və daşıması, həmçinin təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etməsi, saxlaması və daşıması, Məhkum2 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etməsi, saxlaması və daşıması barədə verilən ittihamlarla bağlı ilk növbədə təqsirkar şəxslərin məqsədinin əldə edib saxladıqları həmin narkotik maddələri satmağa yönəldiyi sübuta yetirilməli, onları məhz satış məqsədi ilə əldə edib saxlamalarını təsdiq edə biləcək istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi, onların hazırlanması üçün avadanlığın olması və s. bu kimi hallar müəyyən edilməlidir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il tarixli qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbay can Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə al ınmalıdır. Məhkəmə kollegiyası cinayət işi üzrə müəyyən edilmiş hallara və iş üzrə toplanmış sübutların müqayisəli təhlilinə əsasən qeyd edir ki, Məhkum1 və Məhkum2 Lənkəran və Cəlilabad rayonlarına hadisədən bir neçə gün əvvəl getməklə narkotik vasitə olan heroini əldə etmələri ibtidai araşdırma zamanı müdafiəçilərinin iştirakları ilə verdikləri ardıcıl ifadələri ilə, həmçinin Azerfon MMC-nin məlumatları ilə, xx.xx.2019-cu il tarixdə saat 20 radələrində Sumqayıt şəhəri, "Xəzər” bağları deyilən ərazidə narkotik vasitə olan heroinlə tutulmaları həm telefon provayderlərinin məlumatları, təqsirləndirilən şəxslərin ibtidai araşdırma və məhkəmə baxışı zamanı və şahidlərin verdikləri ifadələri, əməliyyat tədbirinin keçirilməsi və maddi sübutun götürülməsi barədə xx.xx.2019-cu il tarixli protok olla, məhkəmə ekspertizaları və cinayət işinin digər materilları ilə tam sübuta yetirilmişdir. Hər iki şəxs narkotik vasitələrin dövriyyəsi ilə əlaqədar eyni iş üzrə əvvəllər məhkum olunub azadlığa çıxdıqdan sonra islah olunmamış, yenidən narkotik vasitələrdən istifadə etmə və satışı ilə məşğul olmağa davam etmiş, Məhkum1 isə xx.xx.2019-cu il tarixdə həbsə alınmaqla istintaq təcridxanasına yerləşdirilməsinə baxmayaraq orada da narkotik vasitələrin yayımını keçirmək məqsədi ilə sovqatın içərisində olan gödəkcə vasitəsi ilə narkotik vasitənin İstintaq Təcridxanasına gətirilməsini təşkil etmişdir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Məhkum1 Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü və Məhkum2 Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli olm aları cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş - şahidlərin ifadələri, ekspert rəyi və mötəbərliyi şübhə doğurmayan digər sübutların məcmusu ilə təsdiq edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Məhkumların onlara həmin qərarla istinad edilən cinayət əməlini törətməsi kassasiya şikayətlərində iddia olunanların əksinə olaraq birinci instansiya məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, birbiri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər apellyasiya şikayətinə baxılm ası zamanı apellyasiya məhkəməsi tərəfindən yoxlanılmış, məhkəmə həmin dəlillərin baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin ittihamın sübuta yetirilməsi ilə bağlı gəldiyi nəticə ilə haqlı olaraq razılaşmışdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; “B.Yusifovanın şikayəti üzr ə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətlə ri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət- hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mü hüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanunu nu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kassasiya şikayətlərinin məhkumların vəsatətlərinə baxılmaması barədə dəlilləri əsassız olmaqla cinayət işinin materiallarında öz təsdiqini tapmır. Belə ki, cinayət işinin materiallarına əsasən müəyyən olunur ki, birinci instansiya məhkəməsində məhkəmə istintaqı və apellyasiya baxışı zamanı verilmiş vəsatətlər cinayət prosessual qanunvericliyin tələblərinə əsasən baxılmış və həll olunmuş dur. Məhkəmə kollegiyası Məhkum1 Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddənin sanksiyası çərçivəsində təyin olunmuş və kassasiya şikayətində mübahisələndirilən cəzaya dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Cinayət Qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların qiymətləndirilməsinə yönəltmiş, bu halların nəzərə alınmasının vacibliyini önə çəkmişdir. Cinayət Qanununun mənasına görə, yalnız CM-nin 8.1 və 58.3-cü maddəsində göstərilən cinayət-hüquqi kriteriyalara əməl edilməklə təyin edilən və CM-nin 41.2-ci maddəsində göstərilən məqsədlərə cavab verən cəzanın ədalətli olmasından söhbət gedə bilər. Belə ki, cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfin dən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin for ması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və s. kompleks halda qiymətləndirilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübə si haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hök mü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Birinci instansiya məhkəməsi məhkum edilmiş şəxsə cəza təyin edərkən cəzanı yüngülləşdirən hal kimi himayəsində azyaşlı uşaqının olmasını, ağırlaşdıran hal kimi cinayətlərin residivinin olmasını müəyyən etmişdir. Cinayət Məcəlləsinini 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha c iddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunmasına dair” 25 may 2009-cu il tarixli Qərarı)”. Məhkum edilmiş şəxs Məhkum1 cəza təyin edilərkən birinci instansiya məhkəməsi tərəfindən cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən CM-nin 8.1, 41.2, 58.1, 58.3, 59, 65-ci maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 04 №-li qərarının tövsiyyələri, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, onun şəxsiyyəti, təyin olunan cəzanın onun islah olmasına və a iləsinin həyat şəraitinə təsiri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınaraq ona ittiham olunduğu maddənin sanksiyasının həddində qanuni, əsaslı və ədalətli cəza təyin etmişdir. Apellyasiya instansiya məhkəməsi də tamamilə düzgün olaraq, birinci instansiya məhkəməsinin cəza təyin etmə ilə bağlı gəldiyi nəticə ilə razılaşmışdır Məhkəmə kollegiyası məhkum olunmuş şəxsə təyin olunmuş cəzanın həddinin azaldılmasının islah təsiri baxımından mütənasib saymamaqla qeyd edir ki: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitə m olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır; Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 1ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsin ə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır; «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret h alların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli, cəmiyyətin maraqlarının açıq-aşkar tələb etməsinə xüsusi göstərişlərin mövcudluğu nöqteyi-nəzərindən qiymətləndirilməlidir. Məhkum edilmiş şəxsə təyin edilən azadlıqdan məhrum etmə cəzası törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, habelə təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ailəsinin həyat şəraitinə təsiri baxımından onun islah olunması məqsədinə cavab verir. Məhkəmə kollegiyası Məhkum1 təyin edilən cəzanın ağır olma sı barədə kassasiya şikayətinin dəlillərini əsassız sayaraq təyin edilən cəzanın həddinin azaldılmasının məqsədəmüvafiq olmadığını qeyd edir. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayət-prosessual qanunvericiliyin, Məhkum1 və Məhkum2 müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən, kassasiya şikayətlərinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətlərinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 noyabr 2021-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətlərində i rəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkumlar Məhkum1 və Məhkum2 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə, Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmaları barədə cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 noyabr 2021-c i il tarixli qərarı kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar