Məhkəmə qərarları › İş №1(102)-1037/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-1037/2019

14.08.2019
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1037/2019 14.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Ələsgər Əliabbas oğlu Əliyev və İmran Teymurxan oğlu Hacıqayıbovdan ibarət tərkibdə, katib-İsazadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X5, zərərçəkmiş şəxsin hüquqi varisi A6, Məhkum və müdafiəçi X6 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 iyun 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29,120.2.2, 29,120.2.9, 120.2.2, 120.2.4 və 120.2.10-cu maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 sentyabr 2018-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 iyun 2018-ci il tarixli hökmü ilə (hakimlər: X19 (sədrlik edən və məruzəçi), X11 və X7) Məhkum- xx.xx.1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, subay, ali təhsilli, işləməyən, Bakı şəhəri, ünvan 1 ünvanda yaşamış Azərbaycan Respublikası CM-nin 29,120.2.2, 29,120.2.9, 120.2.2, 120.2.4 və 120.2.10-cu maddələri ilə təqsirli bilinərək cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 17 (on yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına mə hkum edilmişdir. Cəzaçəkməsinin əvvəli 05 may 2017-ci il. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, 22 dekabr 2014-cü il tarixdə saat 22 radələrində yaşadıqları Bakı şəhəri, ************************ mənzilində atası A6, anası G8 və qardaşı E6 evdə olmasına baxmayaraq, doğma bacısı X13 heç bir əsaslı səbəb olmadan irad bildirdiyi üçün sonuncunun ona cavab qaytarmasını bəhanə edərək istintaqa məlum olmayan mənbədən əldə etdiyi bıçaqla qəflətən N8 otağına daxil olub çarpayıda üzü üstə uzanmaqla köməksiz vəziyyətdə olan və bu baxımdan ona müqavimət göstərmək iqtidarında olmayan N8 arxa tərəfdən yaxınlaşaraq, ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə xuliqanlıq niyyəti ilə qəsdən öldür mək məqsədi ilə ona əlində saxladığı bıçaqla ardıcıl zərbələr vuraraq, insan həyatı üçün təhlükəli və sağlamlığa ağır zərər vurmağa xarakterik olan sol ağciyərin aşağı və yuxarı paylarını zədələnməsi, eləcə də sol döş boşluğuna çoxlu qanaxma (1 litr) və hemorragik şokla müşayiət olunan döş qəfəsinin sol yarısının arxa səthinin İV və V qabırğalar səviyyəsində döş boşluğuna nüfuz edən ümumilikdə 2 (iki) ədəd deşilmiş-kəsilmiş xəsarət yetirmiş, lakin N8 qışqırıq səsinə otağa daxil olan A6 və X2 əlindən alıb vaxtında 1 saylı X24 çatdırdıqlarından və orada ixtisaslı tibbi yardım göstərilərək həyatı xilas olduğundan iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməyərək xuliqanlıq niyyəti ilə köməksiz vəziyyətdə olan X14 qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Bu ndan başqa o, 05 may 2017-ci il tarixdə, saat 11 radələrində yaşadıqları Bakı şəhəri,***************************** mənzilində bacısı N8 həmin vaxtadək yatmasını anası X4 irad tutub, onu yuxudan oyatmasını tələb etmiş, artıq yuxudan oyanıb onun dediklərini eşidən N8 “atam və qardaşım işə gedib, A10 de o da evdən çıxsın, əl üzümu yuyub çörək yeyim” deyə anasına səslənməsini bəhanə edərək təxminən 1 ay əvvəl ünvan 2 ünvanında yerləşən təsərrüfat malları dükanından alıb həyətdə istifadəyə yararsız əşyaların saxlanıldığı yerdə qoyduğu məişət təyinatlı mətbəx bıçağını götürüb yenidən mənzilə daxil olaraq N8 xuliqanlıq niyyəti ilə təkrarən qəsdən öldürmək məqsədilə birbaşa onun yataq otağına keçərək ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə heç bir əsaslı səbəb olmadan anası X3 gözü qarşısında sonuncuya xüsusi əzab verdiyini dərk edərək N8 xüsusi əzab verməklə onun bədən səthinə əlindəki bıçaqla ardıcıl zərbələr vuraraq, insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmağa xarakterik ürəyin zədələnməsi ilə müşayət olunan döş qəfəsinin sol yarısının arxa səthində İV qabırğa proyeksiyası səviyyəsində daxilə nüfuz edən 1 (bir) ədəd, sağ ağ ciyərin aşağı payının zədələnməsi ilə müşayət olunan döş qəfəsinin sağ yarısının ön səthində V qabırğaarası sahədə daxilə nüfuz edən 1 (bir) ədəd, sağ ağ ciyərin yuxarı payının zədələnməsi ilə müşayiət olunan döş qəfəsinin sağ yarısının ön səthində İV qabırğaarası sahədə daxilə nüfuz edən 1(bir) ədəd, sol ağ ciyərin yuxarı payının zədələnməsi ilə müşayiət olunan döş qəfəsinin sol yar ısının ön səthində İİİ qabırğaarası sahədə daxilə nüfuz edən 1 (bir) ədəd deşilmiş-kəsilmiş, eləcə də sağlamlığa yüngül zərərvurmaya aid olan döş qəfəsinin sağ yarısının ön səthində daxilə nüfuz etməyən 5 (beş) ədəd, sağ süd vəzinin 2 (iki) ədəd, sol süd vəzinin 1 (bir) ədəd, boyunun sağ yan səthinin orta 1/3-də daxilə nüfuz etməyən 1 (bir) ədəd, sifətin sağ yarısında dodaq bucağına yaxın 1 (bir) ədəd, sağ bazunun orta 1/3-nin bayır səthində 1(bir) ədəd deşilmişkəsilmiş ümumilikdə 15 ədəd xəsarətlər yetirərək onu xuliqanlıq niyyəti ilə xüsusi amansızlıqla təkrarən qəsdən öldürmüş, yəni X14 qəsdən həyatdan məhrum etmişdir. Hökmdən Məhkum və onun müdafiəçisi L8 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası (hakimlər: X12 (sədrli k edən və məruzəçi), X17 və X9 ibarət tərkibdə) 14 sentyabr 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayətini qismən təmin edərək, hökmdə dəyişiklik edərək məhkuma təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını 15 (on beş) ilə endirmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 sentyabr 2018-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, ilk dəfə cinayət əməli törətməsini, gənc olmasını ata-anasının onun qayğısına ehtiyaclarının olmasını nəzərə alaraq cəzasını yüngülləşdirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilm əsi barədə məhkumuin, müdafiəçinin və zərərçəkmiş şəxsin hüquqi varisinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, kassasiya şikayəti təmin edilmədən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 sentyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya mürac iəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Kassasiya şikayətinin dəlilləri məhkuma təyin edilmiş cəzanın yengelləşdirilməsi barədədir. Məhkumun cin ayət əməlinin hüquqi tövsifi mübahisələndirilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Göstərilən maddi hüquq normalarının mənasına görə cəza təyin edilərkən, təkcə cəzanı yüngülləşdirən hallar deyil, həm də cinayətin ictimai təhlükəlilik dərəcəsini xarakterizə edən hallar da qanunda nəz ərdə tutulmuş əsaslar digər hallarla yanaşı nəzərə alınmaldır. Məhkum törətdiyi cinayət əməli xüsusilə ağır cinayətlər kateqoriyasına aiddir. Cinayət əməlini xuliqanlıq niyyəti ilə, xüsusi amansızlıqla və təkrar törədilməsi bu əməlin ictimai təhlükəlilk dərəcəsini xarakterizə edən hallardır Cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 iyun 2018-ci il tarixli hökmündən görünür ki, məhkəmə kollegiyası məhkumun ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını və gəncliyini nəzərə alınaraq ona 17 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 sentyabr 2018-ci il tarixli qərarınıdan görünür ki, məhkəmə kollegiyası zərərçəkmiş şəxsin hüquqi varisi Akif Məsimovun Məhkum qarşı şikayət və tələbinin olmamasını, sonuncunun ilk dəfə məhkum edilməsini, törətdiyi cinayəti etiraf edib səmimi peşiman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzər alaraq onun cəzasını 15 ilə endirmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cinayət işinə baxmış birinci və apellyasiya instansiya məhkəmələri məhkumun cəzasını yüngülləşdirmyə əsas verən bütün hallar nəzərə alınmış və qanunla yol verilən mümkün həddə qədər cəzası yüngülləşdirilmişdir. Cəzanın daha da yüngülləşdirilməsi üçün başqa əsaslar müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi və cinayət işi Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 sentyabr 2018-ci il tarixli qərarının cəzanın yüngülləşdirilməsi istiqamətində dəyiçdirilməsi üçün Azərbaycan Respu blikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.2, 29,120.2.9, 120.2.2, 120.2.4 və 120.2.10-cu maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 sentyabr 2018-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişikliksiz saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar